İngilis dilində səviyyələr: A1, A2, B1, B2, C1, C2 nədir? - Wordly Danışır ...

İngilis dilində səviyyələr: A1, A2, B1, B2, C1, C2 nədir?


İngilis-dilində-səviyyələr a1, a2, b1, b2, c1, c2 nədir

“İngilis dilini necə bilirsən?” və ya “İngilis dilində bilirsən?” tipli sualların bizə ünvanlandığı zamanlarda sualı tam olaraq necə cavablandıracağımızı bilmirik. “Hə deyək, yox?”, “Bir az bilirəm deyim, yoxsa yaxşı bilirəm?”. Bu elə sualdır ki, cavabını hə və ya yox olaraq konkret şəkildə vermək hər zaman mümkün olmur. “X səviyyəsində İngilis dili biliyim var” demək həm özümüzü daha rahat formada izah etməyə, həm də qarşıdakı şəxsin tam olaraq anlamasına imkan verəcəkdir. Bəs yaxşı, İngilis dili səviyyələri hansılardır, onlarla bağlı bilməli olduğumuz nələr var? Bu yazımızda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • İngilis dilində səviyyələr nədir?
  • İngiliscə dil səviyyələri və açıqlamaları
  • Beginner (A1) – Başlanğıc Səviyyə
  • Elementary (A2) – Elementar səviyyə
  • Pre-Intermediate (B1) – İlkin orta səviyyə
  • Intermediate (B2) – Orta səviyyə
  • Upper-Intermediate (C1) – Üst orta səviyyə
  • Advanced (C2) – İrəli səviyyə
  • İngilis dilində öyrənmə metodları

İngilis dilində Dil səviyyələri nədir?

Bütün dünya CEFR standartından istifadə etməkdədir. Bir şəxsin İngilis dilindəki bilik və bacarıqlarını ölçmək üçün müəyyən edilmiş və qlobal olaraq qəbul edilən altı səviyyə mövcuddur. CEFR İngilis dili səviyyələri bütün müasir İngilis dili kitabları və İngilis dili tədris edən məktəblər tərəfindən istifadə edilməkdədir. CV kimi rəsmi formalarda CEFR səviyyələrinin adlarından istifadə edilməsi məsləhət görülür. Aşağıda qeyd edilən CEFR səviyyə adları eyni zamanda IELTS, TOEFL kimi beynəlxalq imtahanlarda da istifadə edilir.

İngiliscə dil səviyyələri və açıqlamaları

SəviyyəKursun adıCEFR
1Beginner – Başlanğıc səviyyəA1
2Elementary – elementar səviyyəA2
3Pre-intermediate – ilkin orta səviyyəB1
4Intermediate – orta səviyyəB2
5Upper-intermediate – üst orta səviyyəC1
6Advanced – irəli səviyyəC2
İngiliscə dil səviyyələri və adları

Beginner (A1) – Başlanğıc Səviyyə

İngilis dili biliyi A1 səviyyəsində olan biri gündəlik ifadələri başa düşə, ən vacib ehtiyacları qısa-qısa da olsa deyə bilir. Özü ilə bağlı detalları, adı, yaşı, vətəni və s. kimi mövzular haqqında məlumat verə bilir. Əgər qarşı tərəf çox yavaş və aydın danışırsa, o zaman primitiv formada qarşılıqlı dialoq qura bilir.

A1 səviyyəsində təhsilə başlayan tələbələrə əlifba, ibtidai qrammatik qaydalar, sadə tanışlıq cümlələri və ən təməl sözlər öyrədilir.

Kurs sonunda gözlənilən bacarıqlar ictimai nəqliyyatda, mağaza və marketlərdə özünü ifadə edə bilmək, restoranda yemək sifariş etmək, e-mail göndərmək və qəbul etmək, vaxtı soruşmaq və cavablandırmaq, adres haqqında məlumat vermək və almaq, həftənin və ayın günlərini bilmək, küçə nişanlarını oxumaq və s. kimi bacarıqlardır.

Elementary (A2) – elementar səviyyə

Ən çox istifadə edilən sahələrə aid cümlələri və şəxsi, ailə məlumatları, alış-veriş, coörafiya, peşə kimi tez-tez istifadə olunan ifadələri başa düşə bilir. Gündəlik işlərdə sadə və birbaşa məlumat mübadiləsi tələb edən sadə formada ünsiyyət qura bilir. Sərbəst formada təxili ehtiyaclarla bağlı vəziyyəti izah edə bilər.

Pre-Intermediate (B1) – İlkin orta səviyyə

Bu səviyyədəki tələbələrdən, işdə, məktəbdə, asudə vaxtda və s. müəyyən məsələlərlə bağlı söhbətə başlaya bilmək üçün giriş edə bilmək, söhbətin əsas detallarını başa düşə bilmək, dilin danışıldığı ölkəyə səyahət edərkən ortaya çıxa biləcək vəziyyətlərdə özünü idarə edə bilmək  bacarıqları gözlənilir. İstədiyi mövzuda sadə mətn yaza, təcrübələrini, xəyallarını qısaca olaraq izah və təsvir etməklə paylaşa bilər.

Intermediate (B2) – orta səviyyə

İngilis dili səviyyəsi B2 olan tələbə həm konkret, həm də mücərrəd mövzularda mürəkkəb mətnin əsas fikirlərini, o cümlədən öz ixtisas sahəsindəki texniki müzakirələri başa düşə bilər. Ana dili İngilis dili olan şəxslərlə müntəzəm qarşılıqlı əlaqə qura biləcək dərəcədə fikrini səlis formada izah edə bilər. Geniş mövzularda aydın, detallı bir mətn hazırlaya bilər və müxtəlif variantların üstünlükləri və çatışmazlıqlarından bəhs edən aktual bir mövzuda analiz apara bilər.

Upper-Intermediate (C1) – üst orta səviyyə

Geniş və daha uzun mətnləri oxuyub başa düşə, gizli mənaları anlaya bilər. Oxuduqlarını öz sözləri ilə izah edə bilər. Dili çevik və effektiv şəkildə sosial, akademik və peşə məqsədləri üçün istifadə edə bilər. Mürəkkəb mövzularda aydın, düzgün quruluşlu, ətraflı izah verən mətn hazırlaya bilər.

Advanced (C2) – irəli səviyyə

C2 səviyyəsində İngilis dili biliyinə malik olan tələbə oxuduğu və eşitdiyi hər şeyi asanlıqla başa düşə bilər. Müxtəlif danışıq və yazılı mənbələrdən məlumatları əldə etdikdən sonra, arqumentlərə uyğun olan təqdimatı yenidən qura bilər. Özünü çox səlis və dəqiq ifadə edə bilər, daha mürəkkəb situasiyalarda da sərbəst formada vəziyyətdən çıxa bilər.

İngilis dilində öyrənmə metodları

İngilis dilini öyrənmək üçün xarici dilin danışıldığı yerdə yaşamaq ən ideal variantlar arasındadır. Amerikada bir il yaşamaq uzun illər ərzində kitabdan öyrənməyə çalışmaqdan daha effektiv ola bilər. Bu dilin məcburi olaraq istifadə edildiyi yerlərdə olmaqla daha yaxşı nəticə əldə etmək mümkündür.

Ana dili İngilis dili olan müəllimlərlə birlikdə dərslərə davam etmək, hansısa xarici ölkədə yaşamaqdan sonra ikinci sırada dayanır. Dili həm gündəlik istifadə olaraq, həm də qrammatik qayda olaraq yaxşı bilən amerikalı və ya ingilis müəllim öz dilini ən yaxşı formada və qalıcı olaraq öyrədə bilər. Bununla bərabər, qrammatikanı da düzgün formada öyrənərək, texniki və akademik mətnlər üçün dilə yetəri qədər hakim olarıq.

Amerika və ya İngiltərə kimi ölkələrdə aylarla, illərlə yaşamaq çoxumuz üçün əlçatan deyil. Odur ki, Azərbaycandakı imkanlardan ən yaxşı formada istifadə etmək lazımdır. İlkin olaraq, ən uyğun təhsil qurumunu seçməklə tədrisə başlaya bilərik. Dərslərdə “native” müəllimlərin olduğu qurumlar isə daha doğru seçimlər olacaqdır. Bunun sayəsində, Amerikada olmasaq belə, oranın loru danışıq dilini öyrənə biləcəyik.

Texnologiya isə təhsil həyatında əldə etdiyimiz mükəmməl nəticələrin qaynağıdır. İnternetlə sayəsində müxtəlif təhsil proqramlarına qoşula bilir, İngilis dilində olan filmlər, proqramlar izləyib, mahnılar dinləyə bilirik. Müəyyən müddət alt yazısı olan filmləri izləməklə dilə daha yaxşı hakim olmağa başlayırıq. Eyni zamanda, internet vasitəsi ilə dünyanın digər ucunda olan müəllimləri bir dəqiqədə tapıb effektiv təhsilə başlaya bilirik.

Unutmaq olmaz ki, hər öyrənmə metodunun özünəxas müsbət və mənfi tərəfləri mövcuddur. Bu səbəbdən də bir neçə metoddan birlikdə istifadə edə bilərsiniz.

  • Online İngilis dili təhsili – vaxt və yer problemi yoxdur – şəxsi proqram hazırlana bilər.
  • Bol-bol oxumaq – teorik bilikləri yaxşılaşdırır – söz ehtiyatını artırır.
  • Film izləmək – əylənərək öyrənməyi təmin edir – gündəlik istifadə ilə tanış olunur.
  • Təməl qrammatik biliklərə sahib olmaq

Dil sözlərin müəyyən formada ardıcıl şəkildə bir araya gətirilməsi ilə məna qazanır. Bu səbəbdən də düzgün danışa və yaza bilmək üçün ilk əvvəl sadə qrammatik qaydaları öyrənmək və riayət etmək lazımdır. Ölkəmizdəki ən böyük problemlərdən biri də İngilis dili təhsilində hər il eyni mövzular üzərində işləyib, xırda detallara çox ilişib qalmaqdır. Bir dili öyrənərkən o dili sürətli və praktiki formada öyrənməyə çalışın. Hər bir detalı bilmək məcburiyyətində deyilsiniz.

Söz ehtiyatını inkişaf etdirmək

Qrammatik qaydaları mənimsədikdən sonra növbəti addım söz ehtiyatınızı yaxşılaşdırmaqdır. Bunun bir çox yolu var. Məsələn, sadələşdirilmiş və pillə-pillə çətinləşən hekayə kitablarını oxuya və yavaş-yavaş asandan çətinə doğru keçid edə bilərsiniz. Və ya paragaf əsaslı lüğət və oxu bacarıqlarını ölçən bir kitab əldə edə bilərsiniz. Əvvəlcə lüğətinizi genişləndirmək çox səy və vaxt tələb edəcəkdir. Buna hazırlıqlı olmalısınız. Bundan əlavə öyrəndiyiniz sözlərin izahlarını, eyni zamanda sinonimlərini öyrənin. Sözün cümlə içərisində necə istifadə edildiyinə diqqət yetirin.

Söz ehtiyatını inkişaf etdirmək məqsədi ilə Wordly platformasından istifadə edə bilərsiniz. Wordly sizə nə qatacaq? Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız. Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə biləcəksiniz.

Eyni zamanda İngilis dilində sözləri ən asan necə əzbərləyə bilərik? A-dan Z-ə qədər İngilis dilində ən çox istifadə edilən sözlər və mənaları mövzularımızı da oxuya bilərsiniz.

