İngilis dilində Esse nümunələri IELTS – TOEFL – Proficiency - Wordly

İngilis dilində Esse nümunələri IELTS – TOEFL – Proficiency


Ingilis dilində esse nümunələri

İngilis dili imtahanına hazırlaşanların ən çox çətinlik çəkdikləri mövzulardan birincisi də esse mövzusudur. Çünki bu mövzu özlüyündə qrammatika, söz ehtiyatı, cümlə quruluşu və s. kimi bir çox başqa mövzuları da birləşdirir. Eyni zamanda bu imtahanlarda İngilis dilində essenin necə yazıldığını, hansı hissələrdən ibarət olduğunu bilmək olduqca vacibdir. Bu yazımızda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • İngilis dilində Opinion Essay nümunəsi
  • İngilis dilində TOEFL Essay nümunəsi
  • İngilis dilində IELTS Essay nümunəsi
  • İngilis dilində BUEPT Essay nümunəsi
  • İngilis dilində Essay nümunəsi PDF

İngilis dilində Opinion Essay nümunəsi

Opinion essay, müqayisəli mövzuda şəxsi fikirlərinizi müdafiə etdiyiniz İngilis dilində olan inşa növüdür. Opinion Essay adətən, TOEFL, IELTS, Proficiency kimi imtahanlarda tez-tez qarşımıza çıxan bir növdür. Opinion Essay təxminən 250-300 söz arasında olur.

Nümunə esse: From my own point of view I’d say, advertisement is used for publicity strategies. The most important in our days because of the fact that companies earn a lot of money as a result of good advertisements. I have two different ideas about this strategies:

First one is that companies use it to promote their products which they have introduced and people need to recognized it. That’s why firms to benefit from different alternative medium such as tv, radio, internet, street board. These ones makes people nervous when they are watching television then  the advertisements divide their film desire. It seems  to me that it is very annoying and not ethic especially in the web sites. It seems  to me that it is very annoying and not ethic especially in the web sites.

On the other hand the managers use advertisement not only for the promotion purpose, but also to deceive the people. Owing to the fact that they use wrong information and place the untruth thing their own publicity. Sometimes they write what “it is just an advertisement” on above the screen. In my opinion it isn’t ethic, either. Therefore they use people’s goodwill.

Consequently, advertisement is the most important thing in the marketing area unless they are annoying, boring, forced. If it would be creative, extraordinary, remarkable people will want to watch it themselves like Turkish Airlines.

Tərcüməsi: Mənim fikrimə görə, reklam aşkarlıq strategiyaları üçün istifadə olunur. Günümüzdə şirkətlərin yaxşı reklamların nəticəsi olaraq çox pul qazanması səbəbi ilə olduqca vacibdir. Bununla bağlı iki fərqli fikrim var: Birincisi, şirkətlər təqdim etdikləri məhsulları tanıtmaq üçün istifadə edirlər və insanların bunu tanıması lazımdır. Buna görə firmalar, televiziya, radio, internet, küçə lövhəsi və sair kimi fərqli alternativ mühitdən faydalana bilirlər.

Beləliklə, insanlar televiziya izlərkən film zövqlərinin reklamla bölünməsi səbəbi ilə əsəbiləşirlər. Mənə elə gəlir ki, bu çox qıcıqlandırıcı və xüsusən veb saytlarda etik deyil.

Digər tərəfdən menecerlər reklamdan təkcə təqdimat məqsədi ilə deyil, insanları aldatmaq üçün də istifadə edirlər. Səhv məlumatlardan istifadə etdikləri və yalnış şeyləri özlərinin reklamı məqsədilə yerləşdirdikləri üçün. Bəzən ekranın üstündəki “bu sadəcə bir reklamdır” yazırlar. Məncə, bu da etik deyil. Çünki insanların xoş niyyətlərindən istifadə edirlər.

Nəticə etibarilə, reklam sahəsi marketinq əsnasında əsəbi, cansıxıcı, məcburi olmadıqda ən vacib şeydir. Əgər Türk Hava Yolları reklamları kimi yaradıcı, möhtəşəm, diqqətəlayiq olsa, o zaman insanlar bunu seyr etmək istəyərlər.

İngilis dilində TOEFL Essay nümunəsi

TOEFL imtahaında writing mərhələsi iki yerə ayrılır: Integrated Writing:  Burada ilk əvvəl bir dərsə qulaq asılır, sonra isə o dərslə bağlı bir yazı oxunur. Daha sonra 20 dəqiqə içərisində qulaq asılan və oxunan mətni sintezləyərək 250 sözdən ibarət və ya qarşılaşdırma yazısının yazılması istənilir.

Independent Writing: Bu mərhələdə isə namizədlərdən 30 dəqiqə içərisində 4-5 paraqrafdan ibarət, 300-350 söz arasında bir inşanın yazılması gözlənilir.

TOEFL-da sərbəst yazı hissəsində, yəni Task 2 hissəsində yaxşı bal almaq üçün yazılan essenin aşağıdakı özəlliklərə sahib olması lazımdır:

  • Doğru qrammatika
  • Doğru söz seçimi
  • Cümlə və paraqraflar arasında məntiqli keçidlər
  • Əlaqəli və bütün bir mətn

Yazı yazmaq təcrübə ilə inkişaf edən bacarıqdır. Bu səbəblə də, çox sayda nümunə yazı oxuyub, hər gün bir dənə də olsa esse yazmağa çalışın.

Nümunə esse: Nowadays, every country was ruled by their inner laws. At the same time punishments for each crime is also included to them. In this issue, some people claim that the regulations should be the same for all the guilty people, another group of people believe that it should not be the same.

Initially, it seems to me that everyone should not be judged by the common rules. The crimes are divided into some groups such as, light, medium, heavy. Hence, if all criminals were juridified in the same way, then it would not be fair.

On the grounds that burglary is not the same with the murder, on the other hand the people think that when the laws decide the punishment, if should be considered about the circumstances of an individual crime. Additionally, the people committing a light crime should not be treated badly.

Consequently, every crime should be evaluated uniquely, furthermore every murder or thiever judged only for their own crimes as it is more fair than usual.

Tərcüməsi: Günümüzdə hər bir ölkə öz daxili qanunlarına görə idarə olunur. Eyni zamanda hər bir cinayətə görə verilən cəzalar da bunlara daxildir. Bu mövzuda bəzi insanlar qaydaların bütün günahkarlar üçün eyni olmalı olduğunu iddia edir, başqa bir qrup bunun eyni olmamalı olduğuna inanır.

İlkin olaraq, mənim fikrimcə, hamı eyni qaydalarla mühakimə olunmamalıdır. Cinayətlər yüngül, orta, ağır kimi bəzi qruplara bölünür. Deməli, bütün cinayətkarlar eyni qaydada mühakimə olunarsa, bu ədalətli olmaz.

Oğurluq cinayətlə eyni deyildir. Digər tərəfdən insanlar düşünürlər ki, qanunlar cəzanı təyin edərkən, ayrı-ayrılıqda hər cinayətin şərtləri barədə düşünmək lazımdır. Bundan əlavə, yüngül cinayət törədən insanlara pis rəftar edilməməlidir.

Nəticə etibarilə, hər bir cinayət digərlərinə oxşar olmadan qiymət verilməlidir, üstəlik hər bir cinayət və ya oğru yalnız öz cinayətlərinə görə mühakimə olunmalıdır, çünki bu, digər haldan daha ədalətli olur.

İngilis dilində IELTS Essay nümunəsi

IELTS imtahanının writing hissəsi 2 sualdan ibarətdir. Bu bölmədə sizdən 2 dənə esse yazmağınız istənilir. Bu mərhələ Task 1 və Task 2-dən ibarətdir. Yazmaq üçün toplam 60 dəqiqəmiz var. Task 2 həm müddət, həm də bal olaraq Task 1-in iki qatı qədərdir. Writing strategiyaların keçməzdən əvvəl imtahanın hisəsləri haqqında məlumat verək:

TASK 1: Task 1-də verilən qrafik, cədvəl, diaqram və s. haqqında gördüklərinizi yazmağınız istənilir. Yazmaq üçün 20 dəqiqə müddət var və minimum 150 sözdən ibarət bir yazı yazmağınız istənilir.

TASK 2: Bu hissədə isə verilən mövzu ilə bağlı esse yazmağınız istənilir. Toplam 40 dəqiqə vaxt verilir. Yazılacaq esse ən az 250 sözdən ibarət olmalıdır. Yazılacaq esse giriş, əsas hissə və nəticə hissələrindən təşkil olunmalıdır.

Aşağıda task 1 mövzusuna aid nümunə ilə tanış ola bilərsiniz:

The chart below gives information related to the house prices that change in five cities in 1990-2002 and this change is compared with the 1989’s average price percent by.

Initially, it is clearly seen that New York, Tokyo, London average changes fell from 1990 to 1995. In addition, Tokyo and London’s changes were equal each other roughly 7%. At the same time both Madrid and Frankfurt prices started to climb.

On the other hand between 1996 and 2002 all cities’ percentages increased apart from Tokyo. Moreover, the highest increment was in Tokyo’s changes, which was the same by 5%.

In summary, the chart represents that the percentages of New York increased in 1996 to 2002 although this ratio decreased in 1990 to 1995. Besides, Tokyo’s house costs dropped in 1990 to 1995 on the contrary it rose between in1996 and 2002. Overall, the five cities shown different percentages in several years.

Tərcüməsi: Aşağıdakı cədvəl 1990-2002-ci illərdə beş şəhərdə dəyişən ev qiymətləri ilə bağlı məlumat verir və bu dəyişiklik 1989-cu ilin orta qiymət faizləri ilə müqayisə olunur.

Əvvəlcə Nyu-York, Tokio, Londonda orta dəyişikliklərin 1990-cı ildən 1995-ci ilə qədər azaldığı aydın görünür. Bundan əlavə, Tokio və Londonun dəyişiklikləri bir-birinə yaxın, təxminən 7%-ə bərabər idi. Eyni zamanda həm Madrid, həm də Frankfurtda qiymətlər qalxmağa başladı.

Digər tərəfdən 1996-2002 illəri arasında Tokio’dan başqa bütün şəhərlərin faizləri artdı. Üstəlik, ən yüksək artım 5% eyni olan Tokionun dəyişikliklərində oldu.

Xülasə, cədvəl New Yorkun faiz nisbətlərinin 1996-2002-ci illərdə artdığını, 1990-dan 1995-ci ildə bu nisbətin azalmasına baxmayaraq artdığını göstərir. Bundan başqa Tokionun ev dəyəri 1990-1995-ci illərdə azalıb, əksinə, 1996-cı ildən 2002-ci ilə qədər artıb. Ümumilikdə beş şəhər bir neçə ildə fərqli faizlər göstərdi.

İngilis dilində BUEPT Essay nümunəsi

BUEPT, Boğaziçi University English Proficiency Test mənasına gəlir. Boğaziçi Universitetinin təşkil etdiyi İngilis dili yetərliliyini müəyyən edən imtahandır. Bu imtahanın da writing hissəsində tələb edilən esse digərləri ilə oxşardır. Təqdim edilən mövzuda müəyyən bir esse yazmağımız istənilir. Buna aid nümunə ilə aşağıda tanış ola bilərsiniz:

We all grow differently. It is related to our parents’ experience, education and so on. Some mothers don’t work, whereas others work. Thus, some children have a chance for spending more time with their parents; on the contrary, others spend a lot of time at school. Therefore they are mostly together with their teachers rather than parents and learn the entire thing by teachers.

There are two different views regarding this topic. Some people think that parents should teach children everything depend on to be good members for society. Others claim that the schools should have.

Initially, characters are generally formed in society and the responsibility for concerning because of different circumstances is generally. The education starts in family which determines the children’s adaptation to the community. Although the environments contribute to our attitudes, the family has main the role.

Therefore, we maintain our family’s education which parents give us as we grow. The first groups of thinkers believe that being a good member in a society should be taught by parents. I agree with this opinion.

On the other hand, others think the opposite justify that it should be learned at schools. However, classrooms have got different types of children coming there from several backgrounds. Briefly, much as the schools teaches children how to be good person in community. Although child cannot see these in their own family, then the school will not have good effect on child. It stems from that every parent is the ideal family for their children. The little ones imitate everything that the adults do.

In summary, from my own point, both family and school have significant role in our lives.

Tərcüməsi: Hamımız fərqli şəkildə böyüyürük. Bu, valideynlərimizin təcrübəsi, təhsili və s. ilə bağlıdır. Bəzi analar işləmir, digərləri işləyir. Beləliklə, bəzi uşaqların valideynləri ilə daha çox vaxt keçirmək şansı var; əksinə, digərləri məktəbdə çox vaxt keçirirlər. Buna görə də onlar valideynlərdən daha çox müəllimləri ilə bir yerdədirlər və hər şeyi müəllimlər tərəfindən öyrənirlər.

Bu mövzu ilə bağlı iki fərqli fikir var. Bəzi insanlar düşünür ki, uşaqların cəmiyyət üçün yaxşı üzv olması hər şeyin valideynləri tərəfindən öyrədilməsindən asılıdır.  Digərləri iddia edir ki, məktəblər olmalıdır.

İlkin olaraq, xarakter cəmiyyətdə formalaşır və fərqli vəziyyətlərə görə məsuliyyət də  fərqli olur. Təhsil uşaqların cəmiyyətə uyğunlaşmasını müəyyən edən ailədən başlayır. Mühitlər bizim münasibətlərimizə töhfə versə də, ailənin əsas rolu var.

İlk qrup, cəmiyyətdə yaxşı üzv olmaq üçün valideynlər tərəfindən öyrədilmənin lazım olduğuna inanırlar. Mən də bu fikrə qatılıram.

Digər tərəfdən, digərləri bunun əksini məktəblərdə öyrənilməli olduğunu əsaslandırırlar. Bununla birlikdə sinif otaqlarına oradan bir neçə təbəqədən gələn müxtəlif növ uşaqlar var. Qısaca, məktəblərdə uşaqlara cəmiyyətdə necə yaxşı insan olmağı öyrədirlər. Uşaq bunları öz ailəsində görə bilməsə, məktəb uşağa yaxşı təsir göstərməyəcəkdir. Buradan qaynaqlanır ki, hər bir valideyn övladları üçün ideal ailədir. Kiçiklər böyüklərin etdiyi hər şeyi təqlid edirlər.

Xülasə, həm ailənin, həm də məktəbin həyatımızda əhəmiyyətli rolu var.

İngilis dilində PDF formasında Esse nümunəsi

Burada İngilis dili imtahanlarında köməyinizə çatacaq esse nümunələri ilə tanış ola bilərsiniz.

Bir mövzumuzun daha sonuna gəldik. Əgər siz də bunlarla kifayətlənmək istəməyib, daimi olaraq çox sayda söz öyrənmək istəyirsinizsə, o zaman https://www.getwordly.com/ məhz sizin üçündür. Wordly sizə nə qatacaq? Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız. Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə bilərcəksiniz.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir