Buy Felinin İkinci və Üçüncü Forması - Wordly

Buy Felinin İkinci və Üçüncü Forması


Buy Felinin İkinci və Üçüncü Forması

Tələbələr ingilis dili qrammatikasını öyrənərkən motivasiyasını düşürəcək bir sıra qəlizliklərlə üz üzə qala bilirlər. Bu qəlizliklər, ingilis dili qrammatikasını öyrənməkdə axsamalar yarada bilir. Mövzumuza verə biləcəyimiz ən ideal nümunə isə ingiliscə fellərdir. İngilis fellər, ana dilimizlə müqayisədə qarşılığı olmayacaq ünsurlarla əhatəlidir. Bu ünsurları yaxşı mənimsəyə bilmək üçün ingilis dili qrammatikası detallı, sağlam və doğru addımlarla öyrənilməlidir ki, tələbələr üçün hər hansı bir məqamda çətinliklər yaratmasın.

Fellər bildiyiniz üzərə ingilis dilində qaydalı və qaydasız olaraq iki yerə bölünür. Çətinlik, eləcə, buradan başlayır. Çünki, qaydalı felləri öyrənmək asan olsa da, (ikinci və üçüncü halında “ed” şəkilçisini qəbul edən hər bir fel qaydalı fel sayılır) qaydasız felləri öyrənmək olduqca vaxt aparıcıdır. Çünki, qaydasız fellər kökdən dəyişmə xüsusiyyətinə sahibdir və tələbələrin burada qaydasız felləri əzbərləməkdən başqa çarələri qalmır. Bəs, əzbərləməkdən savayı, qaydasız felləri necə daha yadda qalan etmək mümkündür?

Qaydasız felləri yadda qalan etmək üçün hansı halların hansı cümlələrdə, hansı mənsubiyyətlər və zaman qəlibləri ilə istifadə olunduğunu öyrənmək lazımdır. Bunun üçün, bu gün bloq yazımızda qaydasız fellərdən biri olan “buy” felinin ikinci və üçüncü hallarını sizlərlə birlikdə təsnif edəcəyik. Beləliklə, felin birinci, ikinci və üçüncü hallarını daha detallı şəkildə öyrənəcək və çalışmalarla praktik edərək daha yadda qalan hala gətirəcəksiniz. Giriş məlumatlarla başlayaq:

Buy feli sözün öz köküdür və birinci hal şəklində istifadə olunur.

Buy feli – almaq – şəklində tərcümə olunur.

Buy Felinin İkinci Halı

Buy felinin ikinci halı: Bought

Qrammatik rolu: Past Simple (Sadə Keçmiş Zaman) cümlələri.

Buy Felinin İkinci Halı ilə Nümunə Cümlələr

  • I bought a camera two days ago.- İki gün əvvəl bir kamera aldım.
  • I bought a newspaper written in English.- İngilis dilində yazılmış bir qəzet aldım.
  • I bought a brick of ice cream for Jimmy- Jimmy üçün bir kərpic dondurma aldım.
  • She bought a nice toy for her child.- Uşağı üçün gözəl bir oyuncaq aldı.
  • I bought it the day it was released.- Çıxardığı gün aldım.

Buy Felinin Üçüncü Halı

Buy felinin ikinci halı: Bought

Qrammatik rolu: Past Participle (Perfect Tense) və Passive Voice (Məçhul Növ) cümlələri.

Buy Felinin Üçüncü Halı ilə Nümunə Cümlələr

  • I lost the camera I had bought the day before.- Bir gün əvvəl aldığım kameranı itirdim.
  • My friend said he had bought a new watch.- Dostum yeni bir saat aldığını dedi.
  • We should have bought a new lock for the front door.- Ön qapı üçün yeni bir kilid almalı idik.
  • At that price, you could have bought an original!- Bu qiymətə bir orijinal ala bilərdiniz!
  • I should not have bought such a thing.- Mən belə bir şey almamalıydım.

Buy Felinin Past Tense (Keçmiş Zaman) ilə İstifadəsi

Buy felinin ikincə və üçüncü halı eynidir. Cümlələrdə buy felinin ikinci və ya üçüncü halını gördükdə hansı olduğunu müəyyənləşdirmək üçün cümlədə işlədilən zamana baxmalısınız. Sadə keçmiş zamanlar üçün buy felinin ikinci halı istifadə olunur. Past Participle (Perfect Tense) cümlələrdə isə buy felinin üçüncü halı istifadə olunur.

  • Past Participle: I have bought two books, you can have either.- İki kitab almışam, siz də ala bilərsiniz.
  • Past Simple: I bought a small bunch of bananas.- Kiçik bir dəstə banan aldım.

Buy Felinin Zamana və Mənsubiyyətə Görə İstifadə Qaydası

Buy felinin həm zamana, həm də mənsubiyyətə (şəxs əvəzliklərinə) görə istifadə qaydalarını öyrənmək istəyirsinizsə, aşağıdaki zamana və mənsubiyyətə görə verilən nümunələrə nəzər yetirə bilərsiniz.

Buy Simple Present Tense Necə İstifadə Edilir

Present Simple  Tense, dilimizə indiki zaman kimi tərcümə olunur. I, you, we, they əvəzliklərinə cavab verən köməkçi felləri “do”,  he, she, it əvəzliklərinin  köməkçi felləri “does”`dır. Köməkçi felə “not” şəkilçisi əlavə etməklə mənfi formaya keçir. He, she, it əvəzlikləri ilə qurulan cümlələrdə “does” köməkçi felinə malikdir, lakin bu köməkçi felə “-s, -ies, -es” şəklində əlavə olunur. Mənfi cümlələrdə fel düz qalır. Eyni vəziyyət sual cümləsi üçündə keçərlidir. Ümumi həqiqətləri, təkrarlanan hərəkətləri, vərdişləri, mövcud vəziyyəti, ümumi fikri, istəyi ifadə etmək üçün istifadə olunur. Bir zaman qrafiki ilə başlamaq və ya təkrarlamaq üçün əvvəlcədən təyin edilmiş hərəkətlər üçün istifadə olunur. Əmrlər, təlimatlar vermək üçün istifadə olunur.

  • I buy all vegetables at the market.- Bütün tərəvəzləri bazardan alıram.
  • You buy all vegetables at the market.- Bütün tərəvəzləri bazarda alırsan.
  • We buy all vegetables at the market.- Bütün tərəvəzləri bazarda alırıq.
  • They buy all vegetables at the market.- Bütün tərəvəzləri bazarda alırlar.
  • He buys all vegetables at the market. (kişi)- Bütün tərəvəzləri bazarda alır.
  • She buys all vegetables at the market. (qadın)- Bütün tərəvəzləri bazarda alır.
  • It buys all vegetables at the market. (digər)- Bütün tərəvəzləri bazarda alır.

Sual cümləsi ilə:

  • Do I buy clothes on internet?- İnternetdən paltar alıram?

Passice Voice (Məçhul Növ) ilə:

  • Active Voice: The Company buys a new project every year. – Şirkət hər il yeni bir layihə alır.
  • Passive Voice: A new project is bought by the company every year.- Hər il şirkət tərəfindən yeni bir layihə alınır.

Buy Present Perfect  Tense Necə İstifadə Edilir

Present Perfect Tense təkrarlanan hərəkətlər üçün istifadə edilir, hansı ki, konkret zaman forması bu hərəkətlər üçün önəmli deyil və hadisə keçmişdə başlayıb, lakin hələ də bitməyib, davam etməkdədir. Present Perfect Tense   keçmiş bir hadisə və ya vəziyyət ilə bu gün arasında bir əlaqə yaradır. Xüsusilə “just” zərfində çox yaxın bir hərəkət üçün istifadə olunur, ancaq nə qədər vaxt keçdiyini göstərmir. “Yet” zərfi hələ edilməmiş, lakin edilməsi ehtimalı olan hərəkətlər üçün və ya belə bir ehtimalın olub-olmadığını soruşmaq üçün istifadə edilir. “Never” zərfi keçmişdə müəyyən bir nöqtədən heç bir hərəkət edilmədiyini və ya belə bir vəziyyətlə qarşılaşmadığını ifadə etmək üçün istifadə olunur.

  • I have bought
  • you have bought
  • he/ she/ it has bought
  • we have bought
  • you have bought
  • they have bought

 

  • I have bought all vegetables at the market. – Bütün tərəvəzləri bazardan almışam.
  • You have bought all vegetables at the market.- Bütün tərəvəzləri bazarda almısan.
  • We have bought all vegetables at the market. – Bütün tərəvəzləri bazarda almışıq.
  • They have bought all vegetables at the market. – Bütün tərəvəzləri bazarda alıblar.
  • He has bought all vegetables at the market. (kişi)- Bütün tərəvəzləri bazarda alıb.
  • She has bought all vegetables at the market. (qadın)- Bütün tərəvəzləri bazarda alıb.
  • It has bought all vegetables at the market. (digər)- Bütün tərəvəzləri bazarda alıb.

Sual cümləsi ilə:

  • Have I bought clothes on internet before? / Heç əvvəl internetdən paltar almışam?

Passice Voice (Məçhul Növ) ilə:

  • Active Voice: The Company has bought a new project before. / Şirkət əvvəl yeni bir layihə alıb.
  • Passive Voice: A new project has been bought by the company before. / Əvvəl şirkət tərəfindən yeni bir layihə alınıb.

Buy Present Progressive Tense Necə İstifadə Edilir

Adından da göründüyü kimi Continuous ifadədəsindən  əvvəlki Present ifadəsi  be + V-ing şəklində köməkçi felin indiki, yəni am, is, are şəklində istifadə olunmasını  həm də dəvam edən hadisənin keçid vaxtının indi olduğunu ifadə edir. Hadisənin nə vaxt başladığı və nə qədər davam etdiği vacib deyil. Yalnız bir danışma anında bir hadisənin davam etdiyini vurğulayır.Hal-hazırda davam etməkdə olan hərəkətləri izah etmək üçün bu zaman formasından istifadə edilir.

Zaman ifadələri: now (indi), right now (indi), at the moment (hazırda), still (hələ)

Present Continuous Tense always, constantly, forever  kimi zərflərlə birlikdə əkrarlayan və ümumiyyətlə narahat edən hərəkətlər üçün istifadə olunur. Present Continuous Tense ondan sonra istifadə olunan gələcək zamanla birlikdə gələcəkdə əvvəlcədən planlaşdırılan bir hərəkətin baş verəcəyi deməkdir.

  • I am buying
  • you are buying
  • he/ she/ it is buying
  • we are buying
  • you are buying
  • they are buying

Buy Present Perfect Continuous Tense Necə İstifadə Edilir

Dilimizə indiki bitmiş davamedici zaman kimi tərcümə edilən Present Perfect Continuous Tense, keçmişdə müəyyən bir zamanda başlayan və hal-hazırda davam etməkdə olan hal və hərəkətlərdən bəhs etmək üçün istifadə edilir. Bu səbəblə Continuous halda istifadə edilə bilməyən fellərlə istifadə edilə bilməz.

Hal- hazırda etdiyimiz hərəkəti ifadə etmək üçün indiki davamedici zamandan istifadə edilir: I’m reading a book now -mən indi bir kitab oxuyuram. Ancaq keçmiş zamanda başlayan və hələ də davam edən bir hadisə üçün Present Perfect Continuous Tense istifadə edilir. Hadisə keçmiş zamanda başlamış və indi davam edir, hətta gələcəkdə də davam etmə ehtimalı mövcuddur: I have been reading a book for two hours -mən iki saatdır kitab oxuyuram. Bu cümlə kitab oxumağa iki saat əvvəl başladığımı, hələ də davam etdiyimi göstərir. Nə qədər davam edəcəyi haqqında məlumatımız yoxdur.

  • I have been buying
  • you have been buying
  • he/ she/ it has been buying
  • we have been buying
  • you have been buying
  • they have been buying

Buy Simple Past Tense Necə İstifadə Edilir

Azərbaycan dilindəki qarşılığı keçmiş sadə zaman olan Past Simple Tense, keçmiş zamanda baş verən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə tamamlanan bir hadisəni, işi, vəziyyəti və ya hərəkəti təsvir etmək üçün istifadə olunur. Hadisənin nə qədər əvvəl baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Bu yaxınlarda baş vermiş ola bilər və ya çox köhnə ola bilər. Keçmişə aid yalnız bir hərəkət varsa, bu hərəkətin nə qədər köhnə olmasına baxmayaraq bu zaman istifadə olunmalıdır. Hadisənin keçmişdə nə zaman baş verdiyini ifadə edən bir zaman ifadəsi ilə istifadə olunmalıdır. Bu zaman formasını öyrənərkən qətiyyən Past Continuous Tense ilə qarışdırmamalıyıq. Bu səbəblə də iki zaman arasındakı fərqləri və Past Tense-n istifadə yerlərini bilmək lazımdır.

Zaman ifadələri; yesterday (dünən),  last month (keçən ay), last week (geçən həftə), last year (keçən il), last night (keçən gecə), two minutes ago (iki dəqiqə əvvəl), two days ago ( iki gün əvvəl), two months ago ( iki ay əvvəl),  two years ago ( iki əvvəl il)

  • I bought
  • you bought
  • he/ she/ it bought
  • we bought
  • you bought
  • they bought

 

  • I bought all vegetables at the market. / Bütün tərəvəzləri bazardan aldım.
  • You bought all vegetables at the market. / Bütün tərəvəzləri bazarda aldın.
  • We bought all vegetables at the market. / Bütün tərəvəzləri bazarda aldıq.
  • They bought all vegetables at the market. / Bütün tərəvəzləri bazarda aldılar
  • He bought all vegetables at the market. (kişi) / Bütün tərəvəzləri bazarda aldı.
  • She bought all vegetables at the market. (qadın) / Bütün tərəvəzləri bazarda aldı.
  • It bought all vegetables at the market. (digər) / Bütün tərəvəzləri bazarda aldı.

Sual cümləsi ilə:

  • Did I buy clothes on internet? / İnternetdən paltar aldım?

Passice Voice (Məçhul Növ) ilə:

  • Actoive Voice: The Company bought a new project last year. / Şirkət keçən il yeni bir layihə aldı.
  • Passive Voice: A new project was bought by the company last year. / Keçən il şirkət tərəfindən yeni bir layihə alindı.

Buy Past Progressive Tense Necə İstifadə Edilir

Keçmiş davamedici zaman olan Past Continuous Tense, keçmişdə baş verən və müəyyən bir müddətdə davam edən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə göstərilən vaxtda tamamlanmayan və buna görə də davam edən hadisələr üçün istifadə olunur. Əsas odur ki, o an davam edir, nə qədər dəvam etməsinin  fərqi yoxdur. Always (həmişə), constantly (davamlı), forever (həmişəlik, əbədi) kimi zərflərlə birlikdə keçmişdə təkrarlanan və ümumiyyətlə bizi narahat edən hərəkətlər üçün istifadə olunur.

was/ were + 1st form of Verb + ing

  • I was buying
  • you were buying
  • he/ she /it was buying
  • we were buying
  • you were buying
  • they were buying

Buy Past Perfect Tense Necə İstifadə Edilir

Keçmişdə müəyyən bir an və ya hadisədən əvvəl meydana gələn və o ana qədər davam edən hadisələr üçün istifadə olunur. Bu vaxtdan istifadə edəcəksinizsə, hansı hadisədən əvvəl suala cavab verə biləcəyiniz bir zaman cümləsi olmalıdır. Bəzən bu zamanın çox qədim hadisələr üçün istifadə edildiyi fərz edilir, lakin bu doğru deyil. Keçmişə aid yalnız bir hadisə varsa və bu hadisənin keçmişdə bir müddətdən əvvəl meydana gəldiyi ifadə edilərsə, Simple Past Tense istifadə edilməlidir. Bu zamanın istifadə edildiyi ümumi formul belədir:

subject + had + past participle = past perfect tense.

  • I had bought
  • you had bought
  • he/ she/ it had bought
  • we had bought
  • you had bought
  • they had bought

Buy Past Perfect Progressive Tense Necə İstifadə Edilir

Bu zaman formasının Azərbaycan dilində qarşılığı olmasa da, belə izah edə bilərik ki, keçmişdə başlayan bir işdən əvvəl edilməkdə olan başqa bir işdən bəhs etmək üçün Past Perfect Continuous zamanından istifadə edilir. Məsələn: When he came, I had been waiting for him for more than two hours. (O gəldiyində mən onu 2 saatdan çox idi ki gözləyirdim.) Keçmişdə müəyyən bir vaxtda gözləməyə başladım və onun gəlişinə qədər bu gözləməyə davam etdim. Keçmişdə başlayan və keçmişdə bitən bir müddətdə hərəkəti davam etdirdim. Hadisə bir müddət ifadə ettiyi üçün  Continuous, bu müddət keçmişdə bittiği (qutardığı) üçün  Past Perfect`dən istifadə edirik. Bundan əlavə, müəyyən bir vaxt almış olmalı və cümlə içində hadisənin baş verdiyi müddət vurğulanmalıdır. Bu zaman ilə qurulan cümlələrdə had been + V-ing istifadə edilir.

  • I had been buying
  • you had been buying
  • he/ she/ it had been buying
  • we had been buying
  • you had been buying
  • they had been buying

Buy Simple Future Tense Necə İstifadə Edilir

Future Simple Tense, Azərbaycan dilinə gələcək sadə zaman kimi tərcümə edilir. Gələcək haqqında məlumat verərkən və ya gələcək hadisələrlə bağlı qeyri- müəyyən hadisələri proqnozlaşdırarkən istifadə olunur. Danışıq zamanı verilən qərarlar üçün istifadə olunur. Gələcəklə bağlı verilən vədlər üçün istifadə olunur.

  • I will buy
  • you will buy
  • he/ she/ it will buy
  • we will buy
  • you will buy
  • they will buy

 

  • I will buy all vegetables at the market. / Bütün tərəvəzləri bazardan alacağam.
  • You will buy all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alacaqsan.
  • We will buy all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alacağıq.
  • They will buy all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alacaqlar.
  • He will buy vegetables at the market. (kişi) / Bütün tərəvəzləri bazarda alacaq.
  • She will buy all vegetables at the market. (qadın) / Bütün tərəvəzləri bazarda alacaq..
  • It will buy all vegetables at the market. (digər) / Bütün tərəvəzləri bazarda alacaq.

Sual cümləsi ilə:

  • Will I buy clothes on internet again? / İnternetdən yenə paltar alacağam?

Passice Voice (Məçhul Növ) ilə:

  • Active Voice: The Company will buy a new project next year. / Şirkət gələn il yeni bir layihə alacaq.
  • Passive Voice: A new project will be bought by the company year. / Şirkət tərəfindən yeni bir layihə gələn il alınacaq.

Buy Future Progressive Tense Necə İstifadə Edilir

Future Continuous Tense  Azərbaycan dilinə  gələcək davamedici zaman kimi tərcümə olunur. Gələcəkdə müəyyən bir zamanda davam edəcək hərəkətlər üçün istifadə olunur. Hadisənin  nə vaxt başladığı, nə qədər davam ettiyi və ya davam edəcəyi vacib deyil. Əhəmiyyətli olan bir hərəkətin yalnız deyilən anda davam etməsidir. Aşağıdakı formadan istifadə edilərək cümlə qurulur: will + will + indiki zamankı (kök feli + -ing).

  • I will be buying
  • you will be buying
  • he/ she/ it will be buying
  • we will be buying
  • you will be buying
  • they will be buying

Buy Future Perfect Tense Necə İstifadə Edilir

Müəyyən bir gələcəkdəki hadisəni  və ya vaxtdan əvvəl tamamlanacaq hərəkətlər üçün istifadə olunur. Vaxt ifadəsi və ya hadisənin sona çatması üçün verilən vaxtı göstərən cümlə olmadan istifadə olunmur.

  • I will have bought
  • you will have bought
  • he/ she/ it will have bought
  • we will have bought
  • you will have bought
  • they will have bought

 

  • I will buy all vegetables at the market. / Bütün tərəvəzləri bazardan alacağam.
  • You will buy all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alacaqsan.
  • We will buy all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alacağıq.
  • They will buy all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alacaqlar.
  • He will buy vegetables at the market. (kişi) / Bütün tərəvəzləri bazarda alacaq.
  • She will buy all vegetables at the market. (qadın) / Bütün tərəvəzləri bazarda alacaq..
  • It will buy all vegetables at the market. (digər) / Bütün tərəvəzləri bazarda alacaq.

Sual cümləsi ilə:

  • Will I buy clothes on internet again? / İnternetdən yenə paltar alacağam?

Passice Voice (Məçhul Növ) ilə:

  • Active Voice: The Company will buy a new project next year. / Şirkət gələn il yeni bir layihə alacaq.
  • Passive Voice: A new project will be bought by the company year. / Şirkət tərəfindən yeni bir layihə gələn il alınacaq.

Buy Future Perfect Progressive Tense Necə İstifadə Edilir

Future Perfect Continuous Tense Azərbaycan dilində gələcək bitmiş davamedici zaman kimi tərcümə olunur. Future Perfect Continuous Tense gələcəkdə baş verməsi planlaşdırılan hadisədən əvvəl başqa verən və bitən hadisənin olduğunu vurğulamaq üçün istifadə edilir.

Future perfect continuouns tense ilə cümlə qurularkən əvvəlcə mübtəda, daha sonra feilin ikinci forması olan past forma və to be feilinin üçüncü forması, feilin “ing” almış şəkli yerləşdirilir: will + have + been + the verb’s present participle (verb + -ing). Azərbaycan dilinə tərcümədə Future Perfect Tense ilə eyni mənanı ifadə edir.

  • I will have been buying
  • you will have been buying
  • he/ she/ it will have been buying
  • we will have been buying
  • you will have been buying
  • they will have been buying

Buy Feili İlə Bağlı Test Nümunələri

  1. Before Jake went to England, he …….. many books about this country
  2. …….. your new car yet?
  3. I ….. a new pair of shoes.
  4. He _____ a house.
  5. He …… a cap last week.
  6. No one … that excuse.
  7. Maria …… a beautiful jacket two hours ago.
  8. He hustled me into … his second-hand computer.
  9. My uncle ….. me a cool bike two years ago.
  10. … a house is the best hedge against inflation.

Cavablar:

  1. had bought
  2. Have you bought
  3. have bought
  4. bought
  5. bought
  6. will buy,
  7. bought
  8. buying
  9. bought
  10. buying

İngilis Dilində Buy v2 Və Buy v3 Formalarına Aid Test Nümunələri PDF

Daha çox çalışmalarla praktik qazanmaq və öyrəndiklərinizi daha sağlam şəkildə mənimsəmək istəyirsinizsə, sizin üçün hazırladığımız PDF formatlı become birinci, ikinci və üçüncü formları ilə bağlı testi  klikləyərək keçid alıb həll edə bilərsiniz.

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir