İngilis dilində "Be Able To" istifadəsi: mövzu izahı - Wordly

İngilis dilində “Be Able To” istifadəsi: mövzu izahı


İngilis dilində _Be Able To_ istifadəsi_ mövzu izahı

İngilis dilində çox istifadə edilən “be able to/ will be able to/might be able to” qəlibləri adətən “Can/Could” əvəzinə də istifadə edilə bilən və gücümüzün çatdığı, edə bildiyimiz şeyləri ifadə edərkən istifadə etdiyimiz bir qəlibdir. “Be able to” qəlibi ilə əksər mənbələrdə modals mövzsunun içərisində qarşılaşmağımızın səbəbi odur ki, “can/could” da bir növ modal sözdür və “be able to” qəlibi ilə eyni mənaya gəlir. “Can/could” keçmiş və indiki zamanda olan hadisələrdən bəhs edərkən istifadə etdiyimiz bir modal söz ikən, “be able to” qəlibini bütün zamanlarla (tense) birlikdə istifadə edə bilərik.

İngilis dilində “Be Able To” nə mənaya gəlir?

Mənaca ”Can” qəlibindəm bir fərqi olmasa da, “Can” ilə müqayisədə daha formaldır. Yəni rəsmiyyət və səviyyə fərqlərinin olduğu hallarda “be able to” qəlibindən istifad edilir. Be able to strukturunda olan “olmaq”mənasına gələn “be” hər zaman cümlədə bu formada qalmaz və “am, is, are” və ya “was, were” olaraq istifadə edilə bilər. Strukturda olan “able to” ifadəsi isə olduğu formada qalır və “able” cümləyə “edə bilmək” mənasını qatır. Be able to cümlə strukturu formul olaraq belədir: Subject (mübtəda) + be + able + infinitive (məsdər)

Yuxarıda da qeyd edildiyi kimi “be able to” Azərbaycan dilinə “-edə bilmək” kimi tərcümə edilir və bacarıqlarımız haqqında danışmaq üçün bu qəlibdən istifadə edirik. Hər hansı bir zaman forması ilə birlikdə istifadə edilən qəlib olduğu üçün istifadəsi çox asandır.

İngilis dilində “Be Able To” istifadəsi və nümunələr

Unudulmamalı olan digər önəmli nöqtə isə odur ki, “be able to” hər zaman qəlib olaraq istifadə edilir:

I will be able to…

I was able to…

I had been able to…

  • You are able to run -sən qaça bilirsən.
  • They are able to ski -onlar xizək sürməyi bacarırlar.
  • David isn’t able to read -David oxuya bilmir.
  • Jennifer is not able to read arabic -Jennifer ərəbcə oxuya bilmir.
  • Jennifer is able to drive a car -Jennifer bir avtomobil idarə edə bilir.
  • David is able to speak Japanese -David Yapon dilində danışmağı bacarır.

İngilis dilində Be Able To ilə təsdiq cümlə nümunələri

Be able to qəlibini bütün növ zamanlarla istifadə edə bildiyimiz üçün təsdiq cümlə qurarkən “not” hissəciyi əlavə etmədən yuxarıda verilmiş olan formuldan istifadə edərək təsdiq cümləsi qura bilərik.

  • I was able to climb the tree with the help of the ladder my father gave me -atamın mənə verdiyi nərdivanın köməyi ilə ağaca dırmaşmağı bacardım.
  • My little sister Jennifer is now able to do her homework by herself because she completely learned reading and writing -Kiçik bacım Jennifer artıq oxumağı və yazmağı tamamilə öyrəndiyinə görə ev tapşırıqlarını özü edə bilər.
  • They will be able to drive a car when they get older -onlar böyüdükləri zaman maşın sürə biləcəklər.
  • David was able to run faster than me two years ago -David iki il əvvəl məndən sürətli qaça bilirdi.
  • I have been able to clean my living space since I went to the school -mən  məktəbə başladığımdan bəri yaşadığım yeri özüm təmizləyə bilirəm.
  • David is able to ride a bicycle -David velosiped sürə bilər.
  • Jennifer is able to sew the dress -Jennifer paltar tikə bilər.
  • They are able to speak three languages -Onlar üç dildə danışa bilər.

İndiki zamanda ziddiyyət bildirən bacarıqlardan bəhs edərkən istifadə edilir.

  • I am 70 years old. I am able to run -Mən 70 yaşındayam. Qaça bilərəm.
  • David is a baby. He is able to speak -David körpədir. O danışa bilər.
  • Jenny is an old lady. She is able to drive a car -Jenny yaşlı qadındır. O maşın sürə bilər.

İngilis dilində Be Able To ilə inkar cümlə nümunələri

Be able to qəlibi ilə inkar cümlə qurarkən “be” hissəsinə və köməkçi feilə “not” hissəciyi əlavə edilərək inkar cümlə forması qurulur: I wasn’t able to help you because I had an emergency call from my university -mən sənə kömək edə bilmədim, çünki universitetdən vacib zəng almışdım.

Yukarıdakı nümunədə gördüyünüz kimi “be” əvəzinə istifadə edilən was, “not” hissəciyi qəbul edərək inkar formaya gətirilmişdir.

  • David won’t be able to come to your birthday party, but he sent your birthday present with me -o, ad günü əyləncəsinə gələ bilməyəcək, ancaq sənin hədiyyəni mənimlə birlikdə göndərdi.
  • My grandfather hasn’t been able to drive a car since the traffic accident he went through last month -babam keçən ay yaşadığı yol qəzasından bəri maşın sürə bilmir.
  • Jennifer hasn’t been able to speak until now because of her trauma -Jennifer travmasına görə indiyə qədər danışa bilmirdi.
  • David isn’t able to play football because he doesn’t like it either -David futbolu sevmədiyi üçün həm də oynaya bilmir.

İngilis dilində “Will be Able to” necə istifadə edilir?

Bütün zaman formaları ilə istifadə edilə bilən bir qəlib olan “be able to” gələcəkdə ediləcək və ya gələcəkdə o bacarığa sahib ola biləcək şeylərdən bəhs edərkən “will” ilə birlikdə istifadə edilə bilər. Aşağıda mövzunu daha yaxşı başa düşməyiniz üçün cümlə nümunələri verilmişdir.

Will be able to qəlibini istifadə edə bilmək üçün aşağıdakı formuldan istifadə edə bilərsiniz: Subject (mübtəda) + will (future tense) + be + able + infinitive (məsdər)

İngilis dilində “Will be Able to” ilə təsdiq cümlə nümunələri

Bu qəlib vasitəsi ilə təsdiq cümləsi qurarkən future tense olan will ilə be able to qəlibini birləşdirib təsdiq cümlə qurmağımız mümkündür.

  • I will be able to afford a new car at the end of this year -Bu ilin sonunda yeni bir avtomobil ala biləcəyəm.
  • David will be able to help your French studies if you listen to him -Davidi dinləsəniz, Fransız tədqiqatlarınıza kömək edə biləcək.
  • My sister will be able to come to an hour house if she finds a plane ticket -Bacım təyyarə bileti tapsa bir saata evinə gələ biləcək.
  • You will be able to fly this plane one day -Bu təyyarəni bir gün uçura biləcəksiniz.
  • You will be able to study more focused if they turn down their music -Onlar musiqilərini söndürsələr, sən daha diqqətli öyrənə biləcəksən.
  • I will be able to speak Russian at the end of this course -Bu kursun sonunda rus dilində danışa biləcəyəm.
  • Jennifer will be able to drive a car -Jennifer bir avtomobil idarə edə biləcək.
  • You will be able to use a plane when you become a pilot -Pilot olduqda təyyarədən istifadə edə biləcəksiniz.

İngilis dilində “Will be Able to” ilə inkar cümlə nümunələri

“Will be able to” ilə birlikdə inkar cümlə qurmaq üçün “not” inkar hissəciyindən istifadə edilir və “won’t be able to” əmələ gəlir:

  • David won’t be able to swim if his fear that much -David bu qədər qorxarsa, üzə bilməyəcək.
  • I won’t be able to make it up for you because it is not my fault -Sənin üçün bunu edə bilməyəcəyəm, çünki bu mənim səhvim deyil.
  • Jennifer won’t be able to attend the meeting because she went to German for another job meeting -Jennifer başqa bir iş görüşməsi üçün Almaniyaya getdiyinə görə iclasda iştirak edə bilməyəcək.
  • You won’t be able to write this essay you suppose, you don’t trust my writing skills -Güman etdiyin bu yazını yaza bilməyəcəksən, yazı bacarığına etibar etmirsən.
  • Jennifer won’t be able to come to my Halloween party because she is in another city with her family -Jennifer mənim Halloween şənliyimə gələ bilməyəcək, çünki ailəsi ilə başqa bir şəhərdədir.
  • They won’t be able to stay at his home after earthquake -Zəlzələdən sonra onun evində qala bilməyəcəklər.
  • Jennifer won’t be able to speak properly after that accident -Jennifer bu qəzadan sonra düzgün danışa bilməyəcək.
  • We won’t be able to buy that big car -O böyük maşını ala bilməyəcəyik.

İngilis dilində “Might be Able to” ilə cümlə nümunələri

Bu qəlibi istifadə edərkən eyni ilə will be able to qəlibində etdiyimiz kimi cümlə quruluşuna sadəcə “might” əlavə edərək yaradırıq və istifadə formulu da aşağıdakı kimi olur: Subject (mübtəda) + might (modal feil) + be + able + infinitive (məsdər)

“Might” köməkçi feili ehtimal bildirən bir struktur olduğu üçün “might be able to” quruluşu da edilə biləcək hər hansı bir şeyin ehtimalını bildirir.

İngilis dilində “Might be Able to” ilə təsdiq cümlə nümunələri

“Might be able to” quruluşu ilə ehtimal və ya təxmin bildirən hər hansı bir şeyi pozitiv cümlə içərisində istifadə edə bilərik:

  • David might be able to visit you but I cannot promise -ola bilər ki, David səni ziyarət edər, amma söz verə bilmərəm.
  • David might be able to buy me a new car if his works go well -əgər işləri yaxşı getsə, David mənə yeni bir avtomobil ala bilər.
  • You might be able to play the guitar well if you take lessons -əgər dərslər alsanız gitarada yaxşı ifa edə bilərsiniz.
  • They might be able to win this race if they work hard -Çox çalışsalar bu yarışda qalib gələ bilərlər.
  • Jennifer might be able to help you -Jennifer sizə kömək edə bilər.

İngilis dilində “Might be Able to” ilə inkar cümlə nümunələri

“Might be able to” strukturunu inkar formaya gətirmək üçün “not” inkar hissəciyini gətirib “might not be” olaraq istifadə edirik.

  • You might not be able to ride a bike in the forest because the road is bumpy -Sənin yolun kələ-kötür olduğu üçün meşədə velosiped sürə bilməyəcəksiniz.
  • You might not be able to sit in this class because you failed it three times -Üç dəfə uğursuz olduğunuz üçün bu sinifdə otura bilməyəcəksiniz.
  • David might not be able to catch the dinner because he said he has work to do in the Office -David ofisində işinin olduğunu söylədiyinə görə nahar edə bilməyəcək.
  • Jennifer might not be able to sing because the microphone is broken -Mikrofon pozulduğuna görə Jennifer oxuya bilməyəcək.
  • I might not be able to reach my goals if I remain like that -Belə qalsam məqsədlərimə çata bilməyəcəyəm.

Should be Able to istifadəsi İngilis dilində necədir?

Mövzu ilə bağlı cümlə nümunələri ilə tanış olmaq üçün bu link vasitəsi ilə PDF faylı əldə edə bilərsiniz.

İngilis dilində Should Be Able To təsdiq cümlə nümunələri

Aşağıda “Shoul be able to” istifadəsinə aid təsdiq cümləsi nümunələri verilmişdir:

  • David should be able to open his phone because I fixed it -David telefonunu aça bilməli idi, çünki mən düzəltdim.
  • You should be able to thank me for my help, but instead, you choose to be silent -Yardımıma görə mənə təşəkkür etməyi bacarmalısan, sən isə əksinə susmağı seçdin.
  • They should be able to reach her now because her plane must be landed by now -İndi ona çata bilməlidirlər, çünki təyyarəsi indiyə qədər enməli idi.
  • Jennifer should be able to see clearly again with the help of her new glasses, but she is still seeing blurry -Jennifer, yeni eynəklərinin köməyi ilə yenidən aydın bir şəkildə görməli olmalıdır, lakin o hələ də bulanıq görür.
  • I should be able to concentrate more on my book while listening to classical music, but it distracts me more -Klassik musiqi dinləyərkən kitabımda daha çox fokslana bilməliyəm, amma bu, məni daha çox yayındırır.

İngilis dilində Should Be Able To inkar cümlə nümunələri

Aşağıda Shoul be able to istifadəsi aid inkar cümləsi nümunələri verilmişdir:

  • They shouldn’t be able to call you back because you blocked them -siz onları blokladığınız üçün sizə yenidən zəng edə bilməməlidirlər.
  • I shouldn’t be able to play football by now because I hurt my leg, but have been playing anyways -İndiyə qədər ayağımı incitdiyim üçün futbol oynaya bilməməli idim, amma yenə də oynayıram.
  • You shouldn’t be able to use the bathroom here because it says “only staff” on the sign, but the attendant allowed you to use it -Buradakı hamamdan istifadə edə bilməməlisiniz, çünki lövhədə “yalnız işçilər” yazılıb, lakin nəzarətçi onu istifadə etməyinizə icazə verdi.
  • We shouldn’t be able to see our scores before the teacher announced -müəllimin elanından əvvəl ballarımızı görə bilməməli idik.
  • Jennifer shouldn’t be able to finish her assignment because she said her computer was broken -Jennifer, kompüterinin xarab olduğunu dediyinə görə tapşırığını bitirə bilməməlidir.

Bcarıqlardan bəhs edərkən Be Able To istifadəsi

  • Jennifer is able to ride a bicycle -Jennifer velosiped sürməyi bacarır.
  • Jennifer is able to sew the dress -Jennifer paltar tikə bilir.
  • They are able to speak two languages -onlar iki dildə danışa bilirlər.

İnkar cümlələri:

  • I am not able to drive a bus -mən avtobus sürə bilmirəm.
  • Jennifer is not able to brew tea -Jennifer çay dəmləyə bilmir.
  • You are not able to write correctly -sən düzgün yaza bilmirsən.

Sual cümlələri:

  • Are they able to ride a horse? -Onlar ata minə bilirlərmi?
  • Is Jennifer able to sew the dress? -Jennifer paltar tikə bilirmi?
  • What are you able to do? -sən nə edə bilirsən?

İngilis dilində Have Been Able To cümlə nümunələri

Aşağıda “Have been able to” istifadəsinə aid cümlə nümunələri verilmişdir:

  • David wouldn’t have been able to do that without me -David bunu mənsiz edə bilməzdi.
  • I wouldn’t have been able to do that without their help -Onların köməyi olmadan bunu edə bilməzdim.
  • If I were a bird, I would have been able to fly to them -Bir quş olsaydım, onlara uçmağı bacarardım.
  • I wouldn’t have been able to do that without David’s help -Davidin köməyi olmadan bunu edə bilməzdim.
  • I wouldn’t have been able to do that if David hadn’t helped -David kömək etməsəydi bunu edə bilməzdim.
  • David wouldn’t have been able to do that without Mary’s help -David Mary-nin dəstəyi olmadan idarə edə bilməzdi.
  • David wouldn’t have been able to manage without Mary’s support -David Mary-nin dəstəyi olmadan idarə edə bilməzdi.
  • I wouldn’t have been able to finish the job without their help -Onların köməyi olmadan işi bitirə bilməzdim.
  • I was just wondering if they have been able to find a place to live -Sadəcə yaşayış yeri tapa bildiklərini düşünürdüm.
  • If David had been speaking French, I would have been able to understand him -David fransızca danışsaydı, mən onu başa düşə bilərdim.

İngilis dilində Be Able to sual cümlələri

  • Are they able to ride a horse? -onlar ata minə bilirlərmi?
  • Is Jennifer able to sew the dress? -Jennifer paltar tikə bilirmi?
  • What are they able to do? -nə edə bilərlər?
  • Are they able to run? -qaça bilirlərmi?
  • Is David able to walk fast? -David sürətli gedə bilirmi?
  • Where is Jennifer able to drive the car? -Jennifer avtomobili harada idarə edə bilər?

Was və Were ilə Be Able to necə istifadə edilir?

Was / Were able to keçmişdə bir dəfə baş verən hadisə üçün istifadə edilir.

  • They were able to see each other -Onlar bir-birlərini görə bildilər.
  • David was able to recognize the corpse -David cəsədi tanıya bildi.

Be Able To PDF mövzu izahı

İngilis dilində “be able to” mövzu izahı ilə bağlı PDF-i bu link vasitəsi ilə əldə edə bilərsiniz.

Can, Could və Able to arasındakı fərq nədir?

İngilis dilində bacarıqlardan bəhs etmək üçün “Can/Could” qəlibindən istifadə edilir. Azərbaycan dilində “edə bilmək” mənasına gəlir.

  • Jennifer can swim -Jennifer üzə bilir.
  • My mother can speak Japanise -mənim anam Yapon dilində danışa bilir.
  • You can climb that mountain -sən o dağa qalxa bilərsən.
  • My brother can play the guitar -mənim qardaşım gitara çala bilər.
  • My students can draw -Tələbələrim rəsm çəkə bilər.

Can vasitəsi ilə inkar cümlə qurmaq, yəni edə bilmədiyimiz hər hansı bir şeyi bildirmək üçün isə “Can” qəlibinin yanına inkar hissəciyi olan “not” əlavə edilir və qısa formada “can’t” olaraq yazılır.

  • Jennifer can’t play volleyball -Jennifer voleybol oynaya bilmir.
  • My father can’t speak Russian -Atam rus dilində danışa bilmir.
  • I can’t ski -mən xizək sürə bilmirəm.

Sual cümləsi qurmaq üçün isə “can” köməkçi feil mübtədadan əvvələ gətirilir.

  • Can you draw? -sən rəsm çəkə bilirsən?
  • Can your students speak Russian? -Tələbələriniz rus dilində danışa bilirmi?

Eyni zamanda reallaşması, həyata keçməsi ehtimal olunan hər hansı bir şey haqqında danışmaq üçün də “Can” istifadə edilir: The doctor can see you at 3.00 –həkim sizi saat 3.00-də görə bilər.

Burada ifadə edilən odur ki, həkimin sizi müayinə etməsi saat 3-dən əvvəl olmayaq.

  • They can not buy flowers at butchers -onlar qəssabdan gül ala bilmirlər.
  • Jennifer can come to İstanbul this evening -Jennifer bu axşam İstanbula gələ bilər.

Could “can”-n keçmiş zaman formasıdır. Bütün şəxslər üçün eyni formada “could” olaraq istifadə edilir. Sual cümlələrində isə “could” mübtədadan əvvələ gətirilir. İnkar formanı düzəltmək üçün isə yanına inkar şəkilçisi olan “not” əlavə edilir.

Bu cümlələrdə həmişə feilin birinci formasından istifadə edilir:

  • I could swim when I was 5 years old -Mən 5 yaşımda üzə bilərdim.
  • My father couldn’t finish his work last midnight -Atam dünən gecə yarısı işini bitirə bilmədi.

Keçmiş zamanda meydana gəlmiş və ümumi bacarıqları ifadə edən cümlələrdə “could” və “be able to” bir-birinin yerinə istifadə edilə bilir, ikisi arasında hər hansı bir fərq yoxdur.

  • I could ride a bicycle when I was five -Beş yaşımda velosiped sürə bilərdim.
  • Was your grandmother able to drive a car when she was young? -sənin nənən cavan ikən maşın sürə bildimi?

Ancaq keçmişdə sadəcə bir dəfə baş vermiş işlərdə bacarıq ifadə etmək üçün “could” istifadə edilməz, bunun əvəzinə “be able to” və ya “managed” istifadə edilir.

  • The table was very heavy. But Jennifer was able to lift it -Stol çox ağır idi. Ancaq Jennifer onu qaldıra bildi.
  • It was to foggy yesterday. Were you able to drive to home? -Dünən hava dumanlı idi. Evinə qədər maşın sürə bildinmi?

Bu iki cümlədə “could” istifadə edilməz. Çünki bəhs edilən hadisələr keçmişdə ümumi olaraq baş verən hər hansı bir şeydən və ya bacarıq deyil. Sadəcə bir dəfəyə məxsus olan və bütün maneələrə baxmayaraq baş verən hadisələrdən bəhs edilir.

Duyğu orqanları ilə bağlı olan feillərdə isə bir dəfəyə məxsus olsa belə “could”, “be able to” və ya “managed” istifadə edilə bilər.

  • The thief was coming towards my home -Oğru evimə tərəf gəlirdi.
  • But you could see him through the keyhole -Ancaq sən onu açar dəliyindən görə bilirdin.
  • But you were able to see him through the keyhole -Ancaq sən onu açar dəliyindən görə bilirdin.

Göründüyü kimi yuxarıdakı iki cümlə arasında heç bir məna fərqi yoxdur.

  • Could your mother hear the strange sounds from the next-door flat last day? -Ötən gün sənin anan qonşu mənzildən qəribə səsləri eşidə bildimi?
  • Was your mother able to hear the strange sounds from the next-door flat last day? -Ötən gün sənin anan qonşu mənzildən qəribə səsləri eşidə bildimi?

Keçmiş zamanda inkar cümlə və suallardakı bacarıqları ifadə etmək üçün couldn’t və ya weren’t/wasn’t able to istifadə edilir. İnkar cümlələrində adətən baş verən işlər və ya sadəcə bir dəfə edilən işlər deyə bir fərq yoxdur.

  • My sister couldn’t swim when she was 10 -Bacım 10 yaşında olarkən üzə bilmirdi.
  • My sister wasn’t able to swim when she was 10 -Bacım 10 yaşında olarkən üzə bilmirdi.

Göründüyü kimi yuxarıdakı iki cümlə arasında heç bir məna fərqi yoxdur.

Aşağıda bununla bağlı sual cümləsi də verilmişdir və qeyd edildiyi kimi bu iki cümlə arasında da hər hansı bir məna fərqi yoxdur:

  • Couldn’t Jennifer open the door this morning? -Jennifer bu səhər qapını aça bilmədi?
  • Wasn’t Jennifer able to open the door this morning? -Jennifer bu səhər qapını aça bilmədi?

Bacarıqlar gələcək zaman formasında təsdiq, inkar və sual cümlələrində sadəcə “be able to” ilə ifadə edilir. Gələcək zaman üçün “can” istifadə edilmir.

  • The teacher wil be able to rest after school -müəllim dərsdən sonra dincələ biləcək.
  • I won’t be able to read anymore -artıq oxuya bilməyəcəm.
  • Will they be able to find the key? -onlar açarı tapa biləcəklərmi?
  • Won’t the baby be able to sleep in your room tomorrow night? -uşaq sabah axşam sizin otağınızda yata bilməyəcəkmi?

İngilis dilində digər modal feillər və Be Able To fərqləri

İngilis dilində “be able to” ilə “have to”“must” qarışdırılmamalıdır. Bu məqsədlə də “have to” və “must” istifadəsinə aid məlumat verdiyimiz yazılarımızı oxumağı unutmayın.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir