Bugünki yazımızda İngilis dilinin başlanğıc mövzularından biri olan İngilis dilində rənglər mövzusundan bəhs edəcəyik. Rənglərin İngilis dilindəki qarşılığı necədir, bu sözlərin oxunuşları necədir kimi suallara bu yazımızda cavab tapacağıq.
Bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız.
- İngilis dilində rənglər cədvəli və oxunuşları
- İngilis dilində rənglərin cümlə içərisində istifadəsinə aid nümunələri
- İngilis dilində hər hansı bir şeyin rəngi necə soruşulur?
- İngilis dilində qırmızıtəhər, yaşıltəhər necə deyilir?
- 2-ci, 3-cü, 4-cü siniflər üçün İngilis dilində rənglər
İngilis dilində rənglər cədvəli və oxunuşları
İngilis dilində rəng sözü İngilis ingiliscəsində “color”, Amerikan ingiliscəsində isə “colour” olaraq yazılır. Hər ikisinin də oxunuşu [ˈkʌl.ər] şəklindədir. Aşağıdakı cədvəldə İngilis dilində bütün rənglərin adı və oxunuşu, eyni zamanda Azərbaycan dilindəki mənası ilə tanış ola bilərsiniz:
Rənglər | Oxunuşu | Mənası |
Red | [rɛd] | Qırmızı |
White | [waɪt] | Ağ |
blue | [bluː] | Mavi |
yellow | [ˈjɛləʊ] | Sarı |
orange | [ˈɒrɪnʤ] | Narıncı |
pink | [pɪŋk] | Çəhrayı |
Purple | [ˈpɜːpl] | Bənövşəyi |
brown | [braʊn] | Qəhvəyi |
navy blue | [ˈneɪvi bluː] | Göy |
violet | [ˈvaɪəlɪt] | Bənövşəyi |
beige | [beɪʒ] | Bej |
grey | [greɪ] | Boz |
green | [griːn] | Yaşıl |
silver | [ˈsɪlvə] | Gümüşü |
Black | [Blæk] | Qara |
Gold | [gəʊld] | Qızılı |
Maroon | [məˈruːn] | Tünd qırmızı |
Olive | [ˈɒlɪv ] | Zeytun yaşılı |
İngilis dilində rənglərin cümlə içərisində istifadəsinə aid nümunələr
Rənglər İngilis dilində cümlədə bir sifət rolunda çıxış edir və hər hansı bir şeyi təyin etmək üçün istifadə edilirlər. İngilis dilində rənglər cümlə içərisində 3 formada istifadə edilir:
- To be + Colour: Your cake is pink -sənin tortun çəhrayıdır.
- Colur + Noun (isim): The pink cake is yours –çəhrayı tort səninkidir.
- İsim olaraq rəng: Pink is the color of your cake -çəhrayı sənin tortunun rəngidir.
Aşağıda rənglərin cümlə içərisində istifadəsinə aid nümunələr verilmişdir:
White – ağ
- She has painted the walls white -O, divarları ağ rəngə boyadı.
- They have light green skirts, whereas we have dark green skirts -Onların açıq yaşıl rəngdə ətəkləri var, amma bizim tünd yaşıl ətəklərimiz var.
- You look very nice in that white dress -O ağ don sənə çox yaraşır.
Red – qırmızı
- You would like to buy a red shoes -Sən qırmızı ayaqqabı almaq istərdin.
- The red bycle is my mother’s new bycle -Qırmızı velosiped anamın yeni velosipedidir.
- The girl with red hair is my sister -Qırmızı saçlı qız mənim bacımdır.
Green – yaşıl
- She has worn a green hat in the wedding -O, toyda yaşıl şlyapa geyinmişdi.
- The white plate is my favourite -Ağ boşqab ən sevdiyimdir.
- Go talk to the girl with yellow eyes -Get yaşıl gözlü qızla danış.
- She drinks green tea every day -o, hər gün yaşıl çay içir.
Blue – Mavi
- Her favori colour is blue -Onun sevimli rəngi mavidir.
- I think blue shirts look good on you -Məncə sənə mavi köynəklər yaraşır.
- I bought a new blue toys -mən yeni mavi oyuncaqlar aldım.
Brown – qəhvəyi
- I have a brown coat -Mənim qəhvəyi rəngdə pencəyim var.
- I like brown bags the most -mən ən çox qəhvəyi çanta sevirəm.
- My brother has a brown guitar -mənim qardaşımın qəhvəyi gitarı var.
Orange – narıncı
- I love orange pens -mən narıncı qələmləri sevirəm.
- Workers were orange hat -İşçilər narıncı şlyapa geyinirlər.
- She wants to buy a orange color tshirt -O, narıncı rəngdə köynək almaq istəyir.
Purple – bənövşəyi
- Somebody can make purple colour by mixing blue and red colours -Kimsə qırmızı və mavi rəngi qarışdıraraq bənövşəyi rəngi əldə edə bilər.
- I don’t like wearing purble dresses in the summer -mən yayda bənövşəyi don geyinməyi xoşlamıram.
Black – qara
- My mother has bought a black bycle -Mənim anam qara velosiped alıb.
- My mother’s new bycle is black-Mənim anamın yeni velosipedi qara rəngdədir.
- She has beautiful big and black eyes -onun çox gözəl böyük və qara gözləri var.
Pink -çəhrayı
- Pink is the colour of my sister’s new bycle -Çəhrayı bacımın yeni velosipedinin rəngidir.
- My niece’s favorite color is pink -mənim bacım qızının sevimli rəngli çəhrayıdır.
- You are going to paint the paint pink -sən rəsmi çəhrayı rəngə boyayacaqsan.
Grey – boz
- A little grey cat was asleep on a chair –balaca boz pişik stulun üstündə yatıb.
- My car is grey and white -mənim maşınım boz və ağ rəngdədir.
- That man has grey hair -o kişinin saçları bozdur.
Sarı – Yellow
- All the leaves become yellow and orange in autumn -Payızda bütün yarpaqlar sarı və narıncı olurlar.
- He brought yellow gift -O, sarı hədiyyə gətirdi.
- Give me the yellow hats -Sarı şlyapaları mənə ver.
İngilis dilində hər hansı bir şeyin rəngi necə soruşulur?
İngilis dilində rənglərlə bağlı sual cümlələri aşağıdakı kimi qurulur:
- What colour? – Nə rəng?
- What colour is it? It is grey – bu nə rəngdir? Bu bozdur.
- What colour is the sun ? It is yellow –Günəş nə rəngdədir? Sarıdır.
- What colour is leaves? It is green –yarpaqlar nə rəngdədir? Yaşıldır.
- What colour are they? They are blue –onlar nə rəngdədir? Mavidir.
- What colour are your pens? They’re pink –sənin qələmlərin nə rəngdədir? Onlar çəhrayıdır.
- What colour is Azerbaijani flag? It is blue, red and green –Azərbaycan bayrağı nə rəngdədir? O mavi, qırmızı və yaşıldır.
- What colour is your pen? -Sənin qələmin nə rəngdədir?
- What colour is your bike? -Sənin velosipedin nə rəngdədir?
- What colour is the sun? -Günəş nə rəngdədir?
- What colour is the sky? -Səma nə rəngdədir?
İngilis dilində qırmızıtəhər, yaşıltəhər necə deyilir?
İngilis dilində rənglərin tonunu bildirmək üçün rəngin əvvəlinə ‘dark’ tünd, ‘light’ açıq və ya ‘bright’ parlaq kimi sözlərdən biri gətirilir.
- Dark red: tünd qırmızı
- Light blue: Açıq mavi
- Bright green: Parlaq yaşıl.
Əgər hər hansı bir rəngi necə izah edəcəyinizi və ya rəngin adını bilmirsinizsə, o zaman ‘ish’ şəkilçisindən istifadə edə bilərsiniz. Məsələn;
- Reddish: qırmızıtəhər. Reddish bycle –qırmızıtəhər velosiped
- The reddish bycle is my mother’s new bycle -Qırmızıtəhər velosiped anamın yeni velosipedidir.
- Greenish: yaşıltəhər. Greenish wall -yaşıltəhər divar
- Pink is the colour of my sister’s new room’s wall -Yaşıltəhər bacımın yeni otağının divarının rəngidir.
- Bluish: mavitəhər. Bluish bike –mavitəhər velosiped
- My nephew want to a bluish bike -bacımoğlu mavitəhər velosipedi istəyir.
- Pinkish: çəhrayıtəhər. Pinkish bag – çəhrayıtəhər çanta
- You would like to buy a pinkish bag -Sən çəhrayıtəhər çantanı almaq istərdin.
- Yellowish: sarıtəhər. Yellowish hair – Sarıtəhər saç
- The girl with yellowish hair is my sister -sarıtəhər saçlı qız mənim bacımdır.
2-ci, 3-cü, 4-cü siniflər üçün İngilis dilində rənglər
Aşağıda İngilis dilində rənglərlə bağlı İngilis dilini yeni öyrənməyə başlayan şəxslər, 2-ci, 3-cü, 4-cü sinif şagirdləri üçün nəzərdə tutulmuş asan test ilə tanış ola bilərsiniz. Testi bitirmədən cavablarına baxmamağınız tövsiyə edilir 😊
- 1. What colour is grass?
- 2. What colour is the sun?
- 3. What colour is the sky when it’s sunny?
- 4. What colour is the sky when it’s raining?
- 5. What colour is snow? white
- 6. What colour are carrots?
- 7. What colour are cucumbers?
- 8. What colour is coal?
- 9. What colour is sea?
- 10. Red and white mixed together:
- 11. The colour of the sun:
- 12. The Azerbaijani flag is blue, red and:
- 13. Apples are this colour:
- 14. Rain clouds are this colour:
- 15. This colour is also a fruit:
- 16. You have to stop when the traffic light is this colour:
- 17. Blackcurrants are this colour:
- 18. The colour of the elephants:
Testin cavabları:
- Green
- yellow
- Blue
- grey
- white
- Orange
- green
- black
- blue
- pink
- yellow
- green
- green
- grey
- orange
- red
- purple
- grey
Rənglər mövzusunu da burada yekunlaşdırırıq. Ancaq siz bu mövzuların sizin üçün kifayət etmədiyini düşünürsünüzsə, hər gün çox sayda yeni sözlər öyrənmək istəyirsinizsə, o zaman köməyinizə Wordly çatacaq. Wordly nədir? Bu platformanın köməyi ilə siz seçdiyiniz kateqoriyalara və İngilis dili səviyyənizə uyğun olaraq sözlər və onların tərcüməsi, eyni zamanda cümlə içərisində istifadəsi ilə tanış olacaqsınız.
Bildirişlər vasitəsi ilə və müəyyən araqlıqlarla platforma öyrənilən sözləri yadınıza salacaq və təkrarlamağınıza səbəb olacaqdır. Eyni zamanda səsləndirmə funksiyası ilə seçdiyiniz söz və cümlələrin oxunuşunu da eşidəcəksiniz. Offline rejimdə işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə biləcəksiniz.