Bend Felinin İkinci və Üçüncü Forması - Wordly Danışır ...

Bend Felinin İkinci və Üçüncü Forması


Bend Felinin İkinci və Üçüncü Forması

Bir çox insanlar ingilis dilini öyrənməyə yüksək motivasiya və həvəslə başlasa belə, ingilis dili qrammatikasında rastlaşdıqları çətinliklərə görə enerjilərini itirə bilirlər. Tələbələr üçün ingilis dili qrammatikasında çətinlik yaradacaq mövzulardan biri də fellərdir. Bəs, fel mövzusu tələbələrə necə çətinlik yarada bilər? İngilis dilində bildiyiniz kimi fellər hallarına görə fərqlilik göstərir. Bu hallar isə, qaydalı və qaydasız fellər olaraq siyahılara ayrılır. Yəni, tələbələr ingilis dili qrammatikasında felləri öyrənərkən qaydalı və qaydasız fellərin ikinci və üçüncü hallarını əzbərləməkdə çətinlik çəkirlər. Bəli, əzbərləmək. Çünki, xüsusilə, qaydasız fellərin ikinci və üçüncü hallarda dəyişilməsi ilə bağlı müvafiq qayda yoxdur. Səbəbsiz yerə kökündən dəyişimə uğradığı üçün tələbələrə bu felləri əzbərləməkdən başqa çarə qalmır.

Tələbələrin gözünü qorxutmadan qaydasız felləri ən asan şəkildə bu bloq yazısında öyrətməyə çalışacayıq. Çünki, bu günki bloq yazımızda qaydasız fellərdən biri olan “bend” kəliməsindən bəhs edəcəyik. Bend felinin ikinci və üçüncü halında dəyişimə uğramasını və cümlələrdə istifadə qaydalarını sizlərlə birlikdə təsnif edəcəyik. Əgər, buradaki izah formatına uyğun şəkildə öyrənsəniz, qaydasız fellərin istifadəsində çətinlik çəkməyəcəyinizə zəmanət verə bilərik.

Qaydasız fellər siyahısına daxil olan “bend” – yəni, “əyilmək, bükmək, boyun əymək” felinin ikinci və üçüncü hallarını və istifadə qaydalarını sizə təqdim edirik.

Bend Felinin İkinci Forması

Bend felinin ikinci halı: Bent

Harada istifadə olunur? Sadə keçmiş zaman üçün istifadə olunur.

Bend Felinin İkinci Halı ilə Cümlə Nümunələri

  • Jim dropped his pen and bent to pick it up.- Jim qələmini yerə atdı və götürmək üçün əyildi.
  • Tom bent down and pretended to be tying one of his shoes.- Tom əyilib ayaqqabısından birini bağlayırmış kimi davranırdı.
  • He bent down and kissed her on the cheek. – O, əyilib onun yanağından öpdü.
  • I bent over to pick up my pen which had fallen on the floor.- Yerə düşmüş qələmi götürmək üçün əyildim.
  • The nurse bent down and kissed the child.- Tibb bacısı əyilib uşağı öpdü.

Bend Felinin Üçüncü Forması

Bend felinin üçüncü halı: Bent

Harada istifadə olunur? Perfect Tense- lər üçün istifadə olunur. Bunun xaricində, Passive Voice (Məçhul Növ) cümlələr üçün də istifadə etmək mümkündür.

 Bend Felinin Üçüncü Halı ilə Cümlə Nümunələri

  • The rules are going to be bent this time.- Qaydalar bu dəfə əyiləcək (dəyişəcək).
  • She had bent the frame before I touched it.- Mən toxunmadan əvvəl çərçivəni əymişdi.
  • The frame had been bent before I touched it.- Çarx toxunmadan əvvəl əyilmişdi.
  • It will have been bent a number of times by the time the test is over.- Test bitənə qədər bir neçə dəfə əyilmiş olacaq.

Qeyd: Bend felinin ikinci və üçüncü hallarını bent olsa belə, bended şəklində yazılması da yanlış olaraq qəbul edilmir. Yəni, əksər hallarda bent olaraq yazılsa da, bended olaraq (“ed” şəkilçisi qəbul edən qaydalı fel) da qəbul edilə bilər. Hər ikisi də doğrudur.

Bend Past Tense ilə Cümlə Quruluş Qaydası

Past Tense dediyimizdə, əgər, sadə keçmiş zamanda cümlə qurmaq istəyiriksə, bu zaman, bend felinin ikinci halı –  yəni, bent halı ilə cümləni qurmuş olacayıq. Lakin, Perfect Tense dediyimiz zaman qəliblərində isə bend felinin üçüncü halı – yəni, bent halı ilə istifadə edəcəyik.

Bəs, bend felinin ikinic və üçüncü halları eynidirsə, bunu necə ayırd edəcəyik? Cümlədə istifadə olunan zaman qəlibinə görə. Cümlədə istifadə olunan zaman qəlibinə görə felin hansı halda olduğunu aydınlaşdırmaq mümkündür. Məsələn

  • The man bent down to kiss the child.- Kişi uşağı öpmək üçün əyildi.

Burada Perfect Tense ilə bağlı köməkçi fel olmadığından cümlənin qrammatik qaydasına görə sadə keçmiş zamanda istifadə olunduğunu görmək mümkündür. Sadə keçmiş zamanın istifadə olunduğu cümlədə isə felin ikinci halı işlədilməlidir.

Bend Felinin Zamanlara və Mübtədalara Görə Dəyişkənliyi

Bend felinin hallarının hansı zamanlarda istifadə olunduğu qaydasını yuxarıda yer alan paraqraflarda ümumi şəkildə sizlərlə bölüşdük. Lakin, fellərin, bir də, şəxs əvəzliklərə (mənsubiyyətlərə) görə təsnifi vardır. Bend felinin istifadə qaydasını cümlədə işlədilən mənsubiyyət və zaman qəliblərinə görə müşahidə etmək üçün aşağıda verilmiş bir neçə zaman qəlibləri nümunəsinə nəzər sala bilərsiniz.

Bend Present Tense İstifadəsi

Present Simple  Tense, dilimizə indiki zaman kimi tərcümə olunur. I, you, we, they əvəzliklərinə cavab verən köməkçi felləri “do”,  he, she, it əvəzliklərinin  köməkçi felləri “does”`dır. Köməkçi felə “not” şəkilçisi əlavə etməklə mənfi formaya keçir. He, she, it əvəzlikləri ilə qurulan cümlələrdə “does” köməkçi felinə malikdir,lakin bu köməkçi felə “- s, -ies, -es” şəklində əlavə olunur. Mənfi cümlələrdə fel düz qalır. Eyni vəziyyət sual cümləsi üçündə keçərlidir. Ümumi həqiqətləri, təkrarlanan hərəkətləri, vərdişləri, mövcud vəziyyəti, ümumi fikri, istəyi ifadə etmək üçün istifadə olunur. Bir zaman qrafiki ilə başlamaq və ya təkrarlamaq üçün əvvəlcədən təyin edilmiş hərəkətlər üçün istifadə olunur. Əmrlər, təlimatlar vermək üçün istifadə olunur.

  • When I bend my arm, the pain is excruciating.- Qolumu əydiyim zaman ağrı dözülməz olur.
  • When you bend your arm, the pain is excruciating.- Qolunuzu bükdüyünüz zaman ağrı dözülməz olur.
  • When we bend our arm, the pain is excruciating.- Qolumuzu əydiyimiz zaman ağrı dözülməz olur.
  • When they bend their arm, the pain is excruciating.- Qollarını bükdükdə ağrı dözülməz olur.
  • When she bends her arm, the pain is excruciating.- O, qolunu əyəndə ağrı dözülməz olur. (qadın)
  • When he bends his arm, the pain is excruciating.- O, qolunu əyəndə ağrı dözülməz olur. (kişi)
  • When it bends its arm, the pain is excruciating.- O, qolunu əyəndə ağrı dözülməz olur. (digər)

Sual cümləsində cümlə quruluş qaydası aşağıdaki nümunəyə görə izlənilir:

  • Do you bend company policy to get work done more efficiently? – İşləri daha səmərəli yerinə yetirmək üçün şirkət siyasətinə boyun əyirsənmi (qəbul etmək)?

Passive Voice (Məçhul Növ) cümlələr üçün aşağıdaki nümunədə verilən cümlə quruluş qaydası keçərlidir:

  • Active Voice (Məlum Növ): The Y joint bends the X joint. – Y oynağı X oynağını bükür.
  • Passive Voice (Məçhul Növ): The X joint is bent by the Y joint. – X oynağı Y oynağı tərəfindən bükülür.

Bend Present Perfect Tense İstifadəsi

Bend felinin sözü gedən zaman qəlibi ilə istifadəsi aşağıdaki cümlə quruluş qaydalarına riayət edir: Present Perfect Tense: has/ have + 3rd form of Verb

  • I’ve bent in a risky way in the show.- Mən verilişdə riskli bir şəkildə əyilmişəm.
  • You’ve bent in a risky way in the show.- Sən şouda riskli bir şəkildə əyilmisən.
  • We’ve bent in a risky way in the show.- Biz şouda riskli bir şəkildə əyilmişdik.
  • They’ve bent in a risky way in the show.- Onlar, şouda riskli bir şəkildə əyilmişdilər.
  • He’s bent in a risky way in the show.- O, verilişdə riskli bir şəkildə əyilib. (kişi)
  • She’s bent in a risky way in the show.- O, şouda riskli bir şəkildə əyilib. (qadın)
  • It’s bent in a risky way in the show.- Şouda riskli bir şəkildə əyilmişdir. (digər)

Sual cümləsində cümlə quruluş qaydası aşağıdaki nümunəyə görə izlənilir:

  • Have you bent company policy to get work done more efficiently? – İşləri daha səmərəli yerinə yetirmək üçün şirkət siyasətinə boyun əyibsənmi (qəbul etmək)?

Passive Voice (Məçhul Növ) cümlələr üçün aşağıdaki nümunədə verilən cümlə quruluş qaydası keçərlidir:

  • Active Voice (Məlum Növ): The wind has bent that pole. – Külək o dirəyi bükdü.
  • Passive Voice (Məçhul Növ): That pole has been bent by the wind. – O dirək külək tərəfindən bükülmüşdür.

Bend Present Continuous Tense İstifadəsi

Bu zaman formasında hadisənin nə zaman başladığı və ya nə qədər müddət davam etdiyi önəmli deyil. Hadisənin danışıq əsnasında davam etməkdə olduğunu vurğulayır. O halda, bu zaman forması danışıq əsnasında davam etməkdə olan hadisələr üçün istifadə edilir. Bu hadisə bir sürədir davam etməkdə olan, amma danışıq əsnasında edilməyən bir hadisə də ola bilər. Cümlə nümunələri ilə tanış olaq:

Zaman ifadələri: now (indi), right now (indi), at the moment (hazırda), still (hələ)

Present Continuous Tense always, constantly, forever  kimi zərflərlə birlikdə əkrarlayan və ümumiyyətlə narahat edən hərəkətlər üçün istifadə olunur. Present Continuous Tense ondan sonra istifadə olunan gələcək zamanla birlikdə gələcəkdə əvvəlcədən planlaşdırılan bir hərəkətin baş verəcəyi deməkdir.

  • I am bending
  • you are bending
  • he / she/ it is bending
  • we are bending
  • you are bending
  • they are bending

Bend Present Perfect Continuous Tense İstifadəsi

Dilimizə indiki bitmiş davamedici zaman kimi tərcümə edilən Present Perfect Continuous Tense, keçmişdə müəyyən bir zamanda başlayan və hal- hazırda davam etməkdə olan hal və hərəkətlərdən bəhs etmək üçün istifadə edilir. Bu səbəblə Continuous halda istifadə edilə bilməyən fellərlə istifadə edilə bilməz.

  • I have been bending
  • you have been bending
  • he/ she/ it has been bending
  • we have been bending
  • you have been bending
  • they have been bending

Bend Simple Past Tense İstifadəsi

Azərbaycan dilindəki qarşılığı keçmiş sadə zaman olan Past Simple Tense, keçmiş zamanda baş verən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə tamamlanan bir hadisəni, işi, vəziyyəti və ya hərəkəti təsvir etmək üçün istifadə olunur. Hadisənin nə qədər əvvəl baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Bu yaxınlarda baş vermiş ola bilər və ya çox köhnə ola bilər. Keçmişə aid yalnız bir hərəkət varsa, bu hərəkətin nə qədər köhnə olmasına baxmayaraq bu zaman istifadə olunmalıdır. Hadisənin keçmişdə nə zaman baş verdiyini ifadə edən bir zaman ifadəsi ilə istifadə olunmalıdır.

Zaman ifadələri; yesterday (dünən),  last month (keçən ay), last week (geçən həftə), last year (keçən il), last night (keçən gecə), two minutes ago (iki dəqiqə əvvəl), two days ago ( iki gün əvvəl), two months ago ( iki ay əvvəl),  two years ago ( iki əvvəl il)

Bend felinin sözü gedən zaman qəlibi ilə istifadəsi aşağıdaki cümlə quruluş qaydalarına riayət edir:

  • I bent
  • you bent
  • he/ she/ it bent
  • we bent
  • you bent
  • they bent

Bend  Past Progressive Tense İstifadəsi

Keçmiş davamedici zaman olan Past Continuous Tense, keçmişdə baş verən və müəyyən bir müddətdə davam edən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə göstərilən vaxtda tamamlanmayan və buna görə də davam edən hadisələr üçün istifadə olunur. Əsas odur ki, o an davam edir, nə qədər dəvam etməsinin  fərqi yoxdur. Always (həmişə), constantly (davamlı), forever (həmişəlik, əbədi) kimi zərflərlə birlikdə keçmişdə təkrarlanan və ümumiyyətlə bizi narahat edən hərəkətlər üçün istifadə olunur.

was/ were + 1st form of Verb + ing

  • I was bending
  • you were bending
  • he/ she/ it was bending
  • we were bending
  • you were bending
  • they were bending

Bend  Past Perfect Tense İstifadəsi

Keçmişdə müəyyən bir an və ya hadisədən əvvəl meydana gələn və o ana qədər davam edən hadisələr üçün istifadə olunur. Bu vaxtdan istifadə edəcəksinizsə, hansı hadisədən əvvəl suala cavab verə biləcəyiniz bir zaman cümləsi olmalıdır. Bəzən bu zamanın çox qədim hadisələr üçün istifadə edildiyi fərz edilir, lakin bu doğru deyil. Keçmişə aid yalnız bir hadisə varsa və bu hadisənin keçmişdə bir müddətdən əvvəl meydana gəldiyi ifadə edilərsə, Simple Past Tense istifadə edilməlidir. Bu zamanın istifadə edildiyi ümumi formul belədir:

subject + had + past participle = past perfect tense.

  • I had bent; bended
  • you had bent; bended
  • he/ she/ it had bent; bended
  • we had bent; bended
  • you had bent; bended
  • they had bent; bended

Bend Past Perfect Continuous Tense İstifadəsi

Bu zaman formasının Azərbaycan dilində qarşılığı olmasa da, belə izah edə bilərik ki, keçmişdə başlayan bir işdən əvvəl edilməkdə olan başqa bir işdən bəhs etmək üçün Past Perfect Continuous zamanından istifadə edilir. Məsələn: When he came, I had been waiting for him for more than two hours. (O gəldiyində mən onu 2 saatdan çox idi ki gözləyirdim.) Keçmişdə müəyyən bir vaxtda gözləməyə başladım və onun gəlişinə qədər bu gözləməyə davam etdim. Keçmişdə başlayan və keçmişdə bitən bir müddətdə hərəkəti davam etdirdim. Hadisə bir müddət ifadə ettiyi üçün  Continuous, bu müddət keçmişdə bittiği (qutardığı) üçün  Past Perfect`dən istifadə edirik.

  • I had been bending
  • you had been bending
  • he/ she/ it had been bending
  • we had been bending
  • you had been bending
  • they had been bending

Bend Future Tense İstifadəsi

Future Simple Tense, Azərbaycan dilinə gələcək sadə zaman kimi tərcümə edilir. Gələcək haqqında məlumat verərkən və ya gələcək hadisələrlə bağlı qeyri- müəyyən hadisələri proqnozlaşdırarkən istifadə olunur. Danışıq zamanı verilən qərarlar üçün istifadə olunur. Gələcəklə bağlı verilən vədlər üçün istifadə olunur.

  • I will bend
  • you will bend
  • he/ she/ it will bend
  • we will bend
  • you will bend
  • they will bend

Sual cümləsində cümlə quruluş qaydası aşağıdaki nümunəyə görə izlənilir:

  • Will you bent company policy to get work done more efficiently? – İşləri daha səmərəli yerinə yetirmək üçün şirkət siyasətinə əyəcəksənmi (qəbul etmək)?

Passive Voice (Məçhul Növ) cümlələr üçün aşağıdaki nümunədə verilən cümlə quruluş qaydası keçərlidir:

  • Active Voice (Məlum Növ): George will bend the rules for you. – George sizin üçün qaydaları əyəcək.
  • Passive Voice (Məçhul Növ): I’m sure the rules will be bent. – Əminəm ki, qaydalar əyiləcək.

Bend  Future Continuous Tense İstifadəsi

Future Continuous Tense  Azərbaycan dilinə  gələcək davamedici zaman kimi tərcümə olunur. Gələcəkdə müəyyən bir zamanda davam edəcək hərəkətlər üçün istifadə olunur. Hadisənin  nə vaxt başladığı, nə qədər davam ettiyi və ya davam edəcəyi vacib deyil. Əhəmiyyətli olan bir hərəkətin yalnız deyilən anda davam etməsidir.

  • I will be bending
  • you will be bending
  • he/ she/ it will be bending
  • we will be bending
  • you will be bending
  • they will be bending

Bend  Future Perfect  Tense İstifadəsi

Müəyyən bir gələcəkdəki hadisəni  və ya vaxtdan əvvəl tamamlanacaq hərəkətlər üçün istifadə olunur. Vaxt ifadəsi və ya hadisənin sona çatması üçün verilən vaxtı göstərən cümlə olmadan istifadə olunmur.

  • I will have bent; bended
  • you will have bent; bended
  • he/ she/ it will have bent; bended
  • we will have bent; bended
  • you will have bent; bended
  • they will have bent; bended

Sual cümləsində cümlə quruluş qaydası aşağıdaki nümunəyə görə izlənilir:

  • Will have you bent company policy to get work done more efficiently? – İşləri daha səmərəli yerinə yetirmək üçün şirkət siyasətinə boyun əymiş olacaqsanmı (qəbul etmək)?

Passive Voice (Məçhul Növ) cümlələr üçün aşağıdaki nümunədə verilən cümlə quruluş qaydası keçərlidir:

  • Active Voice (Məlum Növ): Mary will have bent if the company’s change its rules. – Şirkət qaydalarını dəyişdirsə, Mary əymiş olacaq.
  • Passive Voice (Məçhul Növ): The company’s rules will have been bent by Mary if it changes. – Şirkət qaydaları dəyişərsə, Mary tərəfindən boyun əyilmiş olacaqdır.

Bend Future Perfect Progressive Tense İstifadəsi

Future Perfect Continuous Tense Azərbaycan dilində gələcək bitmiş davamedici zaman kimi tərcümə olunur. Future Perfect Continuous Tense gələcəkdə baş verməsi planlaşdırılan hadisədən əvvəl başqa verən və bitən hadisənin olduğunu vurğulamaq üçün istifadə edilir.

  • I will have been bending
  • you will have been bending
  • he/ she/ it will have been bending
  • we will have been bending
  • you will have been bending
  • they will have been bending

Bend Feili İlə Bağlı Test Nümunələri

  1. He can …. an iron rod with his hands.
  2. He watched as the doctors …. over her.
  3. Tom ….. down and pretended to be tying one of his shoes.
  4. The frame _____ before I touched it.
  5. George _____ the rules for you if you ask him.
  6. The doctor told me to avoid ……. and stretching
  7. The world ….. to my will at last.
  8. He ….. over his work at desk
  9. She has a …. for music

İngilis dilində Bend v2 və Bend v3 formalarına aid test nümunələri PDF

Yeni biliklərinizə daha sağlam şəkildə yiyələnmək istəyirsinizsə, sizlər üçün hazırladığımız bend felinin birinci, ikinci və üçüncü halları ilə hazırlanmış testlərimizi həll edə bilərsiniz. Uğurlar!

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×

Ücretsiz İngilizce Öğrenme Uygulaması

Uygulamayı Yükle
Her gün yeni kelime öğren