İngilis dilində ən çox istifadə edilən 30 deyim - Wordly Danışır ...

İngilis dilində ən çox istifadə edilən 30 deyim


İngilis dilində idiomlar

İngilis dilində tez-tez istifadə edilən deyimlər və mənaları

İngilis dilində istifadə edilən deyimlər, atalar sözləri və s. gündəlik İngilis dilinin önəmli hissəsidir. Deyimlər tək istifadə edildikləri zaman bir mənaya sahib olmadıqları üçün hər bir deyimin mənası və hansı hallarda istifadə edilə bildikləri ilə bağlı məlumata sahib olmaq lazımdır. Bu sizə çətin gələ bilər, ancaq deyimləri öyrənmək əyləncəlidir. Xüsusən də bu deyimləri Azərbaycan dilinə hərfi tərcümə etdiyiniz zaman olduqca əylənəcəksiniz 🙂 Tez-tez istifadə edilən deyimləri öyrənməklə İngilis diliniz qulağa daha təbii və xoş gələcəkdir.

Bu yazımızda siz aşağıdakı deyimlərlə və onların mənaları ilə tanış olacaqsınız:

  • 1. Piece of Cake
  • 2. Costs an arm and a leg
  • 3. Break a leg
  • 4. Hit the books
  • 5. Let the cat out of the bag
  • 6. Hit the nail on the head
  • 7. When pigs fly
  • 8. You can’t judge a book by its cover.
  • 9. Bite off more than you can chew
  • 10. Scratch someone’s back
  • 11. Work like a charm
  • 12. Work like a horse
  • 13. Up in the air
  • 14. Spill the beans
  • 15. Ring a bell
  • 16. Old hat
  • 17. Make ends meet
  • 18. Lose your touch
  • 19. Call it a day
  • 20. Hit the sack
  • 21. Fit as a fiddle
  • 22. Don’t beat a dead horse
  • 23. Come rain or come shine
  • 24. Break the bank
  • 25. As cold as stone
  • 26. Every cloud has a silver lining
  • 27. Go with the flow
  • 28. Get out of hand
  • 29. Look like a million
  • 30. Put one’s foot in it

1. Piece of Cake

Mənası: çox asan bir iş, asanlıqla görülən çox sadə bir iş, bir şey, düzgün formada yerinə yetirilə bilən sadə iş Nümunə: Don’t worry, Sophie – this job interview will be a piece of cake for you – you have all the skills they need and I think you’re absolutely the best candidate – Narahat olma, Sophie – bu iş görüşməsi sənin üçün çox asan olacaq – onların ehtiyacları olan bütün bacarıqlara sahibsən və məncə, həqiqətən də ən yaxşı namizədsən.

2. Costs an arm and a leg

Mənası: son dərəcə bahalı olmaq Nümunə: I’d love to buy a Porsche, but they cost an arm and a leg – Bir Porsche satın almaq istərdim, amma bir qola və bir ayağa başa gəlir (çox bahalıdır)

3. Break a leg

Mənası: uğurlar, ən xoş arzular, bir performansdan əvvəl birinə şans diləmək Nümunə: “Break a leg!” shouted the stage director to his actors before the beginning of the play – Səhnə direktoru oyun başlamazdan əvvəl aktyorlara “ayağını qır” deyə qışqırdı.

4. Hit the books

Mənası: çok çalışmaq, çalışmağa başlamaq, kitab oxumaqla məşğul olmaq Nümunə: I’ll go to the library and hit the books to see what I can find there. Kitabxanaya gedəcəyəm və orada nə tapa biləcəyimi görmək üçün çox çalışacağam.

5. Let the cat out of the bag

Mənası: bir sirri açmaq, gizli bir şeyin ortaya çıxmasına səbəb olmaq, gizli olan bir şeyin aşkarlanmasına icazə vermək, ya təsadüfən ya da sürpriz olaraq bir şeyi aşkar etmək Nümunə: The Mason’s let the cat out of the bag at the end minute – Masonun sirri son dəqiqədə ortaya çıxdı.

6. Hit the nail on the head

Mənası: hər hansı bir mövzuda doğru olmaq, dəqiq cavabı tapmaq, tam olaraq düzgün olanı etmək və ya demək, problem və ya situasiyanı tam dəqiqliyi ilə izah etmək Nümunə: Stephen hit the nail on the head when he said that what the company was lacking in was clear vision and focus – O, şirkətdə əskik olan şeyin təmiz görkəm və fosklanma olduğunu dediyi zaman Stephen dəqiq cavabı tapmış oldu.

7. When pigs fly

Mənası: heç vaxt reallaşmayacaq bir şey, imkansız, reallaşma ehtimalı az olan bir şey Nümunə: Her crazy mother said that Megan is going to be rich one day for sure and without any hard working job. Come on, when pigs fly! – Onun dəlisov anası Meganın günün birində dəqiq işi olmadan və çox işləmədən varlı olacağını dedi. Donuzlar uçan zaman.

8. You can’t judge a book by its cover.

Mənası: xarici görünüş birisinin və ya bir şeyin dəyərini ölçə bilməz. Birinin və ya bir şeyin nəyə oxşadığını sadəcə o şeyin görünüşünə baxaraq bilə bilməzsiniz, Bir şey haqqında fikir sadəcə xarici görünüşünə baxaraq formalaşdırıla bilməz Nümunə: The candidate did not look very intelligent, but you can’t judge a book by its cover – Namizəd çox da intellektual görünmürdü, ancaq kitaba görünüşünə görə qərar vermək olmaz.

9. Bite off more than you can chew

Mənası: Çeynəyə biləcəyindən daha çoxunu dişləmək – bir neçə şeyi etməyə çalışmaq, yerinə yetirə bilməyəcəyin şeyi etmək üçün söz vermək, əlçatmaz olan bir şeyi etməyə təşəbbüs etmək, birdən çox şeyi eyni anda etmək üçün vəd vermək Nümunə: By accepting two part-time jobs, he is clearly biting off more than he can chew – İki yarı zamanlı işi eyni zamanda qəbul edərək çiynəyə biləcəyindən daha çoxunu dişləyir.

10. Scratch someone’s back

Mənası: çətin vəziyyətdə olan birinə kömək edib, lazım olan zamanda kömək etməsini gözləmək, yaxşılıq edəcəyinə ümid edərək yardım etmək Nümunə: You scratch my back, and I will scratch yours – sən mənim belimi qaşı, mən də sənin belini (sən mənə kömək et, mən də sənə)

11. Work like a charm

Mənası: təəccüb yaradacaq formada təsiredici və ya gözəl olmaq Nümunə: It is a simple and suitably nutty plan, and it works like a charm. Sadə və uyğun qozlu plandır (dieta və s.) və təəccüblü dərəcədə çox təsiredicidir.

12. Work like a horse

Mənası: böyük səy, enerji ilə çalışmaq, işləmək Nümunə: We worked like horses to get all of the landscaping done before winter weather set in – Qış havası gəlməmişdən əvvəl bütün abadlıq işlərini görmək üçün atlar kimi işlədik.

13. Up in the air

Mənası: hər hansı bir şey haqqında qərarsız olmaq, qərarlaşdırılmamış və nəticələnməmiş hadisə, əvvəlcə digər mövzulara qərar verilməli olduğu üçün qeyri-müəyyən və ya həll yolunu tapmamış iş Nümunə: The future of the project is up in the air as the management has failed to finalize the budget – Menecmentin büdcəni tamamlaya bilməməyi səbəbi ilə proyekt nəticələnməmişdir.

14. Spill the beans

Mənası: bir sirri ifşa etmək və ya bir şeyi ortaya çıxarmaq
Nümunə: The Scotland Police have been trying to get him to spill the beans about the anomalies in the department but he won’t tell them a thing – Şotlandiya polisi şöbədəki anormallıqlar ilə bağlı olan sirri ortaya çıxarmaq üçün çalışır, ancaq o onlara heç nə demir.

15. Ring a bell

Mənası: Tanış gələn bir şey, birisinin müəyyən olmayan bir şeyi xatırlaması, müəyyən olmayan xatirəni oyandırmaq Nümunə: The name of the actress may not ring a bell but you all have seen her as a child artist in the TV show years ago – Aktrisanın adı tanış gəlməyə bilər, ancaq hamınız onu illər əvvəl televiziya proqramında uşaq aktyor olaraq görmüsünüz.

16. Old hat

Mənası: Köhnə modda geyinən birisi və ya xarab olmuş, köhnəlmiş bir şey Nümunə: The dress that my mother wore for her wedding is an old hat now but it looked fantastic back in the day – anamın toy üçün geyindiyi don indi köhnəlib, amma keçmişdə o gün fantastik görünürdü.

17. Make ends meet

Mənası: Həyatda qala bilmək üçün kifayət qədər pul qazanmaq, xərcləri idarə etmək üçün yetəri qədər pula sahib olmaq Nümunə: She is so lazy that she hardly able to make both ends meet each month – O, o qədər tənbəldir ki, hər ay çox çətinliklə xərcləri idarə edə biləcək miqdarda pul qazanır.

18. Lose your touch

Mənası: Toxunuşunu itirmək, hər hansı bir şeyi əvvəllər olduğu kimi edə bilməməkdir. Nümunə: It’s good to see their goalkeeper’s not losing his touch – Qapıçıların toxunuşlarını itirmədiyini görmək gözəldir.

19. Call it a day

Mənası: başqa bir şeyi etmək istənildiyi və ya kifayət qədər işin görülmüş olduğu düşünüldüyü zaman istifadə edilən ifadədir, hər şeyi bitirmək, xatirə adlandırmaq mənasındadır. Nümunə: After 14 years living and working in this country, she thinks it’s time to call it a day – O, bu ölkədə 14 il yaşadıqdan və işlədikdən sonra “bir gün” deməyin vaxtının gəldiyini düşünür

20. Hit the sack

Mənası: yatağa və ya yatmağa getmək Nümunə: Before I hit the sack, I make it a point to check whether all the doors are locked and all the lights are turned off everyday – Yatağa getməzdən əvvəl bütün qapıların bağlı olub-olmadığını və bütün işıqların sönülü olub-olmadığını hər gün yoxlayıram.

21. Fit as a fiddle

Mənası: çox sağlam, formada olan, enerjili, güclü, fiziki olaraq formada olan bir insan Nümunə: You may be feeling tired and sleepy now, but with a good night’s rest, you will feel fit as a fiddle in the morning.  

Hal-hazıra yorğun və yuxulu hiss edə bilərsiniz, ancaq yaxşı gecə yuxusu ilə səhərlər daha sağlam (enerjili, güclü) hiss edəcəksiniz.

22. beat a dead horse

Mənası: Nəticəsinin müsbət olacağına inanmayan birini bir şeyi etməyə və ya hiss etməyə razı salmaq üçün istifadə edilən ifadədir, müvəffəqiyyətli olma ehtimalı olmayan bir şey üçün çabalamaq Nümunə: He keeps trying to get it published but but I think he’s beating a dead horse – O, yayımlamağa çalışır (kitabı), ancaq düşünürəm ki, ölü ata qamçı vurur.

23. Come rain or come shine

Mənası: hər bir halda, nə olsa da, nə olur-olsun edəcəm. Nümunə: He seldom drinks alcohol, never touches drugs, and run six miles every morning, rain or shine – O, nadirən alkoqol içir, heç vaxt dərmanlara toxunmur və hər səhər nə olsa da 6 mil qaçır.

24. Break the bank

Mənası: çox bahalı olmaq, baha başa gəlmək Nümunə: It only costs $2. That’s not going to break the bank – Bunun qiyməti sadəcə 2 dollardır. Baha başa gəlməyəcək.

25. As cold as stone

Mənası: Bir şeyin daş kimi soyuq olması çox soyuq olduğu, istiqanlı olmadığı mənasına gəlir. Bir şəxsin daş kimi soyuq olması, soyuqqanlı olduğu anlamındadır. Nümunə: I remembered a remark of Westons: “They are morons, cold as stone, nothing matters to them” – Mən Westonun bir sözünü xatırladım: “Onlar axmaqdırlar, daş kimi soyuqdurlar, onlar üçün heç nə önəmli deyil.

