İngilis dilində məktub dostu və ya Pen-Friend nədir? - Wordly Danışır ...

İngilis dilində məktub dostu və ya Pen-Friend nədir?


İngilis dilində məktub

Xarici ölkədən olan, heç vaxt görüşülməyən və məktub mübadiləsi edilən tanışa verilən ad İngilis dilində “pen-friend”-dir. Qələm dostuna sahib olmaq tələbələrin İngilis dilini daha rahat öyrənə bilmək üçün təcrübə sahibi ola biləcəkləri mükəmməl yoldur. Keçmiş zamanlardakı kimi poçtdan istifadə edərək və ya e-mail vasitəsi ilə qələm dostunuza məktub yazmağınız mümkündür. Uşaqlar dostlarına məktub yazdıqları və cavab aldıqları zaman həm özlərini daha yaxşı hiss edirlər, həm da fərqli ölkələrdən olan şəxslərlə məktublaşdıqları üçün dünyagörüşləri də inkişaf edir.

İngilis dilində məktub və e-mail necə yazılır?

İngilis dilində məktub yazmaq olduqca asandır. Çünki bütün məktublar demək olar ki, bir-birinə oxşayır və hamısında standart olan hissələr mövcuddur. Məsələn, bütün məktublar başlanğıc hissə, əsas hissə və sonluqdan ibarətdir. Bütün məktub və e-maillerdə yazının ünvanlandığı şəxsə doğru şəkildə xitab etmək vacibdir. Bütün məktubların başlıq hissəsində ad, adres və tarix qeyd edilməlidir. Əgər məktub deyil,e-mail yazırsınızsa, o zaman da mövzu hissəsini mütləq şəkildə qeyd etməlisiniz. Bütün məktublarda istifadəsi mümkün olan başlanğıc cümlələri aşağıdakılardır:

Reason for writing

  • I am writing to… – … üçün yazıram.
  • I am writing with regard to… – aşağıdakılarla bağlı olaraq yazıram.
  • I am writing on behalf of… – adına yazıram.

Asking questions

  • I would be grateful if…
  • I wonder if you could…
  • Could you…? Could you tell me something about…?
  • I would particularly like to know …
  • I would be interested in having more details about …

Referring to their letter

  • Regarding…- … bağlı
  • With regard to … – baxımından

Complaining

  • I am writing to complain about … – şikayət etmək üçün yazıram.
  • You said … but in fact (what happened) … – siz … dediniz, ancaq əslində …

Closing

  • If you require any further information, please do not hesitate to contact me – daha çox məlumata ehtiyacınız varsa, mənimlə əlaqə saxlamaqdan çəkinməyin.
  • I look forward to hearing from you – cavabınızı səbrsizliklə gözləyirəm.
  • Please contact me if you have any further questions – başqa suallarınız varsa, mənimlə əlaqə saxlayın.

Signing off

  • If Dear (surname) – əziz (soyadı)
  • If Dear (Sir/Madam) – əziz (cənab və ya xanım)
  • Yours sincerely – hörmətlə
  • Yours faithfully – hörmətlə
  • First name and surname – ad və soyad
  • Bu detallar ilə aşağıda daha ətraflı tanış olacaqsınız.

İngilis dilində məktub və e-mail yazmaq üçün hansı qəliblər var?

Keyfiyyətli və düzgün formada yazılmış məktubların hamısı bir neçə hissədən ibarətdir. Hansı bölməyə hansı məlumatları daxil edəcəyiniz isə məktubu və ya e-maili hansı məqsədlə yazmağınıza görə dəyişir. Məktubun hansı hissələrdən ibarət olduğunu və həmin hissələrə nə yazacağınızı bilmək olduqca vacibdir. Məktubun hissələri aşağıdakılardan ibarətdir;

  • Contact Information – əlaqə məlumatı
  • Salutation (Greeting) – salamlama
  • Body of Letter – məktubun əsas hissəsi
  • Closing – sonluq
  • Signature – imza

Əlaqə məlumatlarınızı başlıqda və ya sonda daxil etməyiniz məktubunuzu necə göndərdiyinizə görə dəyişir. E-maildən istifadə etdiyiniz zaman ​​əlaqə məlumatınız mesajın sonunda, yazılı məktubda isə əlaqə məlumatınız səhifənin yuxarı hissəsində yer alır.

Salamlama: Məktubun salamlama hissəsində “Dear Mr. Peterson” və ya mövzu ilə kimin maraqlandığını bilmirsinizsə, o zaman “to whom it may concern” kimi başlıq yazıla bilər.

Məktubun əsas hissəsi: Məktubun gövdəsinə bir neçə bənd daxil olur. Birinci abzasda giriş və yazma səbəbinizin qısa izahı olmalıdır. İkinci abzasda (və sonrakı bəndlərdə) isə yazma səbəbləri daha geniş formada izah edilir. Sonuncu abzasda isə qarşı tərəfdən tələb olunan şeyin nə olduğu haqqında məlumat verilir. Məktubun məqsədi aydın olmalıdır ki, qarşı tərəf nə istədiyini və necə kömək edəcəyini bilsin.

Sonluq: Məktub “Best Regards” və ya “Sincerely” kimi bir ifadə ilə sonlandırılır. Əgər e-mail vasitəsi ilə göndərəcəksinizsə, o zaman bu ifadələrdən sonra vergül qoyulur və adınız qeyd edilir. Digər halda isə məktubu imzalayırsınız.

İmza: E-mail göndərildiyi zaman məktubda eyni zamanda əlaqə məlumatları da qeyd edilir.

Məktubun 3 hissədən ibarət olduğunu öyrəndik. İndi isə hər bir hissənin alt hissələri ilə və həmin hissələrdə istifadə edə biləcəyimiz qəliblərlə və ya frazalarla tanış olaq.

  • Opening Lines – başlanğıc hissəsi
  • Being social – sosiallaşmaq
  • Emailing first – ilk dəfə göndərilən e-mail
  • Replying – cavablanan
  • Apologizing – üzr istəmə

Body Lines – əsas hissəsi

  • Attachments and information – əlavələr və məlumatlar
  • Requests and inquiries – istək və sorğular
  • Asking for clarifications – izahat istəmək
  • Sharing information – məlumat paylaşmaq
  • Getting and giving approval – qəbul və təsdiq etmək
  • Scheduling – planlaşdırmaq
  • Giving bad news – pis xəbər vermək

Closing Lines – bağlanış hissəsi

  • When something is expected – gözlənilən hadisə
  • Offering help or information – kömək və ya məlumat təklifi
  • Apologizing – üzr istəmək
  • Closing greetings – yekun salamlama

Being social

  • I hope you had a good weekend – Ümid edirəm həftə sonun yaxşı keçdi.
  • I hope you had a great trip – Ümid edirəm ki, səyahətin çox yaxşı keçdi.
  • I hope you are well – Ümid edirəm yaxşısan.
  • I hope all is well – Ümid edirəm hər şey yaxşıdır.
  • Hope you’re enjoying your holiday – ümid edirəm ki, tətildən zövq aldın.
  • I hope this email finds you well – ümid edirəm ki, e-maili aldığın zaman yaxşı olarsan.
  • I hope you enjoyed the event – İnşallah tədbirdən zövq aldınız.
  • I’m glad we had a chance to chat at the convention – Konqresdə söhbət etmək şansımız olduğu üçün şadam.
  • It was great to see you on Thursday – Cümə axşamı sizi görmək çox xoş oldu.
  • It was a pleasure to meet you yesterday – Dünən sizinlə görüşmək xoş idi.

Emailing first

  • I am writing to you about our last meeting/your presentation yesterday/our next event.
  • Sizə son iclasımız / dünənki təqdimatınız / gələn tədbirimiz haqqında yazıram.
  • I am writing to you with regards to/ regarding/ concerning/ in connection with… – Sənə … ilə bağlı olaraq yazıram.
  • I am writing to ask/ enquire/ let you know/ confirm/check/ invite you to/ to update you on/ ask for a favor…
  • Sizə … soruşmaq / bildirmək/ təsdiqləmək/ yoxlamaq/ sizi dəvət etmək/ xahiş etmək üçün yazıram.
  • I am writing you to follow up on… – sizi izləmək üçün yazıram.
  • I am contacting you to inform… – sizə məlumat vermək üçün əlaqə saxlayıram.
  • This is just a quick note to… –- bu … üçün sadəcə qısa bir notdur
  • This is just a quick reminder… – bu … üçün sadəcə qısa bir xatırlatmadır
  • I wanted to let you know that… – bunu sizə bildirmək istədim
  • Might I take a moment of your time to… (very formal) – bir dəqiqənizi ala bilərəmmi? (rəsmi)
  • It’s X from Y – sizin Y şirkətinizdən X-dir.(əlaqə saxlayan)
  • This email is just to let you know that… – bu e-mail sizə bunu bildirmək üçündür

