Tələbələr ingilis dili qrammatikasını öyrənərkən motivasiyasını düşürəcək bir sıra qəlizliklərlə üz üzə qala bilirlər. Bu qəlizliklər, ingilis dili qrammatikasını öyrənməkdə axsamalar yarada bilir. Mövzumuza verə biləcəyimiz ən ideal nümunə isə ingiliscə fellərdir. İngilis fellər, ana dilimizlə müqayisədə qarşılığı olmayacaq ünsurlarla əhatəlidir. Bu ünsurları yaxşı mənimsəyə bilmək üçün ingilis dili qrammatikası detallı, sağlam və doğru addımlarla öyrənilməlidir ki, tələbələr üçün hər hansı bir məqamda çətinliklər yaratmasın.
Fellər bildiyiniz üzərə ingilis dilində qaydalı və qaydasız olaraq iki yerə bölünür. Çətinlik, eləcə, buradan başlayır. Çünki, qaydalı felləri öyrənmək asan olsa da, (ikinci və üçüncü halında “ed” şəkilçisini qəbul edən hər bir fel qaydalı fel sayılır) qaydasız felləri öyrənmək olduqca vaxt aparıcıdır. Çünki, qaydasız fellər kökdən dəyişmə xüsusiyyətinə sahibdir və tələbələrin burada qaydasız felləri əzbərləməkdən başqa çarələri qalmır. Bəs, əzbərləməkdən savayı, qaydasız felləri necə daha yadda qalan etmək mümkündür?
Qaydasız felləri yadda qalan etmək üçün hansı halların hansı cümlələrdə, hansı mənsubiyyətlər və zaman qəlibləri ilə istifadə olunduğunu öyrənmək lazımdır. Bunun üçün, bu gün bloq yazımızda qaydasız fellərdən biri olan “become” felinin ikinci və üçüncü hallarını sizlərlə birlikdə təsnif edəcəyik. Beləliklə, felin birinci, ikinci və üçüncü hallarını daha detallı şəkildə öyrənəcək və çalışmalarla praktik edərək daha yadda qalan hala gətirəcəksiniz. Giriş məlumatlarla başlayaq:
Become feli sözün öz köküdür və birinci hal şəklində istifadə olunur.
Become feli – olmaq, halına gəlmək, dönüşmək – şəklində tərcümə olunur.
Become Felinin İkinci Forması
Become felinin ikinci halı became şəklində yazılır. Simple Past Tense üçün istifadə olunur.
Become Felinin İkinci Forması ilə Nümunələr
- Melissa quickly became adept at predicting his moods.- Melissa tez bir zamanda ruh halını proqnozlaşdırmaqda usta oldu.
- The desire to laugh became a compulsion.- Gülmək arzusu məcburiyyətə çevrildi.
- They became pawns in the political battle.- Siyasi döyüşdə piyada oldular.
- The storm became stronger that night.- Fırtına o gecə daha da gücləndi.
- Her son became a doctor and that is why she is so proud of him.- Oğlu həkim oldu və bu səbəbdən də, o, onunla qürur duyur.
Become Felinin Üçüncü Forması
Become felinin üçüncü halı birinci halı ilə eynidir, become olaraq yazılır. Cümlələrdən ayıra bilməyiniz üçün cümlədə istifadə olunan zaman qəliblərini müəyyənləşdirməlisiniz. Üçüncü hal Perfect Tense və Passive Voice cümlələri üçün keçərlidir.
Become Felinin Üçüncü Halı ilə Nümunələr
- People have become indifferent to the suffering of others.- İnsanlar başqalarının əzablarına laqeyd qaldılar.
- Women have become more assertive in the past decade.- Son on ildə qadınlar daha iddialı oldular.
- Many voters have become disenchanted with the government.- Bir çox seçici hökumətdən narazı qaldı.
- His dream has become a reality.- Onun xəyalı bir reallığa çevrildi.
- She has become very popular after her first single.- İlk singlindən sonra çox populyar oldu.
Become Felinin Past Tense ilə İstifadəsi
Become felini keçmiş zaman qəlibləri ilə istifadə edərkən felin neçənci halını istifadə edəcəyinizi yaxşı bilməlisiniz. Cümlələrdə istifadə olunan zaman qəliblərini bir-birindən ayırd edə bilmək üçün köməkçi fellərə baxmağınız kifayət edir. Mübtəda + Köməkçi Fel + Fel (ikinci və ya üçüncü hal) + İkinci Dərəcəli Üzvlər qaydasına diqqət etsəniz, felin ikinci və üçüncü halları ilə rahatlıqla cümlələr qura bilərsiniz.
- She has become a lot more tolerant and communicative. – O, çox tolerant və ünsiyyətcil oldu.
Burada istifadə olunan köməkçi feldən bariz şəkildə bilinir ki, Perfect Tense cümləsidir və məlumdur ki, Perfect Tense cümlələrində become felinin üçüncü halı istifadə olunur.
Become Felinin Zaman və Mənsubiyyətə Görə Təsnifi
Become felini cümlədə istifadə edərkən zaman qəlilblərinə və mənsubiyyətə görə dəyişkənliklərini öyrənmək istəyirsinizsə, aşağıda verilən bir neçə zaman qəlibləri və şəxs əvəzlikləri ilə nümunələrinə nəzər yetirə bilərsiniz.
Qeyd: Become felinin Passive Voice (Məçhul Növ) cümlə növü yoxdur. Become feli, subyektin dolaysız şəkildə özünün icra etməsi gərəkən bir hərəkət olduğu üçün, məçhul subyekt tərəfindən əsas subyektə hərəkət icra edilə bilməz.
Become Present Tense İstifadəsi
Present Simple Tense, dilimizə indiki zaman kimi tərcümə olunur. I, you, we, they əvəzliklərinə cavab verən köməkçi felləri “do”, he, she, it əvəzliklərinin köməkçi felləri “does”`dır. Köməkçi felə “not” şəkilçisi əlavə etməklə mənfi formaya keçir. He, she, it əvəzlikləri ilə qurulan cümlələrdə “does” köməkçi felinə malikdir, lakin bu köməkçi felə “-s, -ies, -es” şəklində əlavə olunur. Mənfi cümlələrdə fel düz qalır. Eyni vəziyyət sual cümləsi üçündə keçərlidir. Ümumi həqiqətləri, təkrarlanan hərəkətləri, vərdişləri, mövcud vəziyyəti, ümumi fikri, istəyi ifadə etmək üçün istifadə olunur. Bir zaman qrafiki ilə başlamaq və ya təkrarlamaq üçün əvvəlcədən təyin edilmiş hərəkətlər üçün istifadə olunur. Əmrlər, təlimatlar vermək üçün istifadə olunur.
1st form of Verb + s (es)
- I wants to become a professional cook.- Professional bir aşpaz olmaq istəyirəm.
- You wants to become a professional cook.- Peşəkar bir aşpaz olmaq istəyirsən.
- We wants to become a professional cook.- Professional bir aşpaz olmaq istəyirik.
- They wants to become a professional cook.- Professional bir aşpaz olmaq istəyirlər.
- He wants to become a professional cook.- Professional bir aşpaz olmaq istəyir. (kişi)
- She wants to become a professional cook.- Professional bir aşpaz olmaq istəyir. (qadın)
- It becomes an annual event.- İllik bir tədbir halına gəlir. (Digər)
Become felinin qeyd edilən zaman qəlibi ilə sual cümləsi aşağıdaki qaydaları izləyir:
- Does some contructions become law? – Bəzi konstruksiyalar qanuna çevrilirmi?
Become Present Perfect Tense İstifadəsi
Present Perfect Tense təkrarlanan hərəkətlər üçün istifadə edilir, hansı ki, konkret zaman forması bu hərəkətlər üçün önəmli deyil və hadisə keçmişdə başlayıb, lakin hələ də bitməyib, davam etməkdədir. Present Perfect Tense keçmiş bir hadisə və ya vəziyyət ilə bu gün arasında bir əlaqə yaradır. Xüsusilə “just” zərfində çox yaxın bir hərəkət üçün istifadə olunur, ancaq nə qədər vaxt keçdiyini göstərmir. “Yet” zərfi hələ edilməmiş, lakin edilməsi ehtimalı olan hərəkətlər üçün və ya belə bir ehtimalın olub- olmadığını soruşmaq üçün istifadə edilir. “Never” zərfi keçmişdə müəyyən bir nöqtədən heç bir hərəkət edilmədiyini və ya belə bir vəziyyətlə qarşılaşmadığını ifadə etmək üçün istifadə olunur.
Present Perfect Tense: has/ have + 3rd form of Verb
- I have become
- you have become
- he/ she/ it has become
- we have become
- you have become
- they have become
Become felinin qeyd edilən zaman qəlibi ilə sual cümləsi aşağıdaki qaydaları izləyir:
- Have some contructions become law? – Bəzi konstruksiyalar qanuna çevrilibmi?
Become Present Progressive Tense İstifadəsi
Adından da göründüyü kimi Continuous ifadədəsindən əvvəlki Present ifadəsi be + V- ing şəklində köməkçi felin indiki, yəni am, is, are şəklində istifadə olunmasını həm də dəvam edən hadisənin keçid vaxtının indi olduğunu ifadə edir. Hadisənin nə vaxt başladığı və nə qədər davam etdiği vacib deyil. Yalnız bir danışma anında bir hadisənin davam etdiyini vurğulayır. Hal- hazırda davam etməkdə olan hərəkətləri izah etmək üçün bu zaman formasından istifadə edilir.
is/ am/ are + 1 st form of Verb + ing
Zaman ifadələri: now (indi), right now (indi), at the moment (hazırda), still (hələ)
Present Continuous Tense always, constantly, forever kimi zərflərlə birlikdə əkrarlayan və ümumiyyətlə narahat edən hərəkətlər üçün istifadə olunur. Present Continuous Tense ondan sonra istifadə olunan gələcək zamanla birlikdə gələcəkdə əvvəlcədən planlaşdırılan bir hərəkətin baş verəcəyi deməkdir.
- I am becoming
- you are becoming
- he/ she/ it is becoming
- we are becoming
- you are becoming
- they are becoming
Become Present Perfect Progressive Tense İstifadəsi
Dilimizə indiki bitmiş davamedici zaman kimi tərcümə edilən Present Perfect Continuous Tense, keçmişdə müəyyən bir zamanda başlayan və hal- hazırda davam etməkdə olan hal və hərəkətlərdən bəhs etmək üçün istifadə edilir. Bu səbəblə Continuous halda istifadə edilə bilməyən fellərlə istifadə edilə bilməz.
has/ have + been + 1 st form of Verb + ing
- I have been becoming
- you have been becoming
- he/ she/ it has been becoming
- we have been becoming
- you have been becoming
- they have been becoming
Become Simple Past Tense İstifadəsi
Azərbaycan dilindəki qarşılığı keçmiş sadə zaman olan Past Simple Tense, keçmiş zamanda baş verən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə tamamlanan bir hadisəni, işi, vəziyyəti və ya hərəkəti təsvir etmək üçün istifadə olunur. Hadisənin nə qədər əvvəl baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Bu yaxınlarda baş vermiş ola bilər və ya çox köhnə ola bilər. Keçmişə aid yalnız bir hərəkət varsa, bu hərəkətin nə qədər köhnə olmasına baxmayaraq bu zaman istifadə olunmalıdır. Hadisənin keçmişdə nə zaman baş verdiyini ifadə edən bir zaman ifadəsi ilə istifadə olunmalıdır.
2nd form of Verb
Zaman ifadələri; yesterday (dünən), last month (keçən ay), last week (geçən həftə), last year (keçən il), last night (keçən gecə), two minutes ago (iki dəqiqə əvvəl), two days ago ( iki gün əvvəl), two months ago ( iki ay əvvəl), two years ago ( iki əvvəl il)
- I became
- you became
- he/ she/ it became
- we became
- you became
- they became
Become Past Progressive Tense İstifadəsi
Keçmiş davamedici zaman olan Past Continuous Tense, keçmişdə baş verən və müəyyən bir müddətdə davam edən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə göstərilən vaxtda tamamlanmayan və buna görə də davam edən hadisələr üçün istifadə olunur. Əsas odur ki, o an davam edir, nə qədər dəvam etməsinin fərqi yoxdur. Always (həmişə), constantly (davamlı), forever (həmişəlik, əbədi) kimi zərflərlə birlikdə keçmişdə təkrarlanan və ümumiyyətlə bizi narahat edən hərəkətlər üçün istifadə olunur.
was/ were + 1st form of Verb + ing
- I was becoming
- you were becoming
- he/ she/ it was becoming
- we were becoming
- you were becoming
- they were becoming
Become Past Perfect Tense İstifadəsi
Keçmişdə müəyyən bir an və ya hadisədən əvvəl meydana gələn və o ana qədər davam edən hadisələr üçün istifadə olunur. Bu vaxtdan istifadə edəcəksinizsə, hansı hadisədən əvvəl suala cavab verə biləcəyiniz bir zaman cümləsi olmalıdır. Bəzən bu zamanın çox qədim hadisələr üçün istifadə edildiyi fərz edilir, lakin bu doğru deyil. Keçmişə aid yalnız bir hadisə varsa və bu hadisənin keçmişdə bir müddətdən əvvəl meydana gəldiyi ifadə edilərsə, Simple Past Tense istifadə edilməlidir. Bu zamanın istifadə edildiyi ümumi formul belədir:
subject + had + past participle = past perfect tense.
- I had become
- you had become
- he/ she/ it had become
- we had become
- you had become
- they had become
Become Past Perfect Continuous Tense İstifadəsi
Bu zaman formasının Azərbaycan dilində qarşılığı olmasa da, belə izah edə bilərik ki, keçmişdə başlayan bir işdən əvvəl edilməkdə olan başqa bir işdən bəhs etmək üçün Past Perfect Continuous zamanından istifadə edilir. Məsələn: When he came, I had been waiting for him for more than two hours. (O gəldiyində mən onu 2 saatdan çox idi ki gözləyirdim.) Keçmişdə müəyyən bir vaxtda gözləməyə başladım və onun gəlişinə qədər bu gözləməyə davam etdim. Keçmişdə başlayan və keçmişdə bitən bir müddətdə hərəkəti davam etdirdim. Hadisə bir müddət ifadə ettiyi üçün Continuous, bu müddət keçmişdə bittiği (qutardığı) üçün Past Perfect`dən istifadə edirik.
had + been + 1st form of Verb + ing
- I had been becoming
- you had been becoming
- he/ she/ it had been becoming
- we had been becoming
- you had been becoming
- they had been becoming
Become Gələcək Zaman İstifadəsi
Future Simple Tense, Azərbaycan dilinə gələcək sadə zaman kimi tərcümə edilir. Gələcək haqqında məlumat verərkən və ya gələcək hadisələrlə bağlı qeyri- müəyyən hadisələri proqnozlaşdırarkən istifadə olunur. Danışıq zamanı verilən qərarlar üçün istifadə olunur. Gələcəklə bağlı verilən vədlər üçün istifadə olunur.
shall/ will + 1st form of Verb
- I will become
- you will become
- he/ she/ it will become
- we will become
- you will become
- they will become
Become felinin qeyd edilən zaman qəlibi ilə sual cümləsi aşağıdaki qaydaları izləyir:
- Will some contructions become law? – Bəzi konstruksiyalar qanuna çevriləcəkmi?
Become Future Progressive Tense İstifadəsi
Future Continuous Tense Azərbaycan dilinə gələcək davamedici zaman kimi tərcümə olunur. Gələcəkdə müəyyən bir zamanda davam edəcək hərəkətlər üçün istifadə olunur. Hadisənin nə vaxt başladığı, nə qədər davam ettiyi və ya davam edəcəyi vacib deyil. Əhəmiyyətli olan bir hərəkətin yalnız deyilən anda davam etməsidir.
shall/ will + 1st form of Verb + ing
- I will be becoming
- you will be becoming
- he/ she/ it will be becoming
- we will be becoming
- you will be becoming
- they will be becoming
Become Future Perfect Tense İstifadəsi
Müəyyən bir gələcəkdəki hadisəni və ya vaxtdan əvvəl tamamlanacaq hərəkətlər üçün istifadə olunur. Vaxt ifadəsi və ya hadisənin sona çatması üçün verilən vaxtı göstərən cümlə olmadan istifadə olunmur.
shall/ will have + 3rd of Verb
- I will have become
- you will have become
- he/ she/ it will have become
- we will have become
- you will have become
- they will have become
Become felinin qeyd edilən zaman qəlibi ilə sual cümləsi aşağıdaki qaydaları izləyir:
- Will have some contructions become law? – Bəzi konstruksiyalar qanuna çevrilmiş olacaqmı?
Become Future Perfect Progressive Tense İstifadəsi
Future Perfect Continuous Tense Azərbaycan dilində gələcək bitmiş davamedici zaman kimi tərcümə olunur. Future Perfect Continuous Tense gələcəkdə baş verməsi planlaşdırılan hadisədən əvvəl başqa verən və bitən hadisənin olduğunu vurğulamaq üçün istifadə edilir.
- I will have been becoming
- you will have been becoming
- he/ she/ it will have been becoming
- we will have been becoming
- you will have been becoming
- they will have been becoming
Become Feili İlə Bağlı Test Nümunələri
Öyrəndiklərinizi təkmilləşdirmək istəyirsinizsə, aşağıdaki boşluq doldurmanı həll edərək praktik əldə etmiş olacaqsınız.
- At the age of 23, she ….. a doctor.
- I hated being a lawyer, so I decided to ______________ a teacher.
- I ….. a ballet dancer in 1997.
- Sam …… a doctor when he was 26.
- He realized his dream of ….. an artist.
- If she … ill, she would visit a doctor
- He … very ill and then he died.
- Morgan Freeman ….. famous at the age of 52. – I have just …. an Australian citizen.
- If he _____ director, I will become vice-president.
- He _____ used to his new life when he had to move again.Cavablar
- became
- become
- became
- became
- becoming
- become
- became
- became, become
- becomes
- was becoming
İngilis Dilində Become v2 Və Become v3 Formalarına Aid Test Nümunələri PDF
Daha çox çalışmalarla praktik qazanmaq və öyrəndiklərinizi daha sağlam şəkildə mənimsəmək istəyirsinizsə, sizin üçün hazırladığımız PDF formatlı become birinci, ikinci və üçüncü formları ilə bağlı testi linkə klikləyərək keçid alıb həll edə bilərsiniz.