İngilis dilində As Much As istifadəsi: mövzu izahı - Wordly

İngilis dilində As Much As istifadəsi: mövzu izahı


İngilis dilində As Much As istifadəsi_ mövzu izahı

İngilis dilini bilmək sadəcə sözlərin mənasını bilməklə bitmir. Eyni zamanda İngilis dilini danışa biləcək səviyyəyə gəlmək də vacibdir. Bu səbəblə də axıcı və gözəl formada İngilis dilində danışa bilmək üçün bəzi qəliblər olduqca vacib bir yer tutur. Bunlardan biri də “as as” qəlibidir. İngilis dilini bilən və bilməyən bir çox insanın asanlıqla qarışdırdığı as qəlibini gəlin ən incə detalına qədər, hamımızın başa düşəcəyi formada incələyəcək. Bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • As Much As nədir?
  • As Much As ilə bağlı təsdiq cümləsinə aid nümunələr
  • As Much As ilə bağlı inkar cümləsinə aid nümunələr
  • As Much As ilə ilə bağlı sual cümləsinə aid nümunələr

As Much As nədir?

İngilis dilində istifadə etdiyimiz “as…as” strukturlarından biri olan “as much as” miqdar qarşılaşdırılmalarında istifadə edilir. İngilis dilində “as”-in tək başına, kimi mənaları ilə yanaşı xüsusi istifadə forması olan “as as” da mövcuddur. Bu qəlibin Azərbaycan dilinə tərcüməsi “qədər”-dir.

“as as” yuxarıda da qeyd etdiyimiz kimi miqdar bildirərkən istifadə edilən strukturdur və “qədər” mənasına gəlir. Adətən miqdar qarşılaşdırılmalarında sayılmayan isimlərlə “as much as” və “as many as” strukturlarını istifadə edirik. “Much” və “many” burada miqdar bildirən sifətlərdir.

Jennifer loves you as much as I do -Jennifer səni mənim qədər sevir. Bu strukturu isimlərlə birlikdə istifadə edə bilərik.

“as much as” və “as many as” qəlibləri arasındakı fərqi bilmək, sayıla bilən (countables) və sayıla bilməyən (uncountables) isimlərlə birlikdə necə işləndiklərinə diqqət etmək olduqca vacib məqamdır. Sayıla bilməyən, yəni rəqəmlə say bildirməyin mümkün olmadığı isimlərə misal olaraq milk (süd), chocolate (şokolad), happiness (xoşbəxtlik), honey (bal), patience (səbr), friendship (dostluq) və s. kimi sözlər göstərilə bilər.

Sayıla bilən isimlərlə birlikdə: As many + countables = as many books as

  • David doesn’t have as many collection stamps as you have -Davidin səninki qədər kolleksiya markası yoxdur.

Sayıla bilməyən isimlərlə birlikdə: As much + uncountables = as much rain as

  • Jennifer doesn’t eat as much chocolate as I do! That’s impossible! -Jennifer mənim qədər şokolad yemir! Bu mümkünsüzdür!

As Much As ilə bağlı təsdiq cümləsinə aid nümunələr

“as much as” qəlibi ilə qurulan təsdiq cümlələrin quruluşu necə olur? Bu sualın cavabını axtarırsınızsa, o zaman aşağıda “as much as” ilə bağlı təsdiq cümləsinə aid nümunələrlə tanış ola bilərsiniz.

  • Jennifer needs money as much as I do -Jenniferin ən az mənim qədər pula ehtiyacı var.
  • Göründüyü kimi “as much as” strukturunu Azərbaycan dilinə tərcümə edərkən “ən az … qədər” mənasını da verir.
  • They run in the forest as much as I do every morning -Sən də hər səhər meşədə ən az onlar qədər qaçırsan.
  • Jennifer told me that she hates him as much as I do -Jennifer məndən ən az mənim ondan nifrət etdiyim qədər nifrət etdiyini dedi.
  • David’s salary is twice as much as mine -Davidin maaşı mənimkinin iki qatıdır. Bu nümunədə olduğu kimi “as much as” qəlibinin əvvəlinə “twice” (iki dəfə) sözünü gətirərək qarşılaşdırdığımız şeylərin bərabər olmadığını bildirmiş oluruq.
  • Jennifer plays with her phone as much as I do -Jennifer ən az mənim qədər telefonu ilə oynayır.
  • David does his job half as much as me, so I think I deserve the monthly prize -David işini mənim yarım qədər edir, bu səbəbdən də aylıq mükafatı mənim haqq etdiyimi düşünürəm.
  • Members of Congress love voleyball as much as any other Turkeys -Konqres üzvləri digər türklər qədər voleybolu da sevirlər.
  • Jennifer enjoys a good meal as much as a good run -Jennifer, yaxşı qaçış qədər yaxşı yeməkdən də zövq alır.
  • Jennifer likes her bread buttered as much as the next girl -Növbəti qız qədər Jennifer də yağlanmış çörəyini sevir.
  • Fans should celebrate this time just as much as the Musician -Azərkeşlər bu dəfə Musiqiçi qədər qeyd etməlidirlər.
  • You should try and focus on positive things as much as possible -sən mümkün qədər müsbət şeylərə çalışmalı və üzərində dayanmalısan.

As Much As ilə bağlı inkar cümləsinə aid nümunələr

“As much as” ilə inkar cümlələr necə qurulur? “As much as” inkar cümlə quruluşu necədir? Kimi suallarla maraqlanırsınızsa, deyə bilərik ki, ‘As much as’ qəlibinin özünü inkar formaya gətirə bilməsək də, inkar formada olan cümlələrin içərisində istifadə edə bilərik.

Aşağıda “as much as” inkar cümlə quruluşuna aid olan nümunələrlə tanış ola bilərsiniz:

  • I don’t have time as much as you -mənim sənin qədər vaxtım yoxdur.
  • Jennifer cannot swim as much as you do -Jennifer sənin qədər üzə bilməz.
  • I cannot make as much money as Jennifer does in that company -mən bu şirkətdə Jennifer qədər pul qazan bilmərəm.
  • Jennifer doesn’t know as much as David about cooking -yemək mövzusunda Jennifer David qədər şey bilmir.
  • You don’t have as much tolerance as Jennifer -sənin Jennifer qədər tolerantlığın yoxdur.
  • I haven’t got as much luck as David -mənim David qədər şansım yoxdur.

As Much As ilə ilə bağlı sual cümləsinə aid nümunələr

  • Did Jennifer dance as much as she sang? -Jennifer mahnı oxuduğu qədər rəqs də etdimi?
  • Does your aunt drink tea as much as coffee? -sənin xalan kofe içdiyi qədər çay da içirmi?
  • Does David like football as much as Jennifer does? -David futbolu Jenniferin sevdiyi qədər sevirmi?
  • Does Jennifer drink as much tea as juice? -Jennifer meyvə suyu içdiyi qədər çay da içirmi?
  • Does David have as much money as Jane? -Davidin Jane qədər pulu varmı?
  • You bought as much chocolate as I could -sən ala bildiyin qədər şokolad satın aldın.
  • They need as much help as possible -onların mümkün olan qədər köməyə ehtiyacları var.

Bir mövzumuzun daha sonuna gəldik. Əgər İngilis dilində daha çox sayda söz əzbərləmək istəyirsinizsə, İngilis dilində söz əzbərləmək üçün ən sadə metodları axtarırsınızsa, sizə hər gün söz öyrənməli olduğunuzu xatırladacaq platforma axtarırsınızsa, o zaman Wordly ilə tanış olmaq üçün tələsin. Wordly sayəsində siz hər gün yeni sözlər öyrənməklə yanaşı, müəyyən müddət aralıqları ilə həmin sözləri təkrarlamış olacaqsınız ki, bunun sayəsində də sözləri unutmadan daha uzun müddət yadınızda saxlaya biləcəksiniz.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir