B2 İngilis dili səviyyəsi necə əldə edilir? - Wordly Danışır ...

B2 İngilis dili səviyyəsi necə əldə edilir?


İngilis dilində B2 səviyyəsi

Orta səviyyə mənasına gələn Intermediate səviyyəsində olan bir şəxs, yerli İngilislər ilə səlis və aydın ünsiyyət qura bilər. Digər səviyyələrdə olduğu kimi sadə cümlələrdən kənara çıxaraq daha mürəkkəb fikir və düşüncələri başa düşür və asanlıqla cavab verir. Gündəlik söhbətlərdə səlis və başa düşüləndir. B2 səviyyəsindəki insanlar, daha çox söz bildikləri üçün sözləri öyrənməkdən daha çox vurğu ilə maraqlanmağa başlayırlar. Bu nöqtədə sözlərin düzgün tələffüzünü qavramaq lazımdır. Bir çox mövzuda mətnləri başa düşülən bir şəkildə və detalları daxil olmaqla yaza bilər. Bəs bu səviyyənin digər özəllikləri nələrdir? İngilis dilində B2 səviyyəsinə çatmaq üçün nə etmək lazımdır? Beləliklə, bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • B2 İngilis dili səviyyəsinin xüsusiyyətləri nədir?
  • İELTS B2 səviyyəsi haqqında bilməli olduqlarımız
  • B2 İngilis dili səviyyəsinə çatmaq üçün etməli olduqlarımız
  • İngilis dilində oxumaq
  • İngilis dilində danışmaq
  • İngilis dilində qulaq asmaq
  • İngilis dilində fikirləşmək

B2 İngilis dili səviyyəsinin xüsusiyyətləri nədir?

Əgər siz B2 səviyyəsindəsinizsə, o zaman inamla “İngilis dilində danışa bilərəm” deyə bilərsiniz. İngilis dilində B2 səviyyəsində olan bir tələbə, B1 səviyyəsində bir tələbənin edə biləcəyi hər şeyi edə bilir və əlavə olaraq da aşağıdakılara sahib olur:

  • Təcrübi sahələrdəki görüşlərdə iştirak edə və müzakirələr apara bilir.
  • Cinsiyyət məsələlərini kobudluq və mədəniyyət normaları ilə əlaqəli olaraq müzakirə edə bilir.
  • Şəxsi maliyyəniz haqqında danışır və dostlarına və ya həmkarlarına maliyyə məsələləri ilə bağlı məsləhət verir.
  • İş həyatının təsviri də daxil olmaqla şəxsi və peşəkar həyat tərzindən İngilis dilində danışa bilir
  • İngilis dilində təhsili, təcrübəsi, güclü və zəif tərəfləri haqqında danışa və karyera yolunu müzakirə edə bilir.
  • Zehni proseslər və işdəki effektivliyini artırmaq üçün bunlardan necə istifadə edə biləcəyi barədə danışa bilir.
  • Oxumaq istədiyi kitablar haqqında danışa və oxunmalı olan kitablar ilə bağlı tövsiyə verə bilir.
  • Tərif və rəğbət ifadə etmək daxil olmaqla sosial vəziyyətlərdə uyğun dildən istifadə edə bilir.
  • Liderlik keyfiyyətlərini müzakirə edə və heyran olduğu liderlər haqqında danışa bilir.
  • Sosial və iş şəraitində yaranan nisbətən mürəkkəb yöndəmsiz vəziyyətləri həll edə bilir
  • Ümumi siyasi vəziyyətləri və siyasətçilərin davranışlarını müzakirə edə bilir

İELTS B2 səviyyəsi haqqında bilməli olduqlarımız

İngilis dilini ölçmək niyə bu qədər vacibdir? İngilis dili biliklərinizi təsvir etmək üçün istifadə etdiyiniz İngilis dili sistemi çox vaxt xaricdən tətbiq olunur. İşəgötürən, məktəb, müəllim və ya immiqrasiya agentliyi sizdən müəyyən bir İngilis dili imtahanını verməyinizi xahiş edəcək və siz də bunu etməli olacaqsınız. Sonra isə bu imtahan sistemindən istifadə edərək ingilis dilinizi təsvir edə bilirsiniz. Məsələn, Avropada bir universitetə ​​müraciət edirsinizsə, o zaman IELTS imtahanının sizin üçün nə dərəcədə önəmli olduğunu bilirsiniz. IELTS imtahanında 9 ballıq sistemdən istifadə edilir və tələbələrin biliyi 5, 5.5, 6, 6.5, 7, 7.5, 8, 8.5, 9 kimi ballarla ifadə edilir. Bu bal sistemində B2 səviyyəsinin qarşılığı 6.5 bal hesab edilir.

B2 İngilis dili səviyyəsinə çatmaq üçün etməli olduqlarımız

İngilis dilini öyrənməyə başlayarkən əksər insanlarınn əsas hədəfi upper-intermediate, yəni orta üstü səviyyəyə çatmaq olur. Çünki bu mərhələdən sonra ünsiyyətdə heç bir problem yaşamayacaq və anlama, danışmaq və yazmaqda yetərli hesab ediləcək səviyyəyə çatmış olacaq. Orta üstü səviyyədə artıq yetəri qədər əzbər bilinən söz ehtiyatına malik olub, İngilis dilindin zamanlar, feillər kimi qrammatik mövzularına da hakim oluruq. Bəs bu səviyyəyə çatmaq üçün nə etməli və necə işlənməlidir?

Onlayn İngilis dili təhsili: İngilis dilini ən asan və sürətli şəkildə öyrədən onlayn təlimlərlə səviyyəyə gəlmək çox asandır. Orta məktəb səviyyəsində tələbələrin bütün çatışmazlıqları onlayn təhsil vasitəsilə aradan qaldırılır. Məqsəd danışma, anlama, tələffüz, oxu və yazıdakı bütün çatışmazlıqları aradan qaldırmaqdır.

Xarici nəşrlər: Orta səviyyədə olan birinin sonrakı səviyyəyə keçməsi daha çətin olur. Xarici seriallar və sənədli filmlər, xarici proqramlar, məqalələr və qəzetlərlə danışma, anlama, oxuma və yazma bacarıqları artırıla bilər.

İngilis dilində oxumaq

Mətni oxuduğumuz zaman qrammatik qaydalara və ya hər bir sözün mənasına çox fokslanmaq kimi, heç bir məqsəd qoymadan və yeni sözləri araşdırmadan oxumağımızın da çox az faydası olacaqdır. Səviyyələrə görə təşkil edilmiş hekayə kitablarının sonunda ingilis-ingilis lüğətləri bu baxımdan çox faydalıdır. Əvvəlcə İngilis-İngilis lüğətlərini istifadə etmək çətin görünsə də, əslində isə bu olduqca faydalıdır. Bu tətbiq uzun müddət istifadə edildiyi zaman faydalı olur, çünki tərifini və nümunə cümləsini ingilis dilində gördüyümüz sözlər daha qalıcıdır və bizə sözün təfərrüatlarını və istifadə sahələrini öyrədir.

Kifayət qədər uzun mətnlərin oxunması

Bəzilərimiz oxuduğumuz klassikləri ingilis dilindən tərcümə ilə orijinal dilində oxumağı xəyal edirik və ya ana dilimizdə bir kitab boyu izah edilən uzun hekayələri bəyənə bilərik. Ancaq İngilis dilində oxumağa gəldikdə, daha qısa və daha geniş mətnlər seçmək ağıllı seçim olardı. Mətndəki irəliləyişimiz yavaş olacağından, motivasiyamızı pozmamaq üçün bitirə biləcəyimiz və yenidən oxuya biləcəyimiz və ya başqa bir şəxsə verə biləcəyimiz qısa kitablar oxumaqdan zövq almağın davamlılığını təmin edən amillərdən biridir.

