İngilis dilinizi necə inkişaf etdirəcəyiniz ilə bağlı narahatlıq keçirirsiniz? Evdə oturaraq İngilis dilinizi inkişaf etdirmək istəyirsiniz? O zaman gəlin bu yazımızda bu mövzu ilə bağlı danışaq.
İngilis dilində Listening inkişaf etdirmənin yolları
İngilis dilini tam mənası ilə öyrənmək üçün oxuma, yazma, danışma və dinləmə kimi bütün bacarıqlarınız inkişaf etdirməlisiniz. Listening, yəni dinləmə bacarığı da ən vacib olanlardan biridir. Təbii ki, listening bacarıqlarını inkişaf etdirməyin bir neçə yolu mövcuddur. Aşağıdakı başlıqlar altında bu metodlarla bağlı ətraflı məlumat verilmişdir.
Listening inkişaf etdirmək üçün – oxuyaraq dinləmək
İngilis dilində listening bacarıqlarını inkişaf etdirməyin metodlarından biri oxuyaraq dinləmədir. Bu metodda əvvəlcə mətni oxuyur, daha sonra başa düşmədiyiniz sözləri qeyd edirsiniz. Bu sözləri tam mənada başa düşmək lazımdır. Mətni oxumaq və daha sonra dinləmək ən yaxşı həll yollarından biridir.
Bu metod vasitəsi ilə siz həmçinin sözlərin tələffüzünü də eşidəcəksiniz ki, bu da listening bacarıqlarını inkişaf etdirmək üçün olmazsa olmazlardandır. Dolayısı ilə, dinləyərkən, sözlərin necə tələffüz olunduğuna diqqət yetirməyi unutmayın.
Əgər oxuduğunuz mətndə çox sayda yeni söz varsa, onu hissələrə ayırmaq daha səmərəli ola bilər. Bütün qeydləri bir mahnıda dinləmək əvəzinə onu abzaslara və bəndlərə ayıra bilərsiniz. Dinləmək İngilis dilinizi inkişaf etmənin ən effektiv yollarından biridir.
Listening inkişaf etdirmək üçün – oxumadan dinləmə
Dinləmə bacarığını inkişaf etdirməyin bir digər yolu isə mətni oxumadan ona qulaq asmaqdır. Əvvəllər eşitmədiyiniz və altyazısı bağlı olan bir mətnə qulaq asın. Burada məqsəd sadəcə dinləməkdir ki, bu da sizin eşitmə qabiliyyətlərinizi sınamaq üçündür. Sadəcə dinləmək vasitəsi ilə mətni nə dərəcədə başa düşdüyünüzü ayırd edə biləcəksiniz. Yeni başlayanlar üçün bu metod bir az çətin ola bilər, ancaq mütləq şəkildə özünüzü inkişaf etdirməyinizə kömək edəcəkdir.
Listening inkişaf etdirmək üçün – deyilənləri təkrar etmək
Yalnız bir dəfə dinləyin və bir daha mətnə baxmayın. İlk cəhddə çox şey anlamayacaqsınız, ancaq bunun sizi ruhdan salmasına icazə verməyin. Çünki bu tamamilə normal prosesdir. Daha sonra yenidən dinləyin və qaçırdığınız sözləri və ya ifadələri ayırd etməyə çalışın. Bu nöqtədə vacib məqamları qeyd etməyi unutmayın. Bütün mətni başa düşməsəniz də, əsas fikirləri qeydləriniz vasitəsi ilə başa düşə bilərsiniz.
İngilis dilində Reading inkişaf etdirmənin yolları
Bir dili həqiqi mənada öyrənmək sadəcə ehtiyac duyduğunuz zamanlarda və ehtiyac duyduğun qədər danışmaq demək deyil; bunu gündəlik həyatınızın bir hissəsi edə bilmək deməkdir. “İngilis dilini bilirəm” deyə bilmək üçün Azərbaycan dilində rahatlıqla etdiyiniz film izləmək, kitab oxumaq və s. kimi fəaliyyətləri İngilis dilində də gündəlik həyatda rahatlıqla tətbiq edə bilməlisiniz.
Necə ki, kitabları original dilində oxuya bilmək dil bilməyin təbii nəticəsidirsə, prosesi tərsinə düşünəcək olsaq, sadə hekayələr oxumaq da İngilis dilini inkişaf etdirməyin bir yoludur.
Reading inkişaf etdirmək üçün – kitab oxumaq
Xarici dil öyrənərkən əldə olunan hər bir biliyi gündəlik həyatda tətbiq etməklə gücləndirmək lazımdır. Bu müddətdə ən təməl və təbii möhkəmləndirmə üsulu olan İngilis dilində danışmaqla yanaşı, İngilis dilində kitabları oxumaq da mütləqdir. Əlbəttə ki, oxumaq prosesinə ən sadə kitablardan, yəni hekayə kateqoriyasından başlamaq lazımdır. Səbəbini soruşsanız, aşağıdakı səbəblər kifayət edəcəkdir.
Hekayə kitabları Kitab oxumağın ilk addımlarıdır
Azərbaycan dilində əvvəlcə səsləri, sonra hecaları, daha sonra isə sözləri öyrənmişik. Sözlərdən sonra oxumaq bacarıqlarımızı qısa və maraqlı hekayələrlə inkişaf etdirmişik. Hekayələr, ana dilimizdə olduğu kimi İngilis dilini öyrənərkən oxumağı yaxşılaşdıran ən əsas vasitədir. Çünki hekayələr digər ədəbi əsərlərdən daha sadə bir dildə izah olunur və gündəlik həyatda baş verən hadisələri və vəziyyətləri özündə cəmləşdirir. Beləliklə, kitablar yeni başlayanların ingilis dilində oxuması üçün əla bir seçim formasına gəlir.
Fərqli Səviyyələr üçün seçimlər mövcuddur
Günümüzün şərtlərində əhəmiyyətli ehtiyac halına gələn İngilis dili, məktəbəqədər dövrdən başlayaraq təhsil proqramlarına daxil edilməyə başlanmışdır. Oxumaq və yazmaq yalnız məktəbəqədər dövrdə öyrənildiyi üçün xarici dil vizuallar üzərində əsas sözlər səsləndirilərək öyrədilir. Uşaq şəkildəki obyekti görəndə ingilis dilindəki mənasını bilsə də, yaza bilmir.
İbtidai sinfə başlayan uşaqlar oxumağı və yazmağı öyrəndikləri anda eyni zamanda Azərbaycan dilində hekayə kitablarını və ingiliscə kitabları oxumağa başlayırlar. Çox sadə olan bu kitabların səviyyəsi təhsil səviyyəsinə paralel olaraq artır. Bu səbəbdən, İngilis dilində hekayə kitabları müxtəlif səviyyələrə müraciət etmək üçün uyğun sözləri və söz sayını təyin edərək qiymətləndirməni aparır.
Reading inkişaf etdirmək üçün – xarici dost
İngilis dili ilə məşğul olmağınız daha səlis danışmağınıza, daha inamlı olmanıza və öyrəndiyiniz söz və qrammatikanı tətbiq etməkdə təcrübə qazanmanıza kömək edəcəkdir. Təcrübə isə öyrənmə prosesinizdə vacib bir addımdır! Məşq etməyin ən rahat yolu isə xarici tanışlarla söhbətləşməkdən keçir. Belə ki, onlarla məktublaşdığınız zaman reading bacarıqlarınız da inkişaf edir. “Ancaq məşq edə biləcəyim heç kim yoxdur!” deyə bilərsiniz. Belə düşünməyin! Unutmayın ki, internet əsrində yaşayırıq və orada ingilis dilində danışmağınıza kömək edə biləcək minlərlə insan var. Yaşadığınız yerdən asılı olmayaraq, internetdə özünüzə uyğun söhbət ortağı tapa biləcəyiniz mükəmməl İngilis dilli veb saytlar mövcuddur.
Reading inkişaf etdirmək üçün – İngilis dilində oyun oynamaq
Oyunlar yalnız uşaqlar üçün deyil. Sizə başqa bir sirr verəkmi? Oyunlar həqiqətən dilin səlisliyini artırmaq və İngilis dilini öyrənmək istəyən böyüklər tərəfindən oynana bilən effektiv öyrənmə vasitəsidir. Üstəlik, oynaya biləcəyiniz bir çox oyun mövcuddur! Stol oyunlarından video oyunlara qədər uşaq ruhlu olan hər kəs üçün fərqli oyunlar mövcuddur. İngilis dili öyrənərkən əylənmək sınanmış və ən effektivliyi sübut edilmiş ən doğru metoddur. Səbəbi isə budur:
Yuxarıda da qeyd edildiyi kimi oyunlar yalnız uşaqlar üçün deyil. Tədqiqatlar göstərir ki, böyüklər də əyləncəli metodlardan istifadə etdikləri zaman öyrəndikləri məlumatları daha yaxşı yadda saxlayırlar.
Oyunlar sizə müxtəlif dil bilikləri öyrədir. İngilis dilində yazma, danışma və dinləmə praktikasında oyunlardan istifadə edə bilərsiniz. Oyunlar ənənəvi sinif şəraitindən kənarda öyrənməyə imkan verir. Bu halda öyrənmə yalnız sinif otağı ilə məhdudlaşmır. Əgər siz hər hansı kursa getmək istəmirsinizsə, o zaman İngilis dilində oxuma bacarıqlarınızı inkişaf etdirmək üçün oyunlardan istifadə edə bilərsiniz.
Oyunlar, bir kursda iştirak etsəniz də, dərslərinizə əyləncəli və təsirli bir əlavədir. Komanda oyunları nəticəsində insanlar bir-biri ilə onlayn formada əlaqə saxlamalı olur. Beləliklə, reading bacarıqları ilə yanaşı writing bacarıqları da inkişaf edir. Mümkün olduqca, komanda oyunları oynamağa çalışmağın effektiv nəticəsini tezliklə görmək mümkün olacaq.
Komanda oyunları əyləncəli və daha az stresli bir mühitdə ingilis dilində oxuma bacarıqlarımızı inkişaf etdirmək imkanı yaradacaqdır. İngilis dilindəki oyunları hər yerdə oynamaq mümkündür. Bu oyunları onlayn formada, evdə, kafedə, bütün fasilələrdə və ya qonaqlıqda oynaya bilər və fasiləsiz olaraq İngilis dilini öyrənmək imkanına sahib ola bilərik. Bu ki, möhtəşəm fürsətdir!
İngilis dilində Writing inkişaf etdirmənin yolları
Müasir dövrdə dinlədiyimiz xarici mahnılar, izlədiyimiz xarici filmlər, məktəbdə və ya işdə ingilis dilində danışmaq məcburiyyətində qalmağımız bəzi gündəlik sözlərin mənasını və tələffüzünü öyrənməyimizə kömək edir. Ancaq İngilis dilini peşəkar formada deyil, bu şəkildə öyrəndiyimiz zaman mənasını bildiyimiz və çox yaxşı tələffüz edə biləcəyimiz sözləri yazmaqda çətinlik çəkə bilərik.
İngilis dilinizin səviyyəsindən asılı olmayaraq, həm işdə, həm də gündəlik həyatda İngilis dilində effektiv məqalələr yazmağı bacarmaq üçün writing bacarıqlarını inkişaf etdirmək vacib şərtdir.
Writing inkişaf etdirmək üçün – Chat
Məktub dostu tapmaq! Bu dövrdə məktubun nə işə yarayacağını düşünənlər ola bilər. Ancaq bir qədər nostalgiya burada bizim köməyimizə çatacaqdır. Qeyd edək ki, məktubu sadəcə klassik məktub formasına yazmağa çox da ehtiyac yoxdur. Çünki müasir dövrümüzdə məktubların yerini artıq bir çox sosial şəbəkələr və tətbiqetmələr alıb. Xaricdə yaşayan qohumlarınızdan, dostlarınızdan və digər tanışlarınızdan sizinlə yazışmalarını istəyə bilərsiniz. Əgər bu formada birbaşa tanışlarınız yoxdursa, o zaman xaricdə yaşayan hər hansı bir insanla da İngilis dilindəki yazı bacarıqlarınızı inkişaf etdirmək üçün istifadə edə bilərsiniz.
Texnologiyadan faydalanın və İngilis dilində Yazılı Əlaqə vasitələrindən istifadə edin.
İnternet dövründə, texnologiyanın inkişafı ilə dünyanın hər yerindəki hadisələrdən hər an xəbərdar ola, hətta oradakı fərdlərlə birbaşa ünsiyyət qura bilərsiniz. İngilis dilində yazılı olaraq özünüzü inkişaf etdirmək istəyirsinizsə, bu texnologiyadan faydalanmamağınız böyük bir çatışmazlıq olardı. Daha sonra Messenger, WhatsApp, Twitter, Instagram, Facebook və bu kimi tətbiqetmələr ilə bütün yazışmalarınızı ingilis dilində edə bilərsiniz. Üstəlik, avtomatik düzəliş funksiyasını telefonunuzda aktivləşdirdiyiniz zaman, qramamtik səhvlərinizi görə, beləliklə öyrənə biləcəksiniz. Beləliklə, bir səhvi bir neçə dəfə etdikdən sonra artıq düzgün formasını öyrənəcək və eyni səhvi təkrarlamayacaqsınız.
Writing inkişaf etdirmək üçün – hekayə yazmaq
İngilis dilində writing bacarıqlarını inkişaf etdirməyin yolu inşa yazmaqdan keçir. Çünki bu proses danışıq prosesinə oxşardır. Belə ki, həm danışarkən, həm də yazarkən mövzu ilə bağlı düşünürük. Beləliklə, nə qədər çox inşa və ya hekayə yazsaq bir o qədər məşq etmiş olacağıq ki, bu da İngilis dilində yazı bacarıqlarımızı olduqca inkişaf etdirəcəkdir.
İngilis dilində Speaking inkişaf etdirmənin yolları
Qrammatika və ya dil bacarıqlarınızı inkişaf etdirərək İngilis dilində daha yaxşı danışmağı öyrənib öyrənə bilməyəcəyiniz sualına cavab vermək üçün bir neçə il əvvələ qayıdaq və ana dilinizi necə öyrəndiyinizi düşünək: Həyatımızın birinci ilində ehtiyaclarımızı yalnız qışqıraraq və ağlamaqla ifadə edirik, illər keçdikcə ətrafdakıları daha tez anlamağa və başqaları tərəfindən başa düşülə biləcək şəkildə danışmağa, özümüzü ifadə etməyə başlayırıq. İngilis dilində danışıq bacarıqlarının inkişafında da eyni proses təkrar edilir. Buna nail olmağın ən asan yolu özümüzü ingilis dilinə məruz qoymaqdır. İngilis dilində danışmağı yaxşılaşdırmaq üçün 3 vacib məqam bunlardır:
Maraq: İngilis dilində danışmağı öyrənmək maraq olmadan çətin olacaq. İngilis dilindəki sözlərin necə tələffüz olunduğu ilə maraqlanın və ən xırda detallara belə diqqət yetirin. Yeni bir detal öyrəndiyiniz zaman isə bu vəziyyətdən zövq alın.
Dinləmə: İngilis dilində danışmağı öyrənmədən əvvəl diqqətlə qulaq asmaq və listening bacarıqlarını mümkün qədər inkişaf etdirmək lazımdır.
Məşq: Qorxmağa ehtiyac yoxdur. Unutmayın ki, bu mərhələdə sadəcə məşq yox, daha çox məşq etməlisiniz. Mümkün qədər tez-tez ingilis dilində danışın və səhv etməkdən qorxmayın.
Speaking inkişaf etdirmək üçün – İngilis dilində düşünmək
İngilis dilində düşünmək, xüsusən ingilis dilində danışarkən və yazarkən bu dilin xüsusiyyətlərinə hörmət etmək deməkdir. Başqa sözlə, bu dildə danışarkən və yazarkən vurğu, intonasiya, söz seçimi, ifadələrin istifadəsi, fellərin söylənməsi, deyim və atalar sözləri kimi bütün sahələrdə yalnız İngilis dil xüsusiyyətlərini nəzərə almaq deməkdir. mədəni və tarixi zəmin nəzərə alınmaqla. İndi bəzi nümunələrlə mövzunu daha anlaşıqlı etməyə çalışacağam.
İfadələr və atalar sözlərinin fərqli olduğunu unutmayın
İki dil arasındakı fərqlərin ən çox da atalar sözləri və idiomlarda fərqinə varırıq. Məsələn, iki alternativ variant arasında qalıb seçim edə bilməmək Azərbaycan dilində “iki arada, bir dərədə qalmaq” olaraq ifadə edilir. Fikrinizdə belə bir ifadə qurma ehtiyacı hiss etdiyiniz zaman etməli olduğunuz ən son şey bu ifadəni İngilis dilinə eyni formada tərcümə etməyə çalışmaqdır. Əgər İngilis dilində bu ifadədən danışıq və ya yazılı formada istifadə etmək istəyirsinizsə, o zaman eyni situasiyalar üçün İngilis dilində istifadə edilən bir ifadəni seçməlisiniz. Buna misal olaraq “sit on the fence” deyimi göstərilə bilər.
Speaking inkişaf etdirmək üçün – daimi danışmaq
Hamımıza məlumdur ki, hər hansı bir bacarıqlarımızı inkişaf etdirmək üçün həmin məsələ ilə bağlı mümkün olduqca çox məşğul olmalıyıq.
Öyrəndiyiniz şeyləri danışığınızda tətbiq etməyə çalışın
Oxumaq, dinləmək və danışmaq hər dilin ən vacib elementləridir. Eyni şey İngilis dilinə də aiddir. Bununla birlikdə, sərbəst danışmağın tək şərtidir. Körpələrin və uşaqların danışmağı, dillərindən istifadə etməyi, sonra oxumağa başlamağı, sonra yazmağı öyrənməsi normaldır. Beləliklə, təbii nizam anlamaq, danışmaq, oxumaq, sonra yazmaqdır.
Dünya məktəblərinin əvvəlcə oxumağı, sonra yazmağı, anlamağı və nəhayət danışmağı öyrətməsi qəribə deyilmi? Bunun əsas səbəbi çox vaxt xarici dil öyrəndiyiniz zaman materialları oxuya bilməyinizin əsas səbəbidir. bu dili anlamaq və öyrənmək. Yəni təbii nizam anlamaq, danışmaq, oxumaq, sonra yazmaq olsa da, xarici dil öyrənənlərin oxumaq, anlamaq, danışmaq, sonra yazmaq əmridir.
İngilis dilində səlis danışmaq üçün danışmağı bacarmalısınız. Anlamağı dayandırmayın və öyrəndikdə yalnız qulaq asmayın. Dinlədiyiniz materialı təkrarlayın və eşitdiklərinizi tətbiq edin. Ağzınız və beyniniz bunu təbii bir şəkildə edə bilməyincə yüksək səslə danışmağa çalışın. Bu, İngilis dilində səlis danışmağınıza imkan verəcəkdir.
