İngilis dilində ölçü vahidləri - Wordly Danışır ...

İngilis dilində ölçü vahidləri


İngilis dilində ölçü vahidləri

Ölçü vahidləri Azərbaycanda və digər ölkələrdə gün içərisində tez-tez istifadə edilir. İş həyatında, yemək yeyərkən, yolu izah edərkən, alış-veriş edərkən və s. Adətən istifadə edilənlər ağırlıq vahidləri, uzunluq hesablamaları, sahə və həcm hesablamalarıdır. Bu ölçü vahidlərinin digər ölkələrdə də bir-birindən fərqli qarşılıqları vardır. Bu yazımızda İngilis dilində ölçü vahidlərini, ölçü vahidlərinin digər ölkələrdə qarşılığını, aralarındakı fərqi nümunələr ilə birlikdə görəcəksiniz. Bu yazımızda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • İngilis dilində ağırlıq vahidləri
  • İngilis dilində uzunluq ölçü vahidləri
  • İmperial ölçü sistemi
  • İngilis dilində danışan ölkələrə görə ölçü vahidi fərqləri

İngilis dilində ağırlıq vahidləri

  • Ağırlıq = Weight
  • Ağırlıq ölçüsü = Unit of Weight
  • Milliqram – Miligram (mg)
  • Qram – Gram (g)
  • Kiloqram = 1000 qr – Kilogram (kg)
  • Ton = 1000 kq – Ton (t)
  • Kiloton = 1000 ton – Kiloton (kt)
  • Dekaqram = 10 qr – Decagram (dag)
  • Desiqram = 0.1 qr – Decigram (dg)
  • Pound = 0.45 kq – Libre (lb)
  • Mikroqram = 10-6 qr – Microgram (µg)

Nümunə 1:

Aşağıdakı nümunələrdə ağırlıq ölçü vahidlərinə aid istifadə qaydaları ilə tanış olacaqsınız:

A: Sister, do you know what we learned today at school? -Bacı, bilirsən bu gün məktəbdə nə öyrəndik?

B: Tell me Jennifer, what did you learn? -De mənə, Jennifer, nə öyrənmisən?

A: We learned units of weight -Ağırlıq ölçü vahidlərini öyrəndik.

B: Wonderful! So, can you buy two kilogram potatoes from the market today? -Möhtəşəm! O zaman bu gün marketdən 2 kiloqram kartof ala bilərsən?

A: Yes, sure sister! That is great! -Bəli, əlbəttə, bacı! Bu əladır!

 

Nümunə 2:

A: How many kilograms of materials did David use to build this garden?  -David bu evi inşa etmək üçün neçə kiloqram materialdan istifadə edib?

B: Kilogram? They have used ten tons of material for this garden -Kiloqam? Onlar bu bağ üçün 10 ton material istifadə edib.

A: What?! That is too much -Nə?! Bu olduqca çoxdur.

İngilis dilində uzunluq ölçü vahidləri

Uzunluq vahidləri olaraq inç, yarda, mil, quru mili, dəniz mili və s.; həcm olaraq isə qalon, once, pint, və s., kütləq olaraq libre, pound və başqa vahidlərdən istifadə edilir.

Inch: Inch 2.54 sm uzunluğundakı uzunluq ölçü vahididir. ( ” ) ilə ifadə edilir. Inch, İngilis vahidləri, İmperial vahidlər, Amerika ənənəvi vahidləri kimi fərqli sistemlərin bir hissəsidir. Uzunluq dəyəri sistemdən-sistemə görə fərqlilik göstərə bilir.  Sahə hesablamalarında inç kvadratı, həcm hesablamalarında isə inç kubu adını alır.

Uzunluq ölçü vahidi olan inç, Amerika, Kanada və Britaniyada geniş olaraq istifadə edilir. Amerika və İngiltərədəki şəxslərin boy uzunluqları foot və inç olaraq ifadə edilsə də, Kanadada sürücü vəsiqəsi kimi rəsmi sənədlərlə insanların boyları metrik ölçülərlə ifadə edilir.

Feet (Foot): Feet (İngilis dilində təkdə foot, cəmdə feet-dir. ft və ya bəzən ′ şəklində qısaldılır) İngilis ölçü sistemində uzunluq ölçü vahididir. 30,48 sm uzunluqdadır. 1 yard = 3 foot və 1 foot = 12 inch.

1958-ci ildə Amerika Birləşmiş Ştatları və İngilis Millətlər Birliyi ölkələri, 1 yard-n uzunluğunu 0,9144 metr olaraq müəyyən etdilər. Beləliklə, 1 foot 0,3048 metrə (30,48 sm) bərabər oldu.

Yard: Yard, İngilis vahidləri, İmperial vahidlər və Amerika ənənəvi vahidlər sistemi içində yer alan uzunluq ölçü vahididir. Uzunluq dəyəri sistemdən-sistemə görə fərqlilik göstərə bilir. 1 yard 3 feet və ya 36 inç-dir. Adətən məsafələri ifadə etmək üçün istifadə edilir. Sahə hesablamalarında yard kvadrat, həcm hesablamalarında isə yard kubu adını alır. Bu gün ən çox istifadə edilən yard, uzunluq dəyəri 0,9144 m-ə bərabər olan “beynəlxalq yard”-dır. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və İngilis Millətlər Birliyinə daxil olan ölkələrdə istifadə edilir.

Mil: Mil məsafə ölçü vahidlərində biridir. Ad olaraq İngilis mənşəlidir. Tarixən fərqli coğrafiya və maraq dairələrində fərqli uzunluqda istifadə edilmiş və hələ də istifadə edilməkdədir. Standart qısaldılmış forması (mi)-dir.

Quru mili (Statute mile) və Dəniz mili (Nautical mile) olmaqla iki fərqli uzunluqlara ayrılır. Bir quru milinin uzunluğu metrik hesaba görə 1.609,344 metrdir.

Dəniz milinin (Nautical mile) beynəlxalq rəsmi bir qısaltması olmadığı üçün M, NM, nm, və nmi kimi qısaltmalarla rastlaşmaq mümkündür. Bir dəniz milinin uzunluğu isə metrik hesaba görə tam olaraq 1.852,2 metrdir.

Galon: Galon, başda Böyük Britaniya və Şimali Amerika olmaqla bəzi ölkələrdə istifadə edilən həcm ölçü vahididir. İngiltərə mənşəli ölçü vahidi olan galonun bir neçə fərqli dəyəri var. İngilis galonu İmperatorluq galonu olaraq da bilinir. Quru və maye fərqi yoxdur. 1 galon = 4,54609 litrdir.

Once: Once (simvolu – oz), kütlə vahididir. Adətən geniş yayılmış “Avoirdupois Once”-nu bildirmək üçün istifadə edilsə də, başqa once növləri də mövcuddur. Avoirdupois Once tam olaraq 28,349523125 qrama bərabərdir.

Pint: Əsasən Britaniya və Amerika ölçü sistemlərində istifadə edilən, təxminən yarım litrlik həcm vahididir. İngilis sistemində həm qatı, həm də mayelər üçün 0,56826125 litr; Amerika sistemində isə qatılar üçün 0,5506104713575 litr və mayelər üçün 0,473176473 litr müəyyən edilirb. Hər iki sistemdə də 2 fincan 1 pint-ə, 2 pint bir quart-a bərabərdir. Xüsusən də barda pivə istənilən zaman bu hesab pint ilə nəzərdə tutulur.

Libre: Pound (qısaltması lb), bir növ ağırlıq ölçü vahididir. Dünyada geniş olaraq istifadə edilən avoirdupois sistemdə 0,45359237 kiloqrama və ya 16 once-a bərabərdir. Troy və apothecaries sistemlərində 0,3732417216 kq, 12 once və ya 5760 grain-ə bərabərdir. Qısaltması olan “lb” müasir poundun atası olan Roma ağırlıq vahidi libradan gəlir. Yəni ağırlıq vahidi olan pound və libre hər ikisi də eynidir.

İmperial Ölçü Sistemi

Dünyada ən çox istifadə edilən sistem metrik sistemdir. Azərbaycan da bu ölçü sistemindən istifadə edilir. İngilis dilini istifadə edən Kanada, Amerika, Avstraliya, İngiltərə kimi bir neçə ölkədən başqa bütün Dünya ölkələri rəsmi olaraq metrik sistemi qəbul edir.

Amerika Birləşmiş Ştatları 1975-ci ilə aid olan Metrik Sistemi qəbul etsələr də, daha köhnə olan İmperial Ölçü sistemini günümüzdə də istifadə etməyə davam edirlər. Amerika ilə birlikdə İngiltərə, Kanada kimi ölkələr də gündəlik həyatlarında adətən İmperial ölçü sistemini istifadə edirlər.

Dünya ölkələri arasındakı bu ölçü fərqləri bəzi hallarda ciddi problemlərə yol aça bilər. Məsələn, 1999-cu ildə Marsa göndərilən Mars Climate Orbiter kosmik gəmi İmperial ölçü sisteminə görə istehsal edilsə də, səhvən bu gəmini metrik sistemə yönləndirdikləri üçün hesablamalarda fərqlilik olur və gəmi Mars ilə toqquşur. Bu kimi həssas mövzularda iki fərqli ölçü sisteminin olması əksər hallarda ölkələr arası qarışıqlıqlara da səbəb olur.

İngilis dilində danışan ölkələrə görə ölçü vahidi fərqləri

Bəzi ölkələr beynəlxalq metrik sistem yox, İmperial ölçü sistemindən istifadə edirlər. Bu sistem və dəyərləri metrik sistemdən olduqca fərqlidir. Amerikan – İngilis Sistemi olaraq da bilinən İmperial ölçü sistemini istifadə edən ölkələr, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Kanada, Avstraliyakimi adətən İngilis dilini istifadə edən ölkələrdir. İmperial ölçü sistemindəki uzunluq ölçü vahidləri foot, inch, yard və mildən ibarətdir. Inch hər hansı bir şeyin 1/12-i mənasına gəlir. Foot, 30,48 smdir. 1 foot 12 inch-dir. Yard 3 foot-dur. 1 yard eyni zamanda 36 inch-dir. Mil isə quru və dəniz mili olaraq iki fərqli növdən ibarətdir. Xüsusən də dənizlərdə kilometr əvəzinə mil-dən istifadə edilir.

Sahə ölçü vahidləri də metrik sistemdən olduqca fərqlidir. Tez-tez istifadə edilən 3 sahə vahidi acre, section, survey township-dir. 1 acre 4046,86 kvadrat metr olarak ölçülür. Section isə 640 acre-nin qarşılığıdır. Yəni 1 section 640 acre-dir. 36 sections isə 1 survey township-dir.

İmperial ölçü sistemində istifadə edilən həcm ölçü vahidləri cubic inch/ foot/ yard, acre-foot olaraq bilinməkdədir. Cubic inch bir inch uzunluğunda + genişliyində + dərinliyində olan bir sahənin qarşılığıdır. Cubic foot isə kənarlarının uzunluğu 1 foot olan bir küpün həcminə deyilir. 27 cubic food, 1 cubic yard-dır.

Mayelərin ağırlıqları minim, US fluid dram, gallon, barrel, hogshead ölçü vahidləri ilə ölçülür. Bu vahidlərdən ən çox istifadə ediləni gallondur. İngilis galonu və Amerika galonu olmaqla, iki yerə ayrılır. 1 İngilis galonu 4,54 litrə bərabər olsa da, 1 Amerika galonu 3,78 litrə bərabərdir. Barrel isə neft, içki kimi mayelərin ağırlıqlarını ölçmək üçün istifadə edilir.

Ağırlıq ölçü vahidləri grain, dram, ounce, pound bu ölkələr tərəfindən istifadə edilən ölçülərdir. Pound bir digər adıyla libre-dir. Amerika Birləşmiş Ştatlarında kənd təsəsrrüfatı məhsullarının ağırlığını ölçmək üçün istifadə edilsə də, İngiltərədə dəyərli mədənlərin ağırlığını ölçməkdə istifadə edilir. İngilis pul vahidi olan pound 1 libre gümüş dəyəri təmsil edir. Grain isə Amerika Birləşmiş Ştatları və İngilis mövhumatlarında sıx istifadə edilir. Mərmi nüvələrinin ağırlıqları da grain ilə ölçülür. 1 poundun 16-da 1 hissəsi 1 ounce-a bərabərdir. Qısaldılmış forması oz-dur.

Ancaq bəzi ölçü dəyərləri Amerika və İngiltərə arasında da fərqlidir. Məsələn, həcm ölçülərində yemək qaşığı, desert qaşığı kimi ölçü dəyərləri iki ölkəa rasında olan fərqləri göstərir. İngilis yemək qaşıqları Amerikanın yemək qaşıqlarından daha böyükdür. Bu səbəblə də xüsusən mətbəxdəki qida ölçülərində 3 Amerikan yemək qaşığı 2 İngilis yemək qaşığına bərabərdir. İngilis ölçü vahidlərində pounds, ounces, fluid ounce olaraq istifadə edilsə də, Amerika Birləşmiş Ştatları cup (fincan) və spoon (qaşıq) istifadə edir.

İngilis dilindəki söz ehtiyatını artırmaq istəyən şəxslər üçün hazırlanmış Wordly platforması bu yolda sizin ən yaxın dostunuz olacaqdır!

 

Recent Content