İngilis dilində “İngilis dilini bilmirəm” necə deyilir? - Wordly Danışır ...

İngilis dilində “İngilis dilini bilmirəm” necə deyilir?


İngilis dilində bilmirəm necə deyilir

İngilis dilini yeni öyrənməyə başlayanların ən çox çətinlik çəkdikləri məqam yeni birisi ilə tanış olarkən etik normalar daxilində, kobud olmadan, qrammatik qaydalara uyğun olaraq bu dili yeni öyrənməyə başladıqlarını və ya hələ heç nə bilmədiklərini deməkdir. Bu səbəbdən də bu yazımızda həm ilk qarşılaşmalar üçün köməyinizə çata biləcək “İngilis dilini bilmirəm” ifadələri, həm də İngilis dilini öyrənməyin ən effektiv yolları mövzusuna toxunulmuşdur. Burada siz aşağıdakı başlıqlar ilə tanış ola bilərsiniz.

  • İngilis dilini necə öyrənə bilərsiniz?
  • İngilis dilini öyrənməyin ən effektiv yolları

İngilis dilində “İngilis dilini heç bilmirəm” necə deyilir?

İngilis dilində “İngilis dilini heç bilmirəm” və ya “İngiliscəm çox bərbaddır” tipli cümlələri qurmaq üçün “bad” və “terrible” sözlərindən istifadə etməməyə çalışmaq lazımdır. Bunun yerinə aşağıdakı frazalardan istifadə edə bilərik.

Don’t say: “My English is terrible.”

Say: “I’m working on improving my English.”

Diqqət etmək lazımdır ki, ikinci cümlə pozitiv məna daşıyır və dinləyicidə mənfi fikir formalaşmasının qarşısına keçir.

Don’t say: “Sorry for my bad English”

Say: “English isn’t my first language, so please excuse any mistakes.”

İkinci cümlə sizin ana dilinizin İngilis dili olmadığını və qarşı tərəfdən səbr, anlayış gözlədiyinizi “bad” sözünü istifadə etmədən bildirmiş olur.

Don’t say: “I don’t understand.”

Say: “Could you repeat that, please?”

“Could you rephrase that, please?”

“Could you speak a little slower so that I can understand you better?”

Əgər qarşı tərəf sizi başa düşmürsə, o zaman bunu dəqiqləşdirmək üçün “Does that make sense?” ifadəsindən istifadə edilə bilər.

Əgər həmin şəxs “no” – xeyr cavabını verirsə, o zaman:

“Let me try again.” – təkrarlamağıma icazə ver və ya “Let me clarify.” – açıqlamağıma icazə ver.

İfadələrindən istifadə edilə bilər.

İngilis dilini necə öyrənə bilərsiniz?

İngilis dilini hansı sahədə istifadə edəcəyinizə qərar verin:

İngilis dilini öyrənməyə başlamaq istəyirsinizsə, o zaman əvvəlcə bu dili hansı məqsədlə müəyyən etməyiniz xeyrinizə olacaqdır.

Ümumi İngilis dili

Dili daha çox insanla ünsiyyətdə olmaq və ya əlaqə saxlamaq məqsədi ilə öyrənmək istəyirsinizsə, o zaman “ümumi kateqoriya”da təhsil almaq lazımdır. Əgər hər hansı bir kursa başlamağı düşünürsünüzsə, o zaman istədiyiniz təhsili ümumi İngilis dili olduğunu bildirməlisiniz.

İş üçün İngilis dili

Beynəlxalq keyfiyyətli firmalarda işləyə bilmək üçün, işin üzərində çalışarkən başqa saytlarda tərcümə ilə məşğul olmamaq, eyni zamanda sahənizlə əlaqəli məqalə oxuyarkən İngilis dilindəki terminləri çətinlik çəkmədən başa düşə bilmək üçün hədəflərinizin arasındadırsa, almalı olduğunuz təhsil iş İngiliscəsidir.

Akademik İngilis dili

Akademik kariyera haqqında düşünənlər və ya xaricdəki hər hansı universitetin İngilis dili imtahanına hazırlaşanlar akademik İngilis dili təhsili almalıdırlar.

İmtahan İngiliscəsi

Xaricdəki universitetlərin İngilis dili imtahanlarına və ya IELTS, TOEFL kimi İngilis dili səviyyəsini beynəlxalq səviyyədə ölçən imtahanlardan birinə qeydiyyatdan keçmək və bu səbəblə o imtahanlara hazırlaşmaq istəyənlər imtahanlara hazırlıq üçün İngilis dili tədrisinə başlanmalıdır. Eyni zamanda hansı imtahana girməyi düşündüyünüz də olduqca vacibdir, çünki hər imtahanın özünəməxsus qaydaları mövcuddur.

Öyrənmək stilini müəyyənləşdirmək

Əgər İngilis dilini nə məqsədlə öyrənmək istədiyinizə qərar verdinizsə, o zaman sonrakı mərhələ öyrənmə stilinizi müəyyən etməkdir. Necə tələbəsiniz? Dərsi dərsdə öyrənənlərdən, yoxsa hər şeyi qeyd edib evdə oxuyanlardan? Bunun kimi bir çox fərqli öyrənmə stili mövcuddur. Özünüzün necə tələbə olduğunuzu müəyyənləşdirin.

Görərək öyrənmə

Bu öyrənmə qabiliyyətinə sahib olan tələbələr müəyyən məlumatı öyrənərkən şəkillər, xəritələr və s.  istifadə etməyi seçirlər. Müəllimlərinin istifadə etdikləri təqdimatlar və materiallar onların diqqətini çəkir və orada gördüklərini yaxşı öyrənirlər. Əgər tərziniz görərək öyrənməkdirsə, o zaman cizgi filmləri izləyə, xarici film və seriallara baxa bilərsiniz.

Dinləmə yolu ilə öyrənmə

Qulaq asaraq öyrənmə bacarığı olan tələbələr qrup mübahisələri edərək, dərsdə danışanlara və dərsi izah edən müəllimə qulaq asaraq daha yaxşı formada öyrənirlər. Bu tələbələrin öyrənmə tərzi adətən təkrarlayaraq öyrənməkdir və öyrəndiklərini beyinlərində kodlayaraq daha yaxşı yadda saxlaya bilirlər.

Bu növ öyrənmə bacarığına sahib olan insanlar da yuxarıda yazılan metodlardan istifadə edə bilər. Çünki cizgi filmi və kinoları izləmək həm gözə, həm də qulağa xitab edir.

Danışaraq öyrənmə

Bu tələbələrin oxumağa və yazmağa marağı yüksək, sözlərlə arası yaxşı olur. Adətən sinfin ən yaxşı qeyd aparan tələbələri bu öyrənmə metoduna sahib olan tələbələr arasından çıxır. Müəllimin səs tonundan əlavə, nə danışdığına fokslanırlar. Bu tələbələr İngilis dili səviyyələrinə uyğun oxuma kitablarını səsli oxumalı, ilk dəfə gördükləri sözlərlə bağlı qeydlər aparmalıdırlar.

Kinestetik öyrənmə

Kinestetik öyrənmə stilinə sahib olan tələbələr, informasiyanı əldə tutla biləcək formada öyrənməyi xoşlayırlar. Buna misal olaraq sinifdəki oyunları, çöldəki müşahidələri göstərmək mümkündür. Yəni bu tələbələr onları aktiv saxlayacaq hadisələrlə öyrənməyi seçirlər. Kinestetik zəkaya sahib olanlar küçələrdə turist axtara, tapdıqları hər turistlə söhbət etməyə başlaya bilər. Büdcənin imkan verdiyi təqdidə xarici səfərlərə, səyahətlərə çıxmaq dilinizi inkişaf etdirəcəkdir.

Riyazi öyrənmə

Riyazi öyrənmə tərzinə sahib olan tələbələr məntiqlə hərəkət etməyi sevirlər. Analiz gücləri yüksək və mühakimə etmə qabiliyyətinə sahib olan insanlardırlar. Özlərinəxas sistemləri var və bu sxemlə öyrənirlər. Riyazi zəkaya sahib olan tələbələr qrammatik qaydaları ən asan öyrənən tələbələr arasındadırlar. Qramamtika ilə bağlı çox da problemlər yaşamayan bu tələbələrə bol-bol danışmaq tövsiyə edilir. İngilis dili səviyyəsinə uyğun olaraq kitablar oxumaq da mümkündür.

Şəxsi öyrənmə

Şəxsi öyrənməkdən zövq alan tələbələr üçün tək başlarına əldə etdikləri uğurlar ön planda olur. Qrup işlərindən fayda əldə edə bilmirlər. Təklikdə oxumaqdan zövq alan tələbələr üçün kitabları səsli formada oxumaq tövsiyə edilir. Öz-özlərinə İngilis dilində mahnıları karaoke olaraq oxuya bilərlər.

Sosial öyrənmə

Sosial öyrənmə stilinə sahib olan tələbələr qrup işlərində daha aktiv rol alırlar və eyni zamanda zövq alırlar. Sosial zəkaya sahib olduğunu düşünənlərə insanlarla arasına çıxmaq tövsiyə edilir. Başqa insanlarla İngilis dili məşqləri etmək öyrənməyiniz üçün faydalı olacaqdır.

Qeyd etmiş olduğumuz tövsiyələr, “bu zəkaya sahib olanlar sadəcə bu tövsiyələrə əməl etməlidir” mənasına gəlmir. İnsanlar birdən çox öyrənmə tərzinə sahib ola bilər və verilən məsləhətlərin hər biri İngilis dilini öyrənən hər kəs üçün keçərlidir. Özünüz üçün uyğun olduğunuzu düşündüyünüz metodları seçərək tətbiq etməyə başlaya bilərsiniz.

İngilis dili və dil bacarıqları

Hər işdə olduğu kimi İngilis dili öyrənmədə də müəyyən bir sıra vaardır. İngilis dilini öyrənərkən əksər tələbələrin yaşadığı ilk problem də məhz sıra ilə bağlıdır. Necə ki, səhv sıralama ilə düzgün yemək ortaya çıxarmaq mümkün deyil, eləcə də dili öyrənməyə səhv sıra ilə başlamaq olmaz. Bu səbəbdən də sıranın dil öyrənərkən yeri olduqca vacibdir.

Qrammatika biliyi

Sıranın ən üst hissəsində qramamtika biliyi gəlir. Qrammatika biliyi söz biliyi, cümlə strukturu və s. kimi mövzulardan ibarətdir. Bu səbəbdən də İngilis dilini öyrənməyə başlayanlar adətən qrammatik qaydaları əzbərləməyə meyilli olurlar. Əzbərlənən məlumatlar daha tez yaddan çıxdığı üçün bu nöqtədə verilə biləcək ən uyğun tövsiyə uşaq ikən Azərbaycan dilini öyrənmək üçün etdiyimiz sıralamadan istifadə etmək, qrammatik qəlibləri, sözləri dinləmək, oxumaq, cümlə içərisində istifadə etmək və əzbərləməkdən fərqli olaraq öyrənməyə çalışmaqdır.

Digər bacarıqları inkişaf etdirə bilmək üçün qramamtik qaydaları yaxşı başa düşmək lazımdır. Əvvəlcə qrammatikanı, sonra isə cümlənin necə qurulduğunu öyrənmək lazımdır. Daha sonra isə oxumaq, qulaq asmaq, söz ehtiyatını artırmaq lazımdır.

Oxumaq

Sıralamada ikinci yerdə oxumaq dayanır. İngilis dilini inkişaf etdirməyin bəlkə də ən doğru yolu oxuyaraq öyrənmək ola bilər. Çünki oxumaq həm öyrənilənləri gözlə görərək yaxşılaşdırmağı təmin edir, həm də yeni məlumatlar əldə etməyə imkan verir. Danışarkən və ya qulaq asarkən düzgün danışdığınızdan, düzgün başa düşdüyünüdzən əmin olmasanız  da, oxuyarkən hər sözün və ifadənin düzgün istifadə qaydasını öz gözlərinizlə görə bilərsiniz və yazma bacarıqlarınız inkişaf edər.

Qulaq asmaq

Qulaq asaraq öyrənmə qabiliyyətinə sahib olan tələbələrin ən sevdiyi mərhələ bu mərhələdəri. Həm oxumaq, həm də dinləmək birlikdə tətbiq edildiyi zaman tələffüz inkişaf edir. Tələbələr kinoya, filmlərə baxaraq, mahnılara qulaq asaraq bu bacarıqlarını inkişaf etdirə bilərlər.

Yazmaq

Yazmağın avantajı insana həm düşünmə, həm də bunları yazmaq fürsəti verməsindədir. Kağız üzərindəki səhvləri görüb düzəltmək mümkündür. Bu metod, insana düzgün danışıq qabiliyyəti də qazandırır. Yazaraq cümlə qurmaq qabiliyyətini qazanmağın sayəsində sonralar öyrənilənlər danışığa sirayət edər.

Danışmaq

Əgər yaxşı formada danışa bilirsinizsə, deməli yuxarıda sayılan dörd bacarığı yerinə yetirə bilirsiniz. Bu dörd bacarığın güclərini birləşdirdiyi nöqtə də məhz elə danışıq qabiliyyətidir. Əziyyətini çəkdiyimiz hər şey zamanla danışığımızda öz yerini tapır.

İngilizce Dil Becerilerinizi Nasıl Geliştirebilirsiniz?

Bir dilin öğrenimindeki yapı taşlarını oluşturan becerileri de anlattığımıza göre şimdi de bunlar için ufak tavsiyeler verebiliriz. Bir sıralamanın olduğunu söylemiştik ve bu sıralamanın ne kadar önemli olduğunu da. Verdiğimiz tavsiyeleri yine sıralamayı göz önünde bulundurarak almalısınız.

Oxumaq: Qrammatika öyrənərkən qarşınıza çıxan qaynaqları oxumaqdan bəhs etmirik. Oxumağa başlamazdan əvvəl İngilis dili səviyyəsini müəyyənləşdirmək və səviyyəyə uyğun olan kitabları oxumağa başlamaq lazımdır. Əks halda nə zövq, nə də fayda almaq mümkün deyil. Oxuyarkən edilə biləcək ən yaxşı metodlardan biri də səsli oxumaqdır. Bu həm tələffüzü inkişaf etdirəcək, həm də danışıq təcrübəsi qazandıracaqdır.

Qulaq asmaq: Bu da inkişaf etdirərkən zövq ala biləcəyiniz pillədir. Təbii ki, bu metod sadəcə film izləməkdən ibarət deyil. Əvvəlcə qulaq asacağınız səs yazısını və mətni hazırlayın. Daha sonra isə mətnə baxmadan səsə bir neçə dəfə qulaq asın. Sonra isə mətni başdan sona qədər oxuyun, analiz edin və sözləri öyrənin. Mətnlə birlikdə səs yazısını dinləyin. Son olaraq isə səs yazısındakı hər detalı yaxşıca başa düşənə qədər mətn olmadan qulaq asın. İşə yaradığının fərqinə varacaqsınız.

Yazmaq: Bu mərhələyə qədər verilən bütün bacarıqlara “anlama bacarıqları” deyilir. Bunlar bizdən hər hansı aktivlik gözləməyən bacarıqlardır. Yazmaq və danışmaq mərhələlərinə keçə bilmək üçün başa düşmə bacarığını inkişaf etdirmək lazımdır. Yazma qabiliyyətimizi inkişaf etdirəcək ən vacib nöqtələrdən biri Azərbaycan dili ilə İngilis dili arasındakı fərqləri yaxşı başa düşməkdir. Daha sonra isə söz ehtiyatı və sözlərdən düzgün istifadə etməyi bilmək lazımdır. Müəyyən miqdarda qrammatik biliklərə də sahib olmaq vacibdir. Bütün bunları inkişaf etdirdiyiniz zaman yazma qabiliyyəti də inkişaf edəcəkdir.

Danışmaq:

Bu qabiliyyəti inkişaf etdirə bilmək üçün sağlam təməlin olması vacib şərtdir. Belə ki, danışma mərhələsinə qədər bütün pillələrin təməlinin yaxşı oturmuş olması lazımdır ki, İngilis dilində uğurlu formada çıxış edə bilək. Edilən ən böyük səhvlərdən biri də Azərbaycan dilində düşünmək, dolayısıyla həm fikirləşib, həm də Azərbaycan dilindən İngilis dilinə tərcümə etməyə çalışmaqdır. Bu bizə vaxt itkisi yaradır. Eyni zamanda sözlərin tələffüzünü bilməmək də işi çətinləşdirməkdədir.

Danışıq qabiliyyətini inkişaf etdirmək üçün özünüzə danışa biləcəyiniz mövzular tapın, səbəblər yaradın. Dostlarınızla İngilis dilində söhbət edin. Oxuduqlarınızı ürəyinizdə yox, səsli oxuyun. Yeni öyrəndiyiniz sözləri həm yadda saxlamaq, həm də danışığınızın inkişaf etməsi üçün həmin sözlərlə bağlı cümlələr qurun.

İngilis dilini necə öyrənmək istəyirsiniz?

İngilis dilini necə öyrənəcəyinizi başa düşmək üçün bir çox suala cavab verməli olduğunuzu bu nöqtəyə qədər başa düşmüsünüz. Unutmayın ki, bu proses uzun, lakin nəticə əldə etməyimizə faydalı olan prosesdir. Qarşılaşacağınız bir digər sual isə İngilis dilini necə öyrəndiyiniz ilə bağlıdır. Yəni bu yolu özünüz tək olaraq davam etmək istəyirsiniz, yoxsa bir müəllim köməyi ilə qrup şəklində?

Plan və proqram qurun

İnkişafınızı daha yaxından izləyə bilmək üçün özünüzə uyğun plan qurmaqda fayda var. Plan qurarkən yuxarıda bəhs edilən dil bacarıqlarının təkmilləşdirilmə sırasının gözünüzün önündə saxlamağınız daha çox effekt əldə etməyiniz üçün mütləq şəkildə vacibdir.

Özünüzə uyğun cədvəl qurmaq:

Cədvəli istər həftəlik, istərsə də aylıq hazırlaya bilərsiniz. Dilin 4 bacarıq formasının hər birində necə inkişaf etdiyinizi görmək üçün bu bacarıqların hər birini ayrı-ayrı başlıqlar formasında hazırlamağınız faydalı olacaqdır. Qurduğunuz proqrama əməl edin. Məşğul ola bilmədiyiniz günlərin əvəzini çıxartmağa çalışın. Əgər cədvəlin sizə uyğun olmadığını düşünürsünüzsə, cədvəli dəyişdirməkdən çəkinməyin.  Əksəriyyətimiz özümüzə uyğun olan planları ilkin mərhələdə düzgün nizamlaya bilmirik. Bunun vaxt alacağını unutmayın.

Əlinizin altında mütləq şəkildə lüğət saxlayın:

İngilis dilini öz-özünüzə inkişaf etdirmə zamanı ən yaxın dostlarınızdan birisi lüğət olacaqdır. Gündəlik həyatınızda hər an internetə çıxışınız olmaya bilər və bu da sizə istədiyiniz zaman istədiyiniz sözün qarşılığını tapa bilməmək kimi dezavantajlar gətirə bilər. Bu səbəbdən də telefonunuzda mütləq şəkldə ən az bir dənə offline rejimdə istifadə edə biləcəyiniz lüğət tətbiqetməsinin və ya cib lüğətinin olmasında fayda vardır.

İngilis dilini öyrənməyin ən effektiv yolları

Öyrəndiyiniz yeni sözlərin hamısını qeyd edin

                Bu klassik tövsiyədir. Çünki işə yarayır. Yeni söz öyrənməkdən o qədər xoşumuz gəlir ki, o sözü heç vaxt unutmayacağımızı düşünürük. Ancaq əmin olun ki, bütün sözlər ilk dəfədən ağlımızda qalmır. Hətta qalsa belə, zaman keçdikcə mütləq şəkildə unudulur. Bunun qarşısına keçmək üçün yanınızda qeydlər apardığınız dəftər saxlayın və ya əgər dəftər gəzdirmək çox da xoşunuza gəlmirsə, o zaman Evernote kimi proqramlardan istifadə edə bilərsiniz. Yeni söz eşitdiyiniz və oxuduğunuz zaman həmin sözü, içində istifadə edildiyi cümlə ilə birlikdə qeyd edin.

İnsanlarla real həyatda ünsiyyət qurun

                Əgər ünsiyyət qurmaq üçün istifadə etməyəcəksinizsə, o zaman dil nə işə yarayacaq ki? Təbii ki, WhatsApp sayəsində ağzımızı açmadan ünsiyyət qurma mövzusunda artıq mütəxəssisləşmişik. Ancaq hər hansı bir dili danışmaq, o dildə yazılmış yazıları oxumaqdan və ya həmin dildə yazılar yazmaqdan daha faydalıdır. Dil öyrənənlərin yarısından çoxu “başa düşürəm, amma danışa bilmirəm” deyənlərdir. İngilis dilində danışmaq və sürətli formada İngilis dilində öyrənmə istəyi olan çox sayda insanların çoxu ilk uğursuzluqda, öyrənməyi bir kənara qoyurlar. Onlardan biri olmayın. Ana dili İngilis dili olan və sadəcə söhbət edə biləcəyiniz insanları axtarın, bir kursa yazılın və ya internetdən dərslər alın.

İngilis dilində proqramlar yayımlayan kanallara abunə olun

                Siyasət? Bloqlar? Yemək hazırlama proqramları? Əyal edə biləcəyiniz bütün maraq dairələrini əhatə edən mövzularda mütləq şəkildə İngilis dilində yayımlar edən YouTube kanalı ya da radio proqramları mövcuddur. Bunlardan bir neçəsinə abunə olun və maşın sürdüyünüz zaman, məktəbə, işə və s. gedərkən bu proqramları dinləyin. İlk başda, yerli aksentlərin bir az çətin olduğunu düşünəcəksiniz, ancaq bir müddət izləməyə (dinləməyə) davam etdikdən sonra nə eşitdiyinizi anlamağa başlayacaqsınız. Həmçinin ana dili İngilis dili olan şəxslərin iştirak etdiyi yayımlardan da xeyli sayda yeni sözlər öyrənəcəksiniz.

Xaricə səfər edin

                İngilis dilli bir ölkədə yaşayarkən dil öyrənmə prosesimiz çox sürətli formada irəliləyəcəkdir. Məlum məsələdir ki, dünyada ən çox danışılan dil İngilis dilidir. Əgər maddi vəziyyətiniz əl verirsə, o zaman getmək istədiyiniz ölkələrin siyahısını tutun və o listdəki İngilis dilli olan ölkələrdən birinə səyahət edin. Buna misal olaraq, Avstraliya, Yeni Zellandiya, İngiltərə, İrlandiya, Amerika, Kanadı, Cənubi Afrika ölkələri göstərilə bilər.

Dostlarınızdan istifadə edin

                Əgər internetdə İngilis dilli paylaşımlar edən dostlarınız varsa, o zaman onlardan istifadə edin. Paylaşdıqları şeylərə daimi olaraq nəzər yetirin və hər gün ən az bir-iki dənə də olsa yeni nələrsə öyrəndiyinizdən əmin olun. Bunlar xəbərlər, məqalələr, videolar, bloq paylaşımları, mahnılar və ya başqa hər hansı bir şey ola bilər. Əgər İngilis dilindədirsə və mövzusu maraq dairənizə daxildirsə, əmin olun ki, sizin üçün faydalı olacaqdır.

Suallar verin

                İnsanın başına nə gəlirsə gəlsin, maraqdan gəlir. Bu, eyni zamanda dili öyrənməyə yeni başlayan şəxslərin daha çox danışmağına şərait yaradır. İngilis dilini öyrənmə prosesində sizə maraqlı gələn bir çox suallar olacaqdır. Suallarınızı görməzdən gəlməyin, onlara cavab tapmağa çalışın. Əgər kursa gedirsinizsə, o zaman müəlliminizə bu sualları verin. Müəllimlər məhz bunun üçündürlər. Yox, əgər, tək başınıza öyrənirsinizsə, o zaman cavabları bloqlarda, xarici dil öyrənmə saytlarında axtarın, dil öyrənən digər şəxslərə sual verin. Əmin olun ki, nəticəsi sizi məmnun edəcəkdir.

Sevdiyiniz məşhurlardan faydalanın

                İngilis dilində danışan aktyor və ya müğənni seçərək öyrənmə prosesinizə əlavə dəyərlər qazandırmağa çalışın. İnternetə girin və onların verdikləri reportajları tapın, izləyin! Əvvəlcə, videonu ümumi mövzunu başa düşmək üçün vizləyin. Sonra isə təkrarən eşitdiyiniz və sizə maraqlı gələn nüansları və sözləri qeyd etmək üçün özünüzə vaxt ayırın. Bu reportajdan çıxan ifadələr, idiomlar, hekayə və anekdotlar sizə üzərində çalışmanız üçün kifayət qədər material verəcəkdir.

Həqiqətdə ehtiyacınız olan şey nədirsə, onunla başlayın

                Əgər özünüzə daima hədəfinizi xatırlatsanız, o zaman İngilis dilini öyrənmə çalışmalarınızın çox daha sürətli irəliləməsi qaçınılmaz olacaqdır. Hər hansı bir tələbə mübadilə proqramına qatılacaqsınız? O zaman çalışmalarınızla bağlantılı olan sözləri öyrənməyə fokslanın. Başqa bir ölkədə konfransınız var? Digər iştirakçılarla danışıq zamanı istifadə etmək üçün danışıq qabiliyyətinizi artırın. Əgər səyahət edəcəksinizsə, o zaman səyahət və turizm ilə bağlı olan söz ehtiyatınızı yeniləyin. Əgər İngilis dilini öyrənməyə sehrli bir çubuqla hər şeyi bir anda öyrənəcəyinizi ümid edərək başlayırsınızsa, o zaman öyrənmə prosesi müddətində özünüzü bezmiş və yorğun hiss edəcəksiniz.

Yeni səsləri ayrı-ayrılıqda öyrənin

İngilis dilini ana diliniz kimi başa düşməzdən və danışmağa başlamazdan əvvəl İngilis dilindəki səsləri öyrənin. Başa düşməkdə və ya tələffüz etməkdə ən çox çətinlik çəkdiyiniz səsləri tapın və onlarla bağlı əlavə məşqlər edin. Bəzi araşdırmalar, göstərir ki, səsləri yavaş sürətdə dinlədiyimiz zaman daha sürətli öyrənirik. Səsləri yavaşlatmaq üçün hər hansı bir xüsusi proqrama ehtiyacınız yoxdur, bunu sizin üçün YoutTube edə bilər. Köməyə ehtiyacınızın olduğunu düşündüyünüz səslər mövzusunda ana dili İngilis dili olan şəxslərin bu səsləri istifadə etdikləri videoları tapıb izləyin.

Sözləri yox, sözlərin yaratdığı frazaları (phrase) öyrənin

            Bir çox sözün birdən çox mənası olduğu üçün sözləri tək-tək öyrənmək çətin ola bilər. Bundan əlavə, İngilis dilində olan bir sözün mənasını bilməyiniz onu istifadə edə biləcəyiniz mənasına da gəlmir. Bu səbəbdən də İngilis dilində yeni sözlər öyrəndiyiniz zaman həmin sözlərin frazalar, cümlələr və danışıq içərisində necə istifadə edildiyini də öyrənməlisiniz. Məsələn, “retrospect” sözü “geriyə, keçmişə” mənasına gəlir. Lakin böyük ehtimal ki, bu sözü heç vaxt başında “in” olmadan görə bilməyəcəksiniz. Misal üçün; In retrospect, I shouldn’t have eaten the whole cake – keçmişə baxdığım zaman, bütün tortu yeməməli olduğumu düşünürəm.

            İngilis dilindəki sözlərlə bağlı frazaları və sözləin hansı sinfə daxil olduğunu öyrənməklə, həm danışıqlarınız daha səmimi olacaq, həm də danışılanı daha rahat başa düşəcəksiniz.

Sözlərin oxşarlarından istifadə edin

            Oxşarlıqlardan istifadə edildiyi zaman, sözlər ilə digər sözlər, səslər, hərəkətlər, fikirlər və şəkillər arasında bağlantı qurmuş olacaqsınız. Məsələn, “Woof” səsini eşitdiyiniz zaman onunla it arasında bağlılıq qura bilərsiniz. Bir Günəş şəkli gördüyünüz zaman “sun” (günəş), “warm” (ilıq) və “hot” (isti) sözləri ağlınıza gələr. Bunları fikirləşməklə bağlı zaman itirməzsiniz, çünki bu sözlər avtomatik olaraq yadınıza düşər.

Sözləri bənzərlik metod ilə öyrənmək həm əyləncəlidir, həm də İngilis dilini öyrənmə prosesini sürətləndirmək üçün də olduqca faydalı bir metoddur. Elm insanları bu araşdırmada işarə dilini, yəni eşitmə və danışma problemi olan insanlar tərəfində ünsiyyət qurmaq üçün istifadə edilən və sözləri yaratmaq üçün səslərin əvəzinə əllərdən və barmaqlardan istifadə edilən dili araşdırıblar.

Edilən araşdırmalar göstərmişdir ki, söz kimi görünən bu işarələri, yəni simvolları xatırlamaq daha asandır. Yəni, işarə dilində “yemək” sözü yemək yeyən bir insana oxşadığı üçün, bu sözü xatırlamaq daha asandır. Əl hərəkətləri təmsil etdikləri söz və ya fikirlə bağlı olmadığı zamanlarda isə onları yadda saxlamağın çətin olduğu sübut edilmişdir.

Əgər İngilis dilində sözləri əzbərləməklə bağlı probleminiz varsa, o zaman İngilis dilində sözləri ən asan necə əzbərləyə bilərik? mövzusu ilə tanış ola bilərsiniz.

Bu mövzumuzu da burada sonlandırırıq. Əgər siz də bunlarla kifayətlənmək istəməyib, daimi olaraq çox sayda söz öyrənmək istəyirsinizsə, o zaman Wordly məhz sizin üçün hazırlanmış platformadır. Wordly sizə nə qatacaq? Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız. Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə bilərcəksiniz.

Recent Content