İngilis dilində mücərrəd isimlər və nümünə cümlələr - Wordly

İngilis dilində mücərrəd isimlər və nümünə cümlələr


İngilis dilində mücərrəd isimlər və nümünə cümlələr

Bütün əşyaların, varlıqların adını bildirmək ismin birinci əlamətidir. Azərbaycan dilində olduğu kimi İngilis dilində də konkret (Concrete Noun ) və mücərrəd (Abstract Nouns ) isimlər mövcuddur. Gözlə görünə bilən, əllə toxunulması mümkün olan, şəklini çəkə bildiyimiz isimlər konkret isimlərdir (Concrete Noun).  Bir sözlə, fiziki olaraq mövcüd olan isimlər konkret isimlərdir. Mücərrəd  isimlər ( Abstract Nouns) müəyyən bir əşyanı bildirmək üçün deyil, ideya, təcrübə və ya keyfiyyəti bildirmək üçün istifadə olunur. Mücәrrәd isimlәr, аdәtәn, hәrәkәt, vәziyyәt vә kеyfiyyәt аdlаrındаn ibаrәt оlur. Mücərrəd isimlər hisslərimizə yer alan, əl ilə tuta bilməyib, göz ilə görə  bilmədiyimiz varlıqlardır. Məsələn: dostluq, cəsarət, sevgi, qorxu, düşmənlik və s. Bu sadalanan isimlər elə özəlliklər daşıyır ki, onlar, göz ilə görə biləcəyimiz konkret cisimə sahib deyillər, lakin, onları yaşamaq, hiss etmək mümkündür. Bu zaman, bu tərz isimlər mücərrəd isimlər adlandırılır.

  İnsan xarakter ve xasiyyətlərini bildirən mücərrəd isimlər:

·         Beauty – gözəllik

·         Bravery – cəsarət, igidlik

·         Brilliance – parlaklık

·         Brutality – vəhşilik, zalımlık, qəddarlık

·         Calmness – sakitlik

·         Coldness – soyuqluq

·         Compassion – şəfqət

·         Confidence – güvən

·         Contentment – məmnuniyyət

·         Curiosity – maraq

·         Determination – qətiyyət

·         Elegance – zəriflik

·         Enthusiasm – həvəs

·         Envy – həsəd, paxıllıq

·         Evil – şər

·         Fear – qorxu

·         Generosity – alicənablıq

·         Goodness – yaxşılıq

·         Graciousness – xeyirxahlıq

·         Hatred – nifrət

·         Honesty – dürüstlük

·         Honor- şərəf

·         Hope – ümid

·         Humility – təvazökarlıq

·         Humor– yumor

·         Insanity – nalayiqlik

·         Integrity – bütünlük

·         Intelligence – zəka

·         Jealousy – qısqanclıq

·         Kindness – mehribanlıq

·         Loyalty – sədaqət, sadiqlik

·         Maturity – yetkinlik

·         Patience – səbir

·         Perseverance – dözümlülük

·         Sanity– ağılsızlıq

·         Sensitivity – həssaslık

·         Stupidity – axmaqlık

·         Sympathy – simpati (sempati)

·         Talent – isdedad

·         Tolerance – dözümlülük

·         Trust – etibar

·         Weakness – zəiflik

·         Wisdom – hikmət

·         Wit – ağıllı, zəkalı

İnsan hisslərini göstərən mücərrəd isimlər:

·         Adoration – həvəs

·         Amazement – təəccüb

·         Anger – qəzəb

·         Anxiety – narahatlık

·         Apprehension – təqsir

·         Clarity – aydınlık

·         Delight – sevinc

·         Despair – ümidsizlik

·         Disappointment – xəyal qırıqlığı, məyusluk

·         Disbelief – inamsızlık

·         Excitement – həyəcan

·         Fascination – füsunkarlıq, cazibə

·         Friendship – dostluq

·         Grief – kədər

·         Happiness – xoşbəxtlik

·         Hate – nifrət

·         Helpfulness – köməklilik, işə yararlı

·         Helplessness – çarəsizlik

·         Joy – sevinc, şənlik

·         Love – sevgi

·         Misery – bədbəxtlik

·         Pain – ağrı

·         Pleasure – zövq

·         Power – güc

·         Pride – qürur

·         Relaxation – rahatlıq

·         Romance – romantik

·         Sadness – kədər

·         Satisfaction – məmnuniyyət

·         Silliness • ağılsızlıq

·         Sorrow – kədər, qəm

·         Strength – güc

·         Surprise – sürpriz

·         Tiredness – yorğunluq

·         Uncertainty – qeyri-müəyyənlik

·         Wariness – ehtiyatlılıq

·         Weariness – Yorğunluq

·         Worry – narahat

Mücərrəd isimlərin digər nümunələri:

·         Ability – qabilliyət

·         Adventure – macəra

·         Artistry – sənətkarlıq

·         Awe – zəhm

·         Belief – inam

·         Chaos – qarmaqarışıqlıq

·         Comfort – rahatlıq

·         Communication – ünsiyyət

·         Consideration – mülahizə

·         Culture – mədəniyyət

·         Death – ölüm

·         Deceit – aldanma, yalan

·         Defeat – məğlub etmək

·         Democracy – demokratiya

·         Dexterity – darıxdırıcılıq

·         Disturbance – narahatlıq

·         Disquiet -narahatlıq

·         Dreams – xəyallar

·  Dedication – fədakarlıq

·         Energy – enerji

·         Enhancement – gücləndirmə

·         Failure – uğursuzluq

·         Faith – inam

·         Faithfulness – sədaqət, sadiqlik

·         Forgiveness – əfv, bağışlama

·         Fragility – kövrəklik

·         Freedom – azadlıq

·         Gossip – qeybət

·         Grace – lütf, zəriflik

·         Hearsay – şayiə

·         Homelessness – Evsizlik

·         Hurt – incitmək

·         Idea – fikir

·         Imagination – təsəvvür

·         Impression – təəssürat

·         Improvement – Təkmilləşdirmə, yaxşılaşdırma

·         Information – məlumat

·         Justice – ədalət

·         Knowledge – bilik

·         Laughter – gülüş, qəhqəhə

·         Law – qanun

·         Liberty – azadlıq

·         Life – həyat

·         Loss – zərər

·         Luck – şans

·         Luxury – dəbdəbəli

·   Leisure – asudə

·         Memory – yaddaş

·         Mercy – mərhəmət

·         Motivation – motivasiya

·         Movement – hərəkat

·         Need – ehtiyac

·         Opinion – rəy (görüş bildirmək)

·         Opportunity – fürsət

·         Patriotism – vətənpərvərlik

·         Peace – sülh (barış)

·         Peculiarity – xüsusiyyət

·         Poverty – yoxsuqluq

·         Refreshment – təravət

·         Service – xidmət

·         Shock – şok

·         Skill – bacarıq

·         Slavery – köləlik

·         Sleep – yuxu

·         Sparkle – parıltı

·         Speed – sürət

·         Strictness – sərtlik, ciddilik

·         Submission – təqdim

·         Success – uğur, müvəffəqiyyət

·         Thought –  düşüncə

·         Thrill – zövq

·         Truth – həqiqət

·         Unemployment – işsizlik

·         Unreality – həqiqətsizlik

·         Victory – qələbə, zəfər

·         Wealth –  sərvət, bolluq

Bir çox şəkilçilər mövcuddur ki, onlar mücərrəd isimlərin yaradılmasında tez-tez istifadə olunur:

  • -tion ( production – istehsal, imagination – təsəvvür, infotmation-məlumat, dedication – fədakarlıq )
  • -th ( health – sağlamlıq, truth – həqiqət )
  • -ity (curiosity – maraq, sensitivity – həssaslıq, hostility – düşmənçilik )
  • -ment (adjustment – nizamlama, amazement – heyrət, investment – sərmayə)
  • -ness ( sadness – kədər, illness – xəstəlik, carelessness – laqeydlik )
  • -age  ( marriage – evlilik, advantage – fayda)
  • -ance ( ignorance – cahillik, annoyance – əsəbi )
  • -ence ( prudence – ehtiyatlılıq, absence – yoxluk, impatience – səbirsizlik)
  • -ship ( friendship – dostluq, leadership – liderlik)
  • -er/or ( danger – təhlükə, anger – qəzəb)

İngilis dilində mücərrəd isimlərlə cümlə nümunələri:

  • I love you. – Səni sevirəm.
  • I hope you will pass the exam. – İmtahanı keçəcəyimi ümid edirəm.
  • I admire to your bravery. – Cəsarətinə heyranam.
  • We have a firm belief. – Bizim sağlam inancımız var.
  • I like this idea. – Bu fikri bəyəndim.
  • Anger is a bad feeling. – Qəzəb pis hissdir.
  • We are hungry. – Biz acıq.
  • I want to stop your anger. – Qəzəbini dayandırmaq istəyirəm.
  • My belief is that you will succeed. – Mənim inancım sənin müvəffəqiyyətli olacağındır.
  • We must work hard for success. – Müvəffəqiyyət üçün çox çalışmalıyıq.
  • Atheism isn’t a religious belief. – Ateizm dini bir inanc deyildir.
  • We’d like to improve our English skills. – İngilis dili bacarıqlarımızı inkişaf etdirmək istəyirəm.
  • This is not a good idea. – Bu yaxşı bir fikir deyil.
  • We experienced the joy of victory. – Biz sənin qalibiyyətini daddıq.
  • I prayed for your happiness. – Xoşbəxtliyin üçün dua etdim.
  • You can use your charm. – Cazibəni istifadə edə bilərsən.
  • We are fear war. – Müharibədən qorxuruq.
  • Our teacher takes pride in their students. – Müəllimlərimiz tələbələrimizlə qürur duyur.
  • We don’t trust a weak manager. – Zəif bir müdirə güvənməməliyik.
  • They went from them in embarrassment. – Utanc içində getdilər.
  • Mary isn’t the type of person who gossips. -Mary qiybət edən biri değil.
  • She will defeat them. – Onları məğlub edəcək.
  • I’d like the freedom to travel all over the world.- Bütün dünyanı gəzmək azadlığını istəyirəm.
  • Kindness is something almost everyone appreciates. – Xeyirxahlıq demək olar ki, hamının qiymətləndirdiyi bir şeydir.
  • The wrestlers exhibited immense strongness. – Güləşçilər böyük güc nümayiş etdirdilər.
  • Love is a kind of irresistible desire; it’s hard to define. – Sevgi bir növ qarşısıalınmaz bir istəkdir, təsvir etmək çətindir.
  • Our friendship will last forever. – Dostluğumuz əbədi davam edəcəkdir.
  • You should stay away from thoughts that will harm you. – Sizə zərər verəcək düşüncələrdən uzaq olmalısınız.
  • We can’t imagine the courage it took to do that. – Bunu eləmək üçün necə cəsarət lazım olduğunu təsəvvür edə bilmirik.
  • Higher education is strongly recommended. – Ali təhsilli olmak  tövsiyə olunur.
  • Her face was full of joy. – Üzü sevinclə dolu idi.
  • Let there be peace on Earth. – Yer üzündə sülh olsun.
  • I have always preferred to be an honest person. – Mən həmişə vicdanlı insan olmağı üstün tutmuşam.
  • Friendship is the most important value in this world. – Dostluq bu dünyada ən vacib dəyərdir.
  • He gave me a great deal of advice before my interview. – Müsahibəmdən əvvəl mənə çox məsləhət verdi.
  • I would like to give you some advice. – Mən sizə bir neçə məsləhət vermək istərdim.
  • Childhood memories are sources of great joy. – Uşaqlıq xatirələri böyük sevinc mənbəyidir.
  • The education of children should be our number one priority. – Uşaqların təhsili bir nömrəli prioritetimiz olmalıdır.
  • He was willing to sacrifice his job in order to move to Canada. – Kanadaya köçmək üçün işini qurban verməyə hazır idi.

Mücərrəd isimlər ifadə etdiyi anlayışlara görə aşağıdakı qruplara ayrılır:

1) Təbiət hadisələrini bildirən mücərrəd isimlər: hail ( dolu ), rain (yağış), lightning ( ildırım) wind (külək)

2) İctimai hadisələri ifadə edən mücərrəd isimlər: war ( savaş)

3) Fizioloji ve psixoloji hadisələri ifadə  edən mücərrəd isimlər: mind (ağıl), dream  (xəyal), illness (xəstəlik)

4) Zamanla bağlı yaranmış məfhumları bildirən mücərrəd isimlər: annual (illik), daily (günlük)

Bəzi hallarda mücərrəd isimlərin tanınması bir az çətindir.

  Bəzi sözlər bəzi hallarda fel kimi, bəzi hallarda isə mücərrəd isim kimi işləyə bilər.

Məsələn 1 : Aşağıdakı iki cümlədə “qorxu” sözünün necə istifadə olunduğuna baxın.

1) The night was shrouded in fear.

(Bu cümlədəki qorxu, mücərrəd bir isimdir, çünki fiziki olaraq toxuna, hiss edə, eşidə, dadına, qoxusuna baxa bilməzsən.)

2) I fear the night.

(Bu cümlədə qorxu hərəkəti göstərir, buna görə bir feldir.)

Məsələn 2:  Aşağıdakı iki cümlədə “sevgi” sözünün necə  istifadə olunduğuna baxın.

1)lovemy husband. ( Mən həyat yoldaşımı sevirəm. )

( Bu cümlədə sevgi sözü bir hərəkətə aiddir və buna görə fel kimi çıxış edir.)

2) Send them my love. ( Onlara sevgilərimi göndərin. )

( Bu cümlədə sevgi sözü mücərrəd bir isim kimi işləyir. )

Məsələn 3; Aşağıdakı iki cümlədə “baş” sözünün necə  istifadə olunduğuna baxın.

1) She was hospitalized when she hit her head on the stone. ( Başını daşa vurduğu üçün  xəstəxanaya yerləşdirilib. )

( Bu cümlədə həqiqi və konkret bir məna kimi istifadə olunur, çünki insan başını meydana gətirən orqan deməkdir.)

2) It takes a head to do this question.

( Bu sualı etmək üçün bir baş lazımdır. )

( Bu cümlədə “beyin” kimi işlədildikdə mücərrəd bir məna daşıyır.)

Məsələn 4:  Aşağıdakı iki cümlədə  “ürək” sözünün necə  istifadə olunduğuna baxın.

1)  She had an operation two years before her heart. ( Ürəyindən iki il əvvəl əməliyyat keçirdi. )

( “Ürək” sözü bu  cümlədə insan bədəninin bir hissəsini ifadə etmək üçün istifadə olunur, buna görə konkret bir məna daşıyır. )

2) It’s like she doesn’t have a heart, she’s very merciless. (Sanki ürəyi yoxdur, çox mərhəmətsizdir ( amansızdır ).

( Bu cümlədə “amansız”, “mərhəmətsiz” mənasında  istifadə edildiyi üçün mücərrəd bir məna var. )

Aşağıdakı sifətlərdən mücərrəd isimlər yaradın:

 1) Long   

 2) Strong     

 3) Wide

 4) Young  

 5) Humble

 6) Decent    

 7) Cruel   

 8) Bitter  

 9)Prudent  

10) Dark 

11) Wise   

12) Good 

13) Vacant 

14) Sweet 

15) Human 

16) Free  

17) Proud

18)  Brave 

19)  Novel

20) Poor  

Cavablar:  length, strength, width,  youth,  humility, decency, cruelty, bitterness, prudence, darkness, wisdom,  goodness,  vacancy,  sweetness,  humanity, freedom, pride, bravery, novelty, poverty

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir