How Much\How Many Mövzu İzahı - Wordly

How Much\How Many Mövzu İzahı


How Much\How Many Mövzu İzahı

Bir şeyin miqdarı barədə sual vermək üçün ingilis dilində “How much ve How many” istifadə edirik.

Həm gündəlik danışıq dilində, həm də rəsmi yazışmalarda tez- tez istifadə etdiyimiz how many ve how much terminlərdən doğru istifadə etmək vacibdir. Bu qədər asan bir mövzuda səhv etmədən istifadə etmək, dilin ustalığını göstərəcəkdir.

How much ve How many mövzusunu  asanlıqla qavramaq üçün İngilis dilində Countable- Uncountable isimler  mövzusunu yaxşı öyrənməyiniz çox vacibdir.

How Much və How Many Arasında Olan Fərqlər Nələrdir?

İngilis dilində much və many ifadə edilən və Azərbaycan dilində bir kəmiyyət olaraq  ifadə edilə bilən bu sözlər əslində eyni mənanı ifadə edir. Hər ikisi kəmiyyətə aiddir. Ancaq how much və how many arasında əsas fərqlər var.

Beləliklə, ingilis dilində sözlər Countable (Sayılan) və Uncountable (Sayılmayan) bölünür. Sayıla bilən Countable sözlər üçün kəmiyyət ifadə etmək istəyiriksə, many,əgər  Uncountable sözlər üçün kəmiyyət ifadə etmək istəyiriksə, much sözündən  istifadə etməliyik.

Nə Vaxt How Much İstifadə Edilir?

Yuxarıda izah etdiyimiz kimi, miqdarı sayılmayan sözlərlə ifadə etdikdə və nə qədər? olduğunu soruşduqda how much istifadə edirik. How much ilə cümlələr qurarkən aşağıdakı düsturu əsas götürə bilərik.

How much + Sayılmayan isim+ Yardım. Fel+mübtəda+ Fel + Tamamlayıcı

İngilis dilində Uncountable  sözlərin nümunələri:

  • Bread- Çörək
  • Money- Pul
  • Fruit- Meyvə
  • Furniture- Mebel
  • Corn- Qarğıdalı
  • Ice- Buz
  • Petrol- Benzin
  • Milk- Süt
  • Coffe- Kofe
  • Soup- Şorba
  • Tea- Çay
  • Cheese- Pendir
  • Paper- Kağız
  • Tennis- Tenis
  • Baseball- Beysbol
  • Rain- Yağış
  • Snow- Qar

How much ilə cümlə nümünələr

  • How much snow is there in the mountains?- Dağlarda nə qədər qar var?
  • How much bread is there on the table?- Masanın üstündə nə qədər çörək var?
  • How much cheese is left in the fridge?- Soyuducuda nə qədər pendir qalıb?
  • How much orange juice is there in the bottle?- Şüşədə nə qədər portağal suyu var?
  • How much bread do you want to eat?- Nə qədər çörək yemək istəyirsən?

Nə Vaxt How Many İstifadə Edilir?

Əslində yuxarıda təfərrüatlı izah etdik, amma burada da xatırlamağa dəyər. “How many” sözü Azərbaycan dilində Neçə? mənasını verir. Sual olaraq istifadə edildiyi zaman how many kimi istifadə edilsə də normal növ cümlələrdə sadəcə many kimi istifadə edilir.

İngilis dilində Countable  sözlərin nümunələri:

  • Dog- İt
  • Cat- Pişik
  • Car- Maşın
  • Computer- Kompüter
  • TV- Tv
  • Lamp- Lampa

How Many ilə cümlə nümünələr

  • How many girls are there in your class?- Sinifinizdə neçə qız var?
  • How many brothers have you got? – Neçə qardaşınız var?
  • How many people are living in your city?- Sizin şəhərdə neçə nəfər yaşayır?
  • How many languages did you learn in the U.S.A?- ABŞ- da neçə dil öyrəndiniz?
  • There are too many students in this class.- Bu sinifdə çox şagird var.
  • This surprised many people.- Bu bir çox insanı təəccübləndirdi.

“Pul” Üçün How Much Yoxsa How Many İstifadə Edilməlidir?

İngilis dilində sayıla bilən əşyalar ilə sayılmayan əşyalar fərqlənir. Pul üçün “how much” istifadə olunur. Pulun miqdarını kəmiyyət olaraq hesablamadığımıza görə Much ilə birlikdə istifadə edirik.

How Many Lollipops Sualının Cavabı Nədir?

İndi isə gəlin bir neçə cümlə nümunəsinin sual və cavab formaları ilə tanış olaq. Bu cümlələr How Much və How Many söz birləşmələri ilə qurulacaq.

İlk sualımız “How Many Lollipops?” olsun. Bu sualın qrammatik quruluşu HOW MANY + PLURAL NOUN ( COUNTABLE) formasındadır. Cümlə qurduğumuz zaman “How many lollipops do you have?” kimi sual cümləsi qura bilərik və Azərbaycan dilinə “Neçə lollipopun var?” olaraq tərcümə edilə  bilər. Bu sualı cavablandırdığımız zaman isə “I have two lollipops” deyə cavablandıra bilərik. Azərbaycan dilində “Mənim iki lollipopum var” olaraq tərcümə edilir.

How Many Languages Do You Speak Sualının Cavabı  Nədir?

İkinci sual cümləmiz “How Many Languages Do You Speak” sualıdır. Qrammatik quruluşuna baxdığımız zaman HOW MANY + PLURAL NOUN (COUNTABLE) + VERB formatında olduğunu görürük. Azərbaycan dilinə “Neçə Dildə Danışırsınız” təcümə olunur. Bu suala cavab olaraq “Mən dört dildə danışa bilirəm.” tərzdə bir cümlə qura bilərik. İngilis dilinə tərcümə etdiyimiz  zaman isə bu cümlə  “I can speak four  languages.”  kimi olur.

How Many Pencils Sualının Cavabı Nədir?

Sıradaki sual cümləmiz “How Many Pencils” sualıdır. Qrammatik quruluşuna baxdığımız zaman HOW MANY + PLURAL NOUN (COUNTABLE) + VERB formatında olduğunu görürük. Azərbaycan dilinə “Neçə qələm?” təcümə olunur. Bu suala cavab olaraq “Mənim iki qələmim var.” tərzdə bir cümlə qura bilərik. İngilis dilinə tərcümə etdiyimiz  zaman isə bu cümlə “I have two pens.”  kimi olur.

How Many Rulers Sualının Cavabı Nədir?

Dördüncü sual cümləmiz “How Many Rulers” sualıdır. Qrammatik quruluşuna baxdığımız zaman HOW MANY + PLURAL NOUN (COUNTABLE) + VERB formatında olduğunu görürük. Azərbaycan dilinə “Neçə hökmdar?” təcümə olunur. Bu suala cavab olaraq “Only Two rulers.” tərzdə bir cümlə qura bilərik. İngilis dilinə tərcümə etdiyimiz  zaman isə bu cümlə “Only Two rulers.”  kimi olur.

İngilis Dilində Neçə Qardaşın\ Bacın Var Necə Sual Verilir və Cavablandırılır?

Dostlarımızla və ya yeni tanış olduğumuz birisiyle danışdığımız zaman ona ailesi bağlı suallar veririk. Bəzən onlar sizə, bəzən də siz onlara ailədə neçə nəfər olduqları ilə bağlı suallar verirsiniz. Bu sualları hər hansı bir xarici ölkədə və ya İngilis dilini istifadə edə biləcəyiniz bir çox yerdə məhz elə İngilis dilində vermək məcburiyyətində qalacaqsınız. Bu sualları verməyi və ya bu suallara necə cavab vermək lazım olduğunu bilməlisiniz.

  • How many brothers or sisters have you got? Neçə qardaşınız və ya bacınız var?
  • I have two brothers.- Mənim iki qardaşım var.
  • Ailədə neçə nəfərsiniz? – How many members your family has?
  • Bizim ailə on nəfərdən ibarətdir. – Our family consists of ten people.
  • Evdə neçə bacısınız? – How many sisters do you have at home?
  • Evdə üç bacıyıq. – We have three sisters at home.

İngilis Dilində Vaxt Sayılır Yoxsa Sayılmır?

İngilis dilində vaxt sözü həm sayılan,həm də sayılmayan isim kimi işlədilə bilər. Bir şeyi başa çatdırmaq üçün tələb olunan vaxt (saat / gün sayı və s.) haqqında danışarkən vaxt ümumiyyətlə sayılmır.

  • How much time do we need to paint the walls?
  • Divarları rəngləmək üçün nə qədər vaxt lazımdır?

Saat vaxtları haqqında danışdığımızda vaxt sayılır:

  • There have been texts at one o’clock in the night.
  • Gecə saat birdə mətnlər var.

Vaxt How Many və How Much olaraq istifadə etmək mümkündür.

Cümlə Nümunələri

  • How many times do I have to tell you not to eat candy just before dinner?- Axşam yeməyindən əvvəl konfet yeməyin deyə neçə dəfə söyləməliyəm?
  • How many times a month do you go to the mall?- Ayda neçə dəfə ticarət mərkəzinə gedirsən?
  • How many times a month do you write letters?- Ayda neçə dəfə məktub yazırsınız?
  • I cant recall how many times ive said sorry to Thee.- Xatırlamıram, neçə dəfə sənə bağışla dedim.

İngilis Dilində Çörək Sayılır Yoxsa Sayılmır?

İngilis dilində çörək sözü sayılmayan bir isimdir. Çörəyin ölçüsü ölkədən ölkəyə görə dəyişir. Bu səbəblə sayılmayan isim olaraq istifadə edilir.

  • Can you give me a slice of bread?- Mənə bir dilim çörək verə bilərsənmi?
  • One contestant run with a loaf of bread glued to his cap.- Bir iştirakçı, papağına yapışdırılmış bir çörək ilə qaçdı.
  • I bought a loaf of bread for breakfast.- Səhər yeməyinə bir çörək aldım.
  • He cut his sister a piece of bread.- Bacısına bir dilim çörək kəsdi.

İngilis Dilində Süd Sayılır Yoxsa Sayılmır?

Süd sözü də su, qar və düyü kimi sayılmayan bir isimdir. Süd kartonları sayılır, ancaq südün özü sayılmır.

  • Children should drink milk every day.- Uşaqlar hər gün süd içməlidirlər.
  • There is some milk in the bottle.- Şüşədə bir az süd var.
  • Will you give me a glass of milk?- Mənə bir stəkan süd verərsən?
  • She had her baby drink some milk.- Körpəsinə bir az süd içdirdi.

İngilis Dilində Pendir Sayılır Yoxsa Sayılmır?

Pendir sözü də həm sayılan həm də sayılmayan isimdir. Pendirin bir çox növü ola bilər və bu səbəblə sözü gedən pendirlərin növlərindən bəhs etdiyimiz zaman sayılır lakin tək bir pendirin miqdarından danışdığımız zaman sayılmır.

  • I’d like some cheese.- Bir az pendir istərdim.
  • George had a lot of cheese for breakfast.- George səhər yeməyində çox pendir yedi.
  • I like soft French cheeses such as Brie and Camembert.- Brie və Camembert kimi yumşaq Fransız pendirlərini sevirəm.
  • Would you pass me the cream cheese, please?- Xahiş edirəm mənə krem pendirini ötürərdiniz?

İngilis Dilində Yumurta Sayılır Yoxsa Sayılmır?

İngilis dilində yumurta sayılan isimlərdəndir.

  • Excuse me. Where are the eggs?- Bağışlayın. Yumurtalar haradadır?
  • I like eggs for breakfast, but my sister prefers oatmeal.- Səhər yeməyində yumurta sevirəm, amma bacım yulaf ununa üstünlük verir.
  • A doctor told me that eating eggs was bad for me.- Bir həkim mənə yumurta yeməyin mənim üçün zərərli olduğunu söylədi.
  • Those hens lay eggs almost every day.- Bu toyuqlar demək olar ki, hər gün yumurta verirlər.
  • There are plenty of fresh eggs on the table.- Masanın üstündə çoxlu təzə yumurta var

İngilis Dilində Düyü Sayılır Yoxsa Sayılmır?

Bir şey sayılmırsa, bunun nə qədər olduğunu deyə bilməzsiniz. Mağazadan düyü almaq istədiyimi zaman dənə olaraq istəmirik ona görə də sayılmayan isim olaraq qəbul edilir.

  • I soaked some rice and will cook it in the evening.– Bir az düyü isladım, axşam bişirəcəyəm.
  • Can you ask your neighbor for some rice?- Qonşunuzdan bir az düyü istəyə bilərsinizmi?
  • How do you know how much rice you will get?- Nə qədər düyü alacağını haradan bilirsən?

Much və Many Arasında Olan Ən Önəmli Fərq Nədir?

Many və Much bir-birinə çox oxşayır və hər ikisi də kəmiyyət bildirir. Ama onlar arasında fərqlər var.

Many həmişə sayıla bilən isimlərlə işlənir və isimlər hər zaman cəmdir. Many daha çox sual cümlələrində və mənfi cümlələrdə istifadə olunur. Many rəsmi İngilis dilində və cümlələrin əvvəlindəki müsbət cümlələrdə də istifadə edilə bilər.

Much həmişə sayılmayan isimlərlə işlənir və sayılmayan isimlər cəm olmadığından isimlər həmişə tək olur. Much daha çox sual cümlələrində və mənfi cümlələrdə istifadə olunur.

How Much və How Many İlə Tapşırıqlar

Aşağıda sizin üçün How Much və How Many ilə tapşırıqları yerləşdirdik. Tapşırıqları edərək mövzunu daha yaxşı başa düşə bilərsiniz.

How Many və How Much İlə Nümunə Sual və Cavablar

  • How many cars in the gallery?- Qalereyada neçə maşın var?
  • There are twenty cars.- İyirmi maşın var.
  • How many chocolates do you want?- Neçə dənə şokolad istəyirsən?
  • I want a lot of chocolates, because I like chocolate very much.- Çox şokolad istəyirəm, çünki şokoladı çox sevirəm.
  • How many languages can you speak?- Neçə dildə danışa bilirsən?
  • I can speak two languages, English and French.- İngilis və fransız dillərində iki dildə danışa bilirəm.
  • How many women were there in the party?- Partidə neçə qadın var idi?
  • There were twelve.- On iki idi.
  1. How many people are there in the World?- Dünyada neçə nəfər var?
  2. I don’t know, I haven’t got anything.- Bilmirəm,heç bir fikrim yoxdur.
  • How many pencils are there on your table?- Masanızda neçə qələm var?
  • There are two pencils on my table.- Masamın üstündə iki qələm var.
  • How many green apples have you got?- Neçə yaşıl alma var?
  • I have got seven green apples.– Yeddi yaşıl alma var.
  • How many books are there in your bag?- Çantanızda neçə kitab var?
  • There are five books in my bag.- Çantamda beş kitab var.

Bundan əlavə Some və Any mövzularını da bilməyiniz, bu sualların cavablarını bilməyiniz üçün vacibdir. “İngilis dilində Some – bir az, Any – heç mövzu izahı” yazımıza buradan keçid edin.

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir