İngilis dilində həftənin günləri, aylar və fəsillər - Wordly Danışır ...

İngilis dilində həftənin günləri, aylar və fəsillər


İngilis dilində günlər, aylar

Bir dili öyrənməyə başlayarkən başlanğıc olaraq bizə öyrədilən sözlər ayların, fəsillərin, həftənin günlərinin adları və s. olur. Sadalanan sözləri həm danışıqda, həm də yazılı nitqdə doğru formada istifadə etmək isə olduqca mühümdür. Əgər sizin də bu mövzu ilə bağlı çətinliyiniz, doğruluğundan əmin olmadığınız nüanslar, ağlınızda “İngilis dilində aylar hansılardır?”, “İngilis dilində günlər necə deyilir?”, “İngilis dilində qış nə deməkdir?” və ya “İngilis dilində yay nə deməkdir?” kimi suallarınız varsa, o zaman yaxın əyləşin, köməyinizə yeni mövzumuz ilə gəlmişik 🙂

Bu yazımızda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • İngilis dilində həftənin günləri
  • İngilis dilində aylar
  • İngilis dilində fəsillər
  • İngilis dilində yay fəslinə aid nümunə cümlələr
  • İngilis dilində qış fəslinə aid nümunə cümlələr
  • İngilis dilində yaz fəslinə aid nümunə cümlələr
  • İngilis dilində payız fəslinə aid nümunə cümlələr
  • İngilis dilində həftənin günlərinin cümlə içərisində istifadəsi

İngilis dilində həftənin günləri

İngilis dilində həftənin günləri aşağıdakı kimidir:

  • Monday (Mon): Bazar ertəsi
  • Tuesday (Tue): Çərşənbə axşamı
  • Wednesday (Wed): Çərşənbə
  • Thursday (Thu): Cümə axşamı
  • Friday (Fri): Cümə
  • Saturday (Sat): Şənbə
  • Sunday (Sun): Bazar

İngilis dilində aylar

İngilis dilində ayların adları aşağıdakı kimidir:

  • January (Jan): Yanvar
  • February (Feb): Fevral
  • March (Mar): Mart
  • April (Apr): Aprel
  • May (May): May
  • June (Jun): İyun
  • July (Jul): İyul
  • August (Aug): Avqust
  • September (Sep): Sentyabr
  • October (Oct): Oktyabr
  • November (Nov): Noyabr
  • December (Dec): Dekabr

İngilis dilində fəsillər

İngilis dilində fəsillərin adları aşağıdakı kimidir:

  • Summer – yay
  • Winter – qış
  • Spring – yaz
  • Autumn / Fall – payız

İngilis dilində yay fəslinə aid nümunə cümlələr

  • We generally go to the seaside in the summer – biz yayda adətən dəniz sahilinə gedirik.
  • Many people have dinner on the balcony in summer – əksər insanlar yayda şam yeməklərini balkonda yeyir.
  • Summer’s days are very hot so everyone wants to eat ice-cream and drink cold drinks – yay günləri çox isti olduğu üçün hamı dondurma yemək və soyuq içkilər içmək istəyir.
  • Every summer they go on holiday – onlar hər yay tətilə gedirlər.
  • People wear shorts and t-shirts in the summer – insanlar yayda şortik və qısaqol kofta geyinirlər.

İngilis dilində qış mövsümünə aid nümunə cümlələr

  • Children love to make a snowman in the winter – qışda uşaqlar qar adamı düzəltməyi sevirlər.
  • The roads are generally closed by snow in winter – yollar qışda adətən qar səbəbi ilə bağlı olur.
  • Winter months are my favorite months – qış ayları mənim sevimli aylarımdır.
  • They go skiing every winter – onlar hər qış xizək sürməyə gedirlər.
  • People wear thick coats in the winter – insanlar qışda qalın pencəklər geyinirlər.

İngilis dilində yaz fəslinə aid nümunə cümlələr

  • All birds sing in spring – bütün qışlar yazda oxuyurlar.
  • The election will be in the spring – seçki yazda olacaq.
  • Spring days become rainy – yaz günləri yağışlı olur.
  • A lot of butterflies fly up in the air in the spring – yazda çoxlu kəpənəklər havada uçuşurlar.
  • Spring season is many people’s favorite season – yaz fəsli əksər insanların sevimli fəslidir.

İngilis dilində payız fəslinə aid nümunə cümlələr

  • People start to wear jackets in autumn – insanlar payızda pencək geyinməyə başlayır.
  • The birds migrate to south in the autumn – payızda quşlar cənuba köç edirlər.
  • I don’t like autumn colors – mən payız rənglərini sevmirəm.
  • He said goodbye to us on an autumn evening – o bizə bir payız axşamında sağ olun dedi.
  • We like to travel in the autumn – biz payızda səyahət etməyi sevirik.

İngilis dilində həftənin günlərinin cümlə içərisində istifadəsi

  • They always go to the school at nine on Monday mornings – Onlar Bazar ertəsi məktəbə adətən saat 9-da gedirlər.
  • She starts her new project on Tuesday O, yeni proyektinə çərşənbə günü başlayır.
  • Where were you last Wednesday? sən keçən Çərşənbə günü harada idin?
  • You were born on a Thursday Sən Cümə axşamı doğulmusan.
  • 10 May is a Thursday 10 May Cümə axşamıdır.
  • Our travel starts on Friday. – bizim səyahətimiz Cümə günü başlayır.
  • It is a Friday morning – Cümə səhəridir.
  • I will come back next Saturday – mən növbəti Şənbə günü geri qayıdacağam.
  • My father has worked the last three Saturdays – mənim atam son üç Şənbə gününü işləyib.
  • On Sundays we go on picnic – Bazar günləri biz piknikə gedirik.
  • What will you cook for Sunday lunch? – sən Bazar günü nahar yeməyi üçün nə bişirəcəksən?

Diqqət:

Ayların adları böyük hərflər ilə yazılırlar. Buna baxmayaraq mövsüm adları kiçik hərflər ilə yazılır. Məsələn, It has been very dry summer – çox quru yay oldu. He died in January – o, Yanvar ayında öldü. Aylarla və ilin fəsil adları ilə birlikdə “in” və “on” kimi söz önlərindən istifadə edilir. “in” spesifik gün haqqında danışarkən istifadə edilməsə də, aylarla və fəsillərlə birlikdə işlənir. Məsələn, She likes swimming in summer – o, yayda üzməyi xoşlayır. He will come back in April – o, Apreldə geri gələcək. Ayın günlərindən bəhs edərkən “on” söz önündən istifadə edilir. Məsələn, My son’s birthday is on 10th May – oğlumun ad günü 10 Maydadır. They will get married on 30th August – Onlar Avqustun 30-u evlənəcəklər. Fəsil adları ilə birlikdə “in” və “in the” istifadəsi Həm “in”, həm də “in the” fəsil adları ilə birlikdə istiadə edilir. Amma əgər biz spesifik fəsil haqqında danışırıqsa, o zaman “in the” istifadə edilməlidir. Days get dark late in (the) summer – yayda günlər gec qaralmağa başlayır. Bu nümunədə istifadə edilən söz önünün “in” və ya “in the” olması heç bir əhəmiyyət kəsb etmir. The president will call an election in the autumn – prezident payızda seçki üçün çağırış edəcək. Burada xüsusi olaraq payız fəslindən bəhs edildiyi üçün “autumn” sözündən əvvəl “in the” söz önündən istifadə edilir.

Beləliklə, sizlər üçün faydalı olduğunu düşündüyümüz bir mövzumuzun daha sonuna gəldik. Unutmayın ki, bir dili öyrənmək üçün sadəcə o dildə sözlərin necə yazıldığını, harada istifadə edildiyini, hansı şablonların olduğun öyrənmək kifayət etmir. Mənimsəmək və unutmamaq üçün eyni zamanda öyrənilən yeni məlumatların daimi olaraq istifadəsi də vacib şərtdir.

Düşüncələriniz bizim üçün dəyərlidir, odur ki, fikirlərinizi bizim ilə paylaşmaqdan çəkinməyin.

Qeyd: Əgər siz də oxumaqla kifayətlənməyib, daimi olaraq yeni sözlər öyrənmək, həmin sözlərin cümlə içərisində necə istifadə edildiyini bilmək istəyirsinizsə, o zaman getwordly.com məhz sizlər üçündür. Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız. Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə bilərcəksiniz.

Recent Content