İngilis dilində dinləmə mətnləri - Wordly

İngilis dilində dinləmə mətnləri


İngilis dilində dinləmə mətnləri

Dinləmə, yəni İngilis dilində listening qabiliyyətləri İngilis dilini öyrənməyimiz üçün olduqca vacibdir. Çünki yazma və oxuma bacarıqlarından fərqli olaraq İngilisdilli bir mühitdə ən çox ehtiyacımız olan bacarıqlar danışmaq və dinləmək olur. Odur ki, dinləmə bacarıqlarınızı inkişaf etdirmək sizin İngilis dili səviyyənizi də üst mərhələyə çıxaracaqdır. İngilis dilində dinləmə bacarıqlarınızı inkişaf etdirmək üçün bir sıra metodlar mövcuddur.

Şagirdlər üçün ən yaxşı dinləmə mətnləri

Unutmayın ki, sizin üçün ən yaxşı dinləmə mətni məhz sizin İngilis dili səviyyənizə görə seçdiyiniz mövzulardır. Buna misal olaraq səsləndirilmiş kitabları oxuya bilərsiniz. Mətni əvvəlcə cümlə-cümlə dinləyə, sonra dinləməyə paralel olaraq eyni zamanda da oxuya bilərsiniz. Beləliklə, bu qaydanı bütün kitab və ya mətn üçün tətbiq etməklə həm sözlərin yazılış formasını görəcək, həm də tələffüzlərinin necə olduğunu duyacaqsınız ki, bunun sayəsində də növbəti dəfələrdə həmin sözü eşitdiyiniz zaman artıq nə olduğunu başa düşə biləcəksiniz.

Əgər İngilis dili səviyyəniz qismən yuxarıdırsa, o zaman sənədli filmləri izləyə bilərsiniz. Sənədli filmlərdə nisbətən yavaş və ətmiz bir dildən istifadə edildiyi üçün daha effektiv olacaqdır.

Youtube-da çox sayda mövcud olan listening mövzularından birini seçə bilərsiniz. Əgər videonun sürətli olduğunu və sözləri eşidə bilmədiyinizi düşünürsünüzsə, o zaman video tənzimləmələrindən sürəti azalda bilərsiniz.

İngilis dilində film izlədiyiniz zaman alt yazısını da İngilis dilində seçin ki, eşitməyə paralel olaraq da sözləri görə biləsiniz və bunun sayəsində eşitdiyiniz sözün tam olaraq nə olduğunu anlaya biləsiniz.

Aşağıdakı başlıqlar altında bütün sinifdən olan şagirdlər üçün İngilis dilində dinləmə mətnlərinin mövzusu və həmin sinif şagirdinin bilməli olduğu mövzular verilmişdir:

1-ci siniflər üçün İngilis dilində dinləmə mətnləri

1-ci siniflər üçün məsləhət görülən dinləmə mətnlərinə misal olaraq aşağıdakılar göstərilə bilər:

  • Going to school
  • Spring to winter
  • Being healthy

1-ci siniflərin dərs prosesində öyrənəcəkləri mövzular aşağıdakı siyahıda verilmişdir:
Alphabet: İngilis dilində əlifba və səslər mövzusudur.
Numbers: İngilis dilində rəqəmlərin yazılışı və oxunuşu ilə bağlıdır.
Months: İngilis dilində ilin ayları ilə bağlı mövzudur.
Seasons: İngilis dilində ilin fəsillərinin adları və özəllikləri öyrənilir
Names: İngilis dilində xüsusi isimlər və adlarla bağlı yeni sözlər öyrədilir
Family: İngilis dilində ailə fərdləri ilə bağlı olan mövzudur

2-ci siniflər üçün İngilis dilində dinləmə mətnləri

2-ci siniflər üçün məsləhət görülən dinləmə mətnlərinə misal olaraq aşağıdakılar göstərilə bilər:

  • The cold planet
  • The snowman
  • The way to the park

2-ci siniflərin dərs prosesində öyrənəcəkləri mövzular aşağıdakı siyahıda verilmişdir:
Words: sözlər – İngilis dilində sözlərin, sözlərin yazılışı və oxunuşu ilə bağlıdır
Friends: dostlar – dostlarımız haqqında danışa biləcəyimiz mövzu növüdür
In the Classroom: sinifdə – sinifdəki proseslərdən ibarət mövzudur
Numbers: rəqəmlər – İngilis dilində rəqəmlər necə yazılır və necə oxunur?
Colors: rənklər – rənglərin növləri, adlarının İngilis dilindəki forması ilə bağlıdır
At the Playground: oyun ərazisində – İngilis dilində oyun ərazisi ilə bağlı mövzudur
Body Parts: bədənin hissələri – İngilis dilində bədən üzvləri, onların adları ilə bağlıdır
Pets: ev heyvanları – heyvanlar aləminin bir kateqoriyası olan ev heyvanları ilə bağlıdır
Fruit: meyvələr – İngilis dilində meyvə növləri, meyvələrin adları ilə bağlıdır
Animals: heyvanlar – ətyeyən, otyeyən heyvanlar, heyvanların adları ilə bağlı mövzudur.

3-cü siniflər üçün İngilis dilində dinləmə mətnləri

3-cü siniflər üçün məsləhət görülən dinləmə mətnlərinə misal olaraq aşağıdakılar göstərilə bilər:

  • At nine o’clock on Monday
  • Senses
  • Santa, Santa, high in the sky

3-cü siniflərin dərs prosesində öyrənəcəkləri mövzular aşağıdakı siyahıda verilmişdir:
Greeting: tanışlıq – tanışlıq zamanı istifadə edəcəyimiz qəlibləri bu mövzuda öyrənirik.
My Family: ailəm – ailə fərdləri ilə bağlı yeni sözləri və cümlələri öyrəndiyimiz mövzudur.
People I Love: sevdiyim insanlar – ən çox kimləri sevirik? Onlarla bağlı danışa biləcəyimiz mövzudur.
Feelings: hisslər – İngilis dilində hansı emosiyalar var? Hamısını bu mövzuda öyrənirik.
Toys and Games: oyuncaqlar və oyunlar – uşaqların ən sevdiyi mövzulardan biri olan oyunlar və oyuncaqlar onların nitq qabiliyyətini inkişaf etdirmək üçün vacibdir
My House: mənim evim – bu mövzuda evimizdən, evimizdəki əşyalardan bəhs edir, onların adlarını öyrənirik
In My City: mənim şəhərimdə – bu mövzuda yaşadığımız şəhərdən bəhs edirik
Transportation: nəqliyyat – İngilis dilində nəqliyyat vasitələri, tıxac növlərindən bəhs edilir
Weather: hava – havanın vəziyyəti ilə bağlı terminləri məhz bu mövzuda öyrənirik
Nature: təbiət – təbiət, ağaclar, çiçəklər, heyvanlar haqqında danışa biləcəyimiz mövzudur

4-cü siniflər üçün İngilis dilində dinləmə mətnləri

4-cü siniflər üçün məsləhət görülən dinləmə mətnlərinə misal olaraq aşağıdakılar göstərilə bilər:

  • How to memorise anaything
  • My favourite day – Christmas
  • My computer Mouse

4-cü siniflərin dərs prosesində öyrənəcəkləri mövzular aşağıdakı siyahıda verilmişdir:
Classroom Rules: sinif qaydaları – sinifdəki qaydalar nələrdir? Nələrə əməl edilməlidir?
Nationality: milliyyət – harada doğulmuşuq? Haralıyıq? İngilis dilində millətlər necə adlanır?
Cartoon Characters: cizgi film personajları – cizgi film personajlarını təsvir etdiyimiz bu mövzu danışıq qabiliyyətlərimizi inkişaf etdirmək üçün önəmlidir
Free Time: boş vaxt – boş vaxtımızda nə kimi işlər görürük?
My Day: mənim günüm – bu mövzu da yuxarıdakı mövzu ilə oxşardır. Ancaq burada gündəlik rejimimiz haqqında da danışmalıyıq.
Fun with Science: əyləncə ilə elm – bu mümkündürmü? Məhz bu mövzuda öyrənəcəyik.
Jobs: işlər – hansı işlər və ixtisas adlar var? Bütün bunları Jobs mövzusuna daxildir.
My Clothes: geyimlərim – İngilis dilində geyimlər necə adlanır? Hansı adlar Azərbaycan dilindəki adlardan çox fərqlidir? Hamısını məhz bu mövzuda öyrənəcəyik.
My Friends: dostlarım – İngilis dilində dostlarımız haqqında danışa biləcəyimiz mövzudur
Food and Drinks: yemək və içkilər – qida və içkilər neçə yerə ayrılır? Hansılardır və İngilis dilində necə yazılır, tələffüz edilir?

5-ci siniflər üçün İngilis dilində dinləmə mətnləri

5-ci siniflər üçün məsləhət görülən dinləmə mətnlərinə misal olaraq aşağıdakılar göstərilə bilər:

  • Meet the kids racing electric cars
  • Turkey trouble
  • Television

5-ci siniflərin dərs prosesində öyrənəcəkləri mövzular aşağıdakı siyahıda verilmişdir:
Hello!: salam – salam sözünün bir çox sinonimləri ilə bu mövzu sayəsində tanış ola biləcəksiniz.
My Town: mənim şəhərim – bu mövzuda isə yaşadığınız şəhər izah edilir.
Games and Hobbies: oyunlar və hobbilər – oyuncaqlar, bacarıqlar mövzusu kimi burada da gündəlik oynadığınız oyunlardan və hobbilərinizdən bəhs edə bilərsiniz.
My Daily Routine: gündəlik rejim – gündəlik vərdişlərinizin sıralamasının necə olduğu haqqında danışmalısınız.
Health: sağlamlıq – bu mövzuda sağlamlıq və insan səhhəti ilə bağlı olan terminlər öyrənilir.
Movies: filmlər – filmlərin növləri, janrları haqqında öyrənərək dünyagörüşünüzü artıra biləcəyiniz mövzudur.
Party Time: əyləncə vaxtı – əyləncə vaxtınızda nələri etdiyiniz haqqında danışa bilərsiniz.
Fitness: sağlam həyat – sağlam həyat nədir? Sağlam həyat üçün nələrə əməl etmək lazımdır?
The Animal Shelter: heyvan qoruqları – heyvan qoruqları hansı məqsədlər üçün istifadə edilir?
Festivals: festivallar – dünyada hansı növ festivalların olduğunu öyrənməklə dünyagörüşünüzü də artıracaqsınız.

6-cı siniflər üçün İngilis dilində dinləmə mətnləri

6-cı siniflər üçün məsləhət görülən dinləmə mətnlərinə misal olaraq aşağıdakılar göstərilə bilər:

  • One moment around the World
  • Pyramids in Paris
  • Time for another year

6-cı siniflərin dərs prosesində öyrənəcəkləri mövzular aşağıdakı siyahıda verilmişdir:
Life: həyat – həyat və həyatla bağlı bütün yeni sözlərin izah edildiyi mövzudur.
Yummy Breakfast: ləzzətli qəlyənaltı – dadlı səhər yeməyi necə olur və səhər yeməyində istifadə edilən ərzaqların İngilis dilində adları necədir? Bu mövzuda izahı verilmişdir.
Downtown: şəhər mərkəzi – şəhər mərkəzinə aid olan terminlərin izah edildiyi mövzudur.
Weather and Emotions: hava və hisslər – havanın emosiyalarımıza təsir etdiyi bilinən bir reallıqdır.
At the Fair: lunaparkda – uşaqların ən sevdiyi mövzulardan biri olan lunapark mövzusunda attraksionların İngilis dilində adları verilmişdir.
Occupations: ixtisaslar – hansı ixtisasların mövcud olduğunu öyrənəcək və hansı işə yiyələnmək istədiyiniz haqqında danışacaqsınız.
Holidays: tətillər – İngilis dilində, xüsusilə də İngiltərə mədəniyyətindəki bayram və tətillər haqqında məlumat verəcək.
Bookworms: kitab qurdları – İngilis dilində hansı kitabları oxumalıyıq? Bütün bunları bu mövzuda öyrənmək mümkündür.
Saving the Planet: planeti qorumaq – planeti qorumaq üçün nələr etməli olduğunuzu İngilis dilində öyrənəcəksiniz.
Democracy: demokratiya – demokratiyanın özəlliklərini bu mövzuda öyrənmək mümkündür.

7-ci siniflər üçün İngilis dilində dinləmə mətnləri

7-ci siniflər üçün məsləhət görülən dinləmə mətnlərinə misal olaraq aşağıdakılar göstərilə bilər:

  • Traditional stories from around the world
  • Inviting someone to the cinema
  • Ancient Egypt flashcards

7-ci siniflərin dərs prosesində öyrənəcəkləri mövzular aşağıdakı siyahıda verilmişdir:
Appearance And Personality: görünüş və şəxsiyyət – İngilis dilində görünüşlə bağlı bütün sözlər bu mövzuda öyrənilir.
Sports: idmanlar – İngilis dilində idman növləri və onların şərtlərindən bəhs edilir.
Biographies: bioqrafiyalar – tanınmış şəxsiyyətlərin bioqrafiyaları haqqında ətraflı məlumat verilmişdir.
Wild Animals: vəhşi heyvanlar – İngilis dilində vəhşi heyvanların növləri və adları öyrədilir.
Television: televiziya – televiziya nədir, nə məqsədlə istifadə edilir. Bütün bunlar haqqında diskussiya aparılır.
Celebrations: qeyd edilən günlər – bu mövzuda qeyd etdiyimiz özəl günlər haqqında İngilis dilində danışırıq.
Dreams: xəyallar – xəyallarımızın nə olduğu haqqında İngilis dilində müzakirələr aparırıq.
Public Buildings: ictimai binalar – ictimai binalar və tikililərdən bəhs edilir.
Environment: ətraf mühit – İngilis dilində təbiət və ətraf mühitlə bağlı izah verilmişdir.
Planets: planetlər – İngilis dilində planetlərin adları və xüsusiyyətləri izah edilir.

8-ci siniflər üçün İngilis dilində dinləmə mətnləri

8-ci siniflər üçün məsləhət görülən dinləmə mətnlərinə misal olaraq aşağıdakılar göstərilə bilər:

  • Getting an ID card
  • Band auditions
  • At the library – giving personal information

8-ci siniflərin dərs prosesində öyrənəcəkləri mövzular aşağıdakı siyahıda verilmişdir:
Friendship: dostluq – İngilis dilində dostluq və dostluqla bağlı olan sözlər burada öyrənilir.
Teen Life: gənc həyatı – gənclik illərinin başlanğıcında olan yeniyetmələrin problemləri ilə bağlı müzakirələrin aparıldığı mövzudur.
In the Kitchen: mətbəxdə – mətbəxdə hansı alətlərin olduğu, nə kimi işlərin görüldüyü ilə bağlı yeni sözlərin hər biri bu mövzuda öyrənilir.
On the Phone: telefonda – İngilis dilində telefon ilə danışarkən faydalı ola biləcək sözləri bu mövzuda öyrənmək mümkündür.
The Internet: internet – internet nədir və nə kimi özəllikləri mövcuddur? Hər biri haqqında bu mövzuda debat aparılır.
Adventures: macəralar – Hansı macəra növləri var və o macəraların İngilis dilində adları necədir? Bu mövzuda öyrənirik.
Tourism: turizm – İngilis dilində turizm haqqında yeni sözlər öyrədilməklə yanaşı, diskussiyalar da aparılır.
Chores: ev işləri – evdəki işlər haqqında danışarkən istifadə edə biləcəyimiz sözləri bu mövzu sayəsində öyrənmək mümkündür.
Science: elm – elm sahələrinin adları bu mövzuda İngilis dilində öyrədilir.
Natural Forces: təbii fəlakətlər – İngilis dilində təbii fəlakətlərin adları və onlarla bağlı bütün yeni sözlərin izahı verilmişdir.

9-cu siniflər üçün İngilis dilində dinləmə mətnləri

9-cu siniflər üçün məsləhət görülən dinləmə mətnlərinə misal olaraq aşağıdakılar göstərilə bilər:

  • High-achieving teenagers
  • How to improve your memory
  • The best job in the world

9-cu siniflərin dərs prosesində öyrənəcəkləri mövzular aşağıdakı siyahıda verilmişdir:
Studing abroad: xaricdə təhsil – xaricdə təhsilin özəllikləri haqqında bu mövzuda öyrənəcək və müzakirələr aparacaqsınız.
My environment: mənim ətraf mühitim – ekologiya ilə bağlı olan bu mövzuda ətraf mühit və çevrə ilə bağlı yeni sözlər öyrədilir.
Movies: filmlər – filmlərin janrları və özəlliklərini öyrənəcək, diskussiyalar apara biləcəksiniz.
Human in nature: insan təbiətdə – insanın təbiətdə səbəb olduğu dəyişikliklərdən bəhs edilir.
Inspirational people: ilham verən insanlar – bizə stimul verən insanlar haqqında öyrənəcəyimiz mövzudur.
Bridging cultures: mədəniyyətlərin birləşməsi – müxtəlif mədəniyyətlərin birləşməsinin üstün və pis cəhətləri nələrdir? Hər biri bu mövzuda öyrənilir.
World heritage: dünya irsi – İngilis dilində dünya irsi haqqında müzakirələrin aparıldığı mövzu növüdür.
Emergency and health problems : təcili məsələlər və sağlamlıq problemləri – təcili məsələlər ilə bağlı terminləri, eyni zamanda sağlamlıq məsələləri ilə bağlı olan yeni sözlərin izahı verilmişdir.
Invitations and celebrations: dəvətlər və qeydlər – qeyd etdiyimiz günlərlə bağlı İngilis dilində müzakirələr aparılır.
Television and social media: televiziya və sosial media – televiziya və sosial media arasındakı oxşarlıq və fərqlər bu mövzuda öyrədilir.

10-cu siniflər üçün İngilis dilində dinləmə mətnləri

10-cu siniflər üçün məsləhət görülən dinləmə mətnlərinə misal olaraq aşağıdakılar göstərilə bilər:

  • Unusual British festivals
  • What kind of student are you?
  • Living online

10-cu siniflərin dərs prosesində öyrənəcəkləri mövzular aşağıdakı siyahıda verilmişdir:
School life: sosial həyat – sosial həyat nədir? Hansı platformalardan istifadə edilir? Hər biri haqqında bu mövzu vasitəsi ilə müzakirələr aparılır.
Plans: planlar – gündəlik, qısa müddətli və uzun müddətli planlar haqqında debatları apara biləcəyiniz bir mövzudur.
Legendary figure: əfsanəvi fiqurlar – əfsanəvi fiqurlar və onların özəllikləri haqqında yeni sözlər bu mövzuda öyrənilir.
Traditions: adət-ənənələr – müxtəlif ölkələrin müxtəlif ənənələri var. Ancaq İngilis mədəniyyəti ilə bağlı olan adət-ənənələri öyrənmək üçün bu mövzu olduqca əlverişlidir.
Travel: səyahət – səyahətin növləri, səyahətlə bağlı yeni məlumatları, yeni sözləri öyrənməklə yanaşı dünyagörüşünüzü inkişaf etdirə bilərsiniz.
Helpful tips: köməkçi ipucları – bizə müxtəlif sahələrdə kömək edə bilən ipuclarını bu mövzuda öyrənirik.
Food and festivals: ərzaqlar və festivallar – ərzaqlarla bağlı festivalların özəllikləri, tarixi haqqında ümumi məlumatlar verilir.
Digital era: rəqəmsal era – rəqəmsal dövr ilə bağlı bütün terminlərdən bəhs edilir.
Modern heroes and heroines: müasir qəhrəmanlar – dövrümüzün müasir qəhrəmanlarını tanıyırıqmı? Hamısı ilə yeni müzakirələr bu mövzuda aparılır.
Shopping: alış-veriş – İngilis dilində alış-verişlə, mağazalarla, ərzaqlarla, geyimlərlə bağlı sözlər bu mövzuda öyrədilir.

11-ci siniflər üçün İngilis dilində dinləmə mətnləri

11-ci siniflər üçün məsləhət görülən dinləmə mətnlərinə misal olaraq aşağıdakılar göstərilə bilər:

  • Help others, help yourself
  • How false information spreads
  • Sleeping for exam success

11-ci siniflərin dərs prosesində öyrənəcəkləri mövzular aşağıdakı siyahıda verilmişdir:
Future jobs: gələcək işlər – gələcəyin işləri nələrdir? Proqramlaşdırma, kompüter, verilənlər, texnologiyalar haqqında İngilis dilində danışmağı öyrənirik.
Hobbies and skills: İngilis dilində hobbi və bacarıqlar – bu mövzu sayəsində İngilis dilində hobbi və bacarıqlarımız haqqında danışmağı öyrənirik
Hard times: çətin zamanlar – çətin zamanlar hansılardır və necə öhdəsindən gəlmək lazımdır? İngilis dilində öyrənirik.
What a life: həyat nədir? – həyatla bağlı bütün yeni sözləri öyrənə biləcəyimiz bir mövzudur.
Back to the past: keçmişə qayıtmaq – keçmişə qayıtsaq nə edərdik? Nəyi dəyişərdik? Dil bacarıqlarımızı inkişaf etdirmək üçün bu növ mövzularda danışmağımız vacibdir.
Open your heart: ürəyini aç – bu mövzu da yuxarıdakı mövzu kimidir. Speaking qabiliyyətimizi inkişaf etdirmək üçün müzakirə aparmalıyıq.
Facts about Azerbaijan: Azərbaycan haqqında faktlar – Azərbaycan haqqında faktları bu mövzu vasitəsilə diskussiya edirik.
Sports: idmanlar – İngilis dilində idman növləri necə adlanır? Hamısını bu mövzu sayəsində öyrənə bilirik.
My friends: mənim dostlarım – Qeyd etdiyimiz kimi sadəcə yeni sözlər öyrənmək yox, danışıq qabiliyyətlərimizi də inkişaf etdirməliyik. Bu mövzulardan biri də “My friends” mövzusudur.
Values and norms: dəyərlər və normalar – yaşadığımız cəmiyyətdə dəyərlər və normalar hansılardır? Dəyərlər nəyə əsasən müəyyən edilir?

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir