İngilis dilində Adjective Clause - Wordly %

İngilis dilində Adjective Clause


İngilis dilində adjective clause

Adjective Clause Nədir?

İngilis dilində sifət sözünün mənasının Adjective olduğunu bilirsiniz. Adjective clause, cümlədəki isim və ya əvəzliyi izah   edir. Bunlar hər hansı bir mövzu və ya feildən ibarət olan, sözü daha geniş formada izah edən söz qruplarıdır.

Adjective Clauses, who, whom, whose, that, which kimi əvəzliklərlə başlaya bilir. Bundan əlavə, When, where, why ilə də başlaya bilər. Cümlədə Adjective Clause gördüyünüz zaman asanlıqla fərqinə varmaq mümkündür. Bununla bağlı bağlı bir neçə cümlə nümunələrinə baxaq.

Adjective Clause və ya digər adı ilə Relative Clause iki cümləni birləşdirmək və cümlənin daha da axıcı olmasını təmin etmək üçün istifadə edilir. Aşağıdakı cümlələrə baxaq: Jennifer opened the door. She was wearing a green dress -qapını Jennifer açdı. O, yaşıl don geyinirdi. Əgər biz bu iki cümləni birləşdirmək istəsək who və ya which istifadə edərək iki cümləni bir-birinə bağlamalıyıq. Vacib olan qayda budur ki, ikinci cümlə həmişə birinci cümlədəki sözlərdən biri ilə bağlı detal verir. Buradakı nümunəyə baxdığımız zaman ikinci cümlə birinci cümlədəki Jennifer ilə bağlı məlumat verir. Deməli, Jennifer sözündən sonra who istifadə edib ikinci cümləni yazmaq lazımdır.

Adjective Clause işləndiyi cümlələrdə bu budaq cümlə özündən sonra gələn ismi və ya cümləni təyin edir. Azərbaycan dilinə tərcümə edərkən bu cümlənin mənasını isimdən əvvəl demək lazımdır.

Nümunələr:

  • The agreement which they signed -Jenniferin imzaladığı müqavilə.
  • The workers who David met -Davidin qarşılaşdığı işçilər.
  • The woman who you are waiting for -gözlədiyin qadın.
  • The scientist who devised that theorem -o teoremi tapan elm insanı.
  • The pupil who won the scholership  -təqaüdü qazanan şagird.
  • A bus which runs 50 miles on hour -saatda 50 mil gedən avtobus.

Azərbaycan dilinə tərcümə edildiyi zaman sifət cümləsinin mənası isimdən əvvəl deyilir.

  • Jennifer had to dismiss the girl who made noise -Jennifer səs-küy salan balaca qızı qovmaq məcvuriyyətində qaldı.
  • David who robbed the market was caught by the police -marketi soyan Davidi polis tutdu.

Adjective Clause və Relative Clause fərqi nədədir?

Relative clause İngilis dilində eyni zamanda adjective clause olaraq, yəni sifət budaq cümləsi olaraq da bilinir. Bu budaq cümlələrin mənası isimləri daha aydın formada izah etməkdir.

Adjective Clause və Noun Clause fərqi nədədir?

Relative Clause-larda istifadə edilən who, whom, which, when, where, why, whose və that kimi Relative Pronoun-lar Noun Clause-larda da istifadə edildiyi üçün bu iki quruluş bir-biri ilə olduqca oxşardır. Ancaq  Noun Clause-lar ismi əvəz edə bildiyi halda, Relative Clause-lar ismi izah etmək üçün istifadə edilir. Əgər əsas cümlədən isim budaq cümləsini çıxarsaq, o zaman əsas cümlənin mübtəda və ya tamamlığı da çıxardılmış olur. Buna görə də o cümlənin əsas üzvlərindən  biri azalmış olur.

That David talks to his wife rarely is horrible.

Subject (Noun Clause)

David prophesied that one day man would travel to Moon.

Object (Noun Clause)

Amma əgər bir cümlədən Relative Clause cümləsi çıxarılarsa, o zaman əsas, yəni baş cümlənin heç bir üzvü əskilməz. Sadəcə daha əvvəl izah edilmiş mübtəda və ya tamamlıq izah edilməyəcəkdir.

The fans will congratulate the voleyballer who scored three balls.

Subject           Verb             Object              Relative Clause

Adjective Clause qrammatik formulu nədir?

Yuxarıda Adjective Clause ilə bağlı fərqli cümlə nümunələri verilmiş olsa da, bu başlıq altında Adjective Clause-n qrammatik formulu izah edilməkdədir. Cümlə nümunəsi aşağıda verilmişdir:

The cat (mübtəda) that (relative pronoun) Jennifer saw yesterday (isim haqqında məlumat) was (feil) on the sofa earlier -Jenniferin dünən gördüyü pişik daha əvvəl divanda idi.

The fans will congratulate the voleyballer who scored three balls.

Subject           Verb                              Object              Relative Clause

The people who fought bravely won the victory.

Subject            Relative Clause          Verb    Object

Adjective Clause YDS Sualları

Türkiyə Respublikasının təşkil etdiyi YDS imtahanında iştirak etməyi planlaşdırırsınızsa, o zaman bu imtahan zamanı qarşılaşa biləcəyiniz Adjective Clause sual növləri ilə də tanış olmağınız tövsiyə olunur.

1. Hawaii’s soil, ……… is composed of volcanic lava, ash and sandy stone, is so fertile that it yields eleven tons of sugar per acre, ……… the largest yield on Earth.

  • A) that/that
  • B) where/why
  • C) what/which
  • D) which/—
  • E) whose/where

Burada Havay torpaqlarından bəhs edildiyi what və whose mənaca uyğun gəlmir. Cümlə tərcümə edildiyi zaman Havay torpaqlarından yox, Havay torpağı şəklində olduğu üçün where də mənaca uyğun gəlmir. Eyni zamanda özündən sonra vergül işləndiyi üçün “that” də istifadə edilə bilməz. Bu halda A, B, C, E variantları atılır.

2. Students ……. haven’t yet collected their student identification cards are reminded that they have to do so before the end of the month.

  • A) where
  • B) when
  • C) who
  • D) why
  • E) whose

Burada student, yəni tələbələr sözü izah edilir. Tələbələr canlı olduqları üçün burada who istifadə edilir.

3. The original inhabitants of Hawaii were probably Polynesians, …….. sailed from the islands of South East Asia, perhaps as early as 400 AD.

  • A) who
  • B) where
  • C) when
  • D) why
  • whose

Bu cümlədə Havayın əsl sakinlərindən bəhs edildiyi üçün A variantı mənaca uyğundur.

4. It’s estimated that in the 21st century seventy-five percent of the world’s population will be living within one hundred kilometres of the sea, ………. is frightening, especially when we consider the environmental effects.

  • A) what
  • B) which
  • C) where
  • D) that
  • E) when

Bu cümlənin mənasına uyğun olaraq who və that sözləri uyğun gəlir. Ancaq sea, yəni dəniz sözündən sonra vergül qoyulduğu üçün that istifadə edilə bilməz.

5. Robert Riva, an Italian ………. used to play for Cremonese, now coaches the Reigate under 11’s football team.

  • A) when
  • B) which
  • C) where
  • D) whom
  • E) who

Burada Robert Riva, yəni şəxs izah edildiyi üçün who sözü məqsədəuyğundur.

Davamı

6. The story …….. I was told by Leslie last night was really funny.

  • A) that
  • B) who
  • C) why
  • D) when
  • E) where

Bu cümlədə hekayə haqqında danışıldığı üçün B, C, D E varaiantları uyğun deyil.

7. The Jurassic period, from 19O to 136 million years ago, was the period during …….. most of the major groups of dinosaurs evolved.

  • A) when
  • B) that
  • C) which
  • D) why
  • E) what

Burada müəyyən bir perioddan bəhs edildiyi üçün which və that sözlərindən istifadə edilə bilər.

8. Liquorice, ………. contains clycyrrhetic acid, was a favourite ingredient of ancient Egyptian medicines.

  • A) who
  • B) when
  • C) which
  • D) where
  • E) why

Bu cümlədə isə Liquorice sözü, yəni biyan sözü izah edildiyi üçün which sözü məqasədəuyğundur.

9. Robert Holden, ……… wrote ‘Happiness Now’, was the founder of Britain’s first laughter clinic.

  • A) who
  • B) when
  • C) where
  • D) —
  • How

Robert Holden şəxs olduğu üçün A variantı cümləyə uyğundur.

10. Doura Europos, ……… is perched on a hill high above the river, is one of the most dramatic castles lining the Euphrates.

  • A) what
  • B) when
  • C) where
  • D) which
  • E) who

Doura Europos bir yer olduğu üçün C və D variantları istifadə edilə bilər. Ancaq cümləni tərcümə etdiyimiz zaman Europosdan yox, Europos olduğu üçün C variantı da uyğunsuzdur.

Adjective Clause cümlə nümunələri

Bu başlıq altında Adjective Clause-n hər iki növü haqqında məlumat və cümlə nümunələri ilə tanış ola bilərsiniz. Relative Clause-lar Defining Relative Clause və Non-Defining Relative Clause olmaqla iki yerə ayrılır.

Defining Adjective Clause (izah edici sifət tamlaması)

Cümlə içərisində istifadə edildiyi zaman təyin etdiyi isim haqqında izahlı və lazımi məlumat verir. “who, whom, that, which, whose, where, when, why” istifadə edilir. Relative Clause budaq cümləsi baş cümlədən vergül ilə ayrılmır.  Defining Relative Clause-lar izah olunmamış və bilinməyən isimləri izah edir. Cümlə içərisində vergül ilə ayrılmazlar. Aşağıda bununla bağlı cümlə nümunələri verilmişdir:

  • The girl who watered the garden got cheerful -bağçanı suvaran qız şənləndi (vergül yoxdur)
  • The ingredients which Jennifer is going to use to cook the cake are in the fridge -Jenniferin tort bişirmək üçün istifadə edəcəyi məhsullar soyuducudadır.

Bu cümlədə də göründüyü kimi istifadə etdiyimiz relative clause «ingredients» (məhsullar) izahlıdır və lazımsız məlumat deyil.

Non- Defining Adjective Clause (izah edilməyən sifət tamlaması)

Təyin etdiyi isim (xüsusi isim və ya daha əvvəl izah edilmiş isim) haqqında əlavə məlumat verir və bu məlumat cümlənin başa düşülməsi üçün vacibdir. “that”-dan başqa hamısı, yəni who, whom, whose, where, when, which istifadə edilə bilər. That istifadə edilə bilməz, çünki vergüldən sonra that işlənmir. Relative clause baş cümlədən vergül ilə ayrılır. Nəticə olaraq, Non-Defining Relative Clause-lar əvvəlcədən təyin edilmiş, bilinən ismi izah edir. Cümlə içərisində özündən əvvəl və sonra vergül işlənir. Aşağıda bununla bağlı cümlə nümunələri verilmişdir:

  • Jennifer, who watered the garden, got cheerful. -Jennifer, bağçanı suvaran, şənləndi. (vergül var)
  • This Show, which is a Jennifer Carrey’s work, was released in 1987 -Jennifer Carrey’nin əsəri olan bu Şou 1987-ci ildə çıxdı.

Bu cümlədə, This Show-n izah edilməsi üçün sifətin tamamlanması vergül ilə ayrılmışdır. Çünki bu məlumat lazımlı deyil. Yəni bizim əsas cümləmizi, yəni baş cümləni qarşı tərəfin başa düşməsi üçün verilməli olan məlumat deyil.

Adjective Clause ilə bağlı təsdiq cümləsi nümunələri

Adjective Clause ilə bağlı təsdiq, inkar və sual cümlələri mövcuddur. Aşağıda təsdiq cümləsinə aid olan cümlə nümunələri verilmişdir:

  • The person who helped me with this assignment is Jennifer -Bu tapşırıqda mənə kömək edən şəxs Ceniferdir.
  • Jennifer is the person whom you have recommended for this Project -Jennifer bu layihə üçün tövsiyə etdiyiniz şəxsdir.
  • The journal which you gave her last day was really interesting -Ona son gün verdiyin jurnal həqiqətən maraqlı idi.
  • The person whom Jennifer was talking to was my friend -Jenniferin danışdığı adam mənim dostumdu.
  • Jennifer knows exactly whom to select -Jennifer kimləri seçəcəyini dəqiq bilir.

Adjective Clause ilə bağlı inkar cümləsi nümunələri

Aşağıda Adjective Clause inkar cümləsinə aid olan cümlə nümunələri verilmişdir:

  • The person who helped me with this assignment is not Jennifer -Bu tapşırıqda mənə kömək edən şəxs Jennifer deyil.
  • Jennifer is the person whom you have not recommended for this Project -Jennifer bu layihə üçün tövsiyə etmədiyiniz şəxsdir.
  • The journal which you gave her last day was not really interesting -Ona son gün verdiyin jurnal həqiqətən maraqlı deyildi.
  • The person whom Jennifer was talking to was not my friend -Jenniferin danışdığı adam mənim dostum deyildi.
  • Jennifer doesn’t know exactly whom to select -Jennifer dəqiq kimləri seçəcəyini bilmir.

Adjective Clause ilə bağlı sual cümləsi nümunələri

Aşağıda Adjective Clause sual cümləsinə aid olan cümlə nümunələri verilmişdir:

  • Which journal on proofreading do they recommend? -onlar korrektura üzrə hansı jurnal tövsiyə edirlər?
  • Which team scored the lower in the last competition? -hansı komanda son müsabiqədə daha aşağı nəticə göstərdi?
  • Which student did get a certificate yesterday? -dünən hansı tələbə sertifikat aldı?
  • What recipe did they choose to make this salad? -bu salatı hazırlamaq üçün hansı resepti seçdilər?
  • Which topics are more important for the midterm exam? -aralıq imtahanı üçün hansı mövzular daha vacibdir?

Which ilə bağlı Adjective Clause nümunələri

Bu başlıq altında Adjective Clause-n bir növü olan Which ilə bağlı məlumatlar əldə edəcək, cümlə nümunələri ilə tanış olacağıq. İngilis dilində Which relative clause obyektləri və heyvanları izah və təyin etmək məqsədi ilə istifadə edilən relative pronoun-dur. Əgər var olan iki cümlədə təyin edilməli olan şey heyvan və ya əşyadırsa, o zaman WHICH istifadə edilir. Aşağıdakı nümunələrə baxaq:

  • 1. Jennifer received the article -Jennifer məqaləni aldı.
  • 1. David had sent the report -David məqaləni göndərmişdi.
  • 2. Jennifer found the article -Jennifer məqaləni tapdı.
  • 2. The article was important -məqalə önəmli idi.

Birləşdirmə:

Birinci nümunəyə aid cümlələri bir-biri ilə birləşdirsək: Jennifer received the article which David had sent -Jennifer Davidin göndərdiyi məqaləni aldı.

Birinci cümlədə obyekt vəzifəsini yerinə yetirən “the report” sözü ilə bağlı olan əvəzlik yerini “which” ilə dəyişdirdi. Burada “which” eyni zamanda iki cümləni bir-birinə bağlayaraq bağlayıcıs funksiyasını yerinə yetirdi. “which Jennifer had sent” cümləsi “Relative pronoun, Relative Clause və ya Adjective Clause” olmaqla üç fərqli formada adlandırıla bilər.

İndi isə ikinci nümunədəki cümlələri birləşdirək: Jennifer found the journal which was important -Jennifer vacib olan jurnalı tapdı.

Daha çox nümunə

Nümunə 1:

  • My friend Jennifer’s house is two-story -rəfiqəm Jenniferin evi iki mərtəbəlidir.
  • My friend Jennifer’s house is brown -rəfiqəm Jenniferin evi qəhvəyi rəngdədir.
  • My friend Jennifer’s two-story house is brown -rəfiqəm Jenniferin iki mərtəbəli evi qəhvəyi rəngdədir.
  • My friend Jennifer’s brown house is two-story -rəfiqəm Jenniferin qəhvəyi evi ikimərtəbəlidir.

Nümunə 2:

  • The train departs from the coach station at 18:35 -qatar vaqon stansiyasından saat 18: 35-də yola düşür.
  • The train goes to Amsterdam -qatar Amsterdama gedir.
  • The train which departs from the coach station at 18:35, goes to Amsterdam -saat 18:35-də vaqon stansiyasından yola çıxan qatar Amsterdama gedir.
  • The train which goes to Amsterdam departs from the coach station at 18:35 -Amsterdama gedən qatar saat 18: 35-də vaqon stansiyasından yola düşür.

Nümunə 3:

  • My friend’s coat is yellow -mənim dostumun pencəyi sarıdır.
  • My friend’s coat was bought from the America -dostum pencəyini Amerikadan satın aldı.
  • My friend’s coat which is yellow was bought from the America -dostum, sarı olan pencəyini Amerikadan satın aldı.
  • My friend’s coat which was bought from the America is yellow -dostumun Amerikadan alınan pencəyi sarıdır.

Not: Which əvəzliyinin əvvəlində mütləq şəkildə bir isim olur və özündən sonra gələn cümlə bu ismi izah edir: Unfortunately, Jennifer can not publish the book which you have sent -təəssüf ki, Jennifer göndərdiyiniz kitabı nəşr edə bilmir.

Əgər “the book”u izah edən sifət sözü olsaydı, o zaman “book”-dan əvvəl yazılmalı idi. Ancaq burada istifadə edilən “which” əvəzlikdir və sözlə onu izah edən cümlə arasında əlaqə qurduğu üçün “book” sözündən sonra işlənmişdir.

Who ilə bağlı Adjective Clause nümunələri

Bu başlıq altında Adjective Clause-n bir növü olan Who ilə bağlı məlumatlar əldə edəcək, cümlə nümunələri ilə tanış olacağıq. Bilirik ki, “Who” sözü İngilis dilində “Kim” mənasına gəlir. Əgər var olan iki cümlədə bir insanı izah edilirsə, o zaman bu halda iki cümləni bir-birinə bağlamaq üçün Who istifadə edilir. Aşağıda bununla bağlı cümlə nümunələri verilmişdir:

  • Jennifer is my teacher -Jennifer mənim müəllimimdir.
  • Jennifer is from America -Jennifer Amerikadandır.

İndi isə bu iki cümləni Relative clause istifadə edərək bir-birinə bağlayaq. Hər iki cümlədə təyin edilən cümlənin subyekti olduğu üçün burada cümləyə uyğun relative pronoun olaraq WHO istifadə edilir. İzah etmək istədiyimiz vəziyyətə görə bu cümlələr iki fərqli formada bağlana bilər.

  • Jennifer who is her teacher is from America -onun müəllimi olan Jennifer Amerikadandır.
  • Jennifer  who is from America is her teacher -Amerikadan olan Jennifer onun müəllimidir.

Yuxarıdakı hər iki nümunədən də görüldüyü kimi relative pronoundan, yəni who-dan sonra gələn söz təyin, izah edilir və tərcümə də ona uyğun formada edilir. Birinci nümunədə Jenniferin onun müəllimi olması vacibdir və izah edilməlidir. Ancaq ikinci nümunədə Jenniferin Amerikadan olması vacibdir və izah edilmişdir.

Nümunə 1:

Jennifer who was wearing a green dress opened the door -qapını yaşıl don geyinən Jennifer açdı. Göründüyü kimi who sözü əlavə məlumat verəcəyimiz sözün yanında işlənir. Sözlərin yerini dəyişdirərək cümlənin mənasını da dəyişmək mümkündür: Jennifer who opened the door was wearing a green dress -qapını açan Jennifer yaşıl don geyinirdi.

Əgər who və ya which sözünü əlaqəli sözdən birbaşa olaraq sonra istifadə etməsək, cümlənin mənası pozulacaqdır. Aşağıdakı nümunəyə baxaq: Jennifer opened the door who was wearing a green dress -yaşıl don geyinən Jennifer qapını açdı. Burada who və ya which özündən sonra işlənən sözü izah edir. Buna görə də, bu mövzunu öyrənərkən ən vacib mövzu hansı sözlə bağlı məlumat verildiyini müəyyənləşdirib,  who və ya which sözünü həmin sözün önünə gətirməkdir.

Aşağıda bu mövzu ilə bağlı bir neçə cümlə verilmişdir:

Nümunə 2:

  • My sister is sitting on the sofa -mənim bacım divanda oturmaqdadır.
  • My sister is wearing green dress -mənim bacım yaşıl don geyinir.
  • My sister who is sitting on the sofa is wearing a green dress -divanda oturan bacım yaşıl don geyinir.
  • My sister who is wearing a green dress is sitting on the sofa -yaşıl don geyinən bacım kresloda oturur.

Nümunə 3:

  • Jennifer is a basketball player -Jennifer basketbol oyunçusudur.
  • Jennifer plays in our national team -Jennifer milli komandamızda oynayır.
  • Jennifer who is a basketball player plays in our national team -Baketbolçu olan Jennifer bizim milli komandamızda oynayır.
  • Jennifer who plays in our national team is a basketball player -bizim milli komandamızda oynayan Jennifer basketbolçudur.

That ilə bağlı Adjective Clause nümunələri

Bu başlıq altında Adjective Clause-n bir növü olan THAT ilə bağlı məlumatlar əldə edəcək, cümlə nümunələri ilə tanış olacağıq. Relative clause-da bəzi hallarda who və which əvəzinə that də relative pronoun olaraq istifadə edilə bilər. Ancaq bu hər zaman mümkün olmur. Əgər cümlədə relative pronoun-n sol tərəfində vergül və ya proposition (in, on, at və s.) varsa, o zaman who və which əvəzinə that istifadə edilə bilməz. Əgər cümlədə who və which yerinə that istifadə etmək istəyiriksə, o zaman relative pronounun sol tərəfində vergül və proposition olmadığına diqqət etmək lazımdır.

Bu cümlədə who əvəzinə that istifadə edilə bilər, çünki relative pronoun-n sol tərəfində vergül və ya proposition (söz önü) yer almaqdadır: Jennifer who loves reading books a lot writes monthly essays for our university journal -kitab oxumağı çox sevən Jennifer bizim universitetin jurnalı üçün aylıq məqalələr yazır.

Bu cümlədə which əvəzinə that istifadə edilə bilər, çünki relative pronoun-n sol tərəfində vergül və ya proposition (söz önü) yer almaqdadır: My dress which Jennifer bought last year still seem like old -keçən il Jennifer alan donum köhnə kimi görünür.

Qeyd:

Bəzi hallarda Relative pronoun cümlədən atıla bilər. Aşağıda bununla bağlı cümlə nümunələri verilmişdir:

Nümunə 1: Nümunədən də göründüyü kimi who relative pronounu cümlədən atılmış və feilə -ing şəkilçisi gətirilərək yeni struktur yaranmışdır.

  • The passengers who want to take off at this station should put on their coats -bu stansiyada düşmək istəyən sərnişinlər paltolarını geyinməlidirlər.
  • The passengers wanting to take off at this station should put on their coats -bu stansiyada düşmək istəyən sərnişinlər paltolarını geyinməlidirlər.

Nümunə 2: Nümunədən də göründüyü kimi birinci cümlədə yer alan relative pronoun cümlədən atılmış və onun yerinə feilin əvvəlinə – to şəkilçisi gətiriləcək yeni struktur qurulmuşdur.

  • Jennifer is the only pupil who plays volleyball in their class -Jennifer öz sinfində voleybol oynayan tək şagirddir.
  • Jennifer is the only pupil to play voleyball in their class -Jennifer öz sinfində voleybol oynayan tək şagirddir.

Nümunə 3: Bu nümunədən də göründüyü kimi passiv strukturda olan cümlələrdə köməkçi feil və relative pronoun cümlədən atılaraq yeni struktur yaradıb.

  • The project which was improved by Jennifer’s group this year became the winner of the competition -bu il Jenniferin komandası tərəfindən hazırlanan proyekt yarışmanın qalibi oldu.
  • The project improved by Jennifer’s group this year became the winner of the competition -bu il Jenniferin komandası tərəfindən hazırlanan proyekt yarışmanın qalibi oldu.

Bütün bu nümunələrdən sonra İngilis dilində Relative Clause mövzusunun nə dərəcədə vacib olduğunu, gündəlik danışıq dilini necə asanlaşdırdığını və mürəkkəb cümlələrə necə qısaltdığını gördünüz. Ümid edirik ki, bu mövzunu oxuduqdan sonra İngilis dilində daha rahat formada danışacaqsınız.

İngilis dilində qrammatik məlumatları öyrənərkən sözlərlə bağlı problem yaşayanlardansınızsa, o zaman Wordly-ə nəzər salmağı unutmayın.

 

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir