Comparative və Superlative: detallı mövzu izahı - Wordly Danışır ...

Comparative və Superlative: detallı mövzu izahı


Comparative və Superlative_ detallı mövzu izahı

İngilis dilində qrammatik qaydalar Azərbaycan dilindəki qaydalar ilə bir çox halda oxşardırlar. Ancaq bəzi mövzular var ki, istifadə məqsədləri və yerləri asanlıqla qarışdırılar bilir. Baxmayaraq ki, başa düşülməsi olduqca asan və əyləncəlidir, Comparative Superlative mövzusu da bu qarışdırılan mövzuların başında gəlir. Comparative Superlative mövzusunda qaydalarını və istifadə formalarını başa düşmək üçün bəzi nöqtələri bilməyimiz vacibdir. O halda Comparative Superlative mövzu izahını və Comparative Superlative nümunələrini birlikdə incələyək.

Bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • Comparative nədir?
  • Comparative cümlə necə qurulur?
  • Superlative nədir?
  • Superlative cümlə necə qurulur?
  • Comparative Superlative söz siyahısı
  • Ən çox istifadə edilən Comparative sözlər

Comparative nədir?

“Comparative” sözünün mənası “compare” feilinden gəlir. Compare sözünün Azərbaycan dilindəki mənası isə “qarşılaşdırmaq” deməkdir. Beləliklə, Comparative adjectives ‘qarşılaşdırma sifətləri’ olaraq tərcümə edilir.

Qarşılaşdırma sifətləri, birdən çox insanı, əşyanı, heyvanı, qısacası, hər hansı birdən çox şeyi müqayisə etmək, qarşılaşdırmaq məqsədi ilə istifadə edilir. Məsələn, bir uşağın digərinə “mənim atam sənin atandan daha güclüdür” deməsi iki uşağın atalarının güc mövzusunda müqayisə edilməsi mənasına gəlir. İngilis dilində bu növ cümlələri qurmaq üçün comparative-e ehtiyac duyulur.

My father is stronger than your father -mənim atam sənin atandan daha güclüdür.

Comparative cümlə necə qurulur?

Aşağıda Comparative cümlə qurma formulu verilmişdir. Comparative istifadə etmək üçün əməl etməli olduğumuz formul belədir: Subject (Noun) + Verb + Adjective + Than + Object (Noun), yəni Subyekt (İsim) + Feil + Sifət + Than sözü + obyekt (İsim)

Sifətə “daha” mənası qatan “-er” və “more” şəkilçilərinin əlavə edilməsi ilə yaranan strukturlardır. Azərbaycan dilində müqayisə sifətləri olaraq ifadə edilirlər. Cümlənin quruluşu; sifat + -er / more + sifat + than şəklindədir:

She is more intelligent than she looks -O, göründüyündən daha ağıllıdır.

Bu quruluş Azərbaycan dilinə “… -dən daha + sifət” şəklində tərcümə edilir. İngilis dilində bu kimi sifətlər qaydalı və qaydasız olmaqla, iki yerə ayrılır.

Bununla bağlı cümlə nümunələri aşağıda verilmişdir:

  • John is taller than Jane -John Jane-dən daha uzundur.
  • That film was nicer than this -O film bundan daha yaxşı idi.
  • He is more popular than his friends -O, dostundan daha populyardır.
  • This car is more expensive than the other car -Bu maşın digər maşından daha bahalıdır.
  • A stone is bigger than a pebble -Bir daş bir çınqıldan daha böyükdür.
  • Summer is hotter than winter -Yay qışdan daha istidir.
  • A cat is slower than a cheetah -Bir pişik bir Çitadan daha yavaşdır.
  • Mr. Smith is older than Mr. Johns -Cənab Smith, Cənab Johns-dan daha yaşlıdır.
  • Max is better at maths than David, but is worse at maths than Sarah -Maks riyaziyyatda Davidden daha yaxşıdır, lakin riyaziyyatda Sarahdan daha pisdir.
  • Fruit is healthier than chocolate -Meyvə şokoladdan daha sağlamdır (faydalı).
  • Trains are more expensive than buses in London -Qatarlar Londonda avtobuslardan daha bahalıdır.

Superlative nədir?

