İngilis dilində “In case” qəlibi, “təqdirdə”, “vəziyyətində”, “halında”, “… deyə” mənalarına gəlir və ehtimal ilə bağlı şərti bildirir. “Just in case” isə Azərbaycan dilinə “hər ehtimala qarşı” kimi tərcümə edilir. Hər iki qəlib də budaq cümlənin əvvəlində gəlir. “In case of…” da “in case” kimi “təqdirdə”, “…deyə” mənalarına gəlir və özündən sonra isim və ya feilin isim forması gəlir. Hər nə qədər qarışıq mövzu olsa da, inanırıq ki, bu yazımızı oxuduqdan sonra mövzu sizin üçün daha başadüşülən olacaqdır.
Bu yazımızda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:
- “In Case nədir? “In Case” necə istifadə edilir?
- İngilis dilində “In Case” cümlə nümunələri
“In Case nədir? “In Case” necə istifadə edilir?
İngilis dilində “In case”-n istifadə yerləri limitli olsa da, sözönü ilə işlənməsi, “of” ilə işlənməsi, eyni zamanda “the” müəyyənlik artiklının nə zaman istifadə edilib, nə zaman istifadə edilməyəcəyi ilə bağlı qarışıqlıqlar bu mövzunu tələbələr üçün çətin başadüşülən edir.
“In Case” bağlayıcı və ya zərf olsa da, In case of söz önüdür. Aşağıda “In Case”-n cümlə nümunələri ilə birlikdə daha ətraflı izahı verilmişdir.
Gələcək zamanda baş verə biləcək mümkün vəziyyətlərə hazır olmaq üçün etməli olduğumuz işlər barədə danışmaq məqsədi ilə “In Case” istifadə edirik:
- Shall I keep some chicken salad for your niece in case he’s hungry when he gets here? -Sənin bacınqızı bura gələndə ac olarsa deyə bir az toyuq salatı saxlayımmı? (bağlayıcı)
- In case I forget later, here are the keys to the garage -Sonradan unutsam, burada qarajın açarları var. (bağlayıcı)
- Jennifer knows she’s passed the oral exam, but she doesn’t want to say anything just in case. -Jennifer şifahi imtahandan keçdiyini bilir, ancaq hər ehtimala qarşı heç bir şey demək istəmirdi (zərf).
Qeyd: If – əgər mənasında İn case istifadə edilmir.
Müqayisə üçün;
- Let’s take our swimming costumes in case there’s a pool at the hotel.
- Oteldə hovuz olma ehtimalına qarşı, üzgüçülük geyimlərimizi götürək.(Orada bir hovuzun olub olmadığını bilmirik).
- Let’s take our swimming costumes if there’s a pool in the hotel.
- Oteldə hovuz varsa, üzgüçülük geyimlərimizi götürək. (Götürüb-götürməyəcəyimizə qərar verməzdən əvvəl hovuz haqqında məlumat əldə edənə qədər gözləyəcəyik).
- I’ll take cash in case we need it on the ship.
- Gəmidə ehtiyacımız ola bilər deyə nağd pul götürəcəyəm. (ehtiyac olub-olmayacağını bilmirik).
In case of: “Əgər olarsa” mənası üçün In case of + isim istifadə edirik.
- In case of breakdown, you must press the alarm button and call this number.
- Böhran vəziyyətində, həyəcan düyməsini basmalı və bu nömrəyə zəng etməlisiniz.
İngilis dilində “In Case” cümlə nümunələri
Aşağıda mövzunu daha dərindən başa düşməyimizə kömək edəcək cümlə nümunələri verilmişdir.
- When some students are taking an examination, they are carrying lots of pens in case they need them -Bəzi tələbələr ehtiyacları ola bilər deyə imtahana girərkən çox sayda qələm daşıyırlar.
- When Jennifer has gone to the library she has taken my dictionary in case I can need it -Jennifer kitabxanaya gedərkən ehtiyacı ola bilər deyə lüğətini də götürdü.
- When I took a walk, I put a chocolate in my handbag in case I was hungry -Yürüyüşə çıxdığım zaman acaram deyə çantama bir şokolad qoyuram.
- David would always take a small bottle of water in case he should get thirsty -David susaya bilər deyə kiçik bir şüşə suyu özü ilə götürür.
- David wants to give Jennifer his phone number in case she should call him up -Jennifer zəng edə bilər deyə David telefon nömrəsini ona vermək istəyir.
- I always leave some money in my bank card in that case I may need it urgently -Mən təcili olaraq ehtiyacı ola bilər deyə həmişə bank kartımda bir az pul saxlayıram.
- In case of emergency situation, proceed out of the building in an orderly fashion -Fövqəladə vəziyyət olduqda, nizamlı bir şəkildə binadan çıxın.
- In case of first aid, you mustn’t stir injured person -İlk yardım vəziyyətində, xəsarət almış insanı tərpətməməlisiniz.
- I always keep an extra battery in my bag just in case my mobile phone has no charge -Mən cib telefonumun elektrikinin bitməsi ehtimalına qarşı əlavə batareyanı çantamda daşıyıram.
- I booked a meeting room in Amsterdam for weekend in case there was a meeting with an important clients -Vacib müştərilər ilə iclas ola bilər deyə həftəsonu üçün Amsterdamda bir iclas otağını rezerv etdim.
Daha çox nümunə ilə tanış olmaq üçün oxumağa davam edək.
- David calls his wife up everyday before he leaves his office in case his wife wants something else -David həyat yoldaşının nəyəsə ehtiyacı olar deyə hər gün bürosundan ayrılmazdan əvvəl telefon ilə ona zəng edir.
- Just in case I don’t see you before your leaving from Szeged, I’ll wish you nice trip -Sən Szegeddən ayrılmazdan əvvəl səni görə bilmərəm deyə sənən xoş səyahət arzu edirəm.
- Just in case pupils don’t understand some topics, the teacher summarizes the lecture -Şagirdlərin bəzi mövzuları başa düşməmə ehtimalına qarşı müəllim dərsi xülasə halına gətirir.
- Jennifer thinks all the details of the plan in case the plan fails -Plan uğursuz olar deyə Jennifer planın hər detalını düşünür.
- They will not drive by their car in case it snows -Qar yağar deyə onlar maşınlarını sürməyəcəklər.
- Jennifer waited at my home all day long in case her boy friend called her up -Oğlan dostu (sevgilisi) ona zəng edər deyə, Jennifer bütün gün boyu evdə gözlədi.
- The weather looks not good; but I had better go out, in case I find my wallet -Hava yaxşı görünmür, amma pul qabımı taparam deyə çölə çıxsam yaxşı olar.
- Take the telephone number of Jennifer, just in case you need a medical help! -Sənin müəyyən bir tibbi yardım istəmə ehtimalına qarşı Jenniferin telefon nömrəsini götürş
- You had better buy some bottle of drinks in case your friends visit you tonight -Sənin dostların bu axşam sənə baş çəkə bilər deyə, bir neçə şüşə içki alsan yaxşı olar.
“In Case” istifadəsi ilə bağlı bəzi qeydlər
Unutmayın ki, bu iki qəlibi bir-biri ilə səhv salmaq olduqca asandır. Əgər “bir şey baş verərsən, onda…” tipli cümlə qurmaq istəyirsinizsə, o zaman “in case of” “the” müəyyənlik artiklı olmadan işlənməlidir:
- In case of fire, you must call the fire departament -Yanğın vəziyyətində yanğın şöbəsinə zəng etməlisiniz. (doğrudur)
- In the case of fire, you must call the fire department. (səhvdir)
- In case of rain, you will come back home – Yağış yağsa, sən evə qayıdacaqsan. (doğrudur).
- In the case of rain, we will come back home. (səhvdir)
“In case” “of”-suz işlənən “just in case” qəlibi ilə eyni mənanı ifadə edir: It’s dangerous outside. You will take your gun with you, just in case -Çöl təhlükəlidir. Sən hər ehtimala qarşı silahı özünlə götürməlisən.
Yadda saxlayın ki, “of”-suz işlənən “in case something happens” “nə isə ola bilər” mənasına gəlir. Məsələn; You will take an umbrella in case it rains -Sən yağış yağma ehtimalına qarşı çətir götürəcəksən.
“in the case of” eyni zamanda “in the matter of”-vəziyyətində, “in relation to”- … bağlı mənalarında da işlənir:
- Düzdür: I know that you have always been faithful, but in the case of your husband, I wouldn’t be so sure -Bilirəm ki, sən həmişə sadiq olmusan, amma David üçün o qədər də əmin deyiləm.
- Səhvdir: I know that you have always been faithful, but in case of David, I wouldn’t be so sure.
Əgər qrammatik qaydaların sizin üçün kifayət etmədiyi kimi bir düşüncəniz varsa, hər gün yeni-yeni sözlər öyrənmək istəyir və özünüzə uyğun proqramla tanış olmamısınızsa, o zaman Wordly -nin varlığından xəbəriniz yoxdur 🙂 Wordly sayəsində siz İngilis dili səviyyənizə uyğun olan sözləri, onların transkripsiyalarını və Azərbaycan dilindəki mənalarını öyrənəcəksiniz. Offline rejimdə istifadəsi ilə yanaşı çox sayda müsbət özəllikləri İngilis dilini öyrənmə prosesinizə əyləncə qatacaqdır.