Günümüzdə İngilis dilinin vacibliyi vaxt keçdikcə daha çox qarşımıza çıxan vacibiyyət olmuşdur. Bu səbəbdən də İngilis dilini öyrənmə prosesinizi ən yaxşı formada planlaşdırmağınıza dəstək olan materiallar, kurslar, köməkçi mənbələri bloqumuzda tapa bilərsiniz. Bu yazımızda isə siz İngilis dilində danışmaq və İngilis dilində chat etmək üçün pullu və pulsuz platformalar və saytlar haqqında oxuyacaqsınız. Beləliklə, Bu yazımızda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:
- Onlinechat.co.in
- Speaking7
- Englishchats.org
- To Learn English
- Speaking24
- Omegle
- Connected2.me
- Skype Tutors
- Verbling
- Wyzant
- Conversation Exchange
- Toastmasters
- Go Speaky
- Lingoglobe
- Coeffee
- Coffee Strap
- İngilis dilində təcrübə qazanmaq üçün digər metodlar
1. Onlinechat.co.in
Ödəniş: ödənişsizdir
Online chat mövzusunda populyar adreslərdən hesab edilən Onlinechat.co.in saytında İngilis dilində chat seçimi mövcuddur. İstifadəyə yararlı bir chat portalı olan sayta üzv olmağa ehtiyac yoxdur, anonim bir istifadəçi adı ilə sayta girə bilər, chat kefi ala bilərsiniz. Bu saytın eyni zamanda mobil versiyası da mövcuddur.
2. Speaking7
Ödəniş: ödənişsizdir
Elə həmin dədiqə İngilis dilində chat etmək üçün istifadə edə biləcəyiniz saytlardan bir digəri də Speaking7 saytıdır. Saytda həm normal İngilis dilində chat, həm də keçmiş illərdə səs gətirən random chat modeli olan chatroulette sistemi ilə random formada seçilmiş biri ilə özəl söhbət pəncərəsində də danışa bilərsiniz.
3. Englishchats.org
Ödəniş: ödənişsizdir
İngilis dilində chat etmək istəyənlər üçün digər bir təklifimiz də Englishchats.org saytıdır. Saytda İngilis dilində chat ilə yanaşı Rus dilində və İspan dilində də chat seçimləri mövcuddur.
4. To Learn English
Ödəniş: ödənişsizdir
İngilis dilində chat saytları arasında original quruluşa sahib olan bu saytda normal chat-dan əlavə, robotlarla da chat etmə şansınız var. Belə ola halda cavabınızı həmin dəqiqə ala bilirsiniz
5. Speaking24
Ödəniş: ödənişsizdir
Speaking24, İngilis dilində chat üçün dəyərləndirə biləcəyiniz populyar internet saytlarından biridir. Otaqlar hər zaman dolu olduğu üçün öz istəyinizə uyğun müəyyən etdiyiniz insanlarla danışa bilər, İngilis dilinizi inkişaf etdirə bilərsiniz.
6. Omegle
Ödəniş: ödənişsizdir
Gələk digər populyar chat portallarına. Əgər fərqli insanlarla chat etməyi xoşlayırsınızsa, o zaman Omegle ilə anındaca “dəyişdir” butonuna basaraq fərqli insanlarla görüşə bilərsiniz. İstifadəçi kütləsinin əsas dili İngilis dili olduğu üçün söhbət etmək istəyən şəxslərlə görüşərkən İngilis dilinizi də inkişaf etdirə bilərsiniz.
7. Connected2.me
Ödəniş: ödənişsizdir
Digər bir chat saytı isə connected2.me-dir. Burada sizin anonim olduğunuz, qarşı tərəfin isə əsl kimliyi ilə online olduğu qəribə bir sistem mövcuddur. Connected2.me-də İngilis dilində danışanlarla görüşmək üçün Twitter-də bir neçə ad axtarışı etməniz də kifayətdir.
8. Skype Tutors
Ödəniş: Müəllimdən asılı olaraq dəyişir, ancaq ümumi olaraq ödənişsiz deyil
Haqqında: Çox sayda İngiliscə və ESL müəllimi internet vasitəsi ilə dil öyrənmək istəyənlərə dərs vermək üçün Skype istifadə edir. Əgər Skype-dan istifadə etməmisinizsə, necə istifadə edəcəyinizi bilmirsinizsə qeyd edək ki, Skype insanlarla mətn, səs və ya video istifadə edərək söhbət etməyinizi təmin edən bir proqramdır. Videolu telefon görüşməsinə oxşayır və əgər müəlliminiz sizə yaxın yaşamırsa, o zaman ən maraqlı metodlardan biridir.
Dərs keçmək üçün Skype-dan istifadə edən çox sayda insan var və sizin üçün ən doğru olan müəllimi tapmağınız bir az vaxt apara bilər. English Tutors Live və Perply kimi internet saytlarında çox sayda müəllim var və seçiminizi etməzdən əvvəl çox sayda seçimlərlə tanış ola bilərsiniz. Müəllimlərin şəxsi internet saytlarından özəl dərs keçən müəllimləri də tapa bilərsiniz.
9. Verbling
Ödəniş: İzləmək ödənişsizdir. Qatılmaq isə seçdiyiniz səviyyəyə görə ayda 19 – 45$ arasında dəyişir. Fərdi dərs qiymətləri də dəyişiklik göstərir.
Haqqında: Online olaraq fərdi dərs verən müəllimləri tapa biləcəyiniz tək yer Skype deyil. Verblingdə fərqli səviyyələr üçün fərqli dərs qiymətləri olan çox sayda müəllim mövcuddur. Müəllimlər Verbling tərəfindən xüsusi qaydalara riayət olunmaqla, yoxlama nəticəsində seçilirlər. Bundan əlavə, seçiminizi etməzdən əvvəl hər bir müəllimin dərs videolarını da izləyə bilərsiniz. Qeydiyyatdan keçərək bir neçə planlı online dərslər də izləyə bilərsiniz. Bəzən də internet saytını ziyarət etdiyiniz anda reallaşan dərs varsa, o zaman qeydiyyatdan keçmədən də dərsə qatıla bilərsiniz.
10. Wyzant
Ödəniş: müəllimə görə dəyişir
Haqqında: Wyzant sizə yaxın yerdə yaşayan güvənli, professional bir İngilis dili müəllimi tapmaq üçün ideal internet saytlarından biridir. Ancaq hal-hazırda sadəcə Amerikada xidmət verməkdədir. Əgər Amerikada yaşayırsınızsa, burada ikinci dil olaraq İngilis dilini öyrətmə mövzusunda mütəxəssis olan çox sayda İngiliscə özəl dərs müəllimi tapa bilərsiniz. Bundan əlavə, İngilis dilində dil bacarıqlarında mütəxəssiz müəllimlər və İngiliscə qrammatika mövzusunda mütəxəssisləri belə tapa bilərsiniz. İnternet vasitəsi ilə tanış olub danışa biləcəyiniz bir müəllim tapa bilərsiniz, ancaq əsl məqsəd üz-üzə, birbaşa olaraq dərs almaqdırsa, bu sayt vasitəsi ilə tapa biləcəyiniz müəlliminizlə kitabxanada, kafedə, parkda da görüşə bilərsiniz.
11. Conversation Exchange
Ödəniş: ödənişsiz
Haqqında: İnternetdən əvvəl insanların “məktub dostları” var idi, yəni bir-birindən uzaqda yaşayan və məktub ilə xəbərləşən insanlar. Conversation Exchange, İngilis dilində yaza biləcəyiniz e-mail dostlarını tapmağınızı təmin edir. Daha da yaxşısı, bu internet saytı səsli söhbətlə danışa biləcəyiniz insanları və ya yaxınlarında yaşayan və ana dili İngilis dili olan şəxsləri tapmağınızda da köməkçi olur.
12. Toastmasters
Ödəniş: Qonaq olaraq ziyarət etmək ödənişsizdir. Əgər üzv olaraq qatılmaq istəsəniz, o zaman hər bir klubun ayrı ödənişi olur. Ödənişlər klublara görə müxtəliflik göstərə bilir.
Haqqında: Toastmasters Club ixtimaiyyət önündə danışıq bacarığınızı inkişaf etdirə biləcəyiniz bir yerdir. Bura sadəcə İngilis dilində danışmağı öyrəndiyiniz yer yox, daha çox ümumi danışıq təcrübəsi qazana biləcəyiniz bir təşçkilatdır. Burada başqalarının önündə danışmağı öyrənə bilər və danışıq təcrübəsi edə bilərsiniz. Bura, insanlarla İngilis dilində danışarkən özünüzə daha çox güvəni təmin etmək üçün möhtəşəm platformadır. Axtardığınız danışıq partnyorunun istədiyiniz kimi olub-olmadığından əmin olmaq istəyirsinizsə, o zaman online olaraq izləyə biləcəyiniz bir neçə video var ki, orada dünyanın bir çox yerində klub evləri mövcuddur. Bu səhifəyə baş çəkərək özünüzə yaxın olan bir klub evi tapa bilərsiniz.
13. Go Speaky
Ödəniş: ödənişsiz
Haqqında: Əgər səsli və ya videolu söhbətlət etmək üçün xüsusi bir proqram endirmək istəyirsinizsə, o zaman Go Speaky proqramında qeydiyyatdan keçə bilərsiniz. Bu internet saytında daxili olaraq qurulmuş bir videolu söhbət özəlliyi var və internet browser-nizi bağlamadan birbaşa olaraq sayt üzərindən danışacaq insanlar tapa bilirsiniz. Go Speaky oxşar maraq dairələrinə sahib olan insanları tapıb uyğunlaşdırır, bu səbəbdən də burada tapacağınız danışıq partnyorları ilə ortaq danışıq mövzuları tapma ehtimalınız daha yüksəkdir.
14. Lingoglobe
Ödəniş: ödənişsiz
Haqqında: Lingoglobe 6000 istifadəçisi ilə kiçik, ancaq dil mübadiləsi edə biləcəyiniz bir dost tapmaq üçün möhtəşəm bir proqramdır. Burada sizinlə eyni anda danışmaq istəyən birini tapa bilər və ya sizin kimi birlikdə danışıq praktikası edə biləcək birilərini axtaran çox sayda dil tələbəsi tapa biləcəyiniz canlı Language Forumunu (dil forumu) ziyarət edə bilərsiniz. Bura hər nə qədər kiçik internet saytı olsa da, bu saytdakı insanlar dostcanlıdırlar və bu insanlar ilə birlikdə dil öyrənmək və ya öyrətmək olduqca zövqlüdür. Burada öyrənmək istədiyiniz dilə görə axtarış edə bilərsiniz. Hətta hobbi və maraq dairələrinə görə də axtarış etmək mümkündür. Əgər haradan başlayacağınızı bilmirsinizsə, o zaman sayta girdiyiniz an online olan insanları görüb “salam” deyə biləcəyiniz əsas söhbət otağına qatıla bilərsiniz.
15. Coeffee
Ödəniş: ödənişsiz
Haqqında: Coeffee oyunlar vasitəsi ilə dil öyrədən maraqlı internet saytıdır. Cümlələri tamamlamaq üçün düzgün sözləri seçməli olduğunuz “Make Phrase” kimi oyunlarda başqaları ilə rəqib ola bilirsiniz. Saytda bundan əlavə, sözləri təxmin etmə kimi oyunlar da var. Başqa insanlarla birlikdə oynayaraq əylənə bilər, əsas oyunlar vasitəsi ilə dost tapa bilər və bu cəmiyyətin bir hissəsi ola bilərsiniz. Coeffee-də sizin kimi dil öyrənən bir neçə şəxslə oyun oynayarkən tanış olduqdan sonra söhbətinizi səsli və ya görüntülü söhbət proqramlarına daşıya bilər və orada danışıq praktikası edə bilərsiniz.
16. Coffee Strap
Ödəniş: ödənişsiz
Haqqında: Bu internet saytını bir dostunuzla kafedə oturub kofe içmək kimi düşünə bilərsiniz. Çünki bura həm dostcanlı, həm də özəl olan bir yerdir. Coffe Strapın təxminən 2500 ətrafında istifadəçisi var. Buna baxmayaraq, kiçik ölçüsünü sizə danışmaqdan zövq alacağınız danışıq partnyoru tapmaqla ört-basdır edir. Danışıq partnyorunuzu tapdıqdan sonra onunla sadəcə 7 dəqiqə yönləndirilmiş söhbətlər edə bilərsiniz. Yeddi dəqiqə tamam olduqdan sonra başqa bir danışıq partnyoruna keçəcək və danışma təcrübəsini onunla davam etdirəcəksiniz. Beləliklə, bu metod sayəsində siz daha uzun müddət təcrübə qazana biləcəksiniz.
İngilis dilində təcrübə qazanmaq üçün digər metodlar
İngilis dilində chat etmək bizim həm İngilis dilində yazı, həm də İngilis dilində danışıq və oxuma qabiliyyətlərimizi də inkişaf etdirir. Ancaq daimi olaraq chat etməkdən sıxılanlar və ya müxtəlif metodları da yoxlamaq istəyənlər üçün aşağıda İngilis dilində təcrübə qazanmaq üçün digər metodlar verilmişdir:
Film və serialları alt yazı ilə izləmək
Dublyaja əlvida, İngilis dilinə salam! Azərbaycan dilinə tərcümə edilmiş dublyajlardan xilas olub aktyorları aksentləri ilə dinləyib qulaq aşinalığı qazanmağın vaxtı gəldi. Beləliklə, İngilis dilində serial izləmək və xarici filmləri alt yazı ilə izləməklə siz söz xəzinənizi genişləndirə bilər, İngilis dilində ən çox istifadə edilən deyimlərlə tanış ola bilərsiniz. Yanınızda qeyd dəftəri saxlayaraq öyrəndiyiniz yeni sözləri qeyd edə bilərsiniz.
Qulaq asdığınız mahnıları başa düşməyə başlayın
Deyək ki, film izləməyi sevmirsiniz. Amma hər halda musiqiyə qulaq asmağı sevirsiniz, elə deyilmi? Bəs o çox sevdiyiniz İngilis dilində mahnıları başa düşmək necə? Bunun üşün karaoke məntiqi ilə işləyən proqramlardan dəstək ala bilərsiniz. Daimi olaraq dinlədiyiniz İngilis dilində mahnıların sözlərini izləyərək ona paralel olaraq oxuya bilər, oxuyaraq başa düşməyə başlaya bilərsiniz. Sevdiyiniz mahnılara qulaq asarkən rastlaşdığınız sözləri qeyd edərək gələn dəfələrdə bu sözü xatırlamağa çalışa bilərsiniz.
Danışarkən qrammatik qaydalara diqqət edin
Hər hansı bir şeyi səhv bilmək heç bilməməkdən daha yaxşıdır. Qramamtik səhvlərinizi görə biləcəyiniz və bütün şəbəkələrdə istifadə edə biləcəyiniz bir çox proqramlar var ki, onları sosial media adreslərinizə və ya digər platformalara qoşa bilər və hər hansı bir postu paylaşmazdan əvvəl sözlərinizdəki səhvləri görə bilərsiniz.
Online oyun oynamaq
Bəli, səhv oxumadınız. Oyun oynamaqdan bəhs edirik. Günümüzdə kişilərin qadınlara nisbətən daha rahat İngilis dilində danışa bilməyinin ən vacib səbəbi kişilərin İngilis dilli online oyunlarda uzun illərdir ki, vaxt keçirməyi göstərilir. Bu vəziyyət əslində sadəcə kişilərdə yox, online oyunlar ilə maraqlanan qadınlar üçün də keçərlidir. Online İngilis dilindəki oyunlarda oyunçular oyunun hekayəsini öyrənə bilmək üçün İngilis dilindəki sözlərə diqqət yetirir. Söz öyrənmə ilə başlayan bu müddət zamanla istər-istəməz cümlə quruluşlarını da öyrənməyə doğru gedir. Bundan əlavə, online oyunlarda chat sayəsində xarici oyunçular ilə tanış olan oyunçulara səsli metodlarla İngilis dilindəki tələffüzlərini də inkişaf etdirirlər.
İngilis dilində kitab oxumaq
Əgər kitab oxuma vərdişiniz varsa, o zaman bu metod sizin sevimli metodlarınızdan olacaqdır. Belə ki, bunun üçün etməli olduğunuz tək şey İngilis dili səviyyənizə uyğun bir kitabı almaq və yavaş-yavaş oxumağa başlamaq olacaqdır. Hər gün sadəcə 15 dəqiqənizi bu kitaba ayıraraq həm İngilis dili öyrənmə prosesinizi daha əyləncəli formaya gətirər, həm də İngilis dilində təcrübə qazanmış olarsınız. İngilis dilində kitab oxumaq söz ehtiyatınızı artırmaqla birlikdə, cümlə quruluşlarını da öyrənməyinizə şərait yaradacaqdır. Əgər kitab oxumaqdan zövq almırsınızsa, İngilis dilində qəzetlərin web saytlarından yararlana bilər, həm dünya, həm də Azərbaycandakı yenilikləri izləyərək İngilis dilində praktika qazana bilərsiniz.
Tapmaca tapmaq
İngilis dilində tapmaca tapmaq həm zehnimizi rahatlaşdıracaq, həm də söz dağarcığımızı inkişaf etdirməyə kömək edəcəkdir. Xarici mədəniyyət haqqında çox məlumat sahibi deyilsinizsə, o zaman sözlərin izahından bəhs edən tapmacalara üstünlük verməli və tapmaca taparkən yanınızda mütləq lüğət saxlamalısınız. Bu, İngilis dilindəki təcrübələrinizi daha faydalı formaya gətirəcəkdir.