Bu dəfəki yazımızda İngilis dilini inkişaf etdirmə və İngilis dilini inkişaf etdirmə yollarından bəhs edəcəyik. Belə ki, İngilis dilində listening-reading-writing-speaking adlanan 4 fərqli skill-n, yəni qabiliyyətin hər birini inkişaf etdirmək üçün fərqli metodlardan istifadə edilir və bu metodlarla bağlı detallı izahı aşağıdakı başlıqları oxuyaraq öyrənə biləcəksiniz
- İngilis dilində Listening inkişaf etdirmənin yolları
- Listening inkişaf etdirmək üçün- oxuyaraq dinləmək
- Listening inkişaf etdirmək üçün- oxumadan dinləmək
- Listening inkişaf etdirmək üçün- deyilənləri təkrar etmək
- İngilis dilində Reading inkişaf etdirmənin yolları
- Reading inkişaf etdirmək üçün – kitab oxumaq
- Reading inkişaf etdirmək üçün – xarici dost
- Reading inkişaf etdirmək üçün – İngilis dilində oyun oynamaq
- İngilis dilində Writing inkişaf etdirmənin yolları
- Writing inkişaf etdirmək üçün – Chatdan istifadə etmək
- Writing inkişaf etdirmək üçün – hekayə yazmaq
- İngilis dilində Speaking inkişaf etdirmənin yolları
- Speaking inkişaf etdirmək üçün – İngilis dilində düşünmək
- Speaking inkişaf etdirmək üçün – danışaraq təcrübə qazanmaq
- Speaking inkişaf etdirmək üçün – mahnı oxumaq
İngilis dilində Listening inkişaf etdirmənin yolları
Passiv dinləməni aktiv dinləməyə çevirin: Qulaq asmağın danışma və yazmağa nəzərən passiv bir bacarıq olmasına baxmayaraq real həyatda aktiv dinləməyə ehtiyacımız olacaqdır. Çünki real həyatda sadəcə dinləmirik, eyni zamanda reaksiya da veririk. Danışıq sırasında məlumatın bir hissəsini, yəni lazımsız, gurultulu hissəsini eşitməyə bilərik. Ancaq cavab üçün lazım olan hissəni mütləq tuturuq. Odur ki, özünüzü passiv dinləmə ilə limitləməyin.
İngilis dilində listening qabiliyyətini inkişaf etdirmək üçün qulaq asmaq hər nə qədər önəmli olsa da, sadəcə dinləmək yetərli olmur. Hər hansı bir səs yazısı ilə birlikdə istifadə edildiyi zaman mütləq hədəf müəyyən edin. Məsələn, mövzunu təxmin etmə, müəyyən sualların cavabını tapmaq, hadisələrin sıralamasını qeyd etmək. Beləliklə, danışıqlardan lazımlı məlumatları çıxarmağı öyrənəcəksiniz.
Listening inkişaf etdirmək üçün- oxumadan dinləmək
Əgər səviyyənizə uyğun səs yazısından istifadə etsəniz, o zaman bu alqoritm sizin üçün də uyğun olacaqdır. Bu qaydada ehtiyacınız olan iki şey – səs yazısı və onun scripti, yəni yazılı formasıdır. Bu mərhələdə mətni oxumadan bir tərəfə qoyub dinləməyə və nədən bəhs etdiyini başa düşməyə çalışırıq. Təxminən 2-4 dəfə dinləmək yetərli olacaqdır. Əgər bir neçə dəfə dinlədikdən sonra səs yazısının böyük hissəsini başa düşməmisinizsə, o zaman başa düşənə qədər qulaq asmağa davam etmək lazımdır. Çünki hədəfimiz qulaq asmaq, ən azından bəzi şeyləri, ən yaxşı halda isə hamısını başa düşməkdir.
Listening inkişaf etdirmək üçün- oxuyaraq dinləmək
İkinci addım isə mətnə baxaraq səs yazısını dinləməkdir.
Mətni oxuduqdan sonra başa düşmədiyiniz sözləri qeyd etdiniz. Bu sözləri tamamilə başa düşməlisiniz. Mətni oxuyaraq başa düşmək ən yaxşı həll yollarından biridir. Mətni oxumağa paralel olaraq eyni zamanda eyni mətnin səs yazısına da qulaq asmaq sayəsində düzgün tələffüzü öyrənəcəksiniz ki, bu da özlüyündə dinlədiyiniz mətnlərdə sözləri ayırd etməyinizə imkan verəcəkdir.
Əgər bu mətndə çox sayda yeni söz varsa, mətni hissələrə ayırmaq daha effektiv ola bilər. Bütün səs yazısını tək parça halında dinləmək əvəzinə, paraqraflara ayırmaq mümkündür. Bu, İngilis dilində listening qabiliyyətini inkişaf etdirmək üçün ən yaxşı yollardan biridir. Nəzərə almaq lazımdır ki, bu mərhələdə sözlərin hamısını bilmək vacib deyil.
Çalışma formanız ortalama olaraq aşağıdakı kimi olmalıdır:
- Mətnə qulaq asaraq başa düşməyə çalışmaq (2 dəfə)
- Mətni oxuyaraq qulaq asmağa çalışmaq
- Mətnə qulaq asaraq səsləndirən şəxs ilə birlikdə təkrarlamaq. (Buradakı məqsəd tələffüzümüzü mümkün olduğu qədər bənzətməkdir)
- Dinlədiklərimizi yazmaq və sonra real mətn ilə müqayisə etmək
- Yenə mətnə baxmadan dinləmək (1 dəfə)
Listening inkişaf etdirmək üçün deyilənləri təkrar etmək
İngilis dilində listening qabiliyyətini inkişaf etdirmək üçün vazkeçilməz qaydalardan biri də dinlədiyimiz mətnləri, mahnıları və ya hər hansı bir çıxışı təkrarlamaqdır. Çünki bu halda tətbiq etdiyimiz metod passiv listening yox, aktiv listening olacaqdır ki, bu da həm beynimizin dinləmə, düşünmə mövzusunda çalışmasına səbəb olacaq, həm də sadəcə dinləmə qabiliyyətimizi deyil, eyni zamanda danışıq qabiliyyətimizi də inkişaf etdirəcəkdir. Dolayısı ilə, deyilənləri təkrar etmək İngilis dilində həm listening, həm də speaking bacarıqları üçün olduqca vacibdir.
İngilis dilində Reading inkişaf etdirmənin yolları
İngilis dilində Reading qabiliyyətini inkişaf etdirməyin bir sıra yolları olsa da, bunların içərisində ən çox bilinənləri və effektiv hesab edilənləri İngilis dilində kitab oxumaq, xarici dost və ya tanışlar vasitəsi ilə öyrənməyə çalışmaq və oyun oyanamaqdır. Aşağıdakı başlıqlarda bunlarla bağlı detallı izahlarla tanış ola bilərsiniz.
Reading inkişaf etdirmək üçün – kitab oxumaq
Oxumaq, digər dil bacarıqları kimi müəyyən bir məqsədə uyğun olaraq öyrənilə bilir. Bundan əlavə, bacarığı inkişaf etdirmək üçün sadəcə və sadəcə oxuduğunuz mətnləri çətinləşdirməlisiniz. Məşq etmək üçün, sözlərin 80% hissəsinin başadüşülən olduğu, sadəcə səviyyənizə uyğun kitablar seçin. Geri qalan hissəsi isə oxumağın sizə qatacağı yeni sözlər olacaqdır.
Oxuma bacarıqlarını inkişaf etdirmək üçün, mətni ayrı-ayrı sözlərlə deyil, bütöv cümlələrlə oxumağı yoxlayın. Bunun üçün sözlərin mənasını təxmin etməyə çalışın və kitabı tərcümə etməyin. Kitabı hər cəhətdən sürətli oxumağa çalışın. İrəliləyişi izləmək üçün özünüzə uyğun standartlar müəyyən edin və qeydlər aparın.
Ruhunuzu dincəltmək üçün maraq dairənizdə olan, xoşunuz gələn mövzularda kitablar və mətnlər oxuyun. Gündə bir neçə səhifə belə olsa, kitab oxuma vərdişi qazanın və mütləq bunun üçün zaman ayırın.
Reading inkişaf etdirmək üçün – xarici dost
İngilis dilində reading qabiliyyətini inkişaf etdirməyin bir digər yolu da xarici dost və ya tanış tapmaqdır. Çünki daimi olaraq sosial şəbəkələrdə mesajlaşmaq oxuma və oxuduğunu başa düşmə bacarığını inkişaf etdirəcəkdir. Kitab oxumaqdan fərqli olaraq, müəyyən birisi ilə yazışmaq sayəsində gündəlik və müasir İngilis dili ilə tanış olacaqsınız.
Reading inkişaf etdirmək üçün – İngilis dilində oyun oynamaq
Kompüter oyunları burada da köməyimizə çatır 😊 Belə ki, İngilis dilində kompüter oyunları oynamaq reading qabiliyyətlərimizi inkişaf etdirir. Xüsusən də online formada davam edən kompüter oyunları real istifadəçilər və aktiv dialoqlarla irəlilədiyi üçün oyunda nə dərəcədə uğurlu olmağınız bu dialoqları izləmə və başa düşmə bacarıqlarınıza bağlıdır. Elə bu səbəbdən də internet vasitəsi ilə oynanılan kompüter oyunları İngilis dilindəki cümlələri daha sürətli oxuma və başa düşmə bacarıqlarımızı inkişaf etdirməyimizə kömək edir.
İngilis dilində Writing inkişaf etdirmənin yolları
İngilis dilində writing qabiliyyətini inkişaf etdirməyin ən rahat yollarına misal olaraq chatdan istifadə etmək, hekayə yazmaq göstərilə bilər ki, bunlarla bağlı aşağıdakı başlıqlarda detallı izahlarla tanış ola bilərsiniz.
Writing inkişaf etdirmək üçün – Chatdan istifadə etmək
Facebook; dünyanın ən böyük sosial paylaşımının mümkün olduğu saytlardan biridir. Bu qədər böyük istifadəçi kütləsinə sahib sosial media platformasını İngilis dilində danışmaq üçün istifadə edə bilərsiniz. Dünyanın hər bir yanında kiçikdən böyüyə milyonlarla insanın paylaşım etdiyi saytda söhbət etmə və chat vasitəsi ilə İngilis dilində writing qabiliyyətlərinizi inkişaf etdirə bilərsiniz. Bu növ saytlardan gözləntimiz çox yüksək olmamaqla yanaşı, təcrübə qazanmaq üçün qismən də olsa faydalı ola bilər.
Writing inkişaf etdirmək üçün – hekayə yazmaq
Daha əvvəlki essay yazmaq mövzumuzda İngilis dilində essay necə yazılır?və essay yazma detalları nələrdir və IELTS, TOEFL essay nümunələri kimi sualları praktiki nümunələr üzərində izah etmişdik. İngilis dilində writing bacarıqlarını inkişaf etdirmək üçün essay yazmaq olmazsa olmaz qaydalardan biridir. Bu yazı məşqləri həm TOEFL, IELTS kimi imtahanlarda köməyimizə çatacaq, həm də İngilis dilində writing qabiliyyətlərimizi inkişaf etdirəcəkdir.
Uzun paraqraflar yazmazdan əvvəl əldə etdiyiniz qrammatik qaydalar və söz ehtiyatı ilə kiçik paraqraflar yazmalısınız. Bunun üçün müxtəlif inşa mövzuları ilə bağlı kiçik paraqraflar yazaraq işə başlaya bilərsiniz. Məsələn, texnologiyanın zərərləri ilə bağlı İngilis dilində paraqraf yazın və ya bir başqa paraqrafa idmanın insan sağlamlığına faydasından bəhs edin. Yazdığınız bu paraqraflarda İngilis dilində zamanlar kimi qrammatik qaydalar və söz ehtiyatı ilə bağlı bütünlük yaratmağa çalışın.
İngilis dilində Speaking inkişaf etdirmənin yolları
İngilis dilində speaking qabiliyyətini inkişaf etdirməyin ən vacib iki yolu – İngilis dilində düşünmək və İngilis dilində danışmaqdır. Danışıq qabiliyyətini əylənərək inkişaf etdirmək istəyənlər üçün İngilis dilində mahnı oxumaq da mütəxəssislər tərəfindən tövsiyə edilir.
Speaking inkişaf etdirmək üçün – İngilis dilində düşünmək
İngilis dilində bir cümlə qurmaq üçün cümləni əvvəlcə Azərbaycan dilində qurmayın. Çünki Azərbaycan dilinin qrammatik qaydaları və cümlə strukturu ilə İngilis dilinin qaydaları tamamilə fərqlidir. Belə olan halda isə çox sayda səhvlərə yol vermək mümkündür. Bunun əvəzinə, cümləni qurmaq üçün tərcüməyə ehtiyac duymayacağınız dərəcədə sadə sözlərdən istifadə edə bilərsiniz.
Beləliklə, bu qayda zaman keçdikcə vərdiş halına gələcək və artıq İngilis dilində danışarkən tərcüməyə ehtiyac duymayacaqsınız. Unutmayın ki, tərcümə etmək tamamilə fərqli bacarıqdır və tərcümə ilə cümlə qurmağı eyni anda etmək iki fərqli bacarığı bir araya gətirdiyi üçün işinizi olduqca çətinləşdirəcəkdir.
Digər problemlərdən biri isə, öyrənilən qramamtik qaydaları birləşdirməyə çalışmaqdır. Cümlə qurarkən qrammatik qaydalar haqqında düşünmək səhvdir və bundan qaçmaq lazımdır.
Qısa müddət ərzində bir restoranda yemək yeməyi planlaşdırırsınızsa, ofisiant ilə edəcəyiniz dialoq üçün praktika edə bilərsiniz. Həm ofisiantın, həm də özünüzün deyəcəklərini düşünün. Hazırlayacağınız dialoq belə bir şey ola bilər:
Garson: “Hello, and welcome to our restaurant. Do you know what you’ll be ordering?” -salam, restoranımıza xoş gəldiniz. Sifariş vermək istərdiniz?
A: “I’m not sure yet. What do you recommend?” -Hal-hazırda əmin deyiləm. Siz nə təklif edərdiniz?
Garson: “If you like seafood, our fish of the day is fantastic.” -əgər dəniz məhsulları sevirsinizsə, günün balığı şahanədir.
A: “Great, I’ll have that, then.” -Möhtəşəm, o halda ondan alım.
Bu dialoqu fərqli formalarda qura bilər və hər dəfə necə nəticələndiyini görə bilərsiniz.
Speaking inkişaf etdirmək üçün – danışaraq təcrübə qazanmaq
Bir çox insanın oxuya bilməsi və dinləyə bilməsinin səbəbi həmin şəxslərin çox sayda məşqlər etməsidir. Amma axıcı İngilis dilinə sahib olmaq üçün danışıq üzrə də təcrübə qazanmaq lazımdıq. Oxuduqlarınızı yüksək səslə oxumaq bu qabiliyyətinizi inkişaf etdirəcəkdir. Danışma əsnasında ağzınızın və beyninizin yorulmadığını hiss edənə qədər yüksək səslə danışma məşqləri etməlisiniz. Buna eyni zamanda eşitdiklərinizi təkrarlamaq da daxildir. Belə olan halda axıcı İngilis dilinə sahib olmaq mümkündür.
Gündəlik həyatdakı cümlələriniz bunun kimi ola bilər:
“It’s morning. She wakes up and rubs her eyes, preparing to face the day. She yawns as she makes herself a cup of coffee, and wonders what she should wear today.” (Səhərdir. Qız oyanır və gözlərini ovuşdurur, önündəki gün ilə üzləşməyə hazırlaşır. Özünə bir fincan qəhvə hazırlayarkən bu gün nə geyinəcəyini düşünür).
İngilis dilində speakingi inkişaf etdirməyin bir digər yolu da özümüzdən mövzular seçmək və onlar haqqında danışmaqdır. Çünki gündəlik həyatımızda İngilis dilində danışan birini tapmaq və vaxtları uyğunlaşdıraraq məşq edə bilmək hamımız üçün əlçatan deyil. Belə olan halda ən yaxşı variantlardan biri də məhz özümüz üçün danışmaqdır. Məsələn, əgər bir müsahibəyə hazırlaşırsınızsa, bu müsahibədə imişsiniz kimi davrana bilərsiniz. İngilis dilində ən çox istifadə edilən söz siyahısı öyrənmək istəyirsinizsə, özünüz-özünüzə bu sözlərlə bağlı suallar verə bilərsiniz. Seçəcəyiniz mövzunun nə olmasının heç bir fərqi yoxdur.
Speaking inkişaf etdirmək üçün – mahnı oxumaq
Müğənni ilə birlikdə mahnıları dinləyərək tələffüz edin. Əvvəlcə mahnıya qulaq asın, ikinci dinləmədə isə müğənninin ardınca sözləri təkrarlayın, yəni müəyyən aralıqlarla mahnını saxlayıb təkrarlamağa davam edirsiniz. Üçüncü addımda isə müğənni ilə birlikdə mahnını oxumaq lazımdır. Beləliklə, ritminə, vurğularına və ümumi olaraq da İngilis dilinin tələffüzünə özünüzü öyrəşdirmiş olursunuz. Mahnılarda gündəlik danışıqlara, ən çox istifadə edilən sözlərə və İngilis dilində ən çox istifadə edilən deyimlərə yer verilir. Hədəflənən dinləyici kütləsi, mahnının yazıldığı dili ana dili olaraq danışan insanlar olduğundan mahnılarda müasir ifadələrdən və gündəlik danışıqlardan istifadə edilir. Qısacası, mahnılarda istifadə edilən dil gündəlik, xalq dilidir və əgər doğru mahnıları seçsəniz İngilis dilində speaking inkişaf etdirmək üçün olduqca faydalı olacaqdır.
Və son olaraq əgər siz də bunlarla kifayətlənmək istəməyib, daimi olaraq çox sayda söz öyrənmək istəyirsinizsə, o zaman Wordly məhz sizin üçündür. Wordly sizə nə qatacaq? Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız.
Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə biləcəksiniz.