Superlative sözünün mənası “super” sözündən gəlməkdədir. Üstün, superlik kimi mənaları olan bu söz, superlative adjectives qəlibini “üstünlük bildirən sifətlər” olaraq müəyyən etməyə kömək edir. Üstünlük bildirən sifətlər, eyni zamanda qarşılaşdırma sifətləri kimi müqayisə bildirirlər. Ancaq aralarında müəyyən fərqlər vardır.

Üstünlük sifətləri, iki şeyi bir-biri ilə yox, bir şeyi digər hər şey ilə müqayisə edər. Bir şəxsin, obyektin və ya heyvanın digər bütün şeylərlə müqayisədə nə qədər üstün olduğunu bildirir. Yəni superlative mövzusunda vacib olan, müəyyən bir mövzuda bir şeyin digər hər şey ilə müqayisə edilməsidir. Comparative kimi “daha” yox, “ən” mənasını ifadə edir. Məsələn, “mənim atam dünyadakı ən güclü insandır” deyən uşaq, atasını güc mövzusunda dünyadakı digər hər kəslə müqayisə etməkdə və üstün görməkdədir. Belə bir cümlə qurmaq üçün superlative mövzusuna ehtiyac vardır.

My father is the strongest person in this world -Mənim atam bu dünyadakı ən güclü insandır.

Superlative cümlə necə qurulur?

Superlative istifadəsi üçün əməl etməli olduğumuz formul belədir: Subject (Noun) + Verb + The + Adjective + Object (Noun), yəni Subyekt (İsim) + Feil + The sözü + Sifət + Obyekt (İsim)

  • My sister is the most beautiful girl in her class -Mənim bacım sinfindəki ən gözəl qızdır.
  • Some films are more boring than others -bəzi filmlər digərlərindən daha sıxıcıdır.
  • That small boy’s life is more tragic than his father’s -O balaca oğlanın həyatı atasınınkından daha faciəlidir.
  • Trains are the most expensive transport in London -Qatarlar Londonda ən bahalı nəqliyyatdır.
  • Hannah is the tallest person in her family -Hanna ailəsindəki ən hündür insandır.
  • Grapefruit is the healthiest fruit -Qreyfurt ən sağlam meyvədir.
  • Max is the best at maths in his class, but is the worst at chemistry -Maks, sinifində Riyaziyyat üzrə ən yaxşısıdır, amma Kimyada ən pisdir.

Comparative Superlative söz siyahısı

Aşağıda comparative adjective-n olduğu cümlələrdə əməl etməli olduğumuz bir neçə sadə qayda göstərilmişdir;

Əgər sifət tək hecalıdırsa, o zaman sifətin sonuna -er şəkilçisi əlavə edilir. Məsələn, Longer, bigger, smaller.

  • My car is faster than yours -mənim maşınım səninkindən daha sürətlidir.
  • Women are generally shorter than men -Adətən qadınlar kişilərdən daha qısa olurlar.
  • Your dog is faster than Jim’s dog -Sənin itin Jimin itindən daha sürətlidir.
  • The rock is higher than the roof -Qaya damdan daha yüksəkdir.
  • Jim and Jack are both fast, but Jack is faster -Cim və Cek hər ikisi sürətlidir, lakin Cek daha sürətlidir.

Əgər sifət iki hecalıdırsa və sonu “y” hərfi ilə bitirsə, o zaman “y” hərfi düşür və sifətin sonune -ier şəkilçisi əlavə edilir. Məsələn, Happy -> happier.

  • In India cows are holier than any other animals -Hindistanda inəklər digər heyvanlardan daha müqəddəsdir.
  • English is easier than French -İngilis dili Fransız dilindən daha asandır.

Əgər sifət iki və daha çox hecalıdırsa, o zaman sifət şəkilçi qəbul etməz və sifətdən əvvələ “more” sözü əlavə edilər. Məsələn, more expensive.

  • Her new dress is more beautiful than her old one -onun yeni donu köhnəsindən daha gözəldir.
  • Nowadays cities are more attractive than villages -Günümüzdə şəhərlər kəndlərdən daha cəlbedicidirlər.

Qeyd 1:“More and more” və “-er and -er” qəlibindən istifadə edilərək getdikcə artan və ya azalan işlər izah edilə bilər.

  • She is becoming more and more aggressive -O, get-gedə aqressivləşir.
  • I am more doubtful nowaday than I used to -mən bu günlərdə əvvəlkindən daha şübhəciləm.

Superlative Adjectives quruluşlu cümlələrdə isə cümlədəki sözlərin sıralaması bu formada olmalıdır.

Bu formulda sifət ilə bağlı əməl etməli olduğumuz bir neçə sadə qayda isə belədir:

Əgər sifət tək hecalıdırsa, o zaman sifətin sonuna ‘-est’ şəkilçisi əlavə edilir. Məsələn, longest, biggest, smallest kimi.

  • You are the richest man in this company -Sən bu şirkətdəki ən varlı adamsan.
  • That man is the fattest man I have ever seen -bu kişi indiyə qədər gördüyüm ən kök insandır.
  • This is the cheapest raincoat in my shop -bu, dükandakı ən ucuz plaşdır.
  • Cheetah is the fastest animal in the world -Çita dünyadakı ən sürətli heyvandır.
  • My house is the largest one in our neighborhood -mənim evim qonşuluqdakı ən böyük evdir.
  • This is the smallest bird I’ve ever seen -Bu, gördüyüm ən kiçik quşdur.
  • Your dog was the fastest of any dog in the race -Sizin itiniz yarışdakı istənilən itdən ən sürətli idi.

Əgər sifət iki hecalıdırsa və sonu “y” hərfi ilə bitirsə, o zaman “y” hərfi düşür və sifətin sonuna -iest şəkilçisi əlavə edilir. Məsələn, Happy -> happiest kimi.

  • In your class the prettiest girl is Jennifer -sənin sinfimdə ən qəşəng qız Jenniferdir.
  • Chimpanzee is the happiest animal in the National Park -Milli parkdakı ən xoşbəxt heyvan şimpanzedir.

Əgər sifət uzundursa, yəni iki və daha çox hecalıdırsa, sifət şəkilçi qəbul etmir və sifətdən əvvəl “most” sözü gəlir. Məsələn, “The most expensive” kimi.

Aşağıda bununla bağlı cümlə nümunələri verilmişdir.

  • She is the prettiest girl I have ever seen -O, gördüyüm ən gözəl/xoş qızdır.
  • Mount Everest is the highest mountain in the world -Everest dağı dünyadakı ən yüksək dağdır.
  • This must be the hottest day of the year -Bu ilin ən isti günü olmalıdır.
  • He is the most intelligent boy in the class -o, sinifdəki ən intellektli oğlandır.
  • Health is the most important thing -sağlamlıq ən vacib şeydir.
  • This bus is the fastest bus -bu avtobus ən sürətli avtobusdur.
  • This chair is the most comfortable chair -bu stul ən rahat stuldur.
  • Mr. President is the most successful politician in the world -Cənab prezident dünyadakı ən uğurlu siyasətçidir.
  • The sofa is the most comfortable piece of furniture in the garden -Divan obağdakı ən rahat mebeldir.
  • Your story is the most unbelievable one I’ve ever heard -sənin hekayən indiyə qədər eşitdiyim ən inanılmaz hekayədir.

Qeyd 1: Clever, quiet, simple və narrow sifətləri comparative və superlative olaraq istifadə zamanı həm tək hecalı sifət, həm də çox hecalı sifət qaydasına görə şəkilçi qəbul edirlər. Bundan əlavə, -ow, -er  və -le hecaları ilə bitən sifətlər və handsome, polite, tired, quiet, pleasant, stupid, cruel, wicked, common sözlər də eyni qaydaya tabedir.

  • A monkey is cleverer / more clever than a donkey -Meymun eşşəkdən daha ağıllıdır.
  • The poor woman has the hollowest / the most hollow cheeks I’ve ever seen -Kasıb və yaşlı qadın həyatımda gördüyüm ən çökmüş yanaqlara sahibdir.
  • The apricot tree is the gentlest / most gentle tree in my garden -Ərik ağacı bağçamdakıl ən mülayim ağacdır.

Qeyd 2: Bad, good və far sifətləri qaydalara uyğun olmayan istisnalardır. Bunların comparative və superlative formlarını əzbərləmək lazımdır.

  • Today is the worst day I’ve had in a long time -Bu gün uzun müddətdir ki, yaşadığım ən pis gündür.
  • Your dress is better than hers -sənin donun onunkundan yaxşıdır.
  • This is the least expensive dress in the store -Mağazadakı ən az bahalı dondur.
  • This dress is less expensive than that one -Bu don digərindən daha az ucuzdur.
  • His house is far from town, but her house is even farther -Onun (kişi c) evi şəhərdən çox uzaqdır, amma onun (qadın c) evi daha da uzaqdadır.

Qeyd 3: “Ən” formalı müqayisə növündə, sifətdən əvvəl “the” və ya “my, his” kimi yiyəlik bildirən sözlərdən istifadə edilməlidir: She is my best friend – o, mənim ən yaxşı dostumdur.

Aşağıda ən çox istifadə edilən 30 sifətin comparative superlative formaları verilmişdir.

Small -balacasmaller -daha balacathe smallest -ən balaca
Cheap -ucuzcheaper -daha ucuzthe cheapest  -ən ucuz
Young -cavanYounger -daha cavanthe youngest -ən cavan
old -köhnəolder -daha köhnəthe oldest -ən yaşlı
new -yeninewer -daha yenithe newest -ən yeni
tall -hündürtaller -daha hündürthe tallest -ən hündür
Short -qısashorter -daha qısathe shortest -ən qısa
long  -uzunlonger -daha uzunthe longest -ən uzun
cold -soyuqcolder -daha soyuqthe coldest -ən soyuq
fast -cəldfaster -daha cəldthe fastest -ən sürətli
slow -yavaşslower -daha yavaşthe slowest -ən yavaş
high -yüksəkhigher -daha yüksəkthe highest -ən yüksək
low -aşağılower -daha azthe lowest -ən az
near -yaxınnearer -daha yaxınthe nearest -ən yaxın
thick -qalınthicker -daha qalınthe thickest -ən qalın
Strong -güclü Stronger -daha güclü the strongest -ən güclü
Weak -zəif the weaker -daha zəif the weakest -ən zəif
clean -təmizthe cleaner -daha təmizthe cleanest -ən təmiz
Poor -kasıb the poorer -daha kasıb the poorest -ən kasıb
rich -varlıthe richer -daha varlıthe richest -ən varlı
Light -yüngülthe lighter -daha yüngülthe lightest -ən yüngül
cool  -sərinthe cooler -daha sərinthe coolest -ən sərin
clever -ağıllıthe cleverer -daha ağıllıthe cleverest -ən ağıllı
dark -tündthe darker -daha tündthe darkest -ən tünd
great -böyükgreater -daha böyükthe greatest -ən böyük
Big -böyükbigger -daha böyükthe biggest -ən böyük
hot -istihotter -daha istithe hottest -ən isti
sad -qəmginsadder -daha qəmginthe saddest -ən qəmgin
fat -kökfatter -daha kökthe fattest -ən kök
thin -nazikthinner -daha nazikthe thinnest -ən zəif
Ən çox istifadə edilən 30 comparative superlative sifətlər

Ən çox istifadə edilən Comparative və Superlative sözlər

Aşağıda İngilis dilində ən çox istifadə edilən Comparative və Superlative sözlər siyahısı verilmişdir:

AdjectiveComparativeSuperlative
AngryAngrierangriest
BadWorseworst
BigBiggerbiggest
BlackBlackerblackest
BlandBlanderblandest
BloodyBloodierbloodiest
BlueBluerbluest
BoldBolderboldest
BossyBossierbossiest
BraveBraverbravest
BriefBrieferbriefest
BrightBrighterbrightest
BroadBroaderbroadest
BusyBusierbusiest
CalmCalmercalmest
CheapCheapercheapest
ChewyChewierchewiest
ChubbyChubbierChubbiest
ClassyClassierclassiest
CleanCleanerCleanest
ClearClearerClearest
CleverCleverercleverest
CloseCloserclosest
CloudyCloudierCloudiest
ClumsyclumsierClumsiest
CoarseCoarserCoarsest
ColdColderColdest
CoolCoolercoolest
CrazyCrazierCraziest
CreamycreamierCreamiest
CreepyCreepierCreepiest
CrispyCrispierCrispiest
CruelCruellercruellest
Crunchycrunchiercrunchiest
CurlyCurliercurliest
CurvyCurviercurviest
CuteCutercutest
DampDamperDampest
DarkDarkerDarkest
DeadlyDeadlierdeadliest
DeepDeeperDesspest
DenseDenserDensest
DirtyDirtierDirtiest
DryDrierDriest
DullDullerDullest
DumbDumberDumbest
DustyDustierDustest
EarlyEarlierearliest
EasyEasiereasiest
FaintFainterfaintest
FairFairerfairest
FancyFancierfancest
Farfurther/fartherfurthest/farthest
FastFasterfastest
FatFatterfattest
FewFewerFewest
FierceFiercerfiercest
FilthyFilthierfilthiest
FineFinerfinest
FirmFirmerfirmest
FitFitterfittest
FlakyFlakierflakiest
FlatFlatterflattest
FreshFresherfreshest
Friendlyfriendlierfrendliest
FullFullerfullest
FunnyFunnierfunniest
GentleGentlerGentlest
Gloomygloomiergloomiest
GoodBetterbest
GrandGrandergrandest
GraveGravergravest
GreasyGreasiergreasiest
GreatGreatergreatest
GreedyGreediergreediest
GrossGrossergrossest
GuiltyGuilterguiltiest
HairyHairierhairiest
HandyHandierHandiest
HappyHappierHappiest
HardHarderHardest
HarshHarsherHarshest
Healthyhealthierhealthiest
HeavyHeavierHeaviest
HighHigherHighest
HipHipperhippest
HotHotterhottest
Humblehumblerhumblest
Hungryhungrierhungriest
İcyİciericiest
İtchyİtchieritchiest
JuicyJuicierjuiciest
KindKinderkindest
LargeLargerlargest
LateLaterlatest
LazyLazierlaziest
LightLighterlightest
LikelyLikelierlikeliest
LittleLittlerlittlest
LivelyLivelierliveliest
LonelyLonlierloneliest
LongLongerlongest
LoudLouderloudest
LovelyLovelierloveliest
LowLowerlowest
MadMadderMaddest
MeanMeanerMeanest
MessyMessiermessiest
MildMildermildest
MoistMoistermoistest
Narrownarrowernarrowest
NastyNastiernastiest
Naughtynaughtiernaughtiest
NearNearernearest
NeatNeaterneatest
NeedyNeedierneediest
NewNewernewest
NiceNicernicest
NoisyNoisiernoisiest
OddOdderoddest
OilyOilieroiliest
Oldolder/elderoldest/eldest
PlainPlainerplainest
PolitePoliterpolitest
PoorPoorerpoorest
PrettyPrettierprettiest
ProudProuderproudest
PürePurerpurest
QuickQuickerquickest
QuietQuieterquietest
RareRarerrarest
RawRawerrawest
RichRicherrichest
RipeRiperripest
RiskyRiskierriskiest
RoomyRoomierroomiest
RoughRougherroughest
RudeRuderrudest
RustyRustierrustiest
SadSaddersaddest
SafeSafersafest
SaltySaltiersaltiest
SaneSanersanest
ScaryScarierscariest
Shallowshallowershallowest
SharpSharpersharpest
ShinyShiniershiniest
ShortShortershortest
ShyShyershyest
SillySilliersilliest
SimpleSimplersimplest
SincereSincerersincerest
SkinnySkinnierSkinniest
Sleepysleepiersleepiest
Slimslimmerslimmest
Slimyslimierslimiest
Slowslowerslowest
Smallsmallersmallest
Smartsmartersmartest
Smellysmelliersmelliest
Smokysmokiersmokiest
Smoothsmoothersmoothest
Softsoftersoftest
Soonsoonersoonest
Soresorersorest
Sorrysorriersorriest
Soursourersourest
Spicyspicierspiciest
SteepsteeperSteepest
StingystingierStingiest
Strangestrangerstrangest
StrictstricterStrictest
Strongstrongerstrongest
SunnysunnierSunniest
Sweatysweatiersweatiest
Sweetsweetersweetest
Talltalertallest
Tantannertannest
Tastytastiertastiest
Thickthickerthickest
Thinthinnerthinnest
Thirstythirstierthirstiest
Tinytiniertiniest
Toughtoughertoughest
Truetruertruest
Uglyuglierugliest
Warmwarmerwarmest
Weakweakerweakest
Wealthywealthierwealthiest
Weirdweirderweirdest
Wetwetterwettest
Widewiderwidest
Wildwilderwildest
Windywindierwindiest
Wisewiserwisest
Worldlyworldlierworldliest
Worthworthierworthiest
youngyoungeryoungest
Sifətlərin comparative superlative formaları

Əgər siz də bunlarla kifayətlənmək istəməyib, daimi olaraq çox sayda söz öyrənmək istəyirsinizsə, o zaman İngilis dilində söz əzbərləmə proqramı olan Wordly məhz sizin üçündür. Wordly sizə nə qatacaq? Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız.

Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə biləcəksiniz.

Recent Content