İngilis Dilində Dərslərin Adları - Wordly

İngilis Dilində Dərslərin Adları


İngilis Dilində Dərslərin Adları

Məktəb bizə təhsilin verildiyi ilk məkandır. İstər məktəb olsun, istər universitet, orada gündəlik danışıqlardan savayı, elmlərlə bağlı terminlər, yeni sözlər, akademik nitqlərlə tez-tez rastlaşırıq. Bizə bu yenilikləri öyrədən isə oxuduğumuz dərslər olur.

Məktəb həyatınızda ən çox sevdiyiniz mövzu nə idi? Bu suallara ana dilində cavab vermək əlbətdə çox rahat və asandır. Bəs İngilis dili dərslərinə gəldikdə vəziyyətiniz necədir? Məktəbdə keçdiyimiz dərslərdən biri də İngilis dili dərsləridir. Əslində, İngilis dilinin təməlini elə oradaca qoymağa başlayırıq. Bir çox yeni sözləri İngilis dili dərsində öyrənirik. Bəs məktəb və ya universitetdə keçdiyimiz dərslərin adlarını niyə İngilis dilində bilməyəsiniz? İngilis dilində dərsin adlarını bilmək sizə dili öyrənərkən həm yeni kəlimələr öyrənməyinizə kömək olacaq, həm də İngilis dilində öyrəndiyiniz dərsin adlarından istifadə edərək xarici qaynaqlardan axtarış vasitəsilə İngilis dilində də həmin dərs haqqında məlumat ala bilərsiniz.

İngilis dili dərs adlarında sizin üçün tərtib etdiyimiz məqaləmizi nəzərdən keçirək!

İngiliscə Dərsin Adları – School Subjects

  • Azerbaijani: Azərbaycan dili (ana dili)
  • Accounting: Mühasibat
  • English: İngilis dili
  • Science and Technology: Elm və Texnologiya
  • Social Studies: Sosial Elmlər
  • Maths: Riyaziyyat
  • Religion and Morals: Din mədəniyyəti və Əxlaq
  • Physical Education (P.E) / Training: İdman
  • Art: Rəsm
  • Music: Musiqi
  • Drama: Teatr
  • Information Technology: İnformatika
  • History: Tarix
  • Geography: Coğrafiya
  • Litarature: Ədəbiyyat
  • Chemistry: Kimya
  • Physics: Fizika
  • Biology: Biyologiya
  • Reading: Oxuma
  • Writing: Yazma
  • Geometry: Həndəsə
  • Health: Sağlıq
  • Nutrition: Qidalanma
  • Geology: Geologiya
  • Psychology: Psixologiya
  • Economics: İqtisadiyyat
  • Philosophy: Fəlsəfə
  • Art: İncəsənət
  • Business: Biznes
  • Chess: Şahmat

Dərsin Adları ilə Cümlə Nümunələri

Əlbətdə ki, kurs adları tez- tez dialoqlarımıza daxil edilir, xüsusən də xaricdə tələbə olduğumuz zaman. Bəs dərs adlarını cümlələrdə necə istifadə etmək olar? Dərs adlarını nəzərdən keçirdikdən sonra bunları bir cümlədə necə istifadə edə biləcəyimizə nəzər salaq.

  • We should study for our Philosophy exam tomorrow. Otherwise we will fail. – Sabah fəlsəfə dərsi imtahanımız üçün oxumalıyıq. Əks təqdirdə imtahandan keçə bilmərik.
  • Emma likes Spanish lessons but I like English lessons. – Emma İspan dili dərsini sevir, amma mən İngilis dili dərsini xoşlayıram.
  • They will go through the Ottomon Empire this week in the History lesson. – Bu həftə tarix dərsində Osmanlı İmperiyasına diqqət yetirəcəklər.
  • It is very interesting to learn new countries in geography lesson. – Coğrafiyada yeni ölkələr öyrənmək çox maraqlıdır.
  • I prefer drama lessons to art lessons. – Teatr dərslərini üstünlük verərəm, nəinki incəsənət dərslərinə.
  • We are going to learn music notes in the music lesson. – Biz musiqi notalarını musiqi dərsində öyrənəcəyik.
  • I am learning really interesting facts in the Sociology classes. – Sosiologiya dərslərində həqiqətən maraqlı faktları öyrənirəm.
  • Our teacher said we will learn German philosophers for the next Philosophy class. – Müəllimimiz növbəti Fəlsəfə dərsi üçün Alman filosoflarını öyrənəcəyimizi söylədi.
  • We had a history lesson at school this morning. – Bu səhər məktəbdə tarix dərsi keçdik.
  • In biology class we had to dissect a frog. – Biologiya dərsində bir qurbağa analiz etməli idik.
  • She did maths, physics and chemistry at school. – O, riyaziyyat, fizika və kimya dərsini məktəbdə etdi.
  • Let’s meet after the Drama class and have dinner together. – Drama dərsindən sonra görüşək və birlikdə nahar edək.

Dərsin Adları ilə Bağlı Suallar

İngilis dilində  məktəb dərsləri  ilə bağlı bəzi nümunə sual cümlələri;

  • Do you know the deadline of the Chemistry project? – Kimya dərsi layihəsinin son tarixini bilirsinizmi?
  • How do you study for your maths lessons? – Riyaziyyat dərslərini necə oxuyursan?
  • Which lesson is the most difficult one for you? Geography or History? – Sizin üçün ən çətin olan hansı dərsdir? Coğrafiya yoxsa Tarix?
  • Is maths lesson difficult to learn? – Riyaziyyat öyrənmək üçün çətin dərsdir?
  • In which class will the music lesson be? I could not see it in the schedule. – Musiqi dərsi hansı sinifdə olacaq? Proqramda görə bilmədim.
  • Do you like computer science lessons? – İnformatika dərsini sevirsən?
  • When does the Geometry class start? I would like to join. – Həndəsə dərsi nə vaxt başlayır? Qoşulmaq istərdim.

İngilis Dilində Məktəb Dərsləri İlə Bağlı Oxuma Mətni

Yuxarıda məktəb dərslərinin ingilis dilindəki ekvivalentlərindən və bu ekvivalentləri həm müsbət, həm də mənfi cümlələrdə və sual cümlələrində necə istifadə edə biləcəyinizi qeyd etdik. İndi İngilis dili dərs adlarından istifadə edərək esseləri necə yaza biləcəyinizə baxaq.

Nümünə 1

İngilis Dilində;

I would like to talk about my school subjects today. Let me start with my favourite lessons. Maths and Geometry have always been entertaining for me. Dealing with numbers and shapes makes me feel peaceful somehow. Of course logic really excites me too. I feel like I am studying on different points of views when I am working on a Math problem or a Geometry question. In addition, I should say that Philosophy lessons also give me that feeling. In my opinion, gaining different points of views will also help you through life. I am planning to major in Philosophy at university. Unlike Philosophy, Maths and Geometry, I really do not like to work on History. Some might say that History also helps you to gain different points of views, but that subject is really not for me. I usually fail the History exams, because I do not like to work on it. Studying foreign languages is also good for me. Because speaking a foreign language also makes things easier when you want to learn something about the culture of that language. This term the school subjects that I am attending are; Chemistry, Maths, Biology, Literature, Physical Education, Art and Music. What are yours? And what is your favourite subject?

Azərbaycan Dilində Tərcüməsi;

Bu gün məktəb dərslərindən danışmaq istərdim. Ən sevdiyim dərslərdən başlayım. Riyaziyyat və həndəsə mənim üçün həmişə əyləncəli dərs olmuşdur. Rəqəmlərlə və formalarla məşğul olmaq məni rahat hiss etdirir. Əlbətdə ki, məntiq məni çox həyəcanlandırır. Riyaziyyat problemi və ya həndəsə sualı üzərində işləyəndə fərqli düşüncələr üzərində işlədiyimi hiss edirəm. Əlavə olaraq qeyd etməliyəm ki, fəlsəfə dərslərində də eyni hissi verir. Məncə fərqli perspektivlər qazanmaq həyatda bizə kömək edəcəkdir.Universitetdə fəlsəfə öyrənməyi planlaşdırıram. Fəlsəfə, riyaziyyat və həndəsədən fərqli olaraq tarix dərslərini sevmirəm. Bəziləri tarixin insanlara fərqli baxış bəxş edə biləcəyini söyləyə bilər, amma bu dərs həqiqətən mənim üçün deyil. Tarix imtahanlarını uğursuz keçirəm, çünki tarix öyrənməyi sevmirəm. Xarici dildə işləmək də mənim üçün yaxşıdır. Çünki xarici dildə danışmaq, həmin dilin mədəniyyəti haqqında bir şey öyrənmək istədiyiniz zaman işləri bir az asanlaşdırır. Bu semestrdə keçəcəyim dərslər; Kimya, riyaziyyat, biologiya, bədən tərbiyəsi, incəsənət və musiqi. Sizin keçdiyiniz dərslər nədir? Ən sevdiyin dərs nədir?

Nümünə 2

İngilis Dilində;

I think the most important school lesson is English. I love to read and write. Writing is very enjoyable for me. It can be fast or slow, long or short. I could write a chapter of just one sentence. I could write a short poem or a long copy a long conversation I heard.

Writing is an exercise for the brain, it requires thinking. You can’t write unless you think about it. Sometimes you can write a little bit, but you have to think a lot to write a little bit. Or maybe you only need to think a little bit to write a lot. You could use fancy words, or maybe you like simple words.

Reading is a great way to gain knowledge about a wide range of subjects. You can read books about anything, comets, cooking, ants, queens, fictional creatures, adventures, mysteries, thrillers, historical fiction, anything! There are books about writing books, books about clams, books about travelling around the world, books about languages, books about math, everything!

Azərbaycan Dilində Tərcüməsi;

Düşünürəm ki, ən vacib məktəb dərsi İngilis dilidir. Oxumağı və yazmağı sevirəm. Yazmaq mənim üçün çox xoşdur. Sürətli və ya yavaş, uzun və ya qısa ola bilər. Yalnız bir cümləlik bir fəsil yaza bilərdim. Qısa bir şeir və ya uzun bir nüsxə eşitdiyim uzun bir söhbət yaza bilərdim.

Yazmaq beyin üçün bir məşqdir, düşünməyi tələb edir. Düşünmədikcə yaza bilməzsən. Bəzən biraz yaza bilərsən, az yazmaq üçün çox düşünməlisən. Və ya bəlkə çox yazmaq üçün yalnız bir az düşünmək lazımdır. Zərif sözlərdən istifadə edə bilərsən, ya da sadə sözləri sevə bilərsən.

Oxumaq, geniş mövzular haqqında məlumat qazanmaq üçün əla bir yoldur. Hər şey, kometa, yemək bişirmə, qarışqa, kraliça, qondarma canlılar, sərgüzəştlər, sirlər, triller, tarixi bədii ədəbiyyat, hər şey haqqında kitab oxuya bilərsiniz! Kitab yazmaq haqqında kitablar, qarışıq mövzulu  kitablar, dünyanı gəzmək haqqında kitablar, dillər haqqında kitablar, riyaziyyat haqqında kitablar, hər şey var!

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir