İngilis dilində sifət sıralaması qaydası: nümunələrlə mövzu izahı -

İngilis dilində sifət sıralaması qaydası: nümunələrlə mövzu izahı


İngilis dilində sifətlərin sıralanması

İngilis dili öyrənilməsi çətin bir dil olmasa da, bəzi məqamlarda çətin nöqtələri ilə rastlaşırıq. İngilis dilini öyrənmə mərhələsində ən çox çətinlik çəkəcəyiniz nöqtələrdən biri də böyük ehtimal ki, cümlədə sifətlərin sıralanması olacaqdır. İngilis dilinin qrammatik qaydaları səbəbi ilə, bir sözü izah etmək üçün istifadə edə biləcəyimiz bir-birindən fərqli kateqoriyadakı sifətlərin müəyyən bir sıralama ilə istifadə edilməlidir. Əks halda cümlənin mənası dəyişəcəkdir. Beləliklə, bu mövzumuzda siz aşağıdakı başlıqlar ilə tanış olacaqsınız:

  • İngilis dilində sifət sıralaması nədir?
  • İngilis dilində sifətlər səhv sıralanarsa, nə olar?
  • İngilis dilində sifət sıralamasını necə öyrənmək olar?
  • İngilis dilində sifətin növləri
  • İngilis dilində sifətlər arasında nəyə görə vergüldən istifadə edilmir?
  • Cümlədə ən uyğun sifətlər necə seçilir?

İngilis dilində sifət sıralaması nədir?

Bir-birinin ardınca gəlməli olan İngilis dilində sifətlər aşağıdakı sıralamaya görə istifadə edilməlidir. İngilis dilində cümlədəki sifətlər opinion (fikir), size (ölçü), age (yaş), color (rəng), origin (mənşə), material (material), purpose (səbəb) bildirən sözlər ardıcıllığı ilə sıralanır. Bu sıralamaya İngilis dilində qısaca olaraq “OSACOMP” qaydası deyilir. Ana dili İngilis dili olan şəxslər daimi olaraq bu sıralamanı eşidərək öyrəndikləri üçün bizə bu sıranın nəyə görə var olduğunu izah edə bilməzlər. İngilis dilini ikinci dil olaraq öyrənənlər üçün isə bu qayda əzbərlənməsi və yadda saxlanılması çətin hesab edilən qaydalardan biridir. Amma və lakin lazımi qaydada təcrübə etməklə bütün bu çətinliklərin öhdəsindən gələrək irəli səviyyədə olan İngilis dilinə sahib olmaq mümkündür. Aşağıda bununla bağlı cümlə nümunələri verilmişdir:

  • A beautiful, large, new, yellow, round, Norwegian fabric armchair -gözəl, böyük, yeni, sarı, dairəvi, Norveç istehsalı, parça kreslo.
  • A comfortable, small, old, red, tight, Russian furry hat -rahat, kiçik, köhnə, qırmızı, dar, Rusiya istehsalı tüklü papaq.

Bu İngiliscə cümlələr, OSACOMP qaydasına nümunə olaraq verildiyi üçün əlbəttə ki, lazımsız dərəcədə uzun, ancaq sifət sıralamasını öyrətməsi baxımından nümunə olaraq son dərəcə faydalıdır. Əksər hallarda İngilis dilində cümlə qurarkən istifadə ediləcək sifət sayı ən çox üçdür və normal həyatda quracağınız cümlələr bu nümunələrdən daha asan və başadüşülən oalcaqdır.

İngilis dilində sifətlər səhv sıralanarsa, nə olar?

İngilis dilində sifətlərdən bol olan bir cümlə qurarkən sifətləri OSACOMP qaydasına görə yox, səhv sıra ilə istifadə etsək nə olar? Bu halda istifadə etdiyiniz İngilis dilindəki sifətlərini sırasını qarışdırsanız belə, qorxmayın. Ana dili İngilis dili olan şəxslər böyük ehtimal ki, nə demək istədiyinizi başa düşəcək və hətta sizə doğru sıralamanın necə olduğunu da göstərəcəklər. Aşağıda iki fərqli nümunədə qurulan cümlələrdəki sifət sıralamasının doğru və səhv nümunələrini görə bilərsiniz.

  • Doğru – Big red leather hat -böyük qara dəri çanta.
  • Yanlış – Red leather big hat -qara dəri böyük çanta
  • Doğru – Long metal pink car -uzun çəhrayı metal maşın
  • Yanlış – Pink metal long car -çəhrayı metal uzun maşın.

Bu nümunələrdən də göründüyü kimi istifadə ediləcək fərqli sifətlərin sıralanması yuxarıda da qeyd edildiyi kimi OSACOMP qaydasına əməl edildiyi zaman nümunələrin Azərbaycan dilindəki tərcümələrində olduğu kimi cümlədə məna dəyişikliyi yaşanacaqdır. Bu tip məna dəyişikliklərinin önünə keçmək üçün bu qaydanın tətbiq edilməsi son dərəcə vacibdir.

İngilis dilində sifət sıralamasını necə öyrənmək olar?

Təəssüf ki, OSACOMP qaydasını öyrənərkən işinizi asanlaşdıra biləcək hər hansı bir qısa yol yoxdur. İngilis dilində danışma, yazma, oxuma və ya qulaq asmada olduğu kimi İngilis dili ilə bağlı hər hansı bir mövzuda özünüzü inkişaf etdirmənin və ya yeni bir şey öyrənmənin tək yolu təcrübədir. Mövzu yeni bir dil öyrənmək olduğu zaman praktika etməkdən daha yaxşı metod yoxdur. İngilis dilinizin hansı yönünü inkişaf etdirməyi istəsəniz də, edə biləcəyiniz ən yaxşı praktika ana dili İngilis dili olan şəxslər və ya irəli İngilis dili səviyyəsinə malik olan insanlarla danışmaqdır.

İngilis dilində sifətin növləri

İngilis dilində sifətin 10 növü var. Bunlar aşağıdakılardır:

  1. Quantitiy – miqdar
  2. Opinion Value – fikir, dəyər
  3. Size – ölçü
  4. Temperature – istilik
  5. Age – yaş
  6. Shape – forma
  7. Color – rəng
  8. Origin – mənşə
  9. Material – material
  10. Purpose – səbəb

Azərbaycan dilində olduğu kimi İngilis dilində də sifətlər izah etdikləri isimdən əvvəl gəlirlər. Ancaq bir isimdən əvvəl birdən çox sayda sifət istifadə etməli olduğumuz zamanlarda aşağıdakı sıranı izləmək lazımdır.

  • Şəxsi fikir: izah edilən isimlə bağlı fikrimizi bildirmək üçün istifadə etdiyimiz sifətlərdir: beautiful, ugly, interesting.
  • Ölçü: hər hansı bir şeyin nə qədər kiçik və ya böyük olduğunu izah etmək üçün istifadə etdiyimiz sifətlərdir: Big, small, huge, little, enormous.
  • Yaş: izah olunan ismin nə dərəcədə köhnə, yeni, gənc və ya yaşlı olduğu ilə bağlı məlumat verən sifətlərdir: Young, old, new.
  • Forma: izah olunan ismin forması ilə bağlı məlumat verən sifətlərdir.  Square, rectangular, round.
  • Rəng: izah olunan ismin rəngini izah edir: Red, black, white.
  • Mənşə: izah olunan ismin haradan gəldiyi ilə bağlı məlumat verən sifətlərdir: Turkish, Chinese, Asian, Eastern.
  • Material: izah olunan ismin hansı materialdan hazırlandığı haqqında məlumat verən sifətlərdir: paper, wooden, metal, cotton.
  • Məqsəd: izah olunan ismin hansı məqsədlə istifadə edildiyi haqqında məlumat verən sifətlərdir. Adətən  –ing ilə bitirlər. Məsələn, Sleeping (bag), drinking (cup), swimming (suit).

NOT: hər hansı bir artikl (a, an, the) və ya yiyəlik əvəzliyi (my, your, etc.) istifadə ediləcəksə, o zaman bunlar yuxarıdakı sifətlərin hamısından əvvəl istifadə edilir.

Qeyd edək ki, sıralama hər zaman Quantitiy, Opinion, Size, Sahep, Age, Color, Nationality, Material, Purpose şəklindədir.

Aşağıdakı başlıqlar altında bu sifət növlərinin hər biri ilə bağlı geniş məlumat verilmişdir:

Quantitiy adjectives – kəmiyyət bildirən sifətlər

Quantitative adjectives – miqdar bildirən sifətlər adından da başa düşüldüyü kimi hər hansı biri isim və ya əvəzliyin miqdarı haqqında məlumat əldə etməyimizi təmin edən sifətlərdir. Məsələn,

Some -bir az, a lot of -çox, few -bir az, little-az, most -çox, all -hamısı, no -heç, any -bir qədər, whole-bütün, enough -yetəri qədər, many -çox, 37 students -37 tələbə kimi sifətlər kəmiyyət bildirən sifətlərdir.

  • I love that really big old green antique car that is always parked at the end of the street. Bu cümlədəki sifətlərin sıralaması belədir: [quality – size – age – color – qualifier]
  • Jennifer has a beautiful big white bag -Jenniferin gözəl, böyük, ağ çantası var. Bu cümlədəki sifətlərin sıralaması belədir: [quality – size – color]
  • A great antique Italian clock -böyük, qədimi, İtaliya saatı. Bu cümlədəki sifətlərin sıralaması belədir: [opinion – age – origin]
  • A little round blue box -balaca, yuvarlaq, mavi qutu. Bu cümlədəki sifətlərin sıralaması belədir: [size – shape – color]
  • A disgusting yellow metal ornament -iyrənc, sarı, metal bəzək. Bu cümlədəki sifətlərin sıralaması belədir: [opinion – color – material]
  • Some new slim Italian trousers -Yeni incə İtalyan şalvarı. Bu cümlədəki sifətlərin sıralaması belədir: [age – shape – origin]
  • Your big old green sleeping bag -sənin böyük, köhnə, yaşıl yuxu çantan. Bu cümlədəki sifətlərin sıralaması belədir: [size – age – color – purposee]
  • David bought a pair of brown leather shoes -David bir cüt qəhvəyi, dəri ayaqqabı aldı. Bu cümlədəki sifətlərin sıralaması belədir: [color – material]

Opinion Value – fikir, dəyər bildirən sifətlər

Opinion value kateqoriyası altında düşüncəni bildirən sifətlər sıralanır. Hər hansı bir ismi izah edərkən həmin isim haqqında başqaları sizinlə eyni fikirdə olmaya bilər. Məsələn, sizin dadlı dediyiniz şirniyyat başqası üçün dadsız ola bilər. Bu sifətlərə aşağıdakılar aiddir.

  • Good -yaxşı, bad -pis, great -böyük, terrible -dəhşətli
  • Beautiful -gözəl, pretty -yaraşıqlı, comfortable -rahat
  • Ugly -çirkin, awful -dəhşətli, strange -qəribə, uncomfortable -narahatdır
  • Delicious -dadlı, disgusting -iyrənc, tasty -dadlı, nasty -xoşagəlməz
  • important -vacib, excellent -əla, wonderful -möhtəşəm, brilliant -parlaq
  • funny -gülməli, interesting -maraqlı, boring -darıxdırıcı

Aşağıda bu sifətlərlə bağlı təsdiq, inkarsual cümləsinə aid nümunələr verilmişdir:

  • Jennifer wore a beautiful dress -Jennifer gözəl bir paltar geyindi.
  • Is David an adorable baby? -David sevimli körpədir?
  • Jennifer’s hair is not gorgeous -Jenniferin saçları çox gözəl deyil.

Size – ölçü bildirən sifətlər

Ölçülərlə bağlı sifətlərə aşağıdakılar aiddir.

little -balaca, short -qısa, fat -kök, long -uzun, small -kiçik, giant -nəhəng, majestic -əzəmətli, tall -hündür, gigantic -nəhəng, teeny -yeniyetmə, massive -kütləvi, thin -incə, huge -böyük, miniature -miniatür, tiny -kiçik, immense -böyük, petite -kiçik, vast -geniş

Aşağıda bu sifətlərlə bağlı təsdiq, inkar və sual cümləsinə aid nümunələr verilmişdir:

  • Jennifer has not long hair -Jenniferin uzun saçı yoxdur.
  • Is it a very small door -bu çox kiçik bir qapıdır?
  • Jennifer loves that big car that always parked at the end of the street -Jennifer həmişə küçənin sonunda dayanan o böyük maşını sevir.
  • David was a tall dark figure in the night, as he stood looking down at Jennifer -David gecə Jennifer-ə baxarkən, uzun boylu qaranlıq bir fiqur idi.
  • Jennifer and David had a huge fight this morning -Jennifer və David bu səhər çox böyük bir dava etdilər.

Temperature – istilik bildirən sifətlər

Aşağıda İngilis dilində ən çox istifadə edilən temperatur bildirən sifətlər verilmişdir: hot -isti, equable -bərabər, cooler -soyuducu, variable -dəyişkən, tropical -tropik, cold -soyuq, warm -ilıq

Bu sifətlərlə bağlı cümlə nümunələri aşağıda verilmişdir:

  • It was now hot autumn weather -isti payız havası idi.
  • It was not now hot autumn weather -İsti payız havası deyildi.

Age – yaş bildirən sifətlər

Bu kateqoriyaya aid olan sifətlər izah etdikləri ismin nə qədər gənc, yaşlı, yeni və ya köhnə olduğunu izah etmək üçün istifadə edilir. Aşağıda yaş kateqoriyasına aid olan İngilis dilində sifətlər verilmişdir:

old -köhnə, new -yeni, young -gənc, childhood -uşaqlıq, teenager -yeniyetmə, aged -yaşlı , elderly , yaşlı, senior -böyük, long-lived -uzun ömürlü, ancient -qədim, mature -yetkin, junior -kiçik, senescent -yaşlanmış, older -yaşlı, antique -qədimi, aging -yaşlanmış

Aşağıda bu sifətlərlə bağlı təsdiq, inkar və sual cümləsinə aid nümunələr verilmişdir:

  • Is David a young man? -David gəncdirmi?
  • David has not a new job -Davidin yeni bir işi yoxdur.
  • Don’t you watch old movies? -Köhnə filmlərə baxmırsan?
  • Jennifer is not more mature than he looks -Jennifer göründüyündən daha yetkin deyil.
  • David used to play football during his childhood days -David uşaqlıq illərində futbol oynayırdı.

Shape – forma bildirən sifətlər

Shape kateqoriyasına aid olan sifətlər təyin etdikləri ismin formasını bildirmək üçün istifadə edilir. Aşağıda shape kateqoriyasına aid olan İngilis dilində sifətlər verilmişdir:

broad -geniş, flat -düz, round -dəyirmi, fluffy -tüklü, skinny -cılız, circular -dairəvi, globular -qlobusvari, square -kvadrat, crooked -əyri, hollow -boş, steep -dik, curved -əyri, low -aşağı, straight -düz, cylindrical -slindrik, narrow -dar,, triangular -üçbucaqlı, deep -dərin, oval -oval, wide -geniş

Aşağıda bu sifətlərlə bağlı təsdiq, inkar və sual cümləsinə aid nümunələr verilmişdir:

  • The roof of my house is shaped like a triangle -mənim evimin damı üçbucağa bənzəyir.
  • The clock on David’s wall is shaped like a circle -Davidin divarındakı saat dairə şəklindədir.
  • The table in the Jennifer’s room is shaped like a rectangle -Jenniferin otağındakı masa düzbucaqlı şəklindədir.
  • The necklace Jennifer wears is shaped like a heart -Jenniferin taxdığı boyunbağı ürək şəklindədir.
  • The picture on the house’s wall is shaped like a square -Evin divarındakı şəkil kvadrat şəklindədir.

Color – rəng bildirən sifətlər

Rəng kateqoriyasına daxil olan sifətlər adından da göründüyü kimi ismin rəngini bildirmək üçün istifadə edilir:

Red -qırmızı, orange -narıncı, yellow -sarı, green -yaşıl, blue -mavi, purple -bənövşəyi, pink -çəhrayı, white -ağ, grey -boz, brown -qəhvəyi, black -qara

Aşağıda bu sifətlərlə bağlı təsdiq, inkar və sual cümləsinə aid nümunələr verilmişdir:

  • Please get me some blue paint -zəhmət olmasa mənə mavi rəngli boya verin.
  • The sky is orange now -səma indi narıncı rəngdədir.
  • Jennifer’s hands are black! -Jenniferin əlləri qaradır!
  • The sea is not blue here -dəniz burada mavi rəngdə deyil.
  • David is not wearing brown shoes -David qəhvəyi ayaqqabı geyinmir.
  • Jennifer doesn’t like green lemons -Jennifer yaşıl limonları sevmir.
  • Are the carrots orange? -Yerkökü narıncı rəngdədir?
  • Are the Flamingos pink? -Flaminqolar çəhrayıdır?
  • Elephants are grey -Fillər boz rəngdədir.

Origin – mənşə bildirən sifətlər

İsmin haradan gəldiyi, harada istehsal edildiyi kimi məlumatları vermək üçün bu kateqoriyaya daxil olan sifətlərdən istifadə edilir. Bunlara misal olaraq

Azerbaijani -azərbaycanlı, Italian -italyan, English -ingilis, Japanese -yapon, German -alman, French -fransız, European -avropalı, Caucasian -qafqazlı, Turkish -türk, Western -qərbli və s. göstərilə bilər.

Aşağıda bu kateqoriyaya daxil olan sifətlərlə bağlı təsdiq, inkar və sual cümləsinə aid nümunələr verilmişdir:

  • Do you know that the Jewish community in America is very big -Bilirsiniz ki, Amerikadakı Yəhudi icması çox böyükdür?
  • Jennifer has a collection of expensive Russian dolls -Jenniferin bahalı rus kuklaları kolleksiyası var.
  • Jennifer has not a collection of expensive Russian dolls -Jenniferin bahalı rus kuklaları kolleksiyası yoxdur.

Material – material bildirən sifətlər

  • Gold, silver, copper -qızıl, gümüş, mis
  • Cotton, leather, velvet, wool, silk, nylon -pambıq, dəri, məxmər, yun, ipək, neylon
  • Wooden, stone, plastic, diamond -taxta, daş, plastik, almaz

Aşağıda bu sifətlərlə bağlı təsdiq, inkar və sual cümləsinə aid nümunələr verilmişdir:

  • In the winter you must wear heavy woollen hats and dresses -sən qışda qalın yun papaqlar və paltar geyinməlisən.
  • You know that the polar bears is listed as threatened -sən qütb ayılarının təhlükə altında olduğunu bilirsən.

Purpose – səbəb bildirən sifətlər

İsmin nə məqsədlə istifadə edildiyini bildirən sifətlərə “purpose” -səbəb sifətləri deyilir. Bu sifətlərin sonu adətən -ing ilə bitir. Məsələn, running (shoes), sleeping (bag) və s. Aşağıda bu sifətlərlə bağlı təsdiq, inkar və sual cümləsinə aid nümunələr verilmişdir:

  • Do you have running shoes? -Sənin qaçış ayaqqabın var?
  • I have a sleeping bag -mənim yataq çantam var.
  • You have not a flower vase -sənin çiçək vazan yoxdur.
  • Jennifer wants a frying pan -Jennifer bir tava istəyir.
  • David needs a tennis racket -Davidin bir tennis raketinə ehtiyacı var.

İngilis dilində sifətlər arasında vergül istifadəsi

Sifətlərin sıralandığı cümlələrdə adətən vergüldən istifadə etmək lazım gəlir. Ancaq bir sifət başqa bir sifəti izah edirsə, o zaman vergüldən istifadə edilmir. (3-cü cümlə)

  • Jennifer was young, beautiful, kind, and intelligent -Jennifer gənc, gözəl, mehriban və ağıllı idi.
  • The house you visited was dark,old, dreary, and run-down -Ziyarət etdiyiniz ev qaranlıq, köhnə, ürəksıxan və tökülən idi.
  • Jennifer was wearing a bright red shirt -Jennifer parlaq qırmızı köynək geyinmişdi. (bu cümlədə qırmızı olan köynək həm də parlaqdır. Bu səbəbdən də bright və red sözləri arasında vergüldən istifadə edilməyib).

Cümlədə eyni kateqoriyaya daxil olan üçdən artıq sifət varsa, o zaman sifətlər arasında vergül qoyulur. Diqqət: Big və green arasında vergül işlənməyib. Çünki green, white və red sözləri rəng bildirirlər və hər üçün də eyni kateqoriyaya aiddir. Bu səbəbdən də onlar arasında vergül işlənsə də, ölçü (big) və rəng (green) kateqoriyalarına daxil olan iki sifət arasında vergül istifadə edilməyib.

  • Jennifer lives in the big green, white and red house at the end of the street -Jennifer küçənin sonunda yerləşən böyük yaşıl, ağ və qırmızı evdə yaşayır.
  • David lost a red, black and white watch -David qırmızı, qara və ağ saatı itirdi.

Cümlədə ən uyğun sifətlər necə seçilir?

İngilis dilində ismi təyin edən ən uyğun sifəti seçə bilməyin yeganə yolu yetəri qədər söz ehtiyatına sahib olmaq, həmin sözlərin mənasını bilməkdir. Bunun üçün istifadə edə biləcəyiniz ən yaxşı metodlardan biri də məhz Wordly platformasıdır. Bu platformanın vədlərinə hər gün İngilis dili səviyyənizə uyğun yeni sözləri xatırlatmaq, səsli bildiriş funksiyası sayəsində təkrarlama zamanlarınızı xatırlatma, offline rejimdə işləyə bilməsinin nəticəsi olaraq internetsiz şəraitdə də tədrisinizi təmin etmək və s. daxildir.

Recent Content