İngilis dilində hava proqnozuna baxmısınız heç? Bəs, aparıcı hava proqnozunu təqdim edərkən hansı kəlimələrdən istifadə etdiyini və hava durumunu necə təsvir etdiyinə fikir vermisiniz? İngilis dilini öyrənməyə başlamısınızsa, o zaman, artıq diqqət etməlisiniz.Çünki, gündəlik danışığımızda ən çox yer alan mövzulardan biri də hava proqnozudur.
İngilis dilində hava praqnozu (Weather) , xüsusilə gündəlik işinizi planlaşdırarkən baxa biləcəyiniz və havanın yağışlı olub olmadığını və ya istiliyini öyrənə biləcəyiniz bir quruluşdur. Havanı necə olduğunu yoxlamaq vacib olduğundan, hava şəraitini ingilis dilində anlamaq və əlaqəli terminləri bilmək son dərəcə vacibdir. Xaricə səyahət edərkən, bəlkə də açıq bir görüş planlaşdırırsınız, bəlkə də bir tədbirə qatılmadan əvvəl hava proqnozunu yoxlayarsınız, paltarınız haqqında sizə rəhbərlik edəcək və məsələn çətirə ehtiyacınız olub olmadığını söyləyəcəkdir.
Əgər diqqət etmisinizsə, hava proqnozu rəsmli şəkildə anladılır və hər bir bölgənin hava durumuna görə müxtəlif simvollar, rəsmlər istifadə olunur. İngilis dilində hava proqnozu ilə bağlı terminləri öyrənmək üçün hava proqnozu verilişlərinə baxmaq sizə böyük xeyir verəcəkdir. Çünki, orada anladılanları başa düşmək üçün şəkillər və simvollar vasitəsilə aparıcının dediklərini anlaya bilərsiniz. Bu yazımızda, hava praqnozu, sual və cavab qaydaları və bilməli olduğunuz müxtəlif hava hadisələri haqqında ətraflı məlumat tapa bilərsiniz.
İngilis dilində Hava Proqnozu İlə Bağlı Terminlər
Aşağıdakı terminlər çox istifadə olunan hava proqnozuna nümunədir:
- Rain- Yağış
- Snow- Qar
- Wind- Külək
- Storm- Fırtına
- Hurricane / Tornado- Qasırğa
- Cold- Soyuq
- Hot- İsti
- Cloudy- Buludlu
- Sunny- Günəşli
- Windy – Küləkli
- Snowy – Qarlı
- Rainy – Yağışlı
Yuxarıda gördüyünüz sözlər gündəlik danışıqda dilimizdən düşməyən sözlərdir. Mütəmadı və sıx şəkildə istifadə etdiyimiz kəlimələr olduğu üçün bunları bilmək olduqca vacibdir. Kiçik söhbətlərdə özünüzü rahat ifadə etmək və gündəlik planlamanı rahat etmək üçün hava şərtlərini bilmək faydalıdır. Həm əzbərlənməsi asandır, həm də praktikaya tətbiq etmək olduqca zövq verir. Çünki, burada sizi yoracaq hər hansı bir qrammatik qayda yoxdur.
İngilis Dilində Hava İlə Bağlı Terminlər
- Weather: Hava Bu ən çox eşitdiyiniz söz olmalıdır.
- Weather forecast: Ekvivalenti “hava proqnozu” və ya “hava durumu”-dır. Gündəlik, həftəlik və 15 günlük müddət üçün televiziya, radio və qəzetlərdə, telefonlara və ya internetdə, aplikasiyalardan tapa bilərsiniz.
- Weather report: Hava Proqnozu.
- Weather condition: Mənası “hava durumu”-dur. “Weather forecast” ilə eyni mənalıdır.
- Sensible temperature: Hiss edilən istilik
- Thermometer: Termometr
- Low pressure: Alçaq təzyiq
- High pressure: Yüksək təzyiq
- Low clouds: Alçaq buludlar
- Storm: Çovğun
- Sun: Günəş
- Super cooling: Hədd aşırı soyuma
- Snow: Qar
- Snowfall: Qar yağışı
- Rainfall: Yağışı
- Cloud: Bulud
- Fog: Duman
- Ice sheet: Buz təbəqəsi
- Pressure change: Təzyiq dəyişimi
- Rain: Yağış
- Wind: Külək
- Sunlight: Günəş işığı
- Daylight: Tərcüməsi “gün işığı” olaraq keçir. “Dan yeri, sübh çağı” mənasındadır. (günün ilk işıqları)
- Moonlight: Ay ışığı
- Sunshine: Gün işığı
- Wind speed: Külək sürəti
- Sky: Göy üzü.
- Air: Mənası “hava” olan bu kəlimə “sky” kəliməsi ilə eyni mənadadır.
- Aerodynamic: Hava və qazların hərəkət qanunlarını analiz edən elm sahəsidir. “Aerodinamika”.
- Celsius: Santiqrad
- Degree: Dərəcə
- Explosive warming: Hədd aşırı isinmə
- Humidity: Rütubət
- Temperature: Tempratur
Hava Hadisələri ilə Bağlı Terminlər
- Arid: Quraq
- Avalanche: Uçqun
- Cloudy: Buludlu
- Cold: Soyuq
- Blizzard: Qar çovğunu
- Breeze: Meh
- Damp air: Nəmli hava
- Deluge: Tufan
- Desert wind: Səhra küləyi
- Dust storm: Toz çovğunu
- Drizzle: Çisələmə
- Drought: Quraqlıq
- Flood: Sel, su basqını
- Frosty: Şaxtalı
- Greasy: Bulanıq səma
- Hail: Dolu
- Heavy fog: Ağır sis, duman
- Heavy rain: Şiddətli yağış
- Hot winds: İsti külək
- Hurricane: Qasırğa
- Ice storm: Buz çovğunu
- Lightning: Şimşək
- Monsoon winds: Musson küləkləri
- Muggy: Boğucu hava
- Partly cloudy: Parçalı buludlu
- Rain storm: Yağış çovğunu
- Rainbow: Göy qurşağı
- Sand storm: Qum çovğunu
- Sea breeze: Dəniz mehi
- Sleet: Sulu qar
- Slushy: Palçıqlı, sulu qar
- Snow storm: Qar çovğunu
- Snow grains: Donmuş qar
- Strong winds: Şiddətli, güclü küləklər
- Sunset: Gün batımı
- Sunrise: Gün doğumu
- Thunder: Göy guruldaması
- Thunderbolt: İldırım
- Thunderstorm: Şimşəkli yağış
- Tornado: Qasırğa növü, xortum
İngilis Dilində Səma İlə Nümünə Cümlələr
Səma ilə əlaqəli sözlər:
- Cloud- Bulut
- Sun- Günəş
- Moon- Ay
- Star- Ulduz
- Sky- Göy, səma
Bu sözlər haqqında nümunə cümlələr:
- Do you know weather forecast for today? – Bu gün üçün hava proqnozunu bilirsən?
- The weather is unpredictable around here. – Buradaki hava şəraiti gözlənilməzdir.
- Looking at clouds makes me peaceful.- Buludlara baxmaq mənə rahatlıq verir.
- Not a single cloud could be seen in the sky today. – Bu gün səmada bir dənə də bulud görünmür.
- If you want to shine like the sun, you should burn like the sun first. – Günəş kimi parlamaq istəyirsinizsə, əvvəlcə onun kimi yanmalısınız.
- I wish we had sunny weather all year round.- Kaş ki, bütün ili günəşli havaya sahib olsaydıq.
- Do you know weather forecast for today? – Bu gün üçün hava proqnozunu bilirsən?
- The day when we first met was a rainy day. – İlk tanış olduğumuz gün yağışlı bir gün idi.
- Looking at the stars with you is my favourite thing to do. – Səninlə ulduzlara baxmaq mənim ən sevdiyim işdir.
İngilis Dilində “Hava Günəşlidir” Necə Deyilir?
Sun- Günəş
Sunny- Günəşli
Sun (Günəş) sözü isim olduğu halda, -ny şəkilçisi alaraq sifətə çevrilir və “sunny” (günəşli) mənasını verir. Bu cür cümlələrdə sözün sifət formasını istifadə etməyimizin səbəbi ifadə bozukluğuna səbəb olmamaqdır.
Weather is sunny. – Hava günəşlidir.
Weather is sunny, we can go out today. – Hava günəşlidir, bu gün çölə çıxa bilərik.
It will be a sunny day tomorrow. – Sabah günəşli bir gün olacaq
İngilis Dilində “Hava Yağışlıdır” Necə Deyilir?
Rain- Yağış
Rainy- Yağışlı
Rain (Yağış) sözü isim olduğu halda, -ny şəkilçisini götürərək sifətə çevrilir və mənasında “Rainy” (yağışlı) deməkdir. Bu cür cümlələrdə sözün sifət formasını istifadə etməyimizin səbəbi ifadə bozukluğuna səbəb olmamaqdır.
Weather is rainy. – Hava yağışlıdır.
Today weather is rainy, it makes me feel pretty lazy. – Bu gün hava yağışlıdır, bu məni bir az tənbəl hiss etdirir.
It will be a rainy day tomorrow. – Sabah yağışlı bir gün olacaq.
İngilis Dilində “Hava Dumanlı / Sislidir” Necə Deyilir?
Mist / Fog- Duman, Sis
Misty / Foggy- Dumanlı, Sisli
Mist ve fog (Duman, Sis) sözləri isim olduğu halda, -y şəkilçisi alaraq sifətə çevrilir və “Misty”/ “Foggy “(dumanlı, sisli) mənasını verir. Bu cür cümlələrdə sözün sifət formasını istifadə etməyimizin səbəbi ifadə bozukluğuna səbəb olmamaqdır.
Weather is foggy. – Hava sislidir.
Weather is foggy, we can’t get there by car, cause we can’t see anything, it can be dangerous. – Hava dumanlıdır, oraya maşınla gedə bilərik, çünki heç nə görə bilmirik, təhlükəli ola bilər.
It will be a misty / foggy day tomorrow. – Sabah dumanlı / sisli bir gün olacaq
İngilis Dilində “Hava Buludludur” Necə Deyilir?
Cloud- Bulud
Cloudy- Buludlu
Cloud (Bulud) sözü isim olduğu halda, -y şəkilçisini alaraq sifətə çevrilir və mənasında Cloudy (buludlu) deməkdir. Bu cür cümlələrdə sözün sifət formasını istifadə etməyimizin səbəbi ifadə bozukluğuna səbəb olmamaqdır.
Weather is cloudy. – Hava buludludur.
Weather is cloudy, it may rain soon. – Hava buludludur, bir azdan yağış yağa bilər.
It will be a cloudy day tomorrow. – Sabah buludlu bir gün olacaq.
İngilis Dilində “Hava Qarlıdır” Necə Deyilir?
Snow- Qar
Snowy- Qarlı
Snow (Qar) sözü isim olduğu halda, -y şəkilçisini götürərək bir sifətə çevrilir və mənası baxımından snowy (qarlı) deməkdir. Bu cür cümlələrdə sözün sifət formasını istifadə etməyimizin səbəbi ifadə bozukluğuna səbəb olmamaqdır.
Weather is snowy. – Hava qarlıdır.
The snow-capped mountain stood out in sharp relief against the blue sky. – Qarlı dağ mavi səmaya qarşı kəskin relyeflə fərqlənirdi.
It will be a snowy day tomorrow. – Sabah qarlı bir gün olacaq.
İngilis Dilində Hava Durumu Necə Soruşulur?
- How is the weather today? – Bu gün hava necədir?
- What is the weather like?- Hava necədir?
- How is the weather?- Hava necədir?
- Is today windy? – Bu gün küləklidir?
- Is it snowing today? – Bu gün qar yağır?
- What is the weather like today? – Bu gün hava necədir?
- How is the weather in the winter?- Qışda hava necədir?
- What is the weather like in the winter?- Qışda hava necədir?
- What’s the weather forecast for the rest of the week? – Bu həftə üçün hava proqnozu nədir?
- How is the weather in the spring? – Yazda hava necədir?
- What is the weather like in the spring? – Yazda hava necədir?
- Do you have rain? – Yağış var?
- What’s it like outside? – Çöl necədir?
- How is the weather in the autumn?- Payızda hava necədir?
İngiliscə Hava Durumu Necə Deyilər?
Hava haqqında məlumat verərkən istifadə edə biləcəyiniz bəzi nümunələr;
- The weather is sunny today. – Bu gün hava günəşlidir.
- It is stormy. – Fırtınalı
- The weather is snowy today. – Bu gün hava qarlıdır.
- We have not had any rain for many weeks. – Bu həftə üçün yağış yox idi.
- They’re saying we will have blue skies for the rest of the week. – Bütün həftəni təmiz mavi səmaya sahib olacayıq.
- Today it is 22 degrees Celsius which is a lot warmer than it has been. – Bu gün 22 dərəcədir, hansı ki, həmişəkindən çox isti idi.
- It’s really cold now. – İndi çox soyuqdur.
- Today is hot and humid. – Bu gün isti və rütubətlidir.
- Today is rainy / windy / cloudy / foggy . – Bu gün yağışlı / küləkli / buludlu / dumanlıdır.
İngilis Dilində Fəsillər və Hava Proqnozu
Tam bir ilin fərqli astronomik və iqlim xüsusiyyətləri olan hissələrinə fəsillər deyilir. Orta iqlim paralellərində dörd fərqli fəsil olduğu halda, qütblərdə və ya yaxın paralellərdə bir il yalnız iki fəsilə bölünür. Bundan əlavə, qütblərdə altı ay gecə və altı ay gündüz işığı var. Orta iqlim paralellərindəki dörd fəsil: Qış, Bahar, Yaz və Payızdır. İl ərzində fəsillər dəyişdikcə havada nə tərz dəyişikliklərə rastlayırıq və hər fəsildə yaşanan fərqliliklər nələrdir, İngilis dilində açıqlamaları ilə nəzər yetirək:
Autumn ( Payız)
Payız, yaz və qış arasında mövsümü körpüləyən kədərli bir fəsildir. Bugünkü şəraitdə payızda yaşaya bilmirik, isti bir payız yaşadığımızı deyə bilərik, ancaq normalda payızdan söz düşəndə sərin və buludlu bir hava yadıma düşür.
Payız Mövsümün Ayları;
September – Sentyabr
October- Oktyabr
November- Noyabr
- In autumn the amount of time it is light becomes less, the leaves start to change colour and fall off the trees. – Payızda gündüzün vaxtı vaxt az olur, yarpaqlar rəngini dəyişməyə və ağaclardan düşməyə başlayır.
- Leaves falling to the ground is the best view of autumn. – Yarpaqların tökülməsi payızın ən gözəl mənzərəsidir.
- The season after summer and before winter, in the northern hemisphere from September to November and in the southern hemisphere from March to May. – Yaydan sonrakı mövsüm və qışdan əvvəl, şimal yarımkürəsində sentyabrdan noyabr ayına və cənub yarımkürəsində martdan maya qədər olan dövr.
Winter (Qış)
Yenə də normal şəraitdə düşünsək, qış əslində soyuq və qarlı bir fəsildir. Qış fəsli ümumiyyətlə şiddətli yağış və qar yağışı ilə müşayiət olunur. Başqa sözlə, bu mövsümü soyuq (cold) və yağışlı (rainy / snowy) kimi xarakterizə etmək olar.
Qış Mövsüm Ayları;
December- Dekabr
January- Yanvar
February- Feval
- In winter we have colder weather, sometimes snow and frost, the trees have no leaves and the amount of time it is light during the day is at its shortest. – Qışda soyuq hava, bəzən qar və şaxta olur, ağacların yarpaqları olmur və ən qısa gündüz müddətinə sahibdir.
- We expect a very cold winter this year. – Bu il çox soyuq bir qış gözləyirik.
- The coldest season of the year, in the northern hemisphere from December to February and in the southern hemisphere from June to August. – Ilin ən soyuq mövsümü, şimal yarımkürəsində dekabr- fevral ayları və cənub yarımkürəsində iyundan avqusta qədərdir.
- What’s your favorite winter sport? – Ən sevdiyiniz qış idman növü hansıdır?
Spring (Yaz / Bahar)
Baharın hər mənada canlı bir mövsüm olduğunu söyləmək səhv olmaz. Baharın gəlişi ilə hava, torpaq oyanmaya başlar. Çiçəklərin açılması və quşların cıvıltısı böyük bir rahatlıq verir. Yaz aylarında hava ümumiyyətlə günəşli (sunny), isti (warm) və parlaq (bright) olur.
Bahar Mövsümü Ayları;
March- Mart
April- Aprel
May- May
- In spring the weather usually turns warmer, trees begin to grow their leaves, plants start to flower and young animals such as chicks and lambs are born. – Yazda hava ümumiyyətlə istilənməyə başlayır, ağaclarda yarpaqları böyüməyə başlayır, bitkilər çiçəklənməyə başlayır və balalar, quzular kimi körpə canlılar dünyaya gəlir.
- There are many new programs to watch this spring. – Bu baharda izləmək üçün bir çox yeni veriliş var.
- The season after winter and before summer, in which vegetation begins to appear, in the northern hemisphere from March to May and in the southern hemisphere from September to November. – Qışdan sonrakı və yazdan əvvəl, bitki örtüyünün meydana gəlməyə başladığı dövr, şimal yarımkürəsində martdan maya qədər cənub yarım kürəsində sentyabrdan noyabra qədərdir.
- School begins in the spring. – Məktəb yazda başlayır.
- Spring season is many people’s favorite season. – Yaz fəsli əksər insanların sevimli fəslidir.
- A lot of butterflies fly up in the air in the spring. – Yazda çoxlu kəpənəklər havada uçuşurlar.
Summer (Yay)
Hamımızın bildiyi kimi ən isti fəsil yaydır. Yayda hava ümumiyyətlə günəşli (sunny), çox isti (too hot) və nəmli (humid / moist) olur. Dəniz tətili etmək istəyənlər üçün ideal fəsil olan yay ölkəmizdə xüsusilə isti olur.
Yaz Mövsüm Ayları;
June- İyun
July- İyul
August- Avqust
- In summer the weather is usually warm, trees have full green leaves and the amount of time is it light for during the day is longer. – Yay aylarında hava ümumiyyətlə isti olur, ağacların tam yaşıl yarpaqları olur və gündüzün vaxtı ən uzun olan fəsldir.
- In summer the days are long and the weather’s usually warm and sometimes even hot. – Yayda günlər uzun olur və hava ümumiyyətlə isti, bəzən hətta çox isti olur.
- Where do you want to go this summer vacation? – Bu yay tətilində hara getmək istəyirsən?
- The warmest season of the year, in the northern hemisphere from June to August and in the southern hemisphere from December to February. – İlin ən isti mövsümüdür, şimal yarımkürəsində iyun-avqust ayları və cənub yarımkürəsində dekabr-fevral ayları arasında olur.
Hava ilə yaxından əlaqəli olan fəsillər haqqında ətraflı məlumat almaq istəyirsinizsə, “İngilis dilində həftənin günləri, aylar və fəsillər” adlı məzmunu da nəzərdən keçirə bilərsiniz.