İngilis Dilində Praktika - Wordly Danışır ...

İngilis Dilində Praktika


ingilis-dilində-praktika

İngilis dili ümumi danışıqda öyrənmək üçün çox çətin bir dil deyil. Bəlkə də buna görə dünya dili olmaq üçün bütün dillərdən bir addım öndədir. İstər fonetik, istərsə də insanın öyrənmə qabiliyyəti sayəsində İngilis dilini mənimsəmək və danışmaq nisbətən asandır. Bu səbəbdən, ən vacib amil dilin İngilis praktikasını ən yaxşı şəkildə tətbiq edilməsidir. Sərbəst və gözəl İngilis dilində danışmağın ən vacib və önəmli məqamlarından biri də İngilis praktikası şəklində yaxşı danışıq bacarığı qazanmaqdır.

İngiliscə Praktik  Tətbiq Etmək Üçün ESL Məzmunundan İstifadə Edin

Xaricdə təhsilə başlamaq istəyən şagirdlərin tez- tez rastlaşdığı dil proqramlarından biri də ESL – EFL- dir. ESL English, İngilis dilini daha yaxşı öyrənməyə və İngilis dili ilə əlaqəli problemlərinizə cavab verməyə kömək etmək üçün hazırlanmışdır. Bu proqramlar tələbənin xarici dil səviyyəsini artırmaq üçün qurulmuşdur. Əsasən İngilis dilini az bilən və ya heç bilməyən tələbələrə yönəldilmişdir.

ESL dil proqramları; Akademik İngilis dili, Ümumi İngilis dili, İş İngilis dili üç fərqli dil təhsili kateqoriyasına malikdir. Xaricdə təhsilinizi davam etdirməyi düşünənlərdən birisinizsə, Akademik İngilis dili proqramını almalısınız. Ancaq xarici dil təcrübəsi və danışma təhsilini tərcih edirsinizsə, Ümumi İngilis dili proqramını seçə bilərsiniz. Karyeranızda lazım olan İngilis dili ifadələrini və dil biliklərini öyrənmək istəyənlərdən birisinizsə, Business English proqramına qoşulmalısınız. ESL proqramlarında tədris planı; Danışıq, qrammatika bilikləri, dinləmə, yazma qabiliyyəti, söz ehtiyatı və oxu vərdişləri ilə başa düşməkdən ibarətdir.

ESL: English as a Second Language (ikinci dil olaraq İngilis dili) deməkdir. Ana dili İngilis dili olmayan tələbələr üçün ikinci bir dil olaraq İngilis dilinin öyrənilməsidir.

ESL məzmununu addım- addım və mövzüları sıra ilə öyrənmək şərtdir.Ən çox istifadə edilən mövzuların siyahısı aşağıdakı kimidir:

  • Bilingual Education – İkidilli təhsil
  • Cultural Diversity and Inclusivity- Mədəni Müxtəliflik və İnklüzivlik
  • English Composition- İngilis dilinin tərkibi
  • Devolopmental Psychology- İnkişaf Psixologiyası
  • Research Methods and Analysis- Tədqiqat metodları və təhlili
  • Phonetics and Syntax- Fonetika və sintaksis

ESL Məzmunları Üçün Platformalar

Bir çox faydalı və yaradıcı dil öyrənmə tövsiyələrinə əlavə olaraq,dil öyrənmənize yararlı olacaq bir çox proqramlar vardır. Proqramlar, yeni nəsil təhsil üsullarıyla çox daha asan bir şəkildə dil öyrənmənizi təmin edə bilir. 

  • Babbel– Yeni sözlər və qrammatika öyrənməyə imkan verir. Bu mobil yükləmədə siz,  dinləmə və danışma, oxuma və yazma, qrammatika və ya tələffüz üzrə çox ətraflı dərslər dinləyə bilərsiniz. Səyahət dialoqları ilə qarşıdakı səfər üçün uyğun ingilis dilində sözlər öyrənə bilərsiniz.
  • Duolingo – Duolingo dünyaca məşhur dil öyrənmək proqramıdır. İkidilli insanları yetişdirmək üçün nəzərdə tutulan bu proqramda bildiyiniz bir dil vasitəsi yeni dil öyrənə bilərsiniz. Duolingodan istifadə tamamilə pulsuzdur. Dil interaktiv üsulla danışma, dinləmə, oxuma və yazmaq qaydalarına əsasən öyrədilir. Gündəlik hədəfinizi müəyyənləşdirərək nə qədər məşğul olacağınızı da müəyyənləşdirə bilərsiniz. Bundan başqa günlərə uyğun olaraq nə qədər inkişaf etdiyinizi sxem vasitəsilə görə bilərsiniz. Bunun üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir.  Proqramdan online şəkildə kompüterlə istifadə etməklə yanaşı telefon yaxud planşetinizə app-ları yükləyərək yolda, səyahətdə və s. istənilən yerdə , istədiyiniz zaman istifadə edə bilərsiniz. Tək ehtiyacınız olan şey internetdir.
  • Wordly– Əgər qrammatik qaydaların sizin üçün kifayət etmədiyini düşünənlərdənsinizsə, o zaman gecikməyin, indi, elə məhz indi Wordly platformasını ziyarət edin. Bu platforma sizin İngilis dili öyrənmə prosesinizdəki ən yaxın yol yoldaşınız olacaq!
  • Azeringlisce- Bu platformada ana diliniz İngilis dili olmasa belə İngiliscənizi çox üst səviyyələrə qədər inkişaf etdirə biləcəksiniz.

İngilis dilini tətbiq etmək üçün İngiliscə oxumağın əhəmiyyəti

Təbii ki, sözləri öyrəndikdən sonra onlar qarşınıza çıxmasa, tezliklə unudacaqsınız. Yadda saxlayın ki, dili müvəqqəti öyrənmək olmur. Ona görə də, ingilis dilini öyrənmək üçün onu gündəlik həyat tərzinə çevirməlisiniz. Yəni, hər gün ingilis dilinizi inkişaf etdirməlisiniz. Oxumaq, bir dil öyrənmək üçün edə biləcəyiniz ən vacib fəaliyyətdir. Bunun üçün də ingilis dilində hekayə kitablarını almaq, hər hansı bir maraqlı məqaləni ingilis versiyasında oxumaq xarici dilinizi inkişaf etdirməyə köməklik edəcək. Gündə iki səhifə oxusanız belə faydasını görəcəksiniz. Qəzetlər dilin əsaslarını öyrənmək üçün yaxşı üsuldur, çünki adətən onlarda çox yaxşı qrammatika vardır və asan başa düşüləcək dildə yazılırlar.

İngiliscə Oxumaq Üçün Ən Uyğun Platformalar

  • ESL Gold: İngilis qaynaqlarına daxil ola biləcəyiniz bir sayt. Tələbələrin tələffüz etməsi, kitab oxuması və İngilis dilində danışa biləcəkləri dostlar tapması barədə olan saytdır. Müəllimlər kitab axtara, oyunlar tapa və bu fürsəti iş imkanları üçün istifadə edə bilərlər.
  • Repeat After Us: Bu onlayn kitabxanada tələbələr İngilis mətnlərinə və hazır qeydlərə giriş əldə edəcəklər.
  • Oxford University Press Learning Resources Bank: İngilis interaktiv oxuma vasitələrinə  sahib olan bu saytda müxtəlif İngilis dili dərsləri də var.

İngilis Dilini Tətbiq Etmək Üçün Seriallara Və Filmlərə Baxmağın Əhəmiyyəti

İngilis dilində dinləmə bacarığınızı inkişaf etdirmək üçün minlərlə vəsait mövcuddur. Dinləmə bacarığı, İngilis dilini öyrənərkən inkişaf etdirməyiniz lazım olan əsas və ən vacib bacarıqlardan biridir. Hər hansı yerli dildə  baxdığınız bir filmə yenidən  altyazılı və ya altyazısız ingilis dilində baxmaq sizə köməklik edəcək. Dinləmə bacarıqlarınızı təkmilləşdirmək üçün ingilis dilində real, gündəlik söhbətlərə qulaq asın. İlk dəfədən sizə başlanğıc səviyyəsində olan filmləri izməyi tövsiyyə edirəm. Amma mənim məsləhətim ingilis dilində  TEDx   videoları izləməklə dinləmə bacarığınızı artırmaqdır. Dinləmə bacarıqlarınızı inkişaf etdirmək üçün düzgün və lazımlı mənbələrlə təcrübə etsəniz, tələffüzünüzü inkişaf etdirəcəksiniz. Filmləri seyr etmək də sizə sözlərin necə səsləndiyini eşitməyə və eləcə də yeni sözlər öyrənməyə kömək edəcəkdir. Dinləməyi, başa düşməyi və danışmağı təşviq edən onlayn təlimlərlə xarici dilləri çox asanlıqla öyrənə bilərsiniz.

İngilis Dilində Seriallara Və Filmlərə Baxmaq Üçün Platformalar

  • British Council’dan Kid’s Stories (Çocuk Hikayələri)- British Council dünyanın ən tanınmış təhsil omüəssisələrinin biridir. Bu YouTube kanalında hekayələri uşaqlar üçün izah edən xüsusi qısa animasiya filmləri hazırlamışlar. Danışıq sürəti, vurğu və sözlər sadələşdirilir ki, yeni başlayanlar məzmunu dəqiq başa düşsünlər. Bundan əlavə, videoların aydın altyazıları var, buna görə də bu videolarla oxumaqla yanaşı dinləyə  bilərsiniz.
  • Long Story Short (Uzun Lafın Kısası)- Hər epizodda gündəlik həyatla bağlı bir hadisə izah edilir. Hadisələri gülmeli bir şəkildə izah edilir.
  • Dizilab- Dizilab.com, ingilis altyazılı yüksək keyfiyyətli serial seriyası arxivi ilə seriallara baxa biləcəyiniz keyfiyyətli saytlardan biridir.
  • Netflix- Netflix-i bu siyahıya daxil etməyimizin səbəbi çox keyfiyyətli istehsalın olması, reklamsız və istifadəsi son dərəcə rahat olmasıdır. İstədiyiniz filmə buradan baxa bilərsiniz.

İngilis Dilini Tətbiq Etmək Üçün Söhbət Proqramları

Müəyyən  söz  ehtiyatı və  qrammatik  biliklər qazandıqdan  sonra, esselər yazmağa başlayın. Əslində yazmaq ingilis dilini öyrənməyin ən zəhmətli bölməsidir. İngilis dilini daima gündəmdə saxlaya bilmək üçün öz fikirlərinizi yazıya tökməyə  vərdiş etməlisiniz. Eyni zamanda yazaraq ingilis dilində düşünmə qabiliyyətini də inkişaf etdirəcəksiniz.  Bunun üçün məsləhət gördüyüm  Quora sual- cavab saytı vasitəsi ilə öz fikirlərinizi ingilis dilində  yazma bacarığınızı inkişaf etdirə bilərsiniz. Yazmaq üçün ən yaxşı saytlardan biri Penfriend’dir. İngilis söhbət saytları ilə həm mətn, həm də video söhbət edərək İngilis dilinizi inkişaf etdirə bilərsiniz. Üstəlik, gündəlik həyatda İngilis dilini istifadə edən yerli İngilis dilləri ilə tanış olduğunuz üçün dilin hazırkı istifadəsi ilə tanış olacaqsınız.

İngilis Dilində Söhbət Etmək Üçün Platformalar

  • Onlinechat.co.in- Onlayn söhbətin populyar ünvanlarından biri olan saytın İngilis dili söhbət seçimi var. Saytın üzvü olmaq lazım deyil, adsız bir ləqəb seçərək daxil ola və söhbətdən zövq ala bilərsiniz.
  • HelloTalk – Danışaraq dil öyrənmənizi təmin edən HelloTalk ilə dünyanın hər yerindən dil öyrənmək istəyən insanlarla görüşə bilərsiniz. Pulsuz olan proqram, həm yazılı, həm də səsli olaraq elaqə qurmanızı təmin edir.
  • Englishchats.org- İngilis dilində söhbət etmək istəyənlər üçün başqa bir təklif Englishchats.org. Saytda ingilis dilində söhbət mövcuddur, həmçinin maraqlandığınız təqdirdə rus və ya ispan dili söhbət variantları mövcuddur!
  • To Learn English- İngilis söhbət saytları arasında özünəməxsus bir quruluşa sahib olan bu saytda, normal söhbətlə yanaşı robotlarla da söhbət etmək şansınız var.
  • Speaking24- Speak24, ingilis söhbət saytları arasında  populyar saytlarından biridir. Sizə uyğun insanlarla danışa və İngilis dilinizi inkişaf etdirə bilərsiniz.

İngilizcə Pratik Danışma üçün Proqramlarının Önəmi

Şübhəsiz ki, yeni bir dil öyrənməyin ən yaxşı yolu o dili  danışmaqdır. Çox insan utandığı üçün ingilis dilində danışmaqdan çəkinir. Ya da ki, səhv edəcəyi üçün ingilis dilində danışmır. Lakin başa düşmək lazımdır ki, ingilis dili öyrənməyinizdə əsas məqsəd həmin dili bildiyinizi insanlara sübut etməkdir. Bunun üçün də danışmaq lazımdır. Yəqin razılaşarsız ki, ingilis dilini öyrənib lakin həmin dildə danışmamaq sizi yalnız inkişafdan geri salacaq. Əgər bir dəfə danışmağa cəhd etsəz, ondan sonra bütün ifadələr ardı ilə gələcək, fikirləriniz açılacaq. Yeni bir dil öyrənməyə başlayan hər kəs əvvəlcə sözləri fərqli tələffüz edir. Gələcəkdə bu tamamilə düzəlir və ya azalır. Buradakı mühüm məqam qarşınızdakı insan ilə sizin ünsiyyət qura bilib bilməməyinizdir. Səhv etmədən praktika etmək  və  praktika  etmədən axıcı İngilis dilində danışmaq mümkün deyil. Etdiyiniz səhvləri düzəltdikcə irəliləyəcəksiniz.

İngilis Dilini Öyrənmək Üçün Mobil Proqramlar

Bir çox faydalı və yaradıcı dil öyrənmə tövsiyələrinə əlavə olaraq, dil öyrənmənize yararlı olacaq bir çox proqramlar vardır. Telefon proqramları ilə yeni bir dil öyrənməni  əyləncəli, həvəsləndirici və asanlıqla əldə edə bilərsiniz. Fərqli dil öyrənmə proqramları sayəsində öyrəndiyiniz dildə təcrübə etmə fürsəti də tapa bilərsiniz. Dil biliklərinizi inkişafı üçün bu mobil proqramlar sizə köməklik edəcək. Proqramlar, yeni nəsil təhsil üsullarıyla çox daha asan bir şəkildə dil öyrənmənizi təmin edə bilir. 

  • Konuşarak Öğren- İngilis dili müəllimləri ilə gündəlik olaraq 10/20/30 dəqiqəlik dərslərinizlə səviyyənizə uyğun hazırlanmış Skype ilə təlim almağa imkan verir.
  • Cambly- Bu proqram İngilis dilləri olan insanları ilə bir araya gətirərək təcrübə etməyə imkan verir. Bu proqram vasitəsilə siz istədiyiniz ölkənin ingilis dilini öyrənə bilərsiniz. Müəyyən təcrübə və ya maraqlarınıza göre müəllimlər tapa bilərsiniz.
  • Wordly- Əgər qrammatik qaydaların sizin üçün kifayət etmədiyini düşünənlərdənsinizsə, o zaman gecikməyin, indi, elə məhz indi Wordly platformasını ziyarət edin. Bu platforma sizin İngilis dili öyrənmə prosesinizdəki ən yaxın yol yoldaşınız olacaq!
  • Busuu – Proqram sizə ana dili ingiliscə olan insanlarla danışaraq ingilis dilinizi inkişaf etdirməyi təklif edir. Bununla yanaşı müxtəlif interaktiv testlər, oyunlar və s. ilə siz dil bacarıqlarınızı inkişaf etdirə bilərsiniz

İngilizcə Pratik Danışmaq Üçün MOOC Təlimləri

MOOC (Massive Open Online Course) sözün qısaldılmış bir versiyasıdır. Massive Open Online Kursları, qısacası MOOC, kütləvi onlayn açıq kurslar keçə biləcəyimiz bir məsafəli təhsil modelidir. İngilis dilini öyrənmək üçün MOOC siniflərindəki tələbələrlə onlayn MOOC mesajlaşma vasitələri, əvvəlcədən yazılmış video mühazirələr və məhdud sayda canlı yayım ilə həqiqi müəllimlər tərəfindən idarə olunur. Fərqli sahələrdə maraqlandığınız kursları birlikdə tapa biləcəyiniz bir sistemdir, kurslar tamamilə  pulsuzdur.

İngilis dilini öyrənmək üçün İngilis MOOC Proqramları

Dünyanın müxtəlif yerlərindən fərqli millətlərdən olan insanlar MOOC platformalarında görüşür və yeni qazanclar əldə edirlər.Ən çox istifadə edilən proqramlar aşağıdakı kimidir:

  • Coursera
  • Konuşarak Öğren
  • edX
  • FutureLearn
  • Udacity
  • Udemy

İngiliscə Pratik Üçün Xəbər Saytlarının Əhəmiyyəti

İndiki dövrdə internet bizə hər cür məlumat əldə etməyə imkan verir. Yazılı xəbərlər qrammatika və lüğət öyrənmək üçün idealdır. Xəbər məzmununuz üçün demək olar ki, hər mövzuda və formatda məqalələr seçə bilərsiniz; məsələn, son xəbərlər, yerli xəbərlər və ya analitik xəbərlər.

İngilis Dilini Öyrənmək Üçün  Xəbər Saytları

Sizə onlayn xəbər məqalələri oxuya biləcəyiniz mənbələr:

  • Euronews
  • Simpleenglishnews.com
  • Newsinlevels.com
  • Breakingnewsenglish.com
  • Learningenglish.voanews.com
  • Nytimes.com
  • The New York Times

İngiliscə Pratik Üçün Podcastların Əhəmiyyəti

Podkastlar müəyyən bir mövzuda hazırlanmış səs və ya video qeydləridir. İnternetin geniş istifadəsi bir çox şəxs və təşkilatın podcast yayımlarına asanlıqla daxil olmağa imkan verir. Ən sevdiyiniz mövzularla bağlı verlişlərə qulaq asmaq, anlayışınızı artırmaqla yanaşı məlumatlarınızı artırmağa və motivasiya etməyə kömək edəcəkdir. Podkastları dinləyərkən ən vacib şeylərdən biri diqqətli və aktiv dinləməkdir.

İngilis Dilini Öyrənmək Üçün  Podcast Nümunələri

Bəzi poscast nümunələri aşağıda göstərilmişdir:

  • Audible
  • Learn English
  • Voice of America (VOA)
  • 6 Minute English
  • Podcasts in English
  • The English We Speak
  • British Council
  • Listen to English

İngiliscə Pratik Etmək Üçün İngilizcə Mahnıların Əhəmiyyəti

Boş vaxtlarınızda ingilis  dilində mahnılara qulaq asın. İstədiyiniz dildə xarici musiqini dinləmək həm zehninizi boşaltmaqda, həm də yeni sözlər öyrənməkdə çox təsir edəcəkdir. Dinləməklə ingilis dilini öyrənmək sizi bir çox cəhətdən inkişaf etdirir. Bəs mahnıların bu qədər səmərəli İngilis dili öyrənmə vasitəsi olmasının sirri nədir?İngilis mahnılarının demək olar ki, hamısı gündəlik gündəlik ifadələri, sözləri və hətta deyimləri əhatə edir.Bu şəkildə İngilis söz vurğusu və İngilis tələffüzü sizin üçün daha çox istifadə rahatlığı təmin edəcəkdir.

İngilis Dilini Pratik Üçün Mahnı Nümunələri

Pratik etmək üçün əyləncəli və öyrənilməsi asan mahnıların siyahısına nəzər salaq;

  • “Always On My Mind” Elvis Presley
  •  “And I Love Her” The Beatles
  • “Every Breath You Take” The Police
  • “Beautiful Day” U2
  • “Hello” Adele
  • “Heart of gold”Neil Young
  • “Thinking Out Loud” Ed Sheeran
  • “How Soon Is Now?”The Smiths
  • “Friday I’m In Love” The Cure

İngiliscə Pratik Etmək Üçün Əyləncə Saytlarının Əhəmiyyəti

Siz ingilis dilini oyun və zarafatlarla əyləncəli şəkildə öyrənə bilərsiniz. İngilis dilində oyunlar oynaya bilərsiniz. Oyunlar sayəsində oyunla bağlı sözləri öyrənmiş olacaqsınız. Söz öyrənməklə başlayan bu proses istər-istəməz zamanla cümlə quruluşlarını öyrətməyə başlayır. İngilis dilində bulmacalar həll etmək həm zehninizi rahatlaşdıracaq, həm də söz ehtiyatınızı yaxşılaşdırmağa kömək edəcəkdir. Uşaqlar üçün cizgi filmlərindən bəzilərinin böyüklərin izlədikləri zaman tamamilə fərqli mənalar verə biləcəyi bir çox təbəqə var. Bundan əlavə, onlayn oyunlarda söhbət etmək üstünlükləri sayəsində xarici oyunçularla tanışan oyuncular asanlıqla səs və ya yazı olaraq danışa bilərsiniz. Əgər tanınmış simalarla bağlı məlumatları oxumağı sevirsinizsə, şou biznes saytlarından olarnan bağlı məlumatları ingilis dilində oxuya bilərsiniz. Hər oxuduğunuz bir mətndən bilmədiyiniz sözləri qeyd edin beləliklə bir daha qarşınıza çıxdığı zaman artık o sözün mənasını bilmiş olacaqsınız.

İngiliscə Pratik Etmək Üçün Əyləncə Və Şou Biznes Saytları

Pratik etmək üçün əyləncəli və şou biznes saytların siyahısı aşağıdakı kimidir:

  • TheSkimm
  • ABC Countdown
  • Word Whomp
  • Entertainment Weekly
  • People Magazine
  • Greek to Me
  • Boggle
  • Rewordable
  • Fishbowl

İngiliscə Pratik Etmək Üçün Məlumat Saytlarının Əhəmiyyəti

Soruşa bilərsiniz ki, niyə o qədər metodlar arasından məlumat saytlarını seçim? İngilis diliniz hər zaman  yenilənəcək,yəni yeni sözlər, yeni cümlə ifadələri öyrənə bilərsiniz. Xarici məlumatları nəzərdən keçirərkən xüsusilə sizi maraqlandıran, sevdiyiniz və sizə keyf verən  mövzulara diqqət yetirmə şansınız var. Boş vaxtlarınızda  yeni və ya köhnə paylaşılmış məlumatları oxuyun.

İngilis Dilini Öyrənmək Üçün Məlumat  Saytlarının Nümunələri

İngilis Dilində məlumat saytlarının bəziləri aşağıdakılardır:

  • Reuters
  • The Huffington Post
  • USA Today
  • The Guardian
  • The New York Times
  • Euronews
  • Eurosport
  • CNN
  • VICE News

Nazrin Akhundova

Mən Nəzrin Axundova 1998-ci il sentyabr ayında Bakıda anadan olmuşam.İlk təhsilim Azərbaycanda olsa da, ali təhsilimi İstanbul şəhərində almağa başlamışam.2016-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinə daxil olmuşam.Mənim dillərə marağım məni ingilis, türk, rus, italyan dillərini öyrənməyə həvəs yaradıb.5ildən artıqdır ki,ingilis dilində müxtəlif mətn və məqalələri,oçerkləri,esseləri tərcümə edirəm.Bu işdən zövq alıram.Ən böyük istəyim,arzum bundan yararlanana bilən insanlara kömək etməkdir.

Recent Content