Öyrənilən yeni sözləri fərqli formalarını da öyrənmək               

Bəzən ağzınızı belə açmadan məşq edə bilərsiniz. Öyrəndiyiniz yeni sözlərin müxtəlif formalarını öyrənərək danışmağı asanlaşdıra bilərsiniz. Müəyyən bir mövzu haqqında yeni sözlər öyrənərkən bunu etməlisiniz. Məsələn, əgər write sözünü yeni öyrənmisinizsə, bu sözün wrote və written kimi keçmiş zaman formalarını da öyrənə bilərsiniz.

Bir sözün hansı cümlədə necə düzgün istifadə edilməsini bilmək vacibdir. Bu məlumat eyni zamanda düzgün danışmağa da kömək edəcəkdir. Bunu tətbiq etdiyiniz zaman, danışarkən sözləri düşünmənizə ehtiyac qalmayacaq, çünki sözün hansı formasının harada istifadə edildiyini biləcəksiniz.

Ən çox istifadə edilən deyim və ifadələrin İngiliscəsini də öyrənmək

Doğma dilinizdə necə danışdığınıza diqqət yetirin. Ən çox hansı sözləri və ifadələri istifadə edirsiniz? Ana dilinizdə danışdığınız zaman ən çox istifadə etdiyiniz ifadələrin İngilis dilində necə ifadə edildiyini öyrənin. Bu ifadələrin İngilis dilində necə istifadə edildiyini bilmək, sizin daha sərbəst danışmanıza səbəb olacaqdır.

Bundan əlavə İngilis dilindəki deyimləri öyrənmək də İngilis dilini əylənərək öyrənməyinizə imkan yaradacaqdır.

Müəyyən vəziyyətə görə hazırlaşmaq

İngilis dilini öyrənmək üçün müəyyən bir səbəbinizmi var? Məsələn, İngilis dilli bir şirkətdə işləmək üçün İngilis dilini öyrənirsiniz? Bu situasiyadasınızsa, o zaman iş görüşməsində sizə kömək edəcəyini düşündüyünüz mövzular üzərində işləyin. Ya da Amerikada dost tapmaq üçün ingilis dilini öyrənirsiniz? Bu zaman iş görüşməsindən daha fərqli İngilis dili leksikonuna ehtiyacınız olacaqdır.

İngilis dilində danışmalı olduğunuz bir yerə getməzdən əvvəl vəziyyətə uyğun hazırlaşa bilərsiniz. Bir restorana getməyə hazırlaşırsınızsa, restoranda hansı söhbətlər edə biləcəyinizi düşünmək və müvafiq olaraq söz ehtiyatınızı yeniləyə bilərsiniz. Ofisiantın sizə verə biləcəyi sualların cavabları üzərində işləyə bilərsiniz. Əvvəlcədən yeməklər və menyu haqqında danışmağa cəhd edə bilərsiniz. Bunlara əvvəlcədən hazırlaşamaq sizin özünüzə güvəninizin artmasına və daha rahat formada danışmanıza səbəb olacaqdır.

Danışıq bacarıqlarını inkişaf etdirmək

Əvvəlcə yazılı mətnlər vasitəsilə lüğətinizi inkişaf etdirə bilərsiniz. Ancaq müəyyən bir səviyyəyə çatdıqdan sonra dinləmə bacarıqlarınıza diqqət yetirməkdən və bir çox insanın etdiyi səhvdən çəkinin. Ölkəmizdə rast gəlinən problemlərdən biri, yazılı bir çox sözləri bilməyimizə baxmayaraq, eşitdiyimiz zaman başa düşməməyimiz və ya sözü necə tələffüz edəcəyimizi bilməməyimizdir.

Bu problemin qarşısını almaq üçün internetdəki müxtəlif saytlardan istifadə edə bilərsiniz.

İngilis dilində olan mətnləri səsli oxumaq

Danışmaq həm zehni, həm də fiziki prosesdir. Başqa sözlə desək, danışarkən dilinizin dönməyi lazımdır. İngilis dilində tələffüz və söz quruluşları Azərbaycan dilində çox fərqli olduğu üçün İngilis dilində düzgün tələffüz uzun müddət davam edən təcrübə tələb edir. Bu prosesi sadələşdirmək üçün isə əlinizdə tutduğunuz və ya ekranda açıq olan bir yazını mümkün olduğu qədər düzgün tələffüz etməyə və səsli oxumağa çalışın. Danışarkən səsinizi yaza da bilərsiniz. Bilmədiyiniz sözlərin tələffüzünə baxın. Sonra özünüzü dinləyin və düzəlişlər edin. Səhvinizin olmaması əladır, amma səhv etdiyiniz yerlərin fərqinə varmaq da bir uğurdur.

Öz-özünüzə İngilis dilində danışmaq

Qulağa qəribə gəlsə də, bu, çox faydalı bir üsuldur. Ətrafınızda həmişə məşq edə biləcəyiniz birini tapa bilməzsiniz. Belə hallarda, gəzməyə, oturmağa, istirahət etməyə ayırdığınız vaxtlarda öz-özünüzə, öyrəndiyiniz sözlər vasitəsi ilə cümlələr qura, özünüz üçün məşq edə bilərsiniz. Bu eyni zamanda sizin özünüzə olan güvəninizin də artmasına səbəb olacaqdır. Beləliklə, zaman keçdikcə siz daha sürətli danışmağa başlayacaqsınız. Bunu tətbiq edərkən, mümkün olduğu halda səsinizi yazın ki, sonradan özünüzü dinləyə biləsiniz. Fərqinə vardığınız səhvləri qeyd etməyə və düzəltməyə çalışın.

Azərbaycan dilində yaxşı bilinən bir hekayəni İngilis dilində danışmağı yoxlamaq

İngilis dilinizin nə dərəcədə inkişaf etdiyini sınamağın əyləncəli bir yolu da çox yaxşı bildiyiniz bir hekayəni seçib, İngilis dilində danışmaqdır. Hekayənizi danışarkən ana dilinizdə deyil, ingilis dilində düşünməyi unutmayın. Doğru danışmaq əvəzinə, səlis danışmağa diqqət yetirin. Hər cümləni yüksək səslə söyləyin.

İngilis dilində danışmağa heç kiminiz olmasa belə, bu metodla özünüzə olan güvəninizi inkişaf etdirib, öz-özünüzə danışaraq İngilis dilində danışmağı öyrənə bilərsiniz, eyni zamanda axıcı danışmaq mövzusunda ustalaşa bilərsiniz.

Güzgüdən faydalanmaq

Fürsət tapdıqca gündə bir neçə dəqiqəliyinə güzgü qarşısında dayanıb danışmağı unutmayın. Bir mövzu seçin, saniyəölçəninizi 2-3 dəqiqəlik təyin edin və danışmağa başlayın. Bu məşqin məqsədi danışarkən ağız və dodaq hərəkətlərini, üz ifadələrinizi və bədən dilinizi izləməkdir. Ayrıca bir iş ortağınız ilə danışırmış kimi məşq edə bilərsiniz, çünki güzgü ilə danışmaq kiməsə danışdığınız hissini verir.

Dayanmadan 2-3 dəqiqə danışmağa çalışın. Bilmədiyiniz bir sözdə ilişib qaldığınız zaman, fikirlərinizi başqa cür ifadə etməyə çalışın. Bütün bunlardan sonra, iki-üç dəqiqə bitdikdən sonra sözə baxa və xatırlaya bilmədiyiniz sözü axtara bilərsiniz. Bu məşq sizə hansı sözlərlə və ya ifadələr ilə bağlı problemləriniz olduğunu müəyyənləşdirməyə kömək edəcəkdir.

İngilis dilində fikirləşmək

Əgər ana dilinizdə düşünürsünüzsə və sonra ingilis dilində danışmağa çalışırsınızsa, mütəmadi olaraq iki dil arasında tərcümə etməli olacaqsınız. Təbii ki, tərcümə elə də asan məsələ deyil! İki və ya daha çox dildə səlis danışa bilənlər belə bir dildən digər dilə keçmək mövzusunda çətinlik çəkə bilərlər. Bəs bu məsələni necə həll edə bilərik?

Həll yolu İngilis dilində düşünməkdən keçir. Bunu istənilən vaxt və hər yerdə edə bilərsiniz. Gününüzü zehninizdə canlandırarkən və ya nə sifariş edəcəyinizə qərar verərkən ingilis dilindən istifadə etməyə çalışın. Hətta sözlərin mənasını axtarmaq üçün İngilis – İngilis olan lüğətlərdən istifadə edin. Bu yolla ana dilinizdən istifadə etmək və sözləri tərcümə etmək məcburiyyətində qalmayacaqsınız. İngilis dilində düşündüyünüz zaman İngilis dilində danışmağın daha asan olduğunun fərqinə varacaqsınız.

Vurğulu səslərə diqqət etmək

İngilis dilində bəzi sözlərdə və cümlələrdə vurğudan istifadə edilir. Bu da sözlərə və cümlələrə fərqli mənalar qazandırmaq üçün müəyyən sözləri ya da hecaları daha vurğulu tələffüz etməli olduğunuz mənasına gəlir. İngilis dilində danışmaq və tələffüz etmək bacarıqlarını necə inkişaf etdirməli olduğunuz ilə bağlı verdiyiniz suallara aldığınız cavabların çoxu məhz vurğu ilə bağlı olacaqdır.

Bunun üçün də ana dili İngilis dili olan şəxslərin haralarda vurğudan istifadə etdiklərinə diqqət edin. Sonra da onları eyni formada təkrarlamağa çalışın. Bu, həm daha rahat formada danışmağınızı təmin edər, həm də yanlış anlaşılmaların qarşısına keçər. Bəzən vurğudan səhv heca üzərində istifadə etmək bir sözün mənasını tamamilə dəyişdirir. Məsələn, “ADdress” sözü “adDRESS” sözü ilə eyni mənaya gəlmir. “ADdress” birinin yaşadığı yeri, yəni Azərbaycan dilindəki adresi ifadə etdiyi halda, Türkçedeki adresi ifade ederken, “adDRESS” bir qrup insana rəsmi olaraq xitab etmək, danışmaq mənasına gəlir. Aradakı fərqi eşitməyi öyrənin.

Bir neçə yanıltmac deməyi öyrənin

İngilis dilində “tongue twister” adlandırılan yanıltmacları deməyi öyrənməklə İngilis dilində danışıq bacarıqlarını inkişaf etdirə bilərsiniz. İngilis dilindəki yanıltmaclara nümunə olaraq “The thirty-three thieves thought that they thrilled the throne throughout Thursday.” göstərə bilərik. Bu yanıltmacın Azərbaycan dilindəki qarşılığı İngilis dilindəki ilə eyni təsiri bağışlamasa da aşağıdakı mənaya gəlir: Otuz üç oğru Cümə axşamı boyunca taxtı həyəcanlandırdıqlarını düşündülər.

Bunu bir neçə dəfə İngilis dilində sürətli formada təkrarlamağı yoxlayın. Elə də asan deyil, elə deyilmi?

Bunun kimi söz oyunları, sözləri tələffüz edərkən ağzınızın və dilinizin düzgün formada şəkil almasna kömək edəcək və tələffüzünüzü inkişaf etdirəcəkdir.

Səhv etməkdən qorxmayın

Bu, bir çox insanın qarşılaşdığı əsas problemdir. Səhv edərəm, mənə gülərlər qorxusu ilə insanlar müəyyən bir mövzu haqqında İngilis dilində danışmağı bilsə də, danışmaqdan çəkinirlər. Düşünün ki, bilməmək yox, öyrənməmək ayıbdır. Siz səhv etdiyiniz zaman sizin səhvinizi düzəldən insandan canınızı qurtara bilərsiniz. Ancaq səhviniz barədə mövzu açılmazsa, siz bunun səhv olduğunu bilməyəcəksiniz və özünüzü inkişaf etdirmə fürsətini əldən vermiş olacaqsınız.

Bu baxımdan mümkün qədər çox məşq edin, İngilis dilini sizdən daha yaxşı bilən yaxın dostlarınızdan və müəllimlərinizdən sizin səhvlərinizi düzəltmələrini və sizə məsləhət vermələrini xahiş edin. Bu yolla addım-addım daha yaxşı danışa bilərsiniz. Səhvlərinizdən nəticə çıxarmağı öyrənin. Tez-tez səhvlərinizi qeyd edin və onların üzərindən şüurlu şəkildə keçin. Səhv etdiyiniz zaman  özünüzə qarşı qəddar olmayın.

İngilis dilini öyrənməyə başlamaq

İngilis dilini öyrənməyə yeni başlamısınızsa, o zaman sonsuz sayda qaynaqlardan istifadə edə bilərsiniz. İrəli səviyyələr üçün qaynaq sayı bir az azalsa da, İngilis dilini öyrənməyin başlanğıc səviyyəsində sadəcə kitablardan yox, görüntülü və səsli materiallardan da faylanaraq İngilis dilini öyrənmək mümkündür.

Söz əzbərləməkdən tutmuş, cümlə strukturuna və qrammatik qaydalara qədər çox sayda informasiyanı öyrənməyi və təkmilləşdirməyi təmin edəcək video, internet saytları, tətbiqetmə və proqramlar mövcuddur.

İngilis dilini öyrənməyə hansı mövzudan başlamalıyam?

İngilis dilini öyrənməyə hansı mövzudan və haradan başlamağın lazım olduğu fərqli fikirlərə qapı açan bir sualdır. Ancaq ümumi olaraq, əgər əvvəllər İngilis dilini öyrənməmisinizsə, o zaman beginner səviyyəsində yer alan mövzularla təhsilinizə başlaya bilərsiniz.

Bundan əlavə, özünüzü tanıtmaq və gündəlik bəzi söhbətləri qatıla bilmək üçün şablon cümlələri də öyrənmək, həm dili istifadə etməyə başlamağınıza, həm də cümlə strukturuna hakim olmağınıza kömək edir. Bunlara misal olaraq aşağıdakı cümlələri göstərmək olar.

Salamlaşma       

  • Hi! – salam
  • Hello! – salam
  • Good morning! – sabahın xeyir!

Özünü tanıtma 

  • My name is David – mənim adım Daviddir.         
  • I am 27 years old – mənim 27 yaşım var.
  • I am from Azerbaijan – mən Azərbaycandanam.

Gündəlik söhbət

  • How are you today? – bu gün necəsən?
  • What is your job? – sənin işin nədir?     
  • I am tired, but happy – mən yorğunam, amma xoşbəxtəm.

Başlanğıc səviyyəsində yer alan salamlaşma, saatlar, həftənin günləri, aylar və fəsillər, çiçək, ağac və bitki adları, ailə üzvləri, ədədlərin 100-ə qədər yazılışı və oxunuşu kimi mövzularla tanış olmaq sizin üçün daha faydalı olacaqdır.

Ən təməl qrammatik qaydalara misal olaraq İngilis dilində zamanlar, İngilis dilində yiyəlik əvəzlikləri, İngilis dilində qaydasız feillər, İngilis dilində was və were istifadəsi kimi mövzuları göstərə bilərik.

İngilis dilini öyrənməyin sürətli yolu

İngilis dilini öyrənməyin ən sürətli yolu gündəlik həyatda istifadə edilən terminologiyanı öyrənməkdir. Bu sayədə gündəlik həyat, İngilis dilini öyrənməyin əyləncəli yolları sırasında daxil olar. Belə ki, günün hər dəqiqəsi dili öyrənmək üçün ideal zaman formasına gəlir və həm ünsiyyətdə ikən, həm də istirahət edərkən öyrənməyə davam edə bilmək mümkündür.

Bununla yanaşı, filmlər və musiqiləri dinləməklə də İngilis dilini əyləncəli formada öyrənə bilərsiniz. Xoşunuza gələn fəaliyyətlərlə məşğul olarkən dil öyrənmək olduqca xoş olur.

İngilis dilini addım-addım öyrənmək

Tabii tüm bunların yanı sıra, ‘Adım Adım İngilizce Öğren’ prensibinden de uzaklaşmamanızda fayda vardır. Acele etmeyin ve seviyeniz neyse o konudan başlayarak, sistemli bir şekilde ilerleyin. Aksi halde zevkli yol olarak seçtiğiniz rota, pek de keyifli olmayacaktır.

Evdə İngilis dilini öyrənmək

Evdə İngilis dilini öyrənmə metodları artıq demək olar ki, olduqca təsirli metodlar siyahısında ən üstə yazılmış vəziyyətdədir. Evə gələn müəllim vasitəsi ilə İngilis dilini öyrənmək ən ənənəvi metodlar arasında hələ də aktuallığını qoruyub saxlayır.

Bundan əlavə, tədris setiləri alıb, yazılı, səsli və s. media vasitələrinin də dəstəyi ilə müəyyən bir səviyyəyə çata bilərsiniz. Ancaq bu metodların hamısından daha yaxşı və praktiki bir həll yolu da var ki, bu metod sayəsində yerimizdən qalxmadan amerikalı və ya ana dili İngilis dili olan hər hansı biri ilə İngilis dilində danışmağı öyrənə bilərsiniz. Bu halda online təhsil daha da effektiv forma qazanmış olur.

İngilis dilini öyrənmək üçün məsləhətlər

İngilis dilini öyrənmə metodları başlığının içərisində vurğuladıqlarımızdan ən vaciblərinə yenidən nəzər salacaq olsaq; İngilis dilini öyrənmək üçün ən effektiv yolun, ana dili İngilis dili olan şəxslərlə ünsiyyətdə olmağı ən üst pilləyə yerləşdiririk. Dili öyrənmək üçün o dilin danışıldığı ölkələrə baş çəkmək çok effektiv ikən, maddi və ya fərqli səbəblərdən xarici ölkələrə gedə bilməyənlər üçün ən yaxşı yol məhz online təhsildir. Online təhsil zamanı “native” müəllimlərlə danışmaq öyrənməyimiz üçün uyğun şərait yaradır. Bundan əlavə hər hansı kursa getmək də, yuxarıdakılar qədər olmasa da, təsiri görünən metodlardan biridir və öz ölkəmizdə də bu vasitə il İngilis dilini öyrənmək mümkündür.

İngilis dilini öyrənməyin vacibliyi

Hər hansı bir məhsulu satın aldığınız zaman istehsal yeri hara olursa-olsun, məhsulun üzərindəki bütün məlumatların İngilis dilində olduğunu görürük. Bildiyimiz kimi internet və kompyuter texnologiyaları da İngilis dili üzərində qurulub. Ana dilimizdə məlumatların azlığı və hətta yoxluğu səbəbi ilə İngilis dilini bilmək bizim üçün olduqca önəmlidir.

Xaricə səyahətlər zamanı 4 dil bilmək əvəzinə, İngilis dilini bilmək daha çox faydalıdır və iş dünyasında İngilis dilinin terminologiyası daha çox istifadə edilir.

Qısacası, dünyada İngilis dilində danışılır və bu dili öyrənmək artıq seçim olmaqdan çıxıb, vacib hal almışdır. Siz də bu yazımızda qeyd etdiyimiz öyrənmə metodlarından istifadə edərək, bu dili qısa müddət ərzində öyrənə bilərsiniz.

Beləliklə, bir mövzumuzun daha sonuna gəldik. Fikirlərinizi bizimlə paylaşmaqdan çəkinməyin.

Recent Content