İngilis dilində If Clause: mövzu izahı - Wordly Danışır ...

İngilis dilində If Clause: mövzu izahı


İngilis dilində If Clause (şərt budaq cümlələri) mövzu izahı

İngilis dilini öyrənməyə yeni başlamısınızsa və ya biliklərinizi yeniləmək məqsədi ilə İngilis dilindəki qrammatik mövzulara göz atırsınızsa, İngilis dilinin Azərbaycan dili ilə bir çox ortaq mövzularının olduğunun fərqinə varmışınız. Şərt budaq cümlələri də bu oxşarlıqlardan sadəcə biridir. İngilis dilində If Clause olaraq adlandırılan bu qrammatik mövzu Azərbaycan dilindəki kimi şərtli cümlə qurmaq üçün istifadə edilir.

Bəs şərt budaq cümlələrinin quruluşu və istifadəsi necədir? ‘If Clause’ öyrənmək istəyənlər bu mövzumuzda İngilis dilində şərtl budaq cümləsinin əsası olan “if clause type 0”, “if clause type 1”, “if clause type 2”, “if clause type 3” başlıqları ilə yanaşı aşağıdakı başlıqlar ilə tanış olacaqlar.

  • If clause nədir?
  • İngilis dilində If Clause strukturları və istifadə yerləri
  • İngilis dilində If Clause Type 0
  • İngilis dilində If Clause Type 1
  • İngilis dilində If Clause Type 2
  • İngilis dilində If Clause Type 3
  • İngilis dilində şərt cümlələrində xüsusi hallar
  • İngilis dilində If Clause xüsusi hal 1
  • İngilis dilində If Clause xüsusi hal 2
  • İngilis dilində If Clause xüsusi hal 3

If clause nədir?

‘If’ sözü İngilis dilində “əgər” mənasına gəlir və istifadə edildiyi cümləyə “əgər… etsən … olar” mənasını verir. Sözün mənasından yola çıxsaq, bir hərəkətin meydala gələ bilməsi üçün lazım olan şərtin olması üçün qurulan cümlələri if clause, yəni şərt cümlələri olaraq izah edə bilərik.

If clause-da iki növ cümlə olur. Bunlarda biri ‘if’ ilə başlayan və şərti bildirən yan cümlə, digəri isə şərt reallaşarsa, yarana biləcək vəziyyəti və nəticəni bildirən əsas cümlədir. Yan cümləyə if clause, əsas cümləyə isə main clause adı verilir.

İngilis dilində If Clause strukturları və istifadə yerləri

Şərtli cümlələrin quruluşları və seçilən zaman formaları, hansı məqsədlə istifadə edildiklərinə görə fərqlilik göstərə bilir. Əgər if ilə başlayan yan cümlə əsas cümlədən, yəni main clause-dan əvvəl gəlirsə, bu iki cümlə vergüllə ayrılır. Əks halda isə vergülə ehtiyac qalmır.

Şərtli cümlələri 4 fərqli quruluşda incələmək mümkündür.

İngilis dilində If Clause Type 0

Tip 0 deyilən ilk quruluş, hər kəsin doğru qəbul etdiyi vəziyyətlər və real hadisələri izah etmək üçün istifadə edilən strukturdur. Adətən indiki zaman (Present Simple) üçün istifadə edilir.

IF CLAUSEMAIN CLAUSE
If + Present Simple    Present Simple
  • If it snows, the roads get slippery -Qar yağsa, yollar sürüşkən olar.
  • If you don’t eat your meal, your mother gets angry -Yeməyini yeməsən, anan əsəbiləşər.
  • If you drink cold water, you get sick -Soyuq su içsən xəstələnərsən.

İngilis dilində If Clause Type 1

Tip 1 quruluşu real və reala uyğun olan hadisələrdə istifadə edilən quruluşdur. Yəni dəqiqliyi müəyyən olmayan, ancaq reallaşma ehtimalı olan situasiyalarda istifadə edilir. Bu növ cümlələrdə dəqiqlik yox, ehtimal daxilində olma halı mövcuddur.  Gələcək zamanı ifadə edir.

IF CLAUSEMAIN CLAUSE
If + Present Simple/ Present Continuous/ Present Perfect/ Present Perfect Continuous/ Future SimpleCan/ May/ Might/ Could/ Must/ Should + Present Bare Infinitive
  • If you don’t get off the tree, you will fall -Ağacdan düşməsən yıxılacaqsan.
  • If we have worked hard, we can finish the Project -Çox işləsək proyekti bitirə bilərik.
  • You must study the exam, if you see him -Onu görsən, imtahana hazırlaşmalısınız.
  • If she has money, she will travel -Pulu olsa səyahət edər.
  • If you listen to me, you will understand what I mean -əgər sən məni dinləsən, nə demək istədiyimi başa düşəcəksən.
  • If you lend him some money, He may not give it back to you -Ona biraz borc versəniz, O sizə qaytarmayacaq.
  • If she doesn’t leave the house, everything will be bad -Evdən çıxmasa, hər şey pis olacaq.
  • If you don’t go to the school, You will stay at home all day -əgər sən məktəbə getməsən, bütün günü evdə qalacaqsan.
  • If you do not win scholarship, your father will be very sad -Təqaüd qazanmasan, atan çox kədərlənəcək.
  • If I have enough strawberries, I will bake a strawberry cake for you -Əgər kifayət qədər çiyələk varsa, sənin üçün bir çiyələk tort bişirəcəyəm.
  • If it doesn’t rain tomorrow, We will go on a picnic -Sabah yağış yağmasa, piknikə gedəcəyik.
  • If the teachers have time, they should repeat the subjects -Əgər müəllimlərin vaxtı varsa, mövzuları təkrar etməlidirlər.
  • If My mother helps me, I may finish my homework on time -Anam mənə kömək etsə, ev tapşırıqlarını vaxtında bitirə bilərəm.
  • If I write a lot, I will be able to write quickly -Əgər mən çox yazsam tez yaza biləcəyəm.

Sual cümlələrində istifadəsi

  • What will you do if you lose the match? -əgər sən qarşılaşmanı itirsən nə edərsən?
  • Can you call me if you see Susan? -Susanı görsən mənə zəng edə bilərsən?
  • Will you leave school if you don’t have enough money? -əgər sənin pulun yoxdursa, məktəbi tərk edəcəksən?
  • Can you tell her to see me if she call you? -əgər o səənə zəng etsə, məni görməsini söyləyə bilərsənmi?

Qeydlər:

1.  Cümlə if clause və ya əsas cümlə ilə başlaya bilər. Əgər cümlə ‘if clause’ ilə başlasa, o zaman hər iki cümlənin arasında vergüldən istifadə etmək lazımdır.

  • (If) + (Present tense, or etc.) + (,) + (Future tense or etc.)
  • (Future tense or etc.)+ (if) + (Present tense, or etc.)
  • If he is late again, I’ll be very angry = I’ll be very angry if she is late -Əgər o yenidən geciksə, çox qəzəblənərəm.
  • If you write me, I will write you = I will write you if you write me -Əgər sən məni yazsan, səni yazacam.
  • If I get up early, I will call you = I will call you if I get up early -Əgər mən erkən qalxsam sənə zəng edəcəm.

2. Tip 1-də if clause cümləsində əmr formasından istifadə edirik.

  • If you see Mr Steven, give him my regards -Əgər cənab Steveni görsən, ona salamımı çatdır.
  • If the machine doesn’t work, push this button twice -Maşın işləmirsə, bu düyməni iki dəfə vurun.
  • If you go to the market, buy me an ice cream -əgər marketə gedirsənsə, mənə dondurma al.

3. Əgər istəsəniz, ‘if clause’ və ‘main clause’ cümlələrinin birində və ya hər ikisində modallardan istifadə edə bilərik.

  • If I can sleep early, I can get up early -Erkən yata bilsəm, erkən qalxa bilərəm.
  • If you can speak English, you will find jobs easily -İngilis dilində danışa bilsəniz, asanlıqla iş tapacaqsınız.
  • If there should be a chaos in the country, it may affect the country economically -Əgər ölkədə bir xaos varsa, ölkəyə iqtisadi cəhətdən təsir göstərə bilər.
  • If anyone should ask for me, I’ll be at the meeting -Kimsə məni soruşsa, iclasda olacağam.
  • If I must do that, I will do -Əgər mən bunu etməliyəmsə, edəcəm.

4. Əksər hallarda  ‘If Clause‘-da present continuous tense, present perfect tense və present perfect continuous tense istifadə edilir.

  • If he is still talking on the phone, tell him to hang up the phone -Əgər o hələ də telefonda danışırsa, deyin ki, telefonu asın.
  • If my mother has cooked the meal, I’ll eat my food -Əgər anam yeməyi bişiribsə, mən yeməyimi yeyəcəm.
  • If she has been studying since 9 o’clock, she will need to take a break -əgər o saat 9-dan bəri oxuyursa, ara verməlidir.

5. Tip 1-də clause-dan biri və ya hər ikisi inkar ola bilər.

  • If you do not come, I will not go to the party -Əgər sən gəlməsən, mən ziyafətə getməyəcəm.
  • If it doesn’t snow, the roads will be open -Əgər qar yağmasa, yollar açıq olacaq.
  • If you love me, I won’t upset you -Əgər sən məni sevsən, mən səni incitməyəcəyəm.

İngilis dilində If Clause Type 2

Tip 2, reallaşma ehtimalı çox az və ya mümkünsüz olan vəziyyətlər üçün istifadə edilir. Daha çox xəyali situasiyaları bildirmək məqsədi ilə istifadə edilir.

IF CLAUSEMAIN CLAUSE  
If + Past Simple/ Past ContinuousWould/ Could/ Might + Present Bare Infinitive
  • If we bought two tickets, we would watch the film -İki bilet alsaydıq, filmi izləyərdik.
  • If she won a lot money, she might go to France -Əgər o çox pul qazansa, Fransaya gedərdi.
  • If he were listening to you, he couldn’t make a mistake -Əgər o səni dinləməkdə olsa, səhv etməyə bilər.
  • I would sleep until noon if I didn’t go to school -Məktəbə getməsəydim günortaya qədər yatardım.

Qeyd: Tip 2 formalarında past simple və past continuous zamanlarına aid olan was/were köməkçi feillərinin yerinə sadəcə ‘were’ işlənir. Gündəlik danışıqda ‘were’ daha sıx istifadə edilməkdədir. Bu səbəblə də ‘was’ istifadə edilməli olan he, she it subyektlərində də ’was’ əvəzinə ‘were’ istifadə edilir.

  • If he were taller, he could be a basketball player -Əgər o uzun olsaydı, basketbolçu ola bilərdi.
  • If I had money (if clause), I would give you(main clause) -Əgər pulum olsaydı, sənə verərdim.
  • If she knew the answer, she would win the prize -əgər o cavabı bilsəydi, mükafatı qazanardı.
  • If I didn’t smoke, I would be healty -əgər mən siqaret çəkməsəydim, sağlam olardım.
  • If I had your phone number, I would call you -Telefon nömrəniz olsaydı sizə zəng edərdim.
  • If you came to the party, we would have a lot of fun -Əgər ziyafətə gəlsəydiniz, çox əylənərdik.
  • If I were a rich man, I would buy a home like palace -Varlı olsaydım, saray kimi bir ev alardım.
  • If he had time, he would study well for his exam -əgər onun vaxtı olsaydı, imtahanı üçün yaxşı oxuyardı.
  • If it didn’t rain, we would go on a picnic -əgər yağış yağmasaydı, biz gəzintiyə çıxacaqdıq.
  • If my house was in the forest, I would walk constantly in the green -Evim meşədə olsaydı, daim yaşıllıqla gəzərdim.
  • If I were a chairman, I would offer new and different ideas -Sədr olsaydım, yeni və fərqli fikirlər söyləyərdim.
  • If you participated in the election, people would choose you -Seçkidə iştirak etsəydiniz, insanlar sizi seçərdilər.

Qeydlər:

1. Cümlə if clause və ya əsas cümlə ilə başlaya bilər. Əgər cümlə ‘if clause’ ilə başlasa, o zaman hər iki cümlənin arasında vergüldən istifadə etmək lazımdır.

  • If + past tense, or could + (,) +  present unreal conditional ( would  or modals)
  • Present unreal conditional (would or modals) + if + past tense, or could
  • If I went to Paris, I would see the Eiffel Tower = I would see the Eiffel Tower if I went to Paris.
  • If you had a n invitation card, you should go to the party = You should go to the party if you had an invitation card.
  • If we used the time properly, we would finish our Project = we would finish our project if we used the time properly.

2. Əgər istəsəniz, ‘if clause’ və ‘main clause’ cümlələrinin birində və ya hər ikisində modallardan istifadə edə bilərik.

  • If I had enough experience for the job, the boss could hire him -İş üçün kifayət qədər təcrübəm olsaydı, müdir məni işə götürə bilər.
  • If I could speak english very well, I would look for a job in foreign companies -İngilis dilində çox yaxşı danışa bilsəm, xarici şirkətlərdə iş axtarardım.
  • If I understood what the teacher said, I could tell you -Müəllimin dediklərini başa düşsəydim, sizə deyə bilərdim.

3. In ‘If Clauses Type 2’, we usually use ‘were’ which is past form of ‘to be’ instead of ‘was’ although the pronoun is ‘I, he, she or it’.

  • If I were you, I wouldn’t marry with him -Mən sənin yerində olsaydım, onunla evlənməzdim.
  • If she were ill, she couldn’t attend the meeting -əgər o xəstə olsaydı, iclasda iştirak edə bilməzdi.
  • If it weren’t snowy, I would go out -əgər qar olmasaydı, mən çölə çıxardım.

4. Tip2-də cümlələrdən biri və ya hər ikisi inkarda ola bilər.

  • If I woke up late, I wouldn’t I be aware of what happened -Əgər gec oyansaydım, baş verənlərdən xəbərdar olmazdım.
  • If my mother did not remind me, I would forget my worksheet at home -Anam mənə xatırlatmasaydı, evdə iş vərəqimi unudardım.
  • If she were angry, she wouldn’t not talk to us -əgər o hirsli olsaydı, bizimlə danışmazdı.

5. Sual cümlələrində istifadəsi

  • What would happen if humans disappeared? -İnsanlar yoxa çıxsalar nə olardı?
  • What would we do firstly if a fire broke out? -Yanğın baş verərsə əvvəlcə nə edərdik?
  • Would you cry if he left you? -Əgər o səni tərk etsə ağlayarsan?
  • What would happen if you didn’t drink water? -Əgər sən su içməsən nə olardı?

6. Tip 2-də istifadə edilən zaman və strukturlar aşağıda verilmişdir:

If Clause-da “to be”-nin keçmiş zaman forması, past continuous tense, should, could və had to istifadə edilir.

  • If you were clever, you would understand what I meant -Əgər sən ağıllı olsaydın, nə demək istədiyimi başa düşərdin.
  • If she were cooking, I would help her -Əgər o yemək bişirsə, ona kömək edərdim.
  • If I had to attend to the meeting, I would miss the plane -Əgər mən görüşdə iştirak etməli olsaydım, təyyarəni qaçırardım.
  • If she should join us (were to join us), She wouldn’t be bored -Əgər o bizə qoşulsaydı, cansıxıcı olmaz.

Əsas cümlədə isə would, would be doing, could, would be able to, might və would have to istifadə edilir:

  • If I had one more chance, I would try to find out where I made the mistake -Daha bir şansım olsaydı, səhvimi harada etdiyimi öyrənməyə çalışardım.
  • If it weren’t important, I would not be looking for him right now -Əhəmiyyətli olmasaydı, indi onu axtarmazdım.
  • If I had a good education, I could apply for a job abroad -Yaxşı təhsilim olsaydı, xaricə iş üçün müraciət edə bilərdim.
  • If he earned lots of money, he would be able to buy a new car -əgər o çox pul qazansa, yeni bir maşın ala bilər.
  • If we had time, we might get the course -Vaxtım olsaydı, gedə bilərdik.
  • If she did not finish the project, she would have to get up early today -əgər o layihəni başa çatdırmasaydı, bu gün erkən durmalı idi.

7. Would, qısaca olaraq ‘d olaraq yazıla bilər. If you lost time, you would ( you’d ) miss the bus -Əgər vaxt itirmisənsə, avtobusu qaçıracaqsan.

İngilis dilində If Clause Type 3

Tip 3 quruluşu, artıq reallaşması mümkün olmayan peşmanlıqları izah etmək üçün istifadə edilir. Tamamlanmış və keçmişdə qalmış vəziyyətləri bildirdiyi üçün keçmiş zaman formalarına üstünlük verilir. Bu halda əsas cümlə Would/ Could/ Might + Perfect Bare Infinitive (have + V3), If clause isə If + Past Perfect/ Past Perfect Continuous formasında olur.

IF CLAUSEMAIN CLAUSE
If + Past Perfect/ Past Perfect ContinuousWould/ Could/ Might + Perfect Bare Infinitive (have + V3)
İngilis dilində If clause Type 3 quruluşu
  • If you had locked the door, the thief wouldn’t have got in -Qapını açarla bağlamış olsaydın, içəri oğru girməzdi – tənqid.
  • If you had studied hard enough, you could have passed the exam -Kifayət qədər oxumuş olsaydın, imtahanı keçə bilərdin – tənqid.
  • If I had been more careful, I would have won the race -Daha diqqətli olsaydım yarışı qazana bilərdim -peşmanlıq.
  • If he had talked to me, I would have listened to him -əgər mənimlə danışsaydı, mən də ona qulaq asardım.
  • If it had rained last weekend,  we would have stayed at home -əgər ötən həftə sonu yağış yağsaydı, evdə qalardıq.
  • If she had saved enough money, she would have bought a new bicycle -əgər kifayət qədər pul yığsaydı, yeni bir velosiped alardı.
  • If it had been a huge explosion, so many people couldn’t have been affected -əgər çox böyük bir partlayış olsaydı, bu qədər insana təsir edə bilməzdi.
  • If I had been a smart boy, I would not have annoyed my mother -əgər mən ağıllı bir oğlan olsaydım, anamı əsəbləşdirməzdim.
  • If Marry had had a meeting, she would have gone to the Office -Əgər Marry-nin iclası olsaydı, o ofisə gedərdi.
  • If I had waited for you more, I would have missed the plane -Əgər səni daha çox gözləsəydim, təyyarəni qaçırmış olardım.
  • If she had gone on a picnic, she would have had a lot of fun -Əgər gəzintiyə çıxsaydı, çox əyləncəli olardı.
  • If you had participated in the competition, you would have won  the prize -əgər sən müsabiqədə iştirak etsəydin, mükafatı qazanmış olardın.

Qeydlər:

1. Cümlə if clause və ya əsas cümlə ilə başlayır. Əgər cümlə ‘if clause’ ilə başlayırsa, o zaman əsas cümlə ilə if clause arasında vergül qoymaq lazımdır.

  • (If) + (past tense, or could) + (,) + (present unreal conditional (would) or modals)
  • (present unreal conditional (would) or modals ) + (if) + (past tense, or could)
  • If I had studied, I would have passed the exam və ya I would have passed the exam if I had studied.
  • If the museum had been open, we would have seen many different handworks və ya We would have seen many different handworks if the museum had been open.
  • If the child had had breakfast, she would have been active və ya She would have been active if the child had had breakfast.

2. Əgər istəsək həm if clause, həm də əsas cümlədə modallardan istifadə edə bilərik. Digər halda isə bu cümlələrdən birində də modallardan istifadə etmək mümkündür.

  • If I had had the  power, I might have looked after myself -əgər mənim gücüm olsaydı, özümə baxa bilərdim.
  • If my son could have taken the English course, he could have passed the exam -əgər mənim oğlum İngilis dili kursu keçə bilsəydi, imtahandan keçə bilərdi.
  • If  she could have gone to Mexico, she would have seen the best friends -əgər o Meksikaya gedə bilsəydi, ən yaxşı dostlarını görərdi.

3. Bu şərt növündə, tərəflərdən biri və ya hər ikisi inkar ola bilər.

  • If I had passed my exam, I wouldn’t have been sad -əgər imtahanımdan keçsəydim, kədərlənməzdim.
  • If you hadn’t listened to me, you wouldn’t have been successful -əgər mənə qulaq asmasaydın, sən müvəffəq olmayacaqdınız.
  • If she hadn’t fallen off the bicycle, she would have arrived at the school in time -əgər o velosipeddən yıxılmasaydı, məktəbə vaxtında gəlmiş olardı.

4. Sual cümlələrində istifadəsi

  • What would have happen if there hadn’t been any electricity in our lives? -əgər həyatımızda elektrik enerjisi olmasaydı nə baş verərdi?
  • Would you have helped me if you had had time? -əgər sənin vaxtın olsaydı mənə kömək edərdin?
  • Wouldn’t you have studied hard if I hadn’t warned you? -mən sizə xəbərdarlıq etməsəydim, çox öyrənməzdiniz?
  • What would you have done if you had had lots of money? -əgər sənin çox pulun olsaydı nə edərdin?

5. Tip 3-ə uyğun olan zaman və quruluşlar aşağıda verilmişdir:

If Clause hissəsində past perfect tense, past perfect continuous tense və could + have + V3 istifadə edilir:

  • If Jack had known where you were, he would probably have came you -Jack harada olduğunuzu bilsəydi, yəqin ki, sənin yanına gələrdi.
  • If you had been looking around carefully, you would have seen me -əgər sən ətrafına diqqətlə baxsaydın, məni görərdin.
  • If they could have developed their bussiness, they would have enlarged their workplaces -əgər onlar işlərini inkişaf etdirə bilsəydilər, iş yerlərini genişləndirərdilər.

Əsas cümlədə isə would + have + V3, could + have + V3 and might + have +V3 istifadə edilir:

  • If you had came here a bit early, you would have seen the most famous actor of London -Buraya biraz erkən gəlsəydin, Londonun ən məşhur aktyorunu görərdin.
  • If my income had been very much, I could have bought a house with a garden -Gəlirim çox olsaydı, bağı olan bir ev ala bilərdim.
  • If I had been an educated mother, I might have brought up my children better -Əgər savadlı bir ana olsaydım, övladlarımı daha yaxşı tərbiyə edə bilərdim.

İngilis dilində şərt cümlələrində xüsusi hallar

Şərt cümlələrindəki 4 tipdən əlavə, bəzi xüsusi hallar da ola bilər.

İngilis dilində If Clause xüsusi hal 1

Normal formalarda if qəlibi ilə ‘will’, ‘would’ və ‘should’ istifadə edilməz. Ancaq if clause cümləsində bu köməkçi feillərdən hər hansı biri işlənirsə, o zaman incə formada istək, inam və ya qeyri-müəyyənlik mənaları başa düşülə bilər. Qısaca olaraq, if clause cümlələrində bu feillərdən istifadə edilə bilər.

  • If you will wait a minute, I can call Mr.John –Bir dəqiqə gözləsəniz, Cənab John-a zəng edə bilərəm.
  • If he should come here, we may go together –O buraya gəlsə, bəlkə birlikdə gedə bilərik.

İngilis dilində If Clause xüsusi hal 2

Bir məsləhət vermək istədiyimiz zaman ‘If I were you…’ ilə başlayan cümlə quruluşundan istifadə edilir. “Mən sənin yerində olsaydım…” mənasına gəlir. Məsələn, If I were you, I wouldn’t go alone -Sənin yerində olsaydım, tək getməzdim.

İngilis dilində If Clause xüsusi hal 3

If clause-da ‘if’ yerinə ‘when’ gəlməli olduğu vəziyyətlər də ola bilər. ‘if’ ilə ehtimal edilən bir vəziyyəti, ‘when’ ilə isə reallaşacağını dəqiq bildiyimiz situasiyanı izah edirik.

  • If Jane calls me, tell her I will be back -Jane mənə zəng etsə, ona geri zəng edəcəyimi de (edib-etməyəcəyi bilinmir)
  • When Jane calls me, tell her I will be back -Jane mənə zəng etdiyi zaman, ona de ki, geri zəng edəcəm (zəng etməsi dəqiqdir)

Bunlarla kifayətlənmək istəməyib, daimi olaraq çox sayda söz öyrənmək istəyirsinizsə, o zaman Wordly məhz sizin üçündür. Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız.

Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə biləcəksiniz.

Recent Content