"Beat" feilinin V2 və V3 formasına aid cümlə nümunələri - Wordly Danışır ...

“Beat” feilinin V2 və V3 formasına aid cümlə nümunələri


Beat feilinin V2 və V3 formasına aid cümlə nümunələri

İngilis dilini öyrənərkən əvvəlcə müəyyən sözlərin mənasını bilmək lazımdır və sonra sözləri qrammatik qaydalara uyğun olaraq sıralamaq lazımdır. Qaydalı fellər sadə bir qayda ilə dəyişdirilə bilsə də, qaydasız feillərdə bu vəziyyət bir qədər fərqlidir. Bunun üçün də sözləri əzbərləmək və fellərin düzgün yerlərdə necə istifadə ediləcəyini öyrənmək yaxşı bir başlanğıc ola bilər.

“Beat” feilinin ikinci forması

İngilis dilindən tərcümədə “döyülmək, məğlub edilmək” mənalarına gələn bu feilin Verb-2 (V2), ikinci, yəni Past Simple (keçmiş sadə zaman) forması “beat” şəklindədir.

“Beat” feilinin ikinci forması və cümlə nümunələri

Bu başlıq altında “beat” feilinin ikinci forması olan “beat” ilə bağlı cümlə nümunələri və onların Azərbaycan dilinə tərcümələri ilə tanış ola bilərsiniz.

  • Jonas beat his opponent yesterday -Jonas dünən rəqibini məğlub etdi.
  • The pupils gathered and beat a child to death -şagirdlər bir uşağı öldürəcək dərəcədə döydülər.
  • Jennifer beat her friends at chess -Jennifer dostlarını şahmatda məğlub etdi.
  • You beat me last week -sən keçən həftə məni məğlub etdin.
  • Several college students beat Bilica and left his covered in blood -bir neçə universitet tələbəsi Bilicanı döyüb qanlar içərisində qoydu.

“Beat” feilinin üçüncü forması

Azərbaycan dilinə tərcümədə “məğlub edilmək, döyülmək” mənasına gələn bu feilin Verb-3 (V3), üçüncü, yəni Past Perfect Tense (keçmiş bitmiş zaman) forması “beaten” şəklindədir.

“Beat” feilinin üçüncü formasına aid cümlə nümunələri

Bu başlıq altında “beat” feilinin üçüncü forması olan “beaten” ilə bağlı cümlə nümunələri və onların Azərbaycan dilinə tərcümələri ilə tanış ola bilərsiniz.

  • Mark was badly beaten -Mark pis döyüldü.
  • Angel had beaten her friend -Angel dostunu məğlub etdi.
  • They haven’t beaten us yet -onlar hələ bizi məğlub etməyib.
  • His little army had been beaten and scattered -onun kiçik ordusu məğlub edilmiş və dağılmışdı.
  • Her unwillingness to be beaten has developed her courage -onun məğlub edilmək mövzusundakı istəksizliyi cəsarətini inkişaf etdirdi.

“Beat” feili və Past Tense

Hadisənin keçmiş zamanda meydana gəldiyini və indiki zaman ilə əlaqəsinin olmadığını, “past”, yəni “ V2” formasında istifadə edildiyini göstərir. İnkar forması “didn’t” vasitəsi ilə, sual forması isə “did” köməkçi feilinin əvvələ keçməsi ilə düzəlir. Keçmiş zamanda tamamlanmış olan bir hadisəni, işi, hal və hərəkəti ifadə etmək üçün istifadə edilir. Bu zaman formasında nə qədər müddət əvvəl olması önəmli deyil. Çox qısa müddət əvvəl ola biləcəyi kimi, çox keçmişdə də baş vermiş ola bilər.

Keçmiş zamana aid olan tək bir hadisə varsa, bu hadisə nə qədər köhnə zamanda edilirsə edilsin bu zaman formasından istifadə edilməlidir. Hadisənin keçmişdə tam olaraq nə vaxt olduğunu ifadə edən zaman zərfi ilə istifadə edilməlidir. Məsələn, last week, when I was a child, three years ago, ages ago, in 1980.

Zaman ifadələri; yesterday (dünən), last month (keçən ay), last week (keçən həftə), last year (keçən il), last night (keçən gecə), two minutes ago (iki dəqiqə əvvəl), two days ago (iki gün əvvəl), two months ago (iki ay əvvəl), two years ago (iki il əvvəl).

We beat our opponent yesterday -biz dünən rəqibimizi məğlub etdik.

“Beat” feilinin zaman və şəxs əvəzliklərinə görə formaları

Bütün digər feillər kimi İngilis dilində “beat” feilinin də zamanlara görə fərqli formaları mövcuddur. Aşağıda bu zaman formalarındakı bütün şəxs əvəzliklərinə aid sadə cümlə nümunələri verilmişdir.

“Beat” Simple Present Tense – İndiki Sadə Zaman

‘Simple Present Tense’ Azərbaycan dilində “indiki zaman” mənasına gəlir. İngilis dilindəki qarşılığı da bu formadadır. Sadə keçmiş zaman mənasına gəlməklə birlikdə hobbilərdən, qaydalardan, ümumi vərdişlərdən söhbət edərkən istifadə edilən, indiki davamedici zamanı yox, ümumi mənada indiki zamanı əhatə edən istifadə forması mövcuddur. Aşağıda “beat” feili ilə indiki sadə zamandakı şəxs əvəzliklərinə aid cümlə nümunələri verilmişdir:

  • I often beat my friends at chess -mən dostlarımı tez-tez şahmatda məğlub edirəm.
  • You often beat your friends at chess -sən dostlarını tez-tez şahmatda məğlub edirsən.
  • She (he) often beats her (his) friends at chess -o, dostlarını tez-tez şahmatda məğlub edir.
  • We often beat our friends at chess -biz dostlarımızı tez-tez şahmatda məğlub edirik.
  • You often beat your friends at chess -siz dostlarınızı tez-tez şahmatda məğlub edirsiniz.
  • They often beat their friends at chess -onlar dostlarını tez-tez şahmatda məğlub edirdilər.

Passiv Voice cümlə nümunələri:

  • Jack is usually beaten by Mary in poker -Jack adətən Mary tərəfindən pokerdə məğlub edilir.
  • Jennifer is often beaten by Jonas in homework -Jennifer ev tapşırığı zamanı tez-tez Jonas tərəfindən məğlub edilir.

“Beat” Present Perfect Tense – İndiki Bitmiş Zaman

Yaxın keçmiş zaman, yəni keçmiş bitmiş zaman keçmişdə meydana gələn, təsirləri davam edən və ortaya çıxma forması vacib olmayan hal və hərəkətləri ifadə etmək üçün istifadə edilən zaman formasıdır. Present Perfect Tense öyrənərkən unutmamalı olduğunuz ən vacib nöqtə Present Perfect Tense-n cümlə sonlarında “yesterday, 3 years ago, last year” kimi zaman zərflərini almasıdır. Aşağıda “beat” feili ilə indiki bitmiş zamandakı şəxs əvəzliklərinə aid cümlə nümunələri verilmişdir:

  • I have beaten her at least fifty times at chess -mən onu şahmatda ən azı əlli dəfə məğlub etmişəm.
  • You have beaten her at least fifty times at chess -sən onu şahmatda ən azı əlli dəfə məğlub etmisən.
  • She (he) has beaten me at least fifty times at chess -o, şahmatda məni ən azı əlli dəfə məğlub edib.
  • We have beaten her at least fifty times at chess -biz onu şahmatda ən azı əlli dəfə məğlub etmişik.
  • You have beaten her at least fifty times at chess -siz onu şahmatda ən azı əlli dəfə məğlub etmisiniz.
  • They have beaten her at least fifty times at chess -onlar onu şahmatda ən azı əlli dəfə məğlub ediblər.

Passiv Voice cümlə nümunələri:

  • I have been beaten at chess at least fifty times by Peter -Peter tərəfindən ən azı əlli dəfə şahmatda məğlub edilmişəm.
  • Jennifer has been beaten at voleyball at least fifty times by Peter -Jennifer, voleybolda Peter tərəfindən ən azı əlli dəfə məğlub edilmişdir.

