İngilis Dilində As Soon As İstifadəsi - Wordly Danışır ...

İngilis Dilində As Soon As İstifadəsi


İngilis Dilində As Soon As İstifadəsi

“As soon as” istifadəsi İngilis dili öyrənərkən qarşılaşdığımız “as…as” mövzularından biridir.  As soon as – kimi deməkdir.  “As soon as”  hadisənin dərhal sonra baş verəcəyini vurğulayır.

Çox vaxt oxşarlıqlarına görə “When” ilə qarışdırılır. Lakin bu səhvi etməkdən bacardığımız qədər qaçınmalıyıq. As soon as, məntiqlə baxsaq, iki cümlənin birləşməsinə kömək edən bir bağlayıcı rolunu oynayır. İki hərəkət cümləsinin arasında müəyyən bir zaman dilimi vardır. As soon As, bir hadisənin baş verməsinin arxasınca gələn digər bir hadisənin olduğunu və ya olacağını ifadə etmək üçün istifadə edilir. Hər iki hərəkət arasında zaman vardır və olur olmaz, gedər getməz və s. kimi tərcümə oluna bilər.

As…..As müvzusu ilə daha yaxından tanış olmaq üçün “İngilis Dilində  As İstifadəsi və As…..As Mövzu İzahı” yazısına keçid edin.

As Soon As Nədir? As Soon As Qrammatik İstifadəsi

As soon as, ya cümlənin əvvəlində, ya da ortasında gəlməlidir. As Soon As bağlayıcısı, təkrar edilən hər hansısa bir fəaliyyət ilə bağlı danışdığımız zaman Present Simple (İndiki zaman) tərzində istifadə edilir. Gələcəklə bağlı danışdığımız zaman indiki zaman ilə istifadə edirik və will  işlətmirik.

present tense + as soon as + present tense

as soon as + present tense + present tense

Gələcək ilə bağlı danışdığımız zaman təsirini hələ də göstərən keçmiş zamanda da istifadə edə bilirik. Keçmişlə bağlı bir şeydən danışdığımızda keçmiş zamanda istifadə edirik. Hər mövzuda olduğu kimi bu mövzunu da nümunələrlə, ingilis dilində cümlələrdə istifadə edərək daha yaxşı anlaya bilərik. İndi mövzunu bəzi nümunələrlə gücləndirək.

as soon as + past tense + past tense

As soon as my baby cried, I went to her room.

Uşağım ağlayan kimi onun otağına getdim.

past tense + as soon as + past tense

I started to work as soon as ı went to the office.

Ofisə gedən kimi işə başladım.

As Soon As Təsdiq (Affirmative) Cümlələr

  • As soon as she saw me, she burst out crying. – Məni görən kimi ağladı.
  • As soon as I have enough money, I will buy a car. – Pulum çatan kimi bir maşın alacağam.
  • I`ll buy a bookshelf as soon as you buy a book for home. – Sən evə kitab alan kimi mən kitab rəfi alacağam.
  • We will eat as soon as the children come. – Uşaqlar gələn kimi yeməyə başlayacağıq.
  • As soon as I get my degree certificate, I will apply for many jobs.- Diplom sertifikatımı əldə edən kimi bir çox iş üçün müraciət edəcəm.
  • As soon as she finished that project, she started working on the next.- Bu layihəni bitirdikdən sonra növbəti layihə üzərində işləməyə başladı.
  • I`ll buy a bookshelf as soon as you buy a book for home.  –  Sən evə kitab alan kimi mən kitab rəfi alacağam.
  • I know you do not want to cook for dinner, but I can’t be home early, so you need to go home as soon as possible and make the dinner ready, son.- Bilirəm ki, axşam yeməyinə yemək bişirmək istəmirsiniz, amma evdə tez ola bilmərəm, buna görə ən qısa zamanda evə getməyiniz və yeməyi hazırlamağınız lazımdır, oğlum.
  • The bestest time to go for a morning walk is as soon as one wakes up. – Səhər gəzintisinə çıxmaq üçün ən yaxşı vaxt insanın yuxudan durduğu andır.
  • As soon as I go to the sea, I reach for the sand.  –  Dənizə gedən kimi quma uzanıram.
  • I turn on my computer as soon as I go to work.  –  İşə gedən kimi kompüterimi yandırıram
  • As soon as they saw we had guns, they turned tail and ran away.- Silahlarımızın olduğunu görən kimi quyruğa dönüb qaçdılar.
  • As soon as our baby cries, I and my wife start to worry- Körpəmiz ağlayan kimi mən və həyat yoldaşım narahat olmağa başlayırıq.

As Soon As İnkar (Negative) Cümlələri

  • She does not have to buy boots for this winter as soon as she wears the old ones.- Bu qış köhnələrini geyindiyi müddətcə çəkmə almasına ehtiyac yoxdur.
  • She no sooner married him than she disappeared completely.  –  O, evlənən kimi tamamilə ortadan yoxa çıxdı.
  • You are not feeling good, as soon as possible you should sit somewhere and take deep breaths.- Özünüzü yaxşı hiss etmirsiniz, ən qısa müddətdə bir yerdə oturub dərin nəfəs almalısınız.
  • Whatever you do , wherever you go, as soon as you are happy, you will have a nice environment.- Nə edirsən etsin, hara getsən də, xoşbəxt olduğu müddətdə yaxşı bir mühitə sahib olacaqsan.
  • She does not have to dye her hair just to show people she is good hair dresser as soon as she has a good reputation. – Yaxşı bir şöhrət sahibi olduğu müddətdə, insanlara yaxşı bir bərbər olduğunu göstərmək üçün saçlarını boyamaq məcburiyyətində deyil.
  • I do not want to go to the school as soon as possible.- Mümkün qədər uzun müddət məktəbə getmək istəmirəm.
  • You cannot be spending all your money as soon as you’ve earned it.- Qazandığınız anda bütün pulunuzu xərcləyə bilməzsiniz.
  • He did not do his homework as soon as he has come home from school.- Məktəbdən gələn kimi ev tapşırığını yerinə yetirmədi.

As Soon As Sual (Question) Cümlələr

  • Do you want to eat breakfast as soon as possible?- Mümkün qədər tez səhər yeməyi yemək istəyirsiniz?
  • If Alfred Nota in his blue Ford was really interested in following Dean, why had the con taken off like a scared rabbit as soon as Dean showed up?  –  Mavi Fordda olan Alfred Nota həqiqətən Dekanı izləmək istəsəydi, Dekan görünən kimi niyə qorxulu bir dovşan kimi havalanmışdı?
  • Do people have right to tell you things, as soon as you are good enough at your job?- İşinizdə bacarıqlı olduğunuz anda insanların sizə bir şeylər söyləməyə haqqı varmı?
  • Why did the weather get warmer as soon as January was over?  –  Yanvar ayı bitən kimi hava niyə isindi?
  • What do you think about her marriage as soon as she graduated?- Məzun olan kimi ailə qurması barədə nə düşünürsən?
  • Why didn’t you just skip as soon as you had the dough?  – Niyə xəmirə sahib olan kimi atlamadın?
  • Do I have to write an essay as soon as the term starts?- Semestr başlayan kimi məqalə yazmalıyam?
  • Why Claudia left the room as soon as Jeff arrived?  –  Nə üçün Claudia, Jeff gələn kimi otaqdan çıxdı?
  • As soon as the red light turns on why did you turn left?  –  Qırmızı işıq yanan kimi niyə sola döndün?

 

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

Recent Content