In, On, At - İngilis dilində zaman bildirən sözönləri - Wordly %

In, On, At – İngilis dilində zaman bildirən sözönləri


"in, on, at" zaman bildirən sözönlərinin Azərbaycan dilində izahı

Baxmayaraq ki, İngilis dilində olan bəzi mövzular Azərbaycan dilində də var, ancaq İngilis dilində olan həmin mövzular daha çox sayda alt kateqoriyaya ayrılır. Bu vəziyyət xüsusən də xarici dil öyrənməyə yeni başlayanlar üçün sıxıcı olur. Daimi olaraq təkrarlamaq məcburiyyətində olduğumuz at, in, on sözönləri mövzu izahı da belə mövzulardandır.

Unutmayın ki, bu sözönləri sadəcə zaman bildirmir, eyni zamanda fərqli mənalara da sahibdir. In, on və at həm də yer bildirən sözönləridir. Məsələn; I saw your picture in the newspaper – mən sənin şəklini qəzetdə gördüm. Hansı növ sözlə işlənməsinə görə fərqli mənaları olan in, on və at zaman bildirən sözönlərini və istifadə yerlərini və mənalarını birlikdə öyrənək. Belə ki, bu yazımızda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • İngilis dilində In, On, At niyə vacibdir?
  • İngilis dilində In istifadəsi
  • Aylarla birlikdə In istifadəsi
  • Həflərlə birlikdə In istifadəsi
  • Fəsillərlə birlikdə In istifadəsi
  • İllərlə birlikdə In istifadəsi
  • Səhər, günorta, axşam ilə birlikdə
  • İngilis dilində On istifadəsi
  • Dəqiq tarixlərdən əvvəl On istifadəsi
  • Həftənin günlərindən əvvəl On istifadəsi
  • Digər özəl günlər üçün On istifadəsi
  • İngilis dilində At istifadəsi
  • Dəqiq saatı bildirərkən At istifadəsi
  • Gün içərisindəki dəqiq zamanı bildirərkən at istifadəsi
  • Xüsusi qeyd günlərində at istifadəsi
  • İngilis dilində zaman bildirən sözönləri ilə birlikdə sual necə verilir?

İngilis dilində In, On, At niyə vacibdir?

Tək halda işləndikləri zaman heç bir məna ifadə etməyən sözönləri təkrara ən çox ehtiyac duyan mövzulardandır. Sözönləri sadəcə əvvəlində işləndikləri sözə məna qatmağa yarayırlar. İngilis dilində in, on, at zaman sözönlərinin bəzən yer bildirmə mənası da olur. Buna görə də in, on, at sözönlərinin istifadə yerlərini düzgün bilmək olduqca vacibdir. Bu səbəblə də bu mövzu sözönlərinin işlənmə yerləri ilə bağlı dəqiq məlumatı əldə etmək, İngilis dilində qrammatikanın təməllərini formalaşdırmaq üçün vacib nöqtədir. Beləliklə, in, on, at istifadəsini nümunələrlə birlikdə öyrənək.

İngilis dilində In istifadəsi

‘In’ sözönü,  müəyyən bir zaman periodunu izah etmək üçün tez-tez istifadə edilir.

  • İl, ay və fəsillər ilə (year & month & season) birlikdə istifadə edilir.
  • Günün bəzi vaxtlarını – morning (səhər), afternoon (günorta), evening (axşam) bildirmək üçün istifadə edilir.
  • Uzun müddətlər üçün – in the last century (keçən əsr) , in the Ice Age (buz dövrü), in fifteenth century (on beşinci əsr), the past (keçmiş), the future (gələcək), in 18th century (18-ci əsrdə) bildirmək üçün istifadə edilir.
  • Müəyyən bir zaman içərisində: in two days (iki gün içərisində), in two weeks’ time (iki həftəlik zaman içərisində) bildirmək üçün istifadə edilir.

Bunlardan əlavə, qeyd edilmiş in ilə istifadə edilən qəlibləşmiş ifadələri unutmayın: in the future -gələcəkdə, in the past -keçmişdə, in a few days -bir neçə gün içərisində

Aşağıda In istifadəsinə dair ümumi cümlələr verilmişdir.

  • Do you think we will go to Jupiter in the future? -Gələcəkdə Yupiterə gedəcəyimizi düşünürsünüz?
  • There should be a lot of progress in the next century -Növbəti əsrdə çox irəliləyiş olmalıdır.
  • We met in September, in 1995. And the weather was very cold in that fall -Biz 1995-ci ildə Sentyabr ayında görüşdük. O payızda hava çox soyuq idi.

Aylarla birlikdə In istifadəsi

İngilis dilində aylardan bəhs edərkən ayların əvvəlinə ‘in’ əlavə edilir (months). Məsələn; in December -Dekabrda (Dekabr ayında),  in June -İyunda

Aşağıda bununla bağlı nümunələr verilmişdir:

  • In England, it often snows in December -İngiltərədə, dekabr ayında tez-tez qar yağır.
  • He’ll visit them in October -Oktyabr ayında onlara baş çəkəcək.
  • Beverly went to Los Angeles in January -Beverly yanvar ayında Los-Ancelesə getdi.

Həftələrlə birlikdə In istifadəsi

Spesifik vaxtlar haqqında danışmaq və ya ehtiyacımız olan zaman müddətini təsvir etmək üçün “in” istifadə edilir. Beləliklə, İngilis dilində həftələrdən bəhs edərkən ‘in’ istifadə edilir (weeks). Məsələn, in 3 weeks -3 həftədə (3 həftə içində). Aşağıda bununla bağlı nümunələr verilmişdir:

  • They managed to complete the job in two weeks -İki həftə içində işi başa çatdırmağı bacardılar.
  • This is the first cigarette I have had in three weeks -Bu, üç həftədə çəkdiyim ilk siqaretdir.
  • That is the second book I have read in four weeks -bu, dörd həftə ərzində oxuduğum ikinci kitabdır.

Fəsillərlə birlikdə In istifadəsi

Fəsillər haqqında danışarkən fəslin əvvəlinə ‘in’ gətirilir (seasons). Məsələn, in winter -qışda. Aşağıda bununla bağlı nümunələr verilmişdir:

  • Birds often migrate in spring and autumn -Quşlar tez-tez yaz və payızda köç edirlər.
  • I visited Italy in July, in spring, in 1994 -İyul ayında, yazda, 1994-cü ildə İtaliyaya səfər etdim.
  • The ski resort is closed in summer -Xizək kurortu yayda bağlanır.
  • İllərlə birlikdə In istifadəsi

İllər ilə birlikdə in istifadəsi

İllərdən bəhs edərkən ilin əvvəlinə ‘in’ gətirilir (years). Məsələn; in 1990 -1990-cı ildə, in 1970s- 1970-ci illərdə, in five years – 5 ildə, 5 il içərisində. Aşağıda bununla bağlı nümunələr verilmişdir:

  • This is the first cigarette I’ve had in three years -Bu, üç ildə çəkdiyim ilk siqaretdir.
  • My parents grew up in the 1960s -Valideynlərim 1960-cı illərdə böyüyüb.
  • My great-grandmother was born in 1907 -Böyük nənəm 1907-ci ildə anadan olub.

Səhər, günorta, axşam ilə birlikdə in istifadəsi

Günün hissələrindən bəhs edərkən “in” istifadə edilir. Məsələn, in the morning – səhər, səhər vaxtı, in the afternoon -günorta, in the evening -axşam, axşam vaxtı. Aşağıda bununla bağlı nümunələr verilmişdir:

  • In the evenings, I like to relax -Mən axşamlar istirahət etməyi xoşlayıram.
  • I will be in the school in the morning, in the afternoon I will have lunch with my friends and in the evening I will call you -mən səhər məktəbdə olacağam, günortadan sonra dostlarımda yemək yeyəcəyəm və axşam sənə zəng edərəm.
  • Breakfast is a meal which is generally eaten in the morning -qəlyanaltı, ümumiyyətlə səhər yeyilən bir yeməkdir.

İngilis dilində On istifadəsi

İndi isə İngilis dilində zaman bildirən sözönü olaraq “on” istifadəsi haqqında daha ətraflı danışaq. İngilis dilində zamanın konkret təsvirləri, dəqiq tarixlərdən, yəni həftənin günləri, müəyyən günün müəyyən hissələrindən, bəzi özəl günlərdən əvvəl və s. əvvəl bu sözönündən istifadə edə bilərik. ‘On’ sözönü, tarix və günlər haqqında danışarkən tez-tez istifadə edilir. Məsələn; on Sunday morning- Bazar günü səhəri

Aşağıda bununla bağlı nümunələr verilmişdir:

  • It’s his birthday on Sunday -Bazar günü onun doğum günüdür.
  • The conference is on 10 March -Konfrans martın 10-dadır.
  • Let’s have a coffee on Friday morning -Cümə günü səhər bir qəhvə içək.
  • She’s working on Monday. –O, Bazar ertəsi işləyir.Bu cümlə xüsusi və unikal bir zamandadır.
  • She usually works on Mondays -O, adətən Bazar ertəsi günləri işləyir.Bunun adətən baş verən hadisə olduğunu bildirmək üçün Monday sözünü cəm halda istifadə edirik:

Dəqiq tarixlərdən əvvəl On istifadəsi

İngilis dilində dəqiq tarixlərdən əvvəl On istifadə edilir: on January 21- 21 Yanvarda, on the 12th of November -Noyabrın 12-i. Aşağıda bununla bağlı nümunələr verilmişdir:

  • Her birthday is on 20 November -Onun ad günü 20 Noyabrdadır.
  • My brother John was born on September 3rd -Qardaşım John sentyabrın 3-də anadan olub.
  • The interview is on the 29th of April -Müsahibə 29 aprel tarixindədir.

Həftənin günlərindən əvvəl On istifadəsi

Günlərdən əvvəl ‘on’ sözönü gəlir. (days). Məsələn; on Fridays – Cümə günləri, on Saturday- Şənbə günü. Aşağıda bununla bağlı nümunələr verilmişdir:

  • We’re going bowling on Friday night -Biz Cümə axşamı boulinqə gedirik.
  • Many shops don’t open on Sundays -Bazar günlərində bir çox mağaza açıq olmur.
  • We’re going to the theatre on Wednesday evening -Biz Çərşənbə axşamı teatra gedirik.

Qeyd: Danışıq dilində bəzən “on” sözönü tələffüz edilmir: She’s working Monday.

Digər özəl günlər üçün On istifadəsi

Bəzi xüsusi günləri izah etmək üçün ‘on’ sözönündən istifadə edilir. Unutmayın ki, bu qayda əksərən “day” sözü ilə olan günlər üçün nəzərdə tutulub: On my birthday– doğum günümdə, On New Year’s Eve– Yeni il ərəfəsində, On Christmas Day– Milad günündə. Aşağıda bununla bağlı nümunələr verilmişdir:

  • We always have a huge celebration on New Year’s Eve -Yeni il ərəfəsində həmişə böyük bir bayram keçiririk.
  • Where will you be on New Year’s Day? -Yeni il günündə harada olacaqsınız?
  • I have an exam on my birthday -Ad günümdə bir imtahanım var.

“in time” və “on time” ifadəsi ilə bağlı qeydlər:

  • We made it in time -Biz vaxtında etdik.
  • Luckily, we arrived just in time -Xoşbəxtlikdən, vaxtında gəldik.

Bu tip cümlələrin mənası, odur ki, gecikmək olmaz və tədbir başlamazdan əvvəl gəlmək lazımdır.

Yuxarıda qeyd edilən “in time” ifadəsini “on time” ilə qarışdırmaq olmaz. Çünki hər ikisi də bir-birindən fərqli mənaları izah edir. Məsələn,

Please arrive on time – Xahiş edirəm vaxtında gəlin.

Yəni, gecikməyin, amma çox tez gəlməyə də ehtiyac yoxdur. Tədbirin başlanğıc vaxtında orada olmaq şərtdir.

  • The teacher told them to arrive on time -Müəllim onlara vaxtında gəlmələrini söylədi.
  • And even though they slept in, they arrived just in time! -Onlar yatsalar da, vaxtında gəldilər!

İngilis dilində At istifadəsi

Müqayisə üçün bir daha yada salaq ki, “At” spesifik zaman haqqında danışarkən, dəqiq saatdan bəhs edərkən və ya günün hər hansı bir zamanındakı dəqiq nöqtədən bəhs edərkən istifadə edilir. “In” adətən zaman periodlarında, “On” isə tarixlər, həftənin günlərinin adları və s. ilə birlikdə işlənir.

Bundan əlavə, saatlarda, tətillərdə, ay sonunda və başlanğıcında, yemək zamanlarında, günün bəzi vaxtlarında  və s. istifadə edilir.

‘at’ sözönü, dəqiq zamanı izah etmək üçün istifadə edilir. Əgər dəqiq zamandan söhbət gedirsə, o zaman əvvəlinə ‘at’  sözönü gəlir. Məsələn; at sunset– Gün batan zaman, at sunrise– Gün çıxan zaman, at dinner time– axşam yeməyi zamanı, at breakfast time- səhər yeməyi zamanı

Qeyd: ‘At’ sözönünün istifadə edildiyi bəzi qəliblər bunlardır: at the same time- eyni zamanda, at the moment- indi, at present– indicə, at the weekend– həftə sonunda

  • I don’t usually work at the weekend -mən ümumiyyətlə həftə sonları işləmirəm.
  • We finished the test at the same time -biz testi eyni zamanda bitirdik.
  • She started working in that firm at the beginning of this month but resigned at the end of this month -o, bu ayın əvvəlində həmin firmada işləməyə başlamış, ancaq bu ayın sonunda istefa vermişdi.

On Christmas və At Christmas müqayisəsi

Həm on, həm də at sözönləri bayramlarla işlənsə də, hər biri fərqli mənaları izah edir. “On” spesifik günlərlə, “at” isə bayram periodları ilə bağlı mənaları ifadə edir. Bu səbəbdən də, on Christmas, on Christmas Day (yəni 25 Dekabr, Milad günü) mənasına gələrkən, at Christmas, Milad fəsli, Milad ərəfəsi mənasına gəlir. Bu qayda Easter, Hanukkah, the New Year, Thanksgiving weekend, Chinese New Year və s. üçün də keçərlidir.

  • On Christmas, we always eat dinner at my grandparents’ house -Milad günü həmişə nənə və babamın evində şam yeməyi yeyirik. (Milad günü)
  • I love all the decorations at Christmas -Miladda bütün bəzək əşyaları çox sevirəm. (Milad ərəfəsi)

Qeyd: tomorrow və ya yesterday kimi sözlərlə “on” istifadə edilmir. Bundan əlavə, əgər last və next sözləri işlənəcəksə, o zaman aşağıda sadalanan ifadələrlə də at, in və ya on istifadə edilmir.

  • I went to the movies on yesterday. Səhvdir.
  • I went to the movies yesterday -mən dünən filmlərə getdim.Doğrudur.
  • I went to the movies on last Tuesday. Səhvdir.
  • I went to the movies last Tuesday. – mən keçən çərşənbə axşamı filmə getdim. Doğrudur.

Əgər hər hansı bir zamanın başlanğıcından və ya sonundan bəhs etmək lazım gələrsə, o zaman “at” sözönündən istifadə edilir. Məsələn;

  • At the start of July -İyulun əvvəlində.
  • Return it to me at the end of the day -Günün sonunda onu mənə qaytarın.

Ancaq bir müddətin ortasına istinad edirsinizsə, o zaman sözönü “in”, “in the middle” olmalıdır.

  • In the middle of June -İyun ayının ortalarında.
  • It’s too hot to go out in the middle of the day -Günün ortasında çölə çıxmaq çox istidir.

Dəqiq saatı bildirərkən at istifadəsi

Dəqiq vaxtı bildirmək üçün ‘at’ istifadə edilir. Məsələn; at 6 o’clock– saat 6-da, at 11.30 am- səhər 11:30-da. Bununla bağlı nümunə cümlələr aşağıda verilmişdir. Aşağıda bununla bağlı cümlə nümunələri verilmişdir:

  • I have a meeting at 9am -Mənim saat 9-da görüşüm var.
  • The train arrives at 3:30 -Qatar 3: 30-da çatır.
  • The meeting will finish at 5:30 -Görüş 5: 30-da başa çatacaq.

Gün içərisindəki dəqiq zamanı bildirərkən at istifadəsi

Gün içərisindəki müəyyən bir vaxtı izah etmək istənildiyi zaman “at” istifadə edilir. at night -gecə, at noon -gündüz, at midnight -gecə yarısı. Bununla bağlı nümunə cümlələr aşağıda verilmişdir.

  • Now that my grandfather is older, he no longer drives at night -İndi mənim babam daha yaşlı olduğu üçün, artıq gecə maşın sürmür.
  • The shop closes at midnight -Mağaza gecə yarısında bağlanır.
  • Jane went home at lunchtime -Jane nahar vaxtı evə getdi.

Xüsusi qeyd günlərində at istifadəsi

Bəzi xüsusi qeyd günlərindən əvvəl də ‘at’ sözönü gəlir. Məsələn; at Christmas- Miladda, at Nowruz– Novruzda. Aşağıda bununla bağlı nümunələr verilmişdir:

  • The town is always well-decorated at Christmastime -Şəhər həmişə Milad zamanı yaxşı bəzədilmişdir.
  • I stay with my family at Christmas –mən Miladda ailəmlə birlikdə qalıram.
  • I want to go to Azerbaijan at Nowruz –mən Novruzda Azərbaycana getmək istəyirəm.

İngilis dilində zaman sözönləri ilə birlikdə sual necə verilir?

Zaman bildirən sözönlərinin istifadə edildiyi ‘What time?’ və ‘When?’ kimi vacib olan sual qəlibləri də vardır. Bu sual cümlələrini gördüyünüz zaman cavab olaraq in, on və ya at ilə başlayan bir cavab verməli olduğunuzu unutmayın. Məsələn;

  • Q: What time does your plane leave? – sənin təyyarən saat neçədə qalxır?
  • A: My plane leaves at 9 o’clock – mənim təyyarəm saat 9-da qalxır.
  • Q: When does your school start? – sənin məktəbin nə vaxt başlayır?
  • A: My school starts in September– mənim məktəbim Sentyabrda başlayır.

Diqqət: Yuxarıda qeyd edilən bütün qaydalar, ümumi olaraq in, on və at sözönlərinin ümumi istifadəsinə aiddir. Ancaq zaman fikrini ötürsə də, önündə heç bir sözönü olmayan bəzi qəliblər də mövcuddur. Bu qəlibləri qarışdırmamaq üçün əzbərləmək vacibdir. Bunlar aşağıdakılardır:

This morning- bu səhər, last night– dünən gecə, next week– gələn həftə, tomorrow– sabah, yesterday– dünən, today- bu gün, every year– hər il:  We go to bed  at 11:00 at night.

Bu mövzumuzu da burada sonlandırırıq. Əgər siz də bunlarla kifayətlənmək istəməyib, daimi olaraq çox sayda söz öyrənmək istəyirsinizsə, o zaman Wordly məhz sizin üçündür. Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız.

Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə biləcəksiniz.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir