İngilis dilində salamlaşma qəlibləri və dialoqları - Wordly Danışır ...

İngilis dilində salamlaşma qəlibləri və dialoqları


İngilis dilində salamlaşma

Yeni xarici dil öyrənmək özündə bir çox yenilikləri ehtiva edir. Bunun səbəbi də ana dilimiz ilə yeni öyrəndiyimiz dil arasında olan fərqlərdən qaynaqlanır. Yeni sözlər, yeni qəliblər, yeni deyimlər, yeni qaydalar və s. kimi bir çox yeni nüanslar mövcuddur. Ancaq hər dildə olduğu kimi İngilis dilində də keçərli olan bir şey var ki, o da birisi ilə ünsiyyətə başlamazdan əvvəl salamlaşmaqdır. Bu səbəblə də İngilis dilindəki salamlaşma qəlibləri olduqca vacib başlıqlardan biridir. Bu mövzuda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • İngilis dilində ən çox istifadə edilən salamlaşma sözləri və qəlibləri
  • Hey, Hey Man, Hi, Hello – salam
  • How’s it going? – işlər necə gedir?
  • How’s everything ?, How are things?, How’s life? – Nə var nə yox? Həyat necə gedir?
  • How’s your day? – günün necə idi? Və ya How’s your day going? – günün necə keçir?
  • Good to see you və ya Nice to see you – səni görmək gözəldir
  • Long time no see və ya It’s been a while  – uzun müddətdir ki, görüşmürük
  • İngilis dilində iş salamlaşmaları və rəsmi salamlaşmalar
  • Good morning – sabahınız xeyir, Good afternoon – günortanız xeyir, Good evening – axşamınız xeyir
  • It’s nice to meet you və ya Pleased to meet you – sizinlə tanış olduğum üçün məmnun oldum.
  • How have you been? – görüşmədiyimiz vaxtdan bəri necəsiniz?
  • How do you do? – necəsiniz?
  • İngilis dilində “salam” jarqon olaraq necə deyilir?
  • Yo! – Hey
  • Are you OK?, You alright?, Alright mate? – yaxşısan?
  • Howdy! – nə xəbər? Və ya salam!
  • Sup? Və ya Whazzup? – nə xəbər?
  • G’day mate! – xoş günlər!
  • Hiya! – salam!

İngilis dilində ən çox istifadə edilən salamlaşma sözləri və qəlibləri

İngilis dilində salamlaşma sözləri Azərbaycan dilindəki kimi limitli deyil. Məktəb vaxtlarında öyrəndiyimiz “hello” və “hi” sözləri bu siyahının çox kiçik bir hissəsidir. Gündəlik danışıqlarda, iş həyatında, dost mühitində istifadə edə biləcəyimiz, səmimiyyət dərəcəsinə görə fərqlənən bir çox salamlaşma qəlibi mövcuddur. Məsələn, həm ən yaxın dostunuza, həm də müdirinizə eyni formada salam verə bilməzsiniz. Bundan əlavə çox sayda söz və qəlib bilmək, danışıq zamanı təkrarçılığı aradan qaldıracaq, dilinizi daha axıcı formaya gətirəcəkdir.

Ümumi salamlama formaları

  • Hello  – salam
  • Hi  – salam
  • Hey – ey
  • Yo – ey
  • Hey man – ey, kişi
  • Howdy – nə var, nə yox?
  • Welcome! – Buyurun və ya xoş gəlmisiniz.
  • Nice to see you again. – səni yenidən görmək çox xoşdur
  • I’m glad to see you. – səninlə görüşmək necə də xoşdur.
  • I’m happy to see you – səni görməkdən məmnunam.
  • I’m  pleased to see you – səni görməkdən məmnunam.
  • Pleased to meet you – səni görməyimə (tanış olmağıma) şadam.
  • Pleased to meet you, too – mən də səni görməyimə şadam.

Good”… ilə başlayan salamlama qəlibləri

  • Good morning – sabahın xeyir
  • Good afternoon – günortan xeyir
  • Good evening – axşamın xeyir
  • Good to see you – səni görmək gözəldir
  • Good to see you again – səni yenidən görmək gözəldir
  • Good to see you, too – səni də görmək gözəldir

“How”… Greetings

  • How are you? – necəsən?
  • How are things? – necə gedir?
  • How ya doin’? – necəsən? necə gedir?
  • How are you doing today? – bu gün nə edirsən?
  • How’s it going? – necə gedir?
  • How’s everything? – hər şey necədir?
  • How’s your day going? – günün neçə gedir?
  • How’s everything going? – hər şey necə gedir?
  • How’s life? – həyat necə gedir?
  • How’s your day? – günün necə keçir?
  • How’ve you been? – görüşmədiyimiz müddətdə necəsən?
  • How nice to meet you! – səninlə görüşmək necə də xoşdur
  • How nice to meet you, too! – səninlə görüşmək necə də xoşdur

“What”… ilə başlayan salamlama qəlibləri

  • What’s new? – yeni nə xəbər var?
  • What’s up? – nə var, nə yox?
  • What’s going on? – nə baş verir?
  • What’ve you been doing these days? – bu günlərdə nə edirsən?
  • What’s new with you? – səninlə bağlı yeni nə var?
  • What’s happening? – nə baş verir?
  • What up? – nə var, nə yox?
  • Wassup? – nə var, nə yox?
  • Waz up? – nə var, nə yox?
  • Wazzup? – nə var, nə yox?
  • Wuzzup? – nə var, nə yox?
  • Wussup? – nə var, nə yox?
  • Wa’up? – nə var, nə yox?
  • Sup? – nə var, nə yox?

İngilis dilində salamlaşma ilə bağlı müxtəlif dialoqlar ilə aşağıda tanış ola bilərsiniz:

Dialoq 1. (formal) James: Good morning, Professor Austin. How are you doing? Professor Austin: Good morning, James. I am doing well. And you? James: I’m great, thank you. This is my friend Emma. She is thinking about applying to this college. She has a few questions. Would you mind telling us about the process, please? Professor Austin: Hello, Emma! It’s a pleasure to meet you. I’m more than happy to speak with you. Please stop by my office next week. Emma: It’s a pleasure to meet you, professor. Thank you so much for helping us. Professor Austin: Don’t mention it. Hopefully, I will be able to answer your questions!

Tərcüməsi: James: Sabahınız xeyir, professor Austin. Necəsiniz? Professor Austin: Sabahınız xeyir, James. Yaxşıyam. Sən necəsən? James: Mən çox yaxşıyam, təşəkkür edirəm. Bu mənim dostum Emmadır. Bu kollecə müraciət etməyi düşünür. Bir neçə sualı var. Zəhmət olmasa, bizə proses barədə məlumat verə bilərsiniz? Professor Austin: Salam, Emma! Sizinlə görüşmək çox xoşdur. Sizinlə danışdığım üçün çox xoşbəxtəm. Xahiş edirəm ki, gələn həftə ofisimə gəlin. Emma: Tanış olduğumuz üçün məmnun oldum, professor. Bizə kömək etdiyiniz üçün çox sağ olun. Professor Austin: Dəyməz. İnşallah suallarınızı cavablandıracağam!

Dialoq 2. (formal) John: Good morning. – Sabahınız xeyir. Alan: Good morning. How are you? – Sabahınız xeyir. Necəsiniz? John: I’m very well thank you. And you? – Mən çox yaxşıyam, təşəkkür edirəm. Bəs siz? Alan: I’m fine. Thank you for asking. – Yaxşıyam. Soruşduğunuz üçün təşəkkürlər. John: Do you have a meeting this morning? – Bu səhər iclasınız var? Alan: Yes, I do. Do you have a meeting as well? – Bəli, var. Sizin də iclasınız var? John: Yes. Well. It was a pleasure seeing you. – Bəli. Yaxşı. Sizi görmək çox xoş idi. Alan: Goodbye. – Hələlik.

Dialoq 3. (informal) A: Hi Corey. – Salam, Corey. B: Hey, Jennifer. Good to see you. – Hey, Jennifer. Səni görmək gözəldir. A: You too. How’ve you been? – Səni də. Görüşmədiyimiz müddətdə necəsən? B: Busy. You? – Məşğul. Sən? A: Pretty good. How’s your new job? – Olduqca yaxşı. Yeni işin necədir? B: It’s okay. There’s a lot to learn. What’s new with you? – Yaxşıdır. Öyrəniləcək çox şey var.  Səndən nə xəbər? A: Not much. The kids are back at school. – Çox yoxdur. Uşaqlar məktəbə geri qayıtdılar.

Dialoq 4. (informal) Anna: Tom, what’s up? – Tom, necəsən? Tom: Hi Anna. Nothing much. I’m just hanging out. What’s up with you? Salam, Anna. Çox bir şey yoxdur. Sadəcə gəzirik. Səndən nə xəbər? Anna: It’s a good day. I’m feeling fine. – Yaxşı gündür. Özümü yaxşı hiss edirəm. Tom: How is your sister? – Bacın necədir? Anna: Oh, fine. Not much has changed. – Yaxşı. Çox şey dəyişmədi. Tom: Well, I have to go. Nice seeing you! – Getməliyəm. Səni görmək gözəldir. Anna: Later! – Sonra!

Dialoq 5. (informal) Maria: Oh, hello Chris. How are you doing? – Oh, salam, Chris. Nə xəbər? Chris: I’m well. Thanks for asking. How are you? – Yaxşıyam. Soruşduğun üçün təşəkkürlər. Necəsən? Maria: I can’t complain. Life is treating me well. – Şikayət edə bilmərəm. Həyat mənə yaxşı davranır. Chris: That’s good to hear. – Bunu eşitmək xoşdur. Maria: Good to see you again. I need to go to my doctor’s appointment. – Səni təkrar görmək gözəldir. Həkimimin görüşünə getməliyəm. Chris: Nice seeing you. – Səni görmək gözəldir. Maria: See you later. – Sonra görüşərik.

Dialoq 6. (informal) A: Hi, how are you doing? – salam, necəsən? B: I’m fine. How about yourself? – yaxşıyam, səndən nə xəbər? A: I’m pretty good. Thanks for asking. – Çox yaxşıyam. Soruşduğun üçün təşəkkürlər. B: No problem. So how have you been? –  Problem yoxdur. Görüşmədiyimiz müddətdə necəsən? A: I’ve been great. What about you? – Əla idim. Bəs sən? B: I’ve been good. I’m in school right now. – Yaxşı idim. İndi məktəbdəyəm. A: What school do you go to? –  Hansı məktəbə gedirsən? B: I go to PCC. – PCC-ə gedirəm. A: Do you like it there? – Oranı bəyənirsən? B: It’s okay. It’s a really big campus. – Yaxşıdır. Doğurdan da böyük kampüsdür. A: Good luck with school. – Məktəbdə uğurlar. B: Thank you very much. – Çox təşəkkür edirəm.

Hey, Hey Man, Hello, Hi – salam

  • Hey – salam. Yaxınlıq dərəcəsi artdıqca “hi” yerinə “hey” istifadə edilir. Məəslən, yaxın dosta, qonşuya deyilməsi uyğun olan sözdür.
  • “Hey, are you all right?” someone else asked.- başqa biri”salam, yaxşısan?” deyə soruşdu.
  • Hi – salam.“Hello” ilə müqayisədə daha səmimi salamlama şəklidir. Məsələn, tanış olan və yaxınımız olan birini gördüyümüz zaman “hello” yerinə “hi” sözünü istifadə etmək daha məqsədəuyğun olur.
  • “Hi Heidi,” his warm baritone voice called to her. – isti səsi ona”salam Heidi” deyə səsləndi.
  • Hey man – “Hey” ilə eyni mənanı ifadə edir və işlənmə yerləri də eynidir.
  • Hey man what happened? – Ey, kişi, nə oldu?

How’s it going? – işlər necə gedir?

  • How is it going / How are things? – “necə gedir?” mənasındakı bu suala “Same as usual!” – həmişəki kimi qarşılıq verilə bilər.
  • “How are you” – necəsən? ifadəsinin qeyri-rəsmi formasıdır.
  • A: How’s it going? -işlər necə gedir?
  • B: Not bad. I’ve been so busy this week, though. It’s crazy. How are you doing? – Pis deyil. Yenə də bu həftə çox məşğul idim. Sən necəsən?
  • What’s going on? – həyatında nələr baş verir? İşlərin necə gedir? kimi mənaya sahibdir. Sual verdiyiniz şəxs sizə “What about you?” kimi cavab verə bilər. “Fine, nothing” kimi qısa cavablar verilə bilər və ya həyatınızda son dövrdə olan yeniliklərdən bəhs edilə bilər.
  • What’s new? – nə var, nə yox?kimi bir mənası olan, səmimi olduğunuz insanlara deyə biləcəyiniz salamlaşma növüdür.

How’s everything ?, How are things?, How’s life? – Nə var nə yox? Həyat necə gedir?

  • How is everything? – hər şey necədir?, vəziyyət necədir? mənalarından istifadə edilir.
  • Speaking of bad boys, how’s everything with Eduardo after the whole photo incident? – mövzu uşaqlardan açılmışkən, şəkil söhbətindən sonra Eduardo ilə işlər necədir?
  • Jason, how’s everything lately? – Jason, son günlərdə hər şey necədir?
  • How is life? -həyat necə gedir? Gündəlik salamlaşma yollarından biridir.
  • So, how’s life? – yaxşı, həyat necə gedir?
  • Then sit down and tell us how’s life… – O zaman otur və həyatının necə getdiyini danış.

How’s your day? – günün necə idi? və ya How’s your day going? – günün necə keçir?

  • Well, how’s your day? – yaxşı, günün necə keçir?
  • How is your doing? – necəsən? Nə xəbər? Bu suala “Great!” – möhtəşəm və ya “Good” – yaxşı deyə bilərik.
  • Other than that, how’s your day going? – Bunun xaricində günün necə gedir?
  • I mean, they act all nice, but doesn’t it seem a little fake, all that asking questions about how you are and how’s your day? – Hamı nəzakətli davranır, amma bir az qeyri-səmimi görünmürlər mi, necə olduğun və ya gününün necə keçdiyi haqqındakı bu suallar və s.?
  • Pam, how’s your day going? – Pam, günün necə keçir?

Good to see you, Nice to see you – səni görmək gözəldir

  • Good to see you, too, Stuart Stuart, mən də səni gördüyüm üçün sevindim.
  • Good to see you, it’s been a long time. bu qədər müddət sonra səni gördüyüm üçün sevindim.
  • Nice to see you too, Tom. Mən də səni gördüyüm üçün sevindim, Tom.
  • Nice to see you again, too, Brenda. – səni gördüyüm üçün sevindim, Brenda.

Long time no see, It’s been a while – uzun müddətdir ki, görüşmürük

  • Long time no see, Jee-in – Uzun zamandır görüşə bilməmişik, Jee-in.
  • Long time no see, don’t go! – Uzun zamandır görüşməmişik, qətiyyən getmə!
  • It’s been a while, Lord Kirihara. – Uzun zaman oldu, Lord Kirihara.
  • It’s been a while since you were here. – Burada olduğun vaxtdan bəri çox vaxt keçib.

İngilis dilində iş salamlaşmaları və rəsmi salamlaşmalar

İerarxiyanın olduğu iş yerləri və ofis mühiti insanların bir-birinə salam vermək üçün uzun müddət düşünməsinə səbəb olan yerlərin başında gəlir. Gününüzün çox hissəsini birlikdə keçirdiyiniz bu insanlara qarşı “ofis qaydaları”nın qoyduğu şərtlərə görə davranmaq məcburiyyətindəsiniz. Ofislərin salamlaşma mövzusundakı şərtləri isə əlbəttə ki, hörmət və səviyyəyə söykənir. Bu kimi mühitlərdə və ya ilk dəfə daxil olduğunuz, heç kimi tanımadığınız məkanlarda salamlaşmak üçün seçə biləcəyiniz sözlər aşağıdakılardır:

  • Hello – salam. İngilis dili öyrənərkən qarşımıza ilk çıxan sözlərdəndir. Gündəlik həyatda istifadə edilən məsafəli salamlama sözlərindən biridir.
  • How do you do? – necəsiniz? Ən rəsmi qəliblərdən biridir. İş iclasında, görüşmə zamanı və ya ilk dəfə biri ilə tanış olduğumuz zaman istifadə edilir. Sualın cavabı da qarşı tərəfə eyni formada verilir. 
  • How are you? – necəsiniz? Ciddi mühitlərdə, ancaq tanış şəxslərlə aranızda söhbət başlatmaq üçün istifadə edilir. Cavab olaraq “I’m fine, and you?” – yaxşıyam, siz necəsiniz? və ya “Good, thanks!” – yaxşıyam, təşəkkürlər kimi qısa cavablar verilə bilər.
  • Good morning – sabahın xeyir. Səhər saatlarındakı salamlaşmalar üçün istifadə edilir.  
  • Good afternoon – günortan xeyir. Günortadan sonrakı salamlaşmalar üçün istifadə edilir.
  • Good evening – axşamın xeyir. Axşam saatlarındakı qarşılaşmalar üçün istifadə edilir.
  • Nice to meet you/ Pleased to meet you – Sizinlə tanış olduğum üçün sevindim / məmnun oldum. İlk tanışlıqlarda deyilə biləcək ifadədir.

Good morning – sabahınız xeyir, Good afternoon – günortanız xeyir və Good evening – axşamınız xeyir

  • Good morning, Paradise Police Department. – Sabahınız xeyir, Paradise Polis şöbəsi.
  • Good morning, ladies and gentlemen. – Sabahınız xeyir, xanımlar və cənablar.  
  • Good afternoon and welcome to our tour. – Günortanız xeyir, turumuza xoş gəldiniz.
  • I brought him here, I’m sorry, Good evening. – Onu buraya mən gətirdim, təəssüflənirəm, axşamınız xeyrə.
  • Good evening, again, Springfield. – Təkrarən, axşamınız xeyir, Springfield.

It’s nice to meet you, Pleased to meet you – sizi tanıdığım üçün məmnun oldum

  • It’s nice to meet you under less aggressive circumstances. – Daha az aqressiv şərtlər altında tanış olduğumuz üçün məmnun oldum.
  • Dr. Humbert, I am pleased to meet you. – Dr. Humbert, sizinlə tanış olduğum üçün məmnun oldum.

How have you been?  – görüşmədiyimiz vaxtdan bəri necəsiniz?

  • And that wasn’t exactly the “How have you been?” kind of talking. – O vaxt da “Necəsən?” kimi bir danışıq olmadı.
  • How have you been?  – necəsən?
  • Mr. Smith, how have you been? – Cənab Smith, necəsiniz?
  • How do you do? – necəsiniz?
  • We meet one night, And you say, how do you do? – biz bir gecə tanış olduq və sən “necəsən?” dedin.
  • Mr Gryce. How do you do? – Oh, Cənab Gryce, necəsiniz?

İngilis dilində jarqon olaraq “salam” necə deyilir?

Məsafə saxlamanın önəmsiz olduğu mühitlərdə, dost ortamlarında salamlaşmaq üçün aşağıdakı qəliblərdən istifadə edilə bilər:

  • Whazzup/ Sup? – What’s up? İfadəsinin qısaldılmış və daha səmimi formasıdır. Cavabı “So so!” – idarə edər və ya “Not bad” – pis deyil kimi verilə bilər.
  • Hiya – necəsən? Çox yaxın insanlar üçün istifadə edilir.
  • Howdy – nə xəbər? mənasına gəlir və ‘How do you do?’ ifadəsinin rəsmi olmayan qısaldılmış formasıdır. Dost mühitlərinin jarqon salamlaşma növüdür.
  • Yo – Hey! mənasındadır. Ən yaxınlara xitab kimi istifadə edilir.
  • You alright? – yaxşısan? ən səmimi dostlarımızla salamlaşmaq üçün istifadə edilir.
  • Are you ok? – yaxşısan?mənasındadır. “I’m fine” – yaxşıyam və ya “Not bad!” – pis deyil kimi cavablar verilə bilər.

Yo! – Hey

Yo, good morning! – ey, sabahın xeyir!

Are you OK?, You alright? Alright mate? – yaxşısan?

  • Baby, it’s me, are you OK? – körpəm, mənəm, yaxşısan?
  • Chin, Are you OK? -Chin, yaxşısan?
  • Forgive my question but are you alright? soruşduğum üçün bağışla, amma yaxşısan?
  • You played hooky for a week, are you alright? 1 həftədir dərsə gəlmirsən, yaxşısan?
  • Alright mate, give my regards to your family. –yaxşı, dostum, ailənə salamımı çatdır.  
  • Are you alright mate? –dostum, yaxşısan?

Howdy! – nə xəbər? və ya salam!

Howdy! How you been? – Necəsən? Necə gedir?

Sup? Və ya Whazzup? – nə xəbər?

  • I texted her, like, “Sup?” – Ona “necəsən” yazdım.
  • Hey, Joe! Wazzup? – ey, Joe, nə xəbər?

G’day mate! – xoş gün, dost!

Hey Jennifer, g’day mate! – ey, Jennifer, xoş gün, dost!

Hiya! – salam!

Hiya! I don’t miss these guys… – salam, bunun üçün darıxmışam, dostlar…

Əgər siz də oxumaqla kifayətlənməyib, daimi olaraq yeni sözlər öyrənmək, həmin sözlərin cümlə içərisində necə istifadə edildiyini bilmək istəyirsinizsə, o zaman getwordly.com məhz sizlər üçündür. Bu platforma vasitəsi ilə siz hər gün səviyyənizə və maraq dairənizə uyğun olan sözləri tərcümələri ilə birlikdə görəcəksiniz. Sözlərin mənası, cümlə içərisində istifadə qaydası və cümlələrin tərcüməsi ilə tanış olacaqsınız. Platforma bildirişlər vasitəsi ilə öyrəndiyiniz sözləri müəyyən aralıqlarla yadınıza salacaq və unutqanlığın qarşısına keçəcəkdir. Səsləndirmə vasitəsi ilə həm cümlələrin, həm də sözlərin oxunuşunu eşidəcəksiniz. İnternetsiz, offline olaraq işləyə bilmə özəlliyinə sahib olduğu üçün hər yerdə, hər zaman öyrənməyə davam edə bilərcəksiniz.

Düşüncələriniz bizim üçün dəyərlidir, bizimlə paylaşmaqdan çəkinməyin 🙂

Recent Content