İngilis Dilində A An İstifadəsi: Mövzu İzahı - Wordly Danışır ...

İngilis Dilində A An İstifadəsi: Mövzu İzahı


İngilis dilində a an mövzu izahı

İngilis dilində müəyyən və ya qeyri-müəyyən olan bir ismi izah etməyə kömək edən artikl mövzusu İngilis dilini öyrənməyə başlayanların nəzər salmalı olduqları ilk mövzulardan biri, hətta birincisidir. Buna baxmayaraq irəli dərəcələrdə İngilis dili bilənlər də bu qrammatik qayda mövzusunda tez-tez səhvə yol verirlər. Elə ona görə də Wordly olaraq sizlər üçün detalları ilə birlikdə hazırladığımız İngilis dilində artikl mövzusuna birlikdə nəzər yetirməyə başlayaq.

A və An istifadəsi nədir?

İngilis dilini öyrənməyə yeni başlayanlar tərəfindən “artikl nədir?” sualını tez-tez eşidirik. İngilis dilində isimlər haqqında danışarkən onlara hər hansı bir mənanı vermək üçün istifadə edilən əlavələrə artikl deyilir və İngilis dilində “Articles” olaraq adlandırılır. Ancaq artikl mövzusunun Azərbaycan dilində qarşılığı olmadığı üçün tələbələr tez-tez bu mövzunu qarışdırır, mənimsəməkdə çətinlik çəkirlər. Bu mövzunu daha yaxşı öyrənmək üçün qaydaları əzbərləməkdən əlavə, çox sayda nümunələrlə də tanış olmaq lazımdır.

A və An İngilis dilində nə deməkdir?

A və an isimlərin əvvəlinə gələn və bu ismin digər bütün oxşar cisimlərdən biri olduğunu bildirmək üçün istifadə edilən qeyri-müəyyənlik artiklidir. Heç bir detalına fikir vermədən, mətbəxdən götürəcəyiniz hər hansı bir bıçaq bu artikullar ilə işlənə bilər. Ancaq bu artikllardan da istifadə etməyin öz qanunları var. Elə isə mövzunu öyrənməyə başlayaq.

İngilis dilində A və An nə vaxt istifadə edilir?

Əgər isimlər sait səslə başlayırsa, ismin əvvəlinə an, əks halda isə a artikli əlavə edilir. Bu qayda ilə bağlı iki halda diqqətli olmalıyıq. Birincisi odur ki, a və an heç vaxt sifətlə və ya zərflə istifadə edilmir, bu sifət və zərflər isimlə birlikdə olarsa, o zaman artikldan istifadə edə bilərik. İkinci olaraq isə, a və an cümlə içərisində hər hansı bir mənanı daşıdığı üçün isimlər mütləq halda təkdə olmalıdır. Aşağıda bu qaydalarla bağlı nümunələr verilmişdir:

  • a banana -bir banan
  • a child -bir uşaq
  • a notebook -bir dəftər
  • an example -bir nümunə
  • an engineer -bir mühəndis
  • a blue(sifət) whale (isim) -bir mavi balina
  • a red (sifət) house (isim) -bir qırmızı ev
  • a really (zərf) big (sifət) plane -həqiqətən böyük təyyarə
  • an extremely (zərf) tall (sifət) building -çox böyük, hündür bina
  • You have a child -sənin bir uşağın var.
  • Does Jennifer want to be an engineer? -Jennifer mühəndis olmaq istəyir?

İsimlər sait səslə başlayırsa a, samit hərflə başlayırsa an artiklini qəbul edirlər.

  • a book -bir kitab
  • a pen -bir qələm       
  • a pupil -bir şagird
  • an armchair -bir kreslo
  • an engineer -bir mühəndis
  • an inspector -bir müfəttiş

Yuxarıda da açıqlandığı kimi sait və samit hərfin istifadəsi isimlərin oxunuşları ilə əlaqəlidir. Məsələn, İngilis dilində “hour” sözündə olan “h” hərfi özündən sonra sait səs gəldiyi üçün oxunmur və söz a ilə başlayaraq tələffüz edilir. Qısacası, İsimlər İngilis dilində yazılışlarına görə yox, oxunuşlarına görə a və ya an artikli qəbul edirlər.

A və an mütləq isimlərin əvvəlində işlənməlidir. Çünki sifətlər və feillər sayılmaz. Sayıla bilməyən əşyanın isə təki, cəmi olmur.

  • a pen -bir qələm
  • an apple -bir alma

Sifət tamlamaları da a və ya an qəbul edirlər:

  • a poor man -kasıb kişi
  • a happy girl -xoşbəxt qız

 Saylar və ölçülərlə birlikdə a, an artiklları tez-tez istifadə edilir:

  • a hundred -yüz
  • a tousand -min
  • a quarter -dörddə bir       
  • a dollar -dollar

 Sayılamayan isimlərin sayılabilən formaya gətirilməsi üçün istifadə edilir:

  • a piece of bread -bir parça çörək
  • a pair of shoes -bir cüt ayaqqabı
  • a glass of juice -bir stəkan meyvə suyu
  • a cup of coffee -bir fincan kofe

İngilis dilində iş adlarından əvvəl A və An necə istifadə edilir?

İxtisas və iş adlarının əvvəlində a, an istifadə edilir:

  • Jennifer is a teacher -Jennifer müəllimdir.
  • David wants to be a pilot -David pilot olmaq istəyir.
  • Jennifer is a director -Jennifer rejissordur.
  • David is a postman -David poçtalyon.

Gördüyünüz kimi yuxarıdakı nümunələrin hər birində “a” artiklından sonra başlayan ilk sözlərin hamısı səssiz hərflərlə başlamaqdadır. Teacher, pilot, postman və director.

  • David is an air-hostess -David hava hostesidir.
  • Jennifer is an engineer -Jennifer mühəndisdir.

Yuxarıdakı nümunələrdə isə “an” artiklından sonra başlayan ilk sözlərin hamısı sait səslə başlamaqdadır. Air-hostess və enginner kimi.

İngilis dilində millət və inanc adlarından əvvəl A və An necə istifadə edilir?

İngilis dilində millət və inanc adlarından əvvəl a və an istifadə edilə bilər:

  • David is an Englishman -David İngilisdir.
  • Jennifer is a Dutchman -Jennifer Hollandiyalıdır.
  • David is a Catholic -David Katolikdir.
  • Jennifer is an Orthodox -Jennifer bir pravoslavdır.
  • My mother is not a Jewish, she is a Cristian – mənim anam Yəhudi deyil, xristiandır.
  • I am not a Russian, i am a Turkish – mən rus deyiləm, türkəm.

İngilis dilində əşya, insan və heyvan adlarından əvvəl A və An necə istifadə edilir?

İngilis dilində əşya, heyvan və insan adlarından əvvəl müəyyənlik və qeyri-müəyyənlik artiklları istifadə edilə bilər. Aşağıda bununla bağlı cümlə nümunələri verilmişdir:

  • This is a notepad -Bu bir dəftərdir.
  • It’s an apple -Bu bir almadır.
  • Jennifer is a girl -Jennifer bir qızdır.
  • David is a man -David kişidir.
  • It’s an elephant -Bu bir fildir.
  • Germany is a country -Almaniya bir ölkədir.
  • That is a tiger -Bu bir pələngdir.
  • My niece has a doll -mənim bacım qızının gəlinciyi var.
  • We will buy a cake for your birthday -biz sənin ad günün üçün tort alacağıq.
  • My little sister Jennifer wants a phone -mənim kiçik bacım Jennifer telefon istəyir.

İngilis dilində A və An istifadə edilməyən yerlər haradır?

Sayılabilmə özəlliyi olmayan sifətlər heç vaxt təkbaşına a və an qəbul etməsə də, isimlərlə birlikdə istifadə edilən sifətlər artikl qəbul edə bilir. Məsələn, “a poor” ifadəsi qəti şəkildə səhv nümunə olsa da, “a poor boy” ifadəsi doğrudur. Digər nümunədə isə “a happy” ifadəsi səhv ikən, “a happy girl” ifadəsi düzgündür.

Sayılmayan isimlərin əvvəlində a və an istifadə edilmir. Aşağıdakı növ istifadə səhv hesab edilir: a weather – bir hava, a water – bir su

Sifətlər sayılmadığı üçün  a və an qəbul etmirlər. Aşağıdakı növ istifadə səhv hesab edilir: a big -böyük, a short -qısa

İsim mütləq təkdə olmalıdır. Cəmdə olan isimlər a və an qəbul etmirlər. Aşağıdakı növ istifadə səhv hesab edilir: a bags -çantalar, a jackets -jaketlər

Sayılmayan əşyalarla A və An istifadə edilmir

Cəmdə olan isimlərlə istifadə edilməyən a və an artiklları, eyni zamanda sayılmayan isimlərlə də istifadə edilmir. Məsələn, weather – hava, water – su və ya milk – süd kimi isimlər İngilis dilində sayılmayan isimlər kateqoriyasında olduğu üçün qeyri-müəyyənlik artiklları olan a və an qəbul etmirlər. Belə olan halda sual cümlələrində sayılabilən isimlər üçün How many sual sözündən, sayıla bilməyən isimlər üçün isə How much sual sözündən istifadə edilir.

Hour sözü ilə nəyə görə An istifadə edilir?

A və an istifadəsi zamanı qarışıqlığa səbəb olan ən təməl nöqtə isə tələbələrin a və an şəkilçilərini cümlə içərisində sözlərin yazılışına bağlı olaraq istifadə etmələridir. Ancaq a və an istifadəsi zamanı özündən sonra gələn sözün yazılışı yox, oxunuşu nəzərə alınmalıdır. Məsələn, Azərbaycan dilində saat mənasına gələn “hour” sözü, hər nə qədər samit hərf ilə başlasa da, oxunuşu [aʊər] olduğu üçün a yox, an istifadə edilməlidir:

a hour – istifadəsi səhvdir

an hour – istifadəsi doğrudur.

  • They just got back about an hour ago -onlar təxminən bir saat əvvəl qayıtdılar.
  • They haven’t even been out for an hour yet -onlar hələ bir saat deyil ki, çölə çıxıblar.
  • Jennifer was still awake an hour later when David came through the door -Bir saat sonra David qapıdan girəndə Jennifer hələ də oyaq idi.
  • An hour later Jennifer found herself staring vacantly into the fire again -Bir saat sonra Jennifer özünü yenidən boş yerə baxdığının fərqinə vardı.
  • They had juice and pop-corn and talked for nearly an hour about one thing and another -Meyvə suyu və pop-corn var idi və təxminən bir saat başqa bir şey haqqında danışdılar.

 University sözündə nəyə görə A istifadə edilir?

Digər bir nümunə isə Azərbaycan dilində universitet mənasına gələn və sait hərflə başlayan “university” sözü ilə bağlıdır. Sözün tələffüzü [juː.nɪˈvɜː.sə.ti] şəklində olduğu və tələffüzdəki ilk hərf də “y” olduğu üçün an yox, a artiklından istifadə ediləcəkdir.

  • an university – istifadəsi səhvdir.
  • a university – istifadəsi doğrudur.
  • A university teacher has refused to supervise students’ examinations -universitet müəllimi tələbələrin imtahanlarına nəzarət etməkdən imtina etdi.
  • Jennifer was well educated in literature at a university -Jennifer bir universitetdə ədəbiyyat üzrə yaxşı təhsil almışdı.

 A və An Exercise PDF

İngilis dilində daha çox nümunə ilə tanış olmaq üçün a-an-exercise-pdf fayla nəzər yetirə bilərsiniz.

A və An Exercise Test

Aşağıda öyrəndiklərinizi yoxlamaq üçün 10 sualdan ibarət test verilmişdir:

  1. There is ___ doll. ___ doll is beautiful.
  2. There is ____ accident. ____ accident is very bad.
  3. They have ____ match today. When is ___ match?
  4. Take ___ paper. You need to note.
  5. Give her ____ paper. It’s her report.
  6. ____ congress was so useful. Thank you all for attending.
  7. ____ serial was very interesting.
  8. I checked ____ books.
  9. Jennifer didn’t fix it, the repairman fixed ____ door.
  10. David is _____ famous actor.

İngilis dilində The istifadəsi necədir?

Əgər hər hansı bir əşya haqqında danışırıqsa, o zaman “a” və “an” qeyri-müəyyənlik artikllarından, konkret bir ışya haqqında danışırıqsa, o zaman isə “the” müəyyənlik artiklından istifadə edilir. Bundan başqa, qeyri-müəyyənlik artikllarından fərqli olaraq “the” say mənası daşımır. Bu səbəblə də “the” həm tək, həm də cəm isimlərlə birlikdə istifadə edilə bilər: the glasses, the glass

Dağlar, dənizlər, çaylar, okeanlar, adalar kimi coğrafi adlar “the” ilə işlənirlər: The Alps -Alp dağları, The Black Sea -Qara dəniz, The Bahamas -Baham adaları

 Xüsusi isimlərin və ölkələrin əvvəlinə “the” artırılmır. Məsələn: The Tom, The Baku, The Azerbaijan doğru istifadə forması deyil.

Ölkə adları “the” qəbul etməməsinə bacmayaraq, ölkə insanlarını və birləşmiş dövlətləri ifadə etmək üçün “the” istifadə edilir: The Azerbaijani, The English, The United Kingdom, The United States of America

Təbiət, havanın vəziyyəti, vaxt ilə bağlı sözlərin əvvəlində “the” istifadə edilir:

  • the world -dünya
  • the moon -ay
  • the sky -göy üzü
  • the sun -günəş                 
  • the North pole -Şimal qütbü                      
  • the South pole -Cənub qütbü       
  • the sea -dəniz           
  • the earth -yer          
  • the air -hava
  • the universe -kainat                                
  • the past -keçmiş
  • the future -gələcək
  • the weather -hava
  • the wind -külək            
  • the rain -yağış
  •  Coğrafi adların əvvəlinə “the” əlavə edilir: dağlar – the Alps, çaylar – the river Nile, dənizlər – the Black Sea, okeanlar – the Pasific Ocean, adalar – the Bahamas
  • Ölkə adları “the” qəbul etmir. Aşağıdakı növ istifadə səhvdir: the Baku, the America, the England, the China
  • Birləşmiş dövlətlərdən yaranan ölkələr “the” qəbul edir: the United States of America, the United Kingdom, the United Arabic Emirates
  • Ölkənin insanlarından bəhs etmək üçün “the” istifadə edilir:  the Turkish, the English, the Japanese
  • Universitet adlarının əvvəlində of ilə birlikdə “the” artikli işlənir: The University of California
  • Müəyyən saylar “the” ilə işlənir: the first -birinci, the second -ikinci
  • Musiqi alətləri və icadlar “a” qəbul etmir, “the” ilə istifadə edilirlər: the telephone, the radio, the piano
  • Oyun və idman növləri “the” qəbul etmirlər. Məsələn, the football, the bridge doğru istifadə deyil.
  • Ailə adları “the” qəbul edir: the Smiths, the Rzayevs
  • Xüsusi isimlər “the” qəbul etmir. Aşağıdakı növ istifadə səhv hesab edilir: the Linda, the Jennifer, the Ankara, the Baku
  •  Aşağıdakı isimlər “the” ilə istifadə edilmir.
  • Hell -cəhənnəm
  • Heaven -cənnət
  • Paradise -cənnət
  • North -Şimal
  • South -Cənub
  • East -Şərq
  • West -Qərb

İngilis dilində A və An üçün doğru istifadə nümunələri

Aşağıda a, an qeyri-müəyyənlik və the müəyyənlik artiklinin doğru istifadəsinə aid nümunə cümlələr verilmişdir:

  • David is an excellent teacher -David əla müəllimdir.
  • I only have an hour for dinner -Yemək üçün yalnız bir saat vaxtım var.
  • Jennifer gives a good advice -Jennifer yaxşı bir məsləhət verir.
  • David is a doctor -David həkimdir.
  • Jennifer is training to be an engineer -Jennifer mühəndis ixtisası üzrə təhsil alır.
  • David wants to be a dancer -David rəqqas olmaq istəyir.
  • Would Jennifer likes a drink? -Jennifer bir içki sevərmi?
  • I’ve finally got a good job -Nəhayət yaxşı bir iş tapdım.
  • An elephant and a mouse fell in love -Bir fil və bir siçan aşiq oldu
  • The mouse had a tiny nose -Siçanın kiçik bir burnu var idi.
  • The elephant had a long trunk -Filin uzun bir gövdəsi var idi.
  • It was a very strange bus -Çox qəribə bir avtobusdu.
  • I’d like an orange and two lemons – portağal və iki limon istərdim.
  • The burglar took a diamond necklace and some valuable things -Soyğunçu almaz boyunbağı və bəzi qiymətli əşyaları götürdü.
  • I can think of a hundred reasons not to go -Getməməyimin yüz səbəbini düşünə bilərəm.
  • I need a kilogram of flour -Bir kiloqram una ehtiyacım var.
  • I need one kilogram of flüor -Bir kiloqram una ehtiyacım var.
  • You can’t run a mile in 10 minutes!-10 dəqiqə ərzində bir mil qaça bilməzsiniz!

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir