İngilis dilində Do, Does istifadəsi və mövzu izahı - Wordly

İngilis dilində Do, Does istifadəsi və mövzu izahı


İngilis dilində Do, Does istifadəsi və mövzu izahı

Bu mövzumuzda siz aşağıdakı başlıqlarla tanış olacaqsınız:

  • Do, Does istifadəsində qrammatik qaydalar
  • İngilis dilində Do və Does ilə təsdiq sual cümlələri
  • İngilis dilində Do və Does ilə inkar sual cümlələri
  • İngilis dilində Simple Present Tense (sadə keçmiş zaman) istifadəsi

Do, Does istifadəsində qrammatik qaydalar

İngilis dilində indiki sadə zamanın köməkçi feilləri “do” və “does”-dır. İngilis dilində “He, She, It” şəxs əvəzlikləri üçün “does” istifadə edilsə də, “I, You, We They” şəxs əvəzlikləri üçün “do” istifadə edilir. İngilis dilində inkar cümlələrində isə şəxs əvəzliyinə uyğun olaraq “do not” və ya “does not” istifadə edilir. Bu köməkçi feillərin qısaldılmış forması isə “don’t” və “doesn’t” formasındadır. Sual cümlələrində “do” və “does” cümlənin əvvəlinə keçir.

  • Jennifer likes pizza -Jennifer pizza xoşlayır.
  • Jennifer doesn’t like pizza pizza -Jennifer pizza xoşlamır.
  • Does Jennifer like pizza? – -Jennifer pizza xoşlayır?

İngilis dilində Do və Does ilə təsdiq sual cümlələri

İndiki sadə zamanda sual cümlələri “do” və “does” köməkçi feillərin mübtədanın əvvəlinə keçməsi ilə düzəlir. Wh- sual sözləri ilə düzələn sual cümlələrində də bu qayda keçərlidir. Aşağıda Do və Does köməkçi feilləri ilə bağlı İngilis dilində təsdiq – sual cümlələrinə aid nümunələr verilmişdir:

  • Does Jenny play tennis in the morning? -Jennifer səhər tennis oynayır?
  • Does Jennifer play tennis on Saturday afternoons but she plays on Wednesday afternoons? -Jennifer şənbə günortadan sonra tennis oynayır, ancaq çərşənbə günortadan sonra necə?
  • Why does Jennifer wear pink dresses? -Jennifer niyə çəhralı donlar geyinir?
  • Do they like tennis? -Onlar tennisi xoşlayır?
  • Do you ever visit your parents? -Sən heç valideynlərini ziyarət edirsən?
  • Do the kids watch tv every day after school? -Uşaqlar hər gün dərsdən sonra televizora baxırlar?
  • Does your patient understand the contract? -Sənin pasientin müqaviləni başa düşürmü?
  • Does her dog live outside or in the house? -Onun iti çöldə və ya evdə yaşayır?
  • Does your aunt always talk so much on the phone? -sənin xalan həmişə telefonda bu qədər danışır?
  • Why do they  ever clean up your mess? onlar niyə sənin qarışıqlığını təmizləyirlər?

İngilis dilində Do və Does ilə inkar sual cümlələri

Aşağıda Do və Does köməkçi feilləri ilə bağlı inkar – sual cümlələrinə aid nümunələr verilmişdir:

  • Don’t the kids watch tv every day after school? -Uşaqlar hər gün dərsdən sonra televizora baxmırlar?
  • Doesn’t your patient understand the contract? -Sənin pasientin müqaviləni başa düşmür?
  • Does not her dog live outside or in the house? -onun iti çöldə və ya evdə yaşamır?
  • Does not your sister always talk so much on the phone? -Sənin xalan həmişə telefonda bu qədər danışmır?
  • Didn’t Mr. David call you? -Cənab David sizə zəng etmədi?
  • Why don’t they ever clean up your mess? -onlar niyə sənin qarışıqlığını təmizləmirlər?
  • Doesn’t Jennifer play tennis in the morning?  -Jennifer səhər tennis oynamır?
  • Don’t you ever visit your parents? -sən heç valideynlərini ziyarət etmirsən?
  • Doesn’t Jenny play tennis on Saturday afternoons but she plays on Wednesday afternoons? -Jennifer şənbə günortadan sonra tennis oynamır, ancaq çərşənbə günortadan sonra oynayır?

İngilis dilində Simple Present Tense (sadə keçmiş zaman) istifadəsi

Simple Present Tense Azərbaycan dilindəki “İndiki sadə zaman”ın qarşılığıdır. Hər zaman keçərli olan, dəyişməyən hadisələri və vəziyyətləri bildirmək üçün istifadə edilir. Cümlədə “sevirəm”, “oynayaram”, “edərəm”, “gedirəm” (adətən) kimi mənalara gəlir. Köməkçi feil olaraq  “do” və “does” istifadə edilir. Ancaq təsdiq cümlələrində köməkçi feil istifadə edilmir. Köməkçi feillər inkar və sual cümlələrində istifadə edilir. Üçüncü şəxsdə (He, She, It) isə “does” köməkçi feilindən istifadə edilir. Digər subyektlərdə (I, You, We, They) isə “do” köməkçi feilindən istifadə edilir.

Hansı hallarda istifadə edilir?

1- reallıqlar və ümumiləşdirmələr

Keçmişdə, bu gün və gələcək zamanda danışan şəxs baxımından doğruluğunu heç itirməyən hadisələr və vəziyyətlər üçün istifadə edilir: Do plaines carry many passengers. -Təyyarələr çox sərnişin daşıyır?

2- vərdişləri bildirmək üçün istifadə edilir

Daimi olaraq edə bildiyimiz işləri və vərdişləri bildirmək üçün də Present Simple Tense istifadə edilir: Do you drink tea every day? -Sən hər gün çay içirsən?

3- Xoşladığımız və xoşlamadığımız şeyləri ifadə etmək üçün istifadə edilir:

Xoşladığımız və ya xoşlamadığımız şeyləri bildirmək üçün “like – xoşlamaq”, “love – sevmək”, “hate – nifrət etmək”, “dislike – xoşlamaq”, “enjoy – zövq almaq” kimi feillər istifadə edilir: Do they like chess? -Onlar şahmatı xoşlayır?

4- təbiət qanunlarını bildirmək üçün istifadə edilir.

Hər zaman eyni formada reallaşdığı üçün təbiət hadisələri də simple present tense (indiki sadə zaman) ilə ifadə edilir: Dogs don’t eat grass -itlər ot yemir.

5- İndiki davamedici zamanda istifadə edilməyən feillər ilə işlənir:

İngilis dilində bəzi feillər “-ing” şəkilçisi qəbul etməzlər. Bu halda bu feilləri İngilis dilindəki indiki davamedici zaman formatında istifadə edə bilmərik. Halbuki, “-ing” şəkilçisi indiki davamedici zamanı bildirir və cümləyə “edir, etməkdədir” mənasını qatır. Buna görə də “want” (istəmək) sözünü “wanting” formasında görə bilmərik. Beləliklə, bu növ feillərə “indi etməkdəyəm” kimi bir məna qatmaq istəsək də, məcburən indiki sadə zamanda (Simple Present Rense) ilə ifadə edirik. Bu feillər aşağıdakılardır:

  • believe -inanmaq
  • know -bilmək
  • remember -xatırlamaq
  • understand -başa düşmək
  • need -ehtiyac duymaq
  • hate -nifrət etmək
  • like -xoşlamaq
  • love -sevmək
  • prefer -üstünlük vermək
  • want -istəmək
  • feel -hiss etmək
  • mean -demək istəmək, məna vermək

Bu qaydaya aid cümlə nümunəsi aşağıda verilmişdir:

  • I don’t remember her name -sən onun adını xatırlamırsan.
  • Do they understand? -onlar başa düşür?

Aşağıdakı bağlayıcılarla birlikdə istifadə edilir:

Simple present tense bəzi bağlayıcılara qoşularaq başqa cümlələr ilə birləşə bilir. “before – əvvəl, after – sonra, when(-duğu aman)” kimi bağlayıcılarla birlikdə istifadə edilir.

Does Jennifer brush her teeth before she goes to bed -Jennifer yatmazdan əvvəl dişlərini fırçalayır.

Sıxlıq zərfləri ilə do və does istifadəsinə aid nümunələr

Sıxlıq zərflərinin istifadəsi ilə bağlı aşağıdakı nümunəni oxuduqdan sonra oxşarlarını tapmağa çalışa bilərsiniz: Do they usually get up early? -Onlar adətən tez oyanır?

Simple Present Tense do və does ilə işlənən feil cümləsinə aid nümunələr

Aşağıda bununla bağlı cümlə nümunələri ilə tanış ola bilərsiniz:

  • Jennifer doesn’t work at the hospital -Jennifer xəstəxanada işləmir.
  • Does Jennifer work at the hospital? -Jennifer xəstəxanada işləyir?
  • Where does Jennifer work? -Jennifer harada işləyir?

Simple Past Tense

İngilis dilində keçmiş zaman təsdiq cümləsi içərisində istifadə edilərkən mübtədadan sonra feilin ikinci forması istifadə edilir. Simple Present zamanda feilin ikinci forması mübtədaya görə dəyişiklik göstərmir.

Simple Past Tense ilə birlikdə inkar cümlələri

İngilis dilində keçmiş zaman inkar cümlə içərisində istifadə edilərkən köməkçi feil olan “did” inkar şəkilçisi qəbul edərək “did not” və ya ‘’didn’t” formasında istifadə edilir. Simple past tense inkar cümlələrində isə feil birinci forması kimi istifadə edilir. Formulu belədir: Mübtəda + did not + feilin 1-ci forması

Simple Past zamanında inkar cümləyə aid nümunələr aşağıda verilmişdir:

  • I didn’t play football -mən futbol oynamadım.
  • David didn’t play football -David futbol oynamırdı.
  • We didn’t go to the theatre -biz teatra getmədik.

Simple Past zamanında sual cümləsi:

İngilis dilində keçmiş zaman ilə sual cümləsi yaradarkən Simple Past Tense-n köməkçi feili olan “did” cümlənin əvvəlinə keçir. Feil isə inkar cümlələrdə olduğu kimi 1-ci forması ilə istifadə edilir. Cümlənin formulu belə olur: Did + mübtəda + feilin 1-ci forması

Simple Past Tense ilə bağlı sual cümləsinə aid nümunələr aşağıda verilmişdir:

  • Did they play football last day? -onlar ötən gün futbol oynadılar?
  • Did we lose the match? -biz qarşılaşmada məğlub olduq?
  • Did David clean his home? -David evini təmizlədi?

İngilis dilində söz ehtiyatını artırmaq istəyən şəxslər Wordly platforması ilə tanış olmağa tələsməlidirlər!

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir