İngilis dilində CV hazırlama qaydaları - Wordly Danışır ...

İngilis dilində CV hazırlama qaydaları


İngilis dilində CV hazırlama qaydaları

Bu gün sizə CV ( ingiliscə Curriculum Vitae – Tərcümeyi-hal ) barədə danışacam. CV qısaca olaraq sizin tərcümeyi-halınızdır. Yəni CV vasitəsilə siz özünüzü professional şəkildə ilk baxış üzrə təqdim edə bilərsiniz. Deyək ki, hər hansı bir şirkət vakansiya elan edib və siz bu vakansiyaya müraciət etmək istəyirsiniz. Bu zaman həmin şirkətin insan resursları mütəxəssisinə özünüzü təqdim etmək üçün CV forması göndərməli olacaqsınız. Bir çox insan sizinlə eyni yerə iş müraciəti eləmək üçün CV hazırlayır. Bu səbəbdən, CV-niz sizi  müvəffəqiyyətə aparacaq və bütün təcrübənizi ən yaxşı şəkildə ötürməyiniz üçün hazırlanmalıdır. CV yazılma məqsədləri müxtəlif ola bilər, buna təhsil, iş, təcrübə proqramları, konfrans və s. bir çox səbəblər saymaq olar. Ünvanlanma obyektinə görə CV`lər fərqli ola bilər. Amma bir çox hallarda ümumi hazırlanmış CV`ni istədiyiniz məqsəd üçün istifadə edə bilərsiniz. Şübhəsiz ki, CV hazırlayarkən diqqətli olmaq lazımdır. Ancaq CV ingilis dilində hazırlanırsa, daha diqqətli olmaq lazımdır.  Çalışın, yaradıcı CV forması hazırlayın.

İngilis  dilində CV Hazırlanma Texnikaları

İngilis  dilində CV hazırlanma mərhələsi, yəqin ki, müraciətiniz ən vacib hissələrindən birinə çevrilir. İngilis dilində CV hazırlama texnikalarından istifadə edərək müraciətinizi   qiymətləndirəcək insanların diqqətini cəlb edə bilərsiniz.

1) Beləliklə, CV-lərinizi səhifələrcə uzatmaq yerinə, orta hesabla 2 səhifə uzunluğunda bir formla müraciətiniz qəbul olunmasına kömək edəcək məlumatlar  verin.

2) Müraciət etdiyiniz mövqe ilə əlaqəli olduğunu düşündüyünüz layihə və təcrübələrinizi vurğulayın. Bəlkə indiyə qədər 20-dən çox layihədə iştirak etmisiniz və hamısını sərgiləmək istəyirsiniz.

3) CV-dəki başlıqların, cizgilərin, şriftlərin bir-birlərinə uyğun olduğundan əmin olun. Verdiyiniz məlumat nə qədər önəmlidisə, məlumatın necə təqdim olunduğuda o qədər önəmlidir.

4) Məlumatların  xronoloji sıralanması digər vacib bir detaldır.

5) İngilis dilində CV hazırlayarkən diqqət yetirməli olduğunuz başqa bir məqam, hazırladığınız mətndə orfoqrafiya və imla səhvlərinin olmamasıdır. Düzgün bir İngilis dilində hazırlayacağınız CV-nin təsiri daha çox olacaqdır.

İngilis dilində CV hazırlamaq üçün istifadə edə biləcəyiniz proqramlar

İngilis dilində CV  hazırlama  proqramları sizə kömək edə bilər. Onların bəzilərini sizə təqdim edəcəm:

Resume.com: CV-ni onlayn olaraq saxlaya, yayımlaya, Resume.com-dan Word və ya PDF şəklində yükləyə bilərsiniz.

CV Maker: Türk və İngilis də daxil olmaqla 17 fərqli dildə CV hazırlaya biləcəyiniz bir proqramdır. Boşluqları doldurub CV-ni doldurduqdan sonra onu PDF, HTML kimi müxtəlif formatlarda yükləyə bilərsiniz.

Onlayn CV Generator: Üzvlük tələb etməyən başqa bir CV hazırlama vasitəsi Online CV Generator-dur. Şəxsi məlumat, təhsil, keçmiş təcrübə və bacarıqları daxil etdikdən sonra CV-nizi PDF formatında saxlaya bilərsiniz.

Resume Star: Pro CV Maker (Android & iOS)

Microsoft WORD (PC & Laptop & Android & iOS)

Europass CV nədir?

Europass,  istifadəçilərə Avropa ölkələrində səlahiyyət və bacarıqlarını açıq və asanlıqla ifadə etməyə kömək etmək məqsədi daşıyır. Europass CV sayəsinde şəxsi məlumatlarınızı, iş təcrübələrinizi, təhsil məlumatlarınızı və şəxsi bacarıqlarınızı müəyyən  edilmiş bir formatda hazırlaya biləcəksiniz.   Europass CV bütün Avropa ölkələrində istifadə edilən ortaq bir formatdır. Europass CV-ni PDF, XML və ya Word formatında yükləyə bilərsiniz. Misal olaraq bir şirkətdə Europass, yaş və təhsil səviyyəsi də nəzərə alınaraq, bir Avropa ölkəsində öyrənmək və ya işləmək təcrübəsi qazanmaq üzrə hərəkət edən və addım atan herkəs üçündür. Işə yerləşmə, bir vətəndaş cəmiyyəti qrupunda könüllü olaraq işləmək üçün istifadə edə bilərsiniz.

İngilis Dilində Peşələrə görə CV Nümünələri

Müraciət edecəyiniz peşəyə görə özünüzə uyğun Cv hazırlamalısınız. Bu addım ilə siz bacarıqlarınızı daha çox ön plana çıxara bilər, istediyiniz işə qəbul olma şansınızı daha da artıra bilərsiniz.  Aşağıdaki  peşələrə görə hazırlanmış CV nümunələrinə baxaraq, özünüzə uyğun CV hazırlaya bilərsiz.

 Akademik CV Nümunəsi ( Academic CV Sample )

Akademik Cv’nin digər Cv’lərdən fərqi  akademik kariyeraya yönləmiş olmağıdır. Universitetlərdə işə qəbul olmaq, magistr və ya doktorantura üçün müraciət etmək istəyirsinizsə, akademik CV hazırlamalısınız.

Məsələn:  Bu  CV növündə aldığınız təlimlər, qazandığınız uğurlar, işlədiyiniz  layihələr, yazdığınız  məqalələr, yazdığınız kitablar, sərbəst işləriniz, sərbəst işlərin mövzuları, diplom işləriniz, dərəcələri, diplom işi müşavirləri, mühazirələr, universitetdə üzv olduğunuz peşə birlikləri və qeyri-hökumət təşkilatları kimi məlumatları qeyd etməlisiniz.

 

Hüquqşunas ( Vəkil ) CV Nümunəsi ( Lawyer CV Sample )

Hüquqşünasların çox köhnə tarixlərdən günümüzə qədər, topluluğlarda olan sülhü qorumaq kimi vacib vəzifəsi var. Məsələn, yaxşı bir hüquqşünas olmaq, sadəcə təmsil etdikləri şəxsi uğurla təmsil etmək və girdiyi hər məhkəməni müsbət nəticələr almaq kimi xüsusiyyətlərdən daha çoxunu şərt bilir. Hüquqşünas ( Vəkil )  CV`si hazırlayarkən diqqətli olmağınızın vacib olduğu bəzi məqamlar var: Əsas hüquqşünaslıq bacarıqlarından başqa bəzi əlavə  bacarıqlara sahib olmaq və bunu da CV`də qeyd etmək müsbət nəticə şansınızı artırır. məzun olduğunuz təhsil müəssisələri, özünüzdən bəhs etdiyiniz bir bölüm  yazmagı unutmayın.

 

Bankçılıq CV Nümunəsi ( Banking CV Sample)

Bank işçilərinin karyeralarında yüksəlməsi üçün bir çox addım var. Bu addımlara inamla qalxmaq üçün  düzgün CV-yə ehtiyacınız olacaq. Bankçılıq sahəsi iş axışının davamlı olduğu sahələrdən biridir.  Bu sahayə CV hazırlarkən professional CV olması məsləhət görülür.

 

Xarici ticarət (Beynəlxalq Ticarət) CV Nümunəsi ( Foreign Trade, International Trade CV Sample )

Beynəlxalq ticarət mütəxəssisi xarici bazarlarda işin inkişaf fəaliyyətlərini idarə edən, xarici partnyorlar ilə iş əlaqələrini quran, inkişaf etdirən və bu əlaqələri idarə edən şəxsdir. Beynəlxalq ticarət mütəxəssisinin iş tərifi olduqca zəngin bir məzmuna sahibdir. Beynəlxalq ticarət mütəxəssisinin müəyyən edilmiş  öhdəliklərini aşağıdakı kimi sıra ilə yazmaq mümkündür:

1) idxal və ixrac akkreditiv və qarantiya əməliyyatları üzrə işin mərkəzləşdirilmiş qaydada icra və nəzarət etmək (açılma, ödəniş sənədlərin yoxlanılması, sənədləşmə, ödəniş, bağlanma, xidmət haqqıların tutulması)

2) Mövcüd və potansiyal müşterilər/iş partnyorları olan bütün kommersiya əlaqələrinin fəaliyyətlərini idarə etmək,

3) Rəqibin fəaliyyətlərini və bazar trendlerini izləmək,

 

Mühasib CV Nümunəsi ( Accountant CV  Sample )

Mühasib, menecerlərə, investorlara, vergi orqanlarına və digərlərinə qaynaq bölgüsü ilə əlaqədar qərar verməyə kömək edən maliyyə məlumatlarının ölçülməsi, açıqlanması və ya təhlükəsizliyinin təmin edilməsi olan mühasibat və ya mühasibat uçotu üzrə mütəxəssisdir. İqtisadiyyat sahəsində fəaliyyət göstərən qurum, quruluş və iş yerlərinin iqtisadi dəftərlərini tutmaq, gəlir və xərc hovuzunu izləmək və bunların hamısını qeyd etmək tam olaraq mühasiblərin işidir. Mühasiblik çətin bir peşə olsa da maddi mövzularda və iqtisadiyyat ilə əlaqəli olan şəxslər üçün ideal bir peşə ola bilər. Mühasib ola bilmək üçün Kollec və Üniversitetlərdə bu bölümün təhsilini ala bilərsiniz.

Mühəndis CV Nümunəsi  ( Engineer CV Sample )

Mühəndislik fakultəsi təhsil olaraq çətin olan fakultələrin başındadır deyə bilərik.  Mühəndislər analitiki düşüncəyə, praktikiyönümlü kifayət qədər nəzəri və tətbiqi biliyə malik olmalı və bu biliklərin verilmiş məsələlərin həllində qısa zamanda tətbiq edəbilmə qabiliyyəti ilə fərqlənməlidirlər.  Mühəndislik, elmi istifadə edərək, etik dəyərləri mütləq güdərək, müştəri tələblərini qarşılayacaq şeylər hazırlamaq və emal / inşa etməkdir, elmi məlumatları gündəlik məsələlər üçün istifadə edə bilməkdir. Elm ilə sənət arasındakı körpüdür.

Bu gün mühəndislik sahələri altı əsas qrupda qiymətləndirilməkdədir:
Təyyarə Kosmos mühəndisliyi
Kimya Mühəndisliyi
İnşaat mühəndisliyi
Elektrik Mühəndisliyi
Kompüter mühəndisliyi
Mexanika mühəndisliyi

Turizm CV Nümunəsi (  Tourism CV  Sample )

Turizm  fəal istirahətingeniş yayılmış və ən kütləvi növüdür. Hər il  minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Hər il açılan bir çox yeni otellər, açılan kiçik qonaqlama məkanları, vaxt keçdikcə artan turizm fəaliyyətləri ilə bərabər iş ehtimalları da çoxalmaqdadır. Turizm işində həm işləyən həm də əylənərək pul qazanan şəxslər çoxdur. İşinizi edərkən bir tərəfdən əylənir, bir tərəfdən də iş həyatınızı davam etdirə biləcəyiniz bir peşədir. Əyləncəli olan bu sahədə iş şansı çox olmasına baxmayaraq turizm üçün mükəmməl bir CV necə hazırlanmalıdır bunu da bilmək şərtdir.

Həkim CV Nümunəsi  ( Doctor CV Sample )

Həkim  ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insandır. Hər iş müraciətində olduğu kimi həkimlikdə də sahələrə önəm verilir. Çoxlarının xəyalıdır həkimlik. Tarix boyu və indi dünyada ən müqəddəs peşəsi sayılır. Çünki bu sənətin sahibləri insanların ən dəyərli neməti sağlamlıqlarının keşiyindədir. Həkim peşəsi həyatımızın hər sahəsində ehtiyac duyduğumuz bir peşədir. Sahənizə uyğun olaraq CV nümunələri hazırlamalısınız. Həkim peşəsi həyatımızın hər sahəsində ehtiyac duyduğumuz bir peşədir. Vacib olan şey isə yeni məzun olduqtan sonra iş tapmasanız, özəl bir xəstəxanada işləmək üçün gözəl bir CV’yə ehtiyacınız vardır. CV’niz diqqətli hazırlanmışsa və təhsil məlumatlarınız da yaxşıdırsa o zaman siz iş tapmaqda çətinlik çəkməyəcəksiniz.

 

Work and Travel CV Nümunəsi (  Work and Travel CV Sample )

Bu gün dünyanın bir çox tələbəsi Work and Travel proqramına qatılaraq bir müddət ABŞ-da yaşamaqla xarici dilini inkişaf etdirməyi xəyal edir. Work and Travel  tətil proqramı deyil.  Work and Travel proqramında iş seçmək üçün əvvəlcə bir CV yaratmış olmalısınız. Work and Travel proqramı üçün CV-yə əlavə edəcəyiniz fotonun gülümsəyən bir fotoşəkil olması çox vacibdir. Unutmayın, bu hazırlanmış CV-lər iş verənlərə  göndəriləcəkdir. Work and Travel iş verənlərinin, yay fəslində üç və ya dört ay işləyəcəkləri işçilərinin gülər üzlü və rahat ünsiyyət qura bilən insanlar olmağına önəm verirlər. Work and Travel proqramında istədiyiniz işi asanlıqla əldə etməyiniz üçün ingilis dilini bilməyiniz çox vacibdir.

Magistr CV Nümunəsi  (  MASTER’S DEGREE CV Sample )

Müraciət etdiyiniz proqramın sizdən tələb etdiyi xüsusiyyətlər nədirsə bu xüsusiyyətləri ön planda tutun. CV-nizi müraciət etdiyiniz xüsusi proqrama və şöbəyə uyğunlaşdırın. Bu sahədəki təcrübə və bacarıqlarınızı vurğulayın. Nə işlə məşğul olduğunuzu təfərrüatlı şəkildə təsvir edin. Qazandığınız təqaüdlər, nailiyyətlər, qısacası fəxr etdiyiniz bir akademik hal var isə bunları da tərcüməyi halınızda çox ön plana çıxarmağınız məsləhətdir. Lakin bu vəziyyətin daha çox təhsil həyatı ilə bağlı olması şərtdir.

Menecer köməkçisi CV Nümunəsi ( Assistant Manager CV Sample )

Menecer köməkçi CV məlumatlarında təcrübə və ya təlimdən çox kompüter, ofis proqramları və ofis texnikasından (telefon, kommutator, faks, fotokopiya) istifadə səviyyəsi diqqəti cəlb edir. İnsan Resursları əməkdaşı və ya iş verən əvvəlcə bu keyfiyyətlərə diqqət yetirəcəkdir. Bunun xaricində vacib bir məsələ diksiyadır və insan münasibətləridir. Əslində diksiya kurslarına getmisinizsə və sertifikatınız varsa, iş müraciətində digər namizədlərdən bir addım qabaqda olmaq mümkündür.

Şəxsi Təlimçi ( Personal Trainer) CV Nümünəsi  ( Personal Trainer CV Sample )

Müştərilərlə əlaqə qurma və həvəsləndirici, faydalı təhsil və təlim xidmətləri göstərmək bacarığı CV-də aydın olmalıdır.. Şəxsi təlimçilər ( Personal Trainer ) fərqli fiziki ehtiyacları, istəkləri və hədəfləri olan müştərilərlə işləmək bacarıqlarına sahib olmalıdırlar. Şəxsi Təlimçilər ( Personal Trainer )  güclü fitness proqramları yaratmaq və tətbiq etməkdə təcrübəli olmalıdırlar. Şəxsi Təlimçi ( Personal Trainer )   vəzifəsi ilə əlaqəli bütün dərəcələri və sertifikatları sadalayın.

CV`miz nə üçün PDF şəklində olmalıdır?

Biz işə internet üzərinden baş vurduğumuz zaman hansı format ilə CV göndərməli olduğumuz ilə bağlı bir çox sual ortaya çıxır. Əslində CV’nizi WORD və ya PDF formatında göndərə bilərsiniz. Burada vacib olan məqam isə Word olaraq CV göndərəcək şəxslərin sonluğa diqqət etmeli olmasıdır. Word ilə CV göndərəcəksəniz fayl sonluğu .doc ilə bitməlidir. Bu .doc sonluqlu fayllar Word`ün bütün versiyalarında açıldığı üçün iş verənə problemsiz bir şəkildə göndərə bilərsiniz. PDF formatı isə hər kəsdə problemsiz açıldığına görə daha təhlükəsiz bir metoddur.

Əgər CV lərinizi  internet vasitəsi ilə göndərəcəksiniz  mail adresini qeyd etmək  çox önəmli bir məsələdir.  Email vasitəsi ilə CV göndərən şəxslərin məhz elə mail adresləri ad, soyaddan ibarət olmalıdır və ya əlaqəsiz sözlərdən istifadə edilməməlidir . Əsasən edilən ən böyük səhvlərdən biri də məhz budur. Bu səbəblə adınızın və soyadınızın da istifadə edildiyi bir mail CV’nizə dəyər qatacaqdır.

CV`nizdə mütləq qeyd etməli olduğunuz bölmələr

CV reklam xarakteri daşıyır. Onun mahiyyəti – işverəni qabaqcadan iş axtaranın professional keyfiyyətlərilə tanış etmək, diqqəti həmin iş axtarana cəlb etmək, işverəni maraqlandırmaq və görüşə sövq etməkdir. CV-nin əsas məqsədi – bilavasitə tanışlıq və işə qəbul olunmaq üçün işverənlə müsahibəyə dəvət almaqdır.  CV nizin çox dolu görsənməsi onun eyni zamanda yaxşı hazırlandığı mənasını verməz. İş verənlər üçün önəmli olan şey CV nizin içindəki məlumatların bolluğu yox hansı məlumatları özündə əks etdirməsidir. CV hazırladığınız zaman mütləq özünüzü tanıtmalı olduğunuzu unutmayın. İş təcrübələrinizi, Təhsiliniz haqqında məlumat verməyi unutmayın. Dil təbii ki, zəmanəmizin ən vacib xüsusiyyətlərindən biridir. Mütləq və mütləq bildiyiniz dillər qeyd edilməlidir.  Şəxsi məlumatlarınız sizinlə əlaqə, işin olduğu əraziyə yaxınlığınız kimi dəyərləndirmələrdə çox vacibdir. 

Şəxsi məlumatlarınızı yazın, özünüzü təqdim edin.

CV-nin ilk hissəsində adınız, vəzifəniz və əlaqə məlumatınız olmalıdır. Əlaqə məlumatlarınıza gəldikdə, e-mail ünvanınız və telefon nömrəniz vacibdir. Bir vaxtlar, tam ünvanınızı CV-yə daxil etmək adət idi. Bu gün sadəcə ölkənizi və şəhərinizi sadalamalısınız. İstəsəniz, bu bölmədə LinkedIn profilinizə bir keçid də əlavə edə bilərsiniz, ancaq bu profil daima yenilənən olsun. CV’niz sizinlə bağlı bütün məlumatları özündə əks etdirir. İnsan resursları mütəxəssisi iş və praktika təcrübələriniz, hobbiləriniz, təhsiliniz və digər hər şeyi tərcümeyi halınızda görə bilər lakin müraciət etdiyiniz işə nə üçün uyğun olduğunuz ilə bağlı fikir sahibi olmaya bilərlər. Şirkətə və müraciət etdiyiniz işə qata biləcəyiniz müsbət cəhətləri burada qeyd edə bilərsiniz. Bu, sizin iş görüşünə çağırılma şansınızı böyük ölçüdə artdıracaqdır. Hədəflədiyiniz karyera ilə bağlı məlumat verməlisiniz.

İş Təcrübəniz haqqında yazın.

Əgər varsa, iş təcrübələrinizi mütləq qeyd edin. Bu mütəxəssis insanın sizin barədə ümumi fikir formalaşmasına böyük ölçüdə təsir edir. Son iş yerindən başlayaraq iş yerlərinizi sadalayın. İşlədiyiniz müəssisə və ya şirkətlərin adı, iş tarixi, müddəti, tutduğunuz vəzifə, yerinə yetirdiyiniz funksiyalar və iş dövründə əldə etdiyiniz nailiyyətlər qeyd olunmalıdır. Burada yazdığınız təfərrüatlar sizi bu vəzifəyə güclü namizəd etməlidir. Staj və ya professional işdə nələr etdiyiniz, hansı şirkətin hansı departamentində vəzifəniz olduğu və vəzifəniz boyunca nə icra etdiyiniz çox önəmli məlumatdır.

 Təhsil və təcrübələriniz haqqında yazın.

Məzun ili (hələ təhsil alırsınızsa, gözlənilən məzuniyyət tarixinizi də daxil edin), Bu bölmədə

təhsil aldığınız universitetin adı, ixtisasınız, oxuduğunuz məktəb, iştirak etdiyiniz tədbir və təşkilatların adı yazılmalıdır.

 Dil bacarığınız haqqında yazın.

Bu hissəni də boş keçməmək çox vacibdir. Burada bildiyiniz dilləri yazın. Unutmayın ki, işverənlər  ən çox axtardığı dil ingilis dilidir. Əgər ingilicə biliyiniz o qədər də yaxşı deyilsə, ancaq lazım olduqda işi idarə edə bilirəm deyirsinizsə, “working proficiency” ifadəsini istifadə edə bilərsiniz.

 Maraq dairəniz (Hobbilər)

Bu hissəyə də digərləri qədər önəm verməlisiniz. İnsanın xarakterini onun gördüyü işlərə, məşğul olduğu hobbilərə və maraq göstərdiyi sahələrə görə müəyyənləşdirmək mümkündür. Bu hissə şirkətə nə qədər uyğun olduğunuzu göstərməlidir. Müraciət etdiyiniz işə uyğun olan hobbiləri qeyd edin. 

 Referanslarınızı yazın.

Referans, əvvəllər sizinlə işləyən  bacarıq və vərdişlərinizi izah edə bilən bir insandır. İşverənlər haqqınızda məlumat almaq üçün bu şəxsə zəng edə bilərlər. Referans məlumatlarınızı CV nin ən son hissəsinə qeyd etməlisiniz. Ən az 3 nəfəri referans olaraq qeyd etməyə diqqət edin. Şəxslərin adını, soyadını, vəzifələrini və əlaqə məlumatlarını yazmalısınız.  Referansınızı CV-yə əlavə etməzdən əvvəl onlara referans olaraq göstərdiyinizlə bağlı məlumat verməyi  unutmayın. Yeni məzun olmuş insanlar isə akademik referanslardan istifadə edə bilər. 

Recent Content