İngilis dilində ailə üzvləri - Wordly Danışır ...

İngilis dilində ailə üzvləri


İngilis dilində ailə üzvləri

İngilis dilində özünüzü və ailə üzvlərinizi tanıtmaq ən vacib bacarıqlardan biridir. Əgər İngilis dilində başlanğıc səviyyəsindəsinizsə, bu mövzu lüğətinizi, ifadə etmə bacarıqlarınızı və qrammatik biliklərinizi inkişaf etdirmək üçün vacibdir. Ailə haqqında danışmaq deyərkən həm kiçik ailə, həm də geniş ailə üzvləri nəzərdə tutulur. Bu yazımızda İngilis dilində ailənizi tanıtmaq üçün qeydlər, həmçinin ailə üzvləri və qohum münasibətləri haqqında danışa bilmək üçün vacib məsləhətlər tapa bilərsiniz.

Bu mövzuda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • İngilis dilində ailəni təqdim etmə və ailə üzvlərinin yazılışı
  • İngilis dilində ailə üzvlərini tanıtmaq (Family Members)
  • İngilis dilində soy ağacı
  • İngilis dilində ailə haqqında nümunə paraqraflar

İngilis dilində ailə üzvlərini tanıtmaq (Family Members)

İngilis dilində ailə üzvlərinizdən bəhs edərkən istifadə edə iləcəyiniz ipuclarından biri, ailə üzvlərini iki nəfərlik qruplara bölərək danışmaqdır. Bu iki nəfərlik qrupları həmin şəxslərin arasındakı münasibətə görə nizamlaya bilərsiniz ki, bu da ailə üzvləri ilə bağlı söz lüğətini tənzimləməyin ən asan yoludur. Bu nöqtədə ikinci məqam isə ailə üzvləri və qohumluq əlaqələri ilə bağlı danışarkən qadın və kişi cinslərindən bəhs etməkdir. Bu, həm də sözləri daha yaxşı yadda saxlamağınıza imkan verəcəkdir.

  • Mother (ana) – Father (ata)
  • Sister (bacı) – Brother (qardaş)
  • Wife (arvadı) – Husband (əri)
  • Daughter (qızı) – Son (oğlu)
  • Grandmother (nənə) – Grandfather (baba)

Məsələn, Lisa and Peter have got two children. They have got a son and a daughter.

İngilis dilində soy ağacı

Soy ağacları iki yerə ayrılır: qan qohumları və evlənmə yolu ilə qazanılan qohumluq. Aşağıdakı şəkildə qan qohumlarının göstərildiyi ailə ağacı verilmişdir. İerarxiya nənə və baba ilə başlayır, sonrakı nəsildə ana, ata, xala, bibi, dayı, əmi öz yerini alır. Bir sonrakı nəsildə isə bacı, qardaş və xala, bibi, dayı, əmi uşaqları göstərilir və daha sonra öz uşaqları, bacı, qardaş uşaqları yer alır. Sonuncu nəslə isə nəvələr daxildir.

İngilis dilində soy ağacı

Evlənmə yolu ilə qazanılan qohumluq

Burada isə ögey qohumluqlar və baldız, qayın, qayınata, qayınana, kürəkən, gəlin kimi qohumluq əlaqələrini göstərən ierarxiya təsvir edilmişdir.

İngilis dilində soy ağacı

İngilis dilində ailə haqqında paraqraf nümunələri

Paraqraf 1. There are only four persons in my family and the family consists of my father, my mother, my younger sister and me. My sister is younger to me by two years and we are the pupils of the same school. We go to school together and return together by the school bus. I am studying in class ninth and she is the student of class seventh. My father is working as teacher and my mother is a housewife and looks after the household. She remains busy throughout the day and she helps me and my sister in completing our home work. We go out sometimes. My family is a happy family.

Tərcüməsi: Mənim ailəmdə sadəcə dörd nəfər var və ailə atamdan, anamdan, balaca bacımdan və məndən ibarətdir. Bacım məndən iki yaş balacadır və biz eyni məktəbdə şagirdik. Biz məktəbə birlikdə gedirik və məktəb avtobusu ilə birlikdə qayıdırıq. Mən doqquzuncu sinifdə oxuyuram, bacım isə yeddinci sinifdə oxuyur. Atam müəllim işləyir, anam isə evdar qadındır və ev işlərindən məsuliyyət daşıyır. Gün ərzində məşğul olur və ev tapşırığımızı başa çatdırmaqda mənə və bacıma kömək edir. Bəzən çölə çıxırıq. Mənim ailəm xoşbəxt ailədir.

Paraqraf 2. I live in Lajpat Nagar and I live there with my nuclear family, my parents and sister. We have a beautiful house in front of the park and we are very happy in our house. My father is a Doctor and my mother is a teacher. They help us in our studies.

My sister studies in a school and she is very hardworking and intelligent. She helps me in studies. She always stands first in her class.

I study in class third. I love playing various games. My parents are very kind-hearted. They are always ready to help the needy and poor. Every Sunday, we go for outings. I am proud of having such nice parents and sister. All of them love me very much.

Tərcüməsi: Mən Lajpat Nagar’da kiçik ailəmlə birlikdə, valideynlərim və bacımla yaşayıram. Parkın qarşısında gözəl bir evimiz var və biz evimizdə çox xoşbəxtik. Atam həkimdir, anam isə müəllimdir. Onlar bizə dərslərimizdə kömək edirlər.

Bacım məktəbdə oxuyur və çox çalışqan və ağıllıdır. O, mənə dərslərimdə kömək edir. O, həmişə öz sinfində birinci olur.

Mən isə üçüncü sinifdə oxuyuram. Müxtəlif oyunlar oynamağı sevirəm. Valideynlərim çox mehribandır. Həmişə ehtiyacı olanlara və yoxsullara kömək etməyə hazırdırlar. Biz hər bazar günü gəzintiyə çıxırıq. Belə gözəl valideynlərimlə və bacımla fəxr edirəm. Onların hamısı məni çox sevir.

Paraqraf 3. Dear Yoko, Let me tell you about my family. I live with my mum, my dad and my big sister. We live in California. My mum’s name is Carmen and she’s Mexican and she speaks English and Spanish. She’s a Spanish teacher. She’s short and slim, she’s got long, brown hair and brown eyes.

My dad’s name is David. He’s American. He’s tall and a little fat! He’s got short brown hair and blue eyes. He works in a bank.

My sister Shania is 14 and she loves listening to music. She listens to music all the time! She’s got long brown hair and green eyes, like me. I’ve got long hair too. Write soon and tell me about your family. Love, Kelly

Tərcüməsi: Əziz Yoko, Ailəm haqqında danışmağıma icazə ver. Mən anam, atam və böyük bacımla yaşayıram. Biz Kaliforniyada yaşayırıq. Anamın adı Carmendir və o, meksikalıdır, İngilis və İspan dillərini bilir. O, İspan dili müəllimidir. Qısa boylu və arıqdır, uzun, qəhvəyi saçları və qəhvəyi gözləri var.

Atamın adı Daviddir. Amerikalıdır. Uzun boylu və bir az kökdür! Qısa qəhvəyi saçları və mavi gözləri var. Bir bankda işləyir.

Bacım Shania 14 yaşındadır və musiqi dinləməyi sevir. Hər zaman musiqiyə qulaq asır! Mənim kimi uzun qəhvəyi saçları və yaşıl gözləri var. Mənim də uzun saçlarım da var. Tezliklə yaz və ailən haqqında danış. Sevgi ilə Kelly

İngilis dilində ailə üzvləri ilə bağlı nümunə cümlələr

  • My mother is Linda; my father is Bob – mənim anam Linda, atam Bobdur.
  • My parents are Linda and Bob – mənim valideynlərim Linda və Bobdur.
  • Lisa is married. Her husband is Peter – Lisa evlidir. Onun əri Peterdir.
  • Jack is also married. His wife is Sarah – Jack da evlidir. Onun arvadı Sarahdır.
  • My sister is Lisa; my brother is Jack – bacım Lisa, qardaşım Jackdır.
  • Sarah’s husband is Jack – Sarahın əri Jackdır.
  • Peter’s wife is Lisa – Peterin arvadı Lisadır.
  • Dick is my wife’s brother. He is my brother-in-law – Dicky arvadımın qardaşıdır. O, mənim qaynımdır.
  • Brenda is my husband’s mother. She is my mother-in-law – Brenda ərimin anasıdır. O, mənim qayınanamdır.
  • My father’s sister is my aunt – atamın bacısı mənim bibimdir.
  • My mother’s sister is my aunt – anamın bacısı mənim xalamdır.
  • Mark is their son. Mandy is their daughter – Mark onların oğludur. Mandy onların qızıdır.
  • Mark is Mandy’s brother. Mandy is Mark’s sister – Mark Mandy-nin qardaşıdır. Mandy Markın bacısıdır.
  • My uncle George is the brother of my mother – mənim dayım George anamın qardaşıdır.
  • Your daughter is my cousin – sənin qızın mənim xalam (dayım, əmim, bibim) qızıdır.
  • My grandfather is your uncle – mənim babam sənin əmindir (dayındır).
  • My grandmother is from France – mənim nənəm Fransadandır.
  • Your parents are my grandparents – sənin valideynlərin mənim nənəm, babamdır.
  • Your sister is my stepmother – sənin bacın mənim ögey anamdır.
  • My father is your nephew – mənim atam sənin bacın (qardaşın) oğludur.
  • Your sisters are my aunts – sənin bacıların mənim xalalarımdır (bibilərimdir).
  • Lili is the niece of my grandfather Julius – Lili mənim Julius babamın bacısı (qardaşı) qızıdır.
  • I come from a small/big family – mən kiçink/böyük ailədənəm.
  • There are (number) people in my family – mənim ailəmdə (rəqəm) insan var.
  • My brother/sister (X) lives in (Y). He/She is an (Z) – mənim bacımın (qardaşımın) adı X-dir, Y-də yaşayır. O, Z işi ilə məşğuldur.
  • I look like my Dad. We both have blue eyes and fair hair – mən atama oxşayıram. Hər ikimizin mavi gözlərimiz və az saçlarımız var.
  • I’m very different from my Mum. She is talkative and doesn’t like to wait for anything. But I’m very shy and patient – mən anamdan çox fərqliyəm. O, çox danışandır və nəyisə gözləməyi xoşlamır. Amma mən çox utancağam və səbrliyəm.
  • My sister likes staying at home and cooking, but I prefer gardening and outdoor activities – mənim bacım evdə qalmağı və bişirməyi sevir, amma mən bağçılıq və açıq fəaliyyətlərə üstünlük verirəm.
  • My brother enjoys playing sports, but I prefer reading and watching movies – mənim qardaşım idman oyunları oynamaqdan zövq alır, amma mən oxumağı və film izləməyi üstün tuturam.
  • We always have lunch/dinner together at the weekend. Sometimes we go away for the weekend – Həftə sonu hər zaman birlikdə nahar / şam yeməyi yeyirik.. Bəzən həftə sonu uzaqlaşırıq (şəhərdən, evdən).
  • We don’t see each other very often, but I try to call my parents once a week/day – Bir-birimizi çox görmürük, amma həftədə bir dəfə valideynlərimə zəng etməyə çalışıram.
  • I live near my sister/cousin, so we meet for coffee every week – Mən bacıma / xalam qızına yaxın yaşayıram, buna görə hər həftə qəhvə içmək üçün görüşürük.
  • My brother lives far away, but I go to visit him and his family sometimes/every summer – qardaşım məndən uzaqda yaşayır, amma mən hər dəfə / hər yay onun və ailəsinin ziyarətinə gedirəm.

Ailə ilə bağlı sual və cavab cümlələrinə nümələr:

Have you got a small family? Və ya Do you have a small family? – sənin kiçik ailən var? -Yes, I have. I have got a sister and a brother. Və ya –Yes, I do. I have a sister and a brother – bəli, var, mənim bir bacım və bir qardaşım var.

Have you got a big family? Və ya Do you have a big family? – sənin böyük ailən var? -No, I haven’t. I have only got a sister.ya -No, I don’t. I only have a sister – xeyr, yoxudr, mənim sadəcə bir bacım var.

Have you got any sisters or sisters? və ya Do you have any sisters or brothers? – sənin bacıların və ya qardaşların var? -No, I haven’t. I am an only child. Və ya -No, I don’t. I am an only child – xeyr, yoxdur. Mən tək uşağam.

Are you married? Have you got a husband or wife?ya Are you married? Do you have a husband or wife? – Sən evlisən? Sənin ərin və ya arvadın var? -Yes, I am married. I have got a husband – I have got a wife. Və ya –Yes, I am married. I have a husband – I have a wife – bəli, mən evliyəm. Mənim ərim (arvadım) var.

İngilis dilində qohumluq bildirən sözlər və mənaları

  • Mother, mom – ana
  • Father, dad – ata
  • Sister – bacı
  • Brother – qardaş
  • Uncle – əmi, dayı
  • Aunt – xala, bibi
  • Nephew – bacı (qardaş) oğlu
  • Niece – bacı (qardaş) qızı
  • Brother-in-law – qayın
  • Sister-in-law – baldız
  • Father-in-law – qayınata
  • Mother-in-law – qayınana
  • Baby – körpə
  • Bride – gəlin
  • Groom – kürəkən
  • cousin – xala, bibi, dayı, əmi uşağı
  • daughter – qızı
  • son – oğlu
  • grandchild – nəvə
  • grandchildren – nəvələr
  • grandson – oğlan nəvə
  • granddaughter – qız nəvə
  • grandfather, granddad, grandpa – baba
  • grandmother, grandma – nənə
  • great-grandparents – böyük nənə, babalar
  • half-brother – valideynlərindən biri ortaq olan qardaş
  • half-sister – valideynlərindən biri ortaq olan bacı
  • wife – arvadı
  • husband – əri
  • parents – valideynlər
  • stepbrother – ögey qardaş
  • stepmother – ögey ana
  • twins – əkizlər
  • twin-brother – əkiz qardaş
  • twin-sister – əkiz bacı

Əgər siz də oxumaqla kifayətlənməyib, daimi olaraq yeni sözlər öyrənmək, həmin sözlərin cümlə içərisində necə istifadə edildiyini bilmək istəyirsinizsə, o zaman https://www.getwordly.com/ məhz sizlər üçündür. Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız. Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə bilərcəksiniz.

Düşüncələriniz bizim üçün dəyərlidir, bizimlə paylaşmaqdan çəkinməyin 🙂

Recent Content