“Beat” Present Continuous Tense – İndiki Davamedici Zaman

Bu zaman formasında hadisənin nə zaman başladığı və ya nə qədər müddət davam etdiyi önəmli deyil. Hadisənin danışıq əsnasında davam etməkdə olduğunu vurğulayır. O halda, bu zaman forması danışıq əsnasında davam etməkdə olan hadisələr üçün istifadə edilir. Bu hadisə bir müddətdir davam etməkdə olan, amma danışıq əsnasında edilməyən bir hadisə də ola bilər. Cümlə nümunələri ilə tanış olaq:

  • I am beating Jennifer in the boxing match -mən boks görüşündə Jeniferi məğlub edirəm.
  • You are beating Jennifer in the boxing match -sən boks görüşündə Jeniferi məğlub edirsən.
  • She (he) is beating Jennifer in the boxing match -o, boks qarşılaşmasında Jenniferi məğlub edir.
  • We are beating Jennifer and Lucas in the boxing match -biz boks görüşündə Jennifer və Lucası məğlub edirik.
  • You are beating Jennifer and Lucas  in the boxing match -siz boks görüşündə Jennifer və Lucası məğlub edirsən.
  • They are beating Jennifer and Lucas in the boxing match -onlar boks görüşündə Jennifer və Lucası məğlub edirlər.

Passiv Voice cümlə nümunələri:

  • Anderson is being beaten by Johnson in the boxing match -Anderson boks görüşündə Johnson tərəfindən məğlub edilir (indi).
  • They are being beaten by Jennifer’s team in the voleyball match -onlar voleybol matçında Jenniferin komandası tərəfindən məğlub edilirlər (indi)

“Beat” Present Perfect Continuous Tense – İndiki Bitmiş Davamedici Zaman

Hal-hazırda etdiyimiz hərəkəti ifadə etmək üçün indiki davamedici zamandan istifadə edilir: I’m reading a book now -mən indi bir kitab oxuyuram. Ancaq keçmiş zamanda başlayan və hələ də davam edən bir hadisə üçün Present Perfect Continuous Tense istifadə edilir. Hadisə keçmiş zamanda başlamış və indi davam edir, hətta gələcəkdə də davam etmə ehtimalı mövcuddur: I have been reading a book for two hours -mən iki saatdır kitab oxuyuram. Bu cümlə kitab oxumağa iki saat əvvəl başladığımı, hələ də davam etdiyimi göstərir. Nə qədər davam edəcəyi haqqında məlumatımız yoxdur. Cümlə nümunələri ilə tanış olaq:

  • I have been beating Jennifer in the chess match -mən Jenniferi şahmatda məğlub etməkdəyəm.
  • You have been beating Jennifer in the chess match -sən Jenniferi şahmatda məğlub etməkdəsən.
  • She (he) has been beating Jennifer in the chess match -o, Jenniferi şahmatda məğlub etməkdədir.
  • We have been beating Jennifer in the chess match -biz Jenniferi şahmatda məğlub etməkdəyik.
  • You have been beating Jennifer in the chess match -siz Jenniferi şahmatda məğlub etməkdəsiniz.
  • They have been beating Jennifer in the chess match -onlar Jenniferi şahmatda məğlub etməkdədirlər.

“Beat” Simple Past Tense – Sadə Keçmiş Zaman

Simple Past Tense, Azərbaycan dilinə tərcüməsi sadə keçmiş zaman olan bu zaman forması keçmişdə müəyyən bir zamanda başlamış və artıq sonlanmış olan hadisələri və ya vəziyyətləri izah etmək məqsədi ilə istifadə edilən zaman formasıdır. Bu zaman formasını öyrənərkən qətiyyən Past Continuous Tense ilə qarışdırmamalıyıq. Bu səbəblə də iki zaman arasındakı fərqləri və Past Tense-n istifadə yerlərini bilmək lazımdır.

  • I beat you last week -mən keçən həftə səni məğlub etdim.
  • You beat me last week -sən keçən həftə məni məğlub etdin.
  • She (he) beat me last week -o, keçən həftə məni məğlub etdi.
  • We beat you last week -biz keçən həftə səni məğlub etdik.
  • You beat me last week -siz keçən həftə məni məğlub etdiniz.
  • They beat me last week -onlar keçən həftə məni məğlub etdilər.

Passiv Voice cümlə nümunələri:

  • I was beaten by Jennifer last week -mən keçən həftə Jennifer tərəfindən döyüldüm.
  • They were beaten by David last week -onlar keçən həftə David tərəfindən döyüldülər.

“Beat” Past Continuous Tense – Keçmiş Davamedici Zaman

Past Continuous, adından da başa düşüldüyü kimi keçmiş davamedici zaman mənasına gəlir. Yəni keçmiş zamanda reallaşması müəyyən bir müddət vaxt almış bir hadisənin izah üçün istifadə edilən zaman formasıdır. Digər zamanların hamısında olduğu kimi burada da fərqli istifadə sahələri mövcuddur. Hansı halda halda bu zaman formasından istifadə etməli olduğumuza qərar verə bilmək üçün aşağıda verilmiş nümunələrlə tanış olmaq lazımdır.

  • I was beating Peter in that game when you walked in the door -sən qapıdan içəri girəndə mən Peteri həmin oyunda udurdum.
  • You were beating Peter in that game when I walked in the door -mən qapıdan içəri girəndə sən Peteri həmin oyunda udurdun.
  • She (he) was beating Peter in that game when you walked in the door -sən qapıdan içəri girəndə o, Peteri həmin oyunda udurdu.
  • We were beating Peter in that game when you walked in the door -sən qapıdan içəri girəndə biz Peteri həmin oyunda udurdum.
  • You were beating Peter in that game when I walked in the door -sən qapıdan içəri girəndə siz Peteri həmin oyunda udurdunuz.
  • They were beating Peter in that game when you walked in the door -sən qapıdan içəri girəndə onlar Peteri həmin oyunda udurdum.

Passiv Voice cümlə nümunələri:

  • Peter was being beaten when you walked in the door -sən qapıdan girəndə Peter döyülürdü.
  • They were being beaten when you wrote your homework -sən ev tapşırığını yazanda onlar döyülürdü.

“Beat” Past Perfect Tense – Keçmiş Bitmiş Zaman

Past Perfect Tense də keçmiş zaman formalarından biridir. Azərbaycan dilinə tərcüməsi keçmiş bitmiş zamandır. Past perfect, past simple-n əvvəl baş verən hadisələri izah etmək üçün istifadə edilən zaman formasıdır. Beləliklə, iki hadisənin olduğunu düşünək. Bu hadisələrin meydana gəldiyi zamanları müqayisə edək. Bu hadisələrin hər ikisi keçmiş zamanda baş versə də, biri digərindən sonra reallaşır. Əvvəl baş verən hadisə üçün past perfect istifadə edilərkən, sonrakı hadisə üçün past simple istifadə edilir. Məsələn, I had finished to cook the dinner when they arrived -onlar gələrkən mən axşam yeməyini bişirməyi bitirmişdim.

Aşağıda şəxs əvəzliklərinə görə cümlə nümunələri verilmişdir:

  • I had beaten Jane at least ten times before Jane finally won a match -Jane nəhayət ki, bir oyunda qalib olana qədər mən onu ən azı on dəfə məğlub etmişdim.
  • You had beaten Jane at least ten times before Jane finally won a match -Jane nəhayət ki, bir oyunda qalib olana qədər sən onu ən azı on dəfə məğlub etmişdin.
  • She (he) had beaten Jane at least ten times before Jane finally won a match -Jane nəhayət ki, bir oyunda qalib olana qədər o, onu ən azı on dəfə məğlub etmişdi.
  • We had beaten Jane at least ten times before Jane finally won a match -Jane nəhayət ki, bir oyunda qalib olana qədər biz onu ən azı on dəfə məğlub etmişdik.
  • You had beaten Jane at least ten times before Jane finally won a match -Jane nəhayət ki, bir oyunda qalib olana qədər siz onu ən azı on dəfə məğlub etmişdiniz.
  • They had beaten Jane at least ten times before Jane finally won a match -Jane nəhayət ki, bir oyunda qalib olana qədər onlar onu ən azı on dəfə məğlub etmişdilər.

Passiv Voice cümlə nümunələri:

  • Jane had been beaten by Tom at least fifty times before she finally won a match -Jane nəhayət bir oyunu qazanmazdan əvvəl ən azı əlli dəfə Tom tərəfindən məğlub edilib.
  • They had been beaten by David at least fifty times before they finally won a match -onlar nəhayət bir oyunu qazanmazdan əvvəl ən azı əlli dəfə Tom tərəfindən məğlub ediliblər.

“Beat” Past Perfect Continuous Tense – Keçmiş Bitmiş Davamedici Zaman

Past Perfect Continuous Tense də Past Perfect Tense kimi keçmişdə yaşanmış hadisədən əvvəl reallaşmış hadisələri izah etmək üçün istifadə edilir. Bu zaman formasının istifadə edilə bilməyi üçün izah edilən hadisənin sadəcə keçmişdə yaşanmış bir hadisədən daha əvvəl reallaşmış olması yetərli olmaz. Bundan əlavə, müəyyən bir vaxt almış olmalı və cümlə içində hadisənin baş verdiyi müddət vurğulanmalıdır. Bu zaman ilə qurulan cümlələrdə had been + V-ing istifadə edilir.

  • I had been beating Jennifer in the chess match -mən şahmat oyununda Jenniferə qalib gəlməkdə idim.
  • You had been beating Jennifer in the chess match -sən şahmat oyununda Jenniferə qalib gəlməkdə idin.
  • She (he) had been beating Jennifer in the chess match -o, şahmat oyununda Jenniferə qalib gəlməkdə idi.
  • We had been beating Jennifer in the chess match -biz şahmat oyununda Jenniferə qalib gəlməkdə idik.
  • You had been beating Jennifer in the chess match -siz şahmat oyununda Jenniferə qalib gəlməkdə idiniz.
  • They had been beating Jennifer in the chess match -onlar şahmat oyununda Jenniferə qalib gəlməkdə idilər.

“Beat” Simple Future Tense – Gələcək Sadə Zaman

“Simple Future Tense” Azərbaycan dilində gələcək zaman mənasına gəlir və gələcəkdə reallaşma ehtimalı yüksək olan hadisə və hallar üçün istifadə edilən bir zamandır. Gələcək zamanda etməyi düşündüyümüz bütün mövzuları bu zaman formasından istifadə edərək izah edə bilərik.

  • I will beat you the next time we play -növbəti dəfə oynayanda mən səni məğlub edəcəyəm.
  • You will beat me the next time you play -növbəti dəfə oynayanda sən məni məğlub edəcəksən.
  • She (he) will beat you the next time you play -növbəti dəfə oynayanda o, səni məğlub edəcək.
  • We will beat you the next time we play -növbəti dəfə oynayanda biz səni məğlub edəcəyik.
  • You will beat me the next time you play -növbəti dəfə oynayanda siz məni məğlub edəcəksiniz.
  • They will beat you the next time they play -növbəti dəfə oynayanda onlar səni məğlub edəcəklər.

Passiv Voice cümlə nümunələri:

  • She will be beaten in the next match -o, növbəti oyunda məğlub ediləcək.
  • They will be beaten in the next match -onlar növbəti oyunda məğlub ediləcək.

“Beat” Future Continuous Tense – Gələcək Davamedici Zaman

Azərbaycan dilinə tərcümədə gələcək davamedici zaman mənasına gələn Future Progressive və ya Future Continuous Tense, hər hansı hal və hərəkətin gələcəkdə baş verəcəyini və onun müddət davam edəcəyini vurğulamaq üçün istifadə edilir. Aşağıdakı formadan istifadə edilərək cümlə qurulur: will + will + indiki zamankı (kök feli + -ing). Aşağıda bu feilin şəxs əvəzliklərinə görə cümlə nümunələri verilmişdir.

  • I will be beating you in our rematch -cavab oyunumuzda mən səni məğlub edəcəyəm.
  • You will be beating me in our rematch -cavab oyunumuzda sən məni məğlub edəcəksən.
  • She (he) will be beating you in our rematch -cavab oyunumuzda o, səni məğlub edəcək.
  • We will be beating you in our rematch -cavab oyunumuzda biz səni məğlub edəcəyik.
  • You will be beating me in our rematch -cavab oyunumuzda siz məni məğlub edəcəksiniz.
  • They will be beating you in our rematch -cavab oyunumuzda onlar səni məğlub edəcəklər.

“Beat” Future Perfect Tense – Gələcək Bitmiş Zaman

“Future Perfect Tense”, gələcək zamanda tamamlanmış olmasının gözlənildiyi hadisələr üçün istifadə edilir. Azərbaycan dilinə “etmiş olacağam” kimi tərcümə edilir. Məsələn,

  • I will have completed this course by the time summer comes -yay gələnə qədər mən bu kursu bitirmiş olacağam.
  • Unfortunately, she won’t have gotten her promotion by next year -təəsssüf ki, o, gələn il mükafat almamış olmayacaq.
  • Will we have finished our work by tomorrow evening? -sabah axşam bişim işimiz bitmiş olacaqmı?

Aşağıda bu zaman formasındakı “beat” feilininin şəxs əvəzliklərinə görə dəyişilməsinə aid nümunələr verilmişdir:

  • I will have been beaten by his opponent -mən onun rəqibi tərəfindən döyülmüş olacağam.
  • You will have been beaten by his opponent -sən onun rəqibi tərəfindən döyülmüş olacaqsan.
  • He (she) will have been beaten by his opponent -o, onun rəqibi tərəfindən döyülmüş olacaq.
  • We will have been beaten by his opponent -biz onun rəqibi tərəfindən döyülmüş olacağıq.
  • You will have been beaten by his opponent -siz onun rəqibi tərəfindən döyülmüş olacaqsınız.
  • They will have been beaten by his opponent -onlar onun rəqibi tərəfindən döyülmüş olacaqlar.

“Beat” Future Perfect Continuous – Gələcək Bitmiş Davamedici Zaman

Future Perfect Continuous Tense, gələcək zamanda davam edəcək hadisələri izah edən zaman formasıdır. Başqa sözlə, bir işin gələcək zamanda davam edəcəyi haqqında danışmaq istəyiriksə, o zaman cümləni Future Perfect Continuous Tense ilə qurmalıyıq. Future perfect continuouns tense ilə cümlə qurularkən əvvəlcə mübrəda, daha sonra feilin ikinci forması olan past forma və to be feilinin üçüncü forması, feilin “ing” almış şəkli yerləşdirilir: will + have + been + the verb’s present participle (verb + -ing). Azərbaycan dilinə tərcümədə Future Perfect Tense ilə eyni mənanı ifadə edir.

  • I will have been beating by his opponent -mən onun rəqibi tərəfindən döyülmüş olacağam.
  • You will have been beating by his opponent -sən onun rəqibi tərəfindən döyülmüş olacaqsan.
  • She (he) will have been beating by his opponent -o, onun rəqibi tərəfindən döyülmüş olacaq.
  • We will have been beaten beating by his opponent -biz onun rəqibi tərəfindən döyülmüş olacağıq.
  • You will have been beaten beating by his opponent -siz onun rəqibi tərəfindən döyülmüş olacaqsınız.
  • They will have been beaten beating by his opponent -onlar onun rəqibi tərəfindən döyülmüş olacaqlar.

Beat – Beat – Beaten Test Sualları

Mövzunu daha dərindən başa düşə bilmək və nə dərəcədə anladığınızı təyin edə bilmək üçün bu başlıq altında verilmiş testləri “to beat” feilinin zamanlara uyğun olaraq düzgün formasından istifadə edərək cavablandırmağınız tövsiyə edilir.

  • 1. Jennifer _____ me last week.
  • 2. Tom _____ Jane at least ten times before Jane finally won a match.
  • 3. Johnson ______ Anderson in the boxing match.
  • 4. If Peter had concentrated more, he _____ his opponent.
  • 5. Look! Mark _____ by Mark.
  • 6. Peter _____ me at least fifty times at chess.
  • 7. Jack _____ usually _____ by Mary in poker.
  • 8. I often _____ my friends at chess.
  • 9. By the time you read this, he ______ by his opponent.

Düzgün cavablar

  • 1. beat
  • 2. had beaten
  • 3. is beating
  • 4. would have beaten
  • 5. is going to be beaten
  • 6. has beaten
  • 7. is beaten
  • 8. beat
  • 9. will have been beaten

Beat – Beat – Beaten Test Sualları – PDF

Yuxarıda verilmiş sualları PDF olaraq əldə etmək üçün bu linkə klik edə bilərsiniz.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×

Ücretsiz İngilizce Öğrenme Uygulaması

Uygulamayı Yükle
Her gün yeni kelime öğren