İngilis dilində adres necə yazılır? - Wordly Danışır ...

İngilis dilində adres necə yazılır?


İngilis dilində adres

Bu dəfəki yazımızın mövzusu İngilis dilində adreslərdir. Məlum məsələdir ki, hər bir dildə adresi düzgün yazmağı bacarmaq vacib məsələdir. Əks halda nə göndərdiyimiz məktub, nə də sifariş vermiş olduğumuz məhsullar doğru adresə çatmayacaqdır. Odur ki, keçək mövzumuza. Bu yazımızda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız.

  • İngilis dilində adres necə yazılır?
  • İngilis dilində adres abreviaturaları
  • İngilis dilində adres yazma forması
  • İngiltərədəki qaydalara görə adres yazma forması
  • ABŞ-dakı qaydalara görə adres yazma forması
  • Məktubda İngilis dilində adres necə yazılır?
  • Rəsmi məktublarda İngilis dilində adres necə yazılır?
  • Şəxsi məktublarda İngilis dilində adres necə yazılır?
  • Ölkə xaricinə karqo göndərilən zaman İngilis dilində adres necə yazılır?
  • İngilis dilində adres və yol izahı necə soruşulur?
  • İngilis dilində yol izahı zamanı istifadə edilən sözlər nələrdir?
  • İngilis dilində adres soruşmağa və izahına aid olan dialoq nümunəsi

İngilis dilində adres necə yazılır?

İngilis dilində adres Amerikan və ya İngilis İngiliscəsi ilə yazmağımıza görə dəyişir. Hər birində standart olan detallar sıralamalarının fərqli olmasına görə dəyişkənlik göstərirlər. Bunlarla bağlı aşağıda daha detallı məlumat verilmişdir.

İngilis dilində adres abreviaturaları

QısaldılmasıAçıqlamasıTərcüməsi
APTApartmentApartment
AVEAvenueProspekt
BLVDBoulevardBulvar
CTRCenterMərkəz
CIRCircleDairə
CTRCourtSahə, kort
DRDriveSürücü, sürmək
EEastŞərq
EXPYExpresswayEkspress yolu
HTSHeightsYüksəklik
HWYHighwayƏsas yol
ISIslandAda
JCTJunctionQovşaq
LKLakeGöl
LNLaneZolaq, xiyaban
MTNMountainDağ
NNorthŞimal
PKYParkwayAğaclı yol
PLPlaceYer
LZPlazaPlaza
RDRoadYol
RMRoomOtaq
SSouthCənub
STAStationDayanacaq
STStreetKüçə
TPKETurnpikeÖdənişli yol
VLYValleyVadi
WWestQərb
İngilis dilində adres abreviaturaları

İngilis dilində adres yazma forması

İngilis dilində adres, Amerika və ya İngiltərə qaydalarına görə fərqlilik göstərir.

USA address exampleUK address example
 Mrs Smith
Mrs Smith71 Cherry Court
813 Howard StreetSOUTHAMPTİON
Oswego NY 13126SO53 SPD
USAUSA
İngilis dilində adres forması

İngiltərədəki qaydalara görə adres yazma forması

Alıcının adından sonra onun evinin adı və ya nömrəsi, eyni zamanda küçəsinin adı və nömrəsi qeyd edilməlidir. Məsələn, 71 Cherry Court. Əgər məktub iş xarakterlidirsə, o zaman məktubun alıcı sətrinin altına şirkətin adı yazılmalıdır.

Qəsəbə, ştat və poçt kodunun eyni sətirdə yazıldığı Amerika adres formatının əksinə İngiltərədə qəsəbə (şəhər) adı və poçt kodu fərqli sətirlərdə yazılır.

Küçə adının qeyd edildiyi sətirdən sonra isə qəsəbə və ya şəhər adı, ondan sonrakı sətirdə isə poçt kodu qeyd edilməlidir. Ən sonda isə məktubun çatdırılacağı ölkə qeyd edilir. Bu önəmsiz kimi görünsə də, bir çox insan adresi yazarkən ölkəni qeyd etməyi unutduğu üçün çatdırılmada müəyyən problemlər yaşana bilir.

Alıcının adı və tituluMrs Smith
Küçənin adı və nömrəsi71 Cherry Court
Qəsəbə və ya şəhər adıSOUTHAMPTİON
Poçt koduSO53 SPD
Ölkə adıUK
İngiltərə qaydalarına görə adres yazma forması

Amerika qaydalarına görə adres yazma forması

Yuxarıda sadalanan və İngiltərə üçün nəzərdə tutulan qaydalar Amerika üçün də keçərlidir. Lakin ikisi arasında bir fərq var. Amerika qaydalarına görə şəhər adı ilə poçt kodu fərqli sətirlərdə deyil, eyni sətirdə yazılmalıdır.

Alıcının adı və tituluMrs Smith
Küçənin adı və nömrəsi71 Cherry Court
Qəsəbə, şəhər adı və poçt nömrəsiSOUTHAMPTİON, SO53 SPD
Ölkə adıUSA
Amerikadakı qaydalara görə adres yazma forması

Şəxsi məktublarda adres necə yazılır?

İlk sətrə alıcının adı və soyadı yazılır. Alıcının adını necə yazmanız isə onun hansı adı üstünlük verməsinə görə dəyişir. Məsələn, əgər dostunuz adının bilinməsini istəmirsə, o zaman alıcı sətrinə Polly Jones yerinə P.Jones yaza bilərsiniz. Bu qaydaya həmçinin həmin şəxsin titulu da aiddir. Dostunuza və ya ailə üzvlərinizə titulunu qeyd etmədən məktub yaza bilərsiniz. Ancaq dövlət rəsmilərinə, ordu mənsublarına, həkim, doktor və professorlara yazacağınız məktublarda mütləq şəkildə titulları qeyd edilməlidir. Bundan əlavə, sizdən yaşca böyük birinin adını Polly deyil, Mrs.Polly olaraq qeyd etməlisiniz.

Əgər məktub yazdığınız şəxs daimi olaraq həmin adresdə yaşamırsa, o zaman “care of” və ya “courtesy of” ifadəsinin qısa şəkli olan c/o ilə birlikdə həmin adresdə (otel, hostel) daimi yaşayan başqa birinin adı qeyd edilir. Məsələn, dostunuz bir neçə həftəlik xalası ilə birlikdə yaşamağa gedibsə, o zaman dostunuzun ad sətrindən sonra xalasının adı “c/o Henry Roth” yazılmalıdır.

Növbəti sətirdə isə küçə adı və ya poçt qutusunun nömrəsi yazılır. Əgər küçənin adresini yazırsınızsa, o zaman 400 N (şimal) yerinə 400 yazmadığınızdan əmin olun, həmçinin binanın adını və nömrəsini qeyd edin. Əgər bu adların hamısı eyni sətrə yerləşmirsə, o zaman “apaertment” sözünü qeyd etmənizə ehtiyac yoxdur. Məsələn, dostunuz “50 Oakland Avenue in apartment #206” adresində yaşayırsa, bu “50 Oakland Ave, #206.” Şəklində yazıla bilər.

Əgər məktubun poçt qutusuna düşməyini istəyirsinizsə, o zaman poçt ofisinin yerləşdiyi küçənin adresini qeyd etməyə ehtiyac yoxdur. ZIP kod qeyd edildiyi zaman, poçt servisləri qutunun harada yerləşdiyini müəyyənləşdirə bilir.

Növbəti sətirdə isə şəhər, ştat və ZIP kod qeyd edilir.

Ən son sətirdə isə adresin yerləşdiyi ölkə adını qeyd etməyi unutmayın.

  • Mrs Polly Jones
  • c/o Henry Roth
  • 50 Oakland Ave, #206
  • A City, Florida, 32104
  • United States of America

Rəsmi məktublarda İngilis dilində adres necə yazılır?

Rəsmi məktub şəxsə və ya şirkətə ünvanla bilər. Rəsmi məktublarda şəxsin adından əvvəl ünvanı, yəni  “Mr.,” “Ms.,” “Dr.,” titulu mütləq şəkildə qeyd edilməlidir. Məktubun ünvanlandığı şəxsin adından sonra isə vergül qoyulur və onun şirkətdəki vəzifəsi qeyd edilir. Məsələn, “Paul Smith, Director of Marketing”. Bundan əlavə əgər məktub kitab nəşriyyatına göndərilirsə və kitabın redaksiyası ilə bağlı məktub yazmısınızsa, ancaq bununla məşğul olan şəxsin adını bilmirsinizsə, o zaman ad sətrini “Attn: Fiction Editor” şəklində də yaza bilərsiniz.

İkinci sətirdə isə məktubu alacaq şəxsin işlədiyi şirkətin adı qeyd edilir.

Sonrakı sətrə isə küçə adresi və ya poçt qutusunun nömrəsi qeyd edilir. Əgər küçə adı qeyd edilərsə, o zaman yön haqqında məlumatların doğru yazdığınızdan əmin olunmalıdır.

Növbəti sətirdə şəhər, ştat və ZIP kod qeyd edilir.

  • Mr. Paul Smith
  • Director of Marketing
  • Widgest Inc.
  • 100 Money Way, 400 West
  • A City, Florida, 32101
  • United States of America

Ölkə xaricinə karqo göndərilən zaman adres İngilis dilində necə yazılır?

Xaricə karqo göndərəcəyiniz zaman göndərdiyiniz şəxsin adresindən əmin olmalı və bunu yuxarıda qeyd etdiyimiz adres şablonlarına uyğun olaraq yazmalısınız. Məsələn,

  • Paul Smith
  • 100 Money Way, 400 West
  • A City, Florida, 32101
  • United States of America

İngilis dilində adres və yol izahı necə soruşulur?

  • Excuse me, where is the…? – Bağışlayın, ….. haradadır?
  • Excuse me, how do I get to…? – Bağışlayın, ….. necə gedə bilərəm?
  • Excuse me, is there a ….. near here? – Bağışlayın, …. Bura yaxındır?
  • How do I get to…? – … necə gedə bilərəm?
  • What’s the way to…? … gedən yol nədir? (ora necə getmək olar?)
  • Where is ….. located? … harada yerləşir?
  • Can you please tell me how I can get to Oxford Street? – Zəhmət olmasa, Oxford küçəsinə necə gedə biləcəyimi deyə bilərsiniz?
  • Where is the nearest supermarket? – Ən yaxın supermarket haradadır?
  • How can I get to the  local market? – Səmt bazarına necə gedə bilərəm?
  • I’m trying to get to Downing Street – Downing küçəsinə getməyə çalışıram.
  • How do I get to the office? – Ofisə necə gedə bilərəm?
  • What’s the best way to get to your house? – Sənin evinə gedən ən yaxşı yol hansıdır?
  • Where is Mc Donalds can you tell me please? – Mc Donaldsın harada olduğunu mənə deyə bilərsinizmi?

ASKING DIRECTIONS

  • Excuse me, could you tell me how to get to …? (the bus station) – bağışlayın, avtobus dayancağına necə gedəcəyimi deyə bilərsinizmi?
  • Excuse me, do you know where the … is? (post office) – bağışlayın, poçt ofisinin harada olduğunu bilirsinizmi?

Sorry, I’m not from around here – bağışlayın, mən bu çevrədən deyiləm.

  •             I’m looking for … (this address) – mən bu adresi axtarıram.
  •             Is this the right way for …? (Ipswich) – bu Ipswich-e getmək üçün doğru yoldur?
  •             Do you have a map? – sizin xəritəniz var?
  •             Can you show me on the map? – mənə xəritədə göstərə bilərsinizmi?

HOW FAR IS IT? – nə qədər uzaqlıqdadır?

  • How far is it to …? (the airport) – aeroport nə qədər məsafədədir?
  • How far is it to … from here? (the beach) – burdan ora qədər nə qədər məsafədir?
  • Is it far? – o uzaqdadır?
  • Is it a long way? – uzun yoldur?

İngilis dilində yol izahı zamanı istifadə edilən sözlər nələrdir?

go straight on – düz davam et

Go straight on till you see the hospital then turn left – Xəstəxana görünənə qədər düz davam edin, sonra isə sola dönün.

turn back / go back – geri dön

If you get to the bridge, you went too far, you’ll have to turn back – Əgər körpüyə çatmısansa, deməli çox uzaqlaşmısan, geri qayıtmalı olacaqsan.

turn left – sola dön

Turn left when you see a roundabout – Dairəvi yolu gördüyün zaman sola dön.

turn right – sağa dön

Turn right at the end of the road and my house is number 67 – Yolun sonundan saga dön, evimin nömrəsi 67-dir.

cross the junction – qovşağı keç

Cross the junction and keep going for about 1 mile – Qovşağı keçdikdən sonra təxminən 1 mil də get.

on the right – sağda

Take the third road on the right and you will see the office on the right – Sağ tərəfdəki üçüncü yoldan istifadə et, sağda ofisi görəcəksən.

on the left – soldakı

Take the second road on the left and you will see the house on the left – Soldakı ikinci yol ilə davam et, sol tərəfdəki evi görəcəksən.

opposite – qarşı

The hospital is opposite the railway station – Xəstəxana, dəmiryol stansiyasının qarşısındadır.

near – yaxın

The shop is near the hospital – Mağaza, xəstəxananın yaxınındadır.

next to – yanında

The house is next to the local cricket ground – Ev, futbol meydançasının yanındadır.

between – arasında

The shop is in between the school and KFC – Mağaza, məktəb ilə KFC arasındadır.

at the end of sonunda

At the end of the road you will see a roundabout – Yolun sonunda dairəvi yol görəcəksən.

at the corner of 

At the corner of the road you will see red building – Yolun küncündə qırmızı bina görəcəksən.

follow the signposts – işarə lövhəsini izləmək

Follow the signposts for Manchester – Mançesterə getmək üçün işarə lövhələrini izlə.

go past – keç

Go past the cinema and you’ll find the library – Kinoteatrın yanından keç, kitabxananı tapacaqsan.

cross – çarpaz, kəsişmə

If you cross the street, you’ll find a bookstore there! – Küçədən keçsən, orada kitab mağazasını tapacaqsan (görəcəksən).

go along – davam et

Go along the main road until you find the gas station – Benzin stansiyasını görənə qədər əsas yol ilə davam et.

around the corner – küncdə

The museum is just around the corner – Tini dönən kimi muzeydir.

Between – arasında

You can find the coffee shop between the office building and the movie theater – Ofis binası ilə kinoteatr arasında kofe mağazası tapa bilərsən.

Behind – arxasında

There’s a nice park behind the parking lot – Dayanacağın arxasında gözəl bir park var.

go down – aşağı en

Go down the hill and you’ll find the entrance to the park – Təpədən aşağı en, parkın girişini tapacaqsan.

go over – üstündən keçmək

To get to the building, you have to go over the walkway – Tikiliyə çatmaq üçün yerüstü keiçddən keçmək lazımdır.

go through – içindən keçmək

Take a shortcut to the school going through the park – Parkdan keçib məktəbə gedən qısa yol ilə gedin.

go up – yuxarı getmək

Go up the hill and you’ll find the bus stop – Təpəyə çıx, avtobus dayanacağını görəcəksən.

in front of – önündə

The market is in front of the City Hall – Market (bazar) Bələdiyyə Binasının (şəhər meriyası) önündədir.

beside – yanında

My school is beside a small park – Məktəbim kiçik parkın yanındadır.

near – yaxında

I live near the forest – Mən meşəyə yaxın yaşayıram.

İstiqamət vermək üçün frazalar:

  • You’re going the wrong way – Səhv yola davam edirsiniz
  • You’re going in the wrong direction – Səhv istiqamətə gedirsən
  • Take this road – bu yola davam edin.
  • Go down there – oraya aşağı enin.
  • Take the first on the left – soldan birinci tərəflə davam edin.
  • Take the second on the right – sağdan ikinci tərəflə davam edin.
  • Turn right at the crossroads – yol kəsişməsindən sağa dönün.
  • Continue straight ahead for about a mile – Təxminən bir mil irəliləyin.
  • Continue past the fire station – y anğınsöndürmə məntəqəsindən keçərək davam edin.
  • You’ll pass a supermarket on your left – Sol tərəfinizdə olan supermarketi keçəcəksiniz.

Keep going for another

  • Keep going for another hundred yards – 100 m daha gedin.
  • Keep going for another two hundred metres – 200 m daha gedin.
  • Keep going for another half mile (about 800 metres) – yarım mil daha gedin.
  • Keep going for another kilometre – 1 km gedin.

It’ll be on…

  • It’ll be on your left – o solunuzda olacaq.
  • It’ll be on your right – o sağınızda olacaq.

It’s

  • It’s quite close – olduqca yaxındır.
  • It’s not far – uzaqda deyil.
  • It’s quite a long way – olduqca uzun yoldur.
  • It’s a long way on foot – piyada getmək üçün uzaqdır.
  • It’s a long way to walk – yerimək üçün uzaqdır.
  • It’s about a mile from here – buradan təxminən 1 mil uzaqlıqdadır.

Sürücülər üçün yol izahı vermək

  • Follow the signs for … – işarələri izləyin.
  • Continue straight on past some traffic lights – işıqfordan düz davam edin.
  • At the second set of traffic lights, turn left – ikinci işıqfordan sola dönün.
  • Go over the roundabout – dönən qovşaqdan keçin.
  • Take the second exit at the roundabout – dönən qovşaqdan ikinci çıxışa gedin.
  • Go under the bridge – körpünün altından gedin.
  • Go over the bridge – körpünün üzərindən gedin.
  • You’ll cross some railway lines – dəmiryol xəttlərini keçəcəksiniz.

İngilis dilində adres soruşmağa və izahına aid olan dialoq nümunəsi

Mr Bean : – Please tell me how I get to your apartment?

Mrs Smith: – Are you coming by car or by bus?

Mr Bean : – I am coming by car.

Mr Bean : – Please could you tell me the easiest way of getting to your apartment?

Mrs Smith: – Take the M6 to Manchester and come of at junction 6

Mr Bean : – Manchester can you spell that for me

Mrs Smith: – M a n c h e s t e r

Mr Bean : – Thanks

Mrs Smith: –  OK, then turn right at the roundabout and take the first left my house is on the left next to the local food store.

Mr Bean : – Is that the quickest way of getting to your apartment?

Mrs Smith: – Yes, it is the quickest way by car.

Mr Bean : – Would you draw me a map please I don’t know the area.

Mrs Smith: – Yes.

Mr Bean : – Thanks.

Tərcüməsi:

Mr Bean : – Zəhmət olmasa, sənin evinə necə gedə biləcəyimi izah et.

Mrs Smith: – Sən maşınla, yoxsa avtobusla gəlirsən?

Mr Bean : – Maşınla gəlirəm.

Mr Bean : – Zəhmət olmasa, sənin evinə gedən ən asan yolu deyə bilərsən?

Mrs Smith: – M6 ilə Mançesterə gəl, 6 qovşağı bura gəlir

Mr Bean : – Mançester sözünü hərfləyə bilərsən?

Mrs Smith: – M a n c h e s t e r

Mr Bean : – Təşəkkürlər.

Mrs Smith: – İndi isə dairəvi yolun sağ tərəfindən gəl, evim ərzaq mağazasının yanındadır.

Mr Bean : – Bu sənin evinə çatmağın ən sürətli yoludur?

Mrs Smith: – Bəli, maşınla ən sürətli gələn yol budur.

Mr Bean : – Mənim üçün xəritə çəkə bilərsən? Bu bölgəni bilmirəm.

Mrs Smith: – Bəli.

Mr Bean: – Təşəkkürlər.

Bu yazımız da burada sonlanır. Bilmədiyiniz bir çox nüanslara toxunduğumuzu düşünür, sizə faydalı olduğumuz üçün qürur duyuruq. Bizi izləməyə davam edin.

Recent Content