Act Felinin İkinci və Üçüncü Formaları - Wordly

Act Felinin İkinci və Üçüncü Formaları


Act Felinin İkinci və Üçüncü Formaları

Tələbələr ingilis dili qrammatikasını öyrənərkən motivasiyasını düşürəcək bir sıra qəlizliklərlə üz üzə qala bilirlər. Bu qəlizliklər, ingilis dili qrammatikasını öyrənməkdə axsamalar yarada bilir. Mövzumuza verə biləcəyimiz ən ideal nümunə isə ingiliscə fellərdir. İngilis fellər, ana dilimizlə müqayisədə qarşılığı olmayacaq ünsurlarla əhatəlidir. Bu ünsurları yaxşı mənimsəyə bilmək üçün ingilis dili qrammatikası detallı, sağlam və doğru addımlarla öyrənilməlidir ki, tələbələr üçün hər hansı bir məqamda çətinliklər yaratmasın.

Fellər bildiyiniz üzərə ingilis dilində qaydalı və qaydasız olaraq iki yerə bölünür. Çətinlik, eləcə, buradan başlayır. Çünki, qaydalı felləri öyrənmək asan olsa da, (ikinci və üçüncü halında “ed” şəkilçisini qəbul edən hər bir fel qaydalı fel sayılır) qaydasız felləri öyrənmək olduqca vaxt aparıcıdır. Çünki, qaydasız fellər kökdən dəyişmə xüsusiyyətinə sahibdir və tələbələrin burada qaydasız felləri əzbərləməkdən başqa çarələri qalmır. Bəs, əzbərləməkdən savayı, qaydasız felləri necə daha yadda qalan etmək mümkündür?

Qaydasız felləri yadda qalan etmək üçün hansı halların hansı cümlələrdə, hansı mənsubiyyətlər və zaman qəlibləri ilə istifadə olunduğunu öyrənmək lazımdır. Bunun üçün, bu gün bloq yazımızda qaydasız fellərdən biri olan “Act ” felinin ikinci və üçüncü hallarını sizlərlə birlikdə təsnif edəcəyik. Beləliklə, felin birinci, ikinci və üçüncü hallarını daha detallı şəkildə öyrənəcək və çalışmalarla praktik edərək daha yadda qalan hala gətirəcəksiniz. Giriş məlumatlarla başlayaq:

Act feli sözün öz köküdür və birinci hal şəklində istifadə olunur.

Act feli – akt,  əməl, iş, hərəkət, iş görmək, hərəkət etmək, qanun, ifa etmək,  kömək etmək, rol oynamaq, təsir etmək, – şəklində tərcümə olunur

Act  Felinin İkinci Forması

Act felinin ikinci halı acted yazılır. Simple Past Tense üçün istifadə olunur.

Act Felinin İkinci Forması ilə Nümunələr

  • He sized up the situation and acted immediately.- Vəziyyəti ölçüb dərhal hərəkətə gətirdi.
  • She acted as if she knew nothing about it.- Bu barədə heç nə bilmirmiş kimi davranırdı.
  • She acted as if she knew French well.- Fransız dilini yaxşı bildiyi kimi davranırdı.
  • All the king’s subjects, fearing his wrath, often acted quite servile.- Bütün padşahlar onun qəzəbindən qorxaraq tez- tez kifayət qədər kölə davranırdılar.
  • I acted for our captain while he was in the hospital.- Kapitanımız xəstəxanada olarkən onun üçün hərəkət etdim.
  • When he saw the crash, the young boy acted very responsibly and called the police.- Qəzanı görən gənc oğlan çox məsuliyyətli davrandı və polisi çağırdı.
  • The court decided that the companies acted illegally.- Məhkəmə, şirkətlərin qanunsuz hərəkət etdiyinə qərar verdi.

Act  Felinin Üçüncü Forması

Act felinin üçüncü halı acted olarak yazılır. Cümlələrdən ayıra bilməyiniz üçün cümlədə istifadə olunan zaman qəliblərini müəyyənləşdirməlisiniz. Üçüncü hal Perfect Tense və Passive Voice cümlələri üçün keçərlidir.

Act  Felinin Üçüncü Halı ilə Cümlələr

  • Richards claimed he acted in self- defence after Pagett opened fire on him during a siege.- Richards, mühasirədə olarkən Pagett’in ona atəş etməsindən sonra özünümüdafiə məqsədi ilə hərəkət etdiyini iddia etdi.
  • Everyone concerned acted with great courage and determination.- İlgili hər kəs böyük cəsarət və qətiyyətlə hərəkət etdi.
  • If my advice had been acted upon, this would never have happened.- Məsləhətlərimə əməl olunsaydı, bu heç olmazdı.
  • It was generally admitted that the government had acted too quickly.- Ümumiyyətlə hökumətin çox sürətli hərəkət etdiyi qəbul edildi.
  • Amnesty International is trying to establish whether the police acted lawfully in shooting him.- Amnesty International, polisin onu vurmaqda qanuni hərəkət edib etmədiyini təyin etməyə çalışır.
  • The short answer to your query is that he has acted completely illegally.- Sorğunuzun qısa cavabı onun tamamilə qanunsuz hərəkət etməsidir.
  • He tried to claim that he had acted in self- defence.- Özünü müdafiə etmək üçün hərəkət etdiyini iddia etməyə çalışdı.

Act  Felinin Past Tense ilə İstifadəsi

Act  felini müxtəlif zamanlarda istifadə edərkən çaşqınlıq yaşaya bilərsiniz. Cümlədə act felini görərkən hansı halda olduğunu müəyyənləşdirmək istəyirsinizsə, cümlədə işlədilən zamana diqqət yetirməlisiniz. Past Simple zamanının istifadə olunduğu cümlədə act  felinin mütləq ikinci halı istifadə olunur. Past Participle cümlələrdə isə  act  felin üçüncü halı işlədilir.

Act  felini keçmiş zaman qəlibləri ilə istifadə edərkən felin neçənci halını istifadə edəcəyinizi yaxşı bilməlisiniz. Cümlələrdə istifadə olunan zaman qəliblərini bir- birindən ayırd edə bilmək üçün köməkçi fellərə baxmağınız kifayət edir. Mübtəda + Köməkçi Fel + Fel (ikinci və ya üçüncü hal) + İkinci Dərəcəli Üzvlər qaydasına diqqət etsəniz, felin ikinci və üçüncü halları ilə rahatlıqla cümlələr qura bilərsiniz.

Act Felinin Zaman və Mənsubiyyətə Görə Təsnifi

Act feli də digər fellər kimi cümlədə istifadə olunarkən zamana və mənsubiyyətə görə dəyişir. Hər ikisinə görə cümlədə istifadə qaydalarına riayət edib, cümlə quruluş strukturunda yanlışa yol vermək istəmirsinizsə, o zaman, aşağıda həm şəxs əvəzliklərinə, həm də zamana görə təsnif edilmiş act  felinin istifadə qaydalarına baxa bilərsiniz.

Nümunələrlə Act Simple Present Tense Çəkimi

Present Simple Tense, dilimizə indiki zaman kimi tərcümə olunur. I, you, we, they əvəzliklərinə cavab verən köməkçi felləri “do”,  he, she, it əvəzliklərinin  köməkçi felləri “does”`dır. Köməkçi felə “not” şəkilçisi əlavə etməklə mənfi formaya keçir. He, she, it əvəzlikləri ilə qurulan cümlələrdə “does” köməkçi felinə malikdir, lakin bu köməkçi felə “-s, -ies, -es” şəklində əlavə olunur. Mənfi cümlələrdə fel düz qalır. Eyni vəziyyət sual cümləsi üçündə keçərlidir. Ümumi həqiqətləri, təkrarlanan hərəkətləri, vərdişləri, mövcud vəziyyəti, ümumi fikri, istəyi ifadə etmək üçün istifadə olunur. Bir zaman qrafiki ilə başlamaq və ya təkrarlamaq üçün əvvəlcədən təyin edilmiş hərəkətlər üçün istifadə olunur. Əmrlər, təlimatlar vermək üçün istifadə olunur.

1 st form of Verb + s (es)

  • I act
  • you act
  • he/ she/ it acts
  • we act
  • you act
  • they act

They act as joint trustees of the fund.- Onlar fondun birgə qəyyumları kimi çıxış edirlər.

You act as if you’re ashamed to be seen with me.- Sən mənimlə görünməyə utandığın kimi davranırsan.

They act at least a temporary block to DNA synthesis in micro – organisms.- Mikroorqanizmlərdə ən azı DNT sintezi üçün müvəqqəti bir blok rolunu oynayırlar.

Nümunələrlə Act Present Perfect Tense Çəkimi

Present Perfect Tense təkrarlanan hərəkətlər üçün istifadə edilir, hansı ki, konkret zaman forması bu hərəkətlər üçün önəmli deyil və hadisə keçmişdə başlayıb, lakin hələ də bitməyib, davam etməkdədir. Present Perfect Tense  keçmiş bir hadisə və ya vəziyyət ilə bu gün arasında bir əlaqə yaradır. Xüsusilə “just” zərfində çox yaxın bir hərəkət üçün istifadə olunur, ancaq nə qədər vaxt keçdiyini göstərmir. “Yet” zərfi hələ edilməmiş, lakin edilməsi ehtimalı olan hərəkətlər üçün və ya belə bir ehtimalın olub- olmadığını soruşmaq üçün istifadə edilir.  “Never” zərfi keçmişdə müəyyən bir nöqtədən heç bir hərəkət edilmədiyini və ya belə bir vəziyyətlə qarşılaşmadığını ifadə etmək üçün istifadə olunur.

has/ have + 3 rd form of Verb

  • I have acted
  • you have acted
  • he/ she/ it has acted
  • we have acted
  • you have acted
  • they have acted

The French have acted swiftly and decisively to protect their industries.- Fransızlar öz sahələrini qorumaq üçün sürətlə və qətiyyətlə hərəkət etdilər.

You have acted foolishly and you will pay for it.- Axmaqlıq etdin və bunun əvəzini verəcəksən.

Nümunələrlə Act Present Progressive Tense Çəkimi

Adından da göründüyü kimi Continuous ifadədəsindən  əvvəlki Present ifadəsi  be + V- ing şəklində köməkçi felin indiki, yəni am, is, are şəklində istifadə olunmasını  həm də dəvam edən hadisənin keçid vaxtının indi olduğunu ifadə edir. Hadisənin nə vaxt başladığı və nə qədər davam etdiği vacib deyil. Yalnız bir danışma anında bir hadisənin davam etdiyini vurğulayır. Hal- hazırda davam etməkdə olan hərəkətləri izah etmək üçün bu zaman formasından istifadə edilir.

Zaman ifadələri: now(indi), right now (indi), at the moment (hazırda), still (hələ)

Present Continuous Tense always, constantly, forever  kimi zərflərlə birlikdə əkrarlayan və ümumiyyətlə narahat edən hərəkətlər üçün istifadə olunur. Present Continuous Tense ondan sonra istifadə olunan gələcək zamanla birlikdə gələcəkdə əvvəlcədən planlaşdırılan bir hərəkətin baş verəcəyi deməkdir.

is/ am/ are + 1 st form of Verb + ing

  • I am acting
  • you are acting
  • he/ she/ it is acting
  • we are acting
  • you are acting
  • they are acting

That being so, the vice- chancellors are acting responsibly to explore alternative sources of funding.- Bu vəziyyətdə, prorektorlar alternativ maliyyə mənbələrini araşdırmaq üçün məsuliyyətlə davranırlar.

The confused evidence suggests they are acting on their own initiative, not on directives from East Berlin to play for time.- Çaşqın dəlillər, Şərqi Berlindən zamanla oynamaq üçün verilən təlimatlarla deyil, öz təşəbbüsləri ilə hərəkət etdiklərini göstərir.

Nümunələrlə Act Present Perfect Progressive Tense Çəkimi

Dilimizə indiki bitmiş davamedici zaman kimi tərcümə edilən Present Perfect Continuous Tense, keçmişdə müəyyən bir zamanda başlayan və hal- hazırda davam etməkdə olan hal və hərəkətlərdən bəhs etmək üçün istifadə edilir. Bu səbəblə Continuous halda istifadə edilə bilməyən fellərlə istifadə edilə bilməz.

Hal- hazırda etdiyimiz hərəkəti ifadə etmək üçün indiki davamedici zamandan istifadə edilir: I’m reading a book now -mən indi bir kitab oxuyuram. Ancaq keçmiş zamanda başlayan və hələ də davam edən bir hadisə üçün Present Perfect Continuous Tense istifadə edilir. Hadisə keçmiş zamanda başlamış və indi davam edir, hətta gələcəkdə də davam etmə ehtimalı mövcuddur: I have been reading a book for two hours -mən iki saatdır kitab oxuyuram. Bu cümlə kitab oxumağa iki saat əvvəl başladığımı, hələ də davam etdiyimi göstərir. Nə qədər davam edəcəyi haqqında məlumatımız yoxdur.

has/ have + been + 1 st form of Verb + ing

  • I have been acting
  • you have been acting
  • he/ she/ it has been acting
  • we have been acting
  • you have been acting
  • they have been acting

In so doing he seems to have been acting in concert with a Roman official called Seronatus.- Bununla da o, Seronatus adlı bir Roma məmuru ilə konsertdə fəaliyyət göstərmiş kimi görünür.

He would have been acting out of character and trying on something his party had wearied of.- Xarakterdən kənar hərəkət edər və partiyasının bezdiyi bir şeyi sınayardı.

Nümunələrlə Act Simple Past Tense Çəkimi

Azərbaycan dilindəki qarşılığı keçmiş sadə zaman olan Past Simple Tense, keçmiş zamanda baş verən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə tamamlanan bir hadisəni, işi, vəziyyəti və ya hərəkəti təsvir etmək üçün istifadə olunur. Hadisənin nə qədər əvvəl baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Bu yaxınlarda baş vermiş ola bilər və ya çox köhnə ola bilər. Keçmişə aid yalnız bir hərəkət varsa, bu hərəkətin nə qədər köhnə olmasına baxmayaraq bu zaman istifadə olunmalıdır. Hadisənin keçmişdə nə zaman baş verdiyini ifadə edən bir zaman ifadəsi ilə istifadə olunmalıdır.

Zaman ifadələri; yesterday (dünən),  last month (keçən ay), last week (geçən həftə), last year (keçən il), last night (keçən gecə), two minutes ago (iki dəqiqə əvvəl), two days ago ( iki gün əvvəl), two months ago ( iki ay əvvəl),  two years ago ( iki əvvəl il)

2nd form of Verb

  • I acted
  • you acted
  • he/ she/ it acted
  • we acted
  • you acted
  • they acted

He acted wrongly and without scruple.- Səhv və tərbiyəsiz hərəkət etdi.

I acted like it wasn’t a big deal, when really it was breaking my heart.- Bu elə də böyük bir şey olmadığı kimi davranırdım, həqiqətən ürəyimi parçalayırdı.

Chris acted astonished as he examined the note.- Kris nota baxarkən heyrətləndi.

Nümunələrlə Act  Past Progressive Tense Çəkimi

Keçmiş davamedici zaman olan Past Continuous Tense, keçmişdə baş verən və müəyyən bir müddətdə davam edən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə göstərilən vaxtda tamamlanmayan və buna görə də davam edən hadisələr üçün istifadə olunur. Əsas odur ki, o an davam edir, nə qədər dəvam etməsinin  fərqi yoxdur.

Always (həmişə), constantly (davamlı), forever (həmişəlik, əbədi) kimi zərflərlə birlikdə keçmişdə təkrarlanan və ümumiyyətlə bizi narahat edən hərəkətlər üçün istifadə olunur.

was/ were + 1st form of Verb + ing

  • I was acting
  • you were acting
  • he/ she/ it was acting
  • we were acting
  • you were acting
  • they were acting

You were acting beyond your powers when you agreed to give her a pay rise.- Ona əmək haqqı artırmağı qəbul etdiyiniz zaman səlahiyyətlərinizdən kənar davranırdınız.

The police were acting hand in glove with the army to keep order in the country.- Ölkədəki asayişi qorumaq üçün polis ordu ilə əl- ələ verib davranırdı.

Nümunələrlə Act Past Perfect Tense Çəkimi

Keçmişdə müəyyən bir an və ya hadisədən əvvəl meydana gələn və o ana qədər davam edən hadisələr üçün istifadə olunur. Bu vaxtdan istifadə edəcəksinizsə, hansı hadisədən əvvəl suala cavab verə biləcəyiniz bir zaman cümləsi olmalıdır. Bəzən bu zamanın çox qədim hadisələr üçün istifadə edildiyi fərz edilir, lakin bu doğru deyil. Keçmişə aid yalnız bir hadisə varsa və bu hadisənin keçmişdə bir müddətdən əvvəl meydana gəldiyi ifadə edilərsə, Simple Past Tense istifadə edilməlidir. Bu zamanın istifadə edildiyi ümumi formul belədir:

subject + had + past participle = past perfect tense.

  • I had acted
  • you had acted
  • he/ she/ it had acted
  • we had acted
  • you had acted
  • they had acted

She had acted in ways that he found wholly admirable.– O, tamamilə təqdirəlayiq hesab etdiyi şəkildə hərəkət etmişdi.

The company had acted in accordance with all legal proprieties.- Şirkət bütün qanuni mülkiyyətlərə uyğun hərəkət etmişdi.

She had acted with her parents’ full knowledge and consent.- Valideynlərinin tam biliyi və razılığı ilə hərəkət etmişdi.

Nümunələrlə Act Past Perfect Progressive Tense Çəkimi

Bu zaman formasının Azərbaycan dilində qarşılığı olmasa da, belə izah edə bilərik ki, keçmişdə başlayan bir işdən əvvəl edilməkdə olan başqa bir işdən bəhs etmək üçün Past Perfect Continuous zamanından istifadə edilir. Məsələn: When he came, I had been waiting for him for more than two hours. (O gəldiyində mən onu 2 saatdan çox idi ki gözləyirdim.) Keçmişdə müəyyən bir vaxtda gözləməyə başladım və onun gəlişinə qədər bu gözləməyə davam etdim. Keçmişdə başlayan və keçmişdə bitən bir müddətdə hərəkəti davam etdirdim. Hadisə bir müddət ifadə ettiyi üçün  Continuous, bu müddət keçmişdə bittiği (qutardığı) üçün  Past Perfect`dən istifadə edirik.

had + 3rd form of Verb

  • I had been acting
  • you had been acting
  • he/ she/ it had been acting
  • we had been acting
  • you had been acting
  • they had been acting

It was determined that the Commissioner had been acting within the scope of his official duties.- Müvəkkilin rəsmi vəzifələri çərçivəsində fəaliyyət göstərdiyi müəyyən edilmişdir.

The defendant explained that he had been acting under coercion.- Təqsirləndirilən şəxs məcburiyyət altında hərəkət etdiyini izah etdi.

In her defence, the accused said that she had been acting under duress when she took the money.- Müdafiə tərəfi, təqsirləndirilən şəxs pulu alarkən təzyiq altında hərəkət etdiyini söylədi.

Nümunələrlə Act Simple Future  Tense Çəkimi

Future Simple Tense, Azərbaycan dilinə gələcək sadə zaman kimi tərcümə edilir. Gələcək haqqında məlumat verərkən və ya gələcək hadisələrlə bağlı qeyri- müəyyən hadisələri proqnozlaşdırarkən istifadə olunur. Danışıq zamanı verilən qərarlar üçün istifadə olunur. Gələcəklə bağlı verilən vədlər üçün istifadə olunur.

shall/ will + 1st form of Verb

  • I will act
  • you will act
  • he/ she/ it will act
  • we will act
  • you will act
  • they will act

The centre will act as a clearing house for research projects for former nuclear scientists.- Mərkəz keçmiş nüvə alimləri üçün tədqiqat layihələri üçün klirinq mərkəzi rolunu oynayacaq.

The United Nations will act as guarantor of the peace settlement.- Birləşmiş Millətlər Təşkilatı sülh nizamlanmasının qarantı kimi çıxış edəcəkdir.

He will act as a go- between to try and work out an agenda.- Bir gündəmi sınamaq və işləmək üçün bir yol olaraq çıxış edəcək.

Nümunələrlə Act Future Progressive Tense Çəkimi

Future Continuous Tense  Azərbaycan dilinə  gələcək davamedici zaman kimi tərcümə olunur. Gələcəkdə müəyyən bir zamanda davam edəcək hərəkətlər üçün istifadə olunur. Hadisənin  nə vaxt başladığı, nə qədər davam ettiyi və ya davam edəcəyi vacib deyil. Əhəmiyyətli olan bir hərəkətin yalnız deyilən anda davam etməsidir.

shall/ will + 1st form of Verb + ing

  • I will be acting
  • you will be acting
  • he/ she/ it will be acting
  • we will be acting
  • you will be acting
  • they will be acting

A new police chief will be chosen, but Keyter will be acting chief in the interim.– Yeni bir polis rəisi seçiləcək, ancaq müvəqqəti olaraq Keyter rəis vəzifəsini icra edəcək.

 Sheffield will be acting as host city.- Sheffield ev sahibi şəhər rolunu oynayacaq.

Nümunələrlə Act Future Perfect Tense Çəkimi

Müəyyən bir gələcəkdəki hadisəni  və ya vaxtdan əvvəl tamamlanacaq hərəkətlər üçün istifadə olunur. Vaxt ifadəsi və ya hadisənin sona çatması üçün verilən vaxtı göstərən cümlə olmadan istifadə olunmur.

shall/ will have + 3rd of Verb

  • I will have acted
  • you will have acted
  • he/ she/ it will have acted
  • we will have acted
  • you will have acted
  • they will have acted

Nümunələrlə Act Future Perfect Progressive Tense Çəkimi

Future Perfect Continuous Tense Azərbaycan dilində gələcək bitmiş davamedici zaman kimi tərcümə olunur. Future Perfect Continuous Tense gələcəkdə baş verməsi planlaşdırılan hadisədən əvvəl başqa verən və bitən hadisənin olduğunu vurğulamaq üçün istifadə edilir.

Future perfect continuouns tense ilə cümlə qurularkən əvvəlcə mübtəda, daha sonra feilin ikinci forması olan past forma və to be feilinin üçüncü forması, feilin “ing” almış şəkli yerləşdirilir: will + have + been + the verb’s present participle (verb + -ing). Azərbaycan dilinə tərcümədə Future Perfect Tense ilə eyni mənanı ifadə edir.

  • I will have been acting
  • you will have been acting
  • he/ she/ it will have been acting
  • we will have been acting
  • you will have been acting
  • they will have been acting

Act Feili İlə Bağlı Test Nümunələri

  1. We ….. as the exclusive distributor for these Russian goods to the world market.
  2. The government denied involvement in Toro’s activities but few observers believed that he …. on his own initiative.
  3. But lawyers said those defendants …… primarily to help wives and other relatives in trouble in connection with the espionage.
  4. Only where both coincide can business be expected to …. out of moral concerns for past sins or the future public good.
  5. Moreover, these kinds of …. typically require agents with a particular skill or facility.
  6. On both occasions the solicitor ….. without authority and the transactions were frauds on the bank.
  7. In dialogue …. tagging, we found that useful rules did not always refer to the current tag of an incorrectly tagged instance.
  8. The volume thus …. as both a useful survey of the current state of knowledge and a valuable pointer to future research.
  9. Richards claimed he ….. in self- defence after Pagett opened fire on him during a siege.
  10. A new police chief will be chosen, but Keyter ….. chief in the interim.
  11. If my advice ….. upon, this would never have happened.

Cavablar:

  1. will act
  2. had been acting
  3. were acting
  4. act
  5. acts
  6. had acted
  7. act
  8. acts
  9. acted
  10. will be acting
  11. had been acted

İngilis Dilində  Act v2 Və Act  v3 Formalarına Aid Test Nümunələri PDF

Daha çox çalışmalarla praktik qazanmaq və öyrəndiklərinizi daha sağlam şəkildə mənimsəmək istəyirsinizsə, sizin üçün hazırladığımız PDF formatlı Act birinci, ikinci və üçüncü formları ilə bağlı testi  klikləyərək keçid alıb həll edə bilərsiniz.

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir