İngilis dilində saatlar - Wordly

İngilis dilində saatlar


İngilis dilində saatlar

İngilis dilində saatlar olduqca vacib mövzulardan biridir. Çünki istər xaricə səfər zamanı, istər iş mühitində, istər rəsmi və ya şəxsi yazışmalarda tez-tez müraciət edilən bir mövzudur. Bu səbəblə də İngilis dilində saat haqqında danışarkən “işləyir”, “qalır”, “yarısı” kimi ifadələrin qarşılığını bilmək vacib şərtdir. Odur ki, bu yazımızda aşağıdakı başlıqlara toxunacağıq:

  • İngilis dilində saat necə soruşulur?
  • Tam saatlarda saatın yazılışı
  • Yarım saatlarda saatın yazılışı
  • İngilis dilində “işləmiş” necə ifadə edilir?
  • İngilis dilində “qalmış” necə istifadə edilir?
  • 15 dəqiqə işləmiş və qalmışlarda saatın yazılışı
  • Saatlarda A.M və P.M nədir, nə zaman istifadə edilir, fərqləri nədədir?

İngilis dilində saat necə soruşulur?

İngilis dilində saatı soruşmağın ümumi qaydası belədir:

  • What time is it? – saat neçədir?
  • What is the time? saat neçədir?

Mümkün qədər nəzakətli olmaq lazımdırsa və ya tanış olmayan birindən saat soruşulmalıdırsa, o zaman “Could you tell me the time please?” və ya ‘Excuse me, could you tell me what time it is, please?’ şablonlarından istifadə edilir.

Bundan əlavə vaxtla bağlı adətən aşağıdakı sual sözlərindən istifadə edilir:

  • What time…? – hansı vaxt, nə vaxt?
  • When…? – nə vaxt?
  • What time does the flight to New York leave? – Nyu-Yorka uçuş nə vaxtdır?
  • When does the bus arrive from London? – avtobus Londondan nə vaxt gəlir?
  • When does the concert begin? – konsert nə vaxt başlayacaq?
  • Have you got the right time? – uyğun vaxtın var?
  • What time do you make it? (British English) – nə vaxt edərsən?
  • Do you have the time? (British English) – sənin vaxtın var?
  • What time do you have? (Amerikan) – saatınız neçədir?

İngilis dilində saatlar haqqında danışmaq bir az qarışıq görünsə də, bir neçə qayda öyrənildiyi təqdirdə olduqca asan formada qavranılması mümkündür. Bu səbəblə də bu mövzunu addım-addım, tam saatlar, yarım saatlar, 15 dəqiqə işləyir və qalır ifadələrini ayrılıqda izah edəcəyik. İlkin olaraq bilmək lazımdır ki, saat haqqında məlumat soruşulduğu zaman cavabı hər zaman “it is” ilə başlamalıdır. Bunun səbəbi də “time” – vaxt sözünün sayılmayan isim olmasıdır.

İngilis dilində saatlar

Tam saatlarda saatın yazılışı

Tam saatlar hər zaman “o’clock”  sözü ilə birlikdə deyilir: Tam saatları ifadə etmək üçün deyilməli olan tək şey “It is….o`clock”  ifadəsidir. Nümunə üçün;

  • 2:00 = It is two o`clock Saat ikidir.
  • 4:00 = It is four o`clock   saat dörddür.
  • 8:00 = It is eight o`clock – saat səkkizdir.

Yarım saatlarda saatın yazılışı

Yarım saatlar haqqında bəhs etmək üçün “half past” formasından istifadə edilir: 8:30 – It is half past eight – saat doqquzun yarısıdır.

Burada cümlə “It is nine past half” şəklində ola bilməz. Çünki saat (rəqəm) hər zaman cümlənin sonunda deyilir.

  • 5:30 – It is half past six – saat altının yarısıdır.
  • 6:30 – It is half past six – saat yeddinin yarısıdır.

Qeyd: Azərbaycan dilinin əksinə İngilis dilində tam saat hər zaman “işləmiş, qalmış, dəqiqə, yarısı” sözlərindən sonra gəlir.

İngilis dilində “işləmiş” necə ifadə edilir?

İngilis dilində işləyir ifadəsi olaraq “past” sözündən istifadə edilir. Past sözü yarım saata qədər olan dəqiqələri demək üçün istifadə edilir. Məsələn, “It is thirty five past four” cümləsinin tərcüməsi “saat 4-ü 35 dəqiqə keçir” və ya “5-ə 25 dəqiqə qalıb” şəklində olur.

“Past” sadəcə yarım saata qədər istifadə edilir.

  • 2:10 = It is ten past two – 3-ə 10 dəqiqə işləyir.
  • 4:20 = It is twenty past four –5-ə 20 dəqiqə işləyir.
  • Qeyd: Amerikan İngiliscəsində Past əvəzinə After istifadə edilir.
  • 3:20=It is twenty past three / It is twenty after three – 4-ə 20 dəqiqə işləyib.
  • 7:10= It is ten past seven / It is ten after seven – 8-ə 10 dəqiqə işləyib.

Saatın neçə olduğunu ifadə edərkən 5 və 5-in qatları olan 10, 15, 20, 25 kimi ədədlərdən başqa geri qalan bütün ədədlərin arxasına “minutes” sözü əlavə edilir.

  • 6:28 – It is twenty one minutes past six – altını 21 dəqiqə keçir. (Burada 21 dəqiqə demək üçün 21-in yanına “minutes” – dəqiqələr sözü əlavə edilib)
  • 4:16It is sixteen minutes past four – dördü 16 dəqiqə keçir (5-ə 16 dəqiqə işləyir)
  • 7:13 – It is thirteen minutes past seven – yeddini 13 dəqiqə keçir (8-ə 13 dəqiqə işləyir)

İngilis dilində “qalmış” necə ifadə edilir?

“Qalmaq” ifadəsi üçün isə “to” istifadə edilir. Bir qayda olaraq tam saatı 30 dəqiqə keçdikdən sonra, yəni saat yarısını keçdikdən sonra “to”-dan istifadə etmək nəzərdə tutulub. Bu səbəbdən də yarımdan sonrakı vaxtı bildirmək üçün “to” deyilir.

  • 7:40 – It is twenty to eight – səkkizə 20 dəqiqə qalıb.
  • 10:50 – It is ten to eleven – on birə 10 dəqiqə qalıb.
  • 1:35 – It is twenty five to two – ikiyə 25 dəqiqə qalıb.
  • 3:48 – It is twelve minutes to four – dördə on iki dəqiqə qalıb.
  • 7:33 – It is twenty seven minutes to eight – səkkizə iyirmi yeddi dəqiqə qalıb.

Amerikan İngiliscəsində “to” əvəzinə “before” istifadə edilir.

  • 8:40 – It is twenty to nine /It is twenty before nine – doqquza 20 dəqiqə qalıb.
  • 10:45- It is quarter to twelve / It is quarter before eleven – on ikiyə on beş dəqiqə qalıb.

Saatın gecə yarısı olduğunu bildirmək üçün qısaca olaraq “It is midnight” deyilir: 24:00 – It is midnight – gecə yarısıdır – saat 12-dir.

Buna baxmayaraq, satin günorta 12:00 olduğunu bildirmək üçün isə 12 o`clock deyilir: 12:00 – It is twelve o`clock – Saat on ikidir.

15 dəqiqə işləmiş və qalmışlarda saatın yazılışı

15 dəqiqə işləyir demək üçün “quarter past” ifadəsindən istifadə edilir.

  • 8:15=It is quarter past eight – Səkkizi 15 dəqiqə keçir. (9-a 15 dəqiqə işləyir)
  • 1:15-It is quarter past one – biri 15 dəqiqə keçir. (2-ə 15 dəqiqə işləyir).

15 dəqiqə qalıb demək üçün “quarter to” istifadə edilir.

  • 10:45 – It is quarter to eleven – on birə on beş dəqiqə qalıb.
  • 1:45 – It is quarter to two – ikiyə on beş dəqiqə qalıb.
  • 9:43 – It is seventeen minutes to ten – ona on yeddi dəqiqə qalıb. 

Qeyd: seventeen sözünün yanında “minutes” istifadə edildiyinə diqqət yetirin. Yuxarıda da qeyd edildiyi kimi dəqiqələrdən bəhs edərkən 5 və 5-in qatlarından əlavə bütün digər rəqəmlər üçün “minute” sözündən istifadə edilir.

Gündəlik həyatımızda saatlardan bəhs edərkən “It is past / to ….” Qəliblərinin əvəzinə Azərbaycan dilində olduğu kimi sadəcə rəqəmləri də deyə bilərik. Bu quruluşdan istifadə edərkən sadəcə 12 saatlıq zaman formatından istifadə edilir. Məsələn, 21:50 deyərkən twenty one fifty deyil, nine fifty deyilir.

  • What time is it ?
  • 10:15 – nine fifteen – doqquz on beş.
  • 1:20 – One twenty – bir iyirmi.
  • 7:45 – Seven forty five – yeddi qırx beş.

Saatlarda AM və PM nədir, nə zaman istifadə edilir, fərqləri nədədir?

AM latın dilindəki ante meridiem günortadan əvvəl mənasına gələn a.m. şəklində yazılan və gecə saat 00:00 ilə gündüz saat 12:00 arasındakı vaxtı bildirmək üçün istifadə edilən qısaltmadır.

PM isə latın dilində post meridiem günortadan sonra mənasına gələn, p.m. olaraq yazılan və günorta saat 12:00 ilə gecə saat 00:00 arasındakı vaxtı bildirmək üçün istifadə edilən qısaltmadır. Bu qısaltmalar istifadə edildiyi ölkədən asılı olaraq bəzən böyük hərflərlə “AM və PM”,  bəzən isə kiçik hərflərlə “am və pm”, bəzən isə “a.m. və p.m.” şəklində yazılır. Cambridge universitetinin lüğətində isə “a.m. ve p.m.” kimi yazıldığı bildirilir. İngilis dilində AM və PM qısaltmaları sadəcə 12 saatlıq vaxt formatından istifadə üçün nəzərdə tutulub. Məsələn, heç vaxt “saat 21:20 p.m.-dir” deyilmir. Bunun yerinə “saat 10:30 p.m.-dir” deyilir.

Yazışmalarda və ya telefon danışıqlarında qısa zaman formatından istifadə edərkən hər hansı qarışıqlığa yol verməmək üçün a.m. və p.m. istifadə edilir.

  • The train leaves at 06:10 a.m. – Qatar sabah saat altı onda gedir.
  • I have an appointment tomorrow at 10:15 p.m. – sabah axşam 10:15 (22:15)-də görüşüm var.

AM istifadəsi

Əgər gecə saat 00:00 ilə gündüz saat 12:00 arasındakı vaxtı bildirmək lazımdırsa, o zaman a.m. istifadə edilir.

  • I’m usually awake by 8:00 a.m. – adətən səhər saat 8-də oyaq oluram.
  • School begins at 8:10 a.m. – məktəb saat 8:10 başlayır.
  • Breakfast is served from 7:30 a.m. to 11:00 a.m. – səhər yeməyi səhər 7:30 ilə 11:00 arasında verilməkdədir.
  • The library is open from 9 a.m. to 11:00 a.m. on Saturdays – Şənbə günləri kitabxana səhər 09:00 ilə 11:00 arasında açıq olur.

Qeyd: “Günorta saat 12:00-dır” demək üçün 12:00  a.m. istifadə edilmir. Bunun yerine “It is twelve o’clock” və ya “it is 12:00” ifadəsindən istifadə edilir.

PM istifadəsi

Günorta saat 12:00 ilə gecə saat 00:00 arasındakı vaxtı bildirmək üçün PM istifadə edilir.

  • I work  from 4:00 p.m. to 11:00 p.m.- günortadan sonra saat 4 ilə 11 arasında işləyirəm.
  • I always go to bed at 10:00 p.m.- həmişə axşam saat 10-da yatıram.
  • The doctor receives his patients between 3:00 p.m. and 6:00 p.m. – həkim günortadan sonra saat 3 ilə 6 arasında xəstə qəbul edir.  
  • The water will be cut off tomorrow from 1 p.m. to 3 p.m. due to construction work – sabah sular inşaat səbəbi ilə birlə üç arasında kəsiləcək

Qeyd: “Gecə saat 12:00 = 00:00-dır” demək üçün p.m. istifadə edilmir. Bunun əvəzində “it is midnight” ifadəsi işlənir.

  • A: What time is? – Saat neçədir??
  • B: It is midnight – Saat gecə yarısı 00:00-dır.

Nümunə dialoq: Natasha: What time is it? We’re going to be late! Tony: It’s a quarter after 7. We’re on time. Don’t panic. Natasha: But I thought we had to be at the restaurant by 7:30 for the surprise party. We’ll never make it there with all this evening traffic. Tony: Sure we will. Rush hour is almost over. Anyway, the party starts at 8. But I do need help with directions. Can you call the restaurant and ask them where we park our car?

Tərcüməsi: Natasha: Saat neçədir? Gecikəcəyik. Tony: Yeddini 15 dəqiqə keçir. Tam vaxtındayıq. Həyəcanlanma. Natasha: Düşünürdüm ki, sürpriz əyləncə üçün saat 7: 30-da restoranda olmalıyıq. Bu axşam tıxacı ilə orada ola bilməyəcəyik. Tony. Əlbəttə ki, olacağıq. Tələsik saat demək olar ki, bitdi. Hər nə isə, əyləncə 8-də başlayır. Amma istiqamətlər mövzusunda köməyə ehtiyacım var. Restorana zəng edib maşınımızı harada saxlaya biləcəyimizi soruşa bilərsənmi?

Əgər siz də oxumaqla kifayətlənməyib, daimi olaraq yeni sözlər öyrənmək, həmin sözlərin cümlə içərisində necə istifadə edildiyini bilmək istəyirsinizsə, o zaman getwordly.com məhz sizlər üçündür. Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız. Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə bilərcəksiniz.

Düşüncələriniz bizim üçün dəyərlidir, bizimlə paylaşmaqdan çəkinməyin 🙂

İngilizce Kelime Ezberlemek Artık Çok Kolay

Uygulamayı Ücretsiz İndir; Her gün yeni kelimeler telefonuna gelsin
Örnek cümle ve anlamlarını öğren
Hatırlatmalarla pratik yap, kalıcı öğren, unutma
Offline modu ile Internete ihtiyacın olmadan kelime öğren
İngilizce Kelime Öğrenmeye Başla

Recent Content

×
wordly-logo
Wordly İngilizce Öğrenme ve Kelime Ezberleme Uygulaması
Uygulamayı Ücretsiz İndir
Her gün yeni kelimeler telefonuna gelsin
Uygulamayı İndir
×
wordly-logo
تطبيق Wordly لتعلم اللغة الإنجليزية وحفظ المفردات الإنجليزية
تحميل التطبيق مجانا
احصل على كلمات جديدة على هاتفك كل يوم
Uygulamayı İndir
×
wordly-logo
WORDLY ingilis dili öyrənmə və söz əzbərləmə proqramı
Tətbiqi ödənişsiz yüklə
Hər gün yeni sözlər telefonuna gəlsin
Uygulamayı İndir