Cost Felinin İkinci və Üçüncü Formaları - Wordly

Cost Felinin İkinci və Üçüncü Formaları


Cost Felinin İkinci və Üçüncü Formaları

Tələbələr ingilis dili qrammatikasını öyrənərkən motivasiyasını düşürəcək bir sıra qəlizliklərlə üz üzə qala bilirlər. Bu qəlizliklər, ingilis dili qrammatikasını öyrənməkdə axsamalar yarada bilir. Mövzumuza verə biləcəyimiz ən ideal nümunə isə ingiliscə fellərdir. İngilis fellər, ana dilimizlə müqayisədə qarşılığı olmayacaq ünsurlarla əhatəlidir. Bu ünsurları yaxşı mənimsəyə bilmək üçün ingilis dili qrammatikası detallı, sağlam və doğru addımlarla öyrənilməlidir ki, tələbələr üçün hər hansı bir məqamda çətinliklər yaratmasın.

Fellər bildiyiniz üzərə ingilis dilində qaydalı və qaydasız olaraq iki yerə bölünür. Çətinlik, eləcə, buradan başlayır. Çünki, qaydalı felləri öyrənmək asan olsa da, (ikinci və üçüncü halında “ed” şəkilçisini qəbul edən hər bir fel qaydalı fel sayılır) qaydasız felləri öyrənmək olduqca vaxt aparıcıdır. Çünki, qaydasız fellər kökdən dəyişmə xüsusiyyətinə sahibdir və tələbələrin burada qaydasız felləri əzbərləməkdən başqa çarələri qalmır. Bəs, əzbərləməkdən savayı, qaydasız felləri necə daha yadda qalan etmək mümkündür?

Qaydasız felləri yadda qalan etmək üçün hansı halların hansı cümlələrdə, hansı mənsubiyyətlər və zaman qəlibləri ilə istifadə olunduğunu öyrənmək lazımdır. Bunun üçün, bu gün bloq yazımızda qaydasız fellərdən biri olan “Cost  ” felinin ikinci və üçüncü hallarını sizlərlə birlikdə təsnif edəcəyik. Beləliklə, felin birinci, ikinci və üçüncü hallarını daha detallı şəkildə öyrənəcək və çalışmalarla praktik edərək daha yadda qalan hala gətirəcəksiniz. Giriş məlumatlarla başlayaq:

Cost feli sözün öz köküdür və birinci hal şəklində istifadə olunur.

Cost  feli – dəyəri, maliyyət, qiymət, dəymək, dəyər, dəyəri olmaq – şəklində tərcümə olunur

Cost Felinin İkinci Forması

Cost felinin ikinci halı cost yazılır. Simple Past Tense üçün istifadə olunur.

Cost Felinin İkinci Forması ilə Nümunələr

  • I didn’t read the contract fully before I signed it but I’m counting the cost now.- Müqaviləni imzalamadan əvvəl tam oxumadım, amma indi dəyəri hesablayıram.
  • Victory in the war was achieved at the cost of great human suffering.- Müharibədəki qələbə böyük insan əzabları bahasına əldə edildi.
  • The repairs to our car cost much more than we were expecting.- Avtomobilimizin təmiri gözlədiyimizdən çox baha başa gəldi.
  • Many of the fans believe that the omission of Heacock from the team cost England the match.- Bir çox azarkeş Heacock-un komandadan kənarlaşdırılmasının İngiltərənin matça başa gəldiyini düşünür.
  • People usually become famous at the cost of their privacy.- İnsanlar ümumiyyətlə gizlilikləri bahasına məşhur olurlar.
  • Nobody cares how much the dinner is going to cost.- Yeməyin nə qədər başa gələcəyini heç kim maraqlandırmır.

Cost Felinin Üçüncü Forması

Cost felinin üçüncü halı cost olarak yazılır. Cümlələrdən ayıra bilməyiniz üçün cümlədə istifadə olunan zaman qəliblərini müəyyənləşdirməlisiniz. Üçüncü hal Perfect Tense və Passive Voice cümlələri üçün keçərlidir.

Cost  Felinin Üçüncü Halı ilə Cümlələr

  • It cost me three hundred dollars to have my car repaired.- Maşınımı təmir etdirməyim üç yüz dollara başa gəldi.
  • I didn’t realize that the cost of living was so high in Australia.- I didn’t realize that the cost of living was so high in Australia.
  • I was just wondering how much it would cost to have my car washed and waxed.- Sadəcə avtomobilimi yuyub mumlaşdırmağın nə qədər başa gələcəyini düşünürdüm.
  • The cost of gasoline keeps on going up.- Benzinin qiyməti artmaqda davam edir.
  • It cost him ten dollars to get the ticket.- Bileti almaq ona on dollara başa gəldi.
  • The fire was put out at the cost of a fireman’s life.- The fire was put out at the cost of a fireman’s life.
  • They won the battle at the cost of many lives.- Döyüşü bir çox canın bahasına qazandılar.
  • This pencil cost me at least a hundred bucks.- Bu qələm mənə ən azı yüz dollara başa gəldi.

Cost Felinin Past Tense ilə İstifadəsi

Cost felini müxtəlif zamanlarda istifadə edərkən çaşqınlıq yaşaya bilərsiniz. Cümlədə cost felini görərkən hansı halda olduğunu müəyyənləşdirmək istəyirsinizsə, cümlədə işlədilən zamana diqqət yetirməlisiniz. Past Simple zamanının istifadə olunduğu cümlədə cost  felinin mütləq ikinci halı istifadə olunur. Past Participle cümlələrdə isə cost felin üçüncü halı işlədilir.

Cost felini keçmiş zaman qəlibləri ilə istifadə edərkən felin neçənci halını istifadə edəcəyinizi yaxşı bilməlisiniz. Cümlələrdə istifadə olunan zaman qəliblərini bir- birindən ayırd edə bilmək üçün köməkçi fellərə baxmağınız kifayət edir. Mübtəda + Köməkçi Fel + Fel (ikinci və ya üçüncü hal) + İkinci Dərəcəli Üzvlər qaydasına diqqət etsəniz, felin ikinci və üçüncü halları ilə rahatlıqla cümlələr qura bilərsiniz.

Cost Felinin Zaman və Mənsubiyyətə Görə Təsnifi

Cost  feli də digər fellər kimi cümlədə istifadə olunarkən zamana və mənsubiyyətə görə dəyişir. Hər ikisinə görə cümlədə istifadə qaydalarına riayət edib, cümlə quruluş strukturunda yanlışa yol vermək istəmirsinizsə, o zaman, aşağıda həm şəxs əvəzliklərinə, həm də zamana görə təsnif edilmiş cost felinin istifadə qaydalarına baxa bilərsiniz.

Cost Simple Present Tense İstifadəsi

Present Simple  Tense, dilimizə indiki zaman kimi tərcümə olunur. I, you, we, they əvəzliklərinə cavab verən köməkçi felləri “do”,  he, she, it əvəzliklərinin  köməkçi felləri “does”`dır. Köməkçi felə “not” şəkilçisi əlavə etməklə mənfi formaya keçir. He, she, it əvəzlikləri ilə qurulan cümlələrdə “does” köməkçi felinə malikdir, lakin bu köməkçi felə “-s, -ies, -es” şəklində əlavə olunur. Mənfi cümlələrdə fel düz qalır. Eyni vəziyyət sual cümləsi üçündə keçərlidir. Ümumi həqiqətləri, təkrarlanan hərəkətləri, vərdişləri, mövcud vəziyyəti, ümumi fikri, istəyi ifadə etmək üçün istifadə olunur. Bir zaman qrafiki ilə başlamaq və ya təkrarlamaq üçün əvvəlcədən təyin edilmiş hərəkətlər üçün istifadə olunur. Əmrlər, təlimatlar vermək üçün istifadə olunur.

1 st form of Verb +  s (es)

  • I cost
  • you cost
  • he/ she/ it costs
  • we cost
  • you cost
  • they cost

This sweater costs more than fifty dollars.

The cost of repairing the roof shocked her.

They cost a tremendous amount of money.

Cost Present Perfect Tense İstifadəsi

Present Perfect Tense təkrarlanan hərəkətlər üçün istifadə edilir, hansı ki, konkret zaman forması bu hərəkətlər üçün önəmli deyil və hadisə keçmişdə başlayıb, lakin hələ də bitməyib, davam etməkdədir. Present Perfect Tense   keçmiş bir hadisə və ya vəziyyət ilə bu gün arasında bir əlaqə yaradır. Xüsusilə “just” zərfində çox yaxın bir hərəkət üçün istifadə olunur, ancaq nə qədər vaxt keçdiyini göstərmir. “Yet” zərfi hələ edilməmiş, lakin edilməsi ehtimalı olan hərəkətlər üçün və ya belə bir ehtimalın olub- olmadığını soruşmaq üçün istifadə edilir. “Never” zərfi keçmişdə müəyyən bir nöqtədən heç bir hərəkət edilmədiyini və ya belə bir vəziyyətlə qarşılaşmadığını ifadə etmək üçün istifadə olunur.

has/ have + 3 rd form of Verb

  • I have cost
  • you have cost
  • he/ she/ it has cost
  • we have cost
  • you have cost
  • they have cost

That house must have cost a pretty penny.

A second-hand tractor front axle would have cost a lot more.

All this delay has cost the company an important contract.

It has cost the Trust dearly in cash.

Cost Present Progressive Tense İstifadəsi

Adından da göründüyü kimi Continuous ifadədəsindən  əvvəlki Present ifadəsi  be + V- ing şəklində köməkçi felin indiki, yəni am, is, are şəklində istifadə olunmasını  həm də dəvam edən hadisənin keçid vaxtının indi olduğunu ifadə edir. Hadisənin nə vaxt başladığı və nə qədər davam etdiği vacib deyil. Yalnız bir danışma anında bir hadisənin davam etdiyini vurğulayır. Hal- hazırda davam etməkdə olan hərəkətləri izah etmək üçün bu zaman formasından istifadə edilir.

Zaman ifadələri: now(indi), right now (indi), at the moment (hazırda), still (hələ)

Present Continuous Tense always, constantly, forever  kimi zərflərlə birlikdə əkrarlayan və ümumiyyətlə narahat edən hərəkətlər üçün istifadə olunur.Present Continuous Tense ondan sonra istifadə olunan gələcək zamanla birlikdə gələcəkdə əvvəlcədən planlaşdırılan bir hərəkətin baş verəcəyi deməkdir.

is/ am/ are + 1 st form of Verb + ing

  • I am costing
  • you are costing
  • he/ she/ it is costing
  • we are costing
  • you are costing
  • they are costing

The high rate of absenteeism is costing the company a lot of money.

My car is costing me too much to run, so I’m going to trade down to a cheaper model.

Thieves and vandals are costing churches millions of pounds each year.

Cost Present Perfect Progressive Tense İstifadəsi

Dilimizə indiki bitmiş davamedici zaman kimi tərcümə edilən Present Perfect Continuous Tense, keçmişdə müəyyən bir zamanda başlayan və hal- hazırda davam etməkdə olan hal və hərəkətlərdən bəhs etmək üçün istifadə edilir. Bu səbəblə Continuous halda istifadə edilə bilməyən fellərlə istifadə edilə bilməz.

Hal- hazırda etdiyimiz hərəkəti ifadə etmək üçün indiki davamedici zamandan istifadə edilir: I’m reading a book now -mən indi bir kitab oxuyuram. Ancaq keçmiş zamanda başlayan və hələ də davam edən bir hadisə üçün Present Perfect Continuous Tense istifadə edilir. Hadisə keçmiş zamanda başlamış və indi davam edir, hətta gələcəkdə də davam etmə ehtimalı mövcuddur: I have been reading a book for two hours -mən iki saatdır kitab oxuyuram. Bu cümlə kitab oxumağa iki saat əvvəl başladığımı, hələ də davam etdiyimi göstərir. Nə qədər davam edəcəyi haqqında məlumatımız yoxdur.

has/ have + been + 1 st form of Verb + ing

  • I have been costing
  • you have been costing
  • he/ she/ it has been costing
  • we have been costing
  • you have been costing
  • they have been costing

Cost Simple Past Tense İstifadəsi

Azərbaycan dilindəki qarşılığı keçmiş sadə zaman olan Past Simple Tense, keçmiş zamanda baş verən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə tamamlanan bir hadisəni, işi, vəziyyəti və ya hərəkəti təsvir etmək üçün istifadə olunur. Hadisənin nə qədər əvvəl baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Bu yaxınlarda baş vermiş ola bilər və ya çox köhnə ola bilər. Keçmişə aid yalnız bir hərəkət varsa, bu hərəkətin nə qədər köhnə olmasına baxmayaraq bu zaman istifadə olunmalıdır. Hadisənin keçmişdə nə zaman baş verdiyini ifadə edən bir zaman ifadəsi ilə istifadə olunmalıdır.

Zaman ifadələri; yesterday (dünən),  last month (keçən ay), last week (geçən həftə), last year (keçən il), last night (keçən gecə), two minutes ago (iki dəqiqə əvvəl), two days ago ( iki gün əvvəl), two months ago ( iki ay əvvəl),  two years ago ( iki əvvəl il)

2 nd form of Verb

  • I cost
  • you cost
  • he/ she/ it cost
  • we cost
  • you cost
  • they cost

Cost Past Progressive Tense İstifadəsi

Keçmiş davamedici zaman olan Past Continuous Tense, keçmişdə baş verən və müəyyən bir müddətdə davam edən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə göstərilən vaxtda tamamlanmayan və buna görə də davam edən hadisələr üçün istifadə olunur. Əsas odur ki, o an davam edir, nə qədər dəvam etməsinin  fərqi yoxdur.

Always (həmişə), constantly (davamlı), forever (həmişəlik, əbədi) kimi zərflərlə birlikdə keçmişdə təkrarlanan və ümumiyyətlə bizi narahat edən hərəkətlər üçün istifadə olunur.

was/ were + 1 st form of Verb + ing

  • I was costing
  • you were costing
  • he/ she/ it was costing
  • we were costing
  • you were costing
  • they were costing

When the card issuers learned that the gimmicks were costing them money, their idea of creative thinking kicked in.

The welfare scam was costing the federal government hundreds of thousands of dollars.

Cost Past Perfect  Tense İstifadəsi

Keçmişdə müəyyən bir an və ya hadisədən əvvəl meydana gələn və o ana qədər davam edən hadisələr üçün istifadə olunur. Bu vaxtdan istifadə edəcəksinizsə, hansı hadisədən əvvəl suala cavab verə biləcəyiniz bir zaman cümləsi olmalıdır. Bəzən bu zamanın çox qədim hadisələr üçün istifadə edildiyi fərz edilir, lakin bu doğru deyil. Keçmişə aid yalnız bir hadisə varsa və bu hadisənin keçmişdə bir müddətdən əvvəl meydana gəldiyi ifadə edilərsə, Simple Past Tense istifadə edilməlidir.Bu zamanın istifadə edildiyi ümumi formul belədir:

subject + had + past participle = past perfect tense.

  • I had cost
  • you had cost
  • he/ she/ it had cost
  • we had cost
  • you had cost
  • they had cost

Paradise Lost had cost him a mere twopence.

It had cost him twenty- five shillings, but worth it because of not being able to keep it out of the library long.

Cost Past Perfect Progressive  Tense İstifadəsi

Bu zaman formasının Azərbaycan dilində qarşılığı olmasa da, belə izah edə bilərik ki, keçmişdə başlayan bir işdən əvvəl edilməkdə olan başqa bir işdən bəhs etmək üçün Past Perfect Continuous zamanından istifadə edilir. Məsələn: When he came, I had been waiting for him for more than two hours. (O gəldiyində mən onu 2 saatdan çox idi ki gözləyirdim.) Keçmişdə müəyyən bir vaxtda gözləməyə başladım və onun gəlişinə qədər bu gözləməyə davam etdim. Keçmişdə başlayan və keçmişdə bitən bir müddətdə hərəkəti davam etdirdim. Hadisə bir müddət ifadə ettiyi üçün  Continuous, bu müddət keçmişdə bittiği (qutardığı) üçün  Past Perfect`dən istifadə edirik.

had + 3 rd form of Verb

  • I had been costing
  • you had been costing
  • he/ she/ it had been costing
  • we had been costing
  • you had been costing
  • they had been costing

Cost Simple Future  Tense İstifadəsi

Future Simple Tense, Azərbaycan dilinə gələcək sadə zaman kimi tərcümə edilir. Gələcək haqqında məlumat verərkən və ya gələcək hadisələrlə bağlı qeyri- müəyyən hadisələri proqnozlaşdırarkən istifadə olunur. Danışıq zamanı verilən qərarlar üçün istifadə olunur. Gələcəklə bağlı verilən vədlər üçün istifadə olunur.

shall/ will + 1 st form of Verb

  • I will cost
  • you will cost
  • he/ she/ it will cost
  • we will cost
  • you will cost
  • they will cost

Cost Future Progressive  Tense İstifadəsi

Future Continuous Tense  Azərbaycan dilinə  gələcək davamedici zaman kimi tərcümə olunur. Gələcəkdə müəyyən bir zamanda davam edəcək hərəkətlər üçün istifadə olunur. Hadisənin  nə vaxt başladığı, nə qədər davam ettiyi və ya davam edəcəyi vacib deyil. Əhəmiyyətli olan bir hərəkətin yalnız deyilən anda davam etməsidir.

shall/ will + 1st form of Verb + ing

  • I will be costing
  • you will be costing
  • he/ she/ it will be costing
  • we will be costing
  • you will be costing
  • they will be costing

Cost Future Perfect Tense İstifadəsi

Müəyyən bir gələcəkdəki hadisəni  və ya vaxtdan əvvəl tamamlanacaq hərəkətlər üçün istifadə olunur. Vaxt ifadəsi və ya hadisənin sona çatması üçün verilən vaxtı göstərən cümlə olmadan istifadə olunmur.

shall/ will have + 3 rd of Verb

  • I will have cost
  • you will have cost
  • he/ she/ it will have cost
  • we will have cost
  • you will have cost
  • they will have cost

Cost Future Perfect Progressive Tense İstifadəsi

Future Perfect Continuous Tense Azərbaycan dilində gələcək bitmiş davamedici zaman kimi tərcümə olunur. Future Perfect Continuous Tense gələcəkdə baş verməsi planlaşdırılan hadisədən əvvəl başqa verən və bitən hadisənin olduğunu vurğulamaq üçün istifadə edilir.

Future perfect continuouns tense ilə cümlə qurularkən əvvəlcə mübtəda, daha sonra feilin ikinci forması olan past forma və to be feilinin üçüncü forması, feilin “ing” almış şəkli yerləşdirilir: will + have + been + the verb’s present participle (verb + -ing). Azərbaycan dilinə tərcümədə Future Perfect Tense ilə eyni mənanı ifadə edir.

  • I will have been costing
  • you will have been costing
  • he/ she/ it will have been costing
  • we will have been costing
  • you will have been costing
  • they will have been costing

Cost Feili İlə Bağlı Test Nümunələri

  1. It ….. at least five dollars.
  2. It ….. them thousands of dollars to put their children through university.
  3. Rising tuition …. are preventing many young people from getting a university education.
  4. The materials and labor for the construction ….. at about $1 million.
  5. The materials, labor, everything ….. to be …. before we can make a decision whether or not to move forward on the project.
  6. My car ….. me too much to run, so I’m going to trade down to a cheaper model.
  7. If that section remains, it could help reveal just how much sprawl development is really ….. us.
  8. It would be usual practice to ensure that the payment …. to the month in which the work is carried out.
  9. These soldiers paid the ultimate ….. to protect their country so that you and I could live in a democracy.
  10. It ….. a lot to buy a house these days.

Cavablar:

  1. will cost
  2. is costing
  3. costs
  4. have been costed
  5. has costed
  6. is costing
  7. costing
  8. is costed
  9. cost
  10. costs

İngilis Dilində  Cost  v2 Və Cost v3 Formalarına Aid Test Nümunələri PDF

Daha çox çalışmalarla praktik qazanmaq və öyrəndiklərinizi daha sağlam şəkildə mənimsəmək istəyirsinizsə, sizin üçün hazırladığımız PDF formatlı Cost birinci, ikinci və üçüncü formları ilə bağlı testi  klikləyərək keçid alıb həll edə bilərsiniz.

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir