İngilis dilində böyük hərflərin harada istifadə edildiyini bilmək sözlərin yazılışını daha asan başa düşməyinizi və beləliklə də rəsmi və gündəlik yazışmalarda daha düzgün formada yaza bilməyinizi təmin edir. Beləliklə, bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız.
- İngilis dilində böyük hərflərin istifadə yerləri
- İngilis dilində cümlə başlanğıcında böyük hərf istifadəsi
- İngilis dilində xüsusi adlar necə yazılır?
- İngilis dilində böyük İ hərfi varmı?
- İngilis dilində küçə adları necə yazılır?
- İngilis dilində aylar necə yazılır?
- İngilis dilində Dünya necə yazılır?
- İngilis dilində şəhər adları necə yazılır?
- İngilis dilində inanc və din sözləri necə yazılır?
- İngilis dilində ölkə və millət adları necə yazılır?
İngilis dilində böyük hərflərin istifadə yerləri
Əvvəlcə İngilis dili əlifbasına nəzər salaq. İngilis dilinin əlifbası Azərbaycan dilinin əlifbasından sadəcə bir neçə hərf ilə fərqlənir.
A, B, C, D, E, F, G, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, W, X, Y, Z
Azərbaycan dilində olduğu kimi İngilis dilində cümləyə böyük hərflə başlanır. Məsələn,
- She was at home yesterday -o, dünən evdə idi.
- Doctors always wear white grown -həkimlər həmişə ağ xalat geyinir.
Günlər, aylar, illər və tətil günləri cümlə içində böyük hərflə yazılır.
- Today is Saturday -Bu gün Şənbə günüdür.
- They will go to the cinema on Sunday -Onlar Bazar günü kinoteatra gedəcək.
Christmas: Yeni il
January: Yanvar
İngilis dilində cümlə başlanğıcında böyük hərf istifadəsi
İngilis dilində cümlənin əvvəlində böyük hərflərdən istifadə edilir.
- The library has huge potential. It will be a great boost to the area and we are really excited about it -Kitabxananın böyük potensialı var. Bölgəyə böyük bir təkan olacaq və biz bundan çox həyəcan duyuruq.
- David is meeting Peter in town this afternoon -David bu günortadan sonra Peter ilə şəhərdə görüşəcəkdir.
- The noise is beginning to give her a headache – Səs-küy ona başağrısı verməyə başlayır.
- They had reached our house after the dinner was over -onlar yemək bitdikdən sonra bizim evimizə çatdılar.
- Her hands are very dirty as she has been painting the walls -Divarları boyamaqda olduğu üçün onun əlləri çox çirklidir.
İngilis dilində xüsusi isimlər necə yazılır?
İngilis dilində xüsusi isimlər hər zaman böyük hərflə yazılırlar. Bu qaydanın istisnaları var və marketinqdə bəzən bəzi xüsusi isimlər üçün kiçik hərflərdən məqsədyönlü şəkildə istifadə olunur. Buna misal olaraq iPhone, eBay və oneworld Alliance daxildir. Lakin, əksər hallarda, adlar böyük hərflə başlayır. Ancaq müəyyən bir yerə və ya bir şeyə istinad etdiyiniz zaman belə diqqətli olmaq lazımdır. Xüsusi isimdən daha çox ümumi isim istifadə edirsinizsə, bu böyük hərflə yazılmamalıdır.
- David is meeting Peter in town this afternoon -David bu günortadan sonra Peter ilə şəhərdə görüşəcəkdir.
- Jennifer should pass the exam, I’m not worried -Jennifer imtahandan keçməlidir, mən narahat deyiləm.
- Jennifer has traveled extensively in Europe, Africa, and Southeast Asia -Jennifer, Avropada, Afrikada və Cənub-Şərqi Asiyada çox səyahət etdi.
- Jennifer is American, but her husband David is British -Jennifer amerikalıdır, ancaq onun həyat yoldaşı David İngilisdir.
İngilis dilində böyük İ hərfi varmı?
İngilis dilində böyük İ hərfi yoxdur. Bunun yerinə I hərfindən istifadə edilir. “mən” sözünün İngilis dili forması olan “I” da, cümlə başlanğıcında istifadə edilən i ilə başlayan sözlər də “I” ilə yazılır. Məsələn;
- I have been working for them for the last seven months -Son yeddi aydır ki, mən onlar üçün işləməkdəyəm.
- I was calling him when he came home – o evə gələndə mən ona zəng edirdim (onu axtarırdım).
- I often brought my lunch to school – mən naharımı tez-tez məktəbə gətirirdim.
- Jennifer should pass the exam, I’m not worried -Jennifer imtahandan keçməlidir, mən narahat deyiləm.
- I’m afraid that he’ll not have repaired his car by then -Qorxuram ki, o vaxta qədər maşınını düzəldə bilməyəcək.
İngilis dilində küçə adları necə yazılır?
Quru yolu, sürətli yol, dövlətlərarası, küçə, yol, prospekt, sürücülük, bulvar və marşrut kimi yollarla əlaqəli terminləri rəsmi adların bir hissəsi olduqda böyük hərflə yazın.
- The Kennedy Expressway is part of Interstate 190, Interstate 90, and Interstate 94 -Kennedy Expressway, Interstate 185, Interstate 39 və Interstate 98-in bir hissəsidir.
- The kitten was rescued between Madison and Monroe Streets -Bala pişik Front ve Monroe küçələri arasından xilas edildi.
- The National Mascot Hall of Fame is located at 1907 Front Street in Whiting, Indiana -National Mascot Hall of Fame, Indiana, Whiting’deki 1837 Madison Street-də yer almaqdadır.
Unutmayın ki, İngilis dilində küçə adları böyük hərflə yazılır və bu halda küçə sözünün İngilis dili forması olan”street” sözü də böyük hərflə yazılmış olur. Məsələn; Herald Street, Adam Street
İngilis dilində aylar necə yazılır?
Günlər, aylar və tətillər həmişə xüsusi adlar olduğu üçün böyük hərflə yazılır. Mövsümlər ümumiləşdirilmədikcə ümumiyyətlə böyük hərflə yazılmır.
- The maid comes on Monday and Fridays -Xidmətçi bazar ertəsi və cümə günləri gəlir.
- Their doctor’s appointment is on Thursday morning -Onların həkim qəbulu cümə axşamı səhərdir.
- Your birthday is in September, right? -sənin ad günün sentyabr ayındadır, düzdür?
- North America has a lot of winter holidays: Thanksgiving in November, New Year’s in January, Christmas in December -Şimali Amerikada çox qış tətili var: Noyabrda Şükran Günü, Yanvarda Yeni il, dekabrda Milad.
- We generally go to the seaside in the July – biz adətən iyul ayında dəniz sahilinə gedirik.
- People wear thick coats in the February – insanlar fevralda qalın pencəklər geyinirlər.
Fəsillər ümumiləşdirildikləri zaman böyük hərflərlə yazılmırlar. Aşağıdakı cümlələrə nəzər salın:
- Their favorite season is autumn -Onların sevimli fəsli payızdır.
- Many animals hibernate in the winter -Ayılar qışda qış yuxusundadır.
İngilis dilində Dünya necə yazılır?
Adətən “world” üç hal istisna olmaqla kiçik hərflərlə yazılır.
- “world” cümlənin ilk sözü olduğu zaman böyük hərflə yazılır. Məsələn, World is a proper noun -Dünya xüsusi isimdir.
- Xüsusi ismin tərkib hissəsi olduğu zaman böyük hərflə yazılır. Məsələn, World War II. Bunun səbəbi, buradakı “dünya” sözünün Yupiter, Pluton və ya Sakit Okean kimi xüsusi bir isim olmasıdır.
- Məqalə, kitab və ya mətn kimi hər hansı bir yerdə başlıq olaraq istifadə edildiyi zaman “world” böyük hərflə yazılır. Məsələn, film başlığı olan “Christopher Columbus Circumvents the World” cümləsində dünya sözü böyük hərflə yazılır.
İngilis dilində şəhər adları necə yazılır?
İngilis dilində “city” sözü nə vaxt və harada istifadə edildiyinə bağlı olara böyük və ya kiçik hərflərlə yazıla bilər. Hər hansı bir şəhəri izah etmək üçün ümumi olaraq istifadə edilən “city” sözü kiçik hərflə yazılır. Bu qaydaya xüsusi addan əvvəl işlənən şəhər sözü də aiddir. Ancaq xüsusi ismin bir hissəi olaraq istifadə edildiyi zaman “city” sözü xüsusi ismin digər hissəsi ilə birlikdə böyük hərflə yazılır.
Aşağıda “city” sözünün böyük və kiçik hərflə yazılmasına aid olan nümunələrlə tanış ola bilərsiniz:
“City” sözünün böyük hərflə yazılması:
- Madrid City streets are mostly one-way -Madrid şəhərinin küçələri əsasən birtərəflidir.
- Brown City Hall -Brown bələdiyyəsi
- The City gave out several teachers’ awards -şəhər bir neçə müəllimin mükafatını verdi.
“City” sözünün kiçik hərflə yazılması:
- They can’t fight city hall -Bələdiyyə binası ilə mübarizə edə bilməzlər.
- The city of Amsterdam is a great place to visit -Amsterdam şəhəri ziyarət etmək üçün əla bir yerdir.
- The city government is too democratic -Şəhər rəhbərliyi çox demokratikdir.
İngilis dilində inanc və din sözləri necə yazılır?
İngilis dilində dinlər böyük hərflə yazılır? Bəli. Xristianlıq, yəhudilik, hinduizm, islam, buddizm və s. kimi dinlərdən bəhs edərkən söz hər zaman böyük hərflə yazılmalıdır. Çünki dinlər xüxsusi isimlərdir. Hətta Katoliklik, Protestantizm, Pravoslav Yəhudilik və Sünni İslam kimi bir dinin müəyyən təriqətlərindən bəhs edərkən də, adların baş hərfini böyük hərflə yazmaq lazımdır.
Müqəddəs hesab edilən sözlər böyük hərflə yazılır? Bəli. İncil, Tövrat və Quran kimi dini kitabların adlarını həmişə böyük hərflərlə yazmaq lazımdır, çünki bunlar hamısı xüsusi isimlərdir.
Dinə etiqad edən insanların adları böyük hərflə yazılır? Hər zaman bir dinə və ya dini təriqətə müraciət edən birinə müraciət etdikdə, onlar da xüsusi bir isim və ya sifət olduqları üçün böyük hərflə yazılırlar. Məsələn, aşağıdakı kimi insan bildirən isim və ya sifətləri böyük hərflə yazmalısınız: Katolik, Yəhudi, Müsəlman, Buddist və ya Protestant.
Dini bayramlar böyük hərflərlə yazılır? Bəli, dini bayramları hər zaman böyük hərflərlə yazmalısınız, çünki onlar xüsusi isimdir. Milad, Pasxa, Hanuka, Yom Kippur, Ramazan və ya Ramazan Bayramı kimi bayramlardan bəhs edərkən sözün baş hərfini böyük hərflə yazmaq lazımdır. Sonuna “gün” sözünü əlavə edirsinizsə, həm bayram adı, həm də “gün” sözünböyük hərflə yazılmalıdır, çünki “gün” bu halda bayram adının bir hissəsidir.
İngilis dilində ölkə və millət adları necə yazılır?
İngilis dilində ölkələrin, millətlərin və dillərin adları böyük hərflərlə yazılmalıdır, çünki bu adlar xüsusi adlardır və bir qayda olaraq hər zaman böyük hərflərlə yazılmalıdırlar. Aşağıdakı cümlələri nəzərdən keçirin və böyük hərflərlə yazılan isimlərə diqqət yetirin.
- As you know English is made up of many languages, including Latin, German, and French -Bildiyiniz kimi İngilis dili Latın, Alman və Fransız dilləri daxil olmaqla bir çox dildən ibarətdir.
- My sister is Dutch, and my father is British -Bacım holland, atam isə ingilisdir.
- The Mennonites began to worship in the Netherlands in the sixteenth century -Mennonitlər XVI əsrdə Hollandiyada ibadət etməyə başladılar.
- Jennifer has traveled extensively in Europe, Africa, and Southeast Asia -Jennifer, Avropada, Afrikada və Cənub-Şərqi Asiyada çox səyahət etdi.
- Jennifer is American, but her husband David is British -Jennifer amerikalıdır, ancaq onun həyat yoldaşı David İngilisdir.
Bu sözləri İngilis dilində nə zaman böyük hərflə yazacağınızı düşünürsünüzsə, unutmayın ki, dil və ya milliyətdən danışırsınızsa, o zaman cavab həmişə “bəli” olur. İnternetdə tez-tez bu sözlərin kiçik hərflərlə yazıldığını görə bilərsiniz. Ancaq bu səhvdir və sadalanan isimlər xüsusi isimlər olduqları üçün böyük hərflə yazılmalıdır.
Əgər bütün bu qaydaların sizin üçün yetərli olmadığını düşünürsünüzsə, çox sayda söz öyrənmək istəyirsinizsə, o zaman həll yolunu uzaqda axtarmağa ehtiyac yoxdur! Wordly ilə tanış olmağa tələsin. Möhtəşəm Wordly platforması sayəsində siz hər gün İngilis dili səviyyənizə uyğun olan yeni sözlərlə tanış olacaqsınız. Qeyd edək ki, bu platforma internetsiz rejimdə də işləyə bildiyi üçün siz hətta offline olaraq da öyrənmə prosesinə davam edəcəksiniz!