İngilis dilində Modal Verbs dediyimiz, məcburiyyət və ehtimal bildirən köməkçi feillər vardır. Bunlara must, shall, will, should, would, can, could, may və might misal göstərilə bilər. Əvvəlki yazılarımızda Can və Could, eyni zamanda Should və Shouldn’t kimi mövzularla tanış olmuşduq. Bu dəfəki mövzumuzda isə Must və onun inkar forması olan Mustn’t öyrənəcəyik. Belə ki, bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:
- İngilis dilində Must istifadəsi və cümlə quruluşu
- İngilis dilində Mustn’t istifadəsi və cümlə quruluşu
- İngilis dilində Must və Should arasındakı fərq nədir?
- İngilis dilində Must ilə bağlı cümlələr
- İngilis dilində Must və Mustn’t ilə sual cümlələri
İngilis dilində Must istifadəsi və cümlə quruluşu
Bütün modal sözlərdə olduğu kimi, Must və Mustn’t köməkçi feillərindən sonra da, mütləq feil istifadə edilir və bu feil şəkilçi qəbul etmir.
Must məcburiyyət bildirir. Güclü tövsiyələrdə should əvəzinə də istifadə edilir. Məsələn, bir aydır dişi ağrıyan dostumuza “You should go to a doctor” deyə bilərik, ancaq bu cümləni “You must go to a doctor” şəklində qursaq, vermiş olduğumuz tövsiyənin mənası güclənir.
Must-n digər istifadə edildiyi yer isə güclü təxminlərdir. Məsələn, çox çalışqan və hər gün məktəbə gələn bir dostunuz var və bir gün məktəbə gəlmədi. Nə üçün gəlmədiyi ilə bağlı təxminlər irəli sürərkən, o, hər gün məktəbə gəldiyi və bu gün ilk dəfə gəlmədiyi üçün “She must be ill” dediyimiz zaman güclü bir təxmin irəli sürmüş oluruq. Bu ifadə, “o, həmişə məktəbə gəlirdi, gəlməyibsə, mütləq xəstə olmalıdır” mənasına gətirib çıxarır.
Məcburiyyətlərdən və qaydalardan bəhs edərkən Must istifadə edirik. Must köməkçi feilinin istifadə yerlərini aşağıdakı kimi qruplaşdıra bilərik:
Bir işdən və ya məcburiyyətdən danışarkən: Bir şeyi etməlisinizsə və ya bəhs edəcəyiniz şey ümumi olaraq bir qaydadırsa, o zaman must istifadə edilə bilər.
- You must wear school uniform -sən məktəb forması geyinməlisən.
- Drivers must fasten their seat belt –sürücülər təhlükəsizlik kəmərlərini bağlamalıdırlar.
- You must do your homework -sən ev tapşırıqlarını etməlisən.
- Students must learn this poem by heart -Tələbələr bu şeiri əzbər bilməlidirlər.
Bir şeyin həqiqətən lazımlı olduğunu vurğulamaq üçün:
- You must eat fruits for your health -sən sağlamlığın üçün meyvə yeməlisən.
- Children must eat properly -uşaqlar düzgün qidalanmalıdır.
- You must quit smoking -sən siqareti tərgitməlisən.
- She must call her mom. It’s urgent -o, anasına zəng etməlidir. Vəziyyət təcilidir.
Müəyyən bir vəziyyətin dəqiqliyindən əmin olduğumuz zaman:
- You have been working for ten hours. You must be tired -sən on saatdır ki, işləyirsən, yorğun olmalısan.
- Maggie must be hungry. She hasn’t eaten anything today -Maggie ac olmalıdır. O, bu gün heç bir şey yeməyib.
- It must be cold outside. The weather is snowy -Çöl soyuq olmalıdır. Hava qarlıdır.
Reallaşmış olma ehtimalı yüksək olan təxminlərdən bəhs edərkən: Must+ have + past participle
- There is no orange juice left. My brother must have drunk it -Portağal suyu heç qalmayıb. Qardaşım içmiş olmalıdır.
- He wasn’t at school today. He must have been sick -O, bu gün məktəbdə deyildi. Xəstə olmalıdır.
Diqqət:
Must köməkçi feilindən sonra “to” gəlməz. Səhv: He must to go to school. Düz: He must go to school – o, məktəbə getməlidir.
Must başqa bir köməkçi feil ilə birlikdə istifadə edilməz.
Səhv: This must can be the answer. Düz: This must be the answer – bu cavab olmalıdır.
Affirmative form (təsdiq cümləsi): Subyekt + MUST + feil şəklində düzəldilir.
- They must be careful -onlar diqqətli olmalıdırlar.
- You must follow the procedures -sən prosedurları izləməlisən.
- Students must obey the school rules -tələbələr məktəb qaydalarına riayət etməlidir.
- You must pay your taxes -sən vergilərini ödəməlisən.
- We must stop global warming -biz qlobal istiləşməni dayandırmalıyıq.
- We must fasten our seatbelts -biz təhlükəsizlik kəmərlərimizi taxmalıyıq.
- You must attend your classes on time -sən dərslərinə vaxtında girməlisən.
- Students must submit their homeworks on Friday -tələbələr tapşırıqlarını cümə günü təslim etməlidirlər.
- You must show your passport to the officers -sən pasportunu məmurlara göstərməlisən.
- People must stop when traffic lights are red -İşıqforun ışıqları qırmızı olarkən insanlar dayanmalıdırlar.
- You must raise your hand to speak in the classroom -sən sinifdə danışmaq üçün əlini qaldırmalısan.
İngilis dilində Mustn’t istifadəsi və cümlə quruluşu
Eyni formada, shouldn’t əvəzinə də mustn’t istifadə edərək verdiyimiz tövsiyələrə daha vurğulu və güclü məna yükləyirik. Məsələn, “You shouldn’t lie to your mother” cümləsi də doğru cümlədir, ancaq “You mustn’t lie to your mother” cümləsi, çox daha güclü və sərt mənaya sahibdir.
Bu modal söz ilə birlikdə inkar cümləsi qadağaları bildirmək məqsədi ilə aşağıdakı kimi qurulur: must not + feil
- It mustn’t be forgotten -bu unudulmamalıdır.
- People mustn’t cut down trees -insanlar ağacları kəsməməlidir.
- Pharmaceutical companies mustn’t test products on animals -əcza firmaları, məhsulları heyvanların üzərində yoxlamamlıdır.
- People mustn’t use chemical pesticides –İnsanlar kimyəvi böcək dərmanlarından istifadə etməməlidir.
- We mustn’t smoke indoor places –Bağla yerlərdə siqaret çəkməməliyik.
- You must not park here -sən buraya park etməməlisən.
- We mustn’t feed animals at the zoo -biz heyvanxanalarda heyvanları bəsləməməliyik.
- If you have a heart condition, you must not ride the rollercoaster -əgər ürək qüsurunuz varsa, sürət qatarına minməməlisiniz.
- You must not leave home without your ID card -sən evdən kimliksiz çıxmamalısan.
- Students mustn’t leave the classroom during the exam -imtahan əsnasında tələbələr sinifdən çıxmamalıdır.
- Children mustn’t play on this area –Uşaqlar bu ərazidə oynamamalıdırlar.
- You mustn’t be late for school -sən məktəbə gecikməməlisən.
- You mustn’t litter on the road -sən küçəyə tüpürməməlisən.
- She mustn’t talk during the lesson -O, dərsdə danışmamalıdır.
İngilis dilində Must və Should arasındakı fərq nədir?
Həm “should”, həm də “must” hər ikisi modal köməkçi feillərdirlər. Onlar izləyən əsas feilin fəaliyyəti haqqında məlumat verirlər. Bu sözlərin hər ikisi mənaca bir-birinə oxşasa da, “must” “should” ilə müqayisədə nisbətən daha güclü məna ifadə edir. “Should”, “shall”-n keçmiş zaman formasıdır. “Should” məsləhətləri, tövsiyələri ifadə etmək və cəmiyyət içərisində düz və ya səhv qəbul edilən qaydalardan bəhs etmək üçün istifadə edilir. Qısaca olaraq Must güclü məcburiyyət, Should isə təklif bildirir.
- You should chew your food properly -sən yeməyini düzgün çeynəməlisən.
- We should respect our parents -biz valideynlərimizə hörmət etməliyik.
- You should stop smoking -sən siqareti dayandırmalısan.
- You must clean our car regularly -sən bizim maşınımızı mütəmadi olaraq təmizləməlisən.
Bu cümlələrin hamısında bir növ tövsiyə öz əksini tapır.
“Must” isə məcburiyyətlərdən bəhs etmək üçün istifadə edilir. Bununla bağlı nümunələr və izahları aşağıda verilmişdir:
- You must clean the house as your mom is not well -sənin anan yaxşı olmadığı üçün sən evi təmizləməlisən.Burada qeyd edilən odur ki, evi təmizləməyiniz vacibdir, əks halda ev təmizlənməyəcək və səliqəsiz qalacaqdır.
- We must obey the law -Biz qanuna tabe olmalıyıq.Bu ifadə bizi qanuna tabe olmağa məcbur edir, əks halda qanunla tətbiq olunan cəzaya məruz qalmalı olacağıq.
- You must hurry if you have to catch the train -Qatarı tutmaq lazımdırsa, tələsməlisən.Bu ifadədə, gecikdiyiniz üçün tez bir zamanda hərəkət etməli olduğunuz vurğulanır. Əks halda, qatara çatmayacaqsınız. Bu cümlə müəyyən bir məqsədə çatmaq üçün məcburiyyəti bildirir.
- One must keep his word -Bir nəfər sözünə əməl etməlidir.Burada kiminsə tətbiq etməklə bir şeyi etməyə məcbur qaldığı göstərilmişdir.
- You must do your homework now -Sən indi ev tapşırığını etməlisən. Çünki artıq gecdir və əgər indi etməyə başlamasanız, vaxtında işlərinizi bitirə bilməyəcəksiniz.
- You should do your homework now -Sən indi ev tapşırığını etməlisən. Bu, sizin daimi olaraq işini görməyə başladığın vaxta vurğudur.
- You must rest -sən istirahət etməlisən. Sən yaxşı deyilsən və işə davam etsən, səhhətin pisləşəcək.
- You should take a rest -sən istirahət etməlisən.Burada isə vurğu yorulduğunuza, əgər istirahət etməsəniz xəstələnəcəyinizədir.
- You must abide by the law -sən qanuna əməl etməlisən.
- You mustn’t smoke indoors, it is illegal -Bağlı yerlərdə siqaret çəkməməlisiniz, bu qanunsuzdur.
- You must arrive on time; otherwise, we will leave without you -Vaxtında gəlməlisən; əks təqdirdə sənsiz tərk edəcəyik.
- You should try to get some sleep; it is very late, and you have a lot of work to do tomorrow -Bir az yuxu almağa çalışmalısan; çox gecdir, sabah çox işin var.
- You shouldn’t be so mean to your brother, he’s just trying to help you -Sən qardaşına qarşı o qədər də pis olmamalısan, o sadəcə sənə kömək etməyə çalışır.
- You should visit us more often, we hardly ever see you nowadays -sən bizi daha tez-tez ziyarət etməlisən, indiki halda səni heç görmürük.
İngilis dilində Must ilə bağlı cümlələr
- You must obey the rules -sən qaydalara riayət etməlisən.
- Students must listen to their teacher -tələbələr müəllimlərinə qulaq asmalıdırlar.
- They must fulfil their responsibilities -onlar məsuliyyətlərini yerinə yetirməlidirlər.
- You must be silent in hospitals -sən xəstəxanalarda səssiz olmalısan.
- You must be very careful -sən çox diqqətli olmalısan.
- Students must be silent during the exam -tələbələr imtahan əsnasında səssiz olmalıdırlar.
- You must take your pills regularly everyday -sən həblərini hər gün vaxtında qəbul etməlidən.
- Jill must speak loudly -Jill yüksək səslə danışmalıdır.
- This car has a wonderful engine. It must be very expensive -Bu maşın möhtəşəm motora sahibdir. Çox bahalı olmalıdır.
- You are riding a wild horse. You must be crazy -Sən vəhşi ata minirsən. Dəli olmalısan.
- Come and eat something. You must be hungry -Gəl və bir şeylər ye. Ac olmalısan.
- John has lost his wallet. He must be very sad -John pul qabını itirdi. Çox qəmgin olmalıdır.
- You must come and see us soon -sən tezliklə gəlməli və bizi görməlisən.
- I must talk to you about the new project -mən sizə yeni layihə barədə danışmalıyam.
- Seat belts must be worn even in the back of the car -təhlükəsizlik kəmərləri hətta avtomobilin arxa hissəsində də geyilməlidir.
- There must be a minimum of two members of the company at the meeting -İclasda şirkətin ən azı iki üzvü olmalıdır.
- All passengers must present valid photo identification at check-in for all flights -Bütün sərnişinlər bütün uçuşlar üçün qeydiyyatdan keçdikləri zaman keçərli olan foto kimliklərini təqdim etməlidirlər.
- You must try some of this chocolate cake. It’s delicious -Bu şokoladlı tortun bir hissəsini dadmalısan. O, çox dadlıdır.
- You must park outside the entrance -sən girişdən kənarda park etməlisən.
- You must go and see that film -sən gedib o filmi görməlisən.
- Tickets must be retained for inspection, and must be produced for inspection on request by any authorised official of Bus Éireann -Biletlər yoxlama üçün saxlanılmalı və Bus Éireann hər hansı bir səlahiyyətli rəsmisinin tələbi ilə yoxlanılması üçün hazırlanmalıdır.
- The pain was back in full force, but she knew she must not give in to it. She must go on day by day -Ağrı tam güclə geri döndü, amma bilirdi ki, buna təslim olmamalı olduğunu bilirdi. O, gündən-günə getməlidir.
- I must try harder next time -mən növbəti dəfə daha çox cəhd etməliyəm.
- I must pop round one evening next week -mən gələn həftə bir axşam getməliyəm.
İngilis dilində Must və Mustn’t ilə sual cümlələri
Əgər sual sözündən istifadə ediləcəksə, o zaman: Sual sözü + must + subyekt + feil + ? Əgər sual sözü yoxdursa, o zaman: Must + subyekt + feil + ?
- Must I buy a ticket in advance? -mən əvvəldən bilet almalıyam?
- What must students do during their classes? -tələbələr dərs boyunca nə etməlidirlər?
- Where must workers go? -İşçilər haraya getməlidirlər?
- Must I do this? -Mən bunu etməliyəm?
- Must people tell pink lies? -insanlar çəhrayı yalanlar deməlidirlər?
- What must we do before the meeting? -biz iclasdan əvvəl nə etməliyik?
- When must I call the center? -Mən mərkəzə nə vaxt zəng etməliyəm?
- What time must we go there? -Biz saat neçədə oraya getməliyik?
- Must my dog be vaccinated? -Mənim itim peyvənd olunmalıdır?
- Must I help in the garden? -mən bağda kömək etməliyəm?
- Must you go? -sən getməlisən?
- Must we go to the cinema tonight? -biz bu axşam kinoya getməliyik?
- Must they come for dinner? -onlar yemək üçün gəlməlidirlər?
- Must you behave that way? -sən belə davranmalısan?
- Must she sing in the bathroom? -o hamamda mahnı oxumalıdır?
- Must we watch this film? -biz bu filmə baxmalıyıq?
- Must you keep playing that terrible music? -sən bu dəhşətli musiqini çalmağa davam etməlisən?
- Must we do our homework? -biz ev tapşırıqlarımızı etməliyik?
- Must they come for dinner? -onlar yemək üçün gəlməlidirlər?
- Must I chair the meeting? -mən iclasa sədrlik etməliyəm?
- Why must you mispronounce my name every time? -sən niyə hər dəfə mənim adımı səhv yazmalısan?
- Mustn’t I help in the garden? -mən bağda kömək etməməliyəm?
- Mustn’t you go? -sən getməməlisən?
- Mustn’t we go to the cinema tonight? -biz bu axşam kinoya getməməliyik?
- Mustn’t they come for dinner? -onlar yemək üçün gəlməməlidirlər?
- Mustn’t you behave that way? -sən belə davranmamalısan?
- Mustn’t she sing in the bathroom? -o hamamda mahnı oxumamalıdır?
- Mustn’t we watch this film? -biz bu filmə baxmamalıyıq?
- Mustn’t you keep playing that terrible music? -sən dəhşətli musiqini oynamağa davam etməməlisən?
- Mustn’t we do our homework? -biz ev tapşırıqlarımızı etməməliyik?
- Mustn’t I chair the meeting? -mən iclasa sədrlik etməməliyəm?
- Mustn’t I buy a ticket in advance? -mən əvvəldən bilet almamalıyam?
- What mustn’t students do during their classes? -tələbələr dərs boyunca nə etməməlidirlər?
- Where mustn’t workers go? -İşçilər haraya getməməlidirlər?
- Mustn’t I do this? -Mən bunu etməməliyəm?
- Mustn’t people tell pink lies? -insanlar çəhrayı yalanlar deməməlidirlər?
- What mustn’t we do before the meeting? -biz iclasdan əvvəl nə etməməliyik?
- When mustn’t I call the center? -Mən mərkəzə nə vaxt zəng etməməliyəm?
- Mustn’t my dog be vaccinated? -Mənim itim peyvənd olunmamalıdır?
Bir mövzumuzun daha sonuna gəldik. Əgər siz də bunlarla kifayətlənmək istəməyib, daimi olaraq çox sayda söz öyrənmək istəyirsinizsə, o zaman Wordly məhz sizin üçündür. Wordly sizə nə qatacaq? Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız.
Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə biləcəksiniz.