"As Well As" istifadəsi: Mövzu izahı - Wordly

“As Well As” istifadəsi: Mövzu izahı


İngilis dilində As Well As mövzu izahı

İngilis dilini bilmək sadəcə sözlərin mənasını bilməklə bitmir. Eyni zamanda İngilis dilini danışa biləcək səviyyəyə gəlmək də vacibdir. Bu səbəblə də axıcı və gözəl formada İngilis dilində danışa bilmək üçün bəzi qəliblər olduqca vacib bir yer tutur. Bunlardan biri də “as as” qəlibidir. İngilis dilini bilən və bilməyən bir çox insanın asanlıqla qarışdırdığı “As well as” qəlibini gəlin ən incə detalına qədər, hamımızın başa düşəcəyi formada incələyək. Bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • İngilis dilində As Well As istifadəsi: mövzu izahı
  • As Well As nədir? As Well As qrammatik məlumatlar
  • As Well As ilə bağlı təsdiq cümləsinə aid nümunələr
  • As Well As ilə bağlı inkar cümləsinə aid nümunələr
  • As Well As ilə bağlı sual cümləsinə aid nümunələr

As Well As nədir? As Well As qrammatik məlumatlar

Əvvəlcə onu qeyd edək ki, “as well as” aşağıda qeyd edilən mənalara sahibdir.

  • additionally
  • in addition to
  • in continuation with
  • over and above
  • “and” bağlayıcısının yerinə istifadə edilə bilir.

“in addition” mənasında “As well as”

‘also’, ‘too’ və ya ‘in addition’ mənalarına gələn zərfdir və adətən cümləsin sonunda istifadə edilir: We look forward very much to seeing you again and to meeting your friend as well -biz səninlə və sənin dostunla görüşməyi çox səbirsizliklə gözləyirik.

“As well as” eyni zamanda “əlavə olaraq” mənasına gələn bir ədatdır:

  • Jennifer has invited Jill as well as Kate -Jennifer, Kate ilə yanaşı Jill’i də dəvət etdi.
  • When Jennifer goes to Austria, she likes walking as well as skiing -Jennifer Avstriyaya gedəndə xizəklə yanaşı gəzməyi də sevir.

“As well as” həm, həm də, …da2 mənalarına gəlir.  “As well as” ifadəsi bağlayıcıdır. İki söz və ya iki cümləni bir-birinə bağlayan söz və söz qruplarına bağlayıcı deyilir.

“As well as” ifadəsi də bir bağlayıcı olduğu üçün, bu ifadənin əsas funksiyası iki söz və ya cümləni bir-birinə bağlamaqdır. Məsələn, aşağıdakı iki cümləyə baxaq:

Jennifer likes to watch love movies. Jennifer likes to watch horror movies -Jennifer romantik filmləri izləməyi xoşlayır. Jennifer qorxu filmlərini izləməyi xoşlayır.

Yuxarıdakı iki cümləni “as well as” bağlayıcısından istifadə edərək birləşdirə bilərik. Çünki hər iki cümlədə mübtəda və xəbər eynidir. Tək fərq isə obyekt, yəni tamamlıqdır. Belə olan halda etməli olduğumuz tək şey iki cümlənin bitdiyi yerə “as well as” bağlayıcısını yerləşdirmək və ikinci cümlədə eyni olan bütün cümlə üzvlərini silməkdir. Buna görə də;

Jennifer likes to watch love movies. Jennifer likes to watch horror movies cümləsi “Jennifer likes to watch love movies as well as Jennifer likes to watch horror movies -Jennifer həm eşq filmlərini, həm də qorxu filmlərini izləməyi xoşlayır” formasında olacaqdır.

Gördüyünüz kimi yuxarıdakı cümlədə eyni olan cümlə üzvlərini sildik. Çünki bağlayıcıdan istifadənin məntiqi də elə budur. Əgər hərəkətləri yerinə yetirən şəxs eyni adamdırsa, hər bir hərəkət üçün ayrıca cümlə qurmaq məntiqsizdir. Bu səbəbdən də bağlayıcıdan istifadə etmək işimizi asanlaşdırır.

  • Jennifer goes to school as well as cinema -Jennifer həm məktəbə, həm də kinoya gedir.
  • Jennifer is beautiful as well as smart -Jennifer həm gözəl, həm də ağıllıdır.

Texniki olaraq “and” bağlacısının əvəzinə “as well as” bağlayıcısından da istifadə edilir, çünki hər ikisi də eyni qrupa aid olan bağlayıcılardır. Məsələn,

Jennifer is looking at you and drinking something -Jennifer sənə baxır və nə isə içir.

“and” bağlacını kaldırıp, “as well as” kullanalım…

Jennifer is looking at you as well as drinking something -Jennifer həm sənə baxır, həm də nə isə içir.

Göründüyü kimi “and” ilə “as well as” bir-birinin yerini tuta bilən bağlayıcılardır. Bunun səbəbi isə, əvvəl də ifadə edildiyi kimi, bu bağlayıcıların eyni qrupda olmasıdır.

As Well As ilə bağlı təsdiq cümləsinə aid nümunələr

Aşağıda “as well as” təsdiq cümlə quruluşuna aid olan nümunələrlə tanış ola bilərsiniz:

  • David can drive as well as anyone here, except Jennifer -David hamı qədər yaxşı maşın sürə bilir, Jennifer xaric.
  • Jennifer can shoot a gun as well as anyone, except the Indian -Jennifer hamı qədər yaxşı atış edə bilir, İndian xaric.
  • You know it as well as I do -sən də mənim qədər yaxşı bilirsən.
  • Jennifer will need to know how to play the guitar as well as the piano to be consider for the band.
  • Jennifer qrupa (qəbul edilməsinin) düşünülməsi üçün gitar ilə birlikdə pianinonu da bilməli olacaq.
  • The brand ambassador of the car as well as the managing director were present at the New Year party -Yeni il şənliyində avtomobilin marka səfiri kimi idarəedici direktoru da iştirak edirdi.
  • The music as well as direction was done by the same person for this film – Bu film üçün həm musiqi həm də rejissor eyni şəxs tərəfindən hazırlanmışdır.
  • The white tigers as well as the mountain lions are being reared in bondage and subsequently won’t be terminated in this locale -Ağ pələnglər di dağ aslanları kımı əsarətdə böyüdülür və daha sonra bu bölgədə yox olmayacaqlar.
  • The public authority as well as the military is of a similar assessment with respect to this penetrates trust at the fringe –Hərbi orqanlarla yanaşı dövlət orqanı da buna bənzər bir qiymətləndirmə göstərir ki, bu da inamı artır.

As Well As ilə bağlı inkar cümləsinə aid nümunələr

“As well as” ilə inkar cümlələr necə qurulur? “As well as” inkar cümlə quruluşu necədir? kimi suallarla maraqlanırsınızsa, deyə bilərik ki, ‘As well as’ qəlibinin özünü inkar formaya gətirə bilməsək də, inkar formada olan cümlələrin içərisində istifadə edə bilərik. Aşağıda “as well as” inkar cümlə quruluşuna aid olan nümunələrlə tanış ola bilərsiniz:

  • I could never throw as well as Jennifer could -mən heç vaxt Jennifer qədər yaxşı atış etməmişdim.
  • Not as well as you – especially after your long afternoons with your friend David -sənin qədər yaxşı deyil, xüsusən də dostun David ilə keçirdiyin uzun günortalardan sonra.
  • Nobody knows the territory as well as David does -Bölgəni heç kim David qədər yaxşı bilə bilməz.
  • The brand ambassador of the car as well as the managing director were not present at the New Year party -Yeni il şənliyində avtomobilin marka səfiri kimi idarəedici direktoru da iştirak etmirdi.
  • Jennifer will not need to know how to play the guitar as well as the piano to be consider for the band.

Jennifer qrupa (qəbul edilməsinin) düşünülməsi üçün gitar ilə birlikdə pianinonu da bilməli olmacaq.

As Well As ilə bağlı sual cümləsinə aid nümunələr

Aşağıda “as well as” sual cümlə quruluşuna aid olan nümunələrlə tanış ola bilərsiniz:

  • Do animals need food to survive as well as plants? -heyvanların da bitki kimi yaşamaq üçün qidaya ehtiyacı varmı?
  • Do the cows give us milk as well as the goat? -inəklər keçilər kimi bizə də süd verirmi?
  • Are Elephants found in India as well as in Africa? -Afrikada olduğu kimi Hindistanda da fillər varmı?
  • Did the chairman attend the meeting as well as the secretary? -İclasda katiblə yanaşı sədr də iştirak etdimi?
  • Does your aunt drink tea as well as your mom? -sənin xalan anan kimi çox çay içir?

Bir mövzumuzun daha sonuna gəldik. Əgər İngilis dilində daha çox sayda söz əzbərləmək istəyirsinizsə, İngilis dilində söz əzbərləmək üçün ən sadə metodları axtarırsınızsa, sizə hər gün söz öyrənməli olduğunuzu xatırladacaq platforma axtarırsınızsa, o zaman Wordly ilə tanış olmaq üçün tələsin. Wordly sayəsində siz hər gün yeni sözlər öyrənməklə yanaşı, müəyyən müddət aralıqları ilə həmin sözləri təkrarlamış olacaqsınız ki, bunun sayəsində də sözləri unutmadan daha uzun müddət yadınızda saxlaya biləcəksiniz.

 

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir