İngilis dilində fel çəkimləri düşündüyünüzdən daha asandır. Bu yazıda, İngilis dilində fellərin çəkilməsi haqqında danışacağıq. İngilis dili fellər cümlə qurmaq üçün ən vacib elementlərdən biridir.
İngilis dilində fellər qaydalı (Regular) və qaydasız (Irregular) olmaqla iki qrupa ayrılır. Qaydalı fellərin keçmiş zamanının, yəni Past Simple və Past Particle formalarının düzəldilmə şəkilləri adından da məlum olduğu kimi ümumi qaydalara tabedirlər və felin sonuna –d, -ed şəkilçilərindən birini artırmaqla düzəldilir. Məsələn, I work, I worked. Qaydasız fellərin isə xüsusi bir düzəldilmə qaydası yoxdur. Bu fellərin həm Past Simple formaları, həmdə Past Particle formaları düzəldilirkən müxtəlif formalar müşahidə edilir və bu felləri yalnız və yalnız əzbərləmək lazımdır.
Qaydasız fellər siyahısını aşağıdakı yazılarımızdan baxa bilərsiniz.
İngilis dilində qaydasız fel çekimi nümunəsi:
to break
- Simple Present Tense: It breaks.
- Present Continuous Tense: It is breaking.
- Future Tense: It will break.
- Past Tense: It broke.
- Present Perfect Tense: It has broken.
İngilis Dilində Fel Çəkimlərinin Siyahısı
İngilis dilində mütləq şəkildə bilməli olduğumuz bütün qaydasız feillərin cədvəli aşağıda verilmişdir: Sırasıyla, V1 (Base Form), V2 (Past Simple), V3 (Past Particle)
- Awake — awoke — awoken — oyatmaq, oyanmaq
- Be — was, were — been — olmaq
- Bear — bore — borne/born — dözmək
- Beat — beat — beaten — vurmaq, döymək
- Become — became — become — olmaq
- Begin — began — begun — başlamaq
- Bend — bent — bent — əymək, əyilmək
- Bet — bet —bet — mərc eləmək
- Bid — bid — bid — buyurmaq, əmr etmək
- Bind — bound — bound — bağlamaq
- Bite — bit — bitten — dişləmək
- Bleed — bled — bled — qanamaq
- Blow — blew — blown — üfürmək; əsmək
- Break — broke — broken — sındırmaq
- Breed — bred — bred — yetişdirmək, çoxalmaq
- Bring — brought — brought — gətirmək
- Broadcast — broadcast — broadcast — TV/ radioda yayımlamaq
- Build — built — built — qurmaq, tikmək
- Burn — burned or burnt — burned or burnt — yandırmaq, yanmaq
- Burst — burst — burst — partlamaq
- Buy — bought — bought — almaq
- Cast — cast — cast — atmaq, tökmək
- Catch — caught — caught — tutmaq
- Choose — chose — chosen — seçmək
- Cling — clung — clung — yapışmaq
- Come — came — come — gəlmək
- Cost — cost — cost — qiyməti olmaq
- Creep — crept — crept — sürünmək
- Cut — cut — cut — kəsmək
- Deal — dealt — dealt — hesablaşmaq
- dig — dug — dug — qazmaq (yeri)
- Dive — dived/dove — dived — baş vurmaq, şığımaq
- Do — did — done — etmək
- Draw — drew — drawn — çəkmək; şəkil çəkmək
- Dream — dreamed/dreamt — dreamed or dreamt — yuxu görmək; arzulamaq
- Drive — drove — driven — sürmək
- Drink — drank — drunk — içmək
- Eat — ate — eaten — yemək
- Fall — fell — fallen — yıxılmaq, düşmək
- Feed — fed — fed — bəsləmək
- Feel — felt — felt — hiss etmək
- Fight — fought — fought — döyüşmək, savaşmaq
- Find — found — found — tapmaq
- Flee — fled — fled — qaçmaq
- Fling — flung — flung — çırpmaq
- Fly — flew — flown — uçmaq
- Forbid — forbade, forbad — forbidden qadağan etmək
- Forget — forgot — forgotten — yaddan çıxartmaq, unutmaq
- Forgive — forgave — forgiven — günahından keçmək
- Forsake — forsook — forsaken — tərk etmək
- Freeze — froze — frozen — donmaq, dondurmaq
- Get — əldə etmək; almaq; qazanmaq — got — got (gotten)
- Give — gave — given — vermək
- Grind — ground — ground — üyütmək, əzmək
- Go — went — gone — getmək
- Grow — grew — grown — böyümək
- Hang — hung — hung — asmaq
- Have — had — had — malik olmaq
- Hear — heard — heard — eşitmək
- Hide — hid — hidden — gizlətmək, gizlənmək
- Hit — hit — hit — zərbə vurmaq
- Hold — held — held — tutmaq; saxlamaq
- Hurt — hurt — hurt — zədələmək, yaralamaq, incitmək
- Keep — kept — kept — saxlamaq
- Know — knew — known — bilmək
- Lay — laid — laid — qoymaq, yerinə qoymaq
- Lead — led — led — aparmaq, rəhbərlik etmək
- Learn — learned/learnt — learned or learnt — öyrənmək
- Leave — left — left — tərk etmək, çıxıb getmək
- Lend — lent — lent — borc vermək
- Let — let — let — icazə vermək, qoymaq
- Lie — lay — lain — yalan danışmaq
- light* — lit — lit — yandırmaq
- Lose — lost — lost — itirmək; uduzmaq
- Make — made — made — etmək, düzəltmək
- Mean — meant — meant — nəzərdə tutmaq, məna vermək
- Meet — met — met — qarşılamaq; rast gəlmək; görüşmək
- Pay — paid — paid — ödəmək, haqqını vermək
- Pprove* — proved — proven — sübut etmək
- Put — put — put — qoymaq
- Quit* — quit — quit — atmaq, tərk etmək
- Read — read — read — oxumaq, mütaliə eləmək
- Ride — rode — ridden — getmək (atla)
- Ring — rang — rung — zəng etmək
- Rise — rose — risen — qalxmaq
- Run — ran — run — qaçmaq; yüyürmək
- Saw*** — sawed — sawed/sawn — kəsmək, doğramaq
- Say — said — said — demək
- See — saw — seen — görmək
- Seek — sought — sought axtramaq
- Sell — sold — sold — satmaq
- Send — sent — sent — göndərmək
- Set — set — set — təyin etmək
- Sew* — sewed — sewn — tikmək
- Shake — shook — shaken — silkələmək
- shear* — sheared — shorn — kəsmək, qırxmaq
- Shed — shed — shed — tökmək
- Shine — shone — shone — saçmaq, parlamaq
- Shoot — shot — shot — vurmaq
- Show — showed — showed or shown — göstərmək
- Shut — shut — shut — bağlamaq, örtmək
- Sing — sang — sung — oxumaq (nəğmə)
- Sink — sank — sunk — endirmək, batırmaq
- Sit — sat — sat — oturmaq
- Slay — slew — slain — öldürmək
- Sleep — slept — slept — yatmaq
- Slide — slid — slid — sürüşmək
- Slink — slunk — slunk — sürüşmək
- Sow — sowed — sown — əkmək
- Speak — spoke — spoken — danışmaq
- Spend — spent — spent — keçirmək (vaxt)
- Spin — spun — spun — fırlatmaq
- Spit — spat, spit — spat, spit — tüpürmək
- Split — split — split — parçalamaq
- Spread — spread— spread — yaymaq, yayılmaq
- Spring — sprang — sprung — atılmaq, hoppanmaq
- Stand — stood — stood — durmaq
- Steal — stole — stolen — oğurlamaq
- Stick — stuck — stuck — yapışmaq, sataşmaq
- Sting — stung — stung — dişləmək, sancmaq
- Stink — stank, stunk — stunk — iyləmək
- Stride — strode — stridden — addımlamaq
- Strike — struck — struck — vurmaq, döymək
- String — strung — strung — saplamaq, düzmək
- Strive — strove — striven — nail olmaq, cəhd etmək
- Swear — swore — sworn — and içmək, lənətləmək
- Sweep — swept — swept — süpürmək, təmizləmək
- Swell* — swelled — swollen — şişmək, qabarmaq
- Swim — swam — swum — üzmək
- Take — took — taken — götürmək
- Teach — taught — taught — öyrətmək, dərs vermək
- Tear — tore — torn — cırmaq, parçalamaq, dağıtmaq
- Tell — told — told — demək
- Think — thought — thought — fikirləşmək
- Thrive* — throve — thrived — inkişaf etmək
- Throw — threw — thrown — tullamaq, atmaq
- Thrust — thrust — thrust — itələmək, sancmaq
- Tread — trod — trodden, trod — yıxmaq
- Understand — understood — understood — başa düşmək, anlamaq
- Wake — woke — woken — oyanmaq, oyatmaq
- Wear — wore — worn — geyinmək
- Weave — wove — woven — toxumaq, hörmək
- Weep — wept — wept — ağlamaq
- Wet* — wet — wet — islatmaq
- Win — won — won — qalib gəlmək, udmaq
- Wind — wound — wound — sarılmaq, qıvrılmaq
- Wring — wrung — wrung — sıxmaq
- Write — wrote — written — yazmaq
İngilis Dilində Zamana Görə Fel Çəkimləri
Qaydasız feillərin ikinci forması olan V2, keçmiş zaman, yəni Past Tense formasıdır. Past Tense hərəkətin keçmişdə reallaşdığını göstərir. Past Simple Tense olaraq qurulan cümlələrdə V2 istifadə edilir. Azərbaycan dilindəki tərcüməsi “keçmiş sadə zaman”-dır. Bu feillərin Past Simple Tense olaraq istifadə edildiyi formul belədir: Subject + Verb2 + Object. Qaydasız feillərin 3-cü formasının bir neçə istifadəsi mövcuddur
“-Ed” və “-ing” şəkilçiləri ilə bitən sözlər ingilis dilində yaygındır.
-İng bir şeyin indi və ya keçmişdə etdiyi bir hərəkəti ifadə etmək üçün istifadə olunur. İnsanlar və ya hərəkətlərdən bəhs edərkən -ing sözündən istifadə olunur, hər hansı bir vəziyyətin və ya hərəkətin an üçün deyil, ümumiyyətlə etibarlı olduğu ifadə edilir.
- I live in perfect room overlooking the garden.- Bağa baxan mükəmməl bir otaqda yaşayıram.
- The road joining the two villages is very narrow.- İki kəndi birləşdirən yol çox dardır
İngilis dili d, ed və ied simple past tense yəni keçmiş zamanlarda (regular verb) felin qəbul etdiyi şəkilçilərdir. “-Ed” və “-ing” şəkilçiləri ilə bitən sözlər ingilis dilində yaygındır.
İngilis Dilində Simple Present Tense Fel Çekimi
1st form of Verb + s (es)
Present Simple Tense, dilimizə indiki zaman kimi tərcümə olunur. I, you, we, they əvəzliklərinə cavab verən köməkçi felləri “do”, he, she, it əvəzliklərinin köməkçi felləri “does”`dır. Köməkçi felə “not” şəkilçisi əlavə etməklə mənfi formaya keçir. He, she, it əvəzlikləri ilə qurulan cümlələrdə “does” köməkçi felinə malikdir, lakin bu köməkçi felə “-s, -ies, -es” şəklində əlavə olunur. Mənfi cümlələrdə fel düz qalır. Eyni vəziyyət sual cümləsi üçündə keçərlidir. Ümumi həqiqətləri, təkrarlanan hərəkətləri, vərdişləri, mövcud vəziyyəti, ümumi fikri, istəyi ifadə etmək üçün istifadə olunur. Bir zaman qrafiki ilə başlamaq və ya təkrarlamaq üçün əvvəlcədən təyin edilmiş hərəkətlər üçün istifadə olunur. Əmrlər, təlimatlar vermək üçün istifadə olunur.
- I work
you work
he/ she/ it works
we work
you work
they work - I break
you break
he/ she/ it breaks
we break
you break
they break
İngilis Dilində Present Perfect Tense Fel Çekimi
Present Perfect Tense təkrarlanan hərəkətlər üçün istifadə edilir, hansı ki, konkret zaman forması bu hərəkətlər üçün önəmli deyil və hadisə keçmişdə başlayıb, lakin hələ də bitməyib, davam etməkdədir. Present Perfect Tense keçmiş bir hadisə və ya vəziyyət ilə bu gün arasında bir əlaqə yaradır. Xüsusilə “just” zərfində çox yaxın bir hərəkət üçün istifadə olunur, ancaq nə qədər vaxt keçdiyini göstərmir. “Yet” zərfi hələ edilməmiş, lakin edilməsi ehtimalı olan hərəkətlər üçün və ya belə bir ehtimalın olub- olmadığını soruşmaq üçün istifadə edilir. “Never” zərfi keçmişdə müəyyən bir nöqtədən heç bir hərəkət edilmədiyini və ya belə bir vəziyyətlə qarşılaşmadığını ifadə etmək üçün istifadə olunur.
has/ have + 3rd form of Verb
- I have worked
you have worked
he/ she/ it has worked
we have worked
you have worked
they have worked - I have broken
you have broken
he/ she/ it has broken
we have broken
you have broken
they have broken
Keçmişdə olan və indiki zamanda təsiri davam edən hal və vəziyyətlər üçün istifadə edilir. Formulu belədir: Subject + Have/ Has + Verb3 + Object.
İngilis Dilində Present Progressive Tense Fel Çekimi
is/am/are + 1st form of Verb + ing
Adından da göründüyü kimi Continuous ifadədəsindən əvvəlki Present ifadəsi be + V-ing şəklində köməkçi felin indiki, yəni am, is, are şəklində istifadə olunmasını həm də dəvam edən hadisənin keçid vaxtının indi olduğunu ifadə edir. Hadisənin nə vaxt başladığı və nə qədər davam etdiği vacib deyil. Yalnız bir danışma anında bir hadisənin davam etdiyini vurğulayır. Hal- hazırda davam etməkdə olan hərəkətləri izah etmək üçün bu zaman formasından istifadə edilir.
Zaman ifadələri: now ( indi), right now (indi), at the moment (hazırda), still (hələ)
Present Continuous Tense always, constantly, forever kimi zərflərlə birlikdə əkrarlayan və ümumiyyətlə narahat edən hərəkətlər üçün istifadə olunur. Present Continuous Tense ondan sonra istifadə olunan gələcək zamanla birlikdə gələcəkdə əvvəlcədən planlaşdırılan bir hərəkətin baş verəcəyi deməkdir.
- I am working
you are working
he/ she/ it is working
we are working
you are working
they are working - I am breaking
you are breaking
he/ she/ it is breaking
we are breaking
you are breaking
they are breaking
İngilis Dilində Present Perfect Progressive Tense Fel Çekimi
Dilimizə indiki bitmiş davamedici zaman kimi tərcümə edilən Present Perfect Continuous Tense, keçmişdə müəyyən bir zamanda başlayan və hal- hazırda davam etməkdə olan hal və hərəkətlərdən bəhs etmək üçün istifadə edilir. Bu səbəblə Continuous halda istifadə edilə bilməyən fellərlə istifadə edilə bilməz.
has/have + been + 1st form of Verb + ing
- I have been working
you have been working
he/ she/ it has been working
we have been working
you have been working
they have been working - I have been breaking
you have been breaking
he/ she/ it has been breaking
we have been breaking
you have been breaking
they have been breaking
İngilis Dilində Simple Past Tense Fel Çekimi
Azərbaycan dilindəki qarşılığı keçmiş sadə zaman olan Past Simple Tense, keçmiş zamanda baş verən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə tamamlanan bir hadisəni, işi, vəziyyəti və ya hərəkəti təsvir etmək üçün istifadə olunur. Hadisənin nə qədər əvvəl baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Bu yaxınlarda baş vermiş ola bilər və ya çox köhnə ola bilər. Keçmişə aid yalnız bir hərəkət varsa, bu hərəkətin nə qədər köhnə olmasına baxmayaraq bu zaman istifadə olunmalıdır. Hadisənin keçmişdə nə zaman baş verdiyini ifadə edən bir zaman ifadəsi ilə istifadə olunmalıdır.
2nd form of Verb
Zaman ifadələri; yesterday (dünən), last month (keçən ay), last week (geçən həftə), last year (keçən il), last night (keçən gecə), two minutes ago (iki dəqiqə əvvəl), two days ago ( iki gün əvvəl), two months ago ( iki ay əvvəl), two years ago ( iki əvvəl il)
- I worked
you worked
he/ she/ it worked
we worked
you worked
they worked - I broke; brake
you broke; brake
he/ she/ it broke; brake
we broke; brake
you broke; brake
they broke; brake
İngilis Dilində Past Progressive Tense Fel Çekimi
was/were + 1st form of Verb + ing
Keçmiş davamedici zaman olan Past Continuous Tense, keçmişdə baş verən və müəyyən bir müddətdə davam edən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə göstərilən vaxtda tamamlanmayan və buna görə də davam edən hadisələr üçün istifadə olunur. Əsas odur ki, o an davam edir, nə qədər dəvam etməsinin fərqi yoxdur. Always (həmişə), constantly (davamlı), forever (həmişəlik, əbədi) kimi zərflərlə birlikdə keçmişdə təkrarlanan və ümumiyyətlə bizi narahat edən hərəkətlər üçün istifadə olunur.
- I was working
you were working
he/ she/ it was working
we were working
you were working
they were working - I was breaking
you were breaking
he/ she/ it was breaking
we were breaking
you were breaking
they were breaking
İngilis Dilində Past Perfect Tense Fel Çekimi
Keçmişdə müəyyən bir an və ya hadisədən əvvəl meydana gələn və o ana qədər davam edən hadisələr üçün istifadə olunur. Bu vaxtdan istifadə edəcəksinizsə, hansı hadisədən əvvəl suala cavab verə biləcəyiniz bir zaman cümləsi olmalıdır. Bəzən bu zamanın çox qədim hadisələr üçün istifadə edildiyi fərz edilir, lakin bu doğru deyil. Keçmişə aid yalnız bir hadisə varsa və bu hadisənin keçmişdə bir müddətdən əvvəl meydana gəldiyi ifadə edilərsə, Simple Past Tense istifadə edilməlidir. Bu zamanın istifadə edildiyi ümumi formul belədir:
subject + had + past participle = past perfect tense.
- I had worked
you had worked
he/ she/ it had worked
we had worked
you had worked
they had worked - I had broken
you had broken
he/ she/ it had broken
we had broken
you had broken
they had broken
İngilis Dilində Past Perfect Progressive Tense Fel Çekimi
Bu zaman formasının Azərbaycan dilində qarşılığı olmasa da, belə izah edə bilərik ki, keçmişdə başlayan bir işdən əvvəl edilməkdə olan başqa bir işdən bəhs etmək üçün Past Perfect Continuous zamanından istifadə edilir. Məsələn: When he came, I had been waiting for him for more than two hours. (O gəldiyində mən onu 2 saatdan çox idi ki gözləyirdim.) Keçmişdə müəyyən bir vaxtda gözləməyə başladım və onun gəlişinə qədər bu gözləməyə davam etdim. Keçmişdə başlayan və keçmişdə bitən bir müddətdə hərəkəti davam etdirdim. Hadisə bir müddət ifadə ettiyi üçün Continuous, bu müddət keçmişdə bittiği (qutardığı) üçün Past Perfect`dən istifadə edirik.
had + been + 1st form of Verb + ing
- I had been working
you had been working
he/ she/ it had been working
we had been working
you had been working
they had been working - I had been breaking
you had been breaking
he/ she/ it had been breaking
we had been breaking
you had been breaking
they had been breaking
İngilis Dilində Simple Future Tense Fel Çekimi
Future Simple Tense, Azərbaycan dilinə gələcək sadə zaman kimi tərcümə edilir. Gələcək haqqında məlumat verərkən və ya gələcək hadisələrlə bağlı qeyri- müəyyən hadisələri proqnozlaşdırarkən istifadə olunur. Danışıq zamanı verilən qərarlar üçün istifadə olunur. Gələcəklə bağlı verilən vədlər üçün istifadə olunur.
shall/will + 1st form of Verb
- I will work
you will work
he/ she/ it will work
we will work
you will work
they will work - I will break
you will break
he/ she/ it will break
we will break
you will break
they will break
İngilis Dilində Future Progressive Tense Fel Çekimi
shall/will + 1st form of Verb + ing
Future Continuous Tense Azərbaycan dilinə gələcək davamedici zaman kimi tərcümə olunur. Gələcəkdə müəyyən bir zamanda davam edəcək hərəkətlər üçün istifadə olunur. Hadisənin nə vaxt başladığı, nə qədər davam ettiyi və ya davam edəcəyi vacib deyil. Əhəmiyyətli olan bir hərəkətin yalnız deyilən anda davam etməsidir.
- I will be working
you will be working
he/ she/ it will be working
we will be working
you will be working
they will be working - I will be breaking
you will be breaking
he/ she/ it will be breaking
we will be breaking
you will be breaking
they will be breaking
İngilis Dilində Future Perfect Tense Fel Çekimi
Müəyyən bir gələcəkdəki hadisəni və ya vaxtdan əvvəl tamamlanacaq hərəkətlər üçün istifadə olunur. Vaxt ifadəsi və ya hadisənin sona çatması üçün verilən vaxtı göstərən cümlə olmadan istifadə olunmur.
shall/ will have + 3rd of Verb
- I will have worked
you will have worked
he/ she/ it will have worked
we will have worked
you will have worked
they will have worked - I will have broken
you will have broken
he/ she/ it will have broken
we will have broken
you will have broken
they will have broken
İngilis Dilində Future Perfect Progressive Tense Fel Çekimi
Future Perfect Continuous Tense Azərbaycan dilində gələcək bitmiş davamedici zaman kimi tərcümə olunur. Future Perfect Continuous Tense gələcəkdə baş verməsi planlaşdırılan hadisədən əvvəl başqa verən və bitən hadisənin olduğunu vurğulamaq üçün istifadə edilir.
- I will have been working
you will have been working
he/ she/ it will have been working
we will have been working
you will have been working
they will have been working - I will have been breaking
you will have been breaking
he/ she/ it will have been breaking
we will have been breaking
you will have been breaking
they will have been breaking
İngilis Dilində Fel Çekimləri Cədvəli Şəkilləri
İngilis Dilində Fel Çekimləri Pdf
Fel çekimləri haqqında Pdf dosyasını buradan tapa bilərsiniz.
İngilis Dilində Fel Çekimləri Kitabı
İngilis dilinə öyrənmək üçün bir çok vasiətdən istifadə edəbilərsiniz. Sizə fel çekimlərini öyrənə biləcəyiniz kitabları sıraladık;
- Practical English Usage
- The Little Oxford Dictionary of English Grammar
- A Student’s Introduction to English Grammar
- Cambridge Grammar of English: A Comprehensive Guide
- oxford guide to english grammar
- The Cambridge Grammar of the English Language
- Understanding and Using English Grammar
- basic englısh grammar
- essential grammar in use
- ESL Intermediate/ Advanced Grammar
- the best grammar workbook ever
- Cambridge Advanced Learner’s Dictionary
- Develop Your Grammar