Amerika İngilis dili və Britaniya İngilis dili əsasən eyni dildə olmasına baxmayaraq, əlbəttə ki, aralarında bəzi fərqlər var. Xüsusilə səyahət edirsinizsə və ya orijinal dillərində filmlər / TV şouları seyr etməyi sevirsinizsə, eyni mənada istifadə olunan fərqli İngilis sözlərinin olduğunu fərq etməlisiniz. Amerika İngilis dili Amerika Birləşmiş Ştatlarında istifadə edilən İngilis forması, İngilis ingilizcəsi isə İngiltərədə istifadə edilən forma adlanır. Bəzi sözlər fərqli yazılıb oxunurkən, bəzi sözlər isə tamamilə fərqli mənalara malikdir. Bunun səbəbi Amerikada çox köhnədən istifadə olunan bəzi terminlərin hələ də günlük danışıqlarda istifadədə olunması, İngiltərədə isə bəzi sözlərin zamanla yox olması ya da yeni yeni ifadələrlə dəyişdirilməsidir. Əgər “The Crown” filmini izlmisinizsə, “Ed Sheeran” mahnılarını dinləmisinizsə ya da “Harry Potter” kitablarını öz orijinal dilində oxumusunuzsa bu fərqlilikləri ehtimal ki görmüsünüz.
Britaniya İngiliscəsi və Amerikan İngiliscəsi arasında fərqlər nələrdir?
Britaniya ingiliscəsi ilə Amerikan ingiliscəsi arasında bəzi fərqlər mövcuddur. Amerikan və İngilis İngilis dili arasındakı fərqlər arasında tələffüz, qrammatika, lüğət, yazım, durğu işarələri, deyimlər, tarix və rəqəm şəkilləri vardır. Bu fərqliliklər çox olmadığı üçün ingilislər və amerikalılar asanlıqla bir-birilərini anlaya və söhbət edə bilərlər. Bir çox Amerikan filmi və televiziya proqramı İngiltərədə də göstərilməkdədir. Tələffüzləri və istifadə etdikləri bəzi sözlər fərqli olsa belə bir ingilis amerikalı birini asanlıqla anlaya bilər. İngilis İngilis dili ilə Amerikan İngilis dili arasındakı 6 əsas fərq.
1) Sözlər (Vocabulary)
2) Toplu isimlər (Collective Nouns)
3) Köməkçi fellər (Auxiliary verbs)
4) Keçmiş zaman felləri (Past tense verbs)
5) Ritorik suallar Əlavə suallar (Rhetorical questions)
6) İmla Yazı (Spelling)
Sözlər (Vocabulary)
Britaniya ingiliscəsi ilə amerikan ingiliscəsi arasındakı ən açıq fərq söz ehtiyatındadır. İki İngilis dili arasında yüzlərlə fərqli söz var. Bir neçə nümunə verək;
Kapot – “Bonnet” (Britaniya ingiliscəsi)
“ Hood” (Amerikan ingiliscəsi)
Tətil – “Holiday” (Britaniya ingiliscəsi)
“Vacation” (Amerikan ingiliscəsi)
Mənzil (ev) – “Flat” (Britaniya ingiliscəsi)
“Apartment” (Amerikan ingiliscəsi)
Payız – “Autumn” (Britaniya ingiliscəsi)
“Fall” (Amerikan ingiliscəsi)
Vəkil – “Barrister” (Britaniya ingiliscəsi)
“Attorney” (Amerikan ingiliscəsi)
Yüzlərlə oxşar nümunə verə bilərik. Sözlər hər iki tərəfdə fərqli olsa da, cümlələrdə istifadə edildikdə bunun mənasını başa düşürlər. Bu səbəbdən gedəcəyiniz ölkədə başa düşülməmək qorxusu ilə yeni sözlər öyrənməyə ehtiyac yoxdur.
Toplu İsimlər (Collective Nouns)
Bu iki fərqli İngilis dili arasında bir neçə qrammatik fərq var. Bu fərqlərdən biri, fərdlərin icmalarını adlandırmaq üçün istifadə edilən “Collective nouns” (Toplu isimlər)’dır. Amerika İngilis dilində kollektiv isimlər təkdir.
Məsələn:
“staff” sözü bir qrup işçiyə, “band” sözü bir musiqi ansamblına (qrupa), “team” sözü bir qrup idmançıya (idman komandasına) aiddir.
Britaniya ingiliscəsində toplu isimlər tək və ya çox ola bilər. Eyni cümləni bir ingilisdən iki fərqli şəkildə eşidə bilərsiniz:
Məsəslən:
The band are playing tonight.
Qrup bu gecə oynayır.
The team is playing tonight.
Komanda bu gecə oynayır.
Köməkçi fellər (Auxiliary Verbs)
Britaniya ingiliscəsi ilə amerikan ingiliscəsi arasındakı başqa bir qrammatik fərq köməkçi fellərdədir ( Auxiliary Verbs). Köməkçi fellər ( Auxiliary Verbs) zaman, fel və ya zaman əlavə edərək cümlənin əsas felini dəstəkləyən ikinci dərəcəli fellərdir.
Məsələn;
“shall” köməkçi felini götürək. İngilislər bəzən gələcək zamanı ifadə etmək üçün bu köməkçi feldən istifadə edirlər. Amerikalılar danışıq dilində buna üstünlük vermirlər.
Məsələn
I shall go home now.
İndi evə gedəcəm.
Amerikalılar “shall” ın nə demək olduğunu bilirlər, lakin danışıq dilində istifadə etməməyi üstün tuturlar. Bir amerikalı bu ifadəni “I will go home now.” şəklində qurur.
Köməkçi felin sual cümləsində istifadəsi Britaniya ingiliscəsi ilə amerikan ingiliscəsi arasında da fərqlənir. Bir Britaniyalı ingilis “shall”i “Shall we go now?” (İndi gedə bilərikmi?) sual cümləsində istifadə edərkən, bir Amerikalı bunun əvəzinə “Should we go now?” (İndi getməliyik?) deməyi üstün tutacaq.
Başqa bir nümunə olaraq, “do” köməkçi felini verə bilərik. Amerikan İngilis dilində zəruri hallarda “do“, mənfi “not” zərfində istifadə olunur.
Məsələn:
You do not need to come to work today.
Bu gün işə gəlməyinizə ehtiyac yoxdur.
İngilislər “do” istifadə etmirlər, bunun əvəzinə “not” u qısaldırlar.
Məsələn:
You needn’t come to work today.
Bu gün işə gəlməyinə ehtiyac yoxdur.
Keçmiş zaman felləri (Past tense verbs)
Düzənsiz fellərin keçmiş zaman istifadə edilməsində Britaniya ingiliscəsi ilə amerikan ingiliscəsi arasındakı da bir fərq var. “Learn”( öğrenmek) felinin keçmiş vaxtı Amerika İngilis dilində “learned” (öyrənilmiş) olsa da, britaniya ingilis dilində “learned” (öyrəndim) və ya “learnt” (öyrəndim) variantlarından birinə üstünlük verilə bilər. Eyni qayda “dreamed – dreamt” “(xəyal etdi ), “burned – burnt” (yandı) fellərinə də aiddir.
Qısaca desək, Amerika İngilis dilində “-ed” və britaniya ingilizcəsində “-t” ilə bitənlərə üstünlük verilir.
Amerikan İngilis dilində bəzi qaydasız fellərin keçmiş zaman formaları “-en” ilə bitir.
Məsələn: bir Amerikalı “I have never gotten caught” (Mən heç vaxt tutulmadım) deyirsə, bir britaniyalı ingilis “I have never got caught” (Mən heç vaxt tutulmamışam) ifadəsini istifadə etməyi üstün tutur. Keçmiş zaman fel birləşməsində amerikalılar həm “got” həm də “gotten” istifadə edə bilsələr də, britaniyalı ingilislər yalnız “got” istifadə etməyi üstün tuturlar.
Adi fellərdə felin ikinci və üçüncü formalarını əldə etmək üçün sözün sonuna “-ed” şəkilçisi əlavə olunur.
Məsələn:
look (baxmaq) – looked (baxdı)
push (basmaq) – pushed (basdı)
pull (çəkmək) – pulled (çəkdi)
Ritorik suallar (Əlavə suallar) (Rhetorical questions)
Ritorik suallar ifadəni suala çevirən qrammatik formadır.
Məsələn
“The whole situation is unfortunate, isn’t it?”
“Bütün vəziyyət təəssüf doğurur, elə deyilmi?”
You don’t like him, do you?
Onu sevmirsən, elə deyilmi?
Ritorik suallar ( Əlavə suallar) əsas cümlədə işlənən bir sual, əvəzlik və feldən ibarətdir (olmaq, var, etmək, və s.).
Bu əlavə suallar həm Britaniya İngilis dilində , həm də Amerika İngilis dilində istifadə olunmasına baxmayaraq, Britaniyalı ingilislər danışıq dilində bu tip suallara Amerikalılardan daha çox üstünlük verirlər.
İmla Yazı (Spelling)
Britaniya İngilis dilinin və Amerikan İngilis dilinin yazım qaydaları arasında yüzlərlə, hətta minlərlə kiçik fərq var. Bu fərqləri tapan şəxs, adını daşıyan bir lüğəti olan lüğətçi Noah Websterdir. Bir yazıçı, siyasətçi və müəllim olan Webster, İngilis dilinin yazımını yaxşılaşdırmaq üçün 1700-cü illərin sonlarına doğru bir hərəkata başladı.
İngilis dilində yazımın uyğunsuzluğundan narahat olan və sözlərin oxunduğu kimi yazılmalı olduğunu müdafiə edən Webster- in bu islahat hərəkatı bir növ Amerikanın İngiltərədən müstəqilliyini ortaya qoyur.
İngilis dilini öyrənərkən qarşılaşdığınız sözlərin iki fərqli yazımını, bir cümlədə istifadə olunan fellərin fərqli yerləşdirmələrini / formalarını və ya fərqli sual nümunələrini gördükdə artıq ağlınız qarışmasın.
-our (Britaniya ingilizcəsi) və -or (Amerikan ingilizcəsi)
” Colour “(rəng) , “flavour” (ləzzət), “favourite” (sevimli) və “neighbour” (qonşu) kimi sözlər Britaniya İngilis dilində “-our” ilə bitir. Amerikan İngilis dilində “u” istifadə edilmir. Dolayısıyla onların Amerika İngilis dili ekvivalentləri “color (rəng),” “flavor (ləzzət),” “favorite (sevimli)” ve “neighbor” (qonşu) olacaqdır.
–ise (Britaniya ingilizcəsi) və -ize (Amerikan ingilizcəsi)
“Organise” (təşkil etmək) və “realise” (dərk etmək) kimi sözlər Britaniya İngilis dilində “-ise” ilə bitir. Amerikan İngilis dilində onlar “organize” (təşkil etmək) və “realize” (dərk etmək) olacaqlar.
-yse (Britaniya ingilizcəsi) və –yze (Amerikan ingilizcəsi)
Məsələn:
analyse (Britaniya ingilizcəsi) – təhlil etmək, analiz etmək
analyze (Amerikan ingilizcəsi) – təhlil etmək, analiz etmək
-ogue (Britaniya ingilizcəsi) və -og (Amerikan ingilizcəsi)
Məsəslən:
dialogue (Britaniya ingilizcəsi) – dialoq
dialog (Amerikan ingilizcəsi) – dialoq
-re (Britaniya ingilizcəsi) və -er (Amerikan ingilizcəsi )
Məsələn:
centre (Britaniya ingilizcəsi) – mərkəz
center ( Amerikan ingilizcəsi) – mərkəz
-ce (Britaniya ingilizcəsi) və -se (Amerikan ingilizcəsi)
Məsələn;
defence (Britaniya ingilizcəsi) – müdafiə
defense (Amerikan ingilizcəsi) – müdafiə
Britaniya İngilizcəsində “look” (baxmaq), “seem/ appear” (görünmək), feel (hiss etmək), sound (səs) fellərindən sonra birbaşa isim gəlir.
Məsələn:
She looks a pretty girl.
Güzel bir kıza benziyor.
Amerikan İngilis dilində yuxarıda verilən sözlərdən sonra “to be” və ya “like” istifadə edilir.
Məsələn:
She looks to be a pretty girl.
Gözəl bir qız kimi görünür.
“T” hərfinin tələffüzü
Amerikan İngilis dilinin xüsusiyyətlərindən biri də “t” və ya ikili t kimi səslərin “d” hərfi kimi oxunmasıdır. Britaniya İngilis dilində bu daha az yaygındır və t-lər ümumiyyətlə daha aydın ifadə edilir.
“Bitter”(acı ) kimi ikili “t” olan sözlərdə daha aydın görünür. Amerikan İngilis dilində “Bitter” sözü özündən çox fərqli bir şey ifadə edən “bidder” (təklif verən) ilə eyni şəkildə oxunur.
Gündəlik söhbətlərdə bunun çox yaygın olduğunu görə bilərsiniz. Amerikalılar rəsmi olaraq danışsalar və ya mümkün qədər dəqiq danışmağa çalışsalar, t-ləri açıq şəkildə tələffüz edə bilərlər.
Ədatlar
Azərbaycan dilində sözlərin sonuna gətirdiyimiz və hərəkətlərimizə məna olaraq yer, istiqamət, zaman və müxtəlif xüsiyyətlər qazandıran əlavələr olan ədatlar, İngilis dilində prepositions olaraq adlandırılmaqdadır. Ədatlar aradında “at,” “in,” “under,” “on,” və s. saymaq olar.
Britaniya ingilizcəsi ilə Amerikan ingilizcəsi arasında digər fərq ədatlardır.
at the weekend (Britaniya ingiliscəsi) – həftə sonu
on the weekend (Amerikan ingiliscəsi) – həftə sonu
different to (Britaniya ingiliscəsi) – fərqli
different from (Amerikan ingiliscəsi) – fərqli
wait on line (Britaniya ingiliscəsi) – növbədə gözləyin
wait in line ( Amerikan ingiliscəsi) – növbədə gözləyin
İngiltərə ingilizcəsində “ehtiyac yoxdur” ifadəsi üçün “don’t need to” və ya “needn’t “ istifadə olunur.
Məsələn:
You needn’t worry.
Narahat olmağınıza ehtiyac yoxdur.
Britaniya İngiliscəsi ilə Amerikan İngiliscəsi arasında digər fərq Tarix ifadələrinin deyilişidi.
Britaniya İngiliscəsində: 17 January, the seventeenth of January, January the seventeenth.
Amerikan İngilizcəsi : January 17, January seventeenth.
İngiltərə İngiliscəsində musiqi alətlərinindən əvvəl “the” istifadə olunmalıdır. Ancaq Amerikan İngilis dilində belə bir tələb yoxdur.
Məsələn:
He can’t play the piano.
O pianino çala bilmir.
BRİTANİYA İNGİLİSCƏSİ VƏ AMERİKAN İNGİLİSCƏSİNDƏKİ FƏRQLİ SÖZLƏR
British Words | American Words | Azərbaycan Dilində Mənaları |
---|---|---|
Petrol | gas | benzin |
lift | elevator | lift |
lorry | truck | yük maşını |
rubbish | garbage | zibil |
pavement | sidewalk | səki |
pedestrian crossing | crosswalk | piyada keçidi |
flyover | overpass | köprü |
aubergine | eggplant | badımcan |
motorway | highway | avtomobil yolu, magistral |
bonnet | hat | papaq |
car park | parking lot | Avtomobil dayanacağı |
chemist's shop | pharmacy | aptek |
chips | fries | kartof |
clothes peg | clothespin | paltar sancağı |
coffin | casket | tabut |
crossroads | intersection | kəsişmə, dördyol |
diversion | detour | dolanmaq |
film | movie | film |
flyover | overpass | üst keçid |
holiday | vacation | tətil |
mad | crazy | dəli |
maize | corn | qarğıdalı |
maths | math | riyaziyyat |
motorbike | motorcycle | motosiklet |
nappy | diaper | uşaq beszi |
post | poçt,mail | |
postcode | zip code | poçt kodu |
rubber | eraser | silgi |
shop | store | maöaza |
spanner | wrench | açar |
sweets | candy | konfet |
timetable | schedule | Cədvəl Program |
trousers | pants | şalvar |
aeroplane | airplane | təyyarə |
cinema | movie theater | kinoteatr |
football | soccer cell phone | futbol |
mobile phone | cell phone | mobil telefon |
to ring | to call | zəng etmək |
wardrobe | closet | şkaf |
taxi | Cab | taksi |
tap | Faucet | kran |
driving licence | driver's license | sürücülük vəsiqəsi, sürücünün lisenziyası |
Autumn | Fall | payız |
bonnet | Hood | kapot |
flat | Apartment | mənzil (ev) |
Barrister | Attorney | vəkil |
biscuits | cookies | peçenye |
underground | subway | metro |
grey | gray | boz |