İngilis dilində istifadə edilən bəzi qəliblər var ki, onlar cümləyə xüsusi mənalar qatmaq üçün istifadə edilir. Bu mövzulardan biri də “As Long As” mövzusudur. Odur ki, bu yazımızda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:
- As Long As qrammatik formulu
- As Long As ilə cümlə nümunələri
- As As qəlibi ilə bağlı digər nümunələr
“as long as” ifadəsi Azərbaycan dilinə tərcümədə “müddətdə” mənasına gəlir. “as long as” ifadəsi bağlayıcı funksiyası yerinə yetirən ifadədir. Digər bağlayıcılar kimi iki cümləni bir-birinə bağlayır, amma bu bağlayıcının ən vacib özəlliyi şərt ifadə etməsidir.
“As long as” qrammatik formulu
Bir planın və ya fikrin nəzərdə tutulan müddətinə istinad etmək, xüsusən də gələcək zamana istinad etmək üçün “as long as” istifadə edilir. Bu məqsədlə də adətən Present Simple zaman formasından istifadə edilir. As kong as istifadə edildiyi yerə görə fərqli quruluşlarda ola bilir. Bunlarla bağlı formullar və cümlə nümunələri aşağıda verilmişdir:
- as long as + cümlə + cümlə
As long as Jennifer is ambitious, she can obtain anything she want -Jennifer ambisiyalı olduğu müddətdə istədiyi hər şeyi əldə edə bilər.
- cümlə + as long as + nəticə
Jennifer will be good girl as long as you behave her affectionately -Ona yaxşı davrandığınız müddətdə Jennifer yaxşı bir qız olacaq.
Hər iki halda da as long as ifadəsinin “şərt” ifadə etdiyini yadınızda saxlayın, ancaq bu şərt elə şərt olmalıdır ki, bir hərəkətin reallaşa bilmə ehtimalı başqa bir hərəkətin reallaşa bilmə vəziyyəti ilə əlaqəli olmalıdır. Nümunə üçün;
As long as it is snowing like that, I can’t go to the work -belə qar yağdığı müddətdə işə gedə bilmərəm.
Yuxarıdakı cümləni incələdiyimiz zaman “işə getmək” hərəkətinin “qar yağma” hərəkəti ilə əlaqəli olduğunu görürük. Nəticə olaraq hərəkətin reallaşa bilmə vəziyyətinin başqa bir hərəkətə bağlı olduğunu ifadə edə bilmək üçün as long as istifadəsi son dərəcə idealdır.
- As long as the phone doesn’t turn on, I won’t send you a message -telefon açılmadığı müddətdə sizə mesaj göndərməyəcəyəm.
- Jennifer can’t pass the exam as long as she doesn’t work enoughly -Jennifer yetəri qədər işləmədiyi müddətdə imtahanı keçə bilməz.
“As Long As” ilə bağlı cümlə nümunələri
Yuxarıda qeyd edilən formulları başa düşməyiniz məqsədilə aşağıda müxtəlif növ cümlə nümunələri verilmişdir. Bu cümlələri incələdiyimiz zaman as long as istifadəsi ilə bağlı qaydalar daha yaxşı yadda qalacaqdır. Nümunə üçün;
You love me as long as I love you -mən səni sevdiyin müddətdə sən məni sevərsən.
Göründüyü kimi yuxarıdakı nümunə cümlədə “I love you” və “you love me” cümlələri “as long as” bağlayıcısı ilə bir-birinə bağlanmışdır. As long as adətən cümlənin başında istifadə edilir və ikinci cümlə birinci cümlədən sonra yazılır.
As long as I love you, you love me -Səni sevdiyim müddətdə, sən məni sevərsən.
Göründüyü kimi “as long as” bağlayıcısını iki cümlənin ortasında iki cümlənin ortasında istifadə etmək məcburiyyətində deyilsiniz. İstəsəniz yuxarıdakı cümlə nümunəsində olduğu kimi cümləyə bağlayıcı ilə başlayıb sonra iki cümləni ard-arda yaza bilərsiniz. Bu halda ard-arda yazdığınız cümlələr arasında vergül qoymaq lazımdır.
- As long as I work, I can make money -Mən işlədiyim müddətdə pul qazana bilərəm.
- As long as you try, you can success -sən yoxladığın müddətdə uğurlu ola bilərsən.
- You can catch the lesson as long as you run fast -sən sürətli qaça bildiyin müddətdə dərsə çata bilərsən.
Yuxarıdakı cümlə nümunələrini incələdiyiniz zaman bir şərtin reallaşa bilməsi başqa bir şərtə bağlıdır. Bu kimi hallarda “as long as” istifadə etmək son dərəcə məqsədəuyğundur.
- As long as I am sick, I won’t go to the work -Xəstə olduğum müddətdə işə gedə bilməyəcəyəm.
- I told you that you can’t find the toy as long as you don’t search it in your cupboard -Şkafında axtarmadığın müddətdə oyuncağını tapa bilməyəcəyini sənə demişdim
- As long as you act like that, they don’t think that you will give your examination that is to be held tomorrow -onlar sənin belə davrandığın müddətdə sabah başlayacaq olan imtahanını verə biləcəyini düşünmürlər.
- As long as you don’t listen your children, you can not be happy together with them -uşaqlarınıza qulaq asmadığınız müddətdə onlarla birlikdə xoşbəxt ola bilməzsiniz.
- As long as it’s snowy, looks like it’s hard to go out -Hava qarlı olduğu müddətdə çölə çıxmaq çətin görünür.
- We’ve struggled on for as long as we could, but now we’re at the end of the line -əlimizdən gəldiyi qədər mübarizə apardıq, amma indi yolun sonundayıq.
- As long as you are still alive, you will definitely encounter the good things in life -sən yaşadığın müddətdə həyatdakı gözəl şeylərlə mütləq ki, qarşılaşacaqsan.
- As long as it is a comedy, I’d rather cry during the process -komediya olduğu müddətdə bu prosesdə ağlamağı üstün tutaram.
As long as istifadəsi ilə bağlı inkar cümlə nümunələri
Aşağıdakı siyahıda mövzu ilə bağlı inkar cümlələri verilmişdir:
- My mistake won’t be discovered as long as nobody tells on me -heç kim mənə demədiyi müddətdə mənim səhvim kəşf olunmayacaq.
- As long as the plant isn’t safe enough, it won’t be (put) in operation -Zavod kifayət qədər təhlükəsiz olmadığı müddətcə istismara verilməyəcəkdir.
- As long as you don’t eat your vegetables, you can’t play outside -tərəvəzlərinizi yemədiyiniz müddətdə çöldə oynaya bilməzsiniz.
- As long as you waste your time, you will not pass the exam -zamanınızı boşa sərf etdiyiniz müddətdə imtahandan keçə bilməyəcəksiniz.
As As qəlibi ilə bağlı digər nümunələr
‘As… as qəlibi necə istifadə edilir?’ sualına daha dəqiq cavab tapmaq üçün “As… As mövzu izahı” başlıqlı yazımızı oxuya bilərsiniz. Qısacası; as…as qəlibi üç fərqli halda istifadə edilə bilir.
Qarşılaşdırma edilən vəziyyətlərdə, qarşılaşdırılanların müəyyən bir formada bərabər olduğunu ifadə etmək məqsədi ilə as + (sifət / zərf) + as formasında istifadə edilir.
Eyni formada bərabərlik mənasında, ancaq mənfi bərabərliyi ifadə etmək məqsədi ilə də istifadə edilə bilir: Not as + adj. / adv. + as formasında istifadə edilir.
Son olaraq da ehtimal bildirən cümlələrdə istifadə edilə bilir. Əlavə olaraq, hər hansı bir şeyin edilə biləcəyini vurğulamaq məqsədi ilə də istifadə edilə bilər: “as … as” + possibility.
Ehtimal mənasını vermək üçün ‘’as … as + possible’’, mümkünlük mənasını vermək üçün isə “as … as + modal verbs (can/could…)” qəliblərindən istifadə edə bilərsiniz.
Eyni zamanda “as long as” qəlibində də as…as strukturu var. Yuxarıda da qeyd etdiyimiz kimi “as long as” ifadəsi “olduğu müddətdə”, “olması halında” kimi mənalara gəlir. Bu qəlibdə istifadə edilən as…as ifadəsi “-ə qədər” mənası ilə cümlənin mənasını daha da gücləndirir.
Hər gün İngilis dilində yeni-yeni söz öyrənmək istəyən çalışqan tələbələr üçün müjdəmiz var! Bundan sonra bu prosesdəki ən yaxın dostunuz Wordly olacaq. Çünki Wordly sizə hər gün yeni sözlər öyrətməyi özünə borc bilir.