İngilis dilində danışmaq

Danışarkən səhv etməkdən qorxmayın. Hər nə qədər səhv etməkdən qorxsaq da, səhv etmədən öyrənmək də mümkün deyil. Düşünməyin ki, İngilis dilində danışarkən sadəcə biz yox, İngilis və Amerikalılar da səhv edə bilirlər. Biz Azərbaycan dilində qüsursuz danışmadığımız kimi İngilislər də İngilis dilində də qüsursuz danışmırlar. Rahat olun və İngilis dilində danışmağa başlayın, etdiyiniz hər səhvi özünüzü inkişaf etdirmək üçün bir fürsət olaraq görün. Çünki səhvlərinizdən dərs almaq və irəliləmək üçün bunları qeyd etməlisiniz. Səhvlərinizi telefonunuza və ya dəftərinizə yazın. Sonra boş vaxtlarınızda səhv istifadə etdiyiniz sözlərin düzgün formasını öyrənin və cümlə içərisində istifadə edin. Cümlələr qurun, yüksək səslə oxuyun, özünüzlə və ya bir dostunuzla danışın. Beləliklə hər səhv İngilis dilinizi inkişaf etdirmək üçün bir fürsətdir.

İngilis dilində qulaq asmaq

Əgər İngilis dili səviyyəniz B1-dirsə, o zaman podkastlar və ya videoları dinləyə bilərsiniz. Dinlədiklərinizin məzmununu yazmağa çalışın. Sonra isə təkrar dinləyərək və paralel olaraq yazdıqlarınıza baxaraq düz yazıb-yazmadığınızı başa düşə bilərsiniz. Bu, sizin İngilis dilində listening, yəni dinləmə vərdişlərinizi olduqca inkişaf etdirəcəkdir.

– Səs yazısını dinləyərkən isim, sifət və fel kimi açar sözlərə diqqət yetirin. Sonra isə bütün mətnin məzmununu təxmin etməyə çalışın.

– Baş verənləri təkcə səs əsasında təsəvvür etməyə çalışın. Məsələn, orijinal bir televiziya verilişində bildiyiniz, ancaq tam olaraq bu epizodu izləmədiyiniz bir hissəni açın və sonra ekrana baxmadan oradan bir parça dinləyin. Dinləyərkən bu anda nə baş verdiyini, kimdən və nədən danışdığını, bu dəfə həyatlarında nələr olduğunu təxmin edin. Bu “prosedurdan” sonra parçanı yenidən açın və indi görüntü ilə izləyin. Bütün proqnozlarınız doğrudurmu?

– Səs qeydlərində konkret məlumat tapmağa çalışın. Məsələn, hava proqnozu qeydini dinləyin və neçə dərəcə olduğunu eşitməyə çalışın. Və ya idman xəbərlərini dinləyin və matçın nəticəsini oradan çıxarmağa çalışın.

İngilis dilində fikirləşmək

İngilis dilində fikirləşmək də İngilis dilini B2 səviyyəsinə çatdırmaq və ya B2 səviyyəsindən sonrakı mərhələ olan C1 səviyyəsinə keçmək üçün olduqca vacibdir. Çünki insan daimi olaraq kitab oxuya, televizor izləyə bilmir. Zaman-zaman özümüzlə baş-başa qalmağa ehtiyacımız olur. Bundan əlavə hər gün metroda, avtobusda, bir sözlə, yolda xeyli vaxt itirir, öz daxili aləmimizdə nələri isə düşünürük. Bu boş vaxtları doldurmaq üçün İngilis dilində düşünmək yaxşı seçimdir. Bəs nələri fikirləşək? Bunun üçün konkret kriteriya yoxdur. Ətrafınızda gördüyünüz hər bir detal haqqında, Azərbaycan dilində düşünə bildiyiniz hər şey haqqında İngilis dilində fikirləşməyə çalışın. Bunun sizin İngilis dilində speaking bacarıqlarınızı nə dərəcədə inkişaf etdirdiyinin özünüz şahidi olacaqsınız.

Bu mövzuda da köməyinizə Wordly çatacaq. Əgər hələ də B2 səviyyəsinə çatmaq üçün yetəri qədər söz biliyinizin olmadığını düşünürsünüzsə, o zaman Wordly platformasını istifadə etməyə gecikməyin! 😊

Recent Content