26. Every cloud has a silver lining

Mənası: pis olan hər şeydə yaxşı bir şey var, hər mənfi hadisənin müsbət tərəfi də var, hər çətin və ya xoşagəlməz vəziyyətin bir üstünlüyü var, bəzən başa gələn pis hadisələrdən də fayda əldə edilir Nümunə: Reena was depressed to be confined to bed after her surgery, but over time, when she could spend a lot of time with her family and catch up with old friends, who came to visit her, she realized that every cloud has a silver lining – Reena əməliyyatdan sonra yatağa düşdüyü üçün depressiyada idi, amma zaman keçdikcə ailəsi ilə çox vaxt keçirə və ziyarətə gələn köhnə dostları ilə görüşə biləndə hər şeydə yaxşı bir şeyin də olduğunu başa düşdü.

27. Go with the flow

Mənası: Hər hansı bir vəziyyətdə başqalarının etdiklərini təkrarlamaq, hər hansı bir vəziyyəti dəyişdirməyə çalışmaq yerinə mənimsəmək və stressiz olmaq, müəyyən edilmiş normalara, davranışlara, standartlara qarşı mübarizə aparmamaq, şərtləri izləmək, tətbiq etmək, nəticələrə təsir edə biləcək heç bir şeyi etməmək, çoxluq və ya kollektiv ilə birlikdə nə isə etməyi qəbul etmək Nümunə: Rebecca wanted us to go to dinner instead of the game, I didn’t want to upset her, so I just went with the flow – Rebecca, oyunun yerinə şam yeməyinə getməyimizi istədi, mən onu incitmək istəmədim, ona görə də digərlərinin etdiyini etdim.

28. Get out of hand

Mənası: Hər hansı bir şeyə nəzarət etməyin çətin və ya mümkünsüz olduğu zamanlarda istifadə edilir Nümunə: It was the end of term and the children were getting a little out of hand – İlin sonu idi və uşaqlar bir az nəzarətdən çıxırdılar.

29. Look like a million

Mənası: adətən çox bahalı olan bir paltar geyinildiyi zaman son dərəcə xoş görünmək və ya hiss etmək, başqaları tərəfindən kompliment olaraq da istifadə edilir Nümunə: You look like a million dollars in that dress, honey! – O donda milyon dollar kimi (çox möhtəşəm) görünürsən, əzizim!

30. Put one’s foot in it

Mənası: səhvən birini utandıran və ya bir şəxsi üzən söz demək, utandırmaq Nümunə: I really put my foot in my mouth – I asked her if Jane was her mother, but she said Jane is her sister – Mən həqiqətən də ayağımı ağzıma apardım – Jane-in onun anası olub-olmadığını soruşdum, ancaq o dedi ki, Jane onun bacısıdır.

Unutmayın ki, idiomlar, yəni deyimlər ana dilimizə tərcümə edilərkən sözbəsöz tərcümə etmək doğru sayılmır. Çünki bu halda ifadə məna bütünlüyünü itirir və cümlənin yanlış anlaşılmasına səbəb olur.

Beləliklə, bir yazımızın daha sonuna gəldik. Deyimlərlə bağlı hazırladığımız bu yazının sizlər üçün faydalı olduğunu ümid edirik. Bəs sizin ən çox xoşunuza gələn idiom hansı oldu? Bu idiomlardan hansıları əvvəllər də eşitmişdiniz? Düşüncələriniz bizim üçün dəyərlidir, odur ki, bizimlə paylaşmaqdan çəkinməyin.

Qeyd: Əgər siz də oxumaqla kifayətlənməyib, daimi olaraq yeni sözlər öyrənmək, həmin sözlərin cümlə içərisində necə istifadə edildiyini bilmək istəyirsinizsə, o zaman getwordly.com məhz sizlər üçündür. Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız. Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə bilərcəksiniz.

Recent Content