Speaking inkişaf etdirmək üçün – mahnı oxumaq
Mahnıların İngilis dili öyrənmə prosesində bu qədər səmərəli olmasının sirri nədədir?
Bu metod işə yarayan metodlardan biridir. Ana dilindən əlavə bir dil öyrənən insanlara musiqinin qrammatika, söz ehtiyatı və tələffüz bacarıqlarını inkişaf etdirməyə necə kömək etdiyinə dair kifayət qədər elmi dəlillər var. Bundan əlavə, “Mozart Effect” adlanan bir konsepsiyaya görə, öyrənmə zamanı dinlənilən klassik musiqinin zehni fəaliyyətdəki müvəffəqiyyəti artırdığı müəyyən edilmişdir.
Belə ki,
Gündəlik, təsadüfi söhbətlər ilə mahnılarda da qarşılaşırıq. Mahnılarda bir çox faydalı sözlər, ifadələr və söz birləşmələrindən istifadə olunur. Hədəf auditoriyası mahnının yazıldığı dildə danışanlar olduğundan, mövcud ifadələr və gündəlik nitq mahnı və musiqiyə daxil edilir. Mahnılarda istifadə olunan dil gündəlikdir, xalq dilidir və düzgün musiqini seçdiyiniz halda sizin üçün daha da faydalı olacaqdır.
İngilis dilinin intonasiyası ilə tanış olacaqsınız. Mahnılara qulaq asmaq, eyni zamanda İngilis dilinin ritmini, intonasiyasını və vurğusunu anlamağa kömək edəcək və tələffüzə diqqət yetirəcəkdir.
Bir mahnıdakı ifadələrin və səs nümunələrinin əksəriyyəti tez-tez təkrarlanır, buna görə də onları beynimizə həkk etmək daha asandır. Musiqi yadda qalmaq üçün qeyri-adi bir qabiliyyətə malikdir. Melodiyalar və sözlər tez-tez düşüncələrimizə hopur və zehnimizdə dəfələrlə oynayır. Bütün bunlar İngilis dilini mahnılarla öyrənməyə kömək edəcəkdir, çünki sözləri və ifadələri bu şəkildə asanlıqla yadda saxlaya bilirik. Əslində, tezliklə onları unutmağın mümkünsüz hala gəldiyini də başa düşəcəksiniz.
Mahnılar emosionaldır. Musiqi ilə bağımız dərin və möhkəmdir. Musiqi duyğularımızı açan, əhval-ruhiyyəmizə təsir edən və zehni və fiziki vəziyyətimizi yaxşılaşdıran açardır. Əgər hər hansı bir şey emosionaldırsa, əlbəttə onu xatırlamaq həmişə daha asan olacaq.
Musiqi ən rahat hobbilərdən biridir. İnsanların dil öyrənməkdə çətinlik çəkmələrinin səbəblərindən biri də gün ərzində dərs oxumaq üçün əlavə vaxtlarının olmamasıdır. Ancaq mahnılar vasitəsi ilə İngilis dilini öyrənərkən çox vaxt sərf etməyə ehtiyac yoxdur, çünki harada olursan ol, musiqinizi də özünüzlə apara bilərsiniz. Avtomobilinizdə, mətbəxinizdə və duş qəbul edərkən İngilis dilindəki mahnıları dinləyə bilərsiniz. Sevdiyiniz musiqini seçdiyiniz zaman onu yorulmadan dəfələrlə dinləyə bilərsiniz.
Musiqi bizə eyni zamanda İngilis mədəniyyətini də öyrədir. Musiqi bizə ingilis dilində danışan insanların mədəniyyəti, nə düşündükləri və hiss etdikləri barədə məlumat verir. Məşhur mahnılarla və müğənnilərlə tanışlıq da ingilis dilində danışan dostlarınızla danışmağınız üçün bir mövzu yaradır.