İngilis dili qrammatikası dedikdə, əslində bir çox mövzunu əhatə edən bir başlıqdan bəhs edirik. İngilis dilinin qrammatika mövzuları, dilin necə istifadə edildiyi, cümlə və söz quruluşları kimi əsas və əvəzolunmaz qrammatika qaydaları deməkdir.
Ən vacib İngilis dili Qrammatika Mövzuları hansılardır?
Nouns, Pronouns (İsim, Əvəzlik)
Adjectives & Adverbs (Sifətlər və Zərflər)
Phrasal Verbs (İfadəli Fellər)
Tenses (Zamanlar)
Modal verbs (Modal Feller)
Adjective Clause – Relative Clause (Sifət Cümləsi)
Noun clauses (İsim Cümlələri)
Hər dildə olduğu kimi, ingilis dilində də öyrəniləcək ilk şey isim cümlələri mövzusudur. İsim cümlələri “be” (olmaq) felinin istifadə edildiyi cümlələrdi. Burada fel- am, -is və –are’dir və bir əməli deyil, yalnız bir vəziyyəti ifadə edir. Bu ifadələr bir insan, bir şey və ya bir heyvan haqqında məlumat vermək üçün istifadə olunur.
(A)Mübtəda + am/is/are + (B)tamamlıq
“A” deyiləcək və ya mühakimə olunan sözdür. am/is/are feldir. “B”, “A” haqqında danışmaq və ya mühakimə etməkdir. “A” haqqında verilən qərardır.
Məsələn:
Ayşe is a beautiful girl.
Ayşe gözəl bir qızdır.
İngilis dilində müsbət isim cümlələri
That is a red chair.
Bu qırmızı stuldur.
Flowers are in the garden.
Çiçəklər bağdadı. (həyətdədir)
It is a good book.
Yaxşı bir kitabdır.
İngilis dilində mənfi isim cümlələri
Mübtəda + am/is/are + (not) + tamamlıq
Məsələn:
Bu masa uzun değildir.
Bu masa uzun deyil.
That chair is not white.
Bu stul ağ deyil.
This, That, it İstifadəsi
İşarə əvəzlikləri İngilis dilində gündəlik danışıqlarda tez-tez istifadə olunur, buna görə öyrənmək vacibdir. Burda mən sizə İşarə əvəzliklərini (Demonstrative pronouns) izah edəcəm. İşarə əvəzlikləri bunlardır: this (these), that (those), it
This (bu) və that (o) işarə əvəzliklərinin cəm formaları bunlardır: these, those. Cümlədə onlar mübtəda, tamamlıq və təyin funksiyasında işlənə bilirlər.
Zаmаn vә yа mәkаncа yахın оlаn şәхs vә yа әşyаlаrı göstərәrkәn this (these). Əgər cümlədə “here” sözü işlənibsə, həmin vaxt this (these) işarə əvəzliyindən istifadə olunur.
These are my books.
Bunlar mənim kitablarımdır.
This book is mine.
Bu kitab mənimdir.
Uzаq оlаn şәхs yахud әşyаlаrı göstərәrkәn isә that (those) әvәzliyi işlәdilir. Əgər cümlədə ” over there” sözü işlənibsə, həmin vaxt that (those) işarə əvəzliyindən istifadə olunur.
That girl over there is my best friend.
Oradakı qız mənim ən yaxın dostumdur.
Those are your pencils.
Bunlar sizin qələmlərinizdir.
Çox uzaqdadırsa it (o) işarə əvəzliyindən istifadə edilir.
No, it is not a pen.
Xeyr, bu qələm deyil.
It is a horse.
O attır.
This (these), that (those) әvәzliklәri еyni оlаrаq hәm şәхsi, hәm dә әşyаlаrı bildirmәk üçün işlәnә bilir. This әvәzliyi Аzәrbаycаn dilinә bu, that әvәzliyi о , it əvəzliyi isə bu kimi tәrcümә еdilir.
This, That, it nümunə cümlələr
This is the mum’s mobile.
Bu anamın mobil telefonudur.
That is my father’s car and that is my aunt’s car.
Bu mənim atamın, bu mənim xalamın maşınıdır.
John, take this folder and put it on the desk over there.
John, bu qovluğu götür və masanın üstünə qoy.
It is a pencil.
Bu qələmdir.
Yiyəlik Sifətləri Possessive Adjectives
Azərbaycan dilindəki qarşılığı yiyəlik sifətləri olan possessive adjectives, əşyaların kimə və ya nəyə aid olduğunu bildirmək üçün istifadə edilir. Possessive adjectives- lərə my, your, his, her, its, our, their və whose daxildir. Possessive adjective isimdən və ya əvəzlikdən əvvəl gəlir və nəyin kimə aid olduğunu göstərir. Yiyəlik sifətlərdən danışarkən izah edilməli olan ilk anlayış onlardan sonra bir isim növünün gəlməsidir. İngilis dilindəki bütün sifətlər kimi Possessive Adjective də ismin önündə gəlir və onu təyin edir.
My father is a doctor.
Mənim atam həkimdir.
Your teacher is in İstanbul.
Sənin müəllimən İstanbuldadır.
His mother is at home.
Onun anası evdədir.
Her book is on the table.
Onun kitabı masanın üstündədir.
Its tail is long.
Onun quyruğu uzundur.
Our teacher is at school.
Bizim müəlliməmiz məktəbdədir.
Their car is in the garage.
Onların maşını qarajdadır.
Your friends are in Baku.
Sizin dostlarınız Bakıdadır.
Its və It’s
Cümlədə its yerinə it’s istifadə etməyin. Its = It -in yiyəlik formasıdır. It’s = it is və ya it has – in qısaldılmış formasıdır. Dolayısı ilə, It’s- in sahiblik ilə heç bir əlaqəsi yoxdur və o possessive adjective – yiyəlik bildirən sifət deyil. Əgər nitqdəki və ya yazıdakı “it’s” – i, “it is” və ya “it has” – ə çevirə bilmirsinizsə, deməli istifadə etdiyiniz “it’s” səhvdir.
A country can be judged by the quality of it’s proverbs.
Bir ölkəni atalar sözlərinin keyfiyyətinə görə qiymətləndirmək olar.
Your və you’re
Cümlədə “your” əvəzinə “you’re” yazmayın. Bu səhvdir.
Even if you fall on you’re face, you’re still moving forward.
Üzü üstə yıxılsan belə, yenə də irəliləyirsən.
Cümlədə istifadə edilən ilk “you’re” your səhvdir, çünki burada “your” yazılmalıdır. İkinci “you’re” isə doğrudur.
There, they’re və their
“there”, “they’re” və “their”-i bir- biri ilə qarışdırmayın. They’re – they are – nın qısaldılmış formasıdır. Əgər “they’re” – nı “there are” olaraq açıqlaya bilmirsinizsə, demək ki, istifadə etdiyiniz “they’re səhvdir. “There” -nın digərlərindən fərqi ondadır ki, “there” yer bildirir.
Forgive your enemies, but never forget there names.
Düşmənlərinizi bağışlayın, ancaq heç vaxt adlarını unutma.
İngilis dilində zamanlar
İngilis dilində zamanlar ən vacib mövzulardan biri, hətta birincisidir. Çünki zamanlar, bütün dillərin əsasını təşkil edir və doğru zaman formasından istifadə etmək fikrimizi istədiyimiz şəkildə ifadə edə bilmərik.
Sadə zaman (Simple Tense) formalarının düzəldilməsi:
Present Simple Tense: 1st form of Verb + s(es)
Past Simple Tense: 2nd form of Verb
Future Simple Tense: shall/will + 1st form of Verb
Davamedici zaman (Continuous Tense) formalarının düzəldilməsi:
Present Continuous Tense: is/am/are + 1st form of Verb + ing
Past Continuous Tense: was/were + 1st form of Verb + ing
Future Continuous Tense: shall/will + 1st form of Verb + ing
Bitmiş zaman(Perfect Tense) formalarının düzəldilməsi:
Present Perfect Tense: has/have + 3rd form of Verb
Past Perfect Tense: had + 3rd form of Verb
Future Perfect Tense: shall/will have + 3rd of Verb
Bitmiş davamedici zaman(Perfect Continuous Tense) formalarının düzəldilməsi:
Present Perfect Continuous: has/have + been + 1st form of Verb + ing
Past Perfect Continuous: had + been + 1st form of Verb + ing
Future Perfect Continuous: shall/will have been + 1st form of Verb + ing
Past Simple Tense
Azərbaycan dilindəki qarşılığı keçmiş sadə zaman olan Past Simple Tense, keçmiş zamanda baş verən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə tamamlanan bir hadisəni, işi, vəziyyəti və ya hərəkəti təsvir etmək üçün istifadə olunur. Hadisənin nə qədər əvvəl baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Bu yaxınlarda baş vermiş ola bilər və ya çox köhnə ola bilər. Keçmişə aid yalnız bir hərəkət varsa, bu hərəkətin nə qədər köhnə olmasına baxmayaraq bu zaman istifadə olunmalıdır. Hadisənin keçmişdə nə zaman baş verdiyini ifadə edən bir zaman ifadəsi ilə istifadə olunmalıdır.
Zaman ifadələri; yesterday (dünən), last month (keçən ay), last week (geçən həftə), last year (keçən il), last night (keçən gecə), two minutes ago (iki dəqiqə əvvəl), two days ago ( iki gün əvvəl), two months ago ( iki ay əvvəl), two years ago ( iki əvvəl il)
Past Simple Zamanına Aid Cümlələr
Last night I played my guitar loudly and the neighbors complained.
Dünən gecə yüksək səslə gitara çaldım və qonşular şikayət etdi.
We watched the Troy yesterday.
Dünən Troyu izlədik.
They didn’t study so they didn’t pass the test.
Testdən keçə bilmədikləri üçün təhsil almadılar
We didn’t sleep well last night.
Dünən gecə yaxşı yatmadıq.
Did Mozart make his first visit to Prague with his wife Constance in 1788?
Mozart Praqa lk ziyarətini 1788- ci ildə həyat yoldaşı Constance ilə etdi?
What did you do yesterday?
Siz dünən nə etdiniz?
Past Continuous Tense
Keçmiş davamedici zaman olan Past Continuous Tense, keçmişdə baş verən və müəyyən bir müddətdə davam edən hadisələrdən bəhs etmək üçün istifadə edilir. Keçmişdə göstərilən vaxtda tamamlanmayan və buna görə də davam edən hadisələr üçün istifadə olunur. Əsas odur ki, o an davam edir, nə qədər dəvam etməsinin fərqi yoxdur. Always (həmişə), constantly (davamlı), forever (həmişəlik, əbədi) kimi zərflərlə birlikdə keçmişdə təkrarlanan və ümumiyyətlə bizi narahat edən hərəkətlər üçün istifadə olunur.
was/were + 1st form of Verb + ing
Past Continuous Tense Aid Cümlələr
I disliked Talat, because he was always telling everyone what to do.
Talat insanlara nə edəcəyini davamlı dediyinə görə üçün onu sevmədim.
They were eating dinner, discussing their plans, and having a good time.
Onlar yemək yeyir, planlarını müzakirə edir və yaxşı vaxt keçirirdilər.
She wasn’t working for two years after the baby was born.
Körpə doğulandan sonra o iki il boyunca işləmədi.
It wasn’t raining while we were playing tennis this morning.
Bu səhər biz tennis oynayarkən yağış yağmırdı.
Was she practising sport while her mother was cooking?
O, anası yemək bişirərkən idmanla məşğul idi?
Were the boys working in the garden when their uncle came round for a coffee?
Onların əmiləri bir kofe üçün gəldiyi zaman oğlanlar bağda işləyirdilər?
Past Perfect Tense
Keçmişdə müəyyən bir an və ya hadisədən əvvəl meydana gələn və o ana qədər davam edən hadisələr üçün istifadə olunur. Bu vaxtdan istifadə edəcəksinizsə, hansı hadisədən əvvəl suala cavab verə biləcəyiniz bir zaman cümləsi olmalıdır. Bəzən bu zamanın çox qədim hadisələr üçün istifadə edildiyi fərz edilir, lakin bu doğru deyil. Keçmişə aid yalnız bir hadisə varsa və bu hadisənin keçmişdə bir müddətdən əvvəl meydana gəldiyi ifadə edilərsə, Simple Past Tense istifadə edilməlidir. Bu zamanın istifadə edildiyi ümumi formul belədir:
subject + had + past participle = past perfect tense.
Past Perfect Tense Aid Cümlələr
She had a breakdown after her project had been rejected by the committee.
Layihəsi komitə tərəfindən rədd edildikdən sonra sinir krizi keçirdi.
You had studied Italian before you moved to Rome.
Romaya köçməmişdən əvvəl İtalyan dilini öyrənmisən.
The survivors hadn’t had a few pieces of bread for days when they were found.
Tapıldıqda sağ qalanlar günlərlə yalnız bir neçə parça çörək yemişdilər.
My friend hadn’t eaten my birthday cake.
Dostum mənim ad günü tortumu yeməmişdi.
Had you eaten anything before you went to the theatre?
Teatra getməzdən əvvəl bir şey yemişdiniz?
Why had they had dinner before they came to the party?
Niyə partiyə gəlməzdən əvvəl axşam yeməyini yedilər?
Past Perfect Continuous Tense
Bu zaman formasının Azərbaycan dilində qarşılığı olmasa da, belə izah edə bilərik ki, keçmişdə başlayan bir işdən əvvəl edilməkdə olan başqa bir işdən bəhs etmək üçün Past Perfect Continuous zamanından istifadə edilir. Məsələn: When he came, I had been waiting for him for more than two hours. (O gəldiyində mən onu 2 saatdan çox idi ki gözləyirdim.) Keçmişdə müəyyən bir vaxtda gözləməyə başladım və onun gəlişinə qədər bu gözləməyə davam etdim. Keçmişdə başlayan və keçmişdə bitən bir müddətdə hərəkəti davam etdirdim. Hadisə bir müddət ifadə ettiyi üçün Continuous, bu müddət keçmişdə bittiği (qutardığı) üçün Past Perfect`dən istifadə edirik.
had + been + 1st form of Verb + ing
Past Perfect Continuous Aid Cümlələr.
She had been watching TV when I called her.
Mən ona zəng edəndə o televizora baxırdı.
She had been working at that company for three years when it went out of business.
O, işdən çıxdığı zaman üç ildir həmin şirkətdə işləyirdi.
My mother hadn’t been cooking the meal when I phoned her.
Mən anama zəng edəndə anam yemək bişirməmişdi.
You had not been waiting there for more than two hours when she finally arrived.
Nəhayət ki, o gəlib çatanda sən orada iki saatdan çox gözləmirdin.
Had you only been waiting there for a few minutes when she arrived?
O çatdığı zaman sən orada bir neçə dəqiqə idi ki gözləyirdin?
What had you been doing for two hours?
Sən iki saatdır nə edirdin?
Present Simple Tense
Present Simple Tense, dilimizə indiki zaman kimi tərcümə olunur. I, you, we, they əvəzliklərinə cavab verən köməkçi felləri “do”, he, she, it əvəzliklərinin köməkçi felləri “does”`dır. Köməkçi felə “not” şəkilçisi əlavə etməklə mənfi formaya keçir. He, she, it əvəzlikləri ilə qurulan cümlələrdə “does” köməkçi felinə malikdir, lakin bu köməkçi felə “-s, -ies, -es” şəklində əlavə olunur. Mənfi cümlələrdə fel düz qalır. Eyni vəziyyət sual cümləsi üçündə keçərlidir. Ümumi həqiqətləri, təkrarlanan hərəkətləri, vərdişləri, mövcud vəziyyəti, ümumi fikri, istəyi ifadə etmək üçün istifadə olunur. Bir zaman qrafiki ilə başlamaq və ya təkrarlamaq üçün əvvəlcədən təyin edilmiş hərəkətlər üçün istifadə olunur. Əmrlər, təlimatlar vermək üçün istifadə olunur.
1st form of Verb + s(es)
Present Simple Tense Aid Cümlələr
In general, I believe that all people can live in peace.
Ümumiyyətlə, bütün insanların sülh içində yaşaya biləcəyinə inanıram.
I don’t get up early on Sundays.
Bazar günləri erkən (tez) qalxmıram.
We meet every Thursday.
Hər cümə axşamı görüşürük.
I always study hard for exams.
Həmişə imtahanlar üçün çox çalışıram.
Does Jack play football?
Jack futbol oynayır?
Where do they work?
Onlar harada işləyirlər?
I don’t play the piano but I play the guitar.
Mən pianino çalmıram, amma gitara çalıram.
Present Continuous Tense
Adından da göründüyü kimi Continuous ifadədəsindən əvvəlki Present ifadəsi be + V-ing şəklində köməkçi felin indiki, yəni am, is, are şəklində istifadə olunmasını həm də dəvam edən hadisənin keçid vaxtının indi olduğunu ifadə edir. Hadisənin nə vaxt başladığı və nə qədər davam etdiği vacib deyil. Yalnız bir danışma anında bir hadisənin davam etdiyini vurğulayır. Hal-hazırda davam etməkdə olan hərəkətləri izah etmək üçün bu zaman formasından istifadə edilir.
is/am/are + 1st form of Verb + ing
Zaman ifadələri: now (indi), right now (indi), at the moment (hazırda), still (hələ)
Present Continuous Tense always, constantly, forever kimi zərflərlə birlikdə əkrarlayan və ümumiyyətlə narahat edən hərəkətlər üçün istifadə olunur. Present Continuous Tense ondan sonra istifadə olunan gələcək zamanla birlikdə gələcəkdə əvvəlcədən planlaşdırılan bir hərəkətin baş verəcəyi deməkdir.
Present Continuous Tense Aid Cümlələr
We are visiting the museum in the afternoon.
Günortadan sonra muzeyi ziyarət edirik.
He is meeting his friends after school.
Dərsdən sonra dostları ilə görüşməkdədir.
I am not going to the meeting after work.
İşdən sonra iclasa getmirəm.
You are not watching the movie.
Sən filmə baxmırsan.
Are we repeating the class next week?
Gələn həftə dərsi təkrar edirik?
Are you visiting your grandma this weekend?
Bu həftə sonu nənənə baş çəkirsən?
Present Perfect Tense
Present Perfect Tense təkrarlanan hərəkətlər üçün istifadə edilir, hansı ki, konkret zaman forması bu hərəkətlər üçün önəmli deyil və hadisə keçmişdə başlayıb, lakin hələ də bitməyib, davam etməkdədir. Present Perfect Tense keçmiş bir hadisə və ya vəziyyət ilə bu gün arasında bir əlaqə yaradır. Xüsusilə “just” zərfində çox yaxın bir hərəkət üçün istifadə olunur, ancaq nə qədər vaxt keçdiyini göstərmir. “Yet” zərfi hələ edilməmiş, lakin edilməsi ehtimalı olan hərəkətlər üçün və ya belə bir ehtimalın olub- olmadığını soruşmaq üçün istifadə edilir. “Never” zərfi keçmişdə müəyyən bir nöqtədən heç bir hərəkət edilmədiyini və ya belə bir vəziyyətlə qarşılaşmadığını ifadə etmək üçün istifadə olunur.
has/have + 3rd form of Verb
Present Perfect Tense Aid Cümlələr
People have not traveled to Mars.
İnsanlar Marsa səyahət etməyiblər.
I think I have seen that movie before.
Düşünürəm ki, əvvəllər də bu filmi görmüşdüm.
What has he brought from market?
O, marketdən nə aldı?
Have they played football?
Onlar futbol oynayıblar?
She has not cooked food.
O, yemək bişirməyib.
It has not rained in morning.
Səhər yağış yağmayıb.
Present Perfect Continuous Tense
Dilimizə indiki bitmiş davamedici zaman kimi tərcümə edilən Present Perfect Continuous Tense, keçmişdə müəyyən bir zamanda başlayan və hal- hazırda davam etməkdə olan hal və hərəkətlərdən bəhs etmək üçün istifadə edilir. Bu səbəblə Continuous halda istifadə edilə bilməyən fellərlə istifadə edilə bilməz.
has/have + been + 1st form of Verb + ing
Present Perfect Continuous Tense Aid Cümlələr
You have only been waiting here for one hour.
Burada yalnız bir saat gözlədin.
She has been working at that company for three years.
Üç ildir həmin şirkətdə işləyir.
Have you only been waiting here for one hour?
Sən bir saatdan bəri burada gözləyirsən?
Have you been exercising lately?
Son vaxtlar məşq edirsən?
I’ve been working on this report since eight o’clock this morning.
Bu hesabat üzərində bu səhər saat səkkizdən bəri çalışıram.
I haven’t been feeling well lately.
Son vaxtlar özümü yaxşı hiss etmirəm.
Future Simple Tense
Future Simple Tense, Azərbaycan dilinə gələcək sadə zaman kimi tərcümə edilir. Gələcək haqqında məlumat verərkən və ya gələcək hadisələrlə bağlı qeyri- müəyyən hadisələri proqnozlaşdırarkən istifadə olunur. Danışıq zamanı verilən qərarlar üçün istifadə olunur. Gələcəklə bağlı verilən vədlər üçün istifadə olunur.
shall/will + 1st form of Verb
Future Simple Tense Aid Cümlələr
I will send you the information when I get it.
Mən məlumatı əldə edəndə sizə göndərəcəyəm.
I will call you when I arrive.
Gəldiyim zaman sənə zəng edəcəm.
She will not buy a laptop at the end of this month.
O, bu ayın sonunda notebook almayacaq.
We will not shift to a new home the next month.
Gələn ay yeni bir evə köçməyəcəyik.
Will they plan about starting a business?
Onlar bir işə başlamağı planlaşdırırlar?
Will they send me an offer?
Onlar mənə bir təklif göndərəcəklər?
Future Continuous Tense
Future Continuous Tense Azərbaycan dilinə gələcək davamedici zaman kimi tərcümə olunur. Gələcəkdə müəyyən bir zamanda davam edəcək hərəkətlər üçün istifadə olunur. Hadisənin nə vaxt başladığı, nə qədər davam ettiyi və ya davam edəcəyi vacib deyil. Əhəmiyyətli olan bir hərəkətin yalnız deyilən anda davam etməsidir.
shall/will + 1st form of Verb + ing
Future Continuous Tense Aid Cümlələr
I will be waiting for you when your bus arrives.
Sənin avtobusunun gələcəyi zaman səni gözləyəcəyəm.
You are still going to be waiting for her when her plane arrives.
Onun təyyarəsinin gəlib çatdığı vaxtda sən hələ də onu gözləyəcəksən.
Will the pilot be announcing updates during the flight?
Uçuş zamanı pilot yeniləmələri elan edəcəkmi?
Will they be participating the next congress?
Onlar növbəti konqresə qatılacaqlar?
The children will not be walking to school when it’s snowing.
Uşaqlar qar yağanda məktəbə piyada getməyəcəklər.
She will not be planning any trips until after graduation.
Məzun olduqdan sonra hər hansı bir səyahət planlaşdırmayacaq.
Future Perfect Tense
Müəyyən bir gələcəkdəki hadisəni və ya vaxtdan əvvəl tamamlanacaq hərəkətlər üçün istifadə olunur. Vaxt ifadəsi və ya hadisənin sona çatması üçün verilən vaxtı göstərən cümlə olmadan istifadə olunmur.
shall/will have + 3rd of Verb
Future Perfect Tense Aid Cümlələr
By next November, I will have received my promotion.
Önümüzdəki Noyabr ayına qədər təqdimat alacağam.
I am going to see a movie when I have finished my homework.
Ev tapşırıqlarımı bitirdiyim zaman bir filmə baxacağam.
Will you have saved enough to buy a car by the summer?
Yay aylarında bir maşın almaq üçün kifayət qədər qənaət etmiş olacaqsan?
Will you have sent the documents by Thursday?
Sənədləri cümə axşamına qədər göndərmiş olacaq?
She will not have applied for the post.
İş üçün müraciət etməmiş olacaq.
I will not have started cleaning the house until tomorrow.
Sabaha qədər evi təmizləməyə başlamamış olacağam.
Future Perfect Continuous Tense
Future Perfect Continuous Tense Azərbaycan dilində gələcək bitmiş davamedici zaman kimi tərcümə olunur. Future Perfect Continuous Tense gələcəkdə baş verməsi planlaşdırılan hadisədən əvvəl başqa verən və bitən hadisənin olduğunu vurğulamaq üçün istifadə edilir.
shall/will have been + 1st form of Verb + ing
Future Perfect Continuous Tense Aid Cümlələr
You will only have been waiting for a few minutes when her plane arrives.
Onun təyyarəsinin gəlib çatdığı zaman bir neçə dəqiqə onu gözləməkdə olacaqsan.
We are going to have been driving for over three days straight when we get to Anchorage.
Anchorage-ə çatdığımız zaman 3 gündən çoxdur ki, maşın sürməkdə olacağıq.
How long will you have been studying when you graduate?
Sən məzun olanda nə qədər müddət təhsil almış olacaqsan?
Will they have been waiting a long time for us?
Onlar bizi uzun müddət gözləyəcəklərmi?
I will not have been living here that long.
Mən uzun müddət burada yaşamış olmayacağam.
They will not have been cooking for very long.
Çox uzun müddət yemək bişirməyəcəklər.
Gerund Nədir?
Cerund felin şəxssiz formasıdır. O da Participa I kimi felin sonuna – ing şəkilçisi əlavə etməklə düzəlir. Məsələn to read – reading, to sing -singing. Cerund həm isim, həm də fel xüsusiyyətlərinə malikdir.Cerundun isim xüsusiyyətləri var:
1) Cerund cümlədə mübtəda, tamamlıq kimi işlənə bilir.
Məsələn:
He likes telling funny stories.
O, gülməli hekayələr danışmağı xoşlayır.
2) Cerund sözönü ilə işlənə bilir.
Məsələn;
There are other ways of doing it.
Bunu etməyin digər yolları var.
3) Cerund yiyəlik əvəzliyi və yiyəlik halında olan isimlə təyin olunur.
Məsələn;
His singnig impressed me greatly.
Onun oxumağı məni çox mütəəssir etti.
Cerund cümlədə aşağıdakı funksiyalarda işlənə bilir:
1) Mübtəda funksiyasinda
2) Mürəkkəb feli xəbərin bir hissəsi kimi
3) Predikativ funksiyasında
4) Tamamlıq funksiyasında
5) Təyin gfunksiyasında
6) Zərflik funksiyasında
Conditional sentences (Şərti cümlələr)
Şərti cümlələr iki cümlə və ya cümlələrdən ibarətdir. Bunlardan biri, “if” sözü ilə başlayan cümlələrdi bu cümlələrə “if clause” deyilir. Digəri isə if cümləsinin təsiri ilə ortaya çıxan “Main clause”dur. İngilis dilində üç növ şərti cümlə var.
1) Mümkün işlərdə istifadə olunan Posibble cümlələr
2) Gerçəkləşdirilməmiş iş üçün istifadə olunan Unreal cümlələr
3) Həyata keçirilməyən, eyni zamanda reallaşdırılması mümkün olmayan (impossible) cümlələr.
1) Possibile cümlələrdə 1ci cümlə Simple Present Tense, 2ci cümləisə Future Tense olmalıdır.
Məsələn:
If you give me money, I will give you an apple.
Əgər mənə pul versən,sənə aəma verəcəm.
2) Unreal cümlələrdə 1ci cümlə Simple Past Tense, 2ci cümləisə Future Tense Conditional olmalıdır.
Məsələn:
If I had money, I would go to Paris.
Əgər pulum olsaydı, Parisə gedəcəkdim.
3) İmpossibile cümlələrdə 1ci cümlə Past Perfect Tense, ikinci cümlə isə Past Conditional olmalıdır.
Məsələn;
If you had known the truth, you wouldn’t have been angry.
Əgər həqiqəti bilsəydin, hirslənməzdin.
Active – Passive Voice
Ən çətin qrammatika məsələlərindən biri Passive/Active Voice istifadəsidir. Xüsusilə orta səviyyədən sonra inkişaf etmiş qrammatika tələb edən məqalələri və nəşrləri anlamaq üçün Passive/Active Voice necə istifadə edəcəyinizi bilmək çox vacibdir.
Bir cümləni Passive Voice çevirmək üçün “to be” istifadə olunur. Passive/Active Voice cümlələri aşağıdakı formul ilə düzəlir.
Active Voice (Aktiv quruluş) Subject (mübtəda) + Verb (Xəvər) + Object (tamaqlıq)
Passive Voice ( Passiv quruluş) Subject + To Be + V3 + by +…..
Məsələn:
Active:
We use camera to take pictures.
Şəkil çəkmək üçün kameradan istifadə edirik.
Passive:
A camera is used to take pictures.
Kamera şəkillər çəkmək üçün istifadə olunur.
Zamanlara Görə Passive/Active Voice Cümlələri
Simple Present Tense
Active: S + V + O
Passive: S + am/is/are + V3
Simple Past
Active: S V2 O
Passive: S was/were V3
Simple Future
Active: S + will + V + O ya da S + am/is/are going to + V + O
Passive: S + will + be + V3 ya da S + am/is/are going to + V3 + O
Tag Question (Ayırıcı Suallar)
Ayırıcı sual hər hansı məsələdə danışanın şübhə və tərəddüdünü qətiləştirmək məqsədi ilə işlədilən sualdır.Ayırıcı suallar iki hissədən ibarət olur. Birinci hissə təsdiq və ya inkar formada olan nəqli cümlədən, ikinci hissə isə qısa ümumi sualdan ibarətdir.
Məsələn:
She does not know anybody here, does she? ( O burada heç kimi tanımır, elemi?)
No, she does not. (Xeyr tanımır)
Əgər birinci hissə (nəqli cümlə) təsdiqdəsirsə, ikinci hissə inkarda olur və ya əksinə. Ayırıcı sualın ikinci hissəsi “eləmi?” və ya “elə deyilmi” şəklində tərcümə olunur.
There was a mistake in his dictation, wasn’t there?
Onun imlasında səhv var idi, elə deyilmi?
Direct\ Indirect Reported Speech (Vasitəsiz və Vasitəli Nitq)
Vasitəli və Vasitəsiz nitq ingilizcə indirect\direct cümlələr İngilis dili öyrənərkən araştırılan bir mövzudur. Müəllifin sözlərinin olduğu kimi,heç bir dəyişiklik edilmədən verildiyi nitqə vasətəsiz nitq deyilir. Müəllifin sözlərinin dəyişdirilərək verildiyə nitqə vasitəli nitq deyilir.
Direct (Vasitəsiz Nitq)
My mother told me: “I will go to the doctor tomorrow”.
Anam mənə dedi: “Sabah həkimə gedəcəm.”
His father asked me: “Where is Mehmet?”
Atası məndən soruşdu: “Mehmet haradadır?”
İndirect (Vasitəli Nitq)
My mother told me she will go to the doctor tomorrow.
Anam mənə sabah həkimə gedəcəyini dedi.
His father asked me that where was Mehmet?
Atası məndən Mehmetin harada olduğunu soruşdu.