Replying

  • I just got your request for… – tələbinizi yeni aldım
  • I just read your email about… – … haqqında e-mailinizi oxudum.
  • As we discussed, I would like to send you… – müzakirə etdiyimiz kimi … sizə göndərmək istəyirəm.
  • Thank you for your email about… – … haqqındakı e-mailiniz üçün təşəkkür edirəm.
  • Thanks for your email this morning/yesterday/on Wednesday/last month…
  • Bu səhər/ dünən/ Çərşəmbə günü/ keçən aykı e-mailiniz üçün təşəkkür edirəm.
  • Thanks for your feedback on/your invitation/your suggestion.
  • Dəvətiniz/ təklifiniz haqqındakı fikirləriniz üçün təşəkkür edirəm.
  • Thanks for sending/ asking about/ attending – göndərdiyiniz/ soruşduğunuz/ qatıldığınız üçün təşəkkürlər.
  • Thanks for your quick reply – sürətli cavabınız üçün təşəkkürlər.
  • Thanks for getting back to me so quickly – mənə bu qədər sürətli cavab yazdığınız üçün təşəkkür edirəm.
  • Thank you for reaching out (to me) – bizimlə əlaqə saxladığınız üçün təşəkkür edirəm.

Apologizing

  • Sorry for my late reply – gec cavab yazdığım üçün üzr istəyirəm.
  • Sorry it took me so long to get back to you – üzr istəyirəm, sizə geri yazmağım uzun çəkdi.
  • I apologize for the late response – gec cavab verdiyim üçün üzr istəyirəm.
  • Sorry it’s been so long since my last email – təəssüf ki, son e-mailimdən bəri çox zaman keçdi.
  • I was sorry to hear about… – eşitdiyimə üzüldüm
  • Please accept our apologies for any inconvenience caused – verdiyimiz narahatlıq üçün üzr istəyirik.

Attachments and information

  • I’ve attached… – əlavə etdim.
  • Please find [file] attached – zəhmət olmazsa, əlavə edilmiş faylı tapın.
  • I’m enclosing [file] – faylı əlavə edirəm.
  • Please see the information below for more details about…
  • … haqqında daha çox məlumat almaq üçün lütfən aşağıdakı məlumatlara baxın.
  • The parts in bold/in red/in blue are my comments/ are the changes we made – qalın/ qırmızı/ mavi rəngli hissələr fikirlərimdir/ etditiymiz dəyişikliklərdir.
  • Here’s the document that you asked for – istədiyiniz məlumat budur.
  • I’ve attached [file] for your review – incələməyiniz üçün fayl əlavə etdim.
  • I’m sending you [file] as a pdf file – faylı sizlə pdf olaraq göndərirəm.
  • Could you please sign the attached form and send it back to us by [date]? – əlavədəki formanı imzalayıb … tarixinə qədər bizə geri göndərə bilərsinizmi?
  • Here’s the [document] we discussed – müzakirə etdiyim fayl buradadır.
  • Take a look at the [file] I’ve attached to this email – bu e-maile əlavə etdiyim fayla nəzər salın.
  • More information is available at www.website.com. – Daha çox məlumat www.website.com. Saytında mövcuddur.
  • Please note that… – zəhmət olmazsa, bunu qeyd edin.

Requests and enquiries

  • Could you please…? – zəhmət olmasa … edə bilərsinizmi?
  • Could you possibly tell me…? – mənə … deyə bilərsinizmi?
  • Can you please fill out this form? – zəhmət olmazsa, bu formanı doldura bilərsinizmi?
  • I’d really appreciate it if you could… – … edə bilsəniz həqiqətən də minnətdar olarıq.
  • I’d be very grateful if you could… – edə bilsəniz həqiqətən də minnətdar olarıq.
  • It would be very helpful if you could send us/me… bizə/ mənə … göndərə bilsəniz çox kömək edər.
  • If possible, I’d like to know (more) about… – mümkündürsə, … haqqında daha çox məlumat əldə etmək istəyirəm.
  • Please find my two main questions below – iki əsas sualımı aşağıda tapa bilərsiniz.

Sharing information

  • Thank you for letting me know – mənə bildirdiyiniz üçün təşəkkür edirəm.
  • Thank you for the heads up – xəbərdarlıq etdiyiniz üçün təşəkkür edirəm.
  • Thank you for the notice – xəbərdarlıq etdiyiniz üçün təşəkkür edirəm.
  • Please note… – xahiş edirəm qeyd edin.
  • Quick reminder… – sürətli xatırlatma…
  • Thank you for sharing – paylaşımınız üçün təşəkkür edirəm.
  • I’d like to inform you that… – sizə … bildirmək istəyirəm.

Getting and giving approval

  • Please let me know if this is OK with you – xahiş edirəm bunun sizin üçün uyğun olub- olmadığını bizə bildirin.
  • What are your thoughts (on this)? – bu mövzuda düşüncələriniz nədir?
  • What do you think? – nə düşünürsünüz?
  • Please let me know what you think – lütfən nə düşündüyünüzü bilməyimizə icazə verin.
  • We just need the thumbs up/the green light. (=we’re waiting for approval)
  • Sadəcə yaşıl işığa ehtiyacımız var (təsdiq gözləyirik).
  • You (totally) have the green light! – yaşıl işığınız var.
  • He approved of it, so you can go ahead with the project – O, bunu təsdiqlədi, beləliklə proyektə davam edə bilərsiniz.

Scheduling

  • I’d like to schedule a meeting on [day] if you are available/free then – Əgər vaxtınız varsa, bu gün iclas etmək istəyirəm.
  • I am available on [day], if that’s convenient for you – Əgər sizin üçün uyğundursa, … günü hazıram.
  • Would you be available on [day]? If so, I’ll send you an invite shortly – … günü uyğun olarsınızmı? Əgər olacaqsınızsa, sizə qısa müddət ərzində dəvət göndərəcəyəm.
  • Can you make it on [day]? If so, I’ll book accordingly – … günündə edə bilərsinizmi? Əgər edə bilsəniz buna uyğun olaraq rezervasiya edəcəyəm.
  • I’m afraid I can’t make it on [day]. How about…? – Qorxuram ki, … gün edə bilməyəcəm. Bəs … gün necədir?
  • (Due to…) I’m afraid we need to reschedule/delay/postpone/put back/cancel/call off/move/rearrange our meeting – Qorxuram ki, iclasımız üçün yenidən vaxt təyin emə/ sonrakı vaxta müəyyənləşdirmə/ləğv etməyimiz lazım olacaq.
  • We are sorry to inform you that the interview/meeting scheduled for [day] will have to be rescheduled – … gün üçün planlanan görüşmənin (iclasın) yenidən planlanmalı olacağı üçün üzgünük.

Giving bad news

  • Unfortunately, … – təəssüf ki
  • Unfortunately, we cannot/we are unable to … – təəssüf ki, edə bilmirik
  • I’m afraid it will not be possible to… – qorxuram ki, bu mümkün olmayacaq.
  • Unfortunately, I have to tell you that… – təəssüf ki, bunu deməliyəm ki..
  • I’m afraid that we can’t… – qorxuram ki, edə bilməyəcəyik
  • We regret to inform you that… – sizə bunu məlumat verdiyimiz üçün üzgünük
  • After careful consideration we have decided (not) to … – diqqətlə dəyərləndirdikdən sonra qərar verdik
  • It’s against company policy to… – bu şirkət siyasətinə ziddir
  • I tried my best, but… – əlimdən gələni etdim, amma
  • Despite my best efforts, … – bütün çabalarıma rəğmən
  • I can’t see how… – necə olduğunu görə bilmirəm
  • I’m afraid I won’t be able to… – qorxuram ki, edə bilməyəcəyəm
  • I’m sorry to tell you that… – bunu dediyim üçün üzgünəm

Asking for clarifications

  • I didn’t quite get your point about [something]. Could you be more specific? – haqqındakı fikrinizi tam olaraq anlamadım. Daha da spesifik ola bilərsinizmi?
  • Could you repeat what you said about…? – nə dediyinizi təkrar edə bilərsinizmi?
  • Could you give us some more details on…? – … haqqında daha çox məlumat verə bilərsinizmi?
  • If you could please shed some light on this topic, I would really appreciate it – bu mövzuda izah versəniz çox məmnun olaram.
  • Could you please clarify [something]? – zəhmət olmazsa, … açıqlaya bilərsinizmi?
  • Could you please clarify when you would like us to finish this? – bunu nə vaxt bitirməyimizi istədiyinizi açıqlaya bilərsinizmi?
  • When exactly are you expecting to have this feature? – tam olaraq bu özəlliyə nə vaxt sahib olmağı gözləyirsiniz?
  • Here are the details on… – detallar buradadır…
  • Could you please clarify what you would like us to do about…? – bizə nə etməyimizi istədiyinizi açıqlaya bilərsinizmi?
  • If I understood you correctly, you would like me to… – səni düzgün başa düşdümsə, bunu etməmi istərdin.
  • What exactly do you mean by [something]? – bununla tam olaraq nə demək istəyirsən?
  • Could you explain what you mean by [something]? – nə demək istədiyini açıqlaya bilərsənmi?

In other words, would you like us to… – başqa sözlə, … etməmizi istəyərsinizmi?

When something is expected

  • Looking forward to hearing from you soon – sizdən xəbərlər eşitməyi səbrsizliklə gözləyirəm.
  • I look forward to hearing from you soon – səndən tezliklə xəbər eşitməyi dörd gözlə gözləyirəm.
  • I look forward to seeing/meeting you – sizi görməyi, görüşməyi səbrsizliklə gözləyirəm.
  • See you on Thursday/next week – Cümə axşamı (gələn həftə) görüşərik.
  • Thanks – təşəkkürlər.
  • Thank you in advance – indidən təçəkkür edirəm.
  • Thank you for everything – hər şey üçün təşəkkürlər.
  • Any feedback you can give me on this would be greatly/highly/much appreciated – bu mövzuda mənə verə biləcəyiniz hər hansı geri məlumat böyük ölçüdə (yüksək dərəcədə) təqdir ediləcəkdir.

Offering help or information

  • I hope you find this helpful – ümid edirəm bunu faydalı görərsiniz.
  • I hope it’s clearer now – ümid edirəm indi daha aydındır.
  • I hope that answers all your questions – ümid edirəm bütün suallarınızı cavablayar.
  • If we can be of any further assistance, please let us know – daha çox kömək ala bilməküçün lütfən bizə bildirin.
  • Let me know if you need any help – köməyə ehtiyacınız olarsa mənə bildirin.
  • For further details… – daha çox detal üçün…
  • If you have any (more) questions (about)… – … haqqında hər hansı bir sualınız varsa
  • In the meantime, if you need any more information – bu arada, daha çox məlumata ehtiyacınız varsa
  • I you need more information/more info/further information – daha çox məlumata ehtiyacım var…
  • … please feel free to contact me/to get in touch – mənimlə əlaqə saxlamaqdan çəkinməyin.
  • … please let me know – kütfən mənə indi xəbər ver.
  • … drop me an email/drop me a line – mənə e-mail göndərin.

Apologizing (again!)

  • Thanks you for your understanding/for your patience – anlayışınız (səbriniz) üçün təşəkkürlər.
  • Once again, please accept our apologies for any inconvenience caused/for the inconvenience caused/for the delay/for the misunderstanding – bir daha səbəb olduğumuz narahatçılıqdan (gecikmədən, yanlış anlamadan) dolayı üzrlərimizi qəbul edin.
  • I hope this is okay with you – ümid edirəm bu sizin üçün uyğundur.
  • I really hope we can find a solution soon – ümid edirəm tezliklə bir həll yolu taparıq.
  • I hope you can understand – ümid edirəm başa düşərsən.
  • Sorry I couldn’t be of more help – təəssüf ki, daha çox kömək edə bilmədim.

Friendly ways to say ‘bye’

  • Best regards, – hörmətlə
  • All the best, – hər şey könlünüzcə olsun
  • Best wishes, – ən xoş diləklərimlə
  • Cheers, – alqış
  • Have a great weekend! – xoş həftə sonları
  • Have a wonderful day! – xoş günlər.

Məktub dostu, yəni Pen-Friend məktubuna aid nümunə

Aşağıda məktub dostuna ünvanlanmış məktub ilə tanış ola bilərsiniz.

  • Manuelstrasse 3
  • CH-3006 Bern
  • 6 November 2016
  • Dear Sheila,

I’m very pleased that we’re going to be penfriends. In this letter I’ll tell you a little about myself. Please do the same when you write to me. I live in an area of Bern called Murifeld. It’s not far from the city centre. We can walk there or go by train. I live with my parents and my younger brother, Michael. My father is a software engineer and my mother has a part time job as a secretary.

I go to a secondary school. Our house is opposite the school. Sometimes when I’m having breakfast I can see my friends going into the classroom.  I like French, English and geography. I’m not good at maths. And some subjects are really boring.

In the evenings I sometimes visit friends or stay at home and listen to music. At the weekends I like going swimming or playing golf with my father. At the moment I’m working very hard on a research paper about carrier pigeons. These pigeons were used to carry small letters when there were no SMS and no emails. So I’m spending a lot of time in the library.

I’m looking forward to hearing from you. Write soon.

Love, Barbara

Tərcüməsi:

Sevgili Sheila,

Qələm dostu olacağımız üçün çox məmnunam. Bu məktubda sənə özümdən bəhs edəcəyəm. Xahiş edirəm, sən də mənə yazarkən belə et. Mən Bern’in Murifeld adlanan bölgəsində yaşayıram. O, şəhər mərkəzindən uzaqda deyil. Oraya piyada və ya qatarla getmək mümkündür. Mən ailəm və kiçik qardaşım Michael ilə yaşayıram. Atam proqram mühəndisidir, anamın da yarı-müddətli katibə işi var. Mən məktəbə gedirəm və evimiz məktəbin qarşısındadır. Bəzən səhər yeməyi yeyərkən dostlarımın sinif otağına getdiyini görürəm. Fransızca, İngiliscə və Coğrafiyanı sevirəm. Riyaziyyatda yaxşı deyiləm. Bəzi mövzular olduqca sıxıcıdır. Bəzən axşam vaxtlarında dostlarıma baş çəkir və ya evdə qalıb musiqiyə qulaq asıram. Həftə sonları isə üzməyi və atamla qolf oynamağı sevirəm. Bu aralar daşıyıcı göyərçinlər haqqında bir araşdırma məqaləsi üzərində çox çalışıram. Bu göyərçinlər SMS və e-mailin olmadığı zamanlarda kiçik mətnləri daşımaq üçün istifadə edilirdi. Bu səbəblə də kitabxanada çox vaxt keçirirəm.

Səndən xəbər gözləyəcəyəm. Tezliklə yaz.

Sevgi ilə

Barbara

İngilis dilində e-mail vasitəsi ilə vaxt təyinatı istəməyə aid nümunə

  • The Managing Director,
  • XYZ Association.
  • Subject: Request for Meeting Appointment
  • Dear Sir/Madam,

Hope this letter finds you in the best of your health. As per our telephone discussion yesterday regarding the business partnership, I would like to schedule a meeting for appointment according to your convenience. I would like to discuss the partnership clauses in detail. Working with your company and team members would be an honor. Please make sure that the meeting is within this week as I am flying to ABC Country next week on a business trip. Let me know the date and time of the meeting.

Best Regards,

Insert title and your name here. Insert name of association here.

Tərcüməsi:

  • Müdir,
  • XYZ Assosiasiyası
  • Mövzu: İclas üçün vaxt təyinatı istəyi
  • Əziz, Cənab / Xanım

Ümid edirəm ki, bu məktubu aldığınız zaman sağlamlığınız ən yaxşı formadadır. Dünən iş ortaqlığı ilə bağlı telefon görüşməmizə görə sizin işinizi asanlaşdırmaq məqsədilə iclas üçün vaxt təyin etmək istəyirəm. Ortaqlıq maddələri haqqında detallı olaraq müzakirə etmək istəyirəm. Şirkətiniz və komanda üzvləriniz ilə işləmək şərəfdir. Gələn həftə ABC ölkəsinə iş səyahəti edəcəyim üçün iclasın bu həftə içrisində olduğundan əmin olun. İclasın tarixini və saatını bildirin.

Hörmətlə,

  • Ünvanınızı və adınızı buraya daxil edin.
  • Assosiasiyanın adını buraya daxil edin.

İngilis dilində təyinat vaxtını dəqiqləşdirməyə aid nümunə

  • From: Arina Marat, HR Assistant
  • To: Jane Claret
  • Subject: Your appointment on 14 March
  • Dear Ms Claret,

Thank you for your email. I am writing to confirm your appointment with our HR manager, Mrs Sofia Aronov. Your appointment will take place at 3 p.m. on Thursday 14 March at our Astana offices in Emerald Towers.  When you arrive, please go to the reception on the 26th floor and ask for me. I will take you to Mrs Aronov’s office.

We look forward to meeting you soon.

Best regards

Tərcüməsi:

  • Arina Maratdan, İnsan Resursları assistenti
  • Jane Claret-e
  • Mövzu: Sizin 14 Mart görüşünüz
  • Əziz Cənab Claret,

E-mailiniz üçün təşəkkürlər. İnsan Resursları müdirimiz Xanım Sofia Aronov ilə olan görüşünüzü dəqiqləşdirmək üçün yazıram. Görüşünüz 14 Mart, cümə axşamı günü saat 15:00-da Emerald  Towers-dəki Astana ofisimizdə reallaşacaq. Lütfən gəldiyiniz zaman 26-cı mərtəbədəki qeydiyyata gedin və məni soruşun. Sizi Xanım Aronovun ofisinə aparacağam.

Tezliklə görüşmək diləyi ilə

Hörmətlə

İngilis dilində təyinat vaxtını ləğv etməyə aid məktub nümunəsi

  • November 9, 2010
  • Name of Recipient
  • Title
  • Company Name
  • Street Adress
  • City, State ZIP Code
  • Dear [Name of Recipient]:

I have an appointment scheduled on 18 Martch at 17:30. Unfortunately, a conflict has arisen in my schedule and I must [cancel/postpone] my visit. I sincerely apologize for the inconvenience. I will be back in touch with your office to reschedule for a future date. [Delete previous sentence if you will not be rescheduling]. Thank you for your understanding in this matter. Sincerely, [Your name]

Tərcüməsi:

Əziz [alıcının adı] 18 Mart saat 17:30-da görüşüm var. Təəssüf ki, proqramımda qarışıqlıq oldu və ziyarətimi ləğv etməliyəm (uzatmalıyam). Verdiyim narahatlığa görə üzr istəyirəm. Gələcək tarixlərdə yenidən görüş planlaşdırmaq üçün ofisiniz ilə təkrarən əlaqə saxlayacağam. [yeni tarix planlamayacaqsınızsa, o zaman bu cümləni silin.] Bu mövzudakı anlayışınız üçün təşəkkür edirəm. Səmimi qəlbdən, Adınız

İngilis dilində təyinat vaxtını ləğv etməyə aid e-mail nümunəsi

Dear [recipient’s name]:

I am writing to cancel my daughter’s dental exam appointment, which is scheduled for this Thursday, February 25th at 3 p.m. We must cancel this appointment because of illness in our family. We would like to reschedule for sometime at least two weeks from now and I will call you to set up a new appointment.

Thank you for your attention to this matter and I apologize for any inconvenience caused by this cancellation.

Sincerely,

[Signature]

[Sender’s first and last names]

Tərcüməsi:

Alıcının adı

Qızımın 25 Fevral Cümə axşamı günü saat 15:00-da edilməsi planlaşdırılan diş mayinəsi və növbəsini ləğv etmək üçün yazıram. Bu müayinəni ailəmizdə xəstəlik səbəbi ilə ləğv etməliyik. Ən azı iki həftə sonra təkrarən planlaşdırmaq istəyirik və yeni vaxt təyinatı üçün sizə zəng edəcəyəm. Bu mövzu ilə maraqlandığınız üçün təşəkkür edir, bu ləğvin yarada biləcəyi axsaqlıqlar səbəbi ilə üzr istəyirəm.

Səmimi qəlbdən,

Göndərənin adı və soyadı

İngilis dilində iclas üçün təşəkkür e-mailinə aid nümunə

Hi First Name,

Thank you so much for meeting with me today. I really enjoyed our conversation and learning more about what you do at X Company. I truly appreciated all your advice and tips on how to break into industry.  I actually just met Name of Contact Z who runs the Department Name Y at Company Name X and I think you two would really hit it off. She has an interesting perspective that I think you would find useful.

Thanks again for your time, and good luck with your jobs! I hope to stay in touch and see you around soon.

Best Regards,

Signature

Tərcüməsi:

Salam, [ad qeyd edilir],

Bugün mənimlə görüşdüyünüz üçün təşəkkür edirəm. Həqiqətən də söhbətimizdən və X kompaniyasında gördüyünüz iş haqqında öyrəndiklərimdən zövq aldım. Bütün tövsiyələrinizi və sənayeyə necə giriləcəyi ilə bağlı  ipuclarınızı doğurdan da təqdir etdim. Əslində mən X şirkətinin Y departmentindəki Z adlı şəxslə görüşdüm və məncə ikiniz həqiqətən də bacaracaqsınız. Onun sizin faydalı olacağını düşünəcəyinizi fikirləşdiyim maraqlı baxış bucağı var. Təkrarən zaman ayırdığınız üçün təşəkkürlər və işlərinizdə uğurlar. Ümid edirəm ki, tezliklə görüşərik.

Hörmətlə,

Ad və Soyad

İngilis dilində təşəkkür məktubuna aid nümunə

Dear Ms. Lee,

I would like to thank you for the invaluable support you provided to me during my recent career search.

When I began this search, I had very little idea how to go about it – or especially, how to network to discover new job opportunities. The information and advice you gave (and, in particular, the list of contacts you shared with me) made all the difference in helping me to focus my job search.

I’m happy to report that I have just accepted a new position with ACME Auto! Again, thank you so very much.

Tərcüməsi:

Sevgili Xanım Lee,

Son karyera axtarışım zamanı mənə verdiyiniz çox dəyərli dəstək üçün təşəkkür edirəm. Axtarmağa başladığım zaman bunun necə edildiyi ilə bağlı çox az fikrim var idi, özəlliklə də yeni iş imkanlarını kəşf etmək üçün əhatənin necə qurulacağı haqqında. Verdiyiniz məlumat və tövsiyələr (xüsusən də mənimlə paylaşdığınız şəxslərin siyahısı) iş axtarmamda fokslanmağıma kömək etməkdə bütün fərqi yaratdı. ACME Auto-da yeni işi qəbul etdiyimi bildirməkdən məmnun olaram. Təkrarən çox təşəkkür edirəm.

İngilis dilində dost məktubuna aid nümunə

Dear Sabrina

Thanks for your letter and it was great to hear from you. You asked me to tell you about my favourite day of the week. Well, it’s definitely Friday.

One reason I like Fridays is because I have my favourite subjects at school: PE and chemistry. Chemistry’s great because we do experiments in the science lab and our teacher, Mr King, is so funny. In PE we usually play basketball, which is my favourite sport. I’m good at it because I’m quite tall. Our team usually wins.

We also have French on Fridays, which is actually my least favourite subject, but after that we have ICT which is much more interesting. At the moment I’m creating a webpage for our basketball team. After school I hang out with my firneds, and then in the evening I play football at the sports centre. On Friday nights we sometimes go to someone’s house for a party or to watch a DVD. We can relax a bit on Friday evenings because there’s no school on Saturday.

Hope to hear from you soon.

Love, Dani

Tərcüməsi:

Əziz Sabrina,

Məktubun üçün çox təşəkkür edirəm və sənin haqqında eşitmək çox xoş oldu. Məndən həftənin ən sevdiyim günü haqqında danışmağımı istəmişdin. Bu təbii ki, Cümə günüdür. Cümə günlərini sevməyimin bir səbəbi odur ki, məktəbdə ən çox sevdiyim dərslər olan Bədən Tərbiyəsi və Kimya dərsləri olur. Tədqiqat laboratoriyalarında təcrübələr apardığımız üçün Kimya əladır və müəllimimiz cənab King çox əyləncəlidir. İdman dərsində mənim sevimli idman növüm olan basketbol oynayırıq. Mənim boyum uzun olduğuna görə basketbolda yaxşıyam. Komandamız qalib gəlir. Cümə günləri həm də Fransız dili dərsimiz olur, hansı ki, ən az sevdiyim dərsdir, ancaq bundan sonra İnformatika dərsimiz olur ki, o da çox maraqlıdır. Hal-hazırda mən basketbol komandamız üçün veb-sayt hazırlayıram. Məktəbdən sonra dostlarımla görüşürəm, axşam isə idman mərkəzində futbol oynayıram. Bəzən cümə gecələri kiminsə evinə ziyarət və ya DVD izləmək üçün gedirik. Cümə axşamları bir az istirahət edə bilərik, çünki şənbə günü məktəb yoxdur. Tezliklə səndən məktub almaq ümidi ilə.

Sevgi ilə,

Dani

İngilis dilində sevgi məktubuna aid nümunə

Dearest Amanda,

I never knew how joyous life could be until I saw your face. My heart leaps like a hummingbird in flight every time I see you. This is something I have never felt before, and it is you that inspires it.

When I think about you and our rich conversations, I feel a warmness inside. I cannot hide my smiles, even when we are apart.  This connection is special, amazing, and I dare say, destiny.

Many have asked what happened to create this new and better me. I tell them, without hesitation, it is you. Sometimes I feel like my heart will burst with all the longing and excitement I feel when I think of you. Looking forward to our next date, beautiful girl.

Sincerely, Dave

Tərcüməsi:

Sevgili Amanda,

Sənin üzünü görənə qədər həyatın nə qədər əyləncəli ola biləcəyini bilmirdim. Səni hər gördüyüm zamn qəlbim kalibri kimi sıçrayır. Bu, əvvəllər heç vaxt hiss etmədiyim bir şeydir və ona ilham verən də sənsən. Səni və zəngin söhbətlərimizi düşündüyüm zaman içimdə bir istilik hiss edirəm. Ayrı olsaq da gülüşlərimi gizlədə bilmirəm. Bu əlaqə xüsusidir, təəccübləndiricidir və deməyə cəsarət edirəm – qədərdir. Çox insan yeni və daha yaxşı olan mənim yaranmağım üçün səbəbin nə olduğunu soruşdu. Tərəddüt etmədən onlara sən olduğunu deyirəm. Bəzən səni düşündüyüm zaman qəlbimin  darıxmaq və həyəcan hissi ilə partlayacağını hiss edirəm. Sonrakı görüşümüz üçün səbrsizlənirəm, gözəl qız.

Səmimi qəlbdən, Dave

Bir yazımızın daha sonuna gəldik. Digər mövzularımız kimi bu mövzumuzun da sizlər üçün faydalı olduğuna ümid edir, bir sonrakı yazılarımızda görüşməyi diləyirik. Düşüncələrinizi bizimlə paylaşmaqdan çəkinməyin 🙂

Recent Content