İngilis dilində gülməli sözlər və mənaları - Wordly

İngilis dilində gülməli sözlər və mənaları


İngilis dilində gülməli sözlər və mənaları

Danışıq dili, hər mədəniyyətin özündə bir sıra zənginliklərlə formalaşır. Bu müxtəlifliyin üst hissəsində isə deyim və atalar sözləri durur. Daha sonra isə cəmiyyət tərəfindən qəbul edilmiş müəyyən nümunələr gəlir. Məsələn, kim tərəfindən danışıldığı bilinməyən, yəni anonim, lakin nəsildən-nəslə ötürülən bəzi sitatlar və önəmli insanlar, yazıçılar və ya mütəfəkkirlər tərəfindən paylaşılan bəzi cümlələr bu nümunələr arasında sayıla bilər. Bu şəkildə gündəlik danışıqlarda daha zəngin bir dil istifadə olunur. Üstəlik, bu sözlərin altındakı mənalara əsaslanaraq insanlar həyat fəlsəfəsini formalaşdıra və özlərini motivasiya edə bilərlər.

Hər dildə olduğu kimi, İngilis dilində də bu şəkildə istifadə olunan bəzi ifadələr var. Xüsusilə bir dil öyrənərkən ən çox eşidilən ingilis sözləri və mənaları çox maraqlıdır. Əvvəlki mövzularda İngilis dilində idiomlar, İngilis dilində təsirli sözlər ilə tanış olmuşduq. Bu dəfəki yazımızın mövzusu isə İngilis dilində gülməli sözlərdir. Beləliklə, bu yazımızda bir-birindən maraqlı və gülməli ifadələr ilə tanış olmağa hazır olun”

Mündəricat Göstər

I believe in hate at first sight.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Mən ilk baxışdan nifrətə inanıram. Bu cümlə şəxsi münasibətlərin yaxşı başlamadığı məqamlarda “ilk baxışdan sevgiyə inanıram” ifadəsinin tərsi kimi istifadə edilə bilər.

Laziness is my middle name.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Tənbəllik mənim adımdır. Heç nə etməyə həvəsi olmayan tənbəl insanlar istifadə edə bilərlər.

Life is short, make fun of it.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Həyat qısadır, lağa qoyun.  Bu ifadə “həyatdan zövq alın” mənasına gəlir.

When nothing seems right go left!

Bu cümlənin Azərbaycan dilində mənası belədir: sağda heç nə görünmürsə, onda sola dönün! Bu ifadə vəziyyətin heç vaxt çıxılmaz olmadığını, hər zaman alternativ bir yolun olduğunu bildirmək üçün istifadə edilir.

Only Marriage is the major cause of divorce.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Boşanmanın əsas səbəbi yalnız evlilikdir. Ailə həyatında yola gedə bilməyən, bir-birini başa düşə bilməyən insanların əsas bəhanələrindən biri kimi bu komik sözü eşidə bilərsiniz.

Don’t drink and park accidents cause people.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: İçməyin və park qəzaları insanlara səbəb olur. Cümlənin mənasız olduğunu düşündünüz, elə deyilmi? Bəli, siz haqlısınız. Bu cümlə bizə içməməli olduğumuz haqqında məsləhət verən sərxoş birisi tərəfindən deyilib 😊

God is really creative, I mean just look at me.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Allah həqiqətən yaradıcıdır, demək istəyirəm ki, mənə baxın. Özüyü öyən, özündən razı və loğva olan insanların özləri haqqında belə zarafatlar etdiyini eşidə bilərsiniz.

Math Rule: If it seems easy, you’re doing it wrong.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Riyaziyyat qaydası: Asan görünürsə, səhv edirsən. Heç elə olubmu ki, imtahanda hansısa sualı həll edəsiniz və bu qədər asan olduğu üçün səhv etdiyinizi, mütləq ki, həll yolunun başqa olduğunu düşünəsiniz? Böyük ehtimal ki, olub. Bu ifadə də məhz elə bizim tərəddüd etdiyimiz imtahan suallarının nəticəsində yaranmışdır.

We all are born to die don’t feel more special than me.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Hamımız ölmək üçün doğulmuşuq, məndən daha xüsusi hiss etmə. Özünü sizdən yüksəkdə hiss edən insanlara deyə biləcəyiniz qısa, gülməli və bir o qədər də təsirli cümlə axtarırsınız? O zaman bu ifadə məhz sizlər üçündür.

I hate math but I love counting money.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Riyaziyyatdan nifrət edirəm, amma pul saymağı sevirəm. Pul saymağı kim sevməzki? Xüsusən də o borc yox, gəlirdirsə 😊

Ever read a book that changed your life? Me neither.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Həyatınızı dəyişdirən bir kitab oxumusunuz? Mən də oxumamışam.  Bəzən bir-birimizə həyatımızı dəyişdirən kitabları oxuyub-oxumadığımız haqqında suallar veririk. Bu cümlədə qeyd edilmək istəyən odur ki, həyatını dəyişdirən kitab oxumadığını bilirəm, heç mən də oxumamışam.

I’m not failed…my success is just postponed for some time.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: mən uğursuz olmadım … müvəffəqiyyətim bir müddət təxirə salındı. Bu cümlə əslində qismən gülməli olmaqla yanaşı, daha çox düşündürücü və motivasiya edici sözdür. Əgər bu aralar uğursuzsunuzsa, bu sizin hər zaman uğursuz olacağınız mənasına gəlmir. Ona görə də müvəffəqiyyətlərin müəyyən müddət təxirə salındığını düşünmək sizin ruhdan düşməyinizin qarşısına keçəcəkdir.

Everybody wants to go to heaven, but nobody wants to die.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Hər kəs cənnətə getmək istəyir; amma heç kim ölmək istəmir. Hamımız öləndə cənnətdə olmaq istəyirik. Amma heç birimiz ölmək istəmirik. Bir-biri ilə təzad təşkil edən bu iki cümləni dərindən düşünməyə dəyər.

Behind this smile is everything you’ll never understand.

Bu təbəssümün arxasında heç başa düşməyəcəyiniz hər şey var. İnsanların gülməyi onların daimi olaraq xoşbəxt olduqları mənasına gəlmir. Bu gülüşün arxasında nələr gizlənir? Bu gülüş içdən gələn gülüşdürmü, yoxsa içimizdəkiləri gizlətmək üçün istifadə etdiyimiz bir növ maskadırmı? Əgər hansı olduğunu bilmiriksə və birisi bizə “gülüşünün arxasında heç vaxt başa düşməyəcəyimiz hər şey” olduğunu deyirsə, bu ifadə həmin insanın düşündüyümüzdən də ağır problemləri olduğu mənasına gəlir.

I love buying new things but I hate spending money.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Yeni şeylər almağı sevirəm, amma pul xərcləməyə nifrət edirəm. Siz də depressiyada olanda alış-veriş etməyi sevirsiniz? Bəs evə qayıtdıqdan və alış-verişin eyforiyasından çıxdıqdan sonra necə? Əgər xərclədiyiniz pullar üçün heyfslənənlərdənsinizsə, o zaman bu ifadə məhz sizlər üçündür.

I’m Jealous of My Parents… I’ll Never Have a Kid as Cool as Theirs!

Bu cümlənin Azərbaycan dilində mənası belədir: mən valideynlərimi qısqanıram. Çünki heç vaxt onlarınkı kimi bir uşağım olmayacaq. Mükəmməl övlad olduğunu və özü kimi mükəmməl bir övlada sahib olmayacağını düşünən hər kəs bu cümlədən istifadə edə bilər.

I can’t listen to music while studying. Because the lesson distracts me.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: dərs oxuyarkən musiqi dinləyə bilmirəm. Çünki dərs mənim fikrimi yayındırır. Kitab və ya dərs oxuyarkən arxa fonda mahnı dinləməyi xoşlayırsınız? Elə olubmu ki, bu mahnı sizin fikrinizin yayınmasına səbəb olsun? Əgər mahnının yox, mahnıya fokslanmaq üçün dərsin sizə mane olduğunu düşünürsünüzsə, o zaman siz də dərs oxumaqla arası olmayan insanlardansınız 😊

Knowledge is like underwear. It is useful to have it, but not necessary to show it off.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Bilik alt paltarı kimidir. Sahib olmaq faydalıdır, amma göstərmək lazım deyil. Bildiklərini hər yerdə göstərməyə çalışan insanlardan siz də bezmişiniz? Onlar belə etməklə əslində nə dərəcədə ağıllı olduqlarını yox, nə dərəcədə özündənrazı olduqlarını nümayiş etdirmiş olurlar. Məhz həmin insanlar üçün istifadə edəcəyiniz möhtəşəm cümlələrdən biri də elə bu cümlədir.

Getting married is a lot like getting into a tub of hot water. After you get used to it, it ain’t so hot.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Evlənmək isti su hamamına girməyə bənzəyir. Vərdiş etdikdən sonra o qədər də isti olmur.

I can’t listen to music while studying. Because the lesson distracts me.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Dərs oxuyarkən musiqi dinləyə bilmirəm. Çünki dərs mənim fikrimi yayındırır. Kitab və ya dərs oxuyarkən arxa fonda mahnı dinləməyi xoşlayırsınız? Elə olubmu ki, bu mahnı sizin fikrinizin yayınmasına səbəb olsun? Əgər mahnının yox, mahnıya fokslanmaq üçün dərsin sizə mane olduğunu düşünürsünüzsə, o zaman siz də dərs oxumaqla arası olmayan insanlardansınız 😊

Do your legs hurt from running through my dreams all night?

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Bütün gecə xəyallarımın arasından keçməyə görə ayaqlarınız ağrıyırmı? Bütün gecə birisini düşündünüz və bunu ona yanlış anlaşılmadan necə deyəcəyinizi düşünürsünüz? O zaman bu cümlədən istifadə edə bilərsiniz 🙂

I’m not arguing, I’m simply tried to explaining why I’m Right.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Mübahisə etmirəm, sadəcə niyə haqlı olduğumu izah etməyə çalışıram. Haqlı olduğunuz mövzunu uzatdığınız üçün mübahisə etdiyinizi düşünən insanlara verə biləcəyiniz ən yaxşı cavablardan biridir.

My laziness is like 8, when I lie down it becomes infinity.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Tənbəlliyim 8 kimidir, yatanda sonsuzluğa çevrilir. Yatan zaman tənbəlliyinin üstünə tənbəllik gələn insanları bundan daha möhtəşəm formada izah edən cümlə çətin ki, tapasınız.

Sorry about those texts I sent you last night, my phone was drunk.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Dünən gecə sənə göndərdiyim mətnlərə görə üzr istəyirəm, telefonum sərxoşdu. Özü sərxoş olduğu üçün deməməli olduğu sözləri deyən, yazmamalı olduğu mesajları yazan şəxslərin səhər oyananda bunun peşmanlığını yaşadığını çox eşitmişik. Bu cümlə də elə məhz həmin insanlar üçündür 🙂

Some people call me Mike, You can call me tonight.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Bəziləri mənə Mike deyir, Bu gecə mənə zəng edə bilərsiniz. Əslində bu cümlə Azərbaycan dilində tam məna ifadə edə bilməsə də, İngilis dilində maraqlı cümlələrdən biri hesab edilir. Çünki “call me” həm zəng etmək, həm də çağırmaq, adlandırmaq deməkdir. Birinci cümlədəki “call me” adlandırmaq, çağırmaq, ikinci cümlədəki “call me” zəng etmək deməkdir.

I never make stupid mistakes, only very-very clever ones.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Mən heç vaxt axmaq səhvlər etmirəm, yalnız çox ağıllı səhvlər edirəm. Səhv etdiyini qəbul edən, ancaq özünü vəziyyətdən çıxarmaq istəyən şəxslər bu cümlədən istifadə edə bilərlər.

I wonder if I’ve met the person I’m going to marry.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Maraqlıdır ki, görəsən evlənəcəyim insanla görüşmüşəmmi. Hər il yeni-yeni insanlarla tanış oluruq. Bəs görəsən onlardan hansı bizim evlənəcəyimiz insandır? İronik formada bu düşüncəsini qarşı tərəfə ötürmək istəyən şəxslər bu cümlədən istifadə edə bilərlər.

I speak my mind. I never mind what I speak.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Fikrimi danışıram. Nə danışdığım vecimə deyil. Bu cümlə dediyi sözlərin arxasında durmaq istəməyən şəxslərin sığına biləcəyi bir dağdır, qayadır. Nə də olsa günah onda yox, fikrindədir 😊

There’s always a person that you hate for no reason.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Həmişə səbəbsiz nifrət etdiyiniz bir insan var. Hər zaman səbəbsiz sevdiyimiz insan var. Bəs niyə səbəbsiz nifrət etdiyimiz insan olmasın ki?

Awesome ends with ME and Ugly starts with you.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Awesome (möhtəşəm) ME ilə bitir, Ugly (çirkin) isə sən ilə (U) başlayır. Bu cümləni birisi ilə İngilis dilində danışarkən istifadə edə bilərsiniz. Çünki bu cümlədəki açar sözlər İngilis dilində olduqları üçün Azərbaycan dilində məna ifadə etməyəcəklər. Bu cümlə özünü bəyənən, ancaq dialoqda olduğu qarşı tərəfi bəyənməyən şəxslərin istifadə edə biləcəyi qəbildən cümlədir.

Life is like ice cream, enjoy it before it melts.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Həyat dondurmaya bənzəyir, ərimədən əvvəl ləzzət alın. Dondurma azdır. Hava istidir. Biz dadından ləzzət almadan o əriyib əlimizin arasından axacaq. Həyat isə qısadır. Bitəcək. Onun da bir dondurma olduğunu və bitmədən ləzzət almalı olduğumuzu düşünün. Unutmayın ki, ikisi arasındakı əsas fərq ikinci dəfə dondurma almağın mümkün olmasıdır.

If you are a player then I’m the GAME.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Siz oyunçusunuzsa, OYUN mənəm. Oyunun gedişatının özündən asılı olduğunu düşünən “oyunçu”lar üçün deyilə biləcək ən kəskin ifadələrdən biri “oyun mənəm!” ifadəsidir.

Love thy neighbor. But don’t get caught.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Qonşunu sev. Amma tutulma. Hər nə qədər bunu tövsiyə etməsək də, cümlə məna olaraq sevməyin gözəl olduğunu, qonşunu sevə biləcəyimizi, ancaq buna paralel olaraq da heç kim tərəfindən tutulmamalı və izlənməməli olduğumuz, hər zaman diqqətli olmalı olduğumuz mənasına gəlir.

You can disturb me I’m available.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Məni narahat edə bilərsən. Bu ifadəni “məşğulam, məni narahat etmə” ifadəsinin əksi kimi düşünə bilərsiniz. Biri ilə danışmaq istədiyiniz zaman ona bu cümləni göndərməyiniz sizin özünüzə qarşı olan güvəniniz haqqında da qarşı tərəfə az-çox məlumat verəcəkdir.

I’m not weird, I’m limited edition.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Qəribə deyiləm, məndən məhdud saydadır. Adətən hamıdan fərqli olan insanlar haqqında onların qəribə olduqları düşünülür. Necə deyərlər, 100 dəlinin içində 1 ağıllı olsa, az olan həmin 1 nəfər olacağı və dəlilərin standartlarından fərqli olacağı üçün 99 nəfər onu dəli olaraq qəbul edəcək. Ona görə də sizin qəribə olduğunuzu düşünən insanlar üçün qəribə olmadığınızı, sadəcə məhdud sayda olduğunuzu vurğulaya bilərsiniz.

When life shuts a door…open it again. It’s a door. That’s how they work.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Həyat bir qapını bağladıqda … yenidən açın. Bu bir qapıdır. Belə işləyirlər. Bu cümlə hər zaman bir alternativ variantımızın olduğunu gülməli yolla, məyusluğumuzu aradan qaldıracaq formada izah etməyin ən yaxşı yoludur.

Well, apparently rock bottom has a basement.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Göründüyü kimi qaya dibinin bir zirzəmisi var. Bu cümlə hər şeyin bir sonunun olduğunu bildirmək üçün istifadə edilir.

I told my wife she should embrace her mistakes and she hugged me.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Arvadına səhvlərini qucaqlaması lazım olduğunu söylədim və məni qucaqladı. Bu cümlənin mənasını hamımız başa düşdük və bu siyahı arasında üzümüzdə ən çox gülümsəmə yaradan cümlə bu cümlə oldu, elə deyilmi? 😊 Sən demə, qadının ən böyük səhvi onun həyat yoldaşı imiş.

I had an extremely busy day, converting oxygen to carbon dioxide.

Bu cümlənin Azərbaycan dilində mənası belədir: Oksigeni karbon qazına çevirərək son dərəcə məşğul bir gün keçirdim.  Günü həddən artıq boş keçən, heç bir işlə məşğul olmayan insanların istifadə edə biləcəyi cümlədir.

İngilis dilinizi təkmilləşdirməyi düşünürsünüz, ancaq kifayət qədər söz ehtiyatınız yoxdur? Elə isə siz hələ də Wordly ilə tanış olmamısınız. Wordly ilə tanış olmağa tələsin, çünki o, sizə nəyi, necə öyrədəcəyini çox yaxşı bilir!

 

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir