İngilis dilində Esse necə yazılır? - Wordly

İngilis dilində Esse necə yazılır?


İngilis dilində esse

İngilis dilində esse yazmağı bacarmaq olduqca vacibdir. Çünki istər təhsil, istərsə də iş həyatındakı yüksəlişlə bağlı olaraq zaman-zaman IELTS, TOEFL kimi imtahanlara girməli oluruq ki, burada da esse qarşımıza çıxır. Bu səbəbdən də bu mövzunu essay yazma rəhbəri olacaq şəkildə hazırladıq.   Burada siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • Essay nə deməkdir?
  • İngilis dilində Esse yazmağa giriş
  • İngilis dilində Esse quruluşu necədir?
  • İngilis dilində Esse strukturu necə hazırlanır?
  • İngilis dilində Esse şablonu necə hazırlanır?
  • İngilis dilində Esse hazırlama nümunəsi
  • İngilis dilində Esse nümunələri
  • İngilis dilində inşanın hissələrini yazarkən diqqət edilməli məqamlar
  • İngilis dilində Descriptive Essay necə yazılır?
  • İngilis dilində Advantage and Disadvantage Essay necə yazılır?
  • For and Against Essay necə yazılır?  

Essay nə deməkdir?

Əvvəlcə “essay”-n nə olduğu sualına cavab tapaq. Essay İngilis dilində olan bir sözdür və Azərbaycan dilindəki mənası “esse”, “məqalə” deməkdir. Bu məqalə iqtisadiyyat, təhsil, siyasət, səhiyyə, sənət, səyahət, mətbəx və s. ilə bağlı ola bilər. İngilis dilində esse yazmaqla bağlı ən çox problem IELTS, TOEFL kimi beynəlxalq dərəcədə qəbul edilən imtahanlara hazırlaşarkən yaranır. Bu səbəbdən də İngilis dilində esse yazmağı bilmək olduqca vacibdir.

İngilis dilində Esse Yazmağa Giriş

Yaxşı formada esse yaza bilmək üçün əvvəlcədən qazanmış olmalı olduğunuz bir neçə bacarıqlar var. Bunlardan birincisi İngilis dilində düzgün formada paraqraf yazmağı abcarmaqdır. Çünki esseni əmələ gətirən hissələr paraqraflardır və esse paraqrafı yaxşı olduğu təqdirdə qənaətbəxş olacaqdır.

İkincisi isə, İngilis dilində az-çox writing ilə bağlı məlumatınızın olmasıdır. Bu iki təməl qaydaya əlavə olaraq, İngilis dilindəki söz ehtiyatınızı artırmaq məqsədilə kitablar oxumaq, yazacağınız mövzu ilə bağlı esse nümunələrini analiz etmək işinizi asanlaşdıracaqdır.

İngilis dilində essenin strukturu

Mövzusu və janrı nə olursa olsun, esselərin tabe olduğu bir şablon vardır. Bu səbəbdən də esse quruluşunun aşağıdakı kimi olduğunu deyə bilərik:

  • Introduction – giriş paraqrafının tək paraqraf olması uyğundur.
  • Developmental paragraphs – Əsas paraqraf 1, 2, 3 paraqrafdan ibarət ola bilər.
  • Conclusion – nəticə paraqrafının da 1 dənə olması məqsədəuyğundur.

Giriş paraqrafı vasitəsi ilə mövzuya giriş verilir. Giriş paraqrafında mövzu ilə bağlı fikrimizi ifadə edə biləcək cümlələr qeyd edilir. Daha sonra isə mövzu ilə bağlı əlimizdəki arqumentlər və mövzunun genişliyindən asılı olaraq 1, 2, 3 paraqraf yazıla bilər. Nəticə olaraq isə son paraqrafda yazının xülasəsi qeyd edilir və son fikir yazılır.

İngilizce Esse şablonu hazırlamaq (Essay Outline)

Aşağıda it və pişik kimi ev heyvanı saxlamağın insan psixologiyasına təsiri” ilə bağlı esse nümunəsinin mərhələ-mərhələ hazırlanması verilmişdir:

Giriş paraqrafı: Ev heyvanları ilə bağlı 1-2 cümləlik giriş ilə mövzuya başlanılır.

Bir çox insan öz şəxsi həvəsləri üçün ev heyvanlarına sahibdir. Onları bizə ən sadə terminlərlə təqdim edə biləcəkləri şeylər üçün görürük: dostluq. Pişiklər və itlər dostluq təqdim edirlər, ancaq əksər insanların fərqində olmadığı başqa faydaları da var.

Əsas hissənin ilk paraqrafı: burada isə it və pişiklərin insan psixologiyasına təsiri ilə bağlı görülən elmi araşdırmalardan bəhs edilir.

İnsan-heyvan münasibətləri ilə bağlı araşdırmalar hələ nisbətən yenidir. Bəzi araşdırmalaq sağlamlıq üzərində müsbət təsirlər göstərmişdir, ancaq nəticələr qarışıqdır. Pişik və ya it sahibi olaraq, sizi şərtsiz sevəcək bir heyvana sahib olmaq həyatınızı yaşamaq üçün daha asan edəcəkdir. İtlər və pişiklər eyni zamanda sosiallaşmanı təmin edir və tam təcriddən azad olma imkanı verir.

Əsas hissənin ikinci paraqrafı: Burada da yuxarıdakı kimi, ancaq daha geniş formada heyvanların insan psixologiyasına təsirindən bəhs edilir.

Digər araşdırmalar it və pişiklərin yalnızlığı azalda biləcəyini, sosial dəstək duyğularını artıra biləcəyini və əhvalınızı yüksəldə biləcəyini tapmışdır. Araşdırmalar, ev heyvanı olan it və ya pişiyin sahibliyinin, potensial olaraq stresli həyat hadisələrinin təsirini yaxşılaşdıra biləcəyini, narahatlıq, yalnızlıq və depressiya səviyyəsini azalda biləcəyini,  özünə inam hisslərini artıra biləcəyini göstərmişdir. Heyvanlar komfort və dəstək qaynağı olaraq xidmət edə bilirlər. Bu mövzuda müalicə itləri olduqca yaxşıdır.  Bəzən xəstələrin stresini və narahatlıqlarını azaltmağa kömək etmək üçün xəstəxalara və ya baxım evlərinə gətirilirlər.

Sonluq: Son olaraq isə bütün mətnin qısa xülasəsi verilir və mövzu yekunlaşır.

İtlər və pişiklərin bizim ən yaxın dostlarımız olduğunu və it və pişik bəsləməyin bizim psixologiyamız üzərində əvəzsiz müsbət təsirləri olduğunu unutmamalıyıq.

Mətnin İngilis dilində tərcümə edilmiş son forması:

Many people own pets for their own personal enjoyment. We see them for what they can offer us in the simplest of terms: companionship. Cats and dogs do offer companionship but they also offer many other benefits that most people are unaware of. 

Research on human-animal interactions is still relatively new. Some studies have shown positive health effects, but the results have been mixed. As a cat or dog owner, it makes sense that having an animal love you unconditionally could make life a lot easier to live. Dogs and cats also provide socialization and relief from complete isolation.

Other studies have found that dogs and cats can reduce loneliness, increase feelings of social support, and boost your mood. Research has shown that ownership of a pet dog or cat can ameliorate the effects of potentially stressful life-events, reduce levels of anxiety, loneliness and depression and enhance feelings self-esteem. Animals can serve as a source of comfort and support. Therapy dogs are especially good at this. They’re sometimes brought into hospitals or nursing homes to help reduce patients’ stress and anxiety.

We must not forget that dogs and cats are our closest friends and that feeding dogs and cats has invaluable positive effects on our psychology.

İngilis dilində Esse nümunələri

Essay 1: In some countries, young people are encouraged to work or travel for a year between finishing high school and starting university studies. Discuss the advantages and disadvantages for young people who decided to do this.

Before embarking on college many young people are advised that a year working or travelling may be a good option. This essay will suggest that saving money is the biggest advantage of this and a reduced motivation to study is the primary disadvantage.

Third level education is very expensive and lots of students decide to work for 12 months and save up money before they begin their studies. This allows them to pay for their living costs, tuition fees and accommodation and focus on their studies, rather than struggle financially or have to get a part-time job on top of their academic work.

Despite these advantages, many students often get used to working or travelling and don’t want to return to a life of study after a year off. This short term view can cause some to bypass university altogether and go straight into a job that is beneath their capabilities or may not offer the same prospects their future career might have done.

In conclusion, taking a break from studies can be advantageous if it allows people to gather up savings, however, they should also be careful that it does not lead to disillusionment with education altogether.

Tərcüməsi: Bəzi ölkələrdə gənclərə orta məktəbin sonu ilə universitet təhsilinin başlanğıcı arasında bir il işləmək və ya səyahət etmək tövsiyə olunur.Bunu etmək qərarına gələn gənclər üçün üstünlükləri və çatışmazlıqları müzakirə edin.

Kollecə başlamazdan əvvəl bir çox gəncə bir il işləməyin və ya səyahət etməyin yaxşı bir seçim ola biləcəyi tövsiyə olunur. Bu essedə, pula qənaətin bunun ən böyük avantajı olduğu və oxumağa həvəsin azalmasının isə dezavantaj olması müzakirə ediləcəkdir.

Üçüncü səviyyə təhsil çox bahadır və çox sayda tələbətəhsil almağa başlamazdan əvvəl 12 ay işləməyə və pul yığmağa qərar verir. Bu onlara maddi cəhətdən azad olmaq və ya akademik işləri ilə eyni zamanda yarım günlük iş almaqdansa, yaşayış xərclərini, təhsil haqqını və yaşayış yerini ödəməyə və təhsillərinə fokslanmağa imkan verir.

Bu üstünlüklərə baxmayaraq, bir çox tələbələr işləməyə və ya səyahətə alışır və bir illik istirahətdən sonra təhsil həyatına qayıtmaq istəmir. Bu qısamüddətli mənzərə bəzilərinin universiteti tamamilə kənara qoymasına və birbaşa öz imkanlarının altındakı bir işə keçməsinə səbəb ola bilər və ya gələcək karyeraları ilə eyni perspektivlərini təklif edə bilməz.

Nəticə etibarilə bu metod insanların qənaət etməsinə imkan verdiyi zaman faydalıdır, bununla yanaşı təhsillə bağlı xəyal qırıqlığına yol açmamasına diqqət etmək lazımdır.

Essay 2: Some experts believe that it is better for children to begin learning a foreign language at primary schools rather than secondary school. Do the advantages of this outweigh the disadvantages?

Some authorities think that it is more favourable for pupils to begin studying languages at primary school instead of secondary school. The essay will first demonstrate that the earlier someone learns an additional language the more likely they are to master it and that it brings added cognitive benefits, followed by an analysis of how the primary disadvantage, namely confusion with their native tongue, is not valid.

The main reason to start kids off with foreign languages early is that this increases the likelihood they will achieve fluency in adulthood. That is to say that they will have far more years to perfect their skills and it will seem perfectly normal to speak bilingually. In other words, it benefits the overall development of a child’s brain.

Those opposed to this say that it causes the child to become confused between their mother tongue and the other language. However, there is actually no evidence to support this view and children from bilingual families do just as well in both languages.

On balance, the fact that early foreign language learning leads to higher fluency and improved brain function clearly outweighs the flawed argument that it impairs uptake of native languages.

Tərcüməsi: Bəzi mütəxəssislər, şagirdlərin orta məktəb əvəzinə ibtidai məktəbdə dil öyrənməyə başlamasının daha əlverişli olduğunu düşünürlər. Essedə əvvəlcə bir insanın əlavə dili nə qədər tez öyrənsə, onu istifadə etmə ehtimalının o qədər yüksək olduğunu və beyinlə bağlı əlavə faydalar gətirdiyini, ardınca isə ana dilləri ilə qarışıqlığın nə dərəcədə keçərli olmadığını analizi ediləcəkdir.

Uşaqlarda xarici dil təhsilinin erkən başlanmasının əsas səbəbi bunun yetkinlik zamanı axıcılıq qazanma ehtimalını artırmasıdır. Bacarıqlarını inkişaf etdirmək üçün daha çox vaxtı olacaq və iki dildə danışmaq normal görünəcək. Başqa sözlə, bu, uşağın beyninin ümumi inkişafı üçün faydalıdır.  

Buna qarşı çıxanlar deyirlər ki, bu, uşağın ana dili ilə digər dili arasında qarışıqlığa səbəb olur. Ancaq bu görüşü dəstəkləyən heç bir dəlil yoxdur və ikidilli ailələrin uşaqları hər iki dildə danışmağı bacarırlar.

Balansda, erkən xarici dil öyrənməsinin daha yüksək səviyyədə axıcı danışmağa və inkişaf etmiş beyin funksiyalarına yol açması, bunun onların ana dilləri üçün maneə yaratması arqumentindən daha ağırdır.

Essay 3: Computers are becoming an essential part of education. Discuss the advantages and disadvantages and give your own opinion.

Information technology is becoming a ubiquitous part of learning. This essay will show that this is a welcome development and can enhance educational practice. It will first suggest that the instant availability of huge amounts of information is the primary advantage, followed by a discussion of how it can sometimes lead to plagiarism.

The main benefit computers bring to learners is easy access to vast amounts of resources. Learners were once limited to the books they had and the knowledge of their teacher, now they can learn about anything they choose at the touch of a button. Google is a prime example, because it allows people to easily search for whatever they are looking for quickly and accurately.

One possible drawback is that using the internet to complete academic work can sometimes lead to pupils copying articles from the internet.

Overall, it is a very positive development because most students will take advantage of the power of the information superhighway to enhance their studies, rather than using it to cheat.

In conclusion, the web has provided a gateway to knowledge unlike anything seen before and although it can sometimes lead to a few taking the easy route and plagiarising, it is a very positive step in the evolution of education.

Tərcüməsi: İnformasiya texnologiyaları öyrənmənin əsas hissəsinə çevrilir. Bu yazı bunun yaxşı bir inkişaf olduğunu və təhsil praktikasını artıra biləcəyini göstərəcəkdir. Əvvəlcə çox sayda məlumatın dərhal əldə edilməsinin bunun əsas üstünlüyü olduğu, ardından isə bunun bəzən plagiatlığa yol aça biləcəyi müzakirə olunur.

Kompüterlərin öyrənənlərə gətirdiyi əsas fayda, böyük miqdarda mənbələrə asanlıqla daxil olmaqdır. Öyrənənlər əvvəllər sahib olduqları kitablarla və müəllimlərinin bilikləri ilə məhdudlaşırdılar, indi onlar bir düyməyə toxunmaqla seçdikləri hər hansı bir şeyi öyrənə bilərlər. Google buna ən yaxşı nümunədir, çünki insanlar asanlıqla axtardıqlarını tez və dəqiq tapmasına imkan verir.

Bir mümkün çatışmazlıq odur ki, interneti akademik işi başa çatdırmaq üçün istifadə etmək tələbələrin bəzən internetdən məqalələr götürmələrinə səbəb ola bilər.

Ümumiyyətlə, bu çox müsbət bir inkişafdır, çünki əksər tələbələr məlumat fırıldaqçılığı üçün deyil, işlərini inkişaf etdirmək üçün bu məlumat gücündən faydalanacaqlar.

Nəticə olaraq, veb, əvvəllər görülən heç bir şeyə bənzəməyən bir biliyə giriş qapısı yaratdı və bəzən bir neçə nəfərin asan yol almasına və plagiatlığa səbəb ola bilsə də, təhsilin təkamülündə çox müsbət bir addımdır.

İngilis dilində inşa hissələrini yazarkən diqqət edilməli olan məqamlar

Giriş, əsas hissə və nəticənin olmasına diqqət edin. Diqqətəlayiq formada məqalə yazmağın ən əsas nöqtəsi giriş, əsas və nəticə hissələrinin olmasıdır. İngilis dilində esse yazarkən giriş hissəsində (giriş hissəsinin 1 paraqraf olması tövsiyə edilir) təsiredici giriş etməlisiniz ki, oxucu bu girişdən təsirlənərək oxumağa davam etsin və digər bölümlərə də keçid etsin. Əks halda, oxucu yorulacaq və məqalə oxunmayacaqdır.

Əsas hissədə (bu hissənin 1-3 paraqraf arasında olması tövsiyə edilir) isə əsas mövzudan bəhs edib, lazım gələrsə, nümunələrlə birlikdə əsas hadisə açıqlanmalıdır.

Nəticə hissəsində (1 paraqraf olması tövsiyə edilir) isə bütün məqalənin xülasəsi ilə məqalə sonlandırıla bilər.

Relative Clause istifadə etməkdən çəkinməyin

Məqalədə Relative Clause istifadə etmək məqaləni daha da professional formaya gətirəcəkdir. Bu səbəbdən də fərqli-fərqli cümlələr qurmaq yerinə relative clause isə bu cümlələri bir-birinə bağlaya bilər və ortaya daha təsirli məqalə çıxmış olar.

Müxtəlif qəlib və bağlayıcılardan istifadə edin

Məqalə içərisində monotonluqdan uzaq olmaq üçün müxtəlif növ qəliblər və bağlayıcılar istifadə edilə bilər. Bu bağlayıcılara nümunə olaraq aşağıdakılar göstərilə bilər:

  • Additionally: əlavə olaraq
  • Furthermore: bundan əlavə
  • What is more: hətta
  • For Instance: məsələn
  • Such as: kimi
  • Like This: bunun kimi
  • On the other hand: digər tərəfdən
  • As a result: nəticə olaraq
  • Consequently: bu səbəblə
  • Therefore: buna görə
  • Generally: adətən
  • In contrast: əksinə
  • However: ancaq
  • In summary: xülasə

Giriş paragrafını yazmağa başlayarkən aşağıdakı qəliblərdən istifadə edilə bilər;

  • Nowadays many people are spending most of their times in social media.  – Son günlərdə bir çox insan vaxtlarının çoxunu sosial mediada keçirir.
  • Although most of the people think that eating fast food is not harmful to the human body, scientists have found that …  – Baxmayaraq ki, ksər insanlar fast food yeməyin insan vücuduna zərərli olmadığını düşünür, elm insanları kəşf etdi ki…
  • Generally students study their exams one day before the exam but studying the exams one day bofore the exam date doesn’t bring success.  – Tələbələr imtahanlarına adətən imtahanlarından bir gün əvvəl hazırlaşır amma imtahanlara bir gün əvvəl hazırlaşmaq uğur gətirməz.
  • More and more families are choosing to have only one child – Getdikcə daha çox ailə yalnız bir uşağa sahib olmağı seçir.
  • The trend nowadays is towards having smaller families. – İndiki tendensiya ailələrin kiçik olmasına yönəlib.
  • Over the past ten years or so the media have frequently carried reports of … – Son on il içində mediada  tez-tez … məlumatlar yayılır.
  • Recent research indicates that the number of teenagers who smoke is increasing.- Son araşdırmalar siqaret çəkən yeniyetmələrin sayının artdığını göstərir.
  • Hardly a week goes by without another report of … appearing in the media. – Təxminən bir həftədir ki, mediada  … –dan başqa xəbər olmadan keçir.
  • This raises the issue of whether …. – Bu, … məsələsini qaldırır.
  • Although most people would generally agree that … few would deny that …. – Əksər insanlar ümumiyyətlə … bununla razılaşsalar da, az adam bunu … inkar edirdi.

Stating your opinion – fikrini izah etməyə başlamaq

  • As I see it, – Gördüyüm kimi
  • It seems to me that … I would also say that …. – Mənə elə gəlir ki … Bunu da deyərdim….
  • I am convinced that … – Əminəm ki …
  • I am inclined to believe that … – Mən buna inanmağa meylliyəm …
  • There is no doubt in my mind that … – Heç şübhəm yoxdur ki …
  • One of the drawbacks of is … – … çatışmazlıqlarından biridir.
  • However, one of the benefits is that … – Ancaq faydalarından biri də budur …
  • From my point of view …. – mənim fikrimə görə
  • As far as I know …. – bildiyim qədəri ilə
  • Another objection is that … – digər zqarşı fikir isə…
  • Changing topic – mövzunu dəyişdirmək üçün
  • As regards the causes for this, … – Bunun səbəblərinə gəldikdə,…
  • Concerning the causes for this, … – Bunun səbəblərinə gəlincə,…
  • As for the causes, … – Səbəblərinə gəlincə,…

Presenting arguments – fikir bildirmək üçün

  • One justification often given for ….. is that … – Tez-tez verilən bir əsaslandırma …. bu …
  • Advocates/Proponents would claim that … – Vəkil / Tərəfdarlar iddia edərdilər ki …
  • Those who object to …. often argue that … – Etiraz edənlər … tez-tez mübahisə …
  • Another objection is that … – Başqa bir etiraz budur ki …
  • However, it should not be forgotten that … – Ancaq unutmaq olmaz ki ….
  • .. are opposed to … on the grounds that … – … əleyhinə …
  • From the point of view of …. – … baxımından
  • According to … – … görə

Describing causes – səbəbləri bildirmək üçün

  • One factor which has led to … is … – Buna səbəb olan bir amil …
  • One of the factors which has brought this about is … – Bunun səbəb olduğu amillərdən biri də…
  • The problem often stems from … problem tez-tez … qaynaqlanır
  • The situation has been exacerbated by … – Vəziyyət daha da ağırlaşdı
  • .. has only made the situation worse – .. vəziyyəti daha da pisləşdirdi.
  • One consequence of …. is … – Bir nəticəsi…. budur…

Proposing steps and measures – məsləhət təqdim etmək üçün

  • As regards the most appropriate response to this situation, one suggestion would be to … – Bu vəziyyətə ən uyğun cavaba gəldikdə, … bir təklif olardı
  • The first step to be taken would be to … – Atılacaq ilk addım … ola bilər
  • To alleviate the situation people should … – vəziyyəti yüngülləşdirmək üçün insanlar …
  • In addition they ought to … – Bundan əlavə, onlar …
  • To begin to tackle this situation society/individuals/the government need/s to … – Bu vəziyyəti həll etməyə başlamaq üçün cəmiyyət / şəxslər / hökumət … ehtiyac duyur
  • … would certainly ameliorate the situation – … vəziyyəti şübhəsiz ki, yaxşılaşdıracaqdır.
  • This can only be dealt with if … – bu ancaq … vəziyyətdə nəzərə alına bilər
  • To overcome this problem, … – Bu problemi aradan qaldırmaq üçün…
  • Were the government to …, the situation would doubtless improve. – Hökumət … olsaydı, vəziyyət şübhəsiz yaxşılaşacaqdı.
  • Individuals can do a great deal to … – şəxslər … çox şey edə bilərlər
  • The burden of responsiblity lies in the hands of … – Məsuliyyətin yükü … əlindədir
  • It is vitally important that … – … həyati önəm daşıyır
  • Legislation should be introduced to control … – Nəzarət üçün qanunvericilik tətbiq edilməlidir …

Concluding – nəticə

  • To sum up. – yekunlaşdırmaq
  • In conclusion – son olaraq
  • As a result – nəticə olaraq
  • All in all it seems to me that … – Nəticə olaraq mənə elə gəlir ki …
  • The obvious conclusion to be drawn is that … – Çıxarılacaq açıq nəticə budur ki …
  • All things considered, … – … hər şey nəzərdən keçirildi
  • On balance, I tend to believe that … – inanıram ki …
  • The world would surely be a better place to live in if … – olsaydı, Dünya, şübhəsiz ki, yaşamaq üçün daha yaxşı bir yer olardı …
  • If people stopped …. ing, we would have/ we could look forward to a …
  • The prospects for the future will be bleak/grim unless … – olmadıqca gələcək üçün perspektivlər qarışıq olacaq …

Çox sayda nümunələrdən istifadə edin

İngilis dilində inşa və ya məqalə yazarkən fikrinizi çox sayda nümunələrlə dəstəkləyin. Bu vəziyyət sizin məqalənizin oxucu tərəfindən oxunmağa davam etməsini təmin edə bilər.

Eyni sözləri təkrarlamayın

İngilis dilində məqalə yazarkən eyni sözləri təkrarlamaqdan çəkinin. Əgər eyni sözləri təkrarlasanız, o zaman oxucu bu vəziyyətdən sıxılıb mətni oxumağı saxlaya bilər. Bu vəziyyətin qarşısını almaq üçün istifadə edilən sözlərin sinonimlərini seçmək lazımdır.

Adjust – tənzimləmək yerinə adjust sözünün sinonimi olan adapt sözü istifadə edilə bilər.

  • Acquire = Obtain (əldə etmək)
  • Calm down = Cool down (sakitləşmək)
  • Carry out = Implement (tətbiq etmək)
  • Comment On = Interpret (fikir bildirmək)
  • Coincidental = Fortuitous (təsadüfi)
  • Contribution = Donation (qatqı)
  • Damp = Wet (nəmli)
  • Eminent = Prominent (seçki)
  • Offer = Propose (təklif etmək)
  • Passive = Inactive (passiv)
  • Warn = Alert (tətbiq etmək)

İngilis dilində Descriptive Essay necə yazılır?

Bir çox digər esse növlərindən fərqli olaraq, descriptive esselər oxucu üçün dərin və canlı təcrübə yaratmağa çalışırlar. Burada faktlar və statistikalar deyil, təsvirlər və müşahidələr böyük önəm daşıyırlar.

Nəyi təsvir etmək istəyirsiniz?

Descriptive essay yazmağa başlamazdan əvvəl nəyi təsvir etmək istədiyinizi dəqiq müəyyənləşdirməyiniz vacibdir. Adətən bu esse növü şəxs, yer, yaddaş, təcrübə, obyekt kimi müxtəlif mövzuları əhatə edir. Bundan əlavə yaşadığınız və dərk etdiyiniz digər mövzuları da descriptive esse növü ilə yaza bilərsiniz.

Descriptive Essay nizamlamaq üçün vacib qaydalar

Descriptive essay yazmaq hər nə qədər əyləncəli olsa da, bəzən qarışıqlıq yarana bilər. Buna görə də esseni planlaşdırarkən, tərtib edərkən və nəzərdən keçirərkən ehtiyac duya biləcəyiniz suallar aşağıda sıralanmışdır:

Essenin planlaşdırılması:

  • Nəyi və ya kimi təsvir etmək istəyirsiniz?
  • Təsviri etməyinizin səbəbi nədir?
  • Diqqəti çəkmək istədiyiniz hansı xüsusi keyfiyyətlər var?

Essenin hazırlanması:

Təsvirinizi inkişaf etdirmək üçün hansı görməli yerlər, səslər, qoxular vacibdir?

Esseyə son baxış:

  • Oxucuda tam təsviri formalaşdırmaq üçün yetəri qədər detal vermisiniz?
  • Buraxdığınız xırda, lakin vacib detalları var?
  • Hisslərinizi və ya perspektivinizi ifadə edən sözlərdən istifadə etmisinizmi?
  • Təsvirinizdə lazımsız detallar varmı?
  • Essenin hər paraqrafı fərqli yönləri izah edirmi?

Descriptive esse necə yazılmalıdır?

Hisslərinizdən istifadə edin

Mövzusunuzu yazarkən hisslərinizin beşini (görmə, səs, eşitmə, toxunma, dad) düşünün. Oxucularınıza mövzunuzu iki və ya üç hisslə görməyinizə icazə verin.

Draft: I spent yesterday in the park. I saw many trees, and a group of small children playing. One boy wore a red shirt. I also saw people sitting in the shade.

Revision: I spent yesterday in the park. I saw many trees, and I heard the shouts of children playing a game. The sun was burning brightly, and I ended up in the shade to cool off.

Baxış bucağınızı müəyyən edin

Adətən mövzuya tək baxış formalaşdırılır, ancaq yaradıcı baxış bucağı oxucuların mövzunu yeni formada görməsini təmin edir.

Draft: I walked along a dirt path, lined by trees on each side.  Some people here were riding their bikes, and the dust floated in the air.

Revision: I walked along a dirt path, lined by trees on each side.  A bird chirped above me, and I wondered what it saw from up in its nest. The dirt path cut straight through his neighborhood, and I imagined the chirping bird as a grumpy man yelling at us. The zooming bicycles must seem like strange animals to the bird.

Söz seçimində aydın olun

Uğurlu bir povest esse diqqətli söz seçimi tələb edir. İstifadə etdiyiniz sifətlərə (sözləri izah edən) yaxından baxın. Daha konkret və ya təsviri bir söz tapa biləcəyinizə baxın. Ayrıca aydın, aktiv fe’llərdən (hərəkət sözləri) istifadə etdiyinizə əmin olun.

Draft: The ducks walked around eating bread crumbs that old ladies gave them. The pond where they swam was big and had tall grass growing near it.

Revision: The ducks waddled around eating bread crumbs that two grey-haired ladies tossed towards them. The large pond nearby was surrounded by thick grass as tall as a child.

Unikal detalları axtarın

Başqalarının görə bilmədiyi kiçik, maraqlı detalları tapın. Təsvir elə formalaşdırılmalıdır ki, oxucu bunu canlı olaraq görmüş olsa belə, yenə də esseni oxumaq istəsin.

Draft: I watched the ducks for a while. Most of them were light brown, with matching orange feet and beaks. A few ducks were darker brown, and had vibrant green head feathers.

Revision: I watched the ducks for a while. They scrambled after the bread on their awkward, webbed feet. The nostrils on their bills were shaped like question marks. When they gobbled the bread I saw a ridges of bumps, like teeth, lining their bills.

İngilis dilində Advantage and Disadvantage Essay necə yazılır?

Avantaj və dezavantaj esseləri adətən IELTS imtahanının writing (yazı) zamanı qarşımıza çıxır. Avantaj və dezavantaj esseylərinin 3 fərqli növü var və bu tiplərin hər biri də müxtəlif şəkildə yanaşma tələb edir. Bu başlıq altında siz 3 mütəlif avantaj və dezavantaj esse növü ilə tanış olacaq və 3 fərqli yanaşmanın müqayisəsini görəcəksiniz.

Question 1: In some countries, young people are encouraged to work or travel for a year between finishing high school and starting university studies. Discuss the advantages and disadvantages for young people who decided to do this.

Sual 1 sadəcə üstünlükləri və çatışmazlıqlarını müzakirə etməyimizi xahiş edir. Rəyimizi soruşmur və ya hansı tərəfin daha yaxşı və ya pis olduğunu söyləmir, buna görə də bu məlumatı cavabımıza daxil etməməliyik. Bunun üçün tələbənin bir abzasdakı üstünlüklərə, digərində isə çatışmazlıqlara baxacaq sadə bir quruluş tələb olunur.

Structure for Essay 1

  • Introduction
  • Sentence 1- Paraphrase question
  • Sentence 2- Outline sentence
  • Supporting Paragraph 1 (Advantages)
  • Sentence 3- Topic sentence (Advantage 1)
  • Sentence 4- Explain how this is an advantage
  • Sentence 5- Example
  • Supporting Paragraph 2 (Disadvantages)
  • Sentence 6- Topic sentence (Disadvantage 1)
  • Sentence 7- Explain how this is a disadvantage
  • Sentence 8- Example
  • Conclusion
  • Sentence 9- Summary of main points

Question 2: Some experts believe that it is better for children to begin learning a foreign language at primary schools rather than secondary school. Do the advantages of this outweigh the disadvantages?

İkinci sual fərqlidir. Çünki burada avantajların dezavantajlardan daha güclü olub-olmadığını izah etməliyik. Diqqət yetirin, “avantajın dezavantajdan çox olması” demədik. Çünki burada hansının daha çox olduğunu deyil, hansının çəkisinin daha ağır olduğunu müzakirə etməliyik. Məsələn, şəxsi təyyarədə səyahət etməyin çox sayda üstünlüyü olsa da, insanların əksəriyyətinin bunu tətbiq etmək üçün maddi imkanı yoxdur, dolası ilə, mənfi cəhəti üstün cəhətindən daha ağır olmuş olur.

Bu növ suallarda hansı tərəfin üstün olduğunu tezisiniz ilə sübut etməlisiniz.

Structure for Essay 2

  • Introduction
  • Sentence 1- Paraphrase question
  • Sentence 2- Thesis statement (state which one outweighs the other)
  • Sentence 3- Outline sentence
  • Main Body Paragraph 1 (Stronger Side)
  • Sentence 4- Topic Sentence
  • Sentence 5- Explain why it is strong
  • Sentence 6- Example
  • Sentence 7- Topic Sentence
  • Sentence 8- Explain why it is strong
  • Sentence 9- Example
  • Main Body Paragraph 2 (Weaker Side)
  • Sentence 10- Topic Sentence
  • Sentence 11- Explain why it is not strong
  • Sentence 12- Example
  • Conclusion
  • Sentence 13- Summary of main points and restate position.

Question 3: Computers are becoming an essential part of school lessons. Discuss the advantages and disadvantages and give your own opinion. Bu sual növü isə tamamilə fərqlidir. Çünki həm fikrimizi soruşur, həm də mövzu ilə bağlı müzakirə etməyimizi istəyir. Buradakı struktur hər iki istəyi özündə birləşdirməlidir.

Structure for Essay 3

  • Introduction
  • Sentence 1- Paraphrase question
  • Sentence 2- Thesis statement (your opinion)
  • Sentence 3- Outline sentence
  • Main Body Paragraph 1 (Advantages)
  • Sentence 4- Topic Sentence
  • Sentence 5- Explain
  • Sentence 6- Example
  • Main Body Paragraph 2 (Disadvantages)
  • Sentence 7- Topic Sentence
  • Sentence 8- Explain
  • Sentence 9- Example
  • Main Body Paragraph 3 (Opinion)
  • Sentence 10- Explain opinion
  • Sentence 11- Explain or give example
  • Conclusion
  • Sentence 12 – Summary of main points

For and Against Essay necə yazılır?

‘For and against’ növündəki esse bir mövzunun müsbət və mənfi tərəfinin nəzərdən keçirildiyi esselərdir. Hər iki tərəfi də obyektiv və bərabər şəkildə müzakirə edərək ədalətli şəkildə təqdim etməyiniz tələb olunur. Yazıçı məsələ ilə bağlı rəyini birbaşa və ya dolayısı ilə bildirə bilər.

‘For and against’ növlü esse rəsmi yazı formasıdır. Bu esse növünün məqsədi bəyan olunan məsələyə balanslı nəzər salmaqdır. Qarşı baxışlar müvafiq səbəblər, statistika, faktlar və nümunələrlə izah edilməlidir. Bu növdə esse yazarkən emosional düşüncələrdən uzaq durmaq lazımdır.

For and Against Essay növünün quruluşu

  • Introduction (states the topic along with its present situation without giving writer’s opinion)
  • BODY: Paragraph 1: (Arguments in favour- along with reasons, examples, facts, etc.) and Paragraph 2: (Arguments against- along with reasons, examples, facts, etc.)
  • Conclusion (states the writer’s opinion directly/indirectly and gives a balanced view of the topic)

For and Against esse yazmaq üçün qaydalar

Məqalədə, xüsusən giriş və son abzaslarda stereotipli ifadələri istifadə etməkdən çəkinin. Məsələn: müasir cəmiyyətdə, mövcud iqlimdə, tarix boyu və s.

İstifadə edilə bilən söz və ifadələrin bəziləri bunlardır:

  • To introduce points in favour/against:
  • One point of view in favour of/against is that..
  • Some experts/scientists advocate/support/oppose the view that..

Zidd arqumentlərə diqqət çəkmək:

  • Opponents of this idea claim that..
  • Others oppose this view point..
  • Some people may disagree with this idea.

Nəticəni bildirmək üçün:

  • In my opinion..
  • Achieving a balance between X and Y would..
  • In conclusion, I firmly believe that..
  • On balance, I think it is unfair that..

Ziddiyyətli məqamları qeyd etmək üçün:

  • On the other hand..
  • However..
  • It can be argued that..
  • Although..

Essenizi aşağıdakı parametrlər baxımından qiymətləndirin

Məzmun: Müvafiq keçid ifadələrindən istifadə etməklə və mövcud vəziyyəti bildirməklə inşaya başlanılır.

Arqumentasiya: Təqdim olunan arqumentlər verilmiş mövzu ilə əlaqəli olmalıdır.

Essenin təşkili: Məqalənin məntiqi bir şəkildə qurulması lazımdır. Şəxsi fikir yalnız yekun bənddə bildirilməlidir.

Sözlərin seçimi: Rəy sözləri (məsələn, düşünürəm .., fikrimcə və s.) inşanın giriş hissəsində və ya əsas hissəsində deyil, yalnız son hissədə istifadə edilir. Ən sonda isə essedə hər hansı bir durğu, qrammatik və ya imla səhvlərinin olub-olmadığı yoxlanılmalıdır.

Bir mövzumuzun daha sonuna gəldik. Əgər siz də bunlarla kifayətlənmək istəməyib, daimi olaraq çox sayda söz öyrənmək istəyirsinizsə, o zaman https://www.getwordly.com/məhz sizin üçündür. Wordly sizə nə qatacaq? Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız. Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə bilərcəksiniz.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir