İngilis Dilində Musiqi Alətləri - Wordly Danışır ...

İngilis Dilində Musiqi Alətləri


İngilis Dilində Musiqi Alətləri

İngilis dilinin istifadəsini tələb edən bir çox fərqli vəziyyətdə qarşılaşa biləcəyiniz söz qruplarından biri də musiqi alətləridir. Bu sözləri bilmək sizə ümumi mədəniyyətinizi ifadə etmək, bəlkə də gündəlik və iş söhbətlərinizdə bacarıqlarınızı nümayiş etdirmək imkanı verəcək.

Bu yazıda əlifba sırası ilə sadalanan ən populyar musiqi alətlərinin İngilis dilində qarşılıqlarını tapa bilərsiniz.

A ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Accordion – qarmon, kamеrtоn
  • Acoustic guitar – akustik gitara
  • Alphorn – çoban buynuzu (alphorn)
  • Accоrdо – akkоrd
  • Altо clarinеt – alt klarnеt

B ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Bagpipe – tuluq zurnası
  • Balalaika – balalayka
  • Banjo – banco
  • Baritone – bariton şeypuru ( nəfəsli mis alət )
  • Basso – bas
  • Bass clarinet – bas klarnet
  • Bass drum – bas nağara
  • Bass guitar – bas gitara
  • Bassoon – faqot
  • Bell – zəng
  • Bandоla – ud tipli alət

C ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Cello – violonçel
  • Clarinet – klarnet
  • Classical guitar – klassik gitara
  • Clavichord – klavikord
  • Contrabass – kontrabas
  • Cоntrabass clarinеt – kоntrabas  klarnеt

D ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Drum – nağara
  • Double bass – kontrabas

E ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Electric guitar – elektrik gitara

F ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Fiddle – skripka
  • Flute – fleyta
  • Flеssatоnе – flеksatоn

G ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Grand piano – fortepiano
  • Guitar – gitara

H ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Harp – arfa
  • Hоrnpipе – tuluq zurnası
  • Harmony – qarmon

K ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Kazoo – zurna
  • Kettledrum – baraban ( böyük orkestr barabanı )

L ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Lute – rübab

M ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Mandolin – mandolina
  • Microphone – mikrofon

O ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Oboe – qaboy
  • Org – ud
  • Oriеntal timpani – timplipitо (zərb aləti ), qoşa nağara

P ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Piano – pianino
  • Percussion – perkussiya

S ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Saxophone – saksafon
  • Snare drum – təbil
  • Saz – saz
  • Sidе drum – kiçik baraban
  • Sоlо guitar – pоpulyar musiqidə еlеktrо-mеlоdik gitara, sоlо-gitara

T ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Tambourine – dəf
  • Trombone – trombon
  • Trumpet – zurna
  • Tuba – tuba
  • Tooled – saz

U ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Ukulele – ukulele
  • Upright piano – dik piano

V ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Viola – viola
  • Vİolin – skripka
  • Violoncello – violonçel

X ilə Başlayan İngilis Dilində Musiqi  Alətləri

  • Xylophone – ksilofon

İngilis Dilində Musiqi  terminləri və Azərbaycan Dilində Tərcüməsi

  • Chord – akkord, sim
  • Acoustic – akustik
  • Album – albom
  • Country music – ölkə musiqisi
  • Harmony – harmoniya, ahəng
  • Drummer – təbilçi
  • Live music – canlı musiqi
  • Jazz music – caz musiqisi
  • Electronic music – elektron musiqi
  • Instrument – alət
  • Instrumental – instrumental
  • Movie soundtrack – film musiqisi
  • Guitarist – gitaraçı
  • Folk music – xalq musiqisi
  • Hit song – hit mahnı
  • Karaoke – karaoke
  • Classical music – klassik musiqi
  • Concert – konsert
  • Chorus – xor
  • Melody – melodiya
  • Music – musiqi
  • Band – qrup
  • Musical notes – musiqi notaları
  • Musician – musiqiçi
  • Orchestra – orkestr
  • Pianist – pianoçu
  • Rhythm – ritm
  • Stage – səhnə
  • Audio – səs
  • Genre – janr
  • Vocal – vokal
  • Remix – remix
  • Chord progression – akkordun inkişafı
  • Slow music – həzin musiqi
  • Manager – Menecer

İngilis Dilində Musiqi Alətlərinin Növləri və Azərbaycan Dilində Mənaları

Yuxarıda göstərilən alətlərin hər biri müəyyən bir alət qrupuna aiddir. Bu qrupların İngilis dilində qarşılığını öyrənmədən mövzunu tam mənimsəyə bilməzdiniz.

  • Klavişli musiqi alətləri ( Keyboard instruments )
  • Nəfəsli musiqi alətlər ( Wind instruments )
  • Simli musiqi alətləri ( String instruments, Bow string instruments )
  • Zərbli musiqi alətləri ( Percussion instruments )

Klavişli musiqi alətləri ( Keyboard instruments )

Klavişli alətlər klavişlərin vasitəsilə ifa olunan alətlərdir. Klavişli alətlər qrupuna fortepiano, klavikord, klavesin, orqan, royal, pianino, bayan, çelesta, akkardeon aiddir. Klavişli alətlər hələ Orta əsrlərdə inkişaf tapmışdır. Bu alətlərdən orqan ən qədim alətdir. Əsasən də kilsədə ifa olunardı. Lakin ilk simli klavişli alət isə Klavikorddur.

Nəfəsli musiqi alətlər ( Wind instruments )

Azərbaycan milli musiqi sənətinin inkişafında nəfəs alətlərinin misilsiz rolu olmuşdur. Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşaməış və bu gün də davam etdirilir. Nəfəs alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Nəfəs alətləri arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir. Nəfəs alətləri də ifa tərzinə görə müxtəlifdir.

1. Müştüklü ( zurna, balaban )

2. Müştüksüz ( ney, tütək, yan tütək )

3. Körüklü ( tulum, qarmon ).

Simli musiqi alətləri ( String instruments, Bow string instruments )

Eramızdan çox-çox əvvəllərə aid edilən zərb, nəfəs və simli musiqi alətlərinin çoxsaylı növləri tarix boyu inkişaf etmiş, təkmilləşmiş və milli musiqi xəzinəmizin əsasını təşkil etmişdir.

Çeşidinə və geniş yayılma arealına görə simli alətlərin Azırbaycan musiqi mədəniyyətində müstəsna yeri vardır. Simli musiqi alətləri ifa tərzinə görə 4 qrupa bölünür:

1. Mizrabla çalınanlar ( tar, saz, ud, qaqnun, bərbət, rud, rübab, qopuz, çoğur )

2. Kamanla çalınanlar ( kamança, çəqanə )

3. Barmaqla çalınanlar ( çəng, Şirvan tənburu )

4. Zərblə çalınanlar ( səntur ).

Zərbli musiqi alətləri ( Percussion instruments )

Azərbaycanda zərb çalğı alətlərinin kökləri çox-çox qədimlərə, ibtidai yaşayış dövrlərə gedib çıxır. Bu dövrlərdə insanlar müəyyən vasitələrlə ritmlər yaratmışlar.

Belə vasitələrdən biri ayaqdöymə zərb üsulu idi ki, bu zaman qazılmış quyunun üzərinə quru ağac döşəyər, üstünü müxtəlif heyvan dəriləri ilə örtərək onu ayaqla döyəcləməklə çeşidli ritmlər alarlarmış. İlk zərb alətləri, çox güman ki, belə yaranmışdır. İndi də zorxana oyunlarından birinin adı “Ayaqdöymə” adlanır. Hazırda musiqi sənətimizin inkişafında başlıca rol oynayan bir çox zərb alətlərindən geniş istifadə edilir.

Bu alətlər, əsasən, 3 növə ayrılır.

1.Membranlı ( təbil, kos, qoşa nağara, nağara, dümbək )

2. İdiofonlu ( laqquti, şazşaz, zınqırovlar, qumrovlar )

3. İdio-membraqnlı ( qaval, dəf ) zərb alətləri.

Cümlədə İngilizcə Musiqi Alətlərinin İstifadəsi

İngilis dilində hər hansı bir mövzunu öyrənərkən, öğrendiyiniz yeni sözləri nümunə cümlələri ilə gücləndirməyiniz vacibdir. Bu cümlələr sayəsində populyar musiqi alətlərinin ingilis dilindəki mənalarını heç vaxt unutmamaq və gündəlik söhbətlərinizdə asanlıqla istifadə edə biləcəyiniz bir səviyyəyə gəlmək mümkündür.

She plays the piano really well.

O,Fortepianoda çox yaxşı çalır.

I know how to play the guitar.

Gitara necə çalacağımı bilirəm.

No matter which musical instrument you want to learn to play, the most important thing is not to make any mistakes from the beginning on, because mistakes are always imprinted on your mind more easily than everything you do right.

Hansı musiqi alətində çalmağı öyrənməkdən asılı olmayaraq, ən başlıcası, əvvəldən səhv etməməkdir, çünki səhvlər hər zaman düzəltdiyiniz hər şeydən daha çox zehninizə həkk olunur.

The trumpet is a musical instrument.

Zurna musiqi alətidir.

My favorite music instrument is the flute.

Ən çox sevdiyim musiqi aləti fleytadır.

Can you play any musical instruments?

Hər hansı bir musiqi alətində ifa edə bilərsən?

Here, you will find all sorts of musical instruments.

Burada hər cür musiqi alətinə rast gələcəksiniz.

He can’t play the saxophone.

O, saksafon çala bilmir.

I can play the bass guitar, but not electric guitar.

Bas gitara çala bilirəm, elektro gitara çala bilmirəm.

Among the wind instruments, the aboriginal didgeridoo made of eucalyptus was his favorite.

Nəfəsli alətlər arasında evkaliptdən hazırlanan yerli didgeridoo ən çox seviləni idi.

You play a musical instrument, don’t you?

Musiqi alətində çalırsan, elə deyilmi?

String instruments include violin, viola, cello, double bass and harp.

Simli musiqi alətlərinə skripka, viola, violonçel, kontrabas və arfa daxildir.

Clarinet, flute, saxophone and trombone are examples of wind instruments.

Klarnet, fleyta, saksafon və trombon nəfəs alətlərinə nümunədir.

I want to buy a bass guitar. Do you know somewhere close here? 

Bir bas gitara almaq istəyirəm. Bura yaxın bir yer bilirsinizmi?

Cümlədə İngilizcə Musiqi terminlərinin İstifadəsi

She is going to release her new album tomorrow.

Yeni albomunu sabah çıxaracaq.

The orchestra put on a great show yesterday.

Orkestr dünən möhtəşəm bir çıxış etdi.

When I was in high school, I formed a band with my close friends

Orta məktəbdə oxuyanda ən yaxın dostlarımla bir qrup yaratdıq.

The stage at the concert was really big.

Konsertdəki səhnə həqiqətən böyük idi.

He loves jazz music. He always goes to jazz concerts.

Caz musiqisini sevir. Həmişə caz konsertlərinə gedir.

Do you like electronic music?

Elektron musiqini sevirsən?

Music is a fantastic peacekeeper of the world, it is integral to harmony, and it is a required fundamental of human emotion.

Musiqi dünyanın fantastik bir sülh elçisidir, harmoniyanın ayrılmaz bir hissəsidir və insan duyğularının zəruri bir təməlidir.

I like classical music very much.

Klassik musiqini çox sevirəm.

I like instrumental music.

Instrumental musiqini sevirəm.

We like listen to music when we rest.

İstirahət edərkən musiqi dinləməyi sevirik.

İngilis Dilini Mahnılarla Necə  Öyrənə  Bilərəm

Youtube və Vimeo kimi video paylaşma saytlarında axtarış apara bilərsiniz. Dinləməklə ingilis dilini öyrənmək sizi bir çox cəhətdən inkişaf etdirir. Dinləmə bacarıqlarınızı inkişaf etdirmək üçün düzgün və lazımlı mənbələrlə təcrübə etsəniz,tələffüzünüzü inkişaf etdirəcəksiniz. Boş vaxtlarınızda ingilis  dilində mahnılara qulaq asın. İstədiyiniz dildə xarici musiqini dinləmək həm zehninizi boşaltmaqda, həm də yeni sözlər öyrənməkdə çox təsir edəcəkdir. Əlbətdə ki, bəyəndiyiniz musiqi tərzindəki mahnıları dinləmək daha əyləncəli olacaq.

İngilis Dilində Mahnı Oxumağı Necə Öyrənmək Olar?

Əgər ingilis dilində mahnı oxumaq istiyirsinizsə, bir neçə şeylərə diqqət etməlisiniz.

1) Sözlər səlis, dəqiq və aydın tələffüz edilməlidir.

2) Özünüzü yüksək notlara vurmağa məcbur etməyin. Yüksək bir not vurduğunuz zaman səsinizi çox gərginləşdirməyin

3) Səsinizin necə olduğunu görmək üçün mahnı oxuyarkən səsinizi yazın.

4) İlk başlarda mahnı oxuyanda insanlara baxarkən özünüzü narahat hiss edə bilərsiniz, amma məşq etdikdə buna alışacaqsınız. Kiminlə qarşısında özünüzü  rahat hiss edirsinizsə, onların qarşısında mahnı oxumağa çalışın, bu ailəniz və ya dostlarınız ola bilər. Özünüzü inkişaf etdirmək istəyirsinizsə, hər cür tənqidə açıq olmalısınız.

5) Sözlərinizin aydın olduğundan və səsinizin asanlıqla eşidildiyindən əmin olun.

6) Oxumaq davamlılıq vəziyyəti olduğundan səsiniz gündən-günə artmaq məcburiyyətindədir.

7) Hər gün məşq etmək zaman keçdikcə daha təsirli olmağa imkan verir. Unutmayın ki, özünüzün üstündə işləmək istedad qədər vacibdir.

8) Oxumaq üçün yalnız səsinizi deyil, bədəninizi də hazırlamalısınız. Çiyinləriniz, qollarınız, ayaqlarınız və gövdəniz də hərəkət etməyə hazır olmalıdır. Çünki mahnılarınızı performansınızla bəzəməlisiniz.

9) Ən əsası, mahnı oxumağı sevməlisiniz